İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 5 » Minacatın əzəməti
    10:50 PM
    Minacatın əzəməti
    Məhəbbət "Muridin” minacatının əsas mövzusudur
    Bu və bir çox başqa minacatların əsas mövzularından biri məhəbbətdir. Məhəbbət məfhumu "hub”, "vudd”, "səbabət” və sair təbirlərlə ifadə olunmuşdur. Məsələn, "Minacatul-muhibbin”də deyilir: "Və əvridna hiyazə hubbikə və əziqna həlavətə vuddikə”, yəni bizi məhəbbət hovuzlarına daxil et və bizə öz məhəbbətinin şirinliyini dadızdır. Bu minacatın əvvəlində belə buyurulur: "İlahi, mən zəlləzi zaqə həlavətə məhəbbətikə fəramə minkə bədələn”, yəni İlahi, o kimdir ki, sənin məhəbbətinin şirinliyini dadmış, lakin sənin əvəzinə başqasını seçmişdir?! Bu duanın ortalarında isə belə buyurulur: "Həyyəmtə qəlbəhu li iradətikə”, yəni onun qəlbini öz istəyin üçün heyran etdin.” Bu kimi dualar çoxdur.
    İndi isə belə bir sual yaranır ki, Allaha məhəbbət vacib, yoxsa müstəhəb işlərdəndir? Bu suala cavab olaraq bildirməliyik ki, məhəbbətin müxtəlif mərtəbələri vardır. Onun bir mərtəbəsi imanın şərtlərindəndir. Yəni mümkün deyil ki, insan Allaha iman gətirsin, lakin heç cürə onu sevməsin. Necə ki, əməlisaleh olmaq imanın şərtlərindəndir! Çünki əməl və iman ayrı-ayrı məfhumlar deyil. Yəni mümkün deyil ki, iman gətirmiş şəxs heç cürə Allaha itaət etməmək fikrində olsun. Çünki iman ixtiyarı işdir. Bəzən isə iman qeyri-ixtiyari şəkildə hasil olur. Bu barədə Qurani-kərimdə buyurulur: "Ey iman əhli, iman gətirin.”("Nisa", 136.)
    Demək, möminin heç bir xeyir əməli olmasa, deməli onun imanı yalançıdır. Çünki iman Allahın rübubiyyətinə şəhadətdir. İtaət Allahın rübubiyyətini qəbul etmək şərtlərindəndir. Baxmayaraq ki, insan bütün vacibləri yerinə yetirməsin və ya imanın zəifliyi səbəbindən bütün günahlardan çəkinməsin!
    Belə isə, Allahın bütün nemətlərini dərk edən və Onun ehtiyacları təmin edən olduğunu anlayan insan Onu necə sevməyə bilər? Mümkündürmü ki, insan özünü sevə, lakin ona vücud bağışlayan və ehtiyaclarını təmin edəni sevməyə?!
    İmana aid edilmiş həmin vəzifəlilik maddəsi məhəbbətə də aid edilir və bu qayda ilə vacib olur. Bu mərtəbədən keçdikdən sonra məhəbbətin başqa bir mərtəbəsi ilə rastlaşırıq. Bu mərtəbədə məhəbbət günahın qarşısını alır. Çünki bəzən insan nəticə əldə etmək üçün öz istəklərinə zidd olan əməli yerinə yetirməli olur. Bu halda vəzifə və seçim məsələsi qarşıya çıxır. Bəzən dadlı yemək insanın sağlamlığı üçün zərərli olur. Bu vaxt insan ya dadlı yeməkdən daşınıb sağlamlığını qorumalı, ya da ki, sağlamlığından keçib bu yeməyi yeməlidir. İnsan bunların hansını daha çox sevərsə, onu edəcəkdir. Beləliklə, dini hökmlərdə də məsələn, oruc tutmaq yemək yemək istəyən insan qəlbinin istəkləri ilə müxalifdir. İnsanın necə seçim etməsi onun imanından, Allaha və axirətə məhəbbətindən asılıdır. Əgər azacıq da olsa iman və məhəbbəti olmasa orucunu yeyəcəkdir. Bu hökm bütün haram işlər və vacib göstərişlərdə bəyan olunmuşdur. Əgər Allah məhəbbəti qalib gələrsə, insan günahdan çəkinib itaət edəcəkdir. Əks halda isə insan günaha üz tutacaq. Heç şübhəsiz, əgər məhəbbət güclü olarsa, məhbubun unudulmamasına səbəb olar.
    İnsanın vacibləri yerinə yetirməsinə və günahlardan çəkinməsinə səbəb olan məhəbbət əqli vacib hesab olunur. Bu haqda bir çox rəvayət və ayələr mövcuddur. Qurani-kərimdə müşriklərlə bağlı buyurulur: "Müşriklər Allaha şərik qoşduqlarını Allah qədər sevirlər.”("Bəqərə”, 165.) Onlar Allahı sevdikləri kimi bütləri də sevirlər. Bu iki məhəbbət bir-birinə mane törədir. Qarşı-qarşıya gələn iki bərabər qüvvə bir-birlərinin hərəkətinə mane olur. Demək, Allaha məhəbbət iman şərtlərindəndir. Bu məhəbbət başqalarına məhəbbətdən daha çox olmalıdır. Əks halda imanda nöqsan yaranar. Qurani-kərimdə buyurulur: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizi Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə...”("Tövbə”, 24.)
    Bütün bu hədələr və xatırlatmalar valideynlərini, övladlarını, qohumlarını, mallarını, məskənlərini və başqa şeylərini Allahdan çox sevən şəxlərə ünvanlanmışdır. İnsan qeyd etdiklərimizi və sair şeyləri Allahdan çox sevərsə, ağır əzab intizarında olmalıdır! Demək, şeytana və nəfs istəklərinə qalib olacaq qədər ilahi məhəbbət qazanmaq tələb olunur. Əgər bu məhəbbətin şəri vacib olmasını deyə bilməsək, də əqli vacib olmasını deyə bilərik.
    Məhəbbətin bundan da üstün mərtəbəsi müstəhəb işlərin yerinə yetirilməsinə, məkruhlardan və hətta şübhəli və mübah işlərdən çəkinməyə səbəb olan məhəbbətdir. Bu məhəbbətin müxtəlif mərtəbələri mövcuddur. Onları təyin etmək çətin işdir.
    Maraqlı bir rəvayət
    Qeyd etdik ki, vacibləri yerinə yetirmək və günahlardan çəkinmək üçün bəzi ilahi məhəbbət mərtəbələrinə çatmaq vacibdir. İman nə qədər xalis və kamil olarsa, məhəbbət də bir o qədər artar. İmam Sadiq (ə) bu barədə buyurur: "İnsanın nəzərində Allah onun özündən, atasından, anasından, övladlarından, ailəsindən, mal-dövlətindən və bütün xalqdan sevimli olmasa, onun imanı saf və kamil olmaz.”("Biharul-ənvar", c. 67, s. 25.)
    Bu haqda maraqlı bir rəvayətə nəzər salaq:
    Yetkinlik yaşına çatmamış bir yeniyetmə həzrət Peyğəmbərə (s) salam verib, sevinc və məhəbbət dolu baxışlarla nəzər saldı.
    Həzrət buyurdu: Ey cavan, məni sevirsənmi?
    Dedi: Bəli, and olsun Allaha!
    Həzrət buyurdu: Gözlərin kimi?
    Cavan dedi: Daha çox!
    Həzrət buyurdu: Məni atan qədər sevirsənmi?
    Cavan dedi: Daha çox!
    Həzrət buyurdu: Məni anan qədər sevirsənmi?
    Cavan dedi: Daha çox!
    Həzrət buyurdu: Məni özün qədər sevirsənmi?
    Cavan dedi: Ya Rəsuləllah, and olsun Allaha, səni özümdən çox sevirəm!
    Həzrət buyurdu: Məni Allahın qədərmi sevirsən?
    Cavan dedi: Allah! Allah! Allah! Ey Allahın rəsulu, belə bir məhəbbət nə sənə və nə də heç kəsə layiq deyil. Mən səni Allahın sevimlisi olduğun üçün sevirəm.” Peyğəmbər üzünü ətrafındakılara çevirib buyurdu: "Belə olun. Allahı Onun ehsanına və nemətlərinə xatir sevin. Məni Allah məhəbbətinə xatir sevin.”
    Bu rəvayətə bir baxış
    Gördüyünüz kimi yetkinlik yaşına çatmamış yeniyetmə nə dərəcədə agahdır; o xoşhalcasına və məhəbbətlə peyğəmbərin üzünə baxır və salam verir. Vücudunun peyğəmbərə məhəbbətlə dolu olmasını onun baxışlarından bilmək olurdu.
    Həzrət ondan soruşdu: "Məni sevirsənmi?” Maraqlıdır ki, həzrət onu "cavan” kəlməsi ilə çağırmaqla bu gəncə xüsusi hörmət göstərdi. Həzrət sonra belə buyurdu: "Məni öz gözün qədər sevirsənmi?” Yəni əgər ya gözünün sağlam qalması və mənə zərbə dəyməsi, yaxud da gözünə zərbə dəyməsi və mənim sağlam qalmağım qərar olarsa, onlardan hansını seçərsən? Uzun müddət dini tərbiyə almamış və yetkinlik yaşına çatmamış uşaq belə bir eşq və məhəbbətlə cavab verir ki, səni öz gözümdən çox sevirəm. Yəni gözümü əldən verəcəyim halda Allahın rəsulunun mübarək canı salamat qalarsa, gözümü itirməyə hazıram. Maraqlıdır ki, həzrət "məni çox sevirsən, ya Allahını”—deyə sual verərkən təəccüb edir ki, məgər mümkündür kimsə Allahdan başqasını Ondan çox sevsin?!” Mən sizi Allaha xatir sevirəm və Allahı öz ehsanlarına xatir!” Peyğəmbər tövsiyə edir ki, bu cavana oxşayın və məni ayrıca yox, Allaha xatir sevin.
    Cahil və nadan xalq içində İslam bərəkəti ilə bir cavan elə tərbiyə olunur ki, orta yaşlılar və yaşlılar üçün mərifət nümunəsinə çevrilir.
    Demək, Allaha məhəbbət məsələsi heç nə ilə müqayisə olunmamalıdır. Qeyd etdiyimiz nümunə məhəbbətin vacib həddindən azacıq üstün olan ilk pilləsidir. Mümkündür ki, insan müstəhəb işlərdə Allahın istəyini özünün, dostunun, zövcəsinin və ya övladının istəyindən üstün tutsun. (Əlbəttə, mümkündür ki, bəzi hallarda insan hansısa ibadəti insanların istəyinə qurban versin. Məsələn, müstəhəb oruc ibadətdir. Lakin əgər bir mömin ondan orucunu açmağı istəyərsə, bu halda onun istəyini önəmli tutmalıdır. Çünki ilahi göstərişə əməl edərək mömini sevindirməyin savabı daha çoxdur.)
    Əvvəldə qeyd etdiyimiz kimi mümkündür ki, bəzən insan Allahı nemətlərinə və lütfünə xatir yox, yalnız və yalnız özünə xatir sevsin. Əgər Allahın heç bir nemət verməməsini fərz etsək, o yenə də Allahı sevəcəkdir. Bəzən isə insan başlanğıcda yemək, mənzil, zövcə, övlad və sair bu kimi nemətləri düşünür və bu nemətləri əta etdiyi üçün Allahı da sevir. Demək, o əvvəlcə nemətləri sevir və sonra bu sevgi Allaha aid olur. Sonradan düşünür və Allahı nemətlərdən daha çox sevir. Beləliklə, seçim etməli olduqda Allahın istəyini üstün tutur. Elmi dillə desək, Allahın məhəbbəti nemətə məhəbbətə tabedir; insan tədricən anlayır ki, ötəri nemətlərdən daha çox əbədi nemət sahibi məhəbbətə layiqdir.
    Nemət sevilməli, yoxsa sahibi?
    Ayı sevək, yoxsa xaliq həbibi?
    Məhəbbətin ən üstün mərtəbəsi insanın ilahi kamilliklər barədə düşünməsidir. İnsanın fitrətində gözəlliklərə məhəbbət mövcuddur. Elə buna görə də kamilliklərin sahibini sevəcəkdir. Əgər insan Allahın cəmal və cəlal sifətlərini, zati kamillikləri və məxluqları ilahi kamalın təzahüri kimi bilsə və heç bir şeyin müstəqil kamala malik olmadığını, hər bir kamilliyin ariflərin şer və dilində açıqlanan ilahi kamilliyin nümunəsi olduğunu anlasa, onun Allaha məhəbbəti zati və başqa kamilliklərə məhəbbəti qeyri-zati olacaqdır. Allahın kamal sifəti əbədi olduğu üçün Ona məhəbbət də daimidir. Lakin səxavətli insana səxavətli olduğu vaxtadək məhəbbət götərilir. Əgər bu kamil sifəti əldən verərsə, daha heç kəs ona məhəbbət göstərməyəcək. Demək, məhəbbət əslində kamillik hesab olunan səxavətə aid edilmişdir. Bu məsələni gözəllik, şücaət və başqa bu kimi kamilliklərə də aid etmək olar.
    Allahın sifətləri eynən Onun zatı olduğundan, Allaha münasibətdə hansısa keyfiyyət dəyişikliklərindən danışmağa dəyməz.
    Bir şəxs Allahı düzgün tanıyarsa, deyə bilməz ki, Allahın sifətlərini sevdiyimdən Onun zatını sevirəm. "Allahın sifətini sevirəm, amma zatını yox” demək də olmaz.
    Mərifət və imanı bizim kimi naqis olanlar digər kamilliklərə müstəqil yanaşırlar. Amma elələri var ki, bütün gözəllikləri və yaxşı sifətləri Allah kamalının cilvəsi kimi görür. Bu məqamda itaətdən danışmağa dəyməz. "Ərəfə” duasında deyilir: "Pərvərdigara! Sən o kəssən ki, öz dostlarının qəlbində səni tanımaları və sənə şərik qoşmamaları üçün nur parlatmısan və biganələri öz dostlarının qəlbindən çıxarmısan ki, səndən qeyrisini sevməsinlər.”
    Bəli, bu zümrədən olanlar hətta girami peyğəmbər və məsum imamları ilahi kamal cilvəsi sayırlar. Ona görə də Allahı və Onun cilvələrini sevirlər. Belə bir məhəbbət mərhələsinə çatmaq vacib olmasa da, bu mərhələyə çatmaq üçün çalışmağa dəyər. Allaha yaxın məqama yüksəliş heç bir dünyəvi müvəffəqiyyətlə müqayisə oluna bilməz.
    Qüdsi hədisdə deyilir ki, Allah-təala həzrət Davuda xitabən buyurdu: "Ey Davud, öz şagirdlərinə münasibətdə təvazökar və sadə ol. Allaha yaxınlıq yolunu seçənlərlə sərt davranma. Əgər məni sevənlər bilsəydilər ki, bu yolu tutanların mənim hüzurumda hansı məqamları var, onların ayağı altda torpaq olardılar.”(Molla Möhsin Feyz Kaşani, "Muhəccətul-bəyza”, c. 8, s. 62.)
    İki mühüm nöqtə
    Hazırkı qüdsi hədisdə iki nöqtə diqqəti cəlb edir:
    1. İnsan öncə güman edir ki, hazırkı hədisdə "muridin” dedikdə həzrət Davudun müridləri nəzərdə tutulur, Allah bu müridləri Davuda tapşırır. Amma azca düşündükdən sonra məlum olur ki, nəzərdə tutulan Allaha yaxınlıq məqamı üçün çalışanlardır. Olsun ki, onlar lazımı məqama çatmamışlar. Bununla belə, Allah həmin zümrə ilə mehriban davranmağı, onlara sərt yanaşmamağı tapşırır.
    2. Başqa heç bir rəvayətdə "ayaq altda torpaq olmaq” ifadəsi ilə rastlaşmırıq. Bu olduqca uca bir təbirdir. Əgər məqsədə çatanlar bu yolu gedənlərin dəyərini bilsəydilər, onların ayağı altda torpaq olmaq istəyərdilər!
    Demək, Allah yolunu seçənlərin qarşısında təvazö həzrət Davud kimi böyük peyğəmbərlərin mühüm vəzifələrindəndir.
    Həzrət Sadiqdən (ə) nəql olunmuş rəvayətdə buyurulur: "Aşiq o kəsdir ki, qəlbinin sirri daha saf, danışığı daha doğru və Allahla əhdə vəfası daha çoxdur... Allah onların vasitəsi ilə şəhərlərini abad edir, onlara əta etdiyi rəhmətə xatir xalqdan bəlanı uzaqlaşdırır. Beləliklə, əgər insanlar onların Allah yanında hansı məqam sahibi olduqlarını bilsəydilər, Allaha yaxınlaşmaq üçün onların ayaqları altda torpaq olmağı vasitə seçərdilər.”("Biharul-ənvar", c. 67, s. 23.)
    Rəvayətdə mühüm bir nöqtə qeyd olunur ki, Allaha yaxınlaşmaq üçün vasitə olaraq yalnız aşiq bəndələrin ayaqlarının altındakı torpaq bəyan olunur. İnsanın Allahın bu lütf və inayət dəryasından bir içim su içməsi üçün bu iki rəvayət kifayət deyilmi?! Başqa bir rəvayətdə deyilir: Allah-təala bəzi səmavi kitablarda buyurmuşdur: Ey mənim bəndəm! Sənə olan haqqıma and olsun ki, mən səni sevirəm. Belə isə, sən də məni sev.”("İrşadul-ğulub”, Deyləmi, c. 1, s. 171.)
    Bu rəvayətin başqa formada olması da mümkündür: "And olsun sənin mənə olan haqqına, mən səni sevirəm. Belə isə, mənim sənə olan haqqıma xatir sən də məni sev.”
    Bu təbir əvvəlki təbirdən daha lətafətlidir. Çünki bu təbirdə Allah-təala insanlar üçün hüquq təyin edir və bu hüquqa and içir. Qurani-kərimdə buyurulur: "Möminlərə kömək öhdəmizdə olan bir haqdır.”("Rum”, 47.)
    İlahi məhəbbətin təsirləri
    Bəzi rəvayətlərdə bu məhəbbətin nəticə və təsirlərinə işarə olunmuşdur. Qüdsi hədisdə bildirilir ki, Allah-təala həzrət Musaya belə buyurdu: "Ey İmran oğlu! Məni sevdiyini zənn edən, lakin gecə olan kimi yatan şəxs yalan deyir. Aşiq öz məşuqu ilə xəlvəti sevmirmi?”("Biharul-ənvar", c. 13, bab 11, rəvayət 7, s. 329.)
    Gecələr yatıb, məhbubunu yad etməyən şəxsin məhəbbət iddiası doğrudurmu? Rəvayətdə bildirilir ki, insan gecə namazına qalxarkən bir neçə dua oxusa yaxşıdır. Bu dualardan biri də budur: "İlahi, sənin səmanın ulduzları qürub etmişlər, bəndələrinin gözləri yuxuya getmişdir, padşahlar qapılarını bağlamışdır, qoruyucular onların saraylarının ətrafına fırlanırlar və hər aşiq öz məşuqu ilə xəlvətə çəkilmişdir. Sən mənim məhbubumsan!”("Şərhul-əxbar”, c. 3, s. 255, Həzrət Səccad (ə), "Səhifeyi-Səccadiyyə, səhər duası.)
    Bəli, insan şirin yuxu və yumşaq yataqdan qalxarkən səmaya baxır, Allahın ayələrini görür və belə pıçıldayır: "Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir.”("Ali-İmran”, 190.) İnsan bu pıçıltılarla məhbubla xəlvətə çəkilir. Məhəbbətin sadə nişanı budur ki, aşiq istəyir ki, məşuqun adını daha çox eşitsin və onun haqqında daha çox düşünsün. Əgər insan Allahın adını eşidərkən sevinib, daha çox eşitmək üçün qulaq asıb yorulmursa bu onun Allahı sevməsinin əlamətidir. Lakin əgər etinasızlıq göstərib tez bir zamanda ilahi kəlam eşitməkdən yorulursa, onun məhəbbətinin zəif və ya yox dərəcədə olması aydınlaşır.
    Allahı sevən şəxs Kəbə və sair məscidlər kimi ona mənsub olanları da sevir. Məscidə daxil olarkən iki rəkət "təhiyyət” namazı qılır və məşuqun evinə tamaşa edib, ləzzət alır.
    Allahı sevən Allahın dostlarını və onların hərəmlərini də sevir. Necə ki, ziyarətdə ərz edirik: "Hər kəs sizi sevərsə Allahı sevmişdir. Hər kəs Allaha üz tutsa sizdən başlayacaqdır...”("Ziyarəte-cameə”.)
    Dostun istəyi odur ki, onun dostunu da sevsinlər. Dost o zaman sevinir ki, onun dostunun da sevildiyini hiss etsin. Dost o zaman sevinir ki, onu xatırladan hər bir adın, şəkilin və əlamətin sevilib, hörmət edildiyini hiss etsin! Onun hər bir sözünə, işarəsinə əlinə, işlərinə, verdiyi hədiyyəyə hörmət edib, məhəbbət bəsləyirlər. Məsələn, hədiyyə öz-özlüyündə o qədər də dəyərli deyil. Lakin bu hədiyyə dosta mənsub olduğu üçün çox dəyərli olur!
    Allahın onu sevməsi üçün heç bir iş görməyən şəxs dostluq iddiasında sadiq deyil. İndi isə görək Allah hansı kəslərə deyir ki, əgər filan işi görsəniz, sizi sevəcəyəm. Yoxsa, Allah bu sözləri Onu sevib, sevməməyin əhəmiyyəti olmayan insanlara deyirmi? Yoxsa Allah bu sözləri ilahi sevgiyə etina göstərməyənlərə deyirmi? Xeyr! Şübhəsiz ki, Allah-təala bu şəxslərə belə sözlər demir. Allahın uyğun müraciəti Allahın onları sevməsini arzulayan şəxslərədir.
    Allahın sevimliləri
    Qurani-kərimdə ilahi məhəbbətin əlamətləri və nümunələri haqqında bir çox təbirlər işlədilmişdir:
    1. ”İnnəllahə yuhibbut-təvvabin;” Həqiqətən, Allah tövbə edənləri sevir.”
    Maraqlıdır ki, ayədə "taibin” deyilməmişdir. Çünki insan ömründə yalnız bir dəfə günaha düçar olmur ki, bir dəfə tövbə ilə kifayətlənsin. İnsan dəfələrlə günah edir və buna görə də daim tövbə etməlidir. Şeytanın tələlərindən biri budur: O bir neçə dəfə tövbəsini pozan insana deyir: "Sən tövbə adamı deyilsən.” Lakin Allah-təala buyurur: "Mən çox tövbə edən şəxsləri sevirəm.” Yəni Allah-təala istəyir ki, insan hər bir səhvdən sonra çəkinmədən tövbə etsin.
    2. "Və yuhibbul-mutətəhhirin;” Allah pakizəliyi sevənləri sevir.”
    Pakizəlik həmin zahiri pakizəlikdən başlayıb dəstəmaz, qüsl və xüsusi ilə müstəhəb qüsllər kimi şəri pakizəlikdən saysız mərtəbələri olan qəlbi pakizəliyə qədər davam edir. Allah qəlbini kin, pis güman, başqalarına pislik və sair bu kimi çirkablardan təmizləyənləri sevir.
    3. Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səd çəkib döyüşənləri sevir.”("Səff”, 4.)
    Allah yolunda ixlasla və qətiyyətlə vuruşanlar Allahın sevimli bəndələridir. Bu insanlar səxavətlə canlarını fəda edir və Allah yolunda bütün varlıqlarını qurban verirlər.
    Bu mövzuda başqa ayələr də mövcuddur. Biz isə bu qədərlə kifayətlənirik. (Misal üçün bu ayələrə müraciət edin: "Bəqərə”, 185; "Ali-İmran”, 76, 93, 146, 148, 159; "Maidə”, 13, 42; "Tövbə”, 4, 7; "Hucurat”, 9; "Mumtəhinə”, 19.
    Uyğun mövzuda həzrət Sadiqdən (ə) bir rəvayətə nəzər salaq: "Mən ilahi məhəbbət məqamına çatmaq istədim. Beləliklə, ilahi məhəbbətin günahkarlara kin bəsləməkdə olduğunu gördüm.”("Mizanul-hikmə”, c. 1, s. 504)
    Bu rəvayətə əsasən, Allahı sevib, Allahın da onu sevməsini istəyən kəs Allahın düşmənləri və günahkarlarla düşmənçilik etməlidir. Çünki həm Allahın dostlarını, həm də düşmənlərini sevmək olmaz. Əlbəttə, günahkarlar dedikdə arabir səhvə düçar olan şəxslər nəzərdə tutulmur. Əksinə, belə insanlara qarşı xeyirxah olmalı və onların hidayət olması üçün çalışılmalıdır. Rəvayətdə günahkarlar dedikdə Allahla düşmənçilik edən günahkarlar nəzərdə tutulur.
    Allah aşiqi və Allahın sevimlisi olmaq üçün nə etməliyik?
    İlahi yol yolçularının və xüsusi ilə də cavanların həmişəki suallarından biri budur ki, ilahi məhəbbətin artması və Allahın sevimlisi olmaq üçün nə etməliyik?
    Cavab olaraq ibadət mövzularını açıqlamaq üçün çox geniş söhbətə ehtiyac var. Bu haqda ayə və rəvayətlər boldur. Lakin adi məhəbbətlərdə şəxsi təcrübənin təsdiq etdiyi ümumi bir prinsipə əsasən belə deyirik: İnsan müəyyən bir şəxsin yaxşılıqları barədə hər nə qədər çox düşünərsə, onu bir o qədər çox sevər.
    Qüdsi hədisdə bildirilir ki, Allah-təala həzrət Davuda buyurur: "Məni xalqın sevimlisi et.” Həzrət Davud ərz edir: "Necə edim?” Allah-təala buyurur: "Mənim nemətlərimi onlara xatırlat.”
    İnsanlar fitri olaraq onlara yaxşılıq edənləri sevirlər. Buna görə də insan Allahın nemətləri və bu nemətlərin mənbəyi olan sifətləri haqqında hər nə qədər düşünsə onun Allaha olan məhəbbəti bir o qədər artar. Məsələn, xalq Hatəm Taini səxavətli olduğu üçün sevirdi. Əgər bu insanlar onun səxavətindən faydalansaydılar, onu daha çox sevəcəkdilər.
    Əgər insan ilahi nemətlər içində qərq olduğunu, Allahın ona nə qədər kömək etdiyini, eyblərini örtdüyünü, çox bəlaları ondan uzaqlaşdırdığını, ona çox xeyirlər əta etdiyini və günahdan çəkinmək üçün hansı şəraitlər yaratdığını anlayarsa, təbii olaraq Onun məhəbbəti daha çox olar.
    Beləliklə, uyğun sualın cavabı budur ki, insan ilahi məhəbbətinin güclənməsi üçün iki iş görməlidir:
    1. Allahın nemətlərini, kamilliklərini və yaxşılıqlarını tanımalıdır. Şübhəsiz ki, bütün bunlar heç bir meyarla ölçüləsi deyil: "Əgər Allahın nemətlərini saymaq istəsəniz bacarmayacaqsınız.”
    Həyatda Allahın nişanələrini axtarmalıyıq ki, tədricən qəlbimizdə məhəbbət nuru işıqlansın.
    2. Qeyd etdiyimiz nemətlər, kamilliklər və yaxşılıqlar haqqında dərin düşünmək. Çünki həyat qayğıları insanın qəflətə düçar olmasına səbəb olur. Əgər insan sevdiyi şəxsdən uzaqlaşarsa, tədricən ona olan məhəbbəti azalacaqdır. Şair deyir:
    İnan uzun müddət gözdən çəkilən
    Xəyaldan, könüldən çəkilər hökmən.
    Həyat qayğıları və qəflətlər ilahi nemətlər, kamilliklər və yaxşılıqların unudulmasına səbəb olur. Bununla da tədricən məhəbbətimiz üzülür. Əgər daim ilahi nemətlərə, kamilliklərə və yaxşılıqlara diqqət etsək, qəlbimizdə məhəbbət şöləsi alovlanacaqdır.
    Ümid edirik, Allah-təala sonsuz ilahi lütf dəryasından hər birimizə bir içim dadmaq tövfiqi versin, beləliklə, qəlblərimizi ilahi məhəbbət və mərifət nuru ilə bəzəyək.
    Amin
    Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin
    Category: Minacatın əzəməti | Views: 832 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024