İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    1:58 PM
    Kumeyl duasının şərhi 2
    ANA ILƏ OĞULUN HEKAYƏTI
    Bir arif nəql edir:
    Bir ana itaətsizlik etdiyi üçün yeniyetmə oğlunu evdən qovur. Oğlan evdən çıxıb məhəllədə yaşıdları ilə axşamadək vaxt keçirir. Gecə düşdükdə hərə öz evinə gedir. Oğlan da öz evlərinə qayıdır. Amma qapı bağlı olur. Pərişan halda anasını çağırıb ondan qapını açmasını istəsə də ana qapını açmır. Bu vaxt yoldan ötən bir alimin oğlana ürəyi yandır və anadan xahiş edir ki, övladını qəbul etsin. Ana deyir: "Ey ağsaqqal, sənin xahişini qəbul edirəm, amma o söz versin ki, bir daha itaətsizlik göstərməyəcək.” Oğlan söz verir və arada sülh yaranır.
    Bir müddət sonra küçədən keçən abid təkrar həmin hadisə ilə rastlaşır. Oğlan qapı ağzında nə qədər sızıldasa da, ana onu evə buraxmır. Nəhayət, oğlan huşunu itirib yerə yıxılır. Qapının arxasında səsin kəsildiyini görən ana qapını açıb bayıra çıxır. Oğlunu yerə yıxılmış görüb onun başını dizləri üstünə alır və deyir: - Ey mənim gözümün nuru! Bu işdə məqsədim yalnız səni günahdan uzaqlaşdırmaq idi...”
    Hekayədən belə bir nəticəyə gəlirik ki, Allahı çağırdığı an duası qəbul olmayan insan ümidini üzüb şeytana üz tutmamalıdır. O, öz sızıltıları və nalələri ilə rəhmət qapılarının onun üzünə açılmasına nail olmalıdır.
    Ya Rəbb, bu vüsalı hicran buyurma,
    Sevgili canları nalan buyurma.
    Könül bağçasına gəlməsin xəzan,
    Gül üzləri bürüməsin çən-duman.
    Hansı ürək qırılarsa yarından
    Şübhəsiz ki, sorğu günü peşiman.
    Budaqda oxuyan bülbül Sənindir,
    Qırma budağı ki, ol həmdəmindir.
    Eşqə üz tutanı ayır günahdan,
    Düşmənini məhrum elə pənahdan.
    Bayquşlar sevinir günah doğursun
    Sitarələr səmalarda boğulsun.
    İqbal kəbəsidir saleh bir əməl,
    Mərhəmət qıl, onu viran qoyma gəl.
    Hicrandır dünyada ən acı duyğu,
    Nə xoşdur vüsalın, olsa da sorğu.
    Əgər Allah-Taala insanın işlərinə nəzər salırsa, bu nəzər sonsuz rəhmət nəzəri olduğundan insanın halı islah olar, dərdinə çarə tapılar, batini və zahiri fəqirliyi aradan qalxar.
    Şəfalı nəzər
    Nəql edirlər ki, bir gün sultan Mahmud Qəznəvi dənizin sahilindən keçərkən bir gəncin pərişan halda oturub dənizə tilov atdığını görür. Sultan gəncdən pərişanlığının səbəbini soruşur. Gənc deyir: "Yeddi yetim qalmış qardaşıq. Qoca bir anamız var. Atamdan sonra bu ailənin xərci mənim öhdəmə düşüb. Hər gün bura gəlir, bir-iki balıq tuturam. Ailəni çox çətinliklə dolandırıram.” Sultan deyir: "Bu gün mənimlə şərik balıq tutarsan?” Gənc öz razılığını bildirir. Şah deyir: "Atdığın torun şərikinin adına sudan çək.” Gənc toru sudan çəkməyə başlayır Tor ağır olduğundan sultan və onun yanındakılar da oğlana kömək etdilər. Torda saysız-hesabsız balıq olur.
    Sultan Mahmud saraya qayıtdıqdan sonra oğlanı yanına gətirdib yanında əyləşdirir və ona son dərəcə lütf göstərir. Ətrafdakılar oğlanı bu hörmətə layiq bilmədikdə, şah deyir ki, necə olsa, o bizim şərikimizdir və bizim ixtiyarımızda olanlardan o da istifadə etməlidir.»
    Əgər bir sultanın nəzəri insanı çox çətinliklərdən qurtara bilirsə qadir Allahın nəzəri altında olan insanın müşkülü qalarmı?! Bu nəzər Nuh və başqa möminləri dəhşətli tufan təhlükəsindən qurtardı, qurumuş budağı Musanın əlində əjdahaya döndərdi, Əyyubu bəlalar dünyasından qurtardı, Yusifi qaranlıq quyunun dibindən çıxarıb Misir taxtına oturtdu!
    Hatəm Əsəm haqqında bir hekayə
    Hatəm İsəm öz dövrünün tanınmış arifi olmuşdur. Xalq arasında böyük hörmətə malik olmasına baxmayaraq, maddi çətinliklər içində yaşamışdır.
    Bir gecə dostlarla oturub Kəbə evinin ziyarətindən danışdıqları vaxt Hatəmin qəlbində bu ziyarətə böyük bir eşq alovlanır. Evə qayıtdıqdan sonra ailə-övladlarına deyir: "Əgər razı olsaydınız, Allah evinin ziyarətinə gedər, sizin üçün də dua edərdim.” Xanımı etiraz edərək deyir ki, ailən çətinlik içində yaşadığı vaxt ziyarətə getməyi necə rəva bilirsən? Övladlar da ananın dediklərini təsdiq edirlər. Amma Hatəmin kiçik qızı belə deyir: "Bizə ruzi verən Allahdır, atam isə vasitədir. Əgər atam ziyarətə getsə Allah bizə başqa vasitə ilə ruzi yetirər.” Qızcığazın sözləri bütün ailə üzvlərinə təsir edir və onlar Hatəmə icazə verirlər.
    Beləcə Hatəm Həcc karvanına qoşulub ziyarətə yola düşür. Bu ziyarətin səbəbkarı olan qızcığazı qonşular və yaxınlar çox danlayırlar. Onların fikrincə bu ziyarət səbəbindən ailə böyük çətinliklərə düçar olasıydı.
    Hatəmin qızı çox qəmgin olur. Qəm içində üzüldüyü vaxt belə dua edir: "Pərvərdigara! Bunlar Sənin ehsanına adət ediblər, daim nemət süfrəndən bəhrələniblər. Məni onların yanında xəcil etmə.”
    Bir gün Hatəmin evinin yanından keçən şəhər hakimi onun evinə adam göndərib su istəyir. Hatəmin xanımı öz-özünə deyir: Biz dünən gecə ac yatmışıq, bu gün şəhər hakimi bizə möhtac olub su istəyir.” Hakim yoldaşlarından soruşur ki, bu ev kimindir? Deyirlər ki, Hatəm Əsəmin. Hakim kəmərindəki pul kisəsini çıxarıb Hatəmin həyətinə atır və deyir: "Məni istəyənlər də pul kisələrini atsınlar.” Hamı pul kisəsini çıxarıb həyətə atır.
    Bu hadisəni müşahidə edən qızcığaz ağlamağa başlayır...
    Karvanda Hatəmdən kasıbı yox idi. Onun nə atı, nə də azuqəsi var idi. Karvanda onu tanıyanlar onun səfər ehtiyaclarını ödəyirlər. Bir gecə Həcc əmiri ağır xəstələnir. Karvanın həkimi onun müalicəsində aciz qalır. Əmir deyir: "Karvanda elə bir hal əhli varmı ki, mənə dua etsin? Bəlkə dua mənə kömək edə!” Deyirlər ki, Hatəm Əsəm karvandadır. Əmir xidmətçiləri göndərib Hatəmi yanına çağırır. Hatəm çadıra daxil olub salam verir. Əmirin yanında əyləşib, ona dua edir. Dua qəbul olunur və əmir sağalır.
    Bu hadisədən sonra əmir göstəriş verir ki, Hatəmə minik versinlər və onun Həcc səfərinin xərcini ödəsinlər. Hatəm əmirə təşəkkür edib həmin gecə mehriban Allahı ilə xüsusi raz-niyaz edir. Gecə yatıb yuxuda gördü ki, ona deyirlər: "Ey Hatəm! Bizə etimad göstərən şəxsin halına lütfümüzü şamil edərik. Ailə-övladından ötəri narahat olma. Onların ehtiyacını ödəmişik.” Yuxudan oyanan Hatəm Allaha həmd-səna oxuyur.
    Həcdən qayıdarkən övladları Hatəmin pişvazına çıxırlar. Hatəm körpə qızını qucağına alıb öpür və deyir: "Nə çoxdur batinində böyüklük olan zahirən kiçiklər. Allah yaşın çoxluğuna yox, mərifətin çoxluğuna nəzər salır. Allaha mərifətli və etimadlı olun. Çünki Ona təvəkkül edən himayəsiz qalmaz.”("Ənisül-ləyl”, 292.)
    KƏRAMƏTLİ NƏZƏR
    Böyük arif Seyyid Cəfər Müzarei belə nəql edir:
    Nəcəfin əzəmətli hövzəsinin bir tələbəsi çox çətin vəziyyətdə yaşayırdı. Bir gün bu sıxıntıların təsirindən Həzrət Əlinin (ə) ziyarətinə gəlib Həzrətə (ə) müraciətlə deyir: "Ey mənim Mövlam, mənim maddi vəziyyətim bu qədər ağır olduğu halda nə üçün sən öz hərəmindən bu qədər qiymətli çil-çıraqlar asmısan?!”
    Bu tələbə gecə yuxuda Həzrət Əlini (ə) görür və Həzrət ona belə buyurur: "Əgər Nəcəfdə mənim yanımda qalmaq istəyirsənsə qatıq-çörəklə razılaşmalısan. Əgər yüksək maddi təminat istəyirsənsə Hindistanın Heydərabad şəhərinə gedib filankəsə müraciət etməlisən. Onunla görüşərkən bu misranı oxuyarsan: "Göydə günəş kimi nur saçıb gəzər.”
    Tələbə kitablarını və başqa olanlarını satıb Hindistana yola düşür. Heydərabad şəhərində deyilən ünvanı tapıb qapını döyür. Ev sahibi ilə görüşüb həmin misranı oxuyur. Olduqca varlı olan ev sahibi hörmətli qonaq gözləyirmiş kimi onu qəbul edib böyük diqqət göstərir. Xidmətçilər oğlanı hamama aparır, yuyundurub bahalı libaslar geyindirir və ona lazımınca xidmət göstərirlər.
    Tələbə səhəri gün bu böyük imarətdə ciddi hazırlıq işlərinin getdiyini görür. Bir müddət sonra şəhərin varlı adamları, alimlər təşrif gətirirlər. Məclis qurulur və ev sahibi qonaqlara müraciətlə deyir: "Əziz qonaqlar, mən öz sərvətimin yarısını Nəcəfdən gəlmiş bu tələbəyə bağışlayıram və iki qızımdan birini ona ərə verirəm.”
    Gördüklərindən heyrətə gəlmiş tələbə ev sahibinə yaxınlaşıb astadan soruşur: "Bütün bunlar nə deməkdir?” Ev sahibi deyir: "Bir neçə il əvvəl Həzrət Əlinin (ə) şəninə şer demək istədim. Birinci misranı yaza bilsəm də ikinci misra heç vəchlə alınmadı. Neçə-neçə şairlərə müraciət etsəm də, bu beyti tamamlamaq mümkün olmadı. İş o yerə çatdı ki, ikinci misranı deyəcək şəxsə var-dövlətimin yarısını bağışlayacağımı və qızımı ona ərə verəcəyimi nəzir etdim. Bu misranı isə siz dediniz.” Tələbə deyir ki, bu misranı mənə Həzrət Əli (ə) yuxuda öyrətmiş idi. Ev sahibi də şükür səcdəsi edərək hər iki misranı oxuyur:
    Dəyərsiz zərrəyə Əli (ə) salarsa nəzər,
    Zərrə göyə qalxaraq günəşin işini görər.
    Zərrəyə salsa əgər, Əli (ə) bir anlıq nəzər,
    Zərrə səmaya gedər, günəşin işini görər.
    "İlahi və Mövlayə əcrəytə ələyyə hukmənit-təbətu fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi fəğərrəni bima əhva və əsədəhu əla zalikəl qəza, fətəcavəztu bima cəra ələyyə min zalikə bəzə hududikə və xaləftu bəzə əvamirikə
    ("İlahi, ey mənim Mövlam! Sən hökm verdin, mən isə onun icrasında nəfsimin istəyinə tabe oldum. Düşmənimin işlərimi mənə gözəl göstərəcəyindən qorxmadım, o da məni aldatdı. Qəzavü-qədər də ona kömək etdi. Bu qəzalar səbəbindən verdiyin hökmlərdə bəzən həddi aşdım və bəzi göstərişlərinə müxalif oldum.”)
    Allah-Taalanın müəyyənləşdirdiyi qəlbə aid əqidə nəfsə aid əxlaq, əzalara aid saleh əməl insanın dünya və axirət səadətini təmin edən bəndəlik vəzifələridir. Bu vəzifələr xalis niyyətlə icra olunarsa, insan kamala çatar, əbədi Behiştə qovuşar.
    Allah istəklərinin yerinə yetirilməsində insan üçün əsas maneə nəfs istəkləridir. O, insan qəlbində dünya bər-bəzəyinə maraq oyatmaqla diqqəti əsil məqsəddən yayındırır.
    Ey həvəsə uyan dost!
    Gəl, özünə etmə qəsd.
    Bülbülsən, məşuqun var,
    Bu qəfəs deyilmi dar?!
    Tikanda ağrı, üsyan,
    Çiçəkdir ətir saçan.
    Şir tamah salmaz leşə
    Qul olma hər vərdişə.
    Dövlət gəzmə kənarda,
    Korda deyilsə karda.
    Bağlısa dua əlin,
    Faydasızdır əməlin.
    Rəhm etməsən özünə
    Vurasısan dizinə.
    Özünə zülm edənin
    Axı kim çəkər qəmin?!
    Həzrət Peyğəmbər (s) buyurur: "Sənin ən qatı düşmənin iki sinən arasındakı maddi nəfsdir.”("Biharul-ənvar”, 67-64.)
    Bəli, əmmarə nəfs, ayə və rəvayətlərdə "həva” adlandırılan şey insanın ən qatı düşmənidir və onu əbədi səadətdən uzaqlaşdıraraq çirkin işlərə sövq edir.
    Bir şəxs İmam Rizadan (ə) soruşur ki, dünya və axirət xeyrinin bir yerə toplandığı həqiqət nədir? İmam (ə) buyurur: "Nəfsinə müxalif ol.”("Səfinətül-bihar”, 8-298.)
    Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün cihad nəfsi ilə vuruşanın cihadıdır.”("Vəsailüş-şiə”, 15-163.) "Ey Əli! Sübh oyanarkən kimsəyə zülm etmək fikrində olmayan kəs ən böyük cihad sahibidir.”("Vəsailüş-şiə”, 15-162.)
    Özünü əmmarə nəfsə təslim edən insan onun vəsvəsələrinə aldanır və beləliklə Allah və Qiyamət, vəzifə və ölüm unudulur, insana kamala yetmək üçün verilmiş azadlıq günah və xətalara sərf olunur.
    "Fələkəl huccətu ələyyə fi cəmii zalikə və la huccətə li fi ma cəra ələyyə fihi qəzaukə və əlzəməni hukmukə və bəlaukə”
    ("Sənin üçün mənə qarşı bütün işlərdə dəlillər tamamlanıb. Mənim üçün nəfs həvəslərinin təhriki ilə həyata keçən və Sənin hökmünün vadar etdiyi şeylərdə heç bir üzr yoxdur.”)
    Dəlillər
    Batdığı günahlar, yol verdiyi xətalara görə insanın Allah qarşısında heç bir üzrü yoxdur. Əgər desə ki, qüvvəm çatmayıb, yalan deyir. Bəhanə gətirsə ki, nadan olmuşam, yenə də yalan deyir. 124 min peyğəmbərin, beş ilahi kitabın, milyonlarla din təbliğatçısının, minarələrdən ucalan azan səslərinin xəbərdarlığı nadanlığı bəhanə gətirənlərin ziddinə dəlildir.
    Əgər insan ağıldan zəif olduğunu səbəb göstərsə dünya işlərində göstərdiyi fərasət bu bəhanəni də yalana çıxarar.
    Yuxarıda sadalananlar axirət günü insanın ziddinə gətiriləcək dəlillərin cüzi bir hissəsidir. Demək, bütün bəhanə qapıları bağlanmışdır. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü gözəlliyi ucbatından fəsada düşmüş bir qadın gətirilər. O deyər ki, mənə verdiyin gözəllik səbəbindən günaha düçar oldum. Onun gətirdiyi bəhanəyə qarşı Həzrət Məryəmi (ə) misal gətirib deyərlər: "Sən gözəlsən, yoxsa bu böyük qadın?! Biz onu daha gözəl yaratdıq, amma o özünü qorudu və fəsada düşmədi.” Sonra gözəlliyinə görə günaha düşmüş bir kişi gətirilər. O da düşdüyü günahlarda gözəlliyini təqsirləndirər. Onun dəlilini puça çıxarmaq üçün Həzrət Yusifi (ə) gətirər və deyərlər: "Sən gözəlsən, yoxsa bu böyük insan?! Biz onu daha gözəl yaratdıq, amma o özünü günahdan qorudu.” Sonra bəladan qurtarmaq üçün günaha düşmüş bir şəxs gətirilər. Bu şəxs düşdüyü bəlanı üzr gətirəndə ona Həzrət Əyyubu göstərib deyərlər: "Sənin bəlan böyük idi, yoxsa bu böyük insanın bəlası? O daha böyük bəlalara düşdü, amma fəsaddan qorundu.”("Kafi”, 8-228.)
    Candan keç, canan axtar,
    Cananda başqa can var.
    Gör hara çatdı Səlman,
    Saf ürəklə gəz İslam.
    Ötmə yaxşı sal nəzər,
    Bəzən gizli olur şər.
    Burax dünya dərdini,
    Əyəsidir qəddini.
    Düş o şeyin ardına,
    Gorda çatsın dadına.
    Vüsal gəzirsənsə sən,
    Sel axmalı gözündən.
    Çox şirin sonda acı,
    Hamı əməl möhtacı.
    Xızır tək tər axıtsan,
    Şad olarsan bir zaman.
    Bu sözdə tapsan şəfa,
    Bizlərə də et dua.
    "Və qəd ətəytukə ya İlahi, bədə təqsiri və israfi əla nəfsi mutəzirən nadimən, munkəsirən, mustəqilən, mustəğfirən, munibən, muqirrən, muzinən, mutərifən la əcidu məfərrən mimma kanə minni, və la məfzəən ətəvəccəhu iləyhi fi əmri ğəyrə qəbulikə uzri, və idxalikə iyyayə fi səətin min rəhmətikə.”
    ("İndi, ey Məbud, lütf və mərhəmət dolu hüzuruna gəlmişəm. Amma təqsirə yol verib nəfs istəklərində həddi aşdıqdan sonra! Üzrxah, peşman, qəlbisınıq, bağışlanma diləyən, Sənə tərəf qayıdan, günahlarını etiraf edən, qaçmağa yer tapmayan halda ki, Sən, ey mehriban Allah, üzrlərimi qəbul edəsən və məni geniş rəhmətinə çatdırasan!”
    Category: Kumeyl duasının şərhi 2 | Views: 988 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024