İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:43 AM
    Nəfsin saflaşdırılması
    YOLUN MANEƏLƏRİ
    Kamal yolunu qət edib ali məqamlara çatmaq çox da asan bir iş deyildir. O, çox mühüm və çətin bir işdir. Bu yolda çoxlu maneələr vardır ki, müridlər onları cihad meydanında özlərinə rəqib bilərək onlara qarşı mübarizə aparmalıdırlar. Əks halda məqsədə çatmayacaqlar.
    BİRİNCİ MANEƏ
    QABİLİYYƏTİN OLMAMASİ
    Allah dərgahına doğru mənəvi təkamülün, ilahi məqamlara çatmağın ən böyük maneəsi mürid şəxsin nəfsinin qabiliyyətinin olmamasıdır. Günaha batmaq nəticəsində aludə olub qaralan bir qəlb ilahi nurların saçma məkanı ola bilməz. İnsanın qəlbi günah nəticəsində şeytanın əmr mərkəzinə çevrilsə, Allah dərgahına yaxın olan mələklər ora necə nazil ola bilər?!
    İmam Cəfər Sadiq (ə) buyurur: "İnsan günaha mürtəkib olan zaman onun qəlbində qara bir nöqtə yaranır. Əgər günahdan tövbə edərsə, həmin qara nöqtə məhv olub aradan gedir. Əgər günaha davam edərsə, qara nöqtə də tədricən böyüyür. Nəhayət qəlbin hər bir yerini örtür. Belə olan halda bu qəlb sahibi heç vaxt nicat tapmaz.”("Biharul-ənvar”, 73-cü cild, səh.328 )
    İmam Cəfər Sadiq (ə) buyurur: «Atam belə buyurdu: "İnsan qəlbi üçün günahdan da pis bir şey yoxdur. Çünki günah qəlblə müharibəyə başlayır, nəticədə, ona qələbə çalır. Belə olduqda qəlb tərsinə çevrilir.”»("Biharul-ənvar”, 73-cü cild, səh.312 )
    Günahkar şəxsin qəlbi tərsinə çevrilir və öz yolunun əksinə hərəkət edir. Belə olan halda Allah dərgahına necə yaxınlaşa bilər və ilahi nuru necə əxz edə bilər?! Deməli, mürid insana vacibdir ki, əvvəlcə nəfsini saflaşdırsın, günahlardan təmizlənməyə çalışsın. Məhz bundan sonra riyazət və zikrə başlasın. Əks halda onun zikr və ibadətdəki səyləri və fəaliyyətləri onu Allah dərgahına yaxınlaşdırmayacaqdır.
    İKİNCİ MANEƏ
    DÜNYƏVİ BAĞLİLİQLAR
    Bu yolun ən böyük maneələrindən biri maddi və dünyəvi bağlılıqlardır. O cümlədən, mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, məqama, rəyasətə, ata-anaya, qardaşa, bacıya, hətta elm və biliyə olan bağlılıq buna misal ola bilər. Bu cür bağlılıqlar insanı mənəvi yüksəliş yolundan və hərəkətdən saxlayır.
    Maddi varlıqlara könül verib onlara məftun olan qəlb onlardan necə əl çəkə bilər və yüksək aləmlərə necə seyr edə bilər?! Dünyəvi işlərin mərkəzi olan bir qəlb ilahi nurların saçmasına necə ləyaqəti çatar?! Bundan əlavə, hədislərə uyğun olaraq dünya məhəbbəti bütün günahların mənşəyidir və günahkar insan Allah dərgahına yüksəliş yolunu ötüb keçə bilməz.
    İmam Cəfər Sadiq (ə) buyurur: "Dünyaya məhəbbət bütün günahların mənşəyidir.”("Biharul-ənvar”, 73-cü cild, səh.90 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var: Dünyaya bağlılıq, rəyasətə bağlılıq, qadına bağlılıq, yeməyə bağlılıq, yatmağa bağlılıq və rahatlığa bağlılıq.”(Biharul-ənvar”, 73-cü cild, səh.94)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Bəndənin Allahdan ən uzaq olan vaxtı odur ki, qarnını doyurmaqdan, şəhvət hisslərini təmin etməkdən başqa bir məqsədi olmasın.”(Biharul-ənvar”, 73-cü cild, səh.18 )
    Cabir deyir: «İmam Məhəmməd Baqirin (ə) hüzuruna getdim. O, mənə buyurdu:
    -Ey Cabir! Mən qəm-qüssəliyəm, qəlbim məşğuldur.
    Ərz etdim:
    -Sənə fəda olum, sənin qəm-qüssəli və məşğul olmağına səbəb nədir?
    Buyurdu:
    -Allahın saf və xalis dini hər kəsin qəlbinə daxil olsa, qəlbi Allahdan başqa şeylərdən təmizlənər. Ey Cabir! Dünya nədir?! Nə dəyəri vardır?! Görəsən bir tikə yeyilməlidən, geyilməli paltardan, evləniləcək qadından da başqa bir şeydən ibarətdirmi? Ey Cabir! Möminlər dünyaya və onun həyatına etimad etməzlər. Axirət aləminə daxil olmaqdan özlərini amanda görməzlər. Ey Cabir! Axirət əbədi dünya, dünya isə keçid yeridir. Lakin dünya əhli bu məsələdən qafildirlər. Möminlər düşüncə, təfəkkür və ibrət əhlidirlər. Qulaqlarına çatan şeylər onları Allahın zikrindən yayındırmır, dünyanın qızıl-gümüşünü (bər-bəzəyini) görmək onları Allahdan qafil etmir. Onlar axirətin savabını dərk edib ona çatırlar.”("Biharul-ənvar”, 73-cü cild, səh.36)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsan imanın şirinliyini yalnız o zaman dada bilər ki, dünya yeməklərinə etinasız yanaşsın.”(Biharul-ənvar”, 73-cü cild, səh.49 )
    Deməli, təkamül yolçusu bu əlaqə və bağlılıqları öz qəlbindən çıxarmalıdır ki, yüksək mənəvi, ilahi məqamlara doğru hərəkət etmək onun üçün müyəssər olsun. Dünya işlərinin fikrini qəlbindən çıxarsın ki, onun yerinə Allahın zikri keçsin.
    Qeyd olunmalıdır ki, hədislərdə məzəmmət olunan şey dünyəvi işlərin özləri yox, onlara qəlbən bağlılıq və ona məftun olmaqdır. Təkamül yolçusu sair insanlar kimi, öz həyatını davam etdirmək üçün yeməyə, geyməyə, məskənə, həyat yoldaşına ehtiyacı var və bu kimi ehtiyacları o, hökmən təmin etməlidir.
    Nəslin davam etməsi üçün insan evlənməlidir, cəmiyyətin həyatını idarə etmək üçün müəyyən ictimai məsuliyyətləri qəbul etməlidir. Məhz buna görə də müqəddəs islam şəriətində bunların heç biri məzəmmət olunmamışdır, əksinə, onların hər biri qürbət qəsdi ilə yerinə yetirilərsə, ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Bunların özləri insanın mənəvi yüksəlişinə maneə, Allahın zikrindən qafilliyə səbəb olmaz. Maneə bu kimi dünyəvi işlərə bağlılıq və məftun olmaqdır. Əgər bu işlər həyatda əsas məqsədə çevrilsə, insanın bütün fikrini-zikrini özünə məşğul etsə, onda bunun ardınca Allahdan qafil olmaq gəlir. Pulpərəstlik, qadın və vəzifə düşkünlüyü, məqampərəstlik, elmpərəstlik məzəmmət olunur və insanı Allah dərgahına seyr etməkdən saxlayır, amma pul, məqam, elm özü isə öz-özlüyündə belə deyildir.
    Məgər Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əmirəl-möminin (ə), İmam Səccad (ə) və sair imamlar (ə) çalışıb fəaliyyət etmir və ilahi nemətlərdən bəhrələnmirdilərmi? Bu da islamın ən böyük məziyyətlərindən biridir ki, həm dünya, həm də axirət işləri üçün müəyyən hədd-hüdud təyin etmişdir.
    ÜÇÜNCÜ MANEƏ
    HƏVAYİ-NƏFSƏ TABE OLMAQ
    Üçüncü maneə nəfsani meyllərə (həvayi-nəfsə) tabe olmaqdır. Nəfsani istəklər qatı tüstü kimi qəlb evini qaraldır. Belə bir qəlbin ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti çatmır. Həva-həvəslər daimi olaraq qəlbi o tərəfə bu tərəfə sürükləyir, onun rahat və asudə olmasına, Allahla xəlvət etməsinə, Onunla ünsiyyət yaratmasına imkan vermir. Gecə-gündüz nəfsani istəklərini təmin etməyə çalışır. Belə bir şəxs nə vaxt dünyadan hicrət edərək Müqəddəs Dərgaha yaxınlaşa bilər?!
    Mütəal Allah Qurani-Kərimdə buyurur: "Həvayi-nəfsə itaət etmə, çünki o, səni Allah yolundan saxlayar.”("Sad” surəsi, ayə:26)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Camaatın ən şücaətlisi odur ki, öz həvayi-nəfsinə qələbə çalsın.”("Biharul-ənvar”, 70-ci cild, səh.76 )
    DÖRDÜNCÜ MANEƏ
    ÇOX YEMƏK
    Allahı daim yad və zikr etməyin maneələrindən biri də çox yemək, və qarınqululuqdur. Daim yaxşı və ləzzətli yeməklər hazırlayıb qarnını müxtəlif yeməklərlə doldurmaq istəyən bir şəxs Allahla necə xəlvət edib Onunla ünsiyyət yaradıb raz-niyaz edə bilər?! İnsan dolu qarınla ibadət və dua halını necə əldə edə bilər?! Ləzzəti yalnız yemək-içməkdə görən bir şəxs Allahla münacatın ləzzətini nə vaxt dada bilər?! Buna görə də islamda çox yemək, qarınqululuq məzəmmət olunmuşdur.
    İmam Cəfər Sadiq (ə) Əbu Bəsirə buyurdu: "Qarın çox yemək nəticəsində tüğyan edir. Bəndənin Allaha ən yaxın olduğu vaxt qarnının boş olduğu, ən uzaq vaxtı da qarnının dolu olduğu vaxtdır.”(Vəsailuş-şiə”, 16-cı cild, səh.405 )
    O Həzrət (ə) yenə buyurur: "Mütəal Allah qarınqululuğu məzəmmət etmişdir.”("Vəsailuş-şiə”, 16-cı cild, səh.407 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Qarınqululuq etməyin, çünki o, sizin qəlbinizdəki mərifət nurunu söndürər.”("Müstədrəkul-vəsail”, 3-cü cild, səh.81 )
    İmam Cəfər Sadiq (ə) bir hədisdə buyurur: "Mömin şəxsin qəlbi üçün çox yeməkdən də ziyanlı bir şey yoxdur. Çox yemək qəlbin qəsavətli olmasına, şəhvətin təhrik olunmasına səbəb olur. Aclıq möminin yeməyi, ruhunun qidası, qəlbinin təamı və bədəninin sağlamlığıdır.”("Müstədrəkul-vəsail”, 3-cü cild, səh.80 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Allah bir bəndənin məsləhətini istədikdə ona az danışmağı, az yeməyi, az yatmağı ilham edər.”("Müstədrəkul-vəsail”, 3-cü cild, səh.81 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Aclıq–nəfsin (istəklərinin) nəzarət altına alınmasına və adətlərin pozulmasına ən yaxşı köməkdir.”("Müstədrəkul-vəsail”, 3-cü cild, səh.81 )
    Əmirəl-möminin Əliyyibni Əbitalibdən (ə) rəvayət olunur ki, Mütəal Allah me”rac gecəsi Peyğəmbərə (s.ə.v.v) buyurdu: "Ey Məhəmməd! Kaş, aclığın, sükutun və xəlvət yerdə olmağın şirinliyini, onların əsərlərini dadaydın!” Rəsuli-Əkrəm (s.ə.v.v) ərz etdi: "Pərvərdigara! Aclığın faydası nədir?” Mütəal Allah buyurdu: "Hikmət, qəlbin hifz olunması, Mənə yaxınlıq, daimi hüzn, az xərc etmək, haqq danışmaq, çətinlikdə, yoxsa rifahda olmasının heç bir fərqi olmaması.”
    Bəli, Allah yolunun yolçusu sair insanlar kimi yaşayıb həyatını davam etdirmək və ibadətə qüvvə almaq üçün qidaya ehtiyac duyur. Amma o, bədəninin ehtiyaclarını təmin edəcək miqdarda yemək yeməli, qarınqululuqdan ciddi şəkildə uzaq olmalıdır. Çünki həddindən artıq çox yemək və qarınqululuq halsızlığa, ibadətə rəğbətsizliyə, qəlbin qəsavət bağlamasına və Allahdan qafil olmağa səbəb olur. Bunun əksinə olaraq az yemək və aclıq insanın yüngül olmasına, ibadət etmək və Allaha diqqət yetirməkdə hazırlığına səbəb olur və bu məsələ də tamamilə müşahidə olunur. İnsan ac olan halda ruhi səfaya, nuraniyyətə, xoşluğa malik olur ki, dolu qarınla heç vaxt belə vəziyyətlərə malik olmur. Deməli, təkamül yolçusu bədənin ehtiyacı qədər yeməli, xüsusilə zikr, dua və ibadət hallarında ac olmalıdır.
    BEŞİNCİ MANEƏ
    ZƏRURİ OLMAYAN SÖZLƏR DANİŞMAQ
    İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır.(Müstədrəkul-vəsail”, 3-cü cild, səh.82 )
    Mütəal Allah insana nitq qüvvəsi vermişdir ki, öz ehtiyaclarını aradan qaldırsın. Əgər ehtiyac qədərində danışarsa, bu böyük nemətdən düzgün istifadə etmiş olur. Amma əbəs, zəruri olmayan işlərə sərf edərsə, Allahın bu böyük nemətini zay etmiş olur. Bundan əlavə, çox danışmaq, hətərən-pətərən sözlər demək insanın fikrini pərakəndə və pərişan edir, nəticədə, Mütəal Allaha diqqət yetirib hüzuri-qəlb tapa bilmir. Məhz buna görə də çox və faydasız sözlər danışmaq hədislərdə məzəmmət olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Çox danışmaqdan çəkinin, yalnız Allah zikrindən başqa. Çünki çox danışmaq – Allah zikrindən başqa – qəlbin qəsavətli olmasına (bərkiməsinə) səbəb olur. Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır.”("Biharul-ənvar”, 71-ci cild, səh.281 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dilini saxla və sözlərini say ki, xeyir deməkdən başqa bir sözün olmasın.”("Biharul-ənvar”, 71-ci cild, səh.281 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Danışıq üç cürdür: Faydalı danışıq, sağlam danışıq və faydasız danışıq. Faydalı danışıq Allah zikrindən ibarətdir. Sağlam danışıq Allah tərəfindən sevilən danışıqdır. Faydasız danışıq isə camaat barəsində deyilən əbəs (lazımsız) sözlərdir.”(Biharul-ənvar”, 71-ci cild, səh.289)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: "Dilini saxla. Çünki bu, nəfsin üçün ən yaxşı hədiyyədir. (Sonra buyurdu:) İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar.”("Biharul-ənvar”, 71-ci cild, səh.298 )
    İmam Riza (ə) buyurur: "Üç şey dərrakə və düşüncənin nişanələrindəndir: Səbirli olmaq, elm, sükut. Sükut hikmət qapılarından olan bir qapıdır. Sükut məhəbbətə səbəb olur və hər bir xeyrə yol göstərir.”
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Əql kamil olduqca söz (danışıq) azalar.”(Biharul-ənvar”, 71- ci cild, səh.290 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Heç bir ibadət sükutdan və Allah evinə (həccə) piyada getməkdən fəzilətli deyildir.”("Biharul-ənvar”, 71-ci cild, səh.278 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: "Sənə uzun müddətli sükutu tövsiyə edirəm, çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar. Sükut dini qorumaq üçün yaxşı bir köməkdir.”("Biharul-ənvar”, 71-ci cild, səh.279 )
    Bir sözlə, Allah dərgahına doğru seyr etmək istəyən şəxsə vacibdir ki, öz dilini tamamilə nəzarət altına alsın və ölçülüb-biçilmiş söz danışsın, çox danışmaqdan ciddi şəkildə uzaq olsun, dünyəvi işlər barəsində onun həyatı üçün zəruri olan miqdarda danışsın. Bunun əvəzində dilini zikr, elmi və faydalı mətləblərə, ictimai məsələlərə məşğul etsin.
    Böyük ustadımız rəbbani arif əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (rəhmətullahi əleyh) buyururdu: «Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan işlərdən başqa bir şey danışmayın, fikr (təfəkkür) və zikrə məşğul olun ki, sizin üçün qəlbi səfa və nuranilik hasil olsun.»
    ALTİNCİ MANEƏ
    ÖZÜNÜ SEVMƏK
    Təkamül yolçusu bütün bu maneələri aradan qaldırdıqdan, bütün mərhələləri qət etdikdən sonra daha böyük bir maneə ilə qarşılaşır ki, o da özünü sevməkdir. O, məhz bu zaman anlayır ki, onun bütün əməlləri, hərəkətləri, hətta ibadətləri belə, özünü sevməkdən qaynaqlanır. İbadət, riyazət, zikr, dua, namaz və oruc öz nəfsinin kamala yetirməsi, axirət mükafatını alması üçündür ki, bu da onun nəfsinə qayıdacaqdır. Belə ibadətlər, insanı behiştə və axirət savabına çatdırmasına baxmayaraq, gözəl məqam olan zikr, şühud və liqa məqamına yüksəltməyəcəkdir. İnsan zat məqamından, nəfsi sevmək mərhələsindən çıxmayınca Mütəal Allahın misilsiz camalını müşahidə etməyəcək. O, bütün hicabları, hətta nəfsin hicablarını yırtmayınca, İlahi nurların onun qəlbinə saçmasına ləyaqət tapmayacaqdır.
    Deməli, Bu yolun yolçularına zəruridir ki, cihad və riyazətlə özlərini zatını sevmək hüdudlarından çıxarsınlar, özünü sevməyi Allahı sevməyə çevirsinlər, bütün işlərini yalnız Allahın razılığı üçün yerinə yetirsinlər. Yemək yeməsi yalnız Allaha yetişmək üçün olsun, ibadət etməsi Allahı ibadət və pərəstişə layiq gördüyü üçün olsun. Belə bir insan nə dünyanı istəyir, nə də axirəti. Əksinə, yalnız Allahın Özünü istəyir. Hətta şühud, kəşf və kəraməti də istəmir. Həqiqi mə”buddan başqa heç bir şeyi nəzərində canlandırmır. Əgər son dərəcə çətin olan bu mərhələdən də keçsə, tövhid meydanına qədəm qoyaraq, çox dəyərli liqa, şühud mərtəbəsinə yüksələ və "fi məq”ədi sidqin ində Məlikin muqtədir”(Qəmər surəsi, ayə 55.) dərgahına yüksələ bilər.
    YEDDİNCİ MANEƏ
    İRADƏNİN ZƏİFLİYİ
    Bu yolun bəlkə də ən mühüm maneələrindən biri iradənin zəifliyi, qəti qərara gəlməyə dair qüdrətin olmamasıdır. Bu maneə insanı ilk əvvəldən əməldən saxlayır. Şeytan və nəfsi-əmmarə ilk əvvəldə riyazət, seyri-süluk (kamal yolunu qət etmə) kimi məsələləri kiçik, əhəmiyyətsiz və qeyri-zəruri məsələlər kimi qələmə verir və çalışır ki, insanı hüzuri-qəlb olmadan, sadəcə zahiri vəzifələri yerinə yetirməklə, qane etsin. O deyir: «Sənin bu vəzifə və ibadətləri yerinə yetirməkdən başqa vəzifən yoxdur, hüzuri-qəlblə, diqqət və zikrlə nə işin var?!» Bəzən bu fikirlərə düşsə də belə yüzlərlə hiylə və məkrlə onun iradəsini zəiflədir. Bəzən, bu mövzunu o qədər çətin nəzərə çarpdırır ki, tamamilə məyus olur.
    Lakin mürid bir insan şeytanın vəsvəsələrinin və nəfsi-əmmarənin istəklərinin qarşısında sinə gərməli, Quran ayələrinə, Əhli-beyt (ə) hədislərinə, mərifət və əxlaq kitablarına müraciət etməklə seyri-sülukun, hüzuri-qəlbi əldə etməyin, zikr və şühudun dəyərinə vaqif olur. Bunların dəyərinə agah olduqdan, özünün əbədi səadətini onda gördükdən sonra tam ciddiyyətlə əməl məqamına gəlir. Özündə ümidsizliyə əsla yol vermir, öz nəfsinə xitab edərək deyir: «Bu yol çətin olsa da, mənim gələcək səadətim ona bağlıdır, əmələ başlamalıyam, çünki, Allah-Təala buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər, onları Öz yolumuza hidayət edərik.”»("Ənkəbut” surəsi, ayə:69 )
    Bizim ruhi-mə”nəvi təkamül və Allah dərgahına yaxınlaşmağımızın ilk vasitəsi olan Allah zikri ilə əlaqədar söhbətimiz sona çatdı. Buna görə də əziz oxuculardan üzr istəyirik.
    İKİNCİ VASİTƏ
    ƏXLAQİ KEYFİYYƏTLƏRİN VƏ İNSANİ SƏCİYYƏLƏRİN ÇİÇƏKLƏNDİRİLMƏSİ
    Nəfsin tərbiyə olunub təkmilləşdirilməsi, seyri-süluk və Allah dərgahına yaxınlaşmağın yollarından biri də insanın özündə əxlaqi keyfiyyətləri və insani səciyyələri çiçəkləndirməsidir ki, bunların da kökü insanda qoyulmuşdur. Gözəl əxlaq insanın mələkuti ruhi ilə tam münasib və uyğun olan dəyərlərdən ibarətdir. Onların tərbiyələndirilməsi, pərvəriş edilməsi ilə insanın insaniyyəti daha kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama çatır. Mütəal Allahın müqəddəs Zatı bütün kamalların mənşəyidir. İnsan yüksək aləmdən gəldiyindən pak və aludə olmamış fitrəti ilə yuxarı aləmlə münasib olan insani kamalları tanıyır və təbiidir ki, onlara meyl göstərir. Buna görə də bütün dövrlərdə olan insanlar yaxşı əxlaqın o cümlədən ədalət, fədakarlıq, düzlük, əmanətdarlıq, yaxşılıq, şücaət, səbr, dözümlülük, elm, xeyirxahlıq, məhrumları müdafiə etmək, nemətlər qarşısında şükr etmək, səxavətli olmaq, əhdə vəfalı qalmaq, Allaha təvəkkül etmək, təvazökarlıq etmək, əfv edib güzəştə getmək, mülayim rəftar etmək, insanlara xidmət etmək və s. kimi xüsusiyyətlərin gözəlliyini dərk etmişlər.
    Allah Quranda buyurur: "And olsun nəfsə və onu yaradana, günah və savab işləri ona ilham edib öyrədənə ki, həqiqətən öz nəfsini aludəliklərdən paklayan kəslər nicat tapar, onu xarab edənlər isə ziyankar olar.”
    Əxlaqi işlər təkrar olunduğu zaman nəfsə nüfuz edir və vərdiş halına çevrilərək insan vücudunun bir hissəsinə çevrilir. O, insan ruhunun quruculuğunda, necə olmasında, hətta nə olmasında belə təsir göstərir. Məhz buna görə də islam dini əxlaqi məsələlərə xüsusi diqqət yetirmişdir. Əxlaq məsələləri islam dininin böyük bir qismini təşkil edir. Əxlaq barəsində yüzlərlə, minlərlə ayə və hədis deyilmişdir. Quran ayələrinin əksəriyyəti əxlaqi göstərişlərdir. Hətta, Quranda qeyd olunan hadisələrin və hekayələrin əksəriyyəti əxlaqi səciyyəyə malikdir. Belə ki, Quranı əxlaqi bir kitab kimi də nəzərdən keçirmək olar.
    Ümumiyyətlə, böyük ilahi peyğəmbərlərin əsas hədəflərindən biri insan nəfslərinin və ruhlarının paklaşdırılması, onlarda gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsidir. İslam Peyğəmbəri (s.ə.v.v) də öz be”sətinin əsas hədəfini insani kamalların və əxlaqın təkmilləşdirilməsi kimi təqdim edərək buyurur: "Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.”(Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bütün insanlara xitabən buyurur: "Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki Sübhan Allah məni həmin məqsədlə məb”us etmişdir.”(Biharul-ənvar”, 69-cu cild, səh.375)
    O Həzrət (s.ə.v.v) yenə buyurur: "Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan da fəzilətli olacaq bir şey qoyulmayacaqdır.”("Kafi”, 2-ci cild, səh.99 )
    Category: Nəfsin saflaşdırılması | Views: 965 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024