İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    5:38 AM
    Minacatın əzəməti
    Minacatın əzəməti
    Müqəddimə
    Bismillahir-rəhmanir-rəhim
    Əxlaq alimləri xəstə axtarışında olan həkimlərə bənzəyirlər. Onlar xəstələri müalicə edərkən canlarını belə əsirgəmirlər. Mənəvi xəstələrin qəflətdə olması onları narahat edir. Xəstələri müalicə etmək üçün bütün vasitələrə əl atırlar. Bəzən xoşagələn söhbətlərlə, bəzən odlu yazılarla, bəzən dərs və müzakirələrlə, bəzən qarşılıqlı söhbətlər və hər bir mümkün vasitə ilə!
    Böyük əxlaq alimlərindən biri də dəyərli filosof, İslam dünyasının nadir şəxsiyyətlərindən olan həzrət Ayətullah Misbah Yəzdidir. O, bütün qüvvəsi ilə çalışmış və bu mühüm işin öhdəsindən yetərincə gəlmişdir.
    Bu dəyərli və nurlu elmi simanın ürəklə dediyi əxlaq dərsləri qəlblərə yatır. Bu dərslərin təsirləri hamıya məlumdur.
    Haqq mənzilinə, dua və minacata bağlanmış bu arif şəxs məsumların hədislərini, dua və minacatlarını araşdırmışdır. O bu yolla öz dinləyicilərinin nəfs və əxlaqlarının islahına çalışmış, hamını öz feyzindən bəhrələndirmişdir.
    Burada da həzrət ustad Misbah Yəzdi ən gözəl və təsirli üsulla "Şəbaniyyə” minacatını şərh edərək onun əxlaq və mərifət dolu mövzularını açıqlamışdır.
    Allah-təaladan bu böyük ustad üçün artıq tövfiq diləyirik. İnqilabın böyük rəhbəri həzrət Ayətullah Xameneiyə uzun ömür və sağlamlıq arzulayırıq.
    Seyyid Məhəmməd Riza Ğiyasi Kermani
    "Şəbaniyyə” minacatının şərhi
    Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
    "Allahım, Məhəmməd və onun ailəsinə rəhmət göndər.”
    Salavat zikrinin əhəmiyyəti
    Bu minacat şəban ayında hər gün günəş batarkən oxunan dua kimi salavatla başlanır.
    Dua mətnində bir neçə dəfə salavat təkrarlanır. "Səhifeyi-Səccadiyyə”dəki duaların bir çoxunda (həzrət Səccadın Məhəmməd (s) ailəsindən olmasına baxmayaraq) girami Peyğəmbər (s) və onun Əhli-beytinə salavat təkrarlanır.
    Namazda təşəhhüdün bir hissəsinin salavatdan ibarət olması onun əhəmiyyətini bildirir. Salavat deməmək namazın batil olmasına səbəb olur. Sünnə əhlinin dörd imamından biri sayılan Şafei Əhli-beytə ithaf etdiyi şerdə belə deyir:
    Batilsə sizlərə salamsız namaz,
    Məqamınız üçün yetər bu əsas.
    ("Yənabiul-Məvəddət”, c. 3, s. 103.)
    Namaz Allahla fərdi rabitədir. Lakin namazda salavat deyilməlidir və bu hökm yalnız şiələrə yox, bütün firqələrə aiddir.
    Salavat zikri barəsində bir neçə nöqtə:
    1-ci nöqtə: Dua qaydalarından biri də budur ki, duanın qəti qəbul olması üçün ondan əvvəl və sonra salavat zikr olunsun. Bu işin səbəbi belə izah olunur: Duadan öncə və sonra salavat zikr olunarsa, bu əslində üç dua hesab olunacaq. Çünki salavatın mənası peyğəmbər və onun əhli-beyti üçün xüsusi rəhmət istəməkdir. Heç bir şübhəsiz, duadan öncə və sonrakı salavat Allah tərəfindən qəbul olunur. Çünki Allahın ən gözəl bəndələr üçün edilən ən xalis duaları qəbul etməməsi mümkün deyil. Eyni zamanda iki qəbul olunmuş dua arasında bir yığcam duanı qəbul etməmək Allahın fəzl və kəramətindən uzaqdır. (Əlbəttə, bu o hala aiddir ki, duanın qəbul olma şərtləri yerində olsun; özgələr üçün ziyan və ya günah istəyi olmasın!)
    Demək, belə bir dua heç şübhəsiz qəbul olunur. Allah bu istəyi və ya ondan daha gözəlini əta edir.
    Bir sual və onun cavabı
    Belə bir sual ortaya çıxır ki, əvvəlində və sonunda heç bir dua olmayan (əvvəlində şəhadətlər, sonunda üç salam olan) şəhadətdə salavat deməyin fəlsəfəsi nədir? Eyni zamanda Allahın "Allah və Onun mələkləri Peyğəmbərə (s) salavat göndərir; ey iman gətirənlər, siz də peyğəmbərə salavat göndərin və onun qarşısında tamamilə təslim olun” göstərişindən sonra nə üçün salavat çəkilir?
    Bu suala cavab vermək üçün üç müqəddiməyə ehtiyac var:
    1. İnsan ixtiyari olaraq gördüyü hər bir işdə məqsəd və nəticə nəzərdə tutur. Bütün dualarımızda məqsəd duanın qəbul olmasıdır.
    2. Şəxsi dualarımızın xeyirimizə olub-olmayacağını bilmirik. Lakin salavatın heç bir şübhəsiz qəbul olacağını bilirik. Buna görə ağıllı insan vaxtını qəbuluna əmin olduğu dualara sərf edir.
    3. Peyğəmbər və onun Əhli-beytinə rəhmət istədikdə əslində, onlara bir hədiyyə təqdim edirik. Bilirik ki, bu səxavətli və kəramətli şəxslər bizim hədiyyəmizi cavabsız qoymayacaqlar. Onların cavabı bizlərə etdikləri dualardır. Onların duası qəti şəkildə qəbul olunur. (Burada lazım bilirik ki, İslam respublikasının televiziya yayım məsullarına təşəkkür edək. Bu şəxslər xəbərlər proqramından öncə salavat zikrini gözəl bir adət şəklinə salmışlar. Hər kəs salavat göndərsə bu şəxslər onun savabına şərik olacaqlar.) Özümüz özümüzə dua etdikdə qəbul olub-olmayacağı məlum deyil. Lakin onlar bizim üçün dua etsə, şübhəsiz ki, onların duası qəbul olacaq. Fəlsəfi dillə desək, həm dua edənin istedad və qabiliyyəti, həm əta edənin səxavəti nöqsansızdır. Yəni Allahın feyz verənliyi və məsumların qabiliyyəti mərhəmətin nazil olmasını labüdləşdirir. Uyğun halda dualarımızın qəbul olunmaması üçün heç bir maneə yoxdur. Bu səbəbdən də ağıl hökm edir ki, mənfəət istəyiriksə sadə şəkildə də olsa, o böyük şəxsiyyətlərə salavat göndərək.
    2-ci nöqtə: Bu salavatların faydası insanın özünə qayıdır. Çünki peyğəmbər və onun ailəsinin vücudu başdan-başa ilahi rəhmətlə dolmuşdur. Beləliklə, bizim göndərdiyimiz rəhmətlər onların vilayətində olanlara çatır. Dolmuş stəkana dayanmadan su töksək onun altındakı qab və ətrafında olan mövcudlar bu sudan bəhrələnəcəkdir. Peyğəmbər və Əhli-beytin vücudu ilahi rəhmətdə qərq olduğundan göndərilən salavatların bərəkəti insanın özünə və digər şəxslərə çatır. Dualarda oxuyuruq: "İlahi, Məhəmməd və onun ailəsinə rəhmət göndər. Elə bir rəhmət ki, onun vasitəsi ilə günahlarımızı bağışlayasan və eyblərimizi örtəsən.("Seyyid ibn Tavus, "Əl-müraqibat”, c. 1, s. 76.)
    Göndərdiyimiz hədiyyələr (salavatlar) müqabilində peyğəmbər və Əhli-beyt bizim üçün dua edir və bizi öz hədiyyələri ilə faydalandırır. Bütün bunlardan əlavə göndərdiyimiz salavatların nəticəsi özümüzə qayıdır.
    3-cü nöqtə: Psixoloji prinsiplərə əsasən ləyaqətsiz insan böyük bir şəxsdən nə isə istədikdə əvvəlcə onun diqqətini cəlb etməlidir. Məsələn, öncə onun övladı və ya yaxın bir dostu ilə əlaqə yaradaraq öz istəkləri üçün zəmin hazırlamalıdır.
    Heç şübhəsiz, biz insanlar günahlar və çirkin işlərimizə görə Allahın əzəmətli dərgahından nə isə istəməyə layiq deyilik. Başqa bir tərəfdən, ehtiyaclarımızın ödənməsini Onun dərgahından istəməkdən başqa çarəmiz yoxdur. Demək, istəmək üçün icazə almalı və ləyaqət əldə etməliyik. Bu iş üçün ilahi övliyalara rəhmət diləməkdən yaxşı heç bir şey yoxdur. Beləliklə, Allahın ən əziz dostlarına salavat göndərib, ədəb nümayiş etdirməklə Allahın diqqətini cəlb etməyə layiq olur və ehtiyaclarımızı istəyirik.
    Əslində salavat vasitəsi ilə Allahın əzəmətli dərgahında söz demək üçün cürət əldə edirik. Özümüzə nə isə istəməzdən öncə Allahın dostlarına rəhmət istəyirik. Başqa sözlə, bir növ israr edirik. Xüsusi bir tərzdə Əhli-beytə ərz edirik: "Başdan-başa ehtiyac içində olmağımıza baxmayaraq, sizi sevdiyimiz üçün özümüzdən əvvəl sizə rəhmət istəyirik.”
    Əhli-beytin bizim dualarımıza ehtiyacı yoxdur. Lakin bizim bu işimiz fəqirin imkanlı bir şəxsin qapısını döyüb "Allah sənə ömür, sağlamlıq və bərəkət əta etsin” deməsinə bənzəyir. Fəqir bu şəxsin malik olduğu şeyləri Allahdan onun üçün istəyir. Bu sözlər məhəbbət göstəricisi və diqqəti cəlb etmək üçündür. İmkanlı şəxs heç zaman fəqirə "mən sağlamam” cavabını verməz. Çünki fəqirin bu duadan savay əlindən heç bir iş gəlmədiyini bilir. Fəqir bu sözlərlə demək istəyir ki, əgər sən sağlam olmasaydın mən Allahdan sənin üçün sağlamlıq istəyərdim. Demək, bu növ duaların əqli izahı yoxdur. Bu dualar yalnız eşq və məhəbbət göstəricisidir.
    Hacı Mirzə Əli Həstəi İsfahanidən bir xatirə
    Müctəhid mərhum Hacı Mirzə Əli Həstəi İsfahani ağa tanınmış xətiblərdən idi. O "Əsfar” kitabını tədris edirdi. Yaşım 20-dən az idi. Bəzən Tehranda Hacı Seyyid Əzizullah məscidinə gedib onun söhbətlərinə qulaq asırdım. Bir gün ondan soruşdum ki, Əhli-beytin bizim rəhmət istəyimizə nə ehtiyacı var? Axı onlar hər növ rəhmətə malikdirlər. Ustad cavanlığımı və elmdə zəifliyimi nəzərə alıb əvvəlcə məni alqışladı. Sonra düşüncəmə uyğun şəkildə dedi: "Bir bağban öz ağası üçün bağ salır. Bağdakı güllərin toxumu, su, torpaq, açmış güllər və hətta bağban özü də ağanın mülkü hesab olunur. Lakin güllər böyüdükdə, bağda gözəl mənzərə yarandıqda ağa tamaşa üçün bağa gələrkən bağban güllərdən bir dəstəsini ədəblə ona təqdim edir və xoşgəldin deyir. Əvəzində isə mükafat alır. Bu bir növ ədəb qaydasıdır. Çünki bağban və bütün güllər ağaya məxsusdur. Demək, biz salavat göndərməklə məsumların bağından bir gül dərib onların özünə hədiyyə edirik.” Eyni mənanı "və əccil fərəcəhum” cümləsinə də aid etmək olar.
    ƏRƏBCƏ
    «Vəsmə duai iza dəəvtukə vəsmə nidai iza nadəytukə və əqbil ələyyə iza nacəytukə.»
    "Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit; səninlə minacat etdikdə mənə nəzər sal.”
    Bu minacat salavat zikrindən sonra üç oxşar cümlə ilə (dua, nida və minacat) başlayır. Bu duada belə ərz edirik: "İlahi, dua edərkən duamı eşit, fəryad edərkən nidamı eşit və minacat edərkən mənə üz tut.”
    İndi isə belə bir sual yaranır: Vücuda gəlməzdən öncə hər bir şeyi bilən, eşidən və görən Allah necə ola bilər ki, kiminsə səsini eşitməsin. Nə üçün biz Ondan öz fəryadımızı və səsimizi eşitməsini istəyirik?
    Cavab budur ki, hazırda insanlara aid eşitmək nəzərdə tutulmur. İnsanda səs öncə qulaq pərdəsinə toxunub onu titrədir, bu titrəyiş sinirlər vasitəsi ilə beyinə ötürülür və sonda maddə ilə əlaqə nəticəsində ruhun dərki üçün zəmin yaranır. Əgər qulaq pərdəsi sağlam olmazsa, insan eşidə bilməz. Hazırda isə eşitmək dedikdə qəbul etmək mənası anlaşılır. Günümüzdə hər hansı ötürülən informasiya haqqında "filan kəs məni eşitdi” deyilir. Burada səsin qulağa çatması yox, nəzərdə tutulan təsirin həyata keçməsi başa düşülür.
    Eşitmək dedikdə xüsusi lütf nəzərdə tutula bilər. Necə ki, dinləyici qulağına səs dalğalarının çatmasından əlavə danışana xüsusi diqqət göstərir. Bu xüsusi diqqət səs dalğaları qulağa çatarkən baş verən maddi proseslərdən deyil.
    Beləliklə, Allahın eşitməsi dedikdə onun xüsusi diqqəti və ya deyilənləri qəbul etməsi nəzərdə tutulur. Əslində müəyyən baxımdan ikinci məna birinci mənadan fərqlənmir.
    Allah ilə raz-niyaz etmək, Ondan cavab almaq və Onunla əlaqə yaratmaq istəyimizi havada səs-küy salan milçəyin insanlara onun səsinə qulaq asmaları üçün xahiş etməsinə bənzəyir. Təbii ki, milçəkdə insanların ona qulaq asması üçün ləyaqəti yoxdur. O özü kimi milçəklərlə söhbət etməlidir. Demək, insanın Allah ilə söhbəti milçəyin insanla söhbətinə bənzəyir. Buna görə mərifətli insan dua edərkən öncə Allahdan istəyir ki, onun duasını, fəryadını və minacatını eşitsin. İnsan öncə dinləyicisi olduğunu bilməli, sonra danışıb, ehtiyaclarını istəməlidir. Lakin ona "mənimlə danışma” deyilərsə daha danışmaq üçün heç bir yer qalmır. Yaxud, "Allah onlarla danışmaz” və daha pisi "onlara nəzər salmaz” ayələrinin şamil edildiyi insanın danışmasının, dua, fəryad və minacat etməsinin mənası yoxdur.
    Dua, nida və minacat arasındakı fərq
    Bu üç kəlmə arasında bir neçə fərq var: "Dua” geniş və ümumi mənaya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış "dua” adlanır. Lakin uca səslə çağırış "nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək, ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa "Minacat” deyilir. Əlbəttə, bəzən insan Allahla, bəzən isə Allah insanla minacat edir. Necə ki, bu həqiqəti həzrət Əli (ə) "Nəhcül-bəlağə”də təsdiqləyir. Allah-təala buyurur: "Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq gecələrdə və sakit gündüzlərdə onunla minacat edərəm.”(Bax: "Dost diyarının yolçuları”, Merac hədisi.) Yəni bəndə elə tərzdə söhbət edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə minacatı adlanır.
    Maraqlıdır ki, duanın üçüncü hissəsində əvvəlki iki hissədən fərqli olaraq "minacatımı eşit” yox, "minacat edərkən mənə nəzər sal” deyilir. Bu işin səbəbi odur ki, minacat və xüsusi söhbət zamanı qarşı tərəfin tam diqqət etməsi lazımdır. Qarşı tərəf tam diqqət etmədikdə nəzərdə tutulan hədəf hasil olmur. Demək olar ki, minacatda yalnız xüsusi şəkildə söhbət etmək əsasdır. Söhbətin nə mövzuda olması o qədər də əhəmiyyətli deyil. Başqa sözlə, məhbubla ünsiyyət yaratmaq mühümdür. Əgər məhbub lütf etməyib üz çevirsə nəzərdə tutulmuş məqsəd hasil olmur.
    Demək, insan istəsə də, istəməsə də Allah onun sözlərini eşidir. Lakin Allahın lütf edib insanı dinləməsi, ona nəzər salması mühümdür. Onun istəklərinin Allah tərəfindən qəbul olunması sonrakı mərhələyə aiddir. Necə ki, bəzi minacatlarda qəti surətdə Allahdan heç nə istənilmir. Məsələn, insan "ilahi əgər məni min dəfə cəhənnəmə atıb yandırsan qəlbimdən məhəbbətin xaric olmayacaq”— deyərkən Allahdan heç bir şey istəmir. Bu sözlər yalnız sevgi bildirən kəlmələrdir. İnsan bu sözlərlə istəyir ki, Allah onu dinləsin və ona lütf etsin. Eşitməklə bağlı qeyd olunan üç məna arasında (elm, diqqət və qəbulolma) ikinci məna, yəni "diqqət” daha münasibdir.
    "Şəbaniyyə” və sair minacatlara bu növ dua ilə başlanılması əslində bəndələrə dua qaydalarına riayət etməyi və Allahla söhbətə layiq olmağı öyrədir: eyni zamanda insanlara öyrədilir ki, Allahdan onlara minnət qoyub hacətlərinə nəzər salmasını istəsinlər. Çünki günahlar onların abırını aparmış və Allahın nəzər salmasına mane olmuşdur. Bir duada oxuyuruq: "...İlahi, günahlarım çöhrəmi pisləşdirib, dualarımın qarşısını alıb, mənimlə sənin aranı kəsmiş və səsimin sənə çatmamasına səbəb olmuşdur... İndi isə mən sənə doğru yol axtararaq insanların ən sevimlisi, ən əzizi və ən layiqlisinin vasitəsi ilə sənə yaxınlaşmaq istəyirəm...”
    Xatırlatmalıyıq ki, tövbə üçün də ləyaqətimiz yoxdur. Gərək ilahi övliyaların vasitəçiliyi ilə ləyaqətli tövbə edək.
    Minacatın salavatla başlanmasından belə bir məna anlaşılır ki, hətta günahların bağışlanmasını istəmək üçün ləyaqətli olmalıyıq. Allahın tövbələrimizi qəbul etməsi üçün Onun sevimli bəndəsinin adını çəkməklə tövbəyə layiq oluruq. Dua zamanı bu növ ədəb nümayişi daha çox qəlb iştirakına səbəb olur və insanın duasının dəyərini artırır. Əgər bir şəxs hədiyyə gətirdiyi gül dəstəsini evin bir küncünə atarsa, hədiyyənin dəyəri azalar. Lakin təvazökarcasına gül dəstəsini təqdim edərsə, hədiyyənin dəyəri yüksələr. Adi halda bağça və ya bazarda gül dəstələri ucuz və boldur! Hansı qaydada ədəb nümayiş etdirmək lazım olduğunu bilmədiyimiz üçün ilahi övliyalar ədəb qaydalarını bizə öyrətmişlər. Beləliklə, naqis düşüncəmizlə özümüzdən cümlələr icad etməyə ehtiyac yoxdur. Yalnız nəql olunmuş cümlələr barəsində azca düşünməli, sonra həmin cümlələri ədəblə ilahi dərgaha ərz etməliyik.
    Əgər insan Allahın ona etina göstərmədiyini və onun sözlərinə diqqət etmədiyini təsəvvür edərsə, heç zaman söhbət və raz-niyaz alınmaz. Buna görə Allahdan istəyirik: "İlahi, sözlərimi dinlə və xüsusi lütflə mənə nəzər sal! İlahi, sənə doğru qaçdım.” Sanki insanı hədələyən düşmənlər var; O düşmənlərinin çəngindən qaçıb, onların hərəkət etdiyi istiqamətin əksinə sürətlə getmək istəyir.
    İndi isə çəngindən qaçıb, Allaha sığındığımız düşmənlərin kim olduğuna nəzər salmalıyıq. Şübhəsiz, Allah cisim deyil ki, O bir istiqamətdə, düşmən də ayrı bir istiqamətdə dursun! Bu ruhi və mənəvi qaçışdır. Demək, Allaha əks tərəf insanı süquta aparır. Ondan qaçıb-qurtulmaq isə insanı ucaldır. Bizi Allahla müxalif tərəfə çəkib süquta aparmaq istəyən amillər var. Yerin cazibəsindən çıxan peyklər kimi güclü olub, müxalif qüvvədən qaçıb, ayrı bir fəzada Allaha doğru hərəkət etməliyik.
    (Qurani-kərim geniş bir biyaban səhnəsini canlandırır: Bu çöldə müəyyən yol yoxdur və xüsusi amillər insanı gicəltmək istəyir. Əlbəttə, şəxsin bəzi dostları var. Onlar bu şəxsi öz yanlarına çağırırlar. Lakin insan bu amillər tərəfindən çaşdırıldığı üçün dostların dəvətini qəbul edə bilmir.("Ənam”, 71.) Qurani-kərim başqa bir yerdə belə buyurur: "Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.”("Həcc”, 31.) (Quranın bu növ təşbehləri insanın süqutunu göstərir.)
    Əlbəttə, bütün mərhələlərdə müxalif qüvvələrin sayı artır və bu qüvvələrin cazibəsi güclənir. Necə ki, tələbələr hər il fərqli və çətin imtahanlarla üzləşirlər! Biz də ilk mərhələdə vaciblər və haramlarla üzləşirik. Sonrakı mərhələlərdə vaciblər və haramların müəyyən edilməsi çətinləşir. Hətta bəzən insan vaciblə haramı ayırd edə bilmir və ya hansısa bir əməlin vacib, yoxsa haram olmasında şübhəyə düşür.
    İbtidai siniflər üçün sadə imtahanlar, məktəbi qurtarmaqda olan şagirdlər üçün isə mürəkkəb riyazi düsturlar və başqa çətin suallar təyin edilmişdir. İnsanlar üçün həyatda da müxtəlif mərhələlər və imtahanlar mövcuddur; müvəffəq olmaq üçün kitab və sünnə ilə tanışlıq lazımdır!
    Category: Minacatın əzəməti | Views: 1105 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024