İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    5:06 AM
    Minacatın əzəməti
    Vilayət və vilayət əhli
    İndi isə baxaq, görək Allahın vilayəti nədir? Vilayət əhlinin arasında olanların hansı xüsusiyyətləri olur? hansı insanlar geniş məhəbbətə ümidvardırlar? Vilayət və ilahi məhəbbət arasında hansı əlaqələr mövcuddur? Bütün bu suallarla bağlı geniş mövzularda söz açılmalıdır. İndi isə bu haqda geniş söz açmağa imkan yoxdur.
    Təfsirçilər vilayət kəlməsinin təfsiri ilə bağlı geniş söz açmışlar. Bu kəlməyə daha yaxın məfhum rabitə və əlaqə məfhumudur. Yəni, bəzən iki mövcud yanaşı olur, bir-birlərinə təsir edirlər. Bu növ əlaqə, təsir və qarşılıqlı təsirə ərəb dilində "vilayət” deyilir. Bəzən bu məfhumu qarşılıqlı nəzərdə tuturlar. Tərəflərin biri təsir edir, o biri isə təsirlənir. Necə ki, Allah insanın vəlisidir. Lakin heç kəs Allaha təsir edə bilməz. Qurani-kərimdə bəziləri Allahın vəlisi kimi tanıtdırılır: "Bilin ki, Allah övliyaları üçün heç bir qorxu və kədər yoxdur.” ("Bəqərə”, 38.) Biz vilayətə şəhadət verərkən belə deyirik: "Şəhadət verirəm ki, Əli Allahın vəlisidir.” Demək, həm Allah Əlinin vəlisi, həm də Əli Allahın vəlisidir. Burada rabitə qarşılıqlıdır. Lakin yalnız Allah-təala təsir edir.
    Əlbəttə, bəzən rabitə bir tərəfli olur. Məsələn, ata uşağın vəlisi olur. Lakin uşaq atanın vəlisi olmur. Yəni ata uşağa təsir edir, uşaq isə ataya təsir etmir. Yaxud İslam rəhbəri ilahi göstərişləri çatdırmaqda müsəlmanların vəlisidir. Lakin bu işdə müsəlmanlar onun vəlisi deyil. (Yəni, İslam rəhbəri müsəlmanlara nəzarət edir, müsəlmanlar isə ona nəzarət etmir.) Lakin müsəlmanlar bir-birlərinin vəlisidirlər. Onlar bir-birlərinin işlərinə nəzarət edirlər. Yaxşılığa dəvət edir, pisliklərdən çəkindirirlər və bir-birlərinə təsir edirlər. Onlar bir bədənin üzvləri olduqlarını anlayırlar və bir-birlərinin məsləhətlərini, tövsiyələrini qəbul edirlər. Necə ki, göz ələ və ayağa yol göstərir. Yol getdikdə ayaq gözə təşəkkür etməlidir. Yol getməyin gözə heç bir dəxli olmadığını düşünməməliyik.
    Demək, möminlərin bir-birləri ilə əlaqələri vardır. Quran buyurur: "Bəzi mömin kişilər və möminə qadınlar bir-birinə vəlidirlər.” ("Tövbə”, 71.)
    Mələklər də insanın övliyasıdır. Onlarla insan arasında qarşılıqlı əlaqə mövcuddur. Quranda mələklərin dilindən buyurulur: "Biz dünyada da, axirətdə də sizin vəlinizik.” ("Fussilət”, 31.) Cinlər və şeytanlar bəzi insanların vəlisi ola bilər. Allah-təala buyurur: "Şeytanın hakimiyyəti yalnız onu özlərinə vəli seçənlərin üzərindədir!” ("Nəhl”, 100.) Tağutlar, zalım hakimiyyətlər kafirlərin övliyalarıdır: "Kafirlərin vəlisi tağutlardır.” ("Bəqərə”, 257.)
    Allahın vilayəti
    Demək, vilayət qarşı tərəflə istər yaxşı, istər pis yaxın və təsirli əlaqədən ibarətdir. Allah bütün mövcudların vəlisidir. Allah bütün mövcudlara onun özündən daha yaxındır. Allah mövcudların üzərində istədiyini edə bilir. Allahın ümumi vilayəti (məsələn, Allahın ümumi rübubiyyəti) bütün insanların üzərində eynidir. Lakin şüurlu və ixtiyarlı mövcudlara aid olan vilayətə daxil olmaq üçün layiqli olmaq lazımdır. Əgər insan ilahi vilayətə daxil olub, Allahın vəlisi olmaq istəyərsə, yəni Allahın onun işlərinə nəzarət edib, onu özbaşına buraxmamasını arzulayarsa, imanlı olmalı və göstərişlərə əməl etməlidir. Çünki Allah iman gətirənlərin vəlisidir. Allah imansız insanların vəlisi deyil. Yəni bu qəbil insanların işlərinə nə nəzarət edir, nə də onlara tədbir görür. Lakin Allah bəzi insanların işlərini öz öhdəsinə götürür. Belə bir insan xeyirin nədə olduğunu anlayır və heç nədən nigaran qalmır.” Onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.”("Bəqərə”, 62.) Çünki Allahın onları sevdiyini bilirlər. Allah onlara yalnız xeyir əta edir. Beləliklə, nigarançılığa heç bir səbəb yoxdur.
    İmam Sadiq (ə) buyurur: "Möminin işlərinə təəccüb edirəm. Əgər Allah yer üzünün səltənətini ona əta edərsə, demək xeyiri bundadır. Əgər bədənini tikə-tikə doğrayarlarsa, yenə də xeyiri bundadır.”("Üsuli-kafi”.)
    Əlbəttə, bu vilayətin sonsuz mərtəbələri var. Birinci mərtəbə odur ki, hər nə versələr qane olur, halal ruzi, yaxşı zövcə, çətinliklərin aradan qalxması, hacətlərin gerçəkləşməsi ilə kifayətlənir. Ən üstün mərtəbə budur ki, bütün işlərini öhdəsinə götürmüş Allahın necə də sevimli olduğunu anlayır, ona aşiq olur və əldə etdiyi ilahi məhəbbətlə kifayətlənmir.
    Minacatın bu hissəsində ərz edirik: İlahi, məni vilayət əhlinin arasında qərar ver. (Lakin, hansı mərtəbədə? Məlum olur ki, vilayət əhlinin məqamları müxtəlifdir. Beləliklə, Allahdan yenə də istəyirik) Məhəbbətinin artacağına ümid edən şəxslərin arasında!
    Yuxarıda qeyd etdiklərimizdən bir neçə nəticə çıxarırıq:
    1. İman üçün Allah-təala ilə xüsusi əlaqə yaratmaq lazımdır;
    2. Allah hamının yaradanı və hamının Rəbbidir. Lakin Onun lütf və mərhəməti hamıya eyni qədər şamil olmur. Allah həm dünyapərəstlərə, həm də allahpərəstlərə kömək edir. Lakin Allahın köməkləri fərqlidir. Bəzi insanlara bilmədikləri halda xeyir əta edir. Müəyyən hallarda insanlar əta olunan xeyirlərdən gileylənirlər. Məsələn, fəqirlik, zəlzələ, sel və sair. Quranda buyurulur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli ola bilər.” ("Bəqərə”, 216.)
    3. Biz öz istəyimizlə istədiyimiz məqama çata bilmərik. Bu məqamı Allah əta etməli, onu qorumalı və artırmalıdır. Demək, Allahdan istəməliyik ki, "əta et”, "qoru” və "artır.”
    İnsanın Allahın ona mərifət nuru əta etməsi üçün ləyaqəti olmalıdır. Dərs oxumaq, düşünmək, kitab yazmaq, məktəb açmaq, mürşid olmaq ləyaqət deyil. Bəli, insan mərifətdən danışa bilər. Lakin qəlbin nurani olması tamam başqadır. "Allah bir kəsə nur verməsə, onun nuru olmaz.” ("Nur”, 40.) Demək, istədiyimiz kimi, istədiyimiz vaxt nurani ola bilmərik. Yalnız Allah bizim mərifət, vilayət, eşq və məhəbbətimizi artırmalıdır. Bəzən, insanın üzünə bütün qapılar bağlanır. Bəzən isə çox asanlıqla Allaha yaxınlaşdığını, sanki Allahı görüb, onunla danışdığını hiss edir.
    Beləliklə, Allahdan qətiyyətlə istəməli, eyni zamanda layiq olmalıyıq. "Allahın fəzlindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.”("Nisa", 32.) Əgər istəməsək, yaxınlaşmasaq və bağlanmasaq heç nə əldə etməyəcəyik. Əlbəttə, dua etmək də ilahi tövfiqdir. Bir neçə nöqtəyə diqqət etməliyik:
    1. Mənəvi kamilliklər maddiyyatdan daha dəyərlidir və daha çox zəhmət tələb edir. Məsələn, ləl sahibi olmaq istəyən şəxs zəhmət çəkməli, tər tökməli, mə’dənlərdə axtarış aparmalıdır. Əgər maddi əşyalar bu qədər zəhmətlə əldə olunursa, demək, mənəvi dəyərlər üçün daha çox zəhmət tələb olunacaq. Beləliklə, mənəvi dəyərləri əldə etməyin yolunu tapmaq lazımdır.
    2. Allah öz övliyalarını sevir. Buna görə də bizdən qürrələnməyib, kamilliyə çatmaq üçün övliyalara bağlanmağımızı, onları vasitə seçməyimizi istəyir.
    3. Məhəbbət və mərifətin bir mərtəbəsi ilə kifayətlənməməliyik. Hər mərtəbəni o biri mərtəbə üçün keçid vasitəsi etməliyik. "Allah aşkarcasına bildirmişdi: "Əgər şükür etsəniz, nemətlərinizi artıracağam.” Beləliklə, hər mərtəbədə ilahi nur hasil olarkən vəzifəmizə əməl etməliyik ki, Allah təkidlə vəd verdiyi kimi lütf və feyzini artırsın. Bu ayədə dörd təkid mövcuddur. Allaha şükür edənlərin maddi və mənəvi nemətlərini artıracağına and içmişdir. Allah-təala bəzən Bələm Baura kimi şəxslərin əhvalatlarını bizə xatırladır; ən üstün məqamlara çata bilən insan ən alçaq dərəcəyə endi. "Fəməsəluhu kəməsəlil-kəlb...”
    Bəndələr
    Bildiyiniz kimi, bəndəlik edən insanlar üç qismə bölünür:
    1. Qullar; bu qisim bəndələr cəza qorxusundan ibadət edirlər. Yəni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar ibadət etməzdilər. Bu qisim insanların ibadətinə qulların ibadəti deyilir.
    2. Tacirlərin ibadəti; bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərin müqabilində behişti alırlar. Bu qisim insanların ibadəti "tacirlərin ibadəti” adlanır.
    Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisim insanlar tərif olunasıdır. Quran da uyğun yol və məqsədlərdən istifadə edir. "Ağacları altından çaylar axan behiştlər.”("Bəqərə”, 25.); "Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”("Səff”, 10.); "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını satın almışdır.:("Tövbə”, 111.); "Həqiqətən, cəhənnəm pusqudadır.”("Nəbə”, 21.); "Sizi cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: Biz namaz qılanlardan deyildik.”("Muddəsir”, 42, 43.); "Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir.” ("Furqan”, 65.) İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur.
    3. Azadların ibadəti; bu qisim bəndələr yalnız və yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, behişt və cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Bu qisim insanların ibadətinə azadların ibadəti deyilir. Əgər insan həqiqəti anlayarsa, nemət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın ona həyat, vücud, hidayət və sair nemətlərdə haqqı olduğunu anlayar. Bu isə insanın Allah qarşısında ibadət etməsinə kifayətdir.
    Məhəbbət və ya təşəkkür bildirməklə qılınan iki rəkət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rəkət namazdan üstündür. Sevdiyi qarşısında təvazökarlıq edən şəxsin mükafat umması məhəbbət şərtlərindəndir. Əlbəttə məhəbbətin sonsuz mərtəbələri var. Allahdan onun hər gün artmasını istəyək.
    "İlahi və əlhimni vələhət bi zikrikə ila zikrikə və himməti fi rəvhi nəcahi əsmaikə və məhəlli qudsikə”
    "İlahi, mənə öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et. Mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver.”
    Minacatın əvvəlki hissəsində sanki belə bir sual yaranır: İlahi, indi anladım ki, nemət verən qarşısında təşəkkür etməliyəm, Sənin vilayət və məhəbbət əhlinin arasında olmalıyam. Məhəbbətimin daim artması üçün nə etməliyəm?
    Bu hissədə qarşıya çıxan sualın cavabı verilir: Allahı daha çox yad etməyə çalışın. Psixologiya və təcrübə elminə əsasən insan nə haqqında çox düşünsə onun məhəbbəti qəlbində artar. Demək, məhəbbətin artması üçün Allahı yad etmək lazımdır.
    Zikr haqqında bir nöqtə
    Güman etməyin ki, zikr dedikdə 1000 dənəli təsbeh götürüb təkrar-təkrar zikr demək nəzərdə tutulur. Allahı zikr, yad etmək dedikdə Onu qəlbən düşünmək nəzərdə tutulur. Qeyd etməliyik ki, Allahı yad etmək də məhəbbət kimi müxtəlif dərəcələrə malikdir və yalnız qəlbdə Allahı düşünmək kifayət etmir.
    İnsanın yaranışı, onun ruzisi, çətinliklərin həlli, nemətlərdən dəfələrlə çox olan bəlaların uzaqlaşması və sair məsələlərə diqqət etmək və düşünmək, sonrakı zikr üçün zəmin yaradır. Əlbəttə, Allahı yad etmək üçün də ilahi tövfiq olmalıdır. Beləliklə, minacatın bu hissəsində ərz edirik: İlahi, biz istəyirik ki, Səni yad edək. Lakin bu iş üçün özün tövfiq əta et. Biz zikrin, Allahı yad etməyin ən üstün mərtəbəsinə çatmaq istəyirik. Buna görə də Allahın qəlblə zikrimizi getdikcə yüksək mərtəbələrə ucaltmasını və hər bir zikr mərtəbəsini o biri mərtəbəyə keçid vasitəsi etməsini istəyirik. Fərz edin ki, qaranlıq bir otağa daxil olub, işıqları yandırmaq istəyirsiniz. Lakin işıq düyməsinin harada yerləşdiyini bilmirsiniz. Əvvəlcə fənər yandırıb düymələrin yerini tapır, sonra isə otağın tamamilə işıqlanması üçün onları bir-birlərinin ardınca yandırırsınız. Zikr də öncə o biri mərhələyə keçid vasitəsi olan zəif mərtəbələrdən başlanır.
    Quyu qazan şəxs, nəmli torpağa çatarkən həmin yerə diqqətlə baxır və suya çatmaq üçün sürətlə qazmağa başlayır. İnsan qəlbində də həmin proses baş verir; əgər qəlbdə həqiqət tapılıb, daha sürətlə üzə çıxarılarsa, daha çox həqiqət əldə olunacaq. İlahi mərifət, məhəbbət və zikr də belədir. Əgər insan öncə tapdığı kiçik yolda qətiyyətlə dayanarsa onun mərifəti və qəlblə zikri artacaq.
    Əlbəttə, bu işlər Allahın lütfü ilə gerçəkləşir. Allahdan istəməliyik ki, öz məhəbbət və zikrini qəlbimizdə artırsın; Onu daha çox yad etmək üçün bizə şövq versin.
    Maraqlıdır ki, bizə yolu göstəriblər. Əgər özbaşına getməli olsaydıq nə vaxt yola çatacağımız məlum deyildi.
    Bəli, müştaq olmalıyıq. Bizim üçün asan olan zikrləri sonrakı zikrlər üçün müqəddimə etməliyik. İnsan Allahın qüdsi məhəlli və adları vasitəsi ilə əldə olunan rahatlıqda sonuclanan yolda təlaş etməlidir. Allahın müqəddəs məhəlli və adları vardır. İnsan həqiqətlərə yetişməklə müvəffəq ola bilər. Bu müqəddəs məkan pakizəlik məkanıdır; bu müqəddəs məkan bütün çirkinliklərdən uzaqdır. Beləliklə, kamillik mərtəbələrindən biri Allahın müqəddəs məkanı və adlarına çatmaqdır. Bu məkana çatdıqda təsəvvürümüzə sığmayan, heç nə ilə müqayisə edilməyən ləzzət, aramlıq və asayiş əldə olunur. Demək, insan bu kamala çatmaq üçün çalışmalıdır.
    Duanın bu hissəsində bağışlanmaq, dünyəvi ehtiyaclar, əzab qorxusu və maddi arzulara çatmamaqdan söz açılmır. Minacatın bu hissəsində ən üstün ləzzətlərə, yəni müqəddəs ilahi məkan və adlara çatmaqdan danışılır. Lakin hər insanda bu qədər yüksək təlaş yoxdur. Əgər bu dualar olmasaydı, insan belə uca məqamların olmasını güman etməzdi.
    Biz insanların təlaşı zəifdir; adətən, yemək, geyim, istirahət üçün sakit məkan və bu qəbildən olan nemətlər əldə etməyə çalışırıq. Müqəddəs məkan və ilahi adlara çatmaq üçün təlaş ilahi bəxşişdir.
    Category: Minacatın əzəməti | Views: 844 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024