İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    5:14 AM
    Minacatın əzəməti
    Cəbr (məcburilik) şübhəsinə cavab
    Elə bir şübhə yarana bilər ki, zehni məşğul edib, insanı minacat halından xaric etsin və onu cəbriliyə sövq etsin. Bu şübhə belədir: Əgər insan günahdan uzaqlaşa bilmirsə, demək günah etməyə məcburdur. Beləliklə, onun heç bir vəzifəsi yoxdur. Əgər o günahdan uzaqlaşırsa, demək, Allah ona kömək edib, məhəbbətini dadızdırmışdır. Bu halda da bütün işlər insanın yox, Allahın iradəsi ilə baş vermişdir. "Sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar...” ("Qəsəs”, 56.) Bu kimi ayələr bəzi insanlarda şübhə doğura bilər.
    Əgər hara getdiyimizi, məqsədimizi bilmiriksə, həm qüvvə, həm də hidayət Allah tərəfindən olmalıdırsa və Allah bizi hidayət etməlidirsə bəs biz nə rol oynayırıq? Bu məsələ uzun zamanlar xalqı, xüsusi ilə də dindarları maraqlandırmışdır.
    Əlbəttə, bu şübhəyə cavab vermək üçün xüsusi və dərin təhlillərə ehtiyac var. Çünki bu məsələ ən həssas məsələlərdəndir və bir çox rəvayətlərdə bu haqda düşünməkdən çəkindirilmişdir. Bu məsələ pis yol, coşmuş dəniz və təhlükəli səhraya bənzədilmişdir. Lakin çalışırıq ki, şübhələri aradan qaldırmaq üçün bu suala nisbətən sadə cavab verək.
    İnsan hüzuri elmlə (Allahın verdiyi elm) dərk edir ki, əgər məcbur olsaydı qarşıya çıxan iki işdən birini seçib, o birindən uzaqlaşa bilməzdi. Mövlana deyir:
    Deyirsənsə edim, yoxsa etməyim,
    Demək, işdə öz sözü var istəyin.
    Biz insanları yaxşı iş gördükdə tərif edir, pis iş gördükdə isə danlayırıq. Əgər insan məcbur edilmiş mövcud olsaydı, nə tərif, nə də tənbeh edilməzdi. Nəticədə ona nə mükafat, nə də cəza təyin olunardı. Bu iki dəlil insanı tamamilə qane edib inandırar ki, o, işlərdə ixtiyar sahibi və azaddır.
    "Allah kimi doğru yoldan azdırsa, daha onu hidayət edən olmaz.”(Əraf”, 186.) ; "Allahın doğru yolda azdırdığı şəxsi kim hidayət edə bilər?!”("Rum”, 26.) Qeyd etdiyimiz ayələr hidayət və azğınlığı Allahın əlində bilir. Lakin insan vicdanla anlayır ki, edib-etməməyə qüvvəsi vardır. Belə isə, yuxarıdakı ayələrdə məqsəd nədir?
    Bu suala cavab üçün bir neçə nöqtəni qeyd etmək zəruridir: Gördüyümüz bütün işlərdə bu işin yaxşı və ya pis olmasını və bu iş üçün qüvvəmizin olub-olmamasını bilirik. Məsələn, hamı bilir ki, yetim və ac körpənin köməyə ehtiyacı var; ona kömək də edə bilərik, üzünə bir sillə də vura bilərik. Eyni zamanda ona kömək etməyin yaxşı, onu vurmağın isə pis iş olduğunu anlayırıq.
    Heç bir ağıllı insan elm və qüdrətin bütün işlərdə rol oynamasına şübhə etmir. Hamımız bilirik ki, insan düşüncə meyarı olan ağıl ilə bu iki amili (elm və qüvvəni) dərk edir. İnsana ağılı Allah vermişdir. Xüsusi xəstəliyə düçar olub, beyin hüceyrələrinin bir hissəsi sıradan çıxan insanlar ağılını itirir. Başqa insanlar kimi gözləri, qulaqları, əlləri və ayaqları olsa da yaxşı ilə pisi ayırd edə bilmirlər. Demək, öz-özümüzə heç nə anlaya bilmədiyimizi dərk edirik. Biz ilahi ağıl kölgəsində, peyğəmbərlərin hidayəti, kitab və sünnət yolu ilə əməllərin yaxşı, yoxsa pis olmasını anlayırıq.
    Peyğəmbərləri də, Quranı da Allah göndərmişdir. İnsanın Quranı anlaması və eşitməsi üçün vasitə olan göz, qulaq və dil ilahi nemətlərdir. Demək, bizim ixtiyari olaraq gördüyümüz işlər Allahın verdiyi nemətlər sayəsindədir. Bu nemətlərsiz heç bir iş görməyə qadir olmarıq.
    İnsanın danışması üçün dil, hava, dilçək və səs telləri olmalıdır. Bunlardan biri olmazsa, insan danışa bilməz. Çünki bunlar Allahın məxluqudur. Demək, istər elmi, istər əməli yönümdə olan bütün işlərdə Allahın yaratdığı vasitələrə ehtiyac var. Hansısa bir işin gerçəkləşməsi üçün minlərlə vasitələrin rolu olmalıdır. Bütün bu vasitələr arasında insanın rolu çox kiçikdir. Eyni zamanda insan öz ixtiyarı ilə edə bilər ki, hansısa bir işi görsün və ya bu işi tərk etsin. Demək, insanın gördüyü yaxşı işdə Allahın payı, insanın payından dəfələrlə çoxdur. Buna görə Allah buyurur: "Mən layiqəm ki, yaxşı işlərini mənə aid edəsən. Sən isə pis işlərini özünə aid etməyə daha çox layiqsən.”("Kafi”, c. 1, s. 157, Həzrət Riza (ə))
    Aydındır ki, bütün yaxşı səbəblər Allah tərəfindəndir və yalnız insan ixtiyarı ilə gerçəkləşir. Bütün vasitələri Allah insanın ixtiyarına vermişdir. Günah insanın pis seçiminin nəticəsidir. Çünki bütün vasitələri səhv yolda istifadə etmişdir. Əks halda bu vasitələrdən ibadət etmək üçün istifadə edə bilərdi. Çünki bu vasitələr günah üçün yaradılmamışdır. Dil Allahı zikr edə bilərdi, lakin sahibinin öz ixtiyarı ilə nalayiq sözlər danışdı. Nəfəs almaq ibadət vasitəsi ola bilərdi. Lakin pis istifadə nəticəsində günah üçün vasitə oldu.
    Mövzunun daha dərin olmasını etiraf etməyimizə baxmayaraq uyğun şübhəni aradan qaldırmaq üçün bu qədərlə kifayətləndik. Bəndəlik yolunda addımlayanlar bəzi sirlərlə rastlaşır və ürfanla bu məsələləri həll edirlər. Demək, "mən keçmiş günahlardan uzaqlaşa bilmirdim, Sənin nemətlərindən pis istifadə edirdim və bu iş adətə çevrilmişdi. Sənin köməyinə ehtiyac duydum və Sən mənə kömək etdin” deyilərkən fəlsəfi baxımdan insanın ixtiyarsız olduğu anlaşılmır. Fərz edin ki, bir nəfər bandan özünü atır. Onun yarı yolda hava ilə yer arasında özünü saxlaya bilməyəcəyinə heç bir şübhə yoxdur. Əgər yerə dəyib, beyni dağılarsa, heç kim deməyəcək ki, əgər yarı yolda peşiman olubsa günahkar deyil. Əvvəlcədən öz ixtiyarı ilə pis işlər görüb şərait yaratmasaydı, belə bir aqibətə düçar olmazdı. Başqa bir misala diqqət edin:
    Bir şəxs sərt enişdə qaçmağa başlayır. Başqa bir nəfər əvvəlcədən ona deyir ki, yarı yolda özünü idarə edə bilməyəcəksən. Lakin o bu sözlərə əhəmiyyət verməyib, qaçmağa başlayır və yarı yolda özünü idarə edə bilməyib möhkəmcə yerə dəyir, beyni dağılır. Bu şəxs günahkardır. Heç kəs "yarı yolda özünü idarə edə bilmədiyi üçün günahı yoxdur” bəhanəsi ilə ona bəraət qazandıra bilməz. O, bu sərt enişdə qaçmaya bilərdi. Buna görə də günahkardır. Günah enişində olanlar Allahın azdırdığı şəxs nümunəsidir. Lakin Allah heç kəsi səbəbsiz azdırmır. Allah düz yerdə hərəkət edənləri yox, yüksək enişdə qaçanları yerə vurur. Pis yol gedib, çox günah etmək nəticəsində insan yaxşı ilə pisi ayırd etmir və onun düşüncə qüvvəsi geri alınır. Günahkarlar sonda Allahın ayələrini inkar edirlər.("Rum”, 10.)
    Əslində Allah insanı hidayət edir. Çünki bütün hidayət vasitələri Onun tərəfindəndir. Əgər bu vasitələrdən pis istifadə etsək azacağıq. Bu vasitələri bizə Allah verdiyi üçün Onun bizi azdırdığını demək olar. Amma bu o mənada deyil ki, biz məcburuq. Fərz edək ki, günah zamanı heç bir ixtiyarımız olmur. Lakin öncə günah üçün öz ixtiyarımızla şərait yaratdığımız üçün məsuliyyət daşıyırıq.
    "Diqqətimi məhəbbətinə yönəltdin, məni ayıltdın və sənin istədiyin kimi oldum” cümləsi ilə bağlı bir neçə ehtimal verilir:
    1. Əgər məni öz məhəbbət və lütfünlə ayıltmasaydın qəflət halından qurtulmayacaqdım. Qəflət bütün pis işlərin kökü, ayıqlıq isə islah üçün ilk addımdır. "Qəlbimi qəflət çirkabından təmizlədin” cümləsi bu ehtimala şahiddir. Yəni qəlbimi qəflət çirkabından təmizlədiyin üçün Sənə şükür edirəm. Quran buyurur: "Əgər Allahın fəzl və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt pak ola bilməzdi.” ("Nur”, 21.)
    2. Yəni diqqətimi məhəbbətinə yönəltdin. Beləliklə, diqqətimi məhəbbətinə yönəltdiyin zaman pis işlərdən uzaqlaşıb ibadətə doğru gələ bildim. Məni sevdiyini mənə anlatdın və bu, nəfs istəklərindən uzaqlaşmağıma səbəb oldu. Çünki sənin məhəbbət və lütfünün müqabilində üsyankarlıq etməyə xəcalət çəkirəm.
    3. Sənə məhəbbət göstərməli olduğumu mənə anlatdığın zaman bu çirkinliklərdən uzaqlaşa bildim. Məndə yatmış fitri məhəbbəti oyadıb, fəal etdin. Çünki fitrət insana ona yaxşılıq edənləri sevməyi əmr edir. İnsan fitrətən ehsana meyllidir. İnsan Allahın ona nə qədər məhəbbət göstərib, nemət verdiyini bilərsə, Onu sevəcəkdir.
    Bu ehtimal əvvəlki iki ehtimaldan daha qüvvəli nəzərə çarpır. Bu ehtimaldan belə nəticə çıxır: Qəlbimdə Sənə məhəbbət yarandıqdan sonra günahlardan uzaqlaşa bildim.
    Üçüncü ehtimal barəsində izahat
    İnsanın günaha düşməsinin səbəbi hansısa cazibədar amilin onu günaha cəzb etməsidir. Yəni insan bütün ixtiyari işlərində meyilli olmalı və ləzzət hiss etməlidir. İnsanın günah cazibəsindən xaric olması üçün daha qüvvətli cazibə lazımdır. Bu ilahi cazibədir, onun qarşısında hər bir şey kiçilir.
    Minacatın bu hissəsində deyirik: Sənin məhəbbətinin cazibəsi dadıma çatan zaman şeytanın cəngindən qurtula bildim. Buna səbəbkar Sən oldun. Çünki dünya bihudə deyil, səbəblər üzərində qurulub. Bundan öncə Sənin istəyinə uyğun deyildim. İndi isə istədiyin kimiyəm. Şübhəsiz ki, bu istək təkvini yox, təşrii istəkdir. Çünki heç bir varlıq Sənin təkvini istəyindən kənara çıxa bilməz. Allahın təşrii iradəsi bütün insanların yaxşı olmasını istəyir. (Baxmayaraq ki, bəziləri pisdir.)
    Burada ilahi məhəbbətin nə qədər əhəmiyyətli olduğunu və onun insanın səadəti üçün necə böyük rol oynadığını anladıq. Məlum oldu ki, məhəbbət günahların təmizlənməsi və insanın fəsad bataqlığından qurtulma səbəbidir. Məhəbbət minlərlə gözəl insani sifətlərdən üstün iksirdir.
    Yaxşı əməllərlə yanaşı günaha yol verən şəxs cırılmış kisəyə qızıl, qiymətli əşyalar yığan və ya meyvənin kənarına çürüdücü maddələr qoyan şəxsə bənzəyir. Uyğun günahların qarşısını yalnız ilahi məhəbbət ala bilər.
    Məhəbbət iksiri
    Maddi əşyaların cazibəsi (Nyutonun kəşf etdiyi ümumi cazibə, dəmir və maqnit cazibəsi kimi) bəzi filosoflarda maddi əşyalarda gizli və zəif şüur olmasına inanc yaratdı. Bu cazibə həmin gizli və zəif şüur üçün dəlil hesab olundu. Lakin təcrübə amilləri bunu qəbul etmədilər.
    İnsan qəlbi ilə hansısa nasnə arasında, maddi əşyalar arasında mövcud olan cazibə kimi (fiziki və qeyri-ixtiyari yox) metafiziki və ixtiyari cazibə var. Bu mənəvi cazibəni məhəbbət adlandırırıq. Bu elə bir cazibədir ki, insan onu dərk edir. Sanki mövcudda insanı özünə tərəf çəkən cazibə var. Bu cazibə bəzən iki şüurlu insan arasında olur; bəzən isə şüursuz maddi nəsnə ilə insan arasında. Məsələn, insan ilə gözəl gül arasında olan cazibə. Heç bir şüura malik olmayan gül insanı özünə doğru cəzb edir. Bu məhəbbətin zəif dərəcəsidir.
    İnsanla Allah arasında məhəbbət cazibənin ən üstün və ən gözəl dərəcəsidir. Çünki Allah ən üstün dərk və şüura malikdir. Bu cazibə agahcasına, şüurlu və qarşılıqlıdır; əvvəldə birtərəfli olsa da, sonda qarşılıqla olur. Allah Quranda buyurur: "Allah tezliklə elə bir tayfa gətirəcək ki, Allah onları, onlar da Allahı sevəcəklər.”("Maidə”, 54.) "Allah onlardan, onlar da Allahdan razıdırlar.”("Maidə”, 119.)
    Bu məhəbbətin amilləri haqqında ətraflı söhbətə ehtiyac var: Qəzzali "Ehyaul-ulum” kitabının axırlarında "Muhəbbət, şövq, ins və riza” fəslində "Munciyyat” adı altında bu mövzuda söz açmışdır. Burada yazılanları mərhum Feyz "Muhəccətul-bəyza” kitabında nəql etmişdir. (Bəzi səhvlərin olmasına baxmayaraq, Qəzzalinin əksər mövzuları ölçülü-biçilidir. Mərhum Feyz onları islah edib, sufilikdən nəql edilmiş səhv, zəif rəvayətləri Əhli-beyt (ə) rəvayətləri ilə əvəzləməyə çalışmışdır. "Muhəccətul-bəyza” kitabı çox dəyərli kitabdır. "Ehyaul-ulum” kitabının islah olunmuş formasından ibarət bu kitab əxlaq mövzusunda olan ən gözəl kitabdır. O, səkkizinci cildin (səkkiz cildlik çaplar nəzərdə tutulur) əvvəlində məhəbbət barəsində söz açır.)
    İlahi məhəbbət əldə etməyin ən sadə yolu
    İlahi məhəbbət əldə etməyin ən sadə yollarından biri Allah-təalanın həzrət Musaya öyrətdiyi yoldur. (Həzrət Musa Allah ilə ən çox söhbət edən peyğəmbər olub. Bu münasibətlə həzrət "kəlimullah” adlandırılmışdır.) Allah-təala buyurur: "Ey Musa, məni bəndələrimin yanında sevimli et. Elə bir iş gör ki, Məni sevsinlər.”("Mustədrəkul-vəsail”, c. 12, s. 240.) Həzrət Musa ərz etdi: "Bu işi necə edə bilərəm?” Allah-təala buyurdu: "Nemətlərimi onlara xatırlat.”
    Allah insan övladının ruhunda elə bir xüsusiyyət yaradıb ki, əgər bir kəs ona heç nə ummadan xidmət göstərsə, bu şəxsə qarşı qəlbində məhəbbət yaranacaqdır.
    Əlbəttə, bu ixtiyari yox, təbii bir haldır. İnsanlarda bu istedad müxtəlifdir. Onların şükür etmək və qədir bilmək dərəcələri fərqlidir. Lakin hansısa bir şəxsin onu heç cürə sevməməsi mümkün deyil. İnsan məhəbbətinə səbəb olan xidmətlərdən dəfələrlə yüksəyini Allah insana əta etmişdir. Bundan əlavə, bəzi şəxsləri tərbiyələndirmiş, bu şəxsləri özünə xidmət üçün xeyir vasitəsi etmişdir. Məsələn, ana məhəbbəti ən təmiz məhəbbətlərdəndir. Bu məhəbbət fitri, umacaqsız və bütün dünyada nümunəvi bir məhəbbətdir. Körpəsinə fədakarlıq edən ana Allah tərəfindən əta olunmuş elə bir məhəbbətə sahibdir ki, əgər körpəsinə nəvaziş göstərib, ona süd verə bilməsə narahat olacaq. Ana məhəbbəti və insanlar tərəfindən göstərilən başqa xidmətlər çox dəyərli olsa da, hərtərəfli, geniş ilahi nemətlərlə müqayisəyə gəlməz. Şüurlu və şüursuz mövcudlar, yer, səma, bulud, yağış, günəş, dəniz, dağ və sair bütün nemətlər hamısı ilahi nemətlərdir. Bu nemətlər insan tərəfindən ediləcək xidmətlərdən çox böyük və genişdir. Biz ana məhəbbətini görür, lakin ilahi məhəbbətə nəzər salmırıq. Buna görə də Allahın bizi nə qədər sevdiyini anlamırıq. Əgər göz açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk edərsə, anlayacaq ki, bütün dünya məhəbbətləri və anaların məhəbbəti bir yerə yığışsa ilahi məhəbbət qarşısında okean qarşısındakı damlaya bənzəyəcək. Bəlkə, daha da kiçik görünəcək! Bu mənanı anlamaq üçün adi şüurlardan üstün şüur lazımdır.
    İlahi nemətlərə ötəri bir baxış
    Bədənin kiçik bir üzvünə, gözə diqqət edin. İnsan gözündə müxtəlif orqanlar var. Onlardan hansı biri öz fəaliyyətini dayandırsa, göz görmə qabiliyyətini itirəcək. İnsan görmə qabiliyyətini yenidən əldə etmək üçün yüksək məbləğ ödəməyə hazırdır. Lakin biz bu nemətin qədrini bilmirik. Gözlə müqayisədə insan bədəninin digər üzvlərinin dəyəri məlum olur.
    Düşüncə və ağıl vasitələri daha üstün nemətlərdəndir. Bədən üzvlərinin gözəl və sağlam olmasına baxmayaraq ağılı naqis insanın bədən üzvləri dəyərsizdir.
    Yoxsa bütün bunları Allah insana satmışdır?! Göz, qulaq, əl, ayaq, barmaqlar, qəlb, ağ ciyər, qara ciyər və insan həyatında böyük rol oynayan bütün üzvlər bizə əvəzsiz verilmişdir.
    Böyrəyini, ürəyini və ya bədən üzvlərindən hansısa birini ehtiyaclı şəxsə hədiyyə edən insana nə qədər məhəbbət göstərilir, təşəkkür edilir. Xəstə və onun yaxınları bədən üzvünü hədiyyə edən şəxsi sevəcəklər. İndi isə bütün bu nemətləri bizə müftə verən Allah qarşısında nə qədər minnətdar olduğumuzu düşünək.
    Günahlardan uzaqlaşma səbəbi olan ilahi məhəbbət əldə etməyin ən sadə yolu nemətlər barədə düşünməkdir. Cismani nemətlərdən əlavə əql, peyğəmbərlər, hidayətimiz üçün göndərilmiş səmavi kitablar, cəmiyyətdəki mövqeyimiz, Allah tərəfindən eyblərimizin açılmaması və sair nemətlər hər biri Allahın dəyərli nemətləridir. Məgər bu mehriban Allah seviləsi deyil?
    "İlahi unzur iləyyə nəzərə mən nadəytəhu fə əcabəkə vəstəməltəhu biməunətikə fə ətaəkə”
    "İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! Sən onu özünə yardıma çağırdın, o da Sənə itaət etdi.”
    Minacatın bu hissəsini izah etmək üçün bir neçə nöqtəyə diqqət yetirməliyik:
    1. Məlum oldu ki, minacat dili yalvarış dilidir və xüsusi tərzdə olmalıdır.
    2. Bizimlə Allah arasında bir sıra dəyişməz münasibətlər mövcuddur. Məsələn, heç zaman dəyişməyən xaliq və məxluq münasibəti.
    Allah daim xaliq, insan isə daim məxluqdur. Allahla bəndə arasında insanın dəyişməsi ilə dəyişən münasibətlər var.
    Məsələn, ilahi rəhmətə layiq olmayan insan müxtəlif dəyişiklikdən sonra ilahi rəhmətə çata bilər. Demək, daim cərəyanda olan rəhmət yox, biz dəyişirik. Günah zamanı bizimlə Allah arasında "rəhmət verməmək” münasibəti, bağışladıqdan sonra isə "rəhmət vermək” münasibəti yaranır.
    3. Bizimlə Allah arasında olan rabitə təkvini rabitədir. Bu rabitə heç bir qərardada tabe deyil. Biz onu dəyişə bilmərik. Məsələn, Allahın allahlığı və bizim məxluq olmağımız. Allah təkvini olaraq bizim xaliqimizdir, heç bir məxluq bu rabitəni dəyişə bilməz. Hətta Allah özü də bu rabitəni dəyişməz. Çünki qüvvə mahal (qeri-mümkün) işlərə aid olmur. İnsanın Allah olması mahal olduğu üçün bu rabitə dəyişməzdir.
    Demək, Allah təkvini olaraq xaliq, Rəbb və ruzi verəndir. "Coşən-kəbir” və bu kimi dualarda zikr olunan Allahın gözəl adları adətən əlavə məfhumlara malik olur. Yəni məxluqat ilə Allah arasında bir rabitə nəzərdə tutulur. Bəzən bu rabitə təkvini, dəyişməz, bəzən isə qərardada uyğundur. Yəni öz ixtiyarımızla elə bir iş görməliyik ki, bu rabitə dəyişsin. Allahdan bu rabitənin dəyişməsini istəyirik. Adi insanlar həm yaxşı, həm pis işlər görürlər. Məsələn, Allaha iman, onunla minacat bizim yaxşı əməllərimizdəndir. Allah bizim müxtəlif hallarımıza əsasən bizimlə müxtəlif münasibətdə olur. İtaət zamanı bir rabitə, inadkarlıq və üsyan zamanı ayrı bir rabitə.
    Minacatın bu hissəsində ərz edirik:
    İlahi, günahkarıq, eyni zamanda Sənə iman gətirdik.
    İlahi, Sən bizə iki cür nəzər sala bilərsən: Ya günahlarımıza nəzər salırsan, bu halda biz üsyankar oluruq, Sənə qarşı isə üsyan olunur. Yaxud, iman və itaət kimi yaxşı əməllərimizə nəzər salırsan. Bu halda biz müti oluruq, Sənə isə itaət edilir. İlahi, bizə günah əhlinə yox, itaət əhlinə nazər saldığın kimi nəzər sal. Bizə qəzəblə yox, məhəbbətlə nəzər sal. Bəzi dualarda oxuyuruq: "Bizə mehribancasına nəzər sal.”("Nüdbə” duası.) Yəni, elə et ki, Sənin məhəbbət nəzərinə layiq olmaq üçün özümdə şərait yaradım. Əlbəttə, həmin söhbət və minacat dəyişiklik əlamətidir; qəflət və xəbərsizlik halından diqqət və ünsiyyətə doğru dəyişmək!
    İlahi! Üsyankar və zəlil bəndənə əziz, müqtədir, cəbbar və qəhhar məqamından nəzər sala bilərsən. Eyni zamanda çağırışına cavab verən, tapşırıqlarına itaət edən üzürxah, müti və itaətkar bəndəyə rəhim, rəhman və mehriban məqamından nəzər salmağın mümkündür.
    Sən mənə Quranda "Məni çağırın” buyurdun və mən qəbul etdim. Mənə tapşırdıqlarına itaət etdim. Əlbəttə, bu işləri Sənin köməyinlə etdim. Məsələn, vücudumda yaratdığın qüdrət, həya, lütf etdiyin tövfiq vasitəsi ilə! Belə isə, mənə qəzəblə nəzər salma.
    "Ya qəribən la yəbudu ənil-muğtərri bihi və ya cəvadən la yəbxəlu ən mən rəca səvabəhu.”
    "Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən.”
    Uzun illər Ondan uzaq olmuşuq. İndi isə Ona yaxınlaşmaq istəyirik. Buna görə də "Qərib” adını dilə gətirib, deməliyik: Ey Rəbbimiz, ey cəsarət etmiş şəxsə yaxın olan! Mən cəsarət etdim, şeytana aldandım, sənin məqamını və əzəmətini unutdum.
    Eyni zamanda "Cəvad” adını dilə gətirib deməliyik: "Ey O bağışlayan ki, hətta mükafata ümidi olmayanlara da əsirgəmirsən. "Cəvad” yalnız layiq olanlara yox, hamıya layiq olana və layiq olmayana əta edən kəsdir. Çünki minacatda mükafata layiq olan yox, mükafata ümidvar olan şəxsdən söz açılır. İlahi, Sənin Cəvad adın heç kəsi məhrum etməməyini tələb edir.
    "İlahi həbli qəlbən yudnihi minkə şovquhu və lisanən yurfəu iləykə sidquhu və nəzərən yuqərribuhu minkə həqquhu”.
    "İlahi, mənə şövqü sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti sənə doğru yüksələcək dil və həqiqəti məni sənə yaxınlaşdıracaq baxış əta et.”
    Minacatın bu hissəsində Allahdan üç hacət istənilir:
    1. Allaha müştaq olan qəlb;
    2. Doğruçu və sədaqətli dil;
    3. Haqdan qaynaqlanan baxış.
    Bu üç istəyi belə də bəyan edə bilərdik: İlahi, mənə müştaq qəlb, sədaqətli dil və həqiqətdən qaynaqlanan baxış əta et. Lakin bu istəklərin hər biri ayrıca vəsf olunmuşdur:
    1. Elə bir qəlb ki, onun şövqü insanı Allaha yaxınlaşdırsın. Demək, sadəcə müştaq qəlb yox, Allaha yaxınlaşmağa səbəb olacaq qədər şövqlü qəlb istənilir;
    2. Sədaqəti insanı Allaha doğru yüksəldəcək dil, demək, sadəcə doğruçu dil yox, Allaha doğru yüksəlməyə səbəb olacaq qədər sədaqətli dil lazımdır;
    3. Allaha yaxınlaşmağa səbəb olacaq haqq baxış. Demək, sadəcə haqq baxış yox, Allaha yaxınlaşmağa səbəb olacaq haqq baxışa ehtiyac var. Daha çox ehtimal olunur ki, burada zahiri gözlə yox, bəsirətlə baxış nəzərdə tutulur. Yəni, elə bir baxış ki, onun haqqı görməsi insanı Allaha yaxınlaşdırsın.
    Minacatın bu hissəsində birinci istək Allaha muştaq qəlbdir. Belə qəlb ki, sahibinin Allaha yaxınlaşmasına səbəb olsun. Əvvəlcə Allaha müştaq olmaq dedikdə hansı məna anlaşıldığını bilməliyik. Sonra müştaq qəlbin insanı Allaha necə yaxınlaşdırdığını araşdırmalıyıq.
    Category: Minacatın əzəməti | Views: 920 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024