İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:21 PM
    Nəfsin saflaşdırılması
    TƏQVA ŞƏRİƏT HÖKMLƏRİNİN QOYULMASİNDA HƏDƏFDİR
    İslamda təqva əsl əxlaqi bir dəyər, şəriət hökmlərinin qoyulmasında əsas hədəf kimi təqdim edilmişdir. Quranda buyurulur: "Ey insanlar! Sizi və sizdən qabaqkıları yaradan Pərvədigarınıza ibadət edin, bəlkə təqvalı olasınız.”("Bəqərə” surəsi, ayə:21)
    "Sizdən əvvəlki insanlara oruc vacib edildiyi kimi, sizə də vacib edildi, bəlkə təqvalı olasınız.”("Bəqərə” surəsi, ayə:183)
    "Qurbanlıqların əti və qanı Allaha çatmır, lakin sizin təqvanız Allaha çatır.”("Həcc” surəsi, ayə:38)
    "Axirət səfəri üçün yol ehtiyatı götürün, (və bilin ki,) ehtiyatların ən yaxşısı təqvadır.”("Bəqərə” surəsi, ayə:197)
    Gördüyünüz kimi, bəzi ibadətlərin qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, sair əməllərin qəbul olunmasında meyar hesab edilir, təqvasız əməl rədd olunur və onun heç bir faydası yoxdur.
    Quranda buyurulur: "Allah (yaxşı əməlləri) yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edir.”("Maidə” surəsi, ayə:27)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: "Təqva əldə etmək üçün əməlin özündən daha artıq səy göstər, çünki təqva ilə olan heç bir əməl az, kiçik deyildir. Allah tərəfindən qəbul olunan bir əməl necə az və kiçik hesab edilə bilər, halbuki Quranda buyurulur: "Allah (əməli) yalnız müttəqilərdən qəbul edir”("Biharul-ənvar”, 77-ci cild, səh.89)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Onların ağlamaqları səni aldatmasın, çünki təqva yalnız qəlbdədir.”("Biharul-ənvar”, 70-ci cild, səh.286)
    Quranda buyurulur: "Əgər səbr etsəniz və təqvalı olsanız bu, işlərin ən mühümündən ibarətdir.”("Ali-İmran” surəsi, ayə:186)
    Gördüyünüz kimi Quranda və hədislərdə təqva əsaslı bir dəyər, ən yaxşı yol ehtiyatı, qəlbin xəstəliklərindən ötrü ən yaxşı dərman, nəfsin təzkiyə və təmizlənməsində ən böyük vasitə kimi təqdim olunmuşdur. Onun əhəmiyyətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, şəriət qanunlarının və hökmlərinin qoyulmasında əsas məqsəd təqvadır.
    İndi isə təqvanın mənasını izah edirik.
    TƏQVANİN TƏRİFİ
    Adətən təqva mənfi bir proqram, yəni günahlardan çəkinmək və pəhriz etmək kimi təqdim olunur və belə təsəvvür edilir ki, ictimai işlərdə iştirak etməklə təqva halətinin qorunub saxlanması çox çətindir, hətta qeyri-mümkündür də. Çünki insanın nəfsi təbii olaraq günahlara meyl edir, əgər ictimai məsuliyyətləri qəbul edərsə təbii olaraq günaha doğru çəkiləcəkdir. Buna görə də ya təqvalı və pəhrizkar olmalı və ictimai işlərdən kənara çəkilməli, ya da ictimai məsuliyyətləri qəbul edərək təqvanı əldən verməlidir. Çünki onların hər ikisinin bir yerə yığışması qeyri-mümkündür.
    Bu cür təfəkkürdən belə çıxır ki, insan nə qədər guşənişin olsa bir o qədər təqvalı olacaqdır. Amma ayələrdə, hədislərdə və "Nəhcül-bəlağə”də təqva müsbət bir dəyər kimi qiymətləndirilir. Təqva yalnız günahın tərk olunması deyildir. Əksinə bundan ibarətdir ki, insanda batini bir qüvvə olsun və onunla nəfsini nəzarət altına ala bilsin ki, davamlı məşğələlər, riyazətlər nəticəsində nəfs üçün belə bir səciyyə hasil olsun və nəfsini o qədər gücləndirsin ki, Allahın əmrlərinə müti, qeyri-qanuni nəfsani istəklər və meyllər qarşısında müqavimətli və sabit olsun. Lüğətdə də təqva həmin mənadadır.
    Təqva qoruyub-saxlamaq mənasında olan "viqayə kökündən alınmışdır. Təqva yəni, «özünü saxlamaq» və «nəfsi nəzarət altına almaq.» Təqva mənfi və inkari bir iş deyil, insana müsbət sifət və toxunulmazlıq verən bir xüsusiyyətdir. Təqva insanın şəriət qanunları və göstərişlərinə itaət etməklə əlaqədar vəfalı qalmasıdır. Hər günahın tərk edilməsinə təqva deyilmir. Əksinə, təqva insanda günahın tərk edilməsi, nəfsin nəzarət alınması ilə əlaqədar səciyyənin yaranmasıdır. Təqva ən yaxşı axirət ehtiyatıdır. Bu da mənfi deyil, müsbət bir işdir. Nümunə üçün Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bir neçəsinə diqqət yetirin:
    "Ey Allah bəndələri, sizi təqvaya tövsiyə edirəm! Çünki təqvanın nəfs ilə münasibəti onu yaxşılıqlara doğru çəkən bir cilov kimidir. Belə isə təqvanın möhkəm iplərinə sarının, onun həqiqətlərindən tutun ki, sizi aramlıq və rifah mənzillərinə, geniş vətənlərə, hifz olunan pənahgahlara və izzət mənzillərinə çatdırsın.”("Nəhcül-bəlağə”, 195-ci xütbə)
    "Həqiqətən təqva sizin üçün bir pənahgah və sipər, sabah (qiyamət) üçün behiştə doğru olan aşkar bir yoldur ki, onu keçənlər fayda aparar, onu əmanət alanlara mühafizəçi olar.”("Nəhcül-bəlağə”, 191-ci xütbə)
    "Ey Allah bəndələri, agah olun (və bilin) ki, təqva möhkəm bir pənahgahdır. Günah və təqvasızlıq təməlsiz bir evdir ki, sakinlərini saxlayıb ona sığınanları qoruya bilməz. Bilin ki, təqva ilə günahların zəhərləri və tikanları kəsilir.”("Nəhcül-bəlağə”, 157-ci xütbə)
    "Ey Allah bəndələri! Həqiqətən təqva Allah övliyalarını günahdan elə saxlayır və Allahdan qorxunu onların qəlblərində elə qərarlaşdırır ki, gecələri ibadət etmək və Allahla raz-niyaz üçün oyaq qalır, gündüzləri oruc tuturlar.”("Nəhcül-bəlağə”, 114-cü xütbə)
    "Həqiqətən təqva bu dünyada sənin üçün sığınacaq və ölümdən sonra səadətdir.”("Ğurərul-hikəm”, səh.222)
    Gördüyünüz kimi bu hədislərdə təqva müsbət və vücudi bir dəyər, insanı çirkinlikdən saxlayıb ona toxunulmazlıq verən bir qüvvə, güclü nəzarətçi bir amil kimi təqdim olunur. Təqva bir cilova bənzəyir ki, onun vasitəsilə günahkar, ipə-sapa yatmayan nəfs, onun istək və meylləri nəzarət altına alınır və tənzimlənir. Təqva möhkəm bir qalaya və hasara bənzəyir ki, insanı batini düşmənlərinin – yəni qanunsuz nəfsani istəklərin və şeytani həvəslərin hücumlarından qoruyur. Təqva şeytanların öldürücü və zəhərli oxlarının qarşısını alan bir sipərə bənzəyir. Təqva insana azadlıq verir, onu həvayi-nəfsin zəncirlərindən, əsarətindən xilas edir, boynundan hərislik, tamahkarlıq, həsəd, şəhvət və qəzəbin buxovlarını götürür. Təqva məhdudiyyət deyil, nəfsi nəzarət altına almaq və onu mülkiyyətə keçirməkdir. Təqva insana izzət, şərafət və şəxsiyyətdə müqavimət verir, qəlbi şeytani fikirlərin hücumundan saxlayıb ilahi mələklərin nazil olması və müqəddəs nurların saçması üçün hazırlayır, əsəb sisteminə aramlıq və xatircəmlik verir. Təqva insanı soyuqdan, istidən və bəzi hadisələrdən qoruyan paltara və evə bənzəyir.
    Quranda buyurulur: "Təqva paltarı daha xeyirlidir.”("Ə”raf” surəsi, ayə:26)Deməli, təqva mənfi bir sifət deyil, müsbət bir dəyər və axirət üçün yol ehtiyatıdır. Əlbəttə, Quranda və hədislərdə təqva günah qarşısında qorxmaq, onu tərk etmək mənasında da gəlmişdir. Lakin bunlar təqvanın özü deyil, onun tələbləridir.
    TƏQVA VƏ GUŞƏNİŞİNLİK
    Guşənişin həyat tərzi keçirib ictimai məsuliyyətləri qəbul etməmək nəinki təqvanın əlamətlərindəndir, hətta bəzi hallarda təqvanın tam əksi sayılır. İslamda röhbaniyyət (tərki-dünyalıq) və guşənişinlik yoxdur. Bu din insana günahdan qaçmaq üçün guşənişinlik edərək dünyəvi işləri tərk etməyi tövsiyə etmir. Əksinə, ondan istəyir ki, məsuliyyətləri qəbul etsin, ictimai işlərdə iştirak etsin, eyni halda təqva vasitəsilə öz nəfsini cilovlayıb nəzarət altında saxlasın və onu azğınlıqdan qorusun.
    İslam heç vaxt "qanuni rəyasət və məqamı qəbul etmə” demir. Əksinə, o, deyir ki, bunları qəbul et, özü də Allahın razılığını qazanmaq, Allah bəndələrinə xidmət etmək üçün qəbul et. Şan-şöhrət qulu olma, onu şan-şöhrət qazanmaq, nəfsani istəklərə və şəhvətlərə nail olmaq üçün bir vasitə qərar vermə, haqq yolundan çıxma.
    İslam heç də buyurmur ki, təqva mərhələsinə çatmaq üçün ticarət və qazancdan əl çək, halal ruzi əldə etmək üçün çalışma. O, sadəcə olaraq buyurur ki, dünyanın əsiri və ona qul olma.
    İslam heç vaxt demir ki, dünyanı tərk et və ibadət üçün bir guşədə əyləş; o buyurur ki, dünyada yaşa və onun abadlığı üçün çalış. Lakin dünya əhli kimi ona məftun olma. Dünyanı Allaha doğru yaxınlaşmaq üçün bir vasitə et.
    Təqvanın əsas məqsədi də məhz budur ki, islamda ən yaxşı dəyər və xislətlər kimi təqdim olunmuşdur.
    TƏQVA VƏ BƏSİRƏT
    Ayə və hədislərdən məlum olur ki, təqva insana bəsirət və agahlıq verir ki, onunla dünya və axirətin həqiqi mənafeyini ayırd edib onun ardınca getsin.
    Quranda buyurulur: "Ey iman əhli! Əgər təqvalı olsanız Allah sizə (haqqı batildən fərqləndirən nur) furqan verər.”("Ənfal” surəsi, ayə:29) Yəni Allah sizə səadətlə bədbəxtçilik, mənafe ilə zərəri ayırd edə biləsiniz deyə, bəsirət gözü verər.
    Başqa ayədə buyurulur: "Təqvalı olun ki, sizə elm əta etsin, Allah hər bir şeyi biləndir.”("Bəqərə” surəsi, ayə:282)
    Quranın bütün insanlar üçün nazil olmasına baxmayaraq, onunla yalnız müttəqilər hidayət olunur və öyüd-nəsihət alırlar. Buna görə də buyurulur: "Quran camaat üçün bir xəbərdarlıq, təqva əhli üçün isə hidayət və öyüd-nəsihətdir.”(Ali-İmran” surəsi, ayə:138)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Həqiqətən təqva sizin qəlbinizin xəstəliklərinə şəfa verən bir dərman, qəlb gözünüzün açılması üçün bir səbəbdir.”("Nəhcül-bəlağə”, 198-ci xütbə)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Əgər şeytanlar bəni-adəmin qəlbinin ətrafına fırlanmasaydı, onlar mələkut aləmini müşahidə edərdilər.”("Biharul-ənvar”, 70-ci cild, səh.59)
    İmam Cəfər Sadiq (ə) atasının belə buyurduğunu nəql edir: "Qəlbi günahdan da artıq korlayan bir şey yoxdur. Qəlb günah ilə çarpışır, elə bir həddə çatır ki, günah onu məğlub və alt-üst edir.”("Biharul-ənvar”, 70-ci cild, səh.54)
    Bu kimi ayə və hədislərdən məlum olur ki, təqva insanın bəsirətli, əql sahibi, düzgün dünyagörüşlü olmasına səbəb olur, idrak və ayırd etmə qüvvəsini gücləndirir. Əql insanın vücudunda əmanət qoyulan çox dəyərli bir gövhərdir. İnsan onun vasitəsilə məsləhət və zərərləri, xeyir və şəri, xoşbəxtlik və bədbəxtlik amillərini və nəhayət, edilməli və edilməməli şeyləri bir-birindən ayırd edir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Bədəndəki əql Haqqın peyğəmbəridir.”("Ğurərul-hikəm, 1-ci cild, səh.10)
    Əqlin üzərinə belə bir vəzifə qoyulmuşdur və o bu işi yerinə yetirməyə qadirdir. Lakin bu şərtlə ki, qüvvələr və qərizələr onun hakimiyyətini qəbul etsinlər, onun qarşısında müxalifət və maneçilik törətməsinlər. Həva-həvəslər əqlin düşmənidir. Ona öz işini lazımi şəkildə yerinə yetirməsinə mane olur. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Həvayi-nəfs əqlin düşmənidir.”("Ğurərul-hikəm”, səh.10)
    Yenə buyurur: "Hər kəs öz şəhvətinə hakim olmazsa əqlə də malik olmaz.”("Ğurərul-hikəm”, səh.702)
    Başqa bir hədisdə buyurur: "Ücb və özünü bəyənmək əqli fəsada çəkir (korlayır).”("Ğurərul-hikəm”, səh.26)
    "İnadkar adamın düzgün bir rə”yi olmaz.”("Ğurərul-hikəm”, səh.31)
    Düzdür, bədənin idarə olunması və hakimiyyəti əqlə həvalə edilmişdir və əql də onu yerinə yetirə bilər. Lakin nəfsani qərizələr və meyllər onun müvəffəqiyyət qazanmasına mane olan ən böyük amillərdir. Əgər qərizələrdən biri, yaxud hamısı normal vəziyyətdən çıxaraq tüğyan edərsə və əqlin işinə maneçilik törədərsə, bu halda əql öz vəzifəsini yerinə yetirməyə necə müvəffəq ola bilər? Belə insanın əqli vardır, lakin onda dərk və ayırdetmə qüvvəsi yoxdur. Onun silahı vardır, lakin həvayi-nəfs, şəhvətlər və qəzəblər onun üzünü qaranlıq bulud, qalın toz kimi tutmuş, nurunu söndürmüş və həqiqətləri dərk etməsinin qarşısını almışlar. Şəhvətpərəst bir adam özünün həqiqi mənafeyini necə ayırd edər və şəhvətin tüğyançı qüvvəsini necə cilovlaya bilər? Xudbin insan öz eyblərini nə vaxt tanıya bilər ki, onu da islah etmək qərarına gəlsin? Sair sifətlər də, o cümlədən qəzəb, tamah, həsəd, kin-küdurət, təəssüb, inadkarlıq, mal-dövləti, məqam və rəyasəti sevmək və s. xislətləri özündən necə uzaqlaşdıra bilər?
    Əgər bunlardan biri, yaxud bir neçəsi nəfsə hakim kəsilsə əməli əqli həqiqətləri dərk etməkdən saxlayacaq, amma əql bunların əksinə olaraq bir iş görmək istəsə bunun qarşısında çoxlu maneələr icad edərək dad-fəryad qoparacaq, mühiti əql üçün qaranlıqlaşdıracaq və onu öz vəzifəsini yerinə yetirməkdə bacarıqsız və aciz edəcəkdir. Həvayi-nəfsin əlində əsir olan bir şəxs hətta öyüd-nəsihətdən belə nəticə almayacaqdır. Quran ayələri və moizələr qəlbinin qəsavətini daha da artıracaqdır.
    Deməli, təqvanı bəsirət, aydın fikirlilik və vəzifəni tanımağın ən mühüm amillərindən biri hesab etmək olar.
    Bu bəhsin sonunda qeyd etməliyik ki, "təqva bəsirətin artmasına səbəb olur” dedikdə məqsəd nəzəri əqldə və həqiqətlərin dərk olunmasında bəsirətli etməsi deyil, əməli əql və vəzifənin ayırd edilməsini, başqa sözlə desək, "olmalı” və "olmamalı” şeyləri ayırd etməkdir. Təqvasız adamın riyaziyyat, təbabət və sair kimi elmi məsələlərdən də aciz olmasını təsəvvür etmək düzgün olmaz. Baxmayaraq ki, təqva onun şüurunun inkişafında və ayıqlığında müəyyən qədər təsir göstərir.
    TƏQVA VƏ ÇƏTİNLİKLƏRƏ QƏLƏBƏ
    Təqvanın mühüm nəticələrindən biri həyat çətinliklərinə qələbə çalmaqdır. Quranda buyurulur: "Hər kəs təqvalı olsa Allah (çətinliklərin həllində) onun üçün bir çıxış yolu qərar verər və gümanı gəlmədiyi yerdən ona ruzi çatdırar.” ("Təlaq” surəsi, ayə:2)
    Yenə buyurulur: "Hər kəs təqvalı olsa Allah onun işlərini asanlaşdırar.”("Təlaq” surəsi, ayə:4)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs təqvalı olsa çətinliklər və şiddətli müsibətlər ona yaxınlaşdıqdan sonra ondan uzaqlaşar. Acılıqlar onun üçün şirin olar, çətinliklər seli onun müqabilində yarılaraq pərakəndə vəziyyətə düşər, çətin və dərdli işlər onun üçün asan olar.”("Nəhcül-bəlağə”, 198-ci xütbə)
    Bu kimi ayə və hədislərdən məlum olur ki, təqva müşkül məsələlərin həll olunmasında, çətinliklərə qələbə çalınmasında insana kömək edir. İndi təqvanın bu kimi işlərdə nə qədər təsir göstərdiyini araşdırırıq.
    Həyat çətinliklərini ümumi şəkildə iki dəstəyə bölmək olar. Onlardan bəzilərinin həlli insanın ixtiyarında deyil. O cümlədən bədən üzvünün nöqsanlı olması, əlacsız xəstəliklərə tutulma, qarşısı alına bilməyən təhlükələr və bu kimi şeylər. Belə ki, onların qarşısının alınması bizim imkanımızdan xaricdədir.
    İkinci qismi elə çətinliklərdən ibarətdir ki, bizim qərar və iradəmiz onların həll olunmasında və hətta qarşısının alınmasında belə təsirlidir. Əksər ruhi, cismi, ailəvi, ictimai çətinlikləri misal olaraq qeyd etmək olar.
    Əlbəttə, təqva bu iki qismdən olan çətinliklərin hər birinin həll olunmasında mühüm rol ifa edə bilər. Birinci qismdən olan çətinliklərin qarşısının alınması və aradan qaldırılması əməldə qeyri-mümkün olmasına baxmayaraq, bu çətinliklər qarşısında necə rəftar etmək və necə reaksiya göstərmək bizim ixtiyarımızdadır. İnsan təqvalı olub özünü saxladıqda, öz nəfsinə tamamilə hakim kəsildikdə dünya və onun çətinliklərini ötəri, axirət həyatını əbədi hesab edir, Allahın yenilməz və sonsuz qüdrətinə arxalanır, dünyanın xoşagəlməz hadisələrini və çətinliklərini kiçik və müvəqqəti sayıb onların qarşısında ah-fəğan etmir. Əksinə, Allahın iradəsi və istəyi qarşısında qeydsiz-şərtsiz təslim olur. Təqvalı insan Allahla, axirət aləmi ilə ünsiyyətdə olur. Bu dünyanın ötəri hadisələri və çətinlikləri onun ruhi aramlıq və xatircəmliyini poza bilmir. Çünki xoşagəlməz hadisələr, çətinliklər və ağır müsibətlər zatən dərdli deyildir. Əksinə, nəfsin iztirab və dözümsüzlüyü insanın narahat olmasına səbəb olur və təqva bu barədə insana kömək edir.
    İkinci qism də, yəni, həyatda insanın başına gələn acı hadisələr və şiddətli müsibətlərin çoxu nəfsani istəklərin, çirkin sifətlərin, şeytani meyllərin qələbə çalmasından irəli gəlir. Ailə mühitində baş verən çətinliklərin əksəriyyətini ya qadın, ya kişi, ya da hər ikisi öz nəfsani istəklərinə nəzarət edə bilmədiklərindən yaradırlar. Özləri də öz əllərilə yandırdıqları odda yanıb ah-nalə edirlər. Sair çətinliklər də eynilə belədir.
    Həsəd, kin-küdurət, intiqamçılıq, inadkarlıq, təəssüb, xudbinlik, xudpəsəndlik, tamahkarlıq, şəhvət, qəzəb, özünü yuxarı tutmaq, təkəbbür və sair kimi yaramaz əxlaqlar insan üçün çoxlu çətinliklər, qəm-qüssə yaradır, şirin həyatı acıdır. Belə bir şəxs öz həvayi-nəfsinin əlində o qədər əsirdir ki, hətta öz dərdini, xəstəliyini ayırd edib müalicə etməkdən belə acizdir. Bu kimi acı hadisələrin qarşısını ala biləcək ən təsirli və ən yaxşı şey təqva, nəfsin nəzarət altına alınması və özünü saxlamaqdan ibarətdir. Təqvalı şəxs üçün bu cür hadisələr ümumiyyətlə irəli gəlmir. O, öz həyatını çox aram və nurani qəlblə davam etdirir və axirət səfəri üçün yol ehtiyatı hazırlayır.
    Dünyaya məhəbbət (məftunluq) bütün çətinliklərin mənşəyidir. Lakin təqvalı bir şəxs dünyaya və onda olanlara məftun olmadığından, onları itirən zaman ruhən əzab hissi keçirmir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dünya məhəbbətindən uzaq ol. Çünki, o hər bir günahın əsli və hər bir bəlanın mənşəyidir.”("Ğurərul-hikəm”, səh.150)
    TƏQVA VƏ AZADLİQ
    Bəziləri belə fikirləşə bilər ki, təqva insanı azadlıqdan məhrum edir, onun üçün müəyyən məhdudiyyətlər yaradır və həyatı insan üçün çətinləşdirir. Lakin islam bu yanlış əqidəni rədd edir və buyurur ki, təqva insanın azadlıq, asayiş, izzət və alicənablığına səbəb olur. Bununla yanaşı təqvasız insanı əsir və qul hesab edir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Təqva hidayətin, müqavimətin açarı, axirət ehtiyatıdır. Təqva qul olmaqdan və fəlakətdən qurtuluş vasitəsidir.”("Nəhcül-bəlağə”, 230-cu xütbə)
    O Həzrət (ə) yenə buyurur: "İslamı qəbul etməkdən böyük bir şərafət, təqvadan əziz bir izzət (əzizlik) və vərə”dən (təqvanın yüksək dərəcəsi) yaxşı bir pənahgah yoxdur.”("Nəhcül-bəlağə”, Əlmuxtaru minəl-hikəm, 371)
    Yenə buyurur: "Hər kəs təqvalı olsa çətinliklər və şiddətli müsibətlər ondan uzaqlaşar, acı hadisələr onun üçün şirin olar, çətinliklər dalğası onun ətrafında pərakəndə olar və çətinliklər onun üçün asanlaşar.”("Nəhcül-bəlağə”, 193-cü xütbə)
    Bu hədislərdə təqva çətinliklərin həll olunması üçün bir açar, insanın azadlıq və izzət səbəbi, çətinliklərdən və həyatın acı hadisələrindən qurtuluş vasitəsi və ən yaxşı sığınacaq kimi təqdim olunmuşdur.
    Deməli, təqva heç vaxt insanın məhdudiyyətinə, azadlıqdan məhrum olmasına səbəb olmur. Əksinə, o, insanın şəxsiyyətini dirçəldir və onu şəhvət, qəzəb və intiqamçılıq hissləri, kin-küdurət, özünü sevmək, xudbinlik, təəssüb, inadkarlıq, tamahkarlıq, mal-dövlət düşgünlüyü, özünəpərəstiş, məqam, vəzifə və qadın düşgünlüyü, şəhvətpərəstlik kimi yaramaz, rəzil xüsusiyyətlərdən azad edir, onun insani şəxsiyyətini və əqlini gücləndirir ki, qərizələrə və nəfsin tüğyançı qüvvələrinə qalib gəlsin, onları normal hala salsın və həqiqi mənafeyi istiqamətində ona yol göstərsin, bu qərizə və qüvvələrin ifrat və təfritinin qarşısını alsın.
    Qurani-Kərim həvayi-nəfsə itaət edərək ona müti olanları, nəfsani istəklərin təmin olunmasında çalışanları, öz nəfsani meyllərinə çatmaq üçün heç bir hədd-hüdud gözləməyənləri bütpərəst və nəfspərəst adlandırır və buyurur: "O kəsi görmədinmi ki, elmi ola-ola öz həvayi-nəfsini özünə məbud qərar vermişdir?! Allah onu yoldan azdırdı, qulağına və qəlbinə möhür vurdu, gözlərinə zülmət pərdəsi saldı. Allahdan başqa kim onu hidayət edə bilər? Məgər ibrət almazlarmı?!”("Casiyə surəsi, ayə:23)
    Bəli, özünün nəfsani istəkləri qarşısında qeydsiz-şərtsiz təslim olan, o istəklərə çatmaq üçün heç bir çirkin əməldən çəkinməyib dəlicəsinə onları əldə etməyə çalışan, əqlin xeyirxahlıq nidasına, Peyğəmbərin (s.ə.v.v.) yol göstərməsinə qulaq asmayan şəxslər doğrudan da nəfsin əsiri və quludur. Həvayi-nəfs insanın şəxsiyyətini, əqlinin dəyərli gövhərini məğlub edərək öz əsarəti altına alır. Onun əsarətdən azad olması üçün təqvadan başqa bir yol yoxdur. Deməli, təqva məhdudiyyət gətirmir. Əksinə, insana həqiqi azadlıq verir.
    TƏQVA VƏ RUHİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ
    Əvvəllər qeyd olundu ki, çirkin əxlaq, o cümlədən həsəd, kin, intiqamçılıq, eyb axtarmaq, qəzəb, təəssüb, tamahkarlıq, xudbinlik, təkəbbür, qorxu, iradəsizlik və sair xislətlər nəfsani xəstəliklərdir. Bu kimi şəxslərin nəfsləri məcazi mənada deyil, doğrudan da xəstədir.
    Elmi yolla isbat olunmuşdur ki, insanın nəfsi ilə bədəni arasında nəinki möhkəm bir əlaqə bərqərardır, həm də onlar bu rabitə vasitəsilə bir-birinə təsir qoyur, bir-birindən qarşılıqlı olaraq təsirlənir. Cismi xəstəliklər nəfsi narahat və pərişan edir, nəfsani xəstəliklər cismdə və insanın əsəb sitemində tam təsir qoyur. Psixi və ruhi xəstəliklərdən çoxu, əsəb zəifliyi və s. çirkin əxlaq nəticəsində yaranır. Hətta bəzi cismi xəstəliklər, o cümlədən mədə-bağırsaq yarası, anormal həzm, mədə qıcqırması, baş ağrısı, ürək ağrısı kimi cismani xəstəliklərin mənşəyi də bir sıra çirkin əxlaqlar, o cümlədən həsəd, kin, tamah, özünü istəmək və yüksək tutmaq ola bilər. Şəhvətpərəstlikdə ifratçı və zərərli adətlərin nə qədər çirkin və təhlükəli xəstəliklər yaratması aşkar şəkildə müşahidə olunur. Əvvəldə qeyd oluduğu kimi nəfsani xəstəliklərin yeganə şəfa vericisi təqvadır. Deməli, belə bir müddəa irəli yürüdüb demək olar ki, təqva həm cismani (fiziki), həm də mənəvi xəstəliklərin müalicə olunmasında, ruhun sağlamlığında layiqli təsirə malikdir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) təqva barəsində buyurur: "Təqva sizin cismi xəstəliklərinizə dərman olub, qəlblərinizin fəsadını islah edər və nəfslərinizin aludəliklərini təmizləyər.”("Nəhcül-bəlağə”, 198-ci xütbə)
    Category: Nəfsin saflaşdırılması | Views: 980 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024