İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:40 AM
    Nəfsin saflaşdırılması
    GECƏ NAMAZİNİN QİLİNMA QAYDASİ
    Gecə namazı on bir rəkətdir. İki rəkət-iki rəkət (sübh namazı kimi) qılınır. Dörd dənə iki rəkəti gecə namazı niyyəti ilə, beşinci iki rəkətlik namaz «şəf» namazı niyyəti ilə, axırıncı bir rəkət də «vətr» namazı niyyəti ilə qılınır. Gecə namazı üçün xüsusi dualar və ədəblər qeyd olunmuşdur. Bunları dua və hədis kitablarından oxuya bilərsiniz.
    DÖRDÜNCÜ VASİTƏ
    CİHAD VƏ ŞƏHADƏT
    İslam dininin genişləndirilməsi, tövhid kəlməsinin yüksəklərə qaldırılması və islam dininin, şəriət qanunlarının və Quran hökmlərinin qorunub saxlanması, zülm və zalımlarla mübarizə aparıb məzlum və zəif kütlələri himayə etmək üçün Allah yolunda aparılan cihad ən böyük ibadətlərdəndir ki, nəfsin təkamülə yetməsinə səbəb olur və bəndənin Allah dərgahına doğru yüksəlməsi üçün bir vasitədir. Onun fəziləti barəsində çoxlu ayə və rəvayətlər qeyd olunur. Allah-Təala buyurur: "İman gətirib öz vətənlərindən hicrət edən, mal və canları ilə Allah yolunda cihad edənlər üçün Allah yanında uca bir məqam vardır və onlar nicat tapanlardır. Pərvərdigarları onlara içərisində daim nemətlər olan behiştləri, Öz razılıq və rəhmətini onlara müjdə verir. Onlar behiştlərdə əbədi qalarlar. Həqiqətən Allah yanında böyük mükafat vardır.” ("Tövbə” surəsi, ayə:20 
    )
    Yenə buyurulur: "Allah mücahidlərə, cihada getməyənlərdən böyük savabla üstünlük vermişdir.” ("Nisa” surəsi, ayə95 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Behiştdə "mücahidlər qapısı” adı ilə tanınan bir qapı vardır. Camaat qiyamət dayanacaqlarında dayandıqları halda mücahidlər iti qılıncları ilə behiştə tərəf hərəkət edəndə həmin qapı açılar. Mələklər onlara "xoş gəldin” deyərlər.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.10)
    O Həzrət (s.ə.v.v) yenə buyurur: "Hər yaxşılıqdan yuxarı digər bir yaxşılıq da vardır. Amma insan Allah yolunda öldürüləndə ondan da yüksək bir yaxşılıq yoxdur.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.9 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda şəhid olsa Mütəal Allah onun günahlarının heç birini onun yadına salmaz.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.9 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah şəhidə yeddi şey əta edər: 1.Birinci qan damlası bədənindən çıxan zaman onun bütün günahlarını bağışlayar. 2.Şəhid olduqdan sonra onun başı iki hurul-eynin ətəyində olar, onlar şəhidin üzündəki toz-torpağı təmizləyər və deyərlər: "Əhsən sənə!”. O da cavabında "mərhəba!”-deyər. 3.Behişt libasını ona geyindirərlər. 4.Behiştin xəzinədarları cürbəcür ətirləri və xoş iyləri ona təqdim edərlər ki, hansını istəsə seçsin. 5.Şəhadət zamanı behiştdəki məqamını müşahidə edər. 6.Şəhid olduqdan sonra ruhuna belə xitab olunar: "Behiştin hansı yerində istəyirsənsə gəz!”. 7.Şəhid Allahın camalına nəzər edər və bu iş də hər bir peyğəmbər və şəhid üçün aramlıqdır.”
    Allah-Təala Quranda buyurur: "Allah möminlərin canlarını və mallarını alaraq onların əvəzində behişt verər. Həmin möminlər ki, Allah yolunda cihad edirlər, düşmənləri öldürür və özləri də qətlə yetirilirlər. Bu, Allahın Tövratda, İncildə və Quranda qeyd olunan haqq vədəsidir. Allahdan başqa kim əhdinə daha yaxşı əməl edər?! Sizlərə Allahla etdiyiniz müamilədə müjdə olsun və bu böyük bir səadətdir.”(Tövbə” surəsi, ayə 111)
    Qeyd olunan ayə Quranın çox zərif ayələrindən biri olub camaatı xüsusi incəliklə cihada təşviq edir. Əvvəldə buyurur ki, Allah möminlərin canlarını və mallarını alıb əvəzində onlara behişt verir. Necə də gözəl müamilədir! Alıcı zatən qəni və varlıq aləminin maliki olan Allahdır. Satıcı da mömindir ki, Allaha, axirət dünyasına iman gətirmişdir. Müamilə olunan şey möminlərin canları və malları, müamilənin dəyəri isə əbədi behiştdir. Sonra buyurulur: Allah-təala üç böyük asimani kitabda – Tövratda, İncildə və Quranda belə bir vədəni qeyd etmişdir. Sonra buyurulur: «Allahdan da əhdinə yaxşı vədə edən bir kəs varmı?!» Ayənin axırında Allah belə bir dəyərli müamiləni möminlərə müjdə verərək buyurur: "Ən böyük səadət budur.”
    Quran Allah yolunda şəhid olan bir insan üçün ən yüksək məqamları nəzərə alaraq buyurur: "Allah yolunda öldürülən şəxslərin ölü olduğunu güman etməyin, əksinə onlar diridirlər və Pərvərdigarının yanında ruzilərdən bəhrələnirlər.”("Ali-İmran” surəsi, ayə 169 )
    "İndə Rəbbihim” (Rəbbləri yanında) cümləsi şəhidin yüksək məqamını bəyan edir. Ölümdən sonra insan ruhunun diri qalması şəhidlərə məxsus deyil, əksinə, bütün insanlar belədir. Lakin şəhidlərin imtiyazı budur ki, onlar Rəbblərinin yanında ən yüksək məqamlarda həyatlarını davam etdirir və həmin ali məqamlardakı mənəvi ruzilərdən bəhrələnirlər. Aydındır ki, bu məqama çatanların ruzisi sairlərin ruziləri ilə eyni səviyyədə deyildir.
    Allah yolunda cihad etmək və şəhid olmaq ibadətlərin ən böyüyü və ən dəyərlisidir. Təkamül yolçusu bu seçilmiş yolda ən yüksək ali məqamlara nail olur. Bu böyük ibadəti sair ibadətlərdən fərqləndirən iki əsas cəhət var:
    1.Mücahidin yüksək hədəfi. Mücahid insanın hədəfi özünün və yaxın adamlarının şəxsi mənafeyini təmin etmək deyildir. O, dar görüşlü, özünü bəyənən, özünü istəyən deyil. Əksinə, o, Allahı istəyir. Mücahid insan islamın genişlənməsini, tövhid kəlməsinin yüksəlməsini, zülm, zorakılıq, haqqsızlıqla mübarizəni, məhrumları və zəifləri müdafiə etməyi, ictimai ədalətin bərqərar olunmasını istəyir. Ən yüksək hədəflərə malik olduğundan, ən yüksək məqamlara da nail olur.
    2.Fədakarlığın ən yüksək həddi. Mücahid insan Allah dərgahına seyr etmək, hədəfinə çatmaq üçün ən dəyərli şeylərini və sərmayələrini əldən verir. İnsan sədəqə verəndə məqsədi bu olur ki, mal-dövlətinin bir miqdarını Allah yolunda sərf etsin, ibadət edərkən məqsədi bu olur ki, vaxtının və qüdrətinin bir qismini bu yolda sərf etsin. Amma mücahid insan hər bir şeyindən keçir. Bunların hamısından da üstün öz canından keçir, bütün varlığını ixlasla Allah-Təalaya təqdim edir. Mal, cah-cəlal, şan-şöhrət, arvad, övlad, qohum-əqrəbadan göz yummaqla öz canını Pərvərdigari-aləmə təslim edir. Ariflərin və dindar insanların bir ömür boyu yerinə yetirdikləri şeyin çoxunu mücahid insan qısa müddət ərzində yerinə yetirir. Maddi dünya mücahidin nurani və əzəmətli ruhu üçün dar gəlir. Buna görə də yaralı aslan kimi maddə qəfəslərini sındırır, bir göyərçin kimi Allahın razılığının nurani məqamlarına, geniş aləmlərə doğru pərvaz edib məqamların ən yüksəyində Allaha doğru seyr edir. Sair Allah övliyaları tədricən və uzun müddət ərzində məhəbbət, eşq, şühud məqamına çatırlarsa, şəhid mücahid bir gecədə yüz illik yolu ötüb keçir və Allahın görüşünə nail olur.
    Allahın sair bəndələri zikr, qiyam vasitəsilə Allaha yaxınlaşırsa, Allah yolunda cihad edən mücahid yaralara, dərdlərə, əzablara, çətinliklərə, güllələrə və s. dözərək öz canını verib Allah dərgahına yaxınlaşır. Bunların arasındəkı fərqlər olduqca çoxdur. Cihad və müharibə meydanı özünə məxsus səfa, mənəviyyət və nuraniyyətə malikdir. Eşq, hərəkət, fədakarlıq meydanıdır, Allah və məhbub yolunda fəda olmaq üçün müsabiqə (yarış) meydanıdır, əbədi həyatla dirilmək meydanıdır. Səngər həyatı keçirənlərin zümzüməsinin xüsusi səfası, nuraniyyəti və cazibədarlığı vardır ki, onun oxşarını hətta mə”bədlərdə və məscidlərdə də çox az tapmaq olar.
    BEŞİNCİ VASİTƏ
    İNSANLARA YAXŞILIQ EDİB ONLARA ƏL TUTMAQ
    İslam nəzərindən ibadət və Allaha yaxınlıq namaz, oruc, həcc, ziyarət, zikr, dua ilə xülasələnmir, məscidlərdə, məbədlərdə, məzarlarda məhdudlaşmır. Əksinə ictimai məsuliyyətləri yerinə yetirmək, Allah bəndələrinə xidmət, yaxşılıq etmək də qürbət qəsdi ilə olarsa, ən yaxşı ibadətlərdən hesab olunur ki, bu da insan ruhunun saflaşdırılmasında, kamala yetirilməsində və Allah dərgahına yaxınlaşmasında yaxşı bir vasitədir. İslam nəzərincə dini qaydalara itaət və seyri-süluk insanın guşənişin həyat tərzi keçirməsini gərəkli etmir, əksinə, ictimai məsuliyyətləri qəbul etməklə eyni zamanda cəmiyyətdə qalmaq olar. Xeyir işlərdə iştirak etmək, yaxşılıqda qarşılıqlı həmkarlıq, möminlərin ehtiyaclarını təmin etməkdə çalışmaq, onları sevindirmək, məhrumları və zəifləri müdafiə etmək, müsəlmanların işlərini qaydaya salmaq, onların çətinliklərini aradan qaldırıb həll etmək, Allah bəndələrinə kömək etmək və s. kimi bəyənilən işlər islam nəzərində böyük ibadətlərdən hesab olunur ki, onların savabı onlarla qəbul olunmuş həcc və ümrədən daha artıqdır. Bu barədə yüzlərlə rəvayət nəql olunmuşdur ki, onlardan nümunə olaraq aşağıdakıları qeyd edirik:
    İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, Allah-Təala belə buyurur: "Bəndələr Mənim əyalımdır. İnsanlar içərisində Mənə ən sevimli olan o kəslərdir ki, camaata qarşı daha mehriban olsun, onların ehtiyaclarını aradan qaldırmaqda daha artıq çalışsın.”(Kafi”, 2-ci cild, səh.199)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsanlar Allahın ailəsidir. Allah yanında ən sevimli kəs odur ki, onun faydası Allahın əyalına daha çox çatsın və bir ailənin qəlbini sevindirsin.”("Kafi”, 2-ci cild, səh.164 )
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Möminin (öz din) qardaşının üzünə təbəssüm etməsi yaxşılıq sayılır. Onun çətinliklərini aradan qaldırmaq da yaxşılıqdır. Allaha, mömini sevindirməkdən daha sevimli bir işlə ibadət olunmayıbdır.”("Kafi”, 2-ci cild, səh.188)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs bir mömini sevindirsə, məni sevindirmişdir, hər kəs məni sevindirsə, Peyğəmbəri sevindirmişdir, hər kəs Peyğəmbəri sevindirsə, Allahı sevindirmişdir və hər kəs Allahı sevindirsə, behiştə daxil olar.”(Biharul-ənvar”, 74-cü cild, səh.413 )
    O Həzrət (ə) yenə buyurur: "Möminin hacətini yerinə yetirmək (ehtiyacını aradan qaldırmaq) Allah yanında hər birində yüz min (dinar, dirhəm) infaq etdiyi iyirmi həccdən daha sevimlidir.”(Kafi”, 2-ci cild, səh.193 
    )
    Başqa bir hədisdə buyurur: "Bir müsəlmanın ehtiyacını təmin etmək üçün çalışmaq, Kəbə evinin ətrafını yetmiş dəfə təvaf etməkdən daha yaxşıdır.”(

    "Biharul-ənvar”, 74-cü cild, səh.311 
    )
    Yenə buyurur: "Allahın elə bəndələri vardır ki, camaat öz ehtiyaclarında onlara pənah aparırlar, qiyamətdə məhz onlar (Allahın əzabından) amanda olacaqlar.”("Biharul-ənvar”, 74-cü cild, səh.318 )
    Gördüyünüz kimi, islam nəzərindən Allah bəndələrinə yaxşılıq və xidmət etmək, onların çətinliklərinin aradan qaldırılıb həll edilməsində çalışmaq böyük ibadətlərdən hesab olnur ki, əgər qürbət qəsdi ilə yerinə yetirilərsə, insan ruhunun təkmilləşdirilməsinə, pərvəriş olunmasına və Allah dərgahına doğru yüksəlməsinə səbəb olacaqdır. Amma çox təəssüflə, camaatın əksəriyyəti islamı düzgün tanımadığına görə islami ibadətlərin bu böyük qismindən qafildirlər və ibadəti, seyri-süluku namaz, oruc, ziyarət, dua və zikrdən başqa bir şeydə bilmirlər.
    ALTİNCİ VASİTƏ
    DUA
    Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir. Buna görə də Mütəal Allah bəndələrini dua etməyə dəvət edərək buyurur: "Pərvərdigarınız buyurdu: «Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.»”(

    "Mu”min” surəsi, ayə:63 
    )
    Yenə buyurur: "Aşkarda və gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir.”("Ə”raf” surəsi, ayə55 
    )
    Başqa bir ayədə isə belə buyurulur: "Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm.”("Bəqərə” surəsi, ayə:183 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dua – ibadətin ruhu, məğzidir.”("Səhihi Termezi”, 2-ci cild, səh.266 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Dua ibadətdir və Allah-Təala buyurur: Allahı çağırın və heç vaxt "daha işlər tamam olmuşdur” - deməyin.”("Kafi”, 2-ci cild, səh.468)
    O Həzrət (ə) yenə buyurur: "Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri də Allahdan istəyin və onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin də sahibidir.”("Kafi”, 2-ci cild, səh.468)
    Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər. Bəndəyə çatanların hamısı Allah tərəfindəndir. Belə isə, bəndə bu təbii ehtiyacını dildə izhar etməli, özünün zati yoxsulluğunu, bəndəçiliyini və ehtiyaclarını əməldə isbat etməlidir. İbadətin də mənası bundan qeyri bir şey deyildir.
    İnsan dua halında Allahı yad edir, Onunla raz-niyaz edir, ehtiyaclarını bəndəçiliyin əlaməti olan raz-niyaz ilə zatən qəni olan Allaha təqdim edir. Həqir və ehtiyac aləmindən ümidini kəsir və bütün xeyirlərin və kamalların mənbəyi ilə əlaqə yaradır. Fəqirlik aləmindən pərvaz edir, batini bəsirət gözü ilə Haqq-Təalanın camalını müşahidə edir. Dua və raz-niyaz halı bəndənin ən ləzzətli və ən gözəl halətlərindəndir ki, Allah övliyaları da onu heç bir qiymətə dəyişmirlər. "Səhifeyi-Səccadiyyə və sair dua kitablarına baxın. Məsumların (ə) necə raz-niyaz etdiyini görün. Allahla birbaşa əlaqə bərqərar etmək və duanın qəbul olunmasına ümid bağlamaq qəlblərə aramlıq və dua edən şəxsə təskinlik verir. Əgər insan çətinliklərin həll olunmasında, xoşagəlməz hadisələrdə Allaha pənah aparmazsa, çətinliklərə necə sinə gərib dözə bilər və həyatını davam etdirəcəyinə necə ümid bağlayar?
    Dua möminin silahıdır ki, onun vasitəsilə ümidsizliklə, məyusluqla mübarizə aparır, çətinliklərdə qeybi qüvvələrdən kömək diləyir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar (ə) da daim bu silahdan istifadə etmişlər. Duadan istifadə olunması bütün möminlərə tövsiyə olunur. İmam Riza (ə) öz səhabələrinə buyurur: "Peyğəmbərlərin silahına sarılın!” Soruşdular: "Peyğəmbərlərin silahı nədir?” Buyurdu: "Dua.”("Kafi”, 2-ci cild, səh.468)
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah mömin bəndələri içərisində o kəsləri sevir ki, çox dua etsinlər. Sizə tövsiyə edirəm ki, sübh çağları gün çıxan vaxta qədər dua edəsiniz. Bu saatda asimanın qapıları açıqdır, insanların ruziləri bölünür və böyük hacətlər qəbul olunur.”("Kafi”, 2-ci cild, səh.478 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dua möminin silahı, dinin sütunu və asimanların, yerin nurudur.”(Kafi”, 2-ci cild, səh.468 )
    Dua bir ibadət, üstəlik ibadətlərin məğzidir, axirət savabıdır. O, möminin me”racı, qüds aləminə pərvaz səbəbidir. Dua ruhu kamala çatdırıb pərvəriş edir, sahibini Allahın dərgahına yaxınlaşdırır. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən və həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır.”(Kafi”, 2-ci cild, səh.468 )
    Deməli, dua bir ibadətdir ki, əgər şərtlərinə malik olsa və düzgün yerinə yetirilsə insan ruhunun yüksəlişinə, bəndənin Allah dərgahına seyr etməsinə səbəb olacaqdır. Duanın bu təsiri labüddür. Buna görə də bəndə heç vaxt, heç bir şəraitdə bu böyük ibadətdən qafil olmamalıdır. Çünki dua heç vaxt təsirsiz olmur. Baxmayaraq ki, bəzən onun zahiri və tez nəticələri görünmür. Bəzən dua edən şəxsin istəklərinin yerinə yetməməsi, təxirə düşməsi, yaxud dünyada ümumiyyətlə, baş verməməsi mümkündür. Lakin, bunun özü də məsləhətsiz deyil. Çünki bəzən möminin dünyəvi istəklərinin yerinə yetirilməsi onun həqiqi məsləhəti olmur. Hikmətli Allah da bəndənin həqiqi məsləhətini onun özündən də yaxşı bilir. Buna görə də bəndə daim ehtiyac əllərini Allah dərgahına qaldırmalı, hacətlərini istəməlidir. Əgər məsləhətinə olarsa, elə bu dünyada yerinə yetirilər. Amma əgər Allah müəyyən məsləhət üzündən bəndəsinin hacətini təxirə salsa, bəndə Onunla daha çox münacat və raz-niyaz edərək yüksək məqamlara çatır. Bəzən də Allah bəndənin məsləhətini bunda görür ki, onun hacətini bu dünyada təmin etməsin ki, daim Allahı yad etsin və axirət dünyasında daha yaxşı mükafatlar alsın.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah o bəndəyə rəhmət eləsin ki, hacətini Allahdan istəyir və duada israr edir. İstər hacəti yerinə yetirilsin, istərsə də yetirilməsin. (Sonra bu ayəni oxudu:) Vəədu Rəbbi əsa əlla əkunə bi duai Rəbbi şəqiyya – (Mən Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım).”(Kafi”, 2-ci cild, səh.475 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "(Bəzən) Mömin Allahdan bir hacət istəyir. Lakin, Allah mələklərinə göstəriş verir ki, bəndənin hacətini bir az təxirə salsınlar. Çünki onun səsini və duasını daha çox eşitmək istəyir. Qiyamətdə də ona deyər: "Ey Mənim bəndəm! Sən Məni çağırdın, lakin Mən sənin duanın qəbul olunmasını təxirə saldım. İndi onun əvəzində filan-filan savabları sənə əta edirəm. Həmçinin filan dua və filan dualar da eyni ilə.” Bu zaman mömin arzu edər ki, kaş dünyadakı arzularımdan, dualarımdan heç biri yerinə yetməyəydi. Bu sözü ona görə deyir ki, axirətin yaxşı savablarını görüb.”("Kafi”, 2-ci cild, səh.490 )
    O Həzrət yenə buyurur: "Duanın ədəblərini öyrən və diqqət yetir ki, kiminlə söhbət edirsən, onu necə çağırırsan və nə üçün çağırırsan. Allahın əzəmət və böyüklüyünü yad et. Öz qəlbinlə hiss et ki, qəlbində olanları Allah bilir. O, sənin qəlbindəki sirlərdən agahdır, qəlbində gizlənmiş haqq və ya batildən məlumatı vardır. Sonra özünün nicat və həlakət yollarını tanı. Məbada Allahdan elə bir şey istəyəsən ki, sənin həlakətin onda olsun. Halbuki, sən nicatının onda olduğunu təsəvvür edirsən. Allah-təala Quranda buyurur: "Bəzən insan xeyir əvəzinə öz şərini istəyir və insan öz işlərində tələsəndir.”
    "Belə isə, düzgün fikirləşib gör ki, Allahdan nə istəyirsən və nə üçün istəyirsən. Dua sənin tərəfindən bütün vücudla Allah qarşısında "qəbul olunmağı” istəmək, qəlbin Pərvərdigarı müşahidə etməklə əriyib aradan getməsi, bütün ixtiyarların tərk edilməsi və işlərin hamısını Allaha təslim edilməsi deməkdir. Belə isə, duanın şərtlərinə əməl etməsən, onun qəbul olunmasını gözləmə, çünki Allah sirlərə və onlardan da gizli olan şeylərə agahdır. Ola bilsin ki, sən Allahı bir şey üçün çağırasan, halbuki Allah sənin niyyətinin onun tam əksinə olduğunu bilir.”(Həqaiq” (Feyz Kaşani), səh.244 )
    YEDDİNCİ VASİTƏ
    ORUC
    İnsan nəfsinin saflaşdırılmasında, aludəliklərdən təmizlənməsində çox böyük rol ifa edən ibadətlərdən biri də oruc tutmaqdır. Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Oruc cəhənnəm odundan qorunmaq üçün bir sipərdir.”(

    "Vəsailuş-şiə”, 7-ci cild, səh.289 
    )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Mütəal Allah buyurur: «Oruc Mənim üçündür və Mən özüm da oruc tutanın mükafatını verəcəyəm.»”("Vəsailuş şiə”, 7-ci cild, səh.290)
    O Həzrət (ə) yenə buyurur: "Oruc tutan şəxs behiştin bağlarında bəhrələnir, məlaikə də iftar vaxtına qədər ona dua edir.”("Vəsailuş şiə”, 7-ci cild, səh.296)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs savab üçün bir gün müstəhəb oruc tutsa, bağışlanmaq onun üçün vacib olur.”(Vəsailuş şiə”, 7-ci cild, səh.293)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Oruc tutan şəxsin yuxusu ibadət, sükutu təsbihdir, əməli qəbul olunmuş, duası yerinə yetirilmişdir.”("Vəsailuş şiə”, 7-ci cild, səh.294 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mütəal Allah belə buyurur: "Bütün yaxşı bəndələrimin əməllərinin on qatdan tutmuş yetmiş qata qədər savabı vardır. Amma oruc tutan şəxsin savabı Mənim öhdəmdədir, Mən onun savabını Özüm verəcəyəm.” Deməli, oruc tutan şəxsin savabını (nə qədər olduğunu) yalnız Allah Özü bilir.”("Vəsailuş şiə”, 7-ci cild, səh.295 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) rəvayət edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) merac gecəsində dedi: "Pərvərdigara! İbadətin əvvəli nədir?” Buyurdu: "İbadətin əvvəli oruc tutmaq və sükut etməkdir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) dedi: "Pərvərdigara! Orucun təsiri nədir?” Buyurdu: "Orucun təsiri hikmətdir və hikmət mərifətə səbəb olur, mərifət yəqin gətirir, insan yəqin mərhələsinə çatdıqda çətinlikdə, yoxsa asayişdə və rifahda olmasının onun üçün heç bir fərqi olmaz.”(Müstədrəkul-vəsail”, 1-ci cild, səh.590 )
    Oruc iki yöndən – mənfi və müsbət yöndən təşkil olunan xüsusi bir ibadətdir. Birinci yön nəfsin yeməkdən, içməkdən, cinsi əlaqədə olmaqdan və sair qanuni ləzzətlərdən çəkinmək, Allaha və Peyğəmbərə (s.ə.v.v) yalan nisbəti verməmək, fiqhi kitablarda deyilən sair işlərdən çəkinməkdir. İkinci yön ixlas, niyyət və qürbət qəsdidir ki, bu da həqiqətdə ibadətin ruhu məsəli kimidir. Orucun həqiqəti qürbət qəsdi ilə nəfsin qarşısını almaq, maddi ləzzətlərdən çəkinməyə dair qərara gəlməkdir. Belə ki, cinsi əlaqədə olmaq, Allaha, Peyğəmbərə yalan nisbəti vermək, yemək-içmək kimi işlər onu batil edir.
    Fiqhi kitablarda orucun barəsində deyilən tərif belədir: Əgər bir şəxs qürbət (Allahın əmrini yerinə yetirmək) qəsdi ilə qeyd olunan işlərdən, yəni yemək-içmək, cima etmək, istimna etmək, Allaha və Peyğəmbərə yalan nisbəti vermə, imalə etmək, başı suya batırmaq, sübh azanına qədər cənabət halında qalmaq kimi işlərdən çəkinərsə, ibadəti səhihdir və qəzası, kəffarəsi yoxdur. Bu, adi camaatın tutduğu orucdur.
    Amma hədislərdə özünü saxlamaq daha geniş səviyyədə bəyan olunub, qeyd olunanlarla məhdudlanmır. Hədislərdə qeyd olunur ki, oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə deyildir. Həqiqi oruc tutan o kəsdir ki, bütün bədən üzvlərini günahdan saxlasın. Yəni gözünü, qulağını, dilini, əlini, ayağını və sair üzvlərini onlara aid olan günahlardan saxlasın. Bu, Allahın xüsusi bəndələrinin tutduğu orucdur.
    Bundan da yüksəkdə daha xüsusi olan adamların orucudur. O da bundan ibarətdir ki, oruc tutan şəxs yemək, içmək kimi adi halda halal olan şeyləri və bütün günahları tərk etməkdən əlavə, öz qəlbini də Allahı yadından çıxaran işlərdən saxlasın, daim Allahı yad etsin və Onu özünə hazır və nəzarətçi görsün, özünü Allahın qonağı bilsin və Allahın görüşünə hazır etsin.
    İmam Cəfər Sadiq (ə) buyurur: "Oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə hasil olmur. Oruc tutan zaman qulaq, göz, dil, qarın, övrətin də oruc olmalıdır. Oruc tutduğun zaman əlini və övrətini də günahdan saxla. Daim sakit ol. Yalnız xeyir və faydalı söz danış. Öz xidmətçilərin ilə xoş davran.”(Vəsailuş şiə”, 7-ci cild, səh.118)
    O Həzrət (ə) yenə buyurur: "Oruc tutan şəxsin vüqar və həyası hökmən səndə olsun. Bacardığın qədər sükuta riayət et. Yalnız Allahı zikr elə. Elə olmasın ki, oruc tutduğun gün elə oruc tutmadığın günlər kimi olsun.”(Vəsailuş şiə”, 7-ci cild, səh.117 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bir xütbədə buyurdu: "Hər kəs Ramazan ayını sükut halında oruc tutsa, qürbətən-iləllah məqsədi ilə qulağını, gözünü, əlini, övrətini və s. bədən üzvlərini yalandan, haramdan, qeybətdən qorusa, Allah-təala onu Özünün müqərrəb bəndələrindən edər və o, İbrahim Xəlilur-Rəhmanın həmsöhbəti olar.”(Vəsailuş şiə”, 7-ci cild, səh.117 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Oruc tutmaq təkcə yemək-içməkdən çəkinmək deyil. Əksinə, onun xüsusi şərtləri vardır və onlara riayət etmək lazımdır ki, oruc tamam-kamal olsun. O da daxili sükut etməkdən ibarətdir. İmranın qızı Həzrəti Məryəmin sözünü eşitməmisən ki, camaatın cavabında deyir: "Mən Allah xatirinə oruc nəzir etmişəm. Bu gün heç kəslə danışmayacağam.” Yəni, oruc tutduğum üçün sakit olmalıyammı?! Deməli, oruc tutduğun zaman dilinizi yalandan saxlayın, qəzəblənməyin, (nalayiq sözlər deməyin və) söyüş söyməyin, acı dilli olmayın, yersiz mübahisə etməyin, zülm etməkdən, cəhalətdən, pis əxlaqlıqdan, bir-birini rədd etməkdən çəkinin, Allahın zikrindən və namazdan qafil olmayın. Sükuta, dərindən təfəkkür etməyə, səbr və düzlüyə, şər əhlindən uzaq olmağa səy edin. Batil, yalan və böhtan sözlərdən, düşmənçilikdən, bədgümanlıqdan, qeybətdən, söz gəzdirməkdən uzaq olun. Axirətə nəzər yetirin. Allahın vədələri gerçəkləşəcəyi günlərin gəlib çatmasını gözləyin. Allahla görüş üçün azuqə hazırlayın.
    Öz sahibindən qorxan bir qul kimi aramlığa, vüqara, xüşuya, xüzuya riayət edin. Qorxu ilə ümid arasında olun. (Əgər) qəlbini eyiblərdən, batini çirkinliklərdən pak etsən, Allahdan başqa hər bir şeydən uzaq gəzsən, vilayətini oruc tutmaqla və zahirlə batinini Allahın çəkindirdiyi şeylərdən paklandırmaqla Onun vilayətini qəbul etsən (onda bil ki,) Allah dərgahında qəbul olunmusan, Allahdan qorxmaq haqqını zahirdə də, batində də yerinə yetirmisən. Oruc tutduğun günlərdə öz nəfsini Allaha bağışlamış, qəlbini Onun üçün hazırlamısan və Allah-Təalanın əmrlərinə əməl etmək barədə qəlbinə məmuriyyət vermisən. Əgər qeyd olunan surətdə oruc tutsan – sən doğrudan da oruc tutanlardansan və öz vəzifənə əməl etmisən. Nə qədər naqis (natamam) qoymusansa, həmin miqdarda orucundan azalacaqdır. Çünki oruc tutmaq təkcə yeyib-içməkdən çəkinmək deyil. Allah-təala orucu batil edən sair davranış və sözlərdə də orucu hicab qərar vermişdir. Nə azdır oruc tutanlar! Nə qədər də çoxdur ac qalanlar!”("Vəsailuş şiə”, 7-ci cild, səh.119)
    Category: Nəfsin saflaşdırılması | Views: 907 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024