İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    2:01 PM
    Kumeyl duasının şərhi 2
    GÜNAHLARI BAĞIŞLAYAN
    «Ğafir» və «Ğəfur» adları mehriban Allahın gözəl adları və ali sifətlərindəndir. Yəni, Onun müqəddəs vücudu çox-çox bağışlayandır. Bu bağışlanmanı əldə etmənin şərti həqiqi tövbə və haqqa qayıdışdır. Günahkar insan Allahın ğəfur sifətinə əsasən ümidvar olmalıdır ki, günahlarına tövbə etsə mütləq bağışlanacaqdır. Bağışlanmağa ümidsizlik böyük günahdır və əzabı vardır. «Yusif» surəsinin 87-ci ayəsində buyurulur: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». «Zumər» surəsinin 53-cü ayəsində oxuyuruq: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar».
    «Nisa» surəsinin 23-cü ayəsindən görünür ki, Allah-Taala hər bir günahkarın tövbəsini qəbul edir: «Həqiqətən Allah bağışlayan və rəhm edəndir». «Maidə» surəsinin 39 ayəsini oxuyuruq: «Hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə Allah onun tövbəsini qəbul edər».
    Bəli, tövbə edib, tövbədən sonra böyük günaha və təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib əmrləri yerinə yetirən, xalqın haqqını ödəyən şəxs hökmən bağışlanasıdır.
    Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqi tövbəkarın dörd əlaməti vardır: Əməldə Allah əmrlərinin sözsüz icrası, batildən uzaqlaşmaq, həqiqətə bağlılıq və xeyirxahlığa güclü rəğbət».(«Mizanul-hikmət» 2-ci cild, səh-638.) Həzrət Əli (ə) buyurur: «Allah-Taala bəndəsinin üzünə şükür qapısını açıb, nemətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, qəbul qapısını örtməz. Allah tövbə qapısını açıb, bağışlanma qapısını bağlamaz».(«Nəhcül-bəlağə».)
    GÜNAHLARI ÖRTƏN
    Allah-Taala gizlində günah edib, onu kimsəyə açmayan bəndənin günahını açmağı sevməz. Həzrət Haqq özünü «Səttarul-uyub» adlandırır ki, hamı Onun gizli günahı açmadığını bilsin. Əlbəttə ki, həyasızcasına xalqın gözü qarşısında günah edən şəxsin günahını örtməyə dəyməz.
    Həzrət Peyğəmbər (s) buyurur: «Allah tövbə edən şəxsin tövbəsini qəbul edib, onun əzalarına əmr edər ki, onun günahlarını özündən gizlətsinlər. Torpağa əmr olunar ki, günahları örtsünlər. Hətta bu günahı onun əməl naməsinə yazanların belə yadından çıxarılar.»(«Biharul-ənvar», 6-cı cild, səh-28.)
    Müaviyə ibn Vəhəb nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Allah-Taala xalis tövbə etmiş mömin bəndəsinə məhəbbət bəsləyir, günahlarını dünya və axirətdə örtər. Yazdıqları günahları mələklərin yadından çıxarar. Onlar Allahla görüşdükləri vaxt şahidlik etməyə günah tapmazlar».(«Kafi», 2-ci cild, səh-430.)
    Rəvayətə görə qiyamət günü bəndə Allah hüzuruna gətirildiyi vaxt Allah-Taala əmr edər ki, qübbə qurub bəndəmi orada yerləşdirin. Sonra bəndəyə buyurar: «Ey mənim bəndəm, nemətlərimi günaha xərclədin, nemətimi artırdıqca, günahlarını artırdın». Bəndə xəcalətdən başını aşağı salar: Xitab olunar: «Ey mənim bəndəm, başını qaldır. Günah etdiyin saat günahını bağışladım». Sonra başqa bir bəndə gətirilər. O da danlanar və xəcalətdən ağlayar. Allah-Taala buyurar: «Günah edib güldüyün vaxt səni utandırmadım. Bu gün ki, günah etməyib ağlayırsan, səni necə rüsvay edim?! Səni bağışladım və behiştə getməyinə icazə verdim».(«Mənhəcüs-sadiqin».)
    PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN
    Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».
    Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:
    1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.
    2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına etiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.»(«Nurus-səqəleyn» 4-cü cild, səh-33.)
    3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.
    Aşiqdə əğyara zərrə maraq yox,
    Dərgahından özgə yerdə pənah yox.
    Aşiqik, söyləmiş sevgi sultanı
    Məşuqla görüşdür hicran dərmanı
    Bilə-bilə Sən tək pənahımız var
    Xəcilik qarşında, günahımız var.
    Hər nə yazılmışsa kəlməsi doğru,
    Bu yolda büdrəyən çəkəsi ağrı.
    «La ilahə illa əntə subhanəkə və bihəmdikə»
    («Səndən başqa bir məbud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)
    «La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi təbir olunur. Hər kəs dildə təhlil, yəni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yəni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.
    Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Quran və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.
    Kimsədə eşqinə varmağa güc yox,
    O eşqə varanda durmağa güc yox.
    Hansı könül quşu düşsə qəfəsə
    Qəmli nəğmə üçün gələr həvəsə.
    Dirilməz ölü qəlb min bir acıdan,
    Yalnız eşq qəmindən ucalır insan.
    Sevgidir gecəyə layla çalan da,
    Bal kimi yuxunu gözdən alan da.
    Əfsus ki, bayquş tək görmədik nuru.
    Gizli xəzinələr olmasa aşkar,
    Üstündə fəqirik, gözlərimiz dar.
    Olsa da zərrələr haqqa harayda
    Bu kar qulaqlara çətin ki, çata.
    Doğrudan da varlıq aləmində insanı nemətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına etiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».
    BEHİŞTİN DƏYƏRİ
    Allahı tanıyaraq Ona təhlil deyən, əməldə bütün saxta məbudlardan üz döndərib Allahdan qeyrisinə itaət etməyən insan behiştin dəyərini hazırlamağa başlamışdır. Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Allah-Taala buyurmuşdur: «Tövhid (Allahın birliyinə inam) Mənim qalamdır. Mənim qalama daxil olan kəs əzabımdan amandadır».(«Biharul-ənvar», 3-cü cild, səh-5.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Tövhid neməti əta olunmuş şəxsin mükafatı yalnız behiştdir».(«Biharul-ənvar», 3-cü cild, səh-5.) «Allaha yəqinliyi olan halda ölən şəxs behiştə daxil olar».(«Biharul-ənvar», 3-cü cild, səh-9.)
    İmam Sadiq (ə) buyurur: «La ilahə illəllah demək behiştin dəyəridir.»(«Vəsailuş-şiə», 7-ci cild, səh-210.)«Xalisliklə la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bu işdə xalislik odur ki, bu sözlər insanı Allahın haram buyurduqlarından çəkindirsin».(«Biharul-ənvar», 90-cı cild, səh-197.)
    İslam Peyğəmbəri (s) buyurmuşdur ki, «la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bir kişi İmam Baqirin (ə) yanına gəlib, bu hədis haqqında soruşdu. İmam (ə) buyurdu: «Rəvayət doğrudur, amma şərtləri var və bu şərtlərdən biri mənəm».(«Biharul-ənvar», 3-cü cild, səh-13.)
    Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun şərtləridir. Allahı tanıyıb, Onun birliyini təsdiq edən, peyğəmbərliyi və imaməti qəbul edən, dinin göstərişlərinə tabe olan şəxs yeganə doğru yolu tapmışdır. Tövhid kölgəsində bütün xeyir əməllər qəbuldur və qəflətdən baş vermiş günahlar tövbədən sonra bağışlanır. Tövhiddən kənarda isə heç bir əməl qəbul olunmur və ən kiçik günah belə bağışlanmır.
    Tövhid əhli ağır günaha görə qiyamət əzabına düçar olsa, belə tövhid sayəsində qurtulur.
    Həzrət Peyğəmbər (s) Cəbrailə buyurdu: «Mənim üçün cəhənnəmi təsvir et». Cəbrail cəhənnəmi və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir? Mələk dedi: «Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləridir. Onlar böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlərdir». Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün Həzrətin (s) ziyarətinə gəlmiş Zəhra (s) gördü ki, Həzrət (s) üzünü torpağa qoyub ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) Cəbrailin dediklərini Zəhraya çatdırdı və buyurdu: «Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur.» Həzrət Zəhra (ə) ərz elədi: «Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gələcəklər?» Buyurdu: «Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşarlar, Maliki (Cəhənnəmin böyüyü olan mələk) gördükdə dad-fəryad qoparar və ona belə yalvararlar: «bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq.» Malik möhlət verdikdə o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!
    Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: «La ilahə illəllah.» Bu zaman od onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, «ey od, onları bürü!» Od deyər: «Dillərində pak «la ilahə illəllah» kəlməsi olan halda onlrı necə bürüyə bilərəm?» Malik yenə qışqırar ki: «Onları bürü!» Lakin Haqq tərəfindən xitab olunar ki, «üzlərini yandırma, çünki Allaha səcdə etmişlər, və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər.» Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.
    Bir neçə müddətdən sonra Cəbrailə nida olunar: «Ümmətin günahkarlarının halı necədir?» Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: Bu gözəl üzlü şəxs kimdir görəsən? Cavab verilər: Bu, Cəbraildir – o ki, dünyada həzrət Məhəmmədə (s) vəhy gətirirdi. Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: Bizim tərəfimizdən Məhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar.
    Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: «Ümmətimin günahkarlarını Cəhənnəmə apardın, indi də onları mənə bağışla.» Xitab yetişər: «Onları sənə bağışladım.» Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından əvvəlcə «eynül-həyat» adlı bulağa aparılarlar. Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər və pak-pakizə olarlar, alınlarında isə belə bir ifadə yazılar:
    «Mehriban Allahın oddan azad etdiyi şəxslər.» Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birlərinə göstərib deyərlər: «Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər.»
    Belə olduqda onlar deyərlər: «Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil.» Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından yox olar.»
    TƏSBİH VƏ HƏMD
    Təsbih Həzrət Haqqı hər bir eyibdən pak bilmək, Onun sonsuz kamalını təsdiq etməkdir.
    Təlhə ibn Übeydullah deyir: «Həzrət Peyğəmbərdən (s) «sübhan Əllah» haqqında soruşduğum zaman Həzrət (s) buyurdu ki, «sübhan Allah» Allahı hər bir eyibdən pak bilməkdir».(«Mizanul-hikmət», 5-2362.)
    Qurani-Məciddə «İsra» surəsinin 44-cü ayəsində buyurulur: «Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamahsınız».
    Duanın bu hissəsində Allahın təsbihindən məqsəd günah və xataların etirafından sonra bağışlanmaq üçün təsbihin ən üstün vasitə olmasıdır. Yunus gecənin, dənizin, düşdüyü yerin qaranlığında belə fəryad etdi:«Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalımlardan olmuşam».(«Ənbiya» surəsi, ayə 87.)Bu ayə haqqında Həzrət Peyğəmbər (s) buyurur: «Bu duanı oxuyan hər bir dərdlinin duası qəbuldur».(Ənisül-ləyl», səh-226.) Həzrət Əli (ə) buyurur ki, təsbih əməl tərəzisini savabla doldurar».(«Ənisül-ləyl», səh-228.)
    Əllamə Məclisi «Biharul-ənvarda» belə nəql edir: «Həzrət Peyğəmbər (s), qarşısına onu xoşhal edəcək bir iş çıxdıqda bu nemətə görə Allaha həmd oxuyardı. Qarşısına onu qəmləndirəcək bir iş çıxdıqda isə deyərdi: «Bütün hallarda Allaha həmd olsun».
    «Zələmtu nəfsi və təcərrətu bicəhli, və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyyə»
    («Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim, keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum.»)
    İNSANIN ÖZÜNƏ ZÜLMÜ
    Pərvərdigara! Səni düşüncə yolu ilə varlıq aləmindəki əsərlərinə tamaşa etməklə alimlərdən həqiqətləri eşitməklə kitabları mütaliə etməklə lazımi həddə tanısam da, Sənə doğru hərəkət etmədim, istəyinə tabe olmadım, qarşında təvazö göstərmədim, bütün işlərimdə Səndən qəflətdə qaldım və bütün bunlarla özümə böyük zülm etdim!
    Aldığım məlumatlardan peyğəmbərlərini tanısam da, onların doğru yola çağırdığını bilsəm də insanlar üçün səadət istədiklərini anlasam da onlardan üz döndərdim. Biganələrə üz tutub, peyğəmbərlərinin zəhmətini qiymətləndirmədim. Özümə böyük zülm etdim!
    Quranla kifayət qədər tanış olsam da, onun peyğəmbər vasitəsi ilə göndərilmiş ilahi vəhylərdən ibarət olduğunu bilsəm də yenə arxa çevirdim və ondan ayrılıqda yaşadım. Bu, özümə rəva bildiyim ağır bir zülm idi!
    Müxtəlif vasitələrlə məsum imamların ilahi bir dəlil olduğunu bilsəm də onların peyğəmbər tərəfindən özündən sonra üçün ilahi rəhbər kimi tanıtdırıldığından xəbərdar olsam da, onların Allah düşmənləri tərəfindən min bir müsibətə düçar etdirilib şəhadətə yetirildiklərini, nəfsimə uyub şərqi və qərbi azğınlığa sürükləmiş cahillərə üz tutdum, onları imamlardan üstün bildim. Bununla da özümə böyük zülm etdim!
    Alimin yerində otursa cahil
    Dünyanın işləri olası müşkül.
    Bu könül xanəsi pərvanə sayaq
    Qalacaq hörümçək torunda dustaq.
    Zahirdə güləcək sevgi, məhəbbət,
    Batində görəcək işini nifrət.
    Dost-dostdan, yar-yardan düşəcək ayrı,
    Hamı üz tutacaq günaha sarı.
    Yarılacaq iffət, həya pərdəsi,
    Boğulacaq qəlbdə vicdanın səsi.
    Bilsəm də ki, «Nəhcül-bəlağə» Həzrət Əlinin (ə) sonsuz biliyindən bir parçadır, bu xəzinədə Allaha və səadətə doğru hərəkət üçün göstərişlər toplanıb, onu «Quranın qardaşı» adlandırıblar, mənasız qəzet və jurnallara maraq göstərdim. Əlli dörd duadan ibarət olan «Səhifeyi-Səccadiyyədən», abidlər mövlası İmam Səccadın (ə) ürək döyüntülərindən ibarət olan bir kitabdan xəbərdar olsam da, vaxtımı mənasız romanlar oxumaqla tələf etdim. Səadət yolunu göstərən «Kafi», «Təhzib», «İstibsar», «Biharul-ənvar», «Vəsail» və sair kimi kitabların bərəkətindən məhrum oldum. Özümə çox böyük zülm etdim!
    NADANLIQDAN GÜNAH
    Pərvərdigara! Elm və bilik ardınca getmədiyimdən dini maarifdən məhrum oldum. Dünyanın tufanlı dəryasında cəhalət gəmisinə minib, günah burulğanında qərq oldum. Nadanlıq həqiqətləri dərk etməyə işin sonunu görməyə imkan vermədi. Nə cənnət, nə də cəhənnəm haqqında düşünə bildim. Nadanlıq məni Səninlə müxalifətə günahkarlığa sövq etdi.
    GÜNAHIN ETİRAF OLUNMASI
    Pərvərdigara! Ana bətnində olduğum vaxt hərtərəfli şəkildə lütf və ehsanından bəhrələndim. Öz inayətinlə məni murdar nütfədən kamil insan şəklinə gətirdin. Mənə ehtiyac duyduğum beyin, ürək, göz, dil kimi əzalar əta etdin. Dünyaya sağlam gəlişim üçün anamın cisminə qüvvə verdin. Onun sinəsindəki südü, mehriban ana ağuşunu, məhəbbətlə dolu ata qəlbini Sən qərar verdin. Mənə yaşayış üçün zəruri olan bütün vasitələri Sən yetirdin.
    Pərvərdigara, bütün ötən yaxşılıqlar məni o qədər arxayınlaşdırdı ki, nə qədər günah etsəm də bağışlanacağımı zənn etdim.
    Amma indi Sənin lütfünlə ayılmışam və öz kimliyimi görürəm. Bütün vücudumla Sənə üz tutub günahlarımı etiraf edirəm: «zələmtu nəfsi.» Anlayıram ki, günahların bu sayaq etirafı bir növ tövbə və Sənə doğru qayıdışdır.
    İmam Baqir (ə) buyurur: «And olsun Allaha, günahlarını etiraf etməyən kəs nicat tapmaz».(«Biharul-ənvar», 6-cı cild, səh-36.) «And olsun Allaha, xalqa yalnız iki xasiyyət lazımdır: nemətləri etiraf etsinlər ki, artsın, günahları etiraf etsinlər ki, bağışlansın».(«Kafi», 2-ci cild, səh-426.)
    Həzrət Əli (ə) buyurur: «Günahını etiraf edən kəs tövbəkar hesab olunur».(«Mustədrəkül-vəsail», 12-ci cild, səh-116.) «Günahın etirafı onun şəfaətçisi, günaha görə üzr istəmək onun tövbəsidir».(«Ğürərul-hikəm», səh-195.)
    «Təzkirətul-avliya» kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: «Əvvəli qorxu, sonu üzrxahlıq olan hər bir günah bəndəni Allaha yaxınlaşdırır. Əvvəli xudbinlik, sonu xudpəsəndlik olan hər bir ibadət bəndəni Allahdan uzaqlaşdırır».
    Category: Kumeyl duasının şərhi 2 | Views: 864 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024