İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:42 AM
    Nəfsin saflaşdırılması
    ÜÇÜNCÜ VASİTƏ
    SALEH ƏMƏL
    Qurani-Kərimdən məlum olur ki, imandan sonra saleh əməl nəfsin təkmilləşdirilməsinə, Allah dərgahına yaxınlaşmağa və ali-insani dərəcələrə nail olaraq axirətdə pak-pakizə həyatdan bəhrələnməyə səbəb olur. Quranda buyurulur: "Hər kəs imanı olduğu halda saleh əməl görsə – istər kişi olsun, istərsə də qadın – Biz onu pak-pakizə bir həyatla dirildərik, onlara əməl etdiklərindən daha yaxşı mükafat verərik.” (Nəhl” surəsi, ayə:97)
    Bu ayədən məlum olur ki, insan üçün dünya həyatından əlavə, pak-pakizə olan digər bir həyat da vücuda gələ bilər və o da məhz iman və saleh əməlin nəticəsidir. Qurani-Kərimdə buyurulur: "Hər kəs iman və saleh əməllə Allaha tərəf gedərsə... Məhz onlar çox yüksək dərəcələrə və məqamlara nail olarlar.” ("Taha” surəsi, ayə:75 )
    Yenə buyurulur: "Hər kəs Pərvərdigarı ilə görüşə ümid bəsləyirsə, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç bir (şeyi) Ona şərik qərar verməsin.” ("Kəhf” surəsi, ayə:110 )
    Yenə buyurulur: "Hər kəs izzət istəyirsə, (bilməlidir ki,) izzət bütünlükdə Allaha məxsusdur. Pak söz (la ilahə illəllah) Allaha doğru yüksəlir və saleh əməl onu yuxarı aparır.”(Fatir” surəsi, ayə:10 )
    Allah-Təala bu ayədə buyurur ki, bütün izzətlər və qüdrətlər Ona məxsusdur, Onun yanındadır, pak kəlmə, yəni, müvəhhid insanın pak ruhu, pak tövhid əqidəsi Allaha doğru yüksəlir, saleh əməl də onu daha da yüksəldən bir vasitədir.
    Saleh əməl pak niyyət və ixlasla görülərsə ilə iş görənin nəfsində təsir qoyur və onu inkişaf etdirərək təkamülə çatdırır. Qurandan məlum olur ki, axirətin pak-pakizə və gözəl həyatı, Pərvərdigarın dərgahına yaxınlıq və Onunla görüş iman və saleh əmələ bağlıdır. Quranda saleh əməlin üzərində çox təkid olunur və əbədi səadətin və qurtuluşun yeganə vasitəsi saleh əməl hesab edilir. Əməlin saleh olmasının yeganə meyarı onun şəriətlə və vəhylə müvafiq, uyğun olmasıdır. Bütün dünyanı yaradan Allah insanın bütün ruhi xüsusiyyətlərini bildiyindən, onun səadət və təkamül yolunu da bilir. O, bu yolları vəhy vasitəsilə Peyğəmbərə (s.ə.v.v) öyrədir ki, insanlara çatdırsın, insanlar da bu yollardan istifadə etsinlər. Allah-Təala Quranda buyurur: "Ey iman gətirənlər, Allah və Onun Rəsulu sizi sizə həyat bağışlayacaq bir şeyə dəvət etdikləri zaman onu qəbul edin.”(Ənfal” surəsi, ayə:24 )
    Saleh əməl müqəddəs şəriətdə vacib və ya müstəhəb əməl kimi təqdim edilir. Təkamül yolçusu da onları yerinə yetirməklə bu mərhələləri keçməli, Allah dərgahına yaxınlaşmalıdır. Yol yalnız budur, hər kəs bundan başqasını seçsə, azğınlıqdadır və o, heç vaxt həqiqi məqsədə çatmaz. Təkamül yolçusu Allahın əmr və fərmanlarına qeydsiz-şərtsiz və tam mənada müti olmalı, seyri-süluk üçün şəriətin göstərdiyi yoldan başqa bir yolu keçməməli, şəriətdə heç bir mənbəyi, əsası olmayan zikrləri deməkdən və hərəkətləri yerinə yetirməkdən ciddi şəkildə uzaq olmalıdır. Çünki, bunlar təkamül yolçusunu nəinki məqsədə çatdırmır, hətta, onu məqsəddən tamamilə uzaqlaşdırır. Çünki şəriətdən kənara çıxmaq bidət və günah sayılır.
    Təkamül yolçusu ilk mərhələdə ciddiyyətlə çalışmalı, vacibləri və s. dini göstərişləri düzgün şəkildə və şəriətdə mövcud olan qanunlar çərçivəsində yerinə yetirməlidir. Çünki vacib əməlləri tərk etməklə, hətta müstəhəbləri yerinə yetirsə, zikrləri deməklə ciddi fəaliyyət göstərsə belə, yüksək ali məqamlara çata bilməz.
    İkinci mərhələdə müstəhəblərə və zikrlərə növbə çatır. Təkamül yolçusu bu mərtəbədə özünun ruhi qüdrət və istedadına uyğun olaraq müstəhəb işləri görməlidir. Bu zaman nə qədər çox çalışarsa, bir o qədər də ali məqamlara çata bilər. Müstəhəblərin hamısı fəzilət baxımından bir səviyyədə deyildirlər. Onların bəziləri digərlərindən daha üstün olub, insanı Allah dərgahına daha artıq yaxınlaşdıra bilər. Dua və hədis kitablarında bunlara işarə edilmişdir.
    Təkamül yolçusu namazları, duaları, zikrləri bu kitablardan seçib onların yerinə yetirilməsinə davamiyyət göstərə bilər. Onları nə qədər çox və daha yaxşı yerinə yetirsə, onun qəlbinə bir o qədər çox səfa və nuraniyyət gələr, daha yüksək mərtəbə və məqamlara yüksələr.
    Biz saleh əməllərdən bəzilərini burada qeyd edir, qalanlarını isə sair kitablara həvalə edirik. Lakin əvvəlcə qeyd etməliyik ki, vacibatlar, nafilələr, zikrlər və dualar o zaman saleh əməl sayılar və insanı Allaha yaxınlaşdırar ki, tam ixlas (xalis niyyət) üzündən yerinə yetirilmiş olsun. Əməlin saleh olması və insanı Allah dərgahına yaxınlaşdırması iş görənin ixlasının miqdarına bağlıdır. Buna görə də əvvəlcə ixlas barəsində söhbət edib sonra isə saleh əməllərdən bəzilərini qeyd edirik.
    İXLAS
    İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”(Biharul-ənvar”, 70-ci cild, səh.242)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”("Ğurərul-hikəm”, səh.157 )
    Fatimeyi Zəhra (ə.s) buyurur: "Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”(Biharul-ənvar”, 70-ci cild, səh.249 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”(Ğurərul-hikəm”, səh.538 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir: "İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”("Biharul-ənvar”, 70-ci cild, səh.249)
    İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah sizin surət və əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”(Biharul-ənvar”, 70-ci cild, səh.248 )
    İmam Cəfər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: "Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”(Biharul-ənvar”, 70-ci cild, səh.243)
    O Həzrət (ə) yenə buyurur: "Allah-Təala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”("Biharul-ənvar”, 70-ci cild, səh.209 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Xoş olsun o kəsin halına ki, ibadət və duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”(Biharul-ənvar”, 70-ci cild, səh.229)
    Yenə buyurur: "Əməldə ixlas adət əlamətlərindəndir.”("Ğurərul-hikəm”, səh.43 )
    O ibadət Allah tərəfindən qəbul edilir və insanın Allah dərgahına yaxınlaşmasına, kamala yetməsinə səbəb olur ki, hər növ riyadan, özünü istəməkdən, özünü göstərməkdən pak olsun, yalnız və yalnız Allah üçün yerinə yetirilsin. Əməlin qəbul olunması və dəyərinin meyarı ixlasdır. İxlas nə qədər çox olarsa, əməl də bir o qədər kamil və dəyərli olacaqdır. İbadət edənlər bir neçə qrupdur:
    1.Allah əzabından, cəhənnəm odundan qorxduqları üçün Allaha ibadət edənlər.
    2.Allah nemətlərinə, axirət savabına nail olmaq üçün Allahın əmr və nəhylərinə itaət edənlər. Bu kimi məqsədlər əməlin düzgünlüyünə zərər vurmur. Bu kimi şəxslərin əməlləri düzgündür və savaba da səbəb olur. Çünki Quranda və hədislərdə camaatın düz yola hidayət edilməsi üçün əsas etibarı ilə bu iki üslubdan istifadə edilmişdir. Bundan əlavə, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar (ə), eləcə də Allah övliyaları da Allahın əzabından qorxur, dəhşət hissi keçirir, Allahın behişt və nemətlərinə ümidvar olurlar.
    3.Allahın əta etdiyi nemətlərin şükrünü yerinə yetirmək üçün Ona pərəstiş edən kəslər. Belə məqsədin də əməllərin qəbul olma şərti olan ixlasla ziddiyyəti yoxdur. Buna görə də hədislərdə camaatın itaətə təşviq olunması üçün Allahın nemətləri xatırladılır ki, onların xatirinə Allahın əmrlərinə itaət etsinlər. Hətta Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamların (ə) özləri də bəzən ibadətdə ciddiyyət göstərmələrini belə izah edirdilər: "Əfəla və əkunu əbdən şəkura – mən Allahın şükr edən bəndəsi olmamalıyammı?!”
    Bu üç qrupun əməllərinin qəbul olunmasına baxmayaraq, üçüncü dəstənin əməli daha artıq imtiyaza, dəyərə malikdir. Çünki onda daha artıq ixlas vardır.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Allaha ibadət edənlər üç dəstədir: Onlardan bir dəstəsi axirət savablarına çatmaq üçün Allaha ibadət edirlər. Bu «ticarətçilərin» ibadətidir. İkinci dəstə Allahın əzabından qorxduqları üçün ibadət edirlər. Bu, qulların itaətinə oxşayır. Üçüncü dəstə Allah nemətlərinə şükr etmək üçün ibadət edirlər. Bu da azad insanların ibadətidir.”(Biharul-ənvar”, 70-ci cild, səh.196)
    4.Öz nəfslərini təkmilləşdirmək, ruhlarına pərvəriş etmək üçün ibadət edənlər. Belə bir məqsəd də əməlin səhihliyinin şərti olan ixlasa zərər yetirmir.
    5.Allahı yaxşı tanıdıqlarına, Onu bütün kamal və xeyirlərin mənbəyi bildiklərinə görə Ona pərəstiş edən seçilmiş və məxsus bəndələri. Onlar Allahın sonsuz qüdrət və əzəmətinə diqqət yetirdiklərindən, Ondan başqa təsiredici bir varlığı tanımadıqlarından yalnız Onu pərəstişə layiq görür və buna görə də Allahı sevir, Onun əzəmət və qüdrəti qarşısında xuzu və xüşu edirlər. Bu ixlasın ən yüksək mərhələsidir.
    İmam Cəfər Sadiq (ə) buyurur: "İbadət edənlər üç dəstədir: Onlardan biri Allahdan savab almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir ki, onların əsas məqsədi tamaha görədir. İkinci dəstə cəhənnəm əzabından qorxduqlarına görə ibadət edirlər. Bu, qulların ibadətidir. Onların qorxuları ibadətə səbəb olmuşdur. Lakin mən Allahı sevdiyimə görə Ona ibadət və pərəstiş edirəm. Bu da böyük, alicənab şəxsiyyətlərin ibadətidir, onların məqsədləri də xatircəmlikdir. Mütəal Allah buyurur: "Onlar qiyamət gününün qorxusundan amandadırlar.” Yenə buyurur: "De, əgər Allahı sevirsinizsə, Mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” Hər kəs Allahı sevsə, Allah da onu sevər və o, əmin-amanlıqda olanlardan olar.”(Biharul-ənvar”, 70-ci cild, səh.197 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) deyir: "Pərvərdigara! Mən cəhənnəm odundan qorxduğuma, yaxud behiştə tamah saldığıma görə Sənə ibadət etmirəm. Əksinə, Səni ibadətə layiq gördüyümə görə Sənə ibadət edirəm.”(Biharul-ənvar”, 70-ci cild, səh.197 )
    Qeyd olunan dəstələrin hamısı ixlaslıdır, əməlləri Allah tərəfindən qəbul olunur, lakin ixlas baxımından eyni bir mərtəbədə deyillər. Onun nisbətən kamili və daha kamili vardır. Beşinci qismdən olan insanlar ixlasın ən yüksək mərtəbəsindədir. Bunu da qeyd etmək lazımdır ki, ali mərtəbələrə malik olanlar aşağıdakı mərtəbələri əldən vermir, onlar ali, yüksək mərtəbələrə malik olmaqdan əlavə, aşağıdakılara da malikdirlər. Siddiqlər və Allahın müxlis bəndələri həm Allahdan qorxur, həm də Onun lütf və kərəminə ümid bəsləyirlər, nemətləri qarşısında şükr edir, mənəvi qürb məqamını da istəyirlər. Lakin, onların ibadət etməkdə məqsədləri yalnız bu deyil. Onlar Allahı daha yaxşı tanıdıqlarından Ona ibadət və itaət edirlər. Bu seçilmiş ilahi şəxsiyyətlər ali məqamlara çatmaqlarına baxmayaraq, aşağıdakı məqamları da əldən verməmişlər. Çünki, təkamül yolunda hərəkət edən bir insan ali məqama çatanda aşağıdakı məqamlara da malik olmalıdır.
    Bura qədər deyilənlər ibadətdəki ixlasla əlaqədar idi. Lakin, ixlas ibadətdə olan ixlasla bitmir. Təkamül yolçusu tədrici olaraq elə bir mərhələyə çatır ki, özünü və qəlbini Allah üçün xalis edir, Allahdan qeyrilərinin hamısını qəlb evindən çıxarır. Belə ki, bütün əməlləri, hərəkətləri, fikirləri belə, yalnız Allaha aid olur, Allahın razılığından başqa heç bir iş görmür, Allahdan başqa heç kimdən qorxmur, Ondan başqa heç kəsə etimad etmir. Onun dostluğu yalnız Allah xatirinədir, düşmənçiliyi də yalnız Allaha görədir. Bu, ixlasın ən yüksək mərtəbəsidir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Xoş o kəslərin halına ki, əməlini, elmini, məhəbbətini, düşmənçiliyini, almasını, tərk etməsini, kəlamını və sükutunu yalnız Allah üçün xalis edib.”("Ğurərul-hikəm”, səh.462 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəsin məhəbbəti, ədavəti, yaxşılığı. Allah üçün olsa, imanı kamil olan şəxslərdəndir.”
    Yenə buyurur: "Allahın Öz bəndəsinə əta etdiyi şeylərin içində bundan əzəmətlisi yoxdur ki, onun qəlbində Allahdan başqa bir kəs olmasın.”(Biharul-ənvar”, 70-ci cild, səh.248)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hardadır Allaha bağışlanan və Ona itaətlə bağlanan qəlblər?!”("Ğurərul-hikəm”, səh.172)
    Təkamül yolçusu bu məqama çatan zaman Mütəal Allah onu Özü üçün xalisləşdirir, Özünün köməkliyi, qəlbinə verdiyi nuraniyyət vasitəsi ilə onu günahdan, azğınçılıqdan saxlayır. Belə bəndə müxləs adı ilə tanınır. Müxləslər Allahın seçilmiş bəndələrindəndir.
    Qurani-Kərimdə buyurulur: "Biz onları, axirəti yad etdikləri üçün xalisləşdirdik.”("Sad” surəsi, ayə:46 )
    Həzrət Musa (ə) barəsində buyurulur: "Həqiqətən o, xalis olunmuş, rəsul və peyğəmbər idi.”(Məryəm” surəsi, ayə:51)
    Allahın müxləs bəndələri elə məqamlara çatırlar ki, artıq şeytan onları azdırmaqdan məyus olur. Qurani-Kərim şeytanın dilindən belə nəql edir ki, o, Mütəal Allaha dedi: "Sənin izzətinə and olsun ki, bütün adəm övladlarını aldadacağam, azğınlığa salacağam. Təkcə sənin müxləs bəndələrindən başqa, mənim onların üzərində (onları azdırmaq) payım yoxdur.”("Saffat” surəsi, ayə:83)
    Sonda qeyd etməliyik ki, belə görkəmli və layiqli məqamlara çatmaq çox da asan deyildir. Bu, nəfsin bütün aludəliklərdən təmizlənməsinə, ibadətdə ciddi səyə bağlıdır. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İxlas ibadətin səmərəsidir.”("Ğurərul-hikəm”, səh.17 )
    Hədislərdə də qeyd olunduğu kimi, ibadətə, zikrə məşğul olmaq və onları qırx gün müddətində davam etdirmək insana batini səfa və nuraniyyət gətirir, onun ixlas məqamına çatmasında çox faydalı olur. Lakin, bu iş bir dəfəyə deyil, tədricən və müəyyən mərhələlərin ötüb keçilməsi ilə mümkün olur.
    SALEH ƏMƏLLƏRDƏN BƏZİLƏRİ
    Əvvəldə qeyd olunduğu kimi, insanı təkamülə yetirib, Allah dərgahına yüksəldən yeganə yol vəhyə, başqa sözlə peyğəmbərlərin (ə) vasitəsilə şəri qanun halına salınan və özlərinin də keçdiyi vəhy yoluna tabe olmalıdır. Bu da fərizələr (vacib əməllər) və nafilələr (müstəhəb əməllər) adı ilə tanınmışdır. Saleh əməl də məhz budur. Saleh əməl yəni, müqəddəs islam şəriətində gələn, Quranda, hədis və dua kitablarında qeydə alınan vacib və müstəhəb əməllər. Siz həmin yolu keçməkdə onlardan istifadə edə bilərsiniz. Biz onların bəzilərini burada qeyd edirik:
    1. VACİB NAMAZLAR
    Namaz insanın mənəvi seyri-süluku, yüksəlişi və Allah dərgahına yaxınlaşmasında ən yaxşı amildir. İmam Riza (ə) buyurur: "Namaz hər pərhizkar və təqvalı insanın Allah dərgahına yaxınlaşma vasitəsidir.”
    Müaviyə ibni Vəhəb İmam Cəfər Sadiqdən (ə) soruşdu: "Bəndələri Allah dərgahına yaxınlaşdıran və Allah tərəfindən sevilən əməllərin ən yaxşısı hansıdır?”
    İmam (ə) buyurdu: Allahı tanıdıqdan sonra namazdan yaxşı bir şey tanımıram. Görmədinmi ki, Allahın saleh bəndəsi Həzrət İsa (ə) belə buyurur: "Allah məni, diri olduğum vaxta qədər namaza və zəkata tövsiyə etdi.”("Kafi”, 3-cü cild, səh.264 )
    İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Allah yanında ən sevimli əməl namazdır. Namaz peyğəmbərlərin son vəsiyyətidir. Nə yaxşı olar ki, insan qüsul etsin, yaxud kamil dəstəmaz alsın, sonra bir kəsin görmədiyi bir guşəyə getsin, rüku və səcdələrinə nəzarət (diqqət) etsin. Bəndə səcdəyə gedib səcdəsini uzadan zaman şeytan fəryad edərək deyir: "Vay olsun mənə! Bu bəndə Allaha itaət etdi, mən isə Ona qarşı çıxdım. O, səcdə etdi, mən isə imtina etdim!”("Kafi”, 3-cü cild, səh.264 )
    İmam Riza (ə) buyurur: "Bəndənin Allaha ən çox yaxın olduğu zaman səcdə halında olan vaxtıdır. Çünki Mütəal Allah buyurur: «Vəscud vəqtərib.» Yəni, səcdə et və (ilahi dərgaha) yaxınlaş.”(

    "Kafi”, 3-cü cild, səh.265 
    )
    İmam Cəfər Sadiq (ə) buyurur: "İnsan namaza dayanan vaxt Allahın rəhməti asimandan ona nazil olur, mələklər onu (hər tərəfdən) əhatəyə alır və bir mələk belə deyir: «Əgər namaz qılan bu şəxs namazın dəyərini bilsəydi, heç vaxt namaz halından çıxmazdı.»”(

    "Kafi”, 3-cü cild, səh.265 
    )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mömin bəndə namaza başlayıb onu qurtarana qədər Allah ona nəzər edir, Allahın rəhməti asimandan (nazil olub) onu əhatə edir və mələklər onun ətrafını tutur. Allah ona bir mələyi təyin edir ki, belə desin: "Ey namaz qılan, əgər kimin diqqət mərkəzində olduğunu, kiminlə münacat etdiyini bilsəydin, (Ondan) başqa bir kəsə diqqət yetirməz, bu vəziyyətdən heç vaxt çıxmazdın!”(

    "Kafi”, 3-cü cild, səh.265 
    )
    NAMAZDA HÜZURİ-QƏLB
    Namaz – mələkuti bir tərkib, ilahi bir məcundur ki, onun hər hissəsində bir sirr gizlənmişdir.
    Namaz – Allahla birbaşa əlaqə vasitəsi, Onunla raz-niyaz edib ünsiyyət yaratmaq və aləmlərin Rəbbini xatırlamaqdır. O, mənəvi təkamülün, mələkut aləminə doğru seyri-sülukun və Allah dərgahına yaxınlaşmağın ən yaxşı vasitəsidir.
    Namaz möminin meracı, insanı pisliklərdən, yaramaz işlərdən çəkindirən bir əməldir. O, nuraniyyət və mərifətin zülal çeşməsidir; belə ki, hər kəs gecə-gündüz ərzində beş dəfə ona varid olarsa, bütün nəfsani-ruhani çirkinliklərdən paklanar.
    Namaz böyük ilahi əmanət, əməllərin qəbul olunması meyarıdır. O, belə asimani sirlərdən təşkil olunmuşdur, lakin bu şərtlə ki, ruhlu, canlı olsun. Namazın ruhu onu hüzuri-qəlblə qılıb, Allaha diqqət yetirmək, Onun qarşısında xüzu-xüşu izhar etməkdir. Zikrlər, qiraətlər, ruku, səcdə, təşəhhüd və salam namazın zahiri formasını təşkil edir, hüzuri-qəlb və Allaha diqqət yetirmək isə onun ruhu misalındadır. Ruhsuz bədən ölü və təsirsiz olduğu kimi, hüzuri-qəlb olmadan qılınan namaz da, təklifin götürməsinə baxmayaraq, namaz qılan şəxsi ali-mənəvi məqamlara qaldırmaz. Ümumiyyətlə, namazın şəri qanun halına salınmasının ən böyük hədəfi zikrin, Allahı yad etməyin hasil olmasıdır. Allah-təala Peyğəmbərə (s.ə.v.v) buyurur: "Məni yad etmək üçün namaz qıl.”("Kafi”, 3-cü cild, səh.265 )
    Qurani-Kərim Cümə namazını zikr ünvanı ilə təqdim edərək buyurur: "Ey iman gətirənlər, cümə namazının bərqərar olunduğunu bildiyiniz zaman zikrə doğru tələsin...”
    Namazın qəbul olunma meyarı hüzuri-qəlbin miqdarı ilə ölçülür; hüzuri-qəlb nə qədər çox olarsa, namaz da bir o qədər yaxşı şəkildə qəbul olunur. Buna görə də hədislərdə hüzuri-qəlblə əlaqədar çoxlu təkidli göstərişlər gözə dəyir. O cümlədən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Bəzən namazın yarısı qəbul olunur, bəzən üçdə biri, bəzən dörddə biri, bəzən beşdə biri, bəzən də onda biri. Bəzi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunur.”
    İmam Cəfər Sadiq (ə) buyurur: "Bəndə namaz qılmağa başlayan zaman Mütəal Allah ona diqqət yetirir. O, Allahdan üç dəfə qafil olana qədər Allah Öz nəzərini ondan kəsmir. Üçüncü dəfədə Allah ondan üz döndərir.”
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin, çünki Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndənin namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.”
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər bəndə namaz halında Allahdan başqasına diqqət yetirsə, Allah ona xitab edərək deyər: "Ey Mənim bəndəm! Məqsədində kimdir?! Kimi istəyirsən?! Məndən başqa bir pərvərdigar və nəzarətçi axtarırsanmı?! Məndən başqa bir bağışlayan, əta edən istəyirsənmi?! Halbuki, Mən kərimlərin ən kəramətlisi, bəxşiş edənlərin ən çox bəxşiş edəni, əta edənlərin ən yaxşısıyam. Sənə elə savab əta edərəm ki, saya-hesaba gəlməz. Mənə diqqət yetir, çünki Mən və mələklərim sənə diqqət yetiririk.” Namaz qılan şəxs Allaha diqqət yetirən zaman keçmiş günahları məhv olur (bağışlanır). Əgər yenidən (fikri yayınsa və) Allahdan başqasına diqqət yetirsə, Mütəal Allah əvvəldəki kimi yenidən ona xitab edir. Əgər namazına diqqət yetirsə, namazdan qafil olma günahı bağışlanır və onun təsirləri aradan gedir. Əgər üçüncü dəfə namazdan yayınarsa, Mütəal Allah da əvvəlki xitabını təkrar edir. Əgər namaza diqqət yetirirsə, bu dəfə də günahları bağışlanır. Əgər dördüncü dəfə yenidən (fikri yayınsa və) namaz fikrindən çıxsa, Allah və mələklər ondan üz döndərər, Allah ona buyurar: "Səni o şeyin vilayətində qərar verdim ki, ona məhəbbət və bağlılığın vardır.”
    Namazın dəyəri hüzuri-qəlb və Allaha diqqət yetirməklədir. Hüzuri-qəlbin miqdarı da batinin saflaşmasında, Allah dərgahına yaxınlaşmaqda təsirli olur. Buna görə də böyük peyğəmbərlər (ə), məsum imamlar (ə) və Allahın övliyaları namaza bu qədər diqqət yetirmişlər.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) barəsində yazırlar ki, namaz vaxtı gəlib çatanda iztirabdan üzünün rəngi dəyişərdi. Onun səbəbini soruşanda buyururdu: "Elə bir əmanəti (qaytarmağın) vaxtı gəlib çatmışdır ki, onu asimanlara və yerə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. İnsan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanətin əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox.”(Biharul-ənvar”, 84-cü cild, səh.248 )
    İmam Məhəmməd Baqir (ə) və imam Cəfər Sadiq (ə) barəsində demişlər ki, namaz vaxtı mübarək üzlərinin rəngi saralardı. Namaz halında elə vəziyyətə düşürdülər ki, sanki gördüyü bir şəxslə üzbəüz dayanıb münacat edir!(Biharul-ənvar”, 84-cü cild, səh.248 )
    İmam Səccad (ə) barəsində də yazırlar ki, o, namaza dayananda üzünün rəngi dəyişər, Allahın qarşısında zəlil bir bəndə kimi dayanar, bədən üzvləri qoxudan titrəyərdi. Namazı həmişə vida namazı idi, sanki ondan sonra (əcəli gəlib çatacaq və) heç bir namaz qılmayacaqdı.(Biharul-ənvar”, 84-cü cild, səh.250 )
    Həzrət Fatimeyi Zəhra (ə.s) barəsində qeyd olunur ki, namaz halında nəfəsi Allahın qorxusundan təngiyərdi.("Biharul-ənvar”, 84-cü cild, səh.258 )
    İmam Həsən Müctəba (ə) barəsində belə yazırlar: Namaz halında bədəni lərzəyə düşərdi. Behişt və ya cəhənnəmi xatırlayan zaman ilan vurmuş adam kimi qıvrılıb-açılar, Allahdan behişt diləyir, cəhnnəmdən Ona pənah aparardı.("Biharul-ənvar”, 84-cü cild, səh.258 )
    Ayişə Peyğəmbəri-Əkrəm (s.ə.v.v) barəsində belə deyir: "Peyğəmbərlə söhbət edirdim. Namaz vaxtı gəlib çatanda birdən-birə elə dəyişilirdi ki, sanki bizi tanımırdı, biz də onu tanımırdıq.”
    İmam Səccad (ə) barəsində yazırlar: O, namaz qılarkən əba mübarək çiynindən düşür, lakin bunu hiss etmirdi. Namazı qurtardıqdan sonra səhabələrdən biri soruşur: "Ey Allah Rəsulunun övladı! Namaz halında əba çiyninizdən düşdü, lakin siz diqqət yetirmədiniz?!”
    İmam (ə) buyurdu: "Vay olsun sənə! Bilirsənmi ki, hansı şəxsin qarşısında durmuşdum?! Bu məni əbaya diqqət yetirməkdən yayındırmışdı. Bilmirsənmi ki, bəndənin namazı yalnız o miqdarda qəbul olunur ki, Allah qarşısında hüzuri-qəlb tapmış olsun?
    Həmin şəxs soruşdu: Ey Allah Rəsulunun övladı, belə isə, biz həlakətdəyikmi?!
    İmam (ə) buyurdu: «Xeyr, əgər nafilələri qılsanız, Allah onların vasitəsilə sizin namazlarınızı tamamlayar (kamilləşdirər).»("Biharul-ənvar”, 84-cü cild, səh.265 )
    Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) barəsində yazırlar ki, namaz vaxtı mübarək üzünün rəngi qaçar, sinəsindən qazanın qaynamasına oxşayan bir səs eşidilərdi. Namaza dayananda yerin üstünə atılmış paltar kimi hərəkətsiz olardı.
    Category: Nəfsin saflaşdırılması | Views: 909 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024