İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:25 PM
    Nəfsin saflaşdırılması
    BİRİNCİ BÖLMƏ
    NƏFSİN BOŞALDİLMASİ YAXUD SAFLAŞDİRİLMASİ
    NƏFSİN SAFLAŞDİRİLMASİ
    Bu mərhələdə üç əməli yerinə yetirmək lazımdır:
    a) Nəfsin batil əqidələrdən, yanlış fikirlərdən və xurafatlardan təmizlənməsi;
    b) Nəfsin çirkin əxlaq və rəzil sifətlərdən təmizlənməsi;
    v) Günah işlərin tərk edilməsi.
    Batil əqidələr və xurafatlar cəhalət, zəlalət və nadanlıqdan ibarətdir. Onlar qəlbi, nəfsi qaraldır, insanı təkamülün düz yolundan və Allah dərgahına yaxınlaşmaqdan saxlayır. Batil əqidə sahibləri təkamül yolunu tanımadıqlarından və azğınlıq vadisində qaldıqlarından şübhəsiz məqsədə çatmayacaqlar. Qaranlıq olan bir qəlb Allahın müqəddəs nurunun saçmasına necə mərkəz ola bilər? Eləcə də çirkin əxlaqlar heyvani xislətləri və səciyyələri gücləndirir, insani ruhu tədrici olaraq sönüklüyə doğru çəkir. Belə bir şəxs kamala və ilahi qürb məqamına çatmaqdan ibarət olan insaniyyətin əsl hədəfinə çatmayacaqdır. Günaha mürtəkib olmaq da nəfsi aludə edərək insanı təkamül yolundan saxlayır, Allaha yaxınlaşmaqdan azdırır və onu daha da uzaqlaşdırır. Belə bir şəxs yekun hədəfə nail olmayacaqdır. Deməli, nəfsin saflaşdırılması bizim üçün müqəddəratı həll edən, həyati və çox zəruri işlərdən hesab olunur. Buna görə də əvvəlcə çirkin əxlaq və günahlarla tanış olmalı, daha sonra əmələ başlayıb nəfsimizi paklamalıyıq.
    Xoşbəxtlikdən birinci qismdə heç bir çətinliyimiz yoxdur, çünki nəfslərin həqiqi təbibləri və ilahi insanşünaslar, yəni peyğəmbərlər və imamlarımız rəzil əxlaqi xüsusiyyətləri bizə tamamilə aydınlaşdırıb vəsf etmiş, hətta onların müalicə yollarını da bəyan etmişlər; onlar günahları sadalamış, tərk edilmə yollarını da bizə öyrətmişlər. Bizim hamımız rəzil sifətləri tanıyır və onların çirkinliyini bilirik. Biz nifaq (münafiqlik), təkəbbür, həsəd, kin-küdurət, qəzəb, sözgəzdirmək, xəyanət, xudbinlik, bədxahlıq, xəbərçilik, töhmət, nalayiq söz danışmaq, kobudluq, zülm etmək, etimadsızlıq, qorxaqlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, dünya malına məftun olmaq, məqam və vəzifə aşiqi olmaq, riyakarlıq, aldatmaq, hiyləgərlik, sui-zənn (bəd güman), qəlbin qəsavəti, nəfsin zəifliyi və bu qəbildən olan digər xüsusiyyətlərin pis və yaramaz olduğunu bilirik.
    Bizim hamımız fitri olaraq bunların çirkinliyini dərk edirik. Bundan əlavə yüzlərlə ayə və minlərlə hədis də bu xüsusiyyətlərin çirkin və qəbahətli olmasına şəhadət verir. Bu barədə hədis baxımından azacıq belə çatışmazlıq hiss olunmur. Eləcə də bütün haramlar və günah əməllər Qurani-kərimdə və şərif hədislərdə şərh olunmuş, onların cəzaları bəyan edilmişdir. Biz əksər hallarda onların hamısını bilirik. Buna görə də rəzil xüsusiyyətlərin, kəbirə və səğirə günahların tanınmasında heç bir çətinliyimiz yoxdur. Eyni halda əksər hallarda şeytanın və nəfsi-əmmarənin əlində əsir, nəfsimizi günahlardan, çirkin əxlaqlardan təmizləməyə müvəffəq olmuruq. Bizim əsas çətinliyimiz bundan ibarətdir və bunun üçün çarə yolu fikirləşməliyik.
    Mənim bu məsələnin hadisənin ən mühüm amili iki şeydən ibarətdir: 1.Öz əxlaqi və mənəvi xəstəliklərimizi tanımır, ruhən xəstə olduğumuzu etiraf etmirik. 2.Əxlaqi və ruhi xəstəlikləri kiçik sayırıq və onların pis nəticələrindən və acınacaqlı aqibətindən qafilik. Buna görə də onları müalicə etmək üçün ciddi-cəhdlə səy göstərmirik. Məhz bu iki amil səbəbilə biz nəfsin islah edilməsi və saflaşdırılmasından qafil oluruq. İndi isə bu barədə müəyyən qədər bəhs edib müalicə yollarını araşdırırıq.
    XƏSTƏLİKDƏN QAFİLLİK
    Biz əxlaqi xəstəlikləri adətən tanıyır, onların çirkinliyini dərk edirik. Lakin özümüzdə yox başqalarında. Əgər başqalarında müəyyən bir pis əxlaq, yaxud pis rəftarı görsək onun çirkinliyini yaxşı-yaxşı dərk edirik. Halbuki həmin çirkin sifət, bəlkə də ondan artığı bizdə olduğu halda, ümumiyyətlə ona diqqət yetirmirik. Məsələn, başqalarının hüququnu tapdalamağın pis iş olduğunu bilirik, təcavüzkara nifrət edirik. Halbuki özümüzün də təcavüzkar olmağımız mümkündür. Lakin ümumiyyətlə təcavüzkar olduğumuzu dərk etməyə bilərik. Bir çox hallarda işimizi təcavüz hesab etmirik, bəzən də onu dəyərli və əxlaqi bir əməl kimi özümüzə təlqin edir, bununla da öz nəfsimizi, vicdanımızı qane edirik. Sair çirkin sifətlər də eynilədir. Buna görə də heç vaxt özümüzün islah edilməsi fikrinə düşmürük. Çünki bir kəs özünü xəstə hesab etməzsə, müalicə fikrinə də düşməz. Biz özümüzü xəstə hesab etmədiyimiz üçün müalicə fikrinə də düşmürük. Bizim ən böyük çətinliyimiz də elə budur. Deməli, öz xoşbəxtlik və səadətimizin fikrində olsaq, gərək mümkün olan hər bir vasitə ilə bu çətinliyin həll edilməsi və nəfsani xəstəliklərimizin tanınmasına çalışaq.
    NƏFSİN XƏSTƏLİKLƏRİNİN AYİRD EDİLMƏSİ YOLLARİ
    Özümüzün müxtəlif nəfsani xəstəliklərimizin tanınmasında istifadə olunası müəyyən vasitə və yolların qeyd edilməsi yerinə düşərdi:
    1.Əql qüvvəsinin gücləndirilməsi. İnsanın mələkuti və ali mərtəbəsi onun sair məxluqlardan seçilməsinə, onun imtiyaz və üstünlüyünə səbəb olan amil Quran və hədislərdə müxtəlif adlarla qeyd olunmuşdur; ruh, qəlb, nəfs və əql. Bunların hamısı vahid bir həqiqəti ifadə edir. Lakin, müxtəlif səbəblərə görə müxtəlif cür adlandırılmışdır. Həqiqi təfəkkür və düşüncənin mənşəyi olduğuna görə əql adlandırılır.
    Hədis kitablarında əqlə çox böyük imtiyaz verilir. Hətta xüsusi bir fəsil də bu məsələyə məxsus edilmişdir. Hədislərdə əql varlıqların ən şərafətlisi, təklif, savab və cəzanın mənşəyi kimi təqdim edilmişdir. Məsələn:
    İmam Məhəmməd Baqir (ə) buyurub: "Allah əqli yaratdıqdan sonra ona belə buyurdu: "Gəl”. Əql itaət edib gəldi. Sonra buyurdu: "Qayıt”. Əql yenə də itaət etdi. Sonra buyurdu: "Öz izzət və cəlalıma and olsun! Səndən yaxşı və sevimli varlıq yaratmamışam. Səni yalnız sevdiyim kəslərdə kamil edərəm. Agah ol! Mənim əmr və nəhyim, savab verib, cəzalandırmağım da məhz sənə aiddir.”("Kafi”, 1-ci cild, səh.10)
    İnsan məhz əqlin vasitəsilə düşünüb həqiqətləri dərk edir, yaxşı ilə pisi, faydalı şeylə zərərli şeyləri bir-birindən ayırır. Məhz əql vasitəsilə Allahı və özünü tanıyır, vəzifəsinin nə olduğunu ayırd edir. Əgər insanın əqli olmasaydı onunla sair heyvanlar arasında heç bir fərq olmazdı. Məhz buna görə də Mütəal Allah Qurani-Kərimdə təəqqül (əql işlətmə), təfəkkür (fikirləşmə) və təfəqqüh (dərrakə işə salma) barəsində təkid edir. İnsandan öz varlığı barəsində əqlini fəallaşdırmasını istəyir:
    "Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə əqlinizi işə salasınız.”(Bəqərə” surəsi, 242-ci ayə)
    "Nə üçün yer üzündə seyr etmirlər ki, onların təəqqül edə biləcək qəlbləri olsun?!”("Həcc” surəsi, 46-cı ayə)
    "Allahın yanında canlıların ən pisi o kəslərdir ki, lal-kardırlar və əql qüvvəsini işlətmirlər.”("Ənfal” surəsi, 22-ci ayə)
    Mütəal Allah əqlə, qulağa, dilə malik olub real gerçəkliklərin, həqəqətlərin tanınmasında onlardan istifadə etməyən şəxsləri heyvanlarla bir cərgədə, hətta onlardan da alçaq səviyyədə təqdim edir. Çünki onlar öz əql qüvvələrindən istifadə etmirlər.
    "Allah çirkinliyi o kəslərə aid edər ki, əql qüvvəsini işlətmirlər.”("Yunüs” surəsi, 100-cü ayə)
    İnsanın malik olduğu bütün yaxşılıqlar onun əqli tərəfindəndir. Əql vasitəsilə Allahı tanıyır, Ona ibadət edir, məadı qəbul edir və onun üçün hazırlaşır, peyğəmbərlərin haqq olduğunu qəbul edir və onlara itaət edir, gözəl əxlaqi səciyyələri tanıyıb, özünü onlar əsasında tərbiyələndirir, çirkin xüsusiyyətləri, rəzillikləri tanıyır və onlardan uzuq olur. Buna görə də Quran və hədislərdə əql böyük məqama layiq görülür. Nümunə üçün:
    İmam Cəfər Sadiq (ə) əql barəsində soruşan bir nəfərin cavabında buyurdu: "Əql o şeydir ki, onun vasitəsilə Allaha ibadət edilir və behişt kəsb olunur.”("Kafi”, 1-ci cild, səh.11)
    İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Hər kəsin ağlı olsa dini vardır. Hər kəsin dini olsa behiştə daxil olar.”("Kafi”, 1-ci cild, səh.11)
    İmam Musa ibni Cəfər (ə) Hişama buyurdu: "Allahın insanlar üzərində iki höccəti vardır. Onlardan biri zahiri, digəri isə batinidir. Zahiri höccətlər peyğəmbərlər və imamlar, batini höccət isə əqldir.”("Kafi”, 1-ci cild, səh.16)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Əql baxımından insanların kamili o kəsdir ki, əxlaqı hamıdan yaxşı olsun.”(Kafi”, 1-ci cild, səh.20)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Əql möminin yol göstərənidir.”(Kafi”, 1-ci cild, səh.25)
    İmam Riza (ə) buyurur: "Hər kəsin dostu onun əqli, düşməni isə onun cəhalətidir.”("Kafi”, 1-ci cild, səh.11)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanın xudbinliyi onun əqlinin zəifliyini göstərir.”("Kafi”, 1-ci cild, səh.27)
    İmam Musa ibni Cəfər (ə) Hişama buyurdu: "Hər kəs mal-dövləti olmadan ehtiyacsız, qəlbinin həsəd baxımından aram və dində sağlam olmasını istəyirsə, Allahdan onun əqlini kamilləşdirməsini istəyib yalvarsın. Hər kəs ağıllı olsa güzəranını təmin edəcək miqdarla qənaətlənər. Hər kəs güzəranını təmin edəcək miqdarla qənaətlənsə ehtiyacsız olacaqdır. Hər kəs güzəranını təmin edəcək miqdarla qənaətlənməsə heç vaxt ehtiyacsız olmayacaqdır.”(Kafi”, 1-ci cild, səh.18)
    İmam Musa ibni Cəfər (ə) buyurur: "Əql sahibləri nəinki günahları, hətta dünyanın artıq işlərini belə tərk edirlər. Halbuki dünyanı tərk etmək fəzilət, günahı tərk etmək isə vacibdir.”(Kafi”, 1-ci cild, səh.17)
    Başqa bir hədisdə buyurur: "Əql sahibi nəfsi meyl etməsinə baxmayaraq, heç vaxt yalan danışmaz.”(Kafi”, 1-ci cild, səh.19)
    Başqa bir hədisdə buyurur: "Hər kəsin mürüvvəti olmasa nuru yoxdur. Hər kəsin əqli olmasa mürüvvəti yoxdur. İnsanların ən dəyərlisi o kəsdir ki, dünyanı öz nəfsinin dəyəri bilməsin. Bilin ki, sizin bədənlərinizin qiyməti cənnətdən başqa bir şey olmaz. Onu cənnətdən başqa bir şey müqabilində satmayın.”(Kafi”, 1-ci cild, səh.19)
    Bu hədislərdən əqlin dəyəri, onun maarif və elm kəsb etməkdə, iman qazanıb Allaha pərəstiş etməkdə, əxlaqi səciyyələrdən istifadə etməkdə və onları tanımaqda, günahlardan və çirkin xasiyyətlərdən çəkinməkdəki mühüm rolu məlum olur. İndi isə bir zəruri məsələni qeyd etmək lazımdır. Bu mühüm hədəflərin təmin olunmasında sadəcə əql kifayət deyildir, əsas əqli işlətmək və ondan istifadə etmək lazımdır. Bədəndə əqlin varlığı işbilən və ədalətli bir qazinin məsəli kimidir. Lakin o vaxt yaxşı mühakimə yürüdüb hökm çıxara bilər ki, aram bir mühit yaranmış olsun və onun mühakiməsi qəbul edilsin. O bilikli, bacarıqlı, tədbirli, xeyirxah bir hakim kimidir. Lakin bu şərtlə ki, onun hökmü təsbit edilsin. O bilikli, etimadlı, xeyirxah bir müşavirdir, lakin bu şərtlə ki, ondan məşvərət istənilsin və sözlərinə düzgün qulaq asılsın.
    Əgər əql insana hakim olaraq nəfsani istəkləri və qərizələri normal (mötədil) hala salsa insanın "bədən aləmini” ən yaxşı şəkildə idarə edəcək, qərizələr və qüvvələr arasında müvazinəti qoruyub saxlayacaq və hər bir şeyi təkamül, Allaha doğru irəliləmək yolunda qərar verəcəkdir. Lakin görəsən heyvani qərizələr və meyllər əqlin hakimiyyətini elə bu sadəliklə qəbul edərək, onun göstərişləri müqabilində təslim olurmu? Əsla! Heyvani qərizələr və meyllər o qədər təxribatçılıq, fitnə-fəsad törədirlər ki, nəhayət onu meydandan çıxarırlar. Çarəsi də yalnız əqli gücləndirməkdir, çünki o, nə qədər güclü və nüfuzlu olarsa batini düşmənlərini daha yaxşı tanıyar, onların qarşısını alıb məhv etməkdə daha bacarıqlı olar. Əqlin gücləndirilməsi və möhkəmləndirilməsi yolunda çalışmaq hamımızın vəzifəsidir.
    2.Əməldən qabaq təfəkkür etmək. Əqlin gücləndirilməsi üçün ciddi qərara gəlməliyik; hər bir əməli yerinə yetirməzdən öncə yaxşı-yaxşı fikirləşək, onun dünyadakı və axirətdəki nəticələrini, təsir və aqibətini araşdıraq və qərara alaq ki, heç vaxt bir işin aqibətini fikirləşmədən onu görməyəcəyik ki, nəticə etibarilə təfəkkürə və axır-aqibəti fikirləşməyə adət edək. Buna görə də İslam bizi təfəkkürə, axır-aqibəti düşünməyə dəvət edir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Təfəkkür vasitəsilə öz qəlbini agah et.”("Kafi”, 2-ci cild, səh.54)
    Yenə buyurur: "Təfəkkür insanı yaxşı işlərə və onlara əməl etməyə dəvət edir.”("Kafi”, 2-ci cild, səh.54)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Bir işi görməzdən qabaq onun axır-aqibətini fikirləşmək səni peşmançılıqdan amanda saxlayar.”("Biharul-ənvar”, 71-ci cild, səh.338)
    Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) hüzuruna gəlib dedi: «Ey Allahın Rəsulu! Mənə bir şey tövsiyə et.» Buyurdu: «Mənim tövsiyələrimə əməl edərsənmi?» Ərz etdi: «Bəli, ey Allahın Rəsulu. (Bu sual-cavab üç dəfə təkrar olundu). Sonra Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: "Sənə tövsiyə edirəm ki, hər vaxt bir iş barəsində qərara gəlmək istəsən əvvəlcə onun axır-aqibəti barəsində yaxşı fikirləş. Əgər yaxşı olarsa gör. Əgər səhv olarsa onu yerinə yetirməkdən çəkin.”("Biharul-ənvar”, 71-ci cild, səh.339)
    Rəsuli-Əkrəm (s.ə.v.v) buyurur: "Tələsmək insanları həlakətə salır. Əgər insanlar işlərində dərindən fikirləşsəydilər heç kəs həlak olmazdı.”("Biharul-ənvar”, 71-ci cild, səh.340)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İşi təxirə salıb onun axırını fikirləşmək Allah tərəfindən, tələsmək isə şeytan tərəfindəndir.”("Biharul-ənvar”, 71-ci cild, səh.340)
    Başqa bir hədisdə buyurulur: "Təfəkkür yaxşılıqları və pislikləri sənə göstərən bir güzgü kimidir.”("Biharul-ənvar”, 71-ci cild, səh.324)
    Heyvanlar öz işlərində nəfsani istəklərinə və qərizələrinə tabe olurlar. Onların təfəkkürü və tədbirləri yoxdur. Lakin insanın əqli olduğundan öz işləri barəsində fikirləşməli, onun axır-aqibətini düşünməlidir. İnsanda da həmin heyvani qərizələr və meyllər olduğundan heyvani bir istəklə qarşılaşan zaman dərhal ona tərəf təhrik olunur və qərizələr ona təfəkkür etmək icazəsi vermir. Əql meydana daxil olan kimi onun qarşısını alır. Deməli, əgər biz hər bir iş görməzdən qabaq onun barəsində yaxşı fikirləşməyə adət edə bilsək əql üçün yol açmış və ona meydan vermiş oluruq. Əql meydana daxil olduğu zaman bizim həqiqi mənafe və zərərimizi dərk edir, heyvani qərizə və meylləri normal (müvazinətli) hala salır və bizi bu yolda insani təkamülə doğru hidayət edir. Əql güclənən zaman bədən ölkəsində hakimiyyətə çatır və insaniyyətin daxili düşmənlərini və nəfsani xəstəlikləri bizim öz daxilimizdə araşdırıb onları dəf edir, yaxud müdafiə etməyə başlayır. Buna görə də Quranda və hədislərdə təfəkkür barəsində çoxlu təkidlər və tövsiyələr gözə dəyir.
    3-Nəfs barəsində bədbinlik
    İnsan əgər öz nəfsinə dərindən, diqqətlə nəzər salıb nəfsani sifətlərini insafla araşdırsa, əksər hallarda özünün nəfsani xəstəliklərini və eyblərini dərk edər. Çünki insan özünə hər kəsdən artıq agahdır. Allah-təala Quranda buyurur: "Xeyr, insan öz nəfsinə (nəfsinin yaxşı və pis işlərinə) daha agahdır, baxmayaraq ki, öz bəsirət gözlərinə üzr (pərdəsi) atır.”("Qiyamət” surəsi, 14, 15-ci ayələr)
    Lakin bizim çətinliyimiz budur ki, mühakimə yürüdən zaman bitərəf mövqe seçə bilmirik. Əksər hallarda öz nəfsimizə nikbin oluruq. Özümüzü, xasiyyətimizi, iş və rəftarımızı, danışıqlarımızı yaxşı və eybsiz hesab edirik. Nəfsi-əmmarə heyvani işləri bizim üçün o qədər zinətləndirir ki, hətta pis işləri belə yaxşı görürük. Qurani-Kərim buyurur: "O kəs ki, onun çirkin əməllərinə zinət verildi və ona yaxşı göstərildi (onu gördünmü?!) Allah da hər kəsi istəsə yoldan azdırar, hər kəsi istəsə hidayət edər.”("Fatir” surəsi, 8-ci ayə)
    Buna görə də öz eyblərimizi tapa bilmirik ki, onların müalicəsi fikrinə də düşək. Bunun çıxış yolu budur ki, həmişə öz nəfsimizə qarşı bədbin, bədgüman olaq, çoxlu pisliklərimiz, mənəvi xəstəliklərimiz olmasına ehtimal verək, hətta yəqin edək. Məhz bu halda nəfsimizi araşdırarıq.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Mömin həmişə öz nəfsinə bədgüman olmalıdır. Həmişə onun eybini axtarar və ondan yaxşı işləri tələb edər.”(Nəhcül-bəlağə”, 176-cı xütbə)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) müttəqilərin (təqvalıların) xüsusiyyətlərini bəyan edərkən buyurub: "Onların nəfsləri öz yanlarında töhmət və bədgümanlığa məruz qalır və öz əməllərindən qorxurlar. Onlardan biri başqası tərəfindən təriflənən zaman (tərifdən) qorxur və deyir ki, mən öz nəfsimə hamıdan artıq agaham, Allah da mənə özümdən daha artıq agahdır.”("Nəhcül-bəlağə”, 193-cü xütbə)
    İnsanın öz nəfsani eyblərini, xəstəliklərini tapıb islah etməyə mane olan ən böyük amillərdən biri nəfs barəsində nikbinlik və hüsnü-zənn (xoş güman) etməkdir. Əgər bu maneələri aradan qaldırıb insafla və eyb ehtimalı verməklə nəfsimizi araşdırsaq, onun xəstəliklərini tanıyaraq islah edə bilərik.
    4.Ruhani təbibə müraciət etmək.
    İnsan öz eyblərini tanımaq üçün öz nəfsini paklaşdıran, özünü bəyənilən xüsusiyyətlərlə zinətləndirən əxlaq aliminə müraciət edərək, daxili xasiyyətlərini və vəziyyətlərini onun üçün tamamilə şərh edə və onun nəfsindəki eyblərin və çirkin sifətlərin xatırlatmasını istəyə bilər. Ruhani təbib, islami əxlaqşünas və psixoloq, əməl əhli və gözəl əxlaqlarla zinətlənmiş olan bir şəxs insanın nəfsinin aludəliklərdən təmizlənməsində, saflaşmasında və Allah dərgahına doğru seyr etməsində çox təsirlidir. Əgər insan belə bir şəxsi tapa bilsə bu böyük nemətə görə Allaha şükr etməlidir. Çox təəssüflə, belə şəxslər çox az tapılır.
    Qeyd olunmalıdır ki, nəfs xəstəliklərinin ayırd edilməsi çox çətindir. Deməli, ruhu xəstə olan bir şəxs öz daxili xasiyyətlərini və işlərini ört-basdır etmədən təbib üçün ətraflı şəkildə bəyan etməlidir ki, təbib onun xəstəliyini ayırd edə bilsin. Əgər xəstə şəxs bu barədə həmkarlıq etməzsə və həqiqətləri açıb deməzsə istənilən nəticə əldə olunmayacaqdır.
    5.Xeyirxah və bilikli dosta müraciət etmək.
    Yaxşı, bilikli və xeyirxah dost Allahın böyük nemətlərindən biridir ki, insan nəfsinin təmizlənməsində, çirkin sifətlərin tanınmasında insana layiqli kömək edə bilər. Bu şərtlə ki, bilikli olsun və yaxşı-pis xasiyyətləri tanıya bilsin. Bundan əlavə o, insan üçün xeyirxah və etimadlı bir şəxs olmalıdır. Çünki əgər yaxşı və pis sifətləri ayırd edə bilməzsə insana bu barədə heç bir kömək edə bilməz. Hətta çox hallarda yaxşını pis, pisi də yaxşı cilvələndirə bilər. Əgər etimadlı və xeyirxah olmazsa dostluğun qorunub-saxlanması, inciməməsinə görə öz dostunun eyblərini gizlətməsi, hətta onun xoşu gəlsin deyə pis işlərini yaxşı cilvələndirib tərifləməsi də mümkündür.
    Əgər insan belə bir dostu tapsa ona deməlidir ki, gördüyü hər eyb və nöqsanlı vəziyyəti ona xatırlatsın, o da xatırlatdığı təqdirdə ona təşəkkür etsin. Öz nəfsinin islah olunması üçün onlardan istifadə etsin. Bu kimi xatırlatmalardan istifadə etmək və təşəkkür etməklə əməldə ona başa salsın ki, eyblərinin xatırladılmasından nəinki narahat deyil, hətta sevinib xoşhal da olur.
    Belə bir dost gərək əməldə tam sədaqət və ixlasını isbat etsin. Məsələyə insafla yanaşıb, məhəbbət və ədavəti kənara qoymaqla dostunun sifətlərini, xasiyyətlərini araşdırsın, onun nəzərinə çarpanları dostcasına və xeyirxahlıq dili ilə onun ixtiyarına qoysun. Bu işləri mümkün qədər məxfi şəkildə görsün və onun eybini başqalarının hüzurunda aşkar etməkdən ciddi şəkildə çəkinsin. Onun yeganə hədəfi həqiqətin izhar edilməsi olmalıdır. O, mübaliğə və şişirtmədən uzaq olmalıdır, çünki mömin öz din qardaşı ilə müqayisədə, onun eyblərini, yaxud çirkinliklərini artırıb azaltmadan göstərən güzgüsü sayılır.
    Əlbəttə, nəvazişlə, mehribanlıqla və islah etmək məqsədilə insanın eyblərini xatırladan dostlar çox azdır. Lakin əgər bir şəxs belə adamı taparsa böyük xoşbəxtliyə nail olar. Həmin şəxs onun qədrini bilməli, xatırlatmalarına sevinməli, təşəkkür etməli və insanın eyblərinin islah məqsədilə xatırladan bir kimsənin dostların ən yaxşısı və ən faydalısı olduğunu dərk etməli, heç vaxt onun xəbərdarlıqlarından inciməməli, intiqam almaq və özünü müdafiə etmək məqamına gəlməməlidir. Əgər bir şəxs "paltarınızda bir neçə zəhərli əqrəb vardır” - deyə sizə xəbərdarlıq etsə, onun verdiyi bu xəbərdən inciyərək intiqam almaq fikrinə gələrsinizmi? Yoxsa sevinib ona təşəkkür edərsiniz? Çirkin sifətlər də əqrəb kimi, hətta ondan da pisdir. Onlar insanın ruhunu sancıb zəhərləyir və həmişə insanın batinində yerləşir. Onların dəf edilməsində kömək edən şəxs bizə ən böyük xidmət etmiş olur.
    İmam Cəfər Sadiq (ə) buyurur: "Qardaşlarımın ən yaxşısı o kəsdir ki, eybimi mənə hədiyyə etsin.”[("Tuhəful-üqul”, səh.385)
    6.Başqalarının eybindən ibrət götürmək.
    İnsan əksər hallarda öz eyblərindən qafildir, amma başqalarının eybini görərək onların çirkinliyini yaxşı şəkildə dərk edir. Atalar demişkən "başqasının gözündə tükü görür, öz gözündə isə tiri görmür”. Deməli nəfsani eyblərin tanınma yollarından biri də başqalarının eybləri ilə qarşılaşmaqdır. İnsan başqasında bir eyib gördükdə onun üzərində dayanmadan, onu tənqid etmək fikrinə düşmədən gərək öz eybini axtarmaq fikrinə düşsün və həmin məqsədlə öz nəfsini araşdırsın, öz nəfsinə müraciət etsin və həmin eybi, onda olduğu surətdə islah edib aradan qaldırmaq fikrində olsun. Bu kimi hallarda başqalarının eybini görməklə ibrət alır və öz nəfsinin təmizlənməsinə çalışır.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Xoşbəxt o kəsdir ki, başqalarından ibrət alsın.”("Biharul-ənvar”, 71-ci cild, səh.324)
    7.Tənqiddən nəticə çıxarmaq.
    Dostlar əksər hallarda insanın eybini deməkdən çəkinirlər. Düşmənlər isə bunun əksinə olaraq əksər hallarda insanı tənqid edirlər. Əlbəttə, onların insanı tənqid etməkdə məqsədi sədaqətli olmaq deyil. Onları bu işə həsəd, kin-küdurət, intiqamçılıq kimi hisslər vadar edir. Hər bir halda insan onların tənqidlərindən öz xeyrinə istifadə edə bilər.
    İnsan düşmənlərin tənqidləri müqabilində iki cür reaksiya göstərə bilər:
    1.Özünü müdafiə etmək fikrində olsun. Bu sözlərin düşmən tərəfindən deyilməsini və xeyirxahlıq məqsədinin olmasını bəhanə edərək mümkün olan hər bir vasitə ilə özünü müdafiə etsin və onların səsini boğsun. Belə şəxs nəinki öz eybini islah etməmiş, əksinə xəta və sair səhvlərə də aludə olmuşdur.
    2.Düşmənlərin tənqidlərinə yaxşı-yaxşı qulaq assın, sonra həqiqəti axtarıb tapmaq məqsədilə öz nəfsinə müraciət etsin, onu insafla araşdırsın. Əgər düşmənin tənqidinin düzgün və öz nəfsinin eybli olduğunu görsə, dərhal onu islah etmək fikrinə düşsün, hətta əgər məsləhət olarsa onun eybini deməklə nəfsinin saflaşdırılmasına səbəb olduğu üçün düşmənə də təşəkkür etsin. Belə düşmənçilik şübhəsiz insanın eyblərini gizlədərək onu tərifləyən, bununla da insanı nadanlıq və cəhalətdə saxlayan mühafizəkar və yaltaq dostlardan çox yaxşı və faydalıdırlar. Amma əgər öz nəfsinə müraciət etdikdən sonra qeyd olunan eyblərin onda olmadığını görərsə Allaha şükr etsin və sonralar belə çirkin sifətlərə aludə olmaması üçün öz nəfsini gözləsin. Belə olan halda insan düşmənlərin tənqidlərindən bəhrələnir. Əlbəttə, bu cür rəftarlar insanın xain düşmənlərin hiyləgərlik planlarını əqli və şəri yollarla zərərsizləşdirməsinə mane olmamalıdır.
    8.Qəlbin xəstəliyinin əlamətləri.
    Xəstəliyi tanımağın ən yaxşı yollarından biri onun əlamətlərinin görünməsidir. Bədəndə mövcud olan əzaların xəstəliyi iki yolla tanınır: ya ağrı hiss edilməklə, yaxud da hər hansı bir üzvün orqanizmdə öhdəsinə aldığı işi yerinə yetirməməsi ilə. Bədən üzvlərindən hər biri sağlam halda bədənin idarə olunmasında xüsusi funksiyanı, öz vəzifəsini lazımınca yerinə yetirir. Deməli, əgər hər hansı bir üzv öz vəzifəsini yerinə yetirməkdə aciz olarsa xəstələnməsi məlum olur. Məsələn, göz sağlam halda və xüsusi şəraitdə xarici əşyaları müşahidə edir. Əgər bu şəraitin mövcud olması ilə ya ümumiyyətlə görməzsə, ya da görməsi zəifləyərsə xəstələnməsi məlum olur. Bədənin sair üzvləri, o cümlədən qulaq, dil, əl, ayaq, qəlb, böyrək, qara ciyər və s. hamısının özünəməxsus vəzifələri vardır ki, sağlam halda onu yerinə yetirir. Əgər vəzifəsini yerinə yetirməzsə xəstələnməsi məlum olur.
    İnsanın qəlbi və nəfsi də belədir. O, müəyyən işləri öhdəsinə almışdır və yaradılış qanunlarına uyğun olaraq onları yerinə yetirməlidir. O, mələkut aləmindən gəlmişdir, elm, rəhmət, qüdrət, ehsan, ədalət, məhəbbət, mərifət, nuranilik və s. fəzilətli sifətlər, gözəl əxlaqla uyğunluğu vardır. O, fitri olaraq hər şeyin səbəbini axtarır, Allahı istəyir. İnsanın Allaha iman gətirib diqqət yetirməsi, Onunla ünsiyyətdə olması, Ona məhəbbət bəsləməsi, Allaha ibadət və pərəstişi, Onunla dua və raz-niyaz etməsi, dərgahında yalvarması, həmçinin elm və biliyə, ehsan və xidmətə meyl, Allah xatirinə Onun məxluqatına xidmət etmək, fədakarlıq edib canından keçmək, ədalət istəmək və s. gözəl əxlaqi səciyyələr nəfsin sağlamlıq əlamətləri hesab olunur. Əgər insan bu qəbildən olan sifətləri özündə görürsə nəfsinin sağlam olduğu məlum olur. Amma əgər Allaha diqqət yetirməsə, ibadət, dua və münacatdan ləzzət almasa, bu kimi işlərdən qaçsa, Allahı sevməsə, dünya mal-dövlətinə, məqam və sərvətə, arvad-uşağa, şəhvətə və heyvani ləzzətlərə meyl etməyi Allahın razılığından üstün hesab etsə, həyatda şəxsi mənafeyini təmin etməkdən başqa bir hədəfi olmazsa, fədakarlıq, ehsan, Allahın məxluqlarına xidmət etməkdən ləzzət almazsa, insanların əzab-əziyyət və narahatlığından narahatlıq hissi və vicdan əzabı keçirməzsə belə bir şəxs nəfsinin doğrudan da xəstə olduğunu bilməlidir. Əgər öz səadət və xoşbəxtliyini istəyirsə mümkün qədər tez bir zamanda onu islah və müalicə etmək qərarına gəlməlidir.
    Category: Nəfsin saflaşdırılması | Views: 1161 | Added by: Islam_Kitabxanasi | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024