İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    1:53 PM
    Kumeyl duasının şərhi 2
    MƏQBUL ƏMƏLLƏR
    Peyğəmbərlərin, imamların, həqiqi övliyaların dualarından biri əməllərin qəbulu və mərhəmətli rəftara nail olmaq arzusu ilə bağlıdır. Bu ilahi şəxsiyyətlər anlamışlar ki, iman və ixlaslı əməl olmadan Allahın rəhmət və mükafatına çatmaq mümkün deyildir. Ona görə də əməlin salehliyinə xüsusi diqqət göstərilmiş və bu əməllərin qəbulu üçün dua edilmişdir.
    Ayə və rəvayətlərdən məlum olur ki, hər hansı bir əməlin qəbul olunması üçün iman və ixlas əsas şərtlərdəndir. Bilməliyik ki, möminin əməli qəbul edilir və günahları bağışlanır. Kafirin nə böyük əməli qəbul olunur, nə də kiçik günahı bağışlanır.
    Həzrət Əli (ə) buyurur:
    "Allah yanında böyüklük sözün yox, əməlin yaxşılığı ilə müəyyən olunur.”(«Ğurərul-hikəm», 153.)
    "Əməl möminin şüarıdır.”(«Ğurərul-hikəm», 151.)
    "Əməlinizi davam etdirin, davam etdirin əməlinizi. Çünki Allah möminin əməli üçün ölümdən başqa son qərar verməyib.”("Mustədrəkul-vəsail”, 1-130.)
    "Əməllərin ən üstünü iman paklığı, təqva və yəqindir.”(Ğurərul-hikəm”, 155.)
    İmam Sadiq (ə) buyurmuşdur: "Allah insanları dünyada atalarının adı ilə çağırıb ki, bir-birilərini tanısınlar. Axirətdə isə əməlləri ilə çağırar ki, mükafat və cəza versin.”("Biharul-ənvar”, 78- 208.)
    Allahın Rəsulu (s) buyurdu: "Əməllərin ən üstünü Allaha iman və onun təsdiqi, Allah yolunda cihad və qəbul olmuş Həccdir. Fəqiri doyurmaq və xoş əxlaq nisbətən yüngüldür. Ondan da yüngül Allahı Onun verdiyi hökmə görə ittiham etməməkdir.”("Kənzul-əmmal”, 43 639.) "Üç əməl əməllərin ağasıdır: hamı ilə insaflı olmaq, din qardaşına kömək, hər zaman Allahı xatırlamaq.”(Mişkatul-ənvar”, 55.)
    Həzrət Əli (ə) buyurur:
    "Xoşbəxt o şəxsdir ki, elmi və əməli, dostluğu və düşmənliyi, əxz və tərk etməsi, danışığı və sükutu Allahın razılığı üçün olsun.”("Tuhəful-uqul”, 91.)
    "Şübhəsiz ki, yalnız ixlaslı əməllərin qəbul olunacaqdır.”(Ğurərul-həkəm”, 155.)
    Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində buyurur: "Əməlin təqvalı olmasına əməlin özündən çox diqqət et. Çünki təqvalı əməl az olmaz. Axı qəbul olunmuş necə kiçik olar? Allah-Taala buyurur: "Allah yalnız təqvalılardan qəbul edər.”("Biharul-ənvar”, 74-88.)
    İmam Sadiq (ə) buyurur:
    "Bir namazı və ya bir yaxşı əməli Allah-Taala tərəfindən qəbul olunan şəxs əzaba düçar olmayacaqdır.”("Kafi”, 3-266.)
    "Bir yaxşı əməli qəbul olunan şəxs əzab görməyəcək və Behiştə daxil olacaqdır.”("Məcmueye-Vərram”, 2-86.)
    Pərvərdigara! Bizi əmələ münasibətdə süstlükdən hifz et, ibadət və çalışqanlıqda həvəs ver, qəlbimizi oyandır!
    Ey qəflət içində xəbərsiz qalan,
    Bilirsənmi eşqlə dirilir insan?!
    Götürsən gözündən qara pərdəni
    Hər yanda görərsən Ona səcdəni.
    Bül-bül nalə çəkər yar sorağında,
    Əlbət, qızılgül də eşq marağında.
    Lal olsun o dil ki, bir yaz gecəsi
    Cilvələr önündə kəsilib səsi.
    Bu eşqin əmriylə dolanmaqda yer,
    Üzən dağlar, düzlər oxumaqda şer.
    Bir sənsən lal olub, kor kimi duran,
    "Allah” söylə ola dərdinə dərman.
    Yetməzmi oturdum damaqla, dişlə
    Yetməzmi başını qatdın min işlə.
    Bəlkə qəlbinə də salasan nəzər,
    İnan ki, bir oldur ruhunu bəzər.
    İnsansan, dünyaya gəlişin ayrı,
    Yaxşı baxsan yetər canının seyri.
    Səndə olan fikir bir kimsənin yox,
    Qəlbində mərhəmət, gözündə yaş çox.
    Bu sərvət, bu məqam kimdə var axı,
    Oxu, insan adlı kitabı oxu.
    Səndən aşağılar səcdədə ikən,
    Sərxoş kimi haqdan kənar gəzirsən.
    Gəl tök ətəyindən tərsliyin daşın,
    İman, təqva, sevgi olsun yoldaşın.
    "Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl-əziməti cəvanihi, vəhəb liyəl-ciddə fi xəşyətikə vəd-dəvamə fil-ittisali bixidmətikə hətta əsrəhə iləykə fi məyadinis- sadiqinə və usriə iləykə fil-barizinə və əştaqə ilə qurbikə fil-muştaqinə və ədnu və minkə dunuvvəl-muxlisinə və əxafəkə məxafətəl-muqininə və əctəmiə fi civarikə məəl-mumininə.”
    ("Pərvərdigara! Sənə xidmət üçün əzalarıma qüvvə ver, qəlbimi bəndəlik üçün möhkəmləndir, mənə əzəmətin qarşısında qorxu üçün ciddilik əta et, xidmətinə çatmaqda daimi müvəffəqiyyət üçün məni dözümlü et ki, müsabiqə meydanlarında Sənə doğru tələsim, cıdıra çıxanlar arasında Sənə doğru hərəkət edim, müştaqlar içində Sənə doğru şövqlə gəlim, pak və ixlaslılar kimi Sənə yaxınlaşım, Səndən yəqin əhli tək qorxum, Sənin yanında möminlərlə bir cərgədə durum.”)
    Qüvvə istəyi
    Əmirəl-möminin Əli (ə) duanın bu hissəsində bütün rəhmət qapılarını açıq görür. Duanın qəbul olması üçün bütün şərtlərin ödəndiyini düşündüyündən insanın kamala çatması ilə əlaqədar mənəvi nemətlər istəyir.
    Həzrət Əli (ə) Allah-Taaladan məşuqa xidmət məqsədilə əzalarına güc, qüvvə diləyir. Möminlərə xidmət Allaha xidmətdir. Bütün bu xidmətlər üçün isə əlbəttə ki, qüvvəyə ehtiyac vardır.
    Əgər Allah-Taala öz bəndəsinə zəruri olan mənəvi, ruhani qüvvəni verərsə ibadət və xalqa xidmətdən şirin ləzzət tapılmaz.
    Xüsusi nemətlərə çatma yolu
    Allah-Taalanın xüsusi nemətlərinə çatmaq üçün doğru yol yolçusu müəyyən şərtlərə əməl etməlidir:
    1. Lazımi iman və təqvaya malik olmayan və bunun üçün çalışmayan adamlara yaxın olmaqdan çəkinmək, övliyalar və hal əhlinə yaxınlaşmaq;
    2. Nəinki haram tikədən, hətta şübhəli yeməklərdən, sahibinin qazanc mənbəyi məlum olmayan süfrələrdən uzaq olmaq;
    3. Mənəviyyatı əxlaq çirkinlikləri, nəfs azğınlıqları, ifrat şəhvətdən təmizləmək və qəlbdə yalnız ilahi xatirələrə yer vermək;
    4. Qarınqululuqdan çəkinmək; 5. Ruha zərərli, süstlük yaradan çox yatmaqdan və ifrat istirahətdən çəkinmək.
    Ünsiyyət
    Həzrət Peyğəmbər (s) buyurur: "Ən qorxulu təhlükə pis yoldaşdır.”("Biharul-ənvar”, 71-666.)
    Həzrət Əli (ə) buyurur:
    "Pis adamla oturub-durmaqdan çəkin. Çünkü o öz yoldaşını həlak edər, maddi və mənəvi cəhətdən süquta uğradar.”(Ğurərul-hikəm”, 431.)
    "Hikmət sahibləri ilə əyləş, elmli insanlarla yoldaşlıq et, dünyadan üz döndər, Cənnətdə məskən seç.”(Ğurərul-hiəm”, 430.)
    İmam Cavad (ə) buyurur:
    "Şər adamla yoldaşlıqdan çəkin. Çünki o, siyrilmiş qılınc kimidir. Görünüşü gözəl, nəticəsi çirkindir.”("Biharul-ənvar”, 71-198.)
    İmam Sadiq (ə) buyurur:
    "Üç qisim insanla dostluqdan çəkin: xəyanətkar, zalım və sözgəzdirən. Çünki bu gün sənə xeyir vermək üçün başqasına xəyanət edən kəs, sabah sənə xəyanət edəcəkdir. Sənə görə başqasına zülm edən, tezliklə sənə zülm edəcəkdir. Başqalarından sənə söz gətirən adam sənin də sözünü başqalarına aparacaqdır.”("Tuhəful-uqul”, 316.)
    Haram tikə
    Həzrət Peyğəmbər (s) buyurur:
    Bir tikə haram yeyənin qırx gecə namazı qəbul olmaz.”("Mizanul-hikmət”, 3-1124.)
    "Haramdan qidalanmış vücuda Allah Behişti haram edib.”("Məcmueye-Vərram”, 1-61.)
    "Bəndənin qarnına bir haram tikə düşən vaxt göylərdəki və yerdəki bütün mələklər ona lənət oxuyar.”("Biharul-ənvar”, 100-12.)
    İmam Baqir (ə) buyurur:
    "İnsanın haram mal əldə etdiyi vaxt onun Həcci, Ümrəsi, sileyi-rəhimi qəbul olmaz.”("Əmaliye-Tusi”, 680.)
    Əxlaqi çirkinliklər
    İmam Səccad (ə) "Səhifə”nin səkkizinci duasında əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən Allaha pənah aparır:
    "Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi, səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə müxaliflik, qəflət yuxusu, həddi aşan səy, batilə üstünlük vermək, günahın davamı, günahı kiçik saymaq, ibadətini böyük hesab etmək, varlılara meyl, kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik, yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək etməmək...”
    Həzrət Peyğəmbərə (s) dedilər: " Bir qadın gündüzlər oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir, qonşuları incidir.” Həzrət (s) buyurur: "Xeyri yoxdur. O, od əhlidir.”("Biharul-ənvar”, 68-394.)
    İmam Sadiq (ə) buyurur: "Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməli puça çıxarır.”("Kafi”, 2-321)
    Qarınqululuq
    Həzrət Əli (ə) buyurur:
    "Çox yeyən adam xəstəliyə düçar olar və qəlbi daşlaşar.”("Biharul-ənvar”, 63- 338.)
    "Qarınqulunun sağlamlığı az, xərci çox olar."(Ğurərul-hikəm”, 360.)
    "Qarınqululuq böyük meyldir. Böyük meyl isə ən böyük eyblərdəndir.”(Ğurərul-hikəm”, 361.)
    İmam Sadiq (ə) buyurur:
    "Möminin qəlbi üçün çox yeməkdən zərərli şey yoxdur. Çox yemək iki xasiyyətə səbəb olar: - daşürəklilik və şəhvətin tüğyanı.”("Müstədrəkəl-vəsail”, 16-211.)
    Çox yatmaq
    İmam Baqir (ə) nəql edir ki, Həzrət Musa (ə) Allaha belə ərz etdi: "Hansı bəndəni daha çox düşmən tutursan?” Allah-Taala buyurdu: "Gecəni murdar (leş) kimi yataqda qalıb, gündüzü bekarçılıqla keçirən.”("Mizanul-hikmət”, 13-6550.)
    İslam Peyğəmbəri (s) buyurur: "Həzrət Süleymanın (ə) anası ona deyirdi ki, gecələr çox yatmaq insanı Qiyamət günü əliboş qoyar.”("Xisal”, 1-28.)
    Həzrət Əli (ə) buyurur: "Yuxu pis düşməndir. Qısa ömrü bada verər, çox mükafatları puça çıxarar.”(Ğurərul-hikəm”, 159.)
    Ya Rəbbi, könlümə eşq ilə can ver,
    Ağıl bir ox, könülsə quş, kaman ver.
    Eşq olmasa müqəvvadır bu bədən,
    Sevən cana göylər olası həmdəm.
    O qüdsi hüzura qaldır qəlbimi,
    Eşq nəsimi titrətsin yarpaq kimi.
    Qurtulum bu cismin dörd divarından,
    Məşuq özü razı qalsın yarından.
    Qurtar düşmən buxovundakı yarı,
    Yoxsa od tutub yanası məzarı.
    İçir eşq şərbətin üqbanı görsün,
    Hicran atın uca yerlərə sürsün.
    Demə yetər, hələ canda çox iş var.
    Dar gəlir əynimə dünya libası,
    Gözləyirəm fələkdən eşq əbası.
    Dünya sevən könlü tutası deyil,
    Ha bəzənə qəlbə yatası deyil.
    İslamın bəyənmədiyi ünsiyyətlərdən çəkinmək, haram tikədən imtina etmək, çox yeməkdən və çox yatmaqdan pəhriz etmək əzalara güc verir. Bu qüvvə fəzasında göz yalnız haqqı görür, qulaq yalnız haqqı eşidir, dil yalnız doğrunu danışır. İnsanın ruhu və cismi böyük eşqlə ibadət və xalqa xidmətə səy göstərir.
    HAQQA (ALLAHA) İBADƏT
    Dünyanın cazibəsindən çıxa bilməyən insanlar ibadət və bəndəliyin həqiqi dəyərini dərk etməkdə acizdirlər. Həqiqi ibadət insanı kamilləşdirir, onu Behiştə qovuşdurur.
    Həzrət Peyğəmbər (s) buyurur:
    "Xalqın ən üstünü o kəsdir ki, ibadəti sevə onu ağuşuna ala, qəlbən ona bağlana, bədəni ilə yerinə yetirə ibadətdən ötəri bütün məşğuliyyətlərdən ayrıla və dünyadan çətin, ya asan keçməkdən qorxmaya.”("Kafi”, 2-83.)
    "Sizin Allahınız buyurur: "Ey Adəm övladı! Mənə ibadətdən ötəri bütün işlərini saxla ki, qəlbinı ehtiyacsızlıq və iki əlini ruzi ilə doldurum! Məndən uzaqlaşsan, qəlbini möhtaclıq, iki əlini işlə dolduraram!”("Kənzül-əmmal”, 43614.)
    "Merac gecəsi Allah-Taala buyurur: "Ey Əhməd! Bilirsənmi insan nə vaxt mənə bəndə olur?” Həzrət ərz etdi ki, bilmirəm. Allah-Taala buyurur: Onda yeddi xasiyyət toplandıqda: onu haramdan saxlayan təqva, onu faydasız şeylərdən hifz edən sükut, göz yaşını artıran qorxu, xəlvətdə Məndən çəkindirən həya, zərurət qədərində yemək, Mənim dünya ilə düşmənliyimə xatir dünya ilə düşmənçilik, Mən sevdiyim üçün yaxşıları sevmək.”("Müstədrəkül-vəsail”, 9- 19.)
    Rəvayətə görə Allah-Taala bəzi səmavi kitablarda buyurmuşdur: "Ey Adəm övladı, mən ölüm bilməyən diriyəm. Sən əmrlərimə itaət et ki, səni də ölməyən diri qərar verim.”
    Ey Adəm övladı! Mənim "ol” dediyim şey dərhal olur. Mənə bəndəlik et ki, səni də belə qərar verim, "ol” dediyin şey dərhal olsun.”("Müstədrəkül-vəsail”, 11-258.)
    Rəvayətlərdə ən üstün ibadətlərdən bəziləri sadalanır: "Allaha mərifət, təvazö, Onun qüdrəti haqqında düşüncə "la ilahə illəllah” və "la həvla və la qüvvətə illa billah” demək, ixlas, möminin haqqını ödəmək, sükut, həcc, oruc, dua, haramdan çəkinmək, gizli ibadət, mehriban danışıq, Əhli-beytə sevgi və itaət.”
    Category: Kumeyl duasının şərhi 2 | Views: 901 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024