İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:23 PM
    Nəfsin saflaşdırılması
    İNSAN ÖZÜNÜN TƏBİBİDİR
    Düzdür ki, peyğəmbərlər və imamlar insanların tərbiyəçiləri və nəfslərinin təbibləridir, lakin nəfsin islah olunması, təbabəti və aludəliklərdən təmizlənməsinin məsuliyyəti bizim öz öhdəmizə qoyulmuşdur. Peyğəmbərlər və məsum imamlar insanlara təbabət dərsi verirlər, nəfsani xəstəlikləri, onların əlamətlərini və pis təsirlərini, eləcə də müalicə yollarını camaat üçün şərh edirlər ki, insanlar özlərinin nəfsani xəstəlikləri və onların müalicə yolları ilə tanış olaraq nəfslərinin islah olunmasını öz öhdələrinə götürsünlər. Çünki heç kəs insanın özünü ondan yaxşı tanıyaraq xəstəlikləri ayırd edə bilməz və nəticədə müalicə məqamına gələ bilməz. İnsan nəfsani xəstəlikləri və onların müalicə yollarını vaizlərin dilindən eşidir, yaxud kitablarda oxuyur, lakin nəticə etibarilə öz xəstəliyini dərk edərək xüsusi dərmanlardan istifadə etməli olan şəxs insanın özüdür. İnsan özünün nə cür olduğunu hər bir başqa adamdan daha yaxşı hiss edir. O, özünün daxilindəki məxfi yerlərdən daha agahdır. Əgər öz nəfsini nəzarət altına almazsa başqalarının öyüd-nəsihəti onda necə təsir qoya bilər?
    İslam nəzərincə islahat işlərini insan vücudunun daxilindən başlamaq, nəfslərin özlərini aludəliklərdən təmizlənməyə, səhiyyə və psixoloji işlərə riayət etməyə hazırlamaq və onlara özlərini nəzarət altında saxlamaqlarına əmr etmək lazımdır. Bu da islamda ən mühüm tərbiyə metodlarından biri hesab olunur. Allah-təala Quranda buyurur: "Xeyr, insanın özü bəhanə gətirməsinə baxmayaraq öz yaxşılıq və pisliklərinə daha agahdır.” ("Qiyamət" 15)
    İmam Cəfər Sadiq (ə) bir kişiyə buyurdu: "Sən öz nəfsinin təbibi qərar verilmisən. Xəstəliklər də, sağlamlıq əlamətləri da sənin üçün bəyan olunubdur. Onun dava-dərmanı da sənə deyilibdir. Belə isə bax gör nəfsini müalicə etmək üçün necə tədbir görürsən.”(Kafi”, 2-ci cild, səh.454)
    İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Hər kəs öz nəfsinə öyüd-nəsihət etməsə başqalarının öyüd-nəsihətinin onun üçün heç bir faydası olmayacaqdır.”("Biharul-ənvar”, 70-ci cild, səh.70)
    İmam Səccad (ə) buyurur: "Ey Adəm övladı! Sən öz nəfsinin öyüd-nəsihət verəni olduğun müddətdə doğru yoldasan.”("Biharul-ənvar”, 70-ci cild, səh.64)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanların ən acizi o kəsdir ki, öz nəfsini islah etməkdən aciz olsun.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.196)
    O Həzrət (ə) yenə buyurur: "Yaxşı olar ki, insan nəfsinin hakimiyyətini öz öhdəsinə alsın, həmişə qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.862)
    NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
    1.Qarşısını almaq. Ruhun sağlamlığına riayət etmək, günah və çirkin əxlaqın qarşısını almaq nəfsin saflaşdırılması mərhələlərində ən yaxşı və ən asan yoldan ibarətdir. Nəfs hələ günaha aludə olmadığı bir zamanda fitri nuraniyyətə, səfaya malikdir, onda yaxşı işləri görməyə, gözəl əxlaqla zinətlənməyə daha artıq hazırlıq vardır. Hələ qaralmamışdır, şeytan ora yol açmamış və o da pis işlərə adət etməmişdir. Buna görə də günahın tərk edilməsi üçün daha artıq hazırlığa malikdir. Yeniyetmələr və cavanlar əgər öz nəfslərini saflaşdırıb günaha, rəzil xüsusiyyətlərə mürtəkib olmaqdan çəkinmək istəsələr onlar üçün bu müəyyən qədər asandır. Çünki bu iş qarşısı alınma yönünə malikdir və bir şeyin qarşısını almaq ona adətin tərk edilməsindən qat-qat asandır. Deməli, cavanlıq, yeniyetməlik hətta uşaqlıq dövrü belə nəfsin saflaşdırılmasının ən yaxşı dövrüdür. Eləcə də insan məxsus bir günaha batmayınca həmin günahın tərk edilməsi onun üçün daha asandır. Deməli cavanlar, yeniyetmələr, eləcə də bəzi günahlara mürtəkib olmayan şəxslər fürsəti çox mühüm və qənimətli hesab etməli, ümumiyyətlə, günah etməməyə çalışmalı, nəfslərini elə olduğu vəziyyətdə saxlamalıdırlar. Çünki bir şeyin qarşısının alınması onu etdikdən sonra tərk etməkdən daha asandır. Bu məsələyə diqqət yetirilməlidir ki, əgər bir kəs bir günaha mürtəkib olarsa, yaxud, çirkin əxlaqa sahib olarsa və bununla da şeytanı öz nəfsinə buraxmış olarsa o günahı tərk etmək hökmən daha çətin olacaqdır. Şeytan və nəfsi-əmmarə daim çalışır ki, günaha bir iki dəfə mürtəkib olmağı kiçik və əhəmiyyətsiz cilvələndirsin ki, bunun vasitəsilə qəlbə nüfuz edərək nəfsi günah işlərə adət etdirsin. Deməli, öz xoşbəxtliyini fikirləşən bir insan nəfsin istəkləri müqabilində ciddi şəkildə müqavimət göstərməli, günah işə bir dəfə olsa belə mürtəkib olmaqdan ciddi şəkildə çəkinməlidir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Öz nəfsinə pis bir işə, yaxud əmələ mürtəkib olmağa belə icazə vermə.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.801)
    O Həzrət (ə) başqa yerdə belə buyurur: "Həvayi-nəfs sənə qələbə çalıb güclənməmişdən öncə sən ona qələbə çal. Əgər güclənərsə səni öz ixtiyarına keçirəcək və istədiyi tərəfə çəkəcəkdir. Belə olan halda sən onun müqabilində müqavimət göstərə bilməyəcəksən.”("Ğurərul-hikəm”, səh.411)
    Yenə buyurur: "Adət insanı öz ixtiyarına keçirən bir düşməndir.”("Ğurərul-hikəm, səh.33) "Adət insan üçün ikinci növ təbiət olur.”("Ğurərul-hikəm”, səh.26) Düşmən düşmənə qələbə çaldığı kimi sən də öz həvayi-nəfsinə qələbə çal, düşmən düşmənlə mübarizə apardığı kimi sən də onunla mübarizə apar. Bəlkə bu yolla öz nəfsini cilovlaya biləsən.”("Ğurərul-hikəm”, səh.409)
    Yenə buyurur: "Günahı tərk etmək tövbə etməkdən daha asandır. Çox hallarda bir saatlıq şəhvət uzun-uzadı qəm-qüssəyə səbəb olur. Ölüm dünyanın iç üzünü aşkar və rüsvay olmasına səbəb olur və əql sahibi üçün heç bir sevinc və şadlıq qoymur.”("Kafi" c.2, səh.451)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Ruhun bədənindən ayrılmamış (ölməmiş) nəfsini, özün üçün zərərli olan şeylərdən hesab et. Güzəranını və həyat vəsaitlərini təmin etmək üçün çalışdığın kimi, nəfsinin (nəfsani istəklərdən) azadlığı yolunda da çalış. Həqiqətən sənin nəfsin əməllərinin girovundadır.”("Kafi”, 2-ci cild,,səh.455)
    Allah-təala Qurani-Kərimdə buyurur: "Amma hər kəs öz Pərvərdigarının məqamından qorxaraq nəfsini ehtiraslardan, nəfsani istəklərdən saxlasa həqiqətən behişt onun yeri olacaqdır.” ("Naziat” surəsi, 40-cı ayə)
    Hər bir halda nəfsin bu işlərə qurşanmasının qarşısını almaq ən yaxşı və ən asan yoldur. İnsan bu yolda bacardığı qədər çalışıb ciddiyyət göstərməlidir. Xoş olsun o cavanların halına ki, həyatın əvvəllərində öz əmmarə nəfslərini cilovlayaraq onlara günaha mürtəkib olmaq icazəsini vermir və ömürlərinin axırına qədər pak-pakizə olub Allah dərgahına yaxınlaşmaq yolunda qədəm götürür və Allah dərgahında yüksək mərtəbələrə nail olurlar.
    2.Birdən-birə tərk etmək. Əgər qarşısını almaq mərhələsindən keçsə və nəfs günahlara aludə olsa onda onun paklanması növbəsi çatıb. Paklamağı bir neçə cür başlamaq olar. Onların ən yaxşısı mənən və daxilən dəyişiklik etmək, günahı külli şəkildə tərk etməkdir. Günaha, çirkin və rəzil xislətlərə aludə olan bir şəxs birdəfəlik tövbə edib Allah dərgahına qayıdaraq qəlbini günahlardan və aludəliklərdən yuyub, pak-pakizə ola bilər. O, qəti bir qərarla şeytanı öz qəlbindən çıxarıb qəlbin qapılarını əbədi olaraq onun üzünə bağlaya bilər, qəlb evini Allah dərgahına yaxın olan mələklərin nazil olma yerinə, ilahi nurların saçma mərkəzinə çevirə bilər, ciddi bir çevrilişlə şeytanı və əmmarə nəfsini məğlub edib, nəfsin cilovunu möhkəm-möhkəm və həmişəlik olaraq öz əlinə ala bilər. Çoxlarını görmək olar ki, öz nəfslərinə məhz bu yolla qələbə çalmış, onu tam şəkildə təmizləməyə və saflaşdırmağa nail olmuş və həyatlarının axırına qədər öz sözlərinə vəfalı qalmışlar. Bu batini dəyişiklik bəzən bir tərbiyəçidən, yaxud özünün nəfsi saf olan əxlaq ustadından qısa bir cümlə eşitmək, yaxud, ilahi şəxsiyyətin bir işarəsi, yaxud qeyri-adi bir hadisənin baş verməsi, dua və zikr məclisində iştirak etməklə, ayə, rəvayət dinləməklə, bir neçə anlığa qısa təfəkkür etməklə hasil olur. Bəzən kiçik bir hadisə bir qığılcım kimi qəlbi büsbütün dəyişərək ona nuranilik gətirir. Bəzi şəxslər bu yolla öz nəfslərini saflaşdırmağa müvəffəq olmuş və Allah dərgahına seyr edənlər qrupunda qərar tutmuşlar. Nümunə olaraq aşağıdakı hadisələrə diqqət yetirin:
    Bişr Hafi Allahın layiqli bəndələrindən, dövrünün abid və zahidlərindən idi. Onun həyatı barəsində qeyd olunur ki, əvvəllər ə”yan-əşraflardan idi. Gecə-gündüz əyyaşlıqla, pis və günah işlərlə məşğul olurdu. Onun evi fəsad, eyş-işrət, rəqs, ğina mərkəzi idi. Bu səslər həmişə onun evindən eşidilirdi. Lakin sonralar tövbə edərək zahidlər və abidlər cərgəsinə keçmişdi. Onun necə tövbə etməsilə əlaqədar yazırlar: Bir gün Bişrin kənizi zibil qabını boşaltmaq üçün evin qapısına gəlir. Bu zaman Həzrət Musa ibni Cəfər (ə) evin qapısından keçəndə avaz və rəqs səsini eşidir. Kənizdən soruşur: «Bu evin sahibi azad adamdır, yoxsa qul?» Kəniz deyir: «Əlbəttə, azaddır və ağadır.» Həzrət (ə) buyurur: «Düz deyirsən, çünki əgər bəndə olsaydı və öz mövlasından qorxsaydı günah və mə”siyətə bu qədər cürətli olmazdı.»
    Kəniz evə gedir. Şərab süfrəsinin kənarında əyləşən Bişr ondan soruşur: «Nə üçün gec gəldin?» Kəniz hadisəni danışır. Bişr soruşur: «O kişi axırda nə dedi?» Kəniz dedi: O kişinin axırıncı sözü bu oldu: «Düz dedin, əgər evin sahibi azad olmasaydı (yəni özünü Allahın bəndəsi hesab etsəydi) öz mövlasından qorxar və günah işlərdə bu qədər cürətli olmazdı.»
    İmam Musa ibni Cəfərin (ə) qısa sözü ox kimi Bişrin qəlbinə sancılır və bir qığılcım kimi qəlbini nuraniləşdirib tamamilə dəyişir. Şərab süfrəsini yığışdırıb, ayaqyalın qaçaraq özünü həmin şəxsə – Musa ibni Cəfərə (ə) çatdıraraq deyir: «Ey mənim ağam! Allahdan və sizdən üzr istəyirəm! Bəli, mən Allahın bəndəsiyəm. Lakin öz bəndəliyimi unutmuşdum. Buna görə də belə günah işlər görürdüm. Amma indi öz bəndəliyimi dərk elədim və keçmiş əməllərimdən tövbə etdim. Mənim tövbəm qəbul olunurmu?» İmam (ə) buyurur: «Bəli, Allah sənin tövbəni qəbul edər. Öz günah işlərindən xaric ol və həmişəlik olaraq günahları tərk et.»
    Bişr tövbə edərək Allah övliyaları, abid və zahidlərin cərgəsinə keçir, bu nemətin şükrün yerinə yetirmək məqsədilə ömrünün axırına qədər ayaqyalın gəzir.("Müntəhəl-amal”, 2-ci cild, səh.126)
    Əbu Bəsir deyir: «Mənim qonşuluğumda zalım padşahların məmurlarından biri yaşayırdı. Haram yolla çoxlu mal-dövlət yığmışdı. Onun evi fəsad, eyş-işrət və ğina mərkəzi idi. Mən onun qonşuluğunda, daim əzab-əziyyətdə yaşayırdım, lakin heç bir çıxış yolum yox idi. Dəfələrlə ona nəsihət etmişdim, amma faydası olmamışdı. Nəhayət bir gün bu işləri tərk etməsinə dair çox israr etdim. Mənə dedi: Filankəs! Mən şeytanın əlində əsirəm, eyş-işrətə, günaha adət etmişəm, onu tərk edə bilmirəm. Xəstəyəm, lakin özümü müalicə edə bilmirəm. Sən mənim üçün yaxşı bir qonşusan, lakin mən sənin üçün pis qonşu olmuşam. Nə edə bilərəm? Axı mən həvayi-nəfsimin əsiriyəm! Nicat üçün bir yol da görmürəm. İmam Cəfər Sadiqin (ə) hüzuruna gedəndə mənim vəziyyətimi ona de. Bəlkə mənim üçün bir çıxış yolu göstərsin.»
    Əbu Bəsir deyir: O kişinin sözündən çox təsirləndim. Bir müddətdən sonra İmam Cəfər Sadiqi (ə) ziyarət etmək məqsədilə Kufədən Mədinəyə yola düşdüm. İmamın (ə) hüzuruna çatdıqda qonşumun sözlərini ona çatdırdım. Buyurdu: «Kufəyə qayıdandan sonra o kişi sənin görüşünə gələcək. Ona deyərsən: "Cəfər ibni Muhəmməd dedi: Sən günahlardan əl çək ki, mən də sənin üçün behiştə zamin olum.”»
    İşlərimi qurtardıqdan sonra Kufəyə qayıtdım. Camaat mənim görüşümə gəlirdi. Qonşum da gəldi. Hal-əhval soruşduqdan sonra getmək istədi. Mən işarə ilə ona oturmasını, onunla işim olduğunu başa saldım. Hamı getdikdən sonra ona dedim: «Mən sənin vəziyyətini İmam Cəfər Sadiqə (ə) dedim. Buyurdu: Kufəyə qayıtdıqdan sonra mənim salamımı ona çatdır və de: Sən günahlardan əl çək, mən də sənə cənnəti zamin olum.»
    O Həzrətin (ə) qısa cümlələri bu kişinin qəlbinə elə təsir etdi ki, hönkür-hönkür ağlamağa başladı. Sonra mənə dedi: «Filankəs! Səni and verirəm Allaha, de görüm, doğrudanmı Cəfər ibni Muhəmməd belə dedi?» Mən and içib dediyim sözün eynilə imamın sözü olduğunu bildirdim. Dedi: Elə bu söz mənə kifayətdir.»
    Bunu deyib evimdən çıxdı. Bir neçə gün ondan xəbərim olmadı. Bir gün mənə xəbər göndərdib onun yanına getməyimi və mənimlə işi olduğunu bildirdi. Xahişini qəbul edib onun evinə getdim, qapının arxasından məni səsləyib dedi: «Ey Əbu Bəsir! Yığdığım bütün haram mal-dövlətləri sahiblərinə qaytardım. Hətta paltarlarımı da çıxardıb vermişəm. İndi çılpaq halda qapının dalındayam. Ey Əbu Bəsir, mən imamın göstərişlərinə əməl etdim və bütün günahlardan əl çəkdim.»
    Əbu Bəsir deyir. Qonşumun tövbə edib Allah dərgahına qayıtmasından sevindim və imamın sözünün təsirindən heyrətləndim. Evə qayıdıb bir qədər paltar, yemək hazırladım və onun üçün apardım. Bir müddətdən sonra yenidən məni çağırdı. Evinə getdikdə xəstə olduğunu gördüm. Bir müddət xəstə yatdı. Mən də daim onun vəziyyətini soruşmağa gedir, lazım olan köməkləri edirdim. Lakin müalicənin heç bir faydası olmurdu. Nəhayət bir gün vəziyyəti çox ağırlaşdı. Ehtizar (can verən insan) halına düşdü. Başı üstündə oturmuşdum. O da can üstündə idi. Birdən huşa gəlib dedi: "Ey Əbu Bəsir! İmam Cəfər Sadiq öz vədəsinə əməl etdi!” Bunu deyib həmişəlik gözlərini yumdu.
    Bir müddətdən sonra həcc səfərində İmam Cəfər Sadiqin (ə) hüzuruna getdim. Bir ayağım dalanda, digər ayağım isə həyətdə ikən İmam (ə) buyurdu: "Ey Əbu Bəsir! Biz sənin qonşuna verdiyimiz əhdə vəfa etdik: onun üçün zamin olduğumuz behişti ona verdik.”("Müntəhəl-amal”, 2-ci cild, səh.86)
    Belə insanlar həmişə olmuş və hal-hazırda da vardır ki, qəti bir qərar, şücaətli bir tədbirlə əmmarə nəfsi məğlub edərək onun cilovunu əlinə alır və batini bir inqilabla nəfsini hər növ çirkinliklərdən təmizləyirlər. Deməli, bu yolu ötmək bizim hamımız üçün mümkündür.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Adəti tərk etmək üçün öz nəfslərinizə qələbə çalın və onun istəkləri ilə mübarizə aparın. Bəlkə bu yolla nəfsinizi öz ixtiyarınıza keçirə biləsiniz.”("Ğurərul-hikəm”, səh.508)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "İbadətlərin ən yaxşısı adətlərə qələbə çalmaqdır.”("Ğurərul-hikəm”, səh.176)
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Qiyamətdə üç gözdən başqa bütün gözlər ağlayar:
    1.Gecələr Allah yolunda ayıq qalan gözlər.
    2.Allah qorxusundan ağlayan gözlər.
    3.Allahın haram buyurduğu şeylərdən yumulan gözlər.”("Kafi”, 2-ci cild, səh.80)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Allah-təala Musaya (ə) belə vəhy etdi: «Heç kəs Mənim dərgahıma haramlardan çəkinməklə yaxınlaşdığı qədər başqa bir yolla yaxınlaşa bilməz. Həqiqətən Ədn behiştini onlar üçün mübah edərəm və onlardan başqa şəxsləri oraya daxil etmərəm.”("Kafi”, 2-ci cild, səh.80)
    Əlbəttə, əmmarə nəfsini cilovlamaq və günahları tərk etmək ümumi halda asan iş deyildir. Lakin əgər bu barədə agahlıq, təfəkkür, aqibəti düşünmək, himmət və iradə olsa çox da çətin olmaz. Çünki bu barədə Allah tərəfindən də kömək olunur.("Ənkəbut” surəsi, 69-cu ayə)
    3.Tədricən tərk etmək. Əgər günahları bir dəfəyə tərk etmək üçün himmət və bacarığımız yoxdursa bu əməli tədricən tərk etmək barədə qərara gələ bilərik. Əvvəlcə nümunə olaraq bir, yaxud bir neçə günahı tərk etməyə başlayır və bu işi o qədər davam etdiririk ki, onları tərk etmək barədə nəfsimizə qələbə çalaraq onların kökünü kəsə bilək. Bundan sonra həmin əməliyyatı digər bir və ya bir neçə günahla əlaqədar başlayır və ona qələbə çalana qədər davam etdiririk. Eyni halda tam ehtiyatlı olmaq lazımdır ki, tərk olunan günahlar yenidən təkrar olunmasın. Məlum olduğu kimi günahların tərk olunması ilə bərabər nəfsi-əmmarə və şeytan da zəifləyir. Qəlbdən hər bir şeytan çıxdıqca onun yerinə mələk keçir. Qəlbin səhifəsindən hər günah qaraltısı aradan getdikcə həmin qədər də onun ağlığı və nuraniliyi artır.
    Bu minvalla günahların tərk edilməsini davam etdirir, nəfsi kamil saflaşdırır, nəfsani istəkləri kamil şəkildə cilovlayıb tam qələbəyə nail oluruq. Bu məsələ ilə əlaqədar elə bir həddə çatmaq olar ki, özümüzdə bütün günahların bir dəfəlik olaraq tərk edilməsinə qüdrət də görə bilərik. Bu halda biz fürsətlərdən istifadə etməli və bütün günahları bir dəfəlik tərk etməliyik. Şeytanı qəlbimizdən çıxarıb nəfsi-əmmarəni cilovlamaqla qəlbi Allah və Onun dərgahına məxsus olan müqərrəb mələklərə aid edərik. Əgər bu barədə çox çalışıb cihad etsək şübhəsiz qələbə çalacağıq. Nəfs ilə aparılan cihad eynilə düşmənlə aparılan mübarizəyə bənzəyir. Mücahid insan həmişə düşməni nəzarət altına alıb öz qüvvələrini düşmənin imkanları ilə müqayisə etməli, öz qüvvələrini gücləndirməli, fürsətlərdən istifadə edərək mümkün olan hər bir yolla düşmənə hücum etməli və onun ordusunu dağıtmalı, yaxud nəfs ölkəsindən çölə çıxarmalıdır.
    Category: Nəfsin saflaşdırılması | Views: 1060 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024