İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 14 » Kumeyl duasının şərhi 1
    6:24 AM
    Kumeyl duasının şərhi 1
    HİCRAN XARABASI
    Maddi işlərə ifrat surətdə bağlılıq, şəhvətə əndazəsiz meyl, ləzzətə aludəçilik, bütün vaxtı dünya malı qazanmağa sərf etmək, qafil insanlarla yoldaşlıq, xeyir işlərdən uzaqlıq, israfçılıq, xalqın problemlərinə biganəçilik, vacib işlərdə süstlük, günaha batmaq, elm və maarifdən xəbərsizlik hicran xarabasında sakinliyin nişanələridir. Bu xarabada ilan-çayandan, hiyləgərlikdən, heyvanlıq və şeytançılıqdan, qarətçilik və quldurluqdan, yalan və xəyanətdən, riyakarlıq və eqoizmdən, qeybət və böhtandan, zina və oğurluqdan, təkəbbür və lovğalıqdan, bir sözlə günahdan başqa bir şey tapılmaz. Bu xarabalıqda qiymətli ömür puça çıxır, mənəvi dəyərlər havaya sovrulur, Adəm övladı əbədi bədbəxtliyə düçar olur. Bu xarabada bütün ixtiyar şeytansifət cin və insanların əlindədir. Burada əksər insanlar daxilən heyvandır. Bu xarabadakı varlıqlar həqiqətə arxa çevirərək, zənn və gümana əsaslanırlar. Günahla qol-boyun olan bu dəstə ismət pərdəsini aradan qaldırmış, azğın nəfsin laylasından yatmışdır. Onların arvadları günahkar, qızları hiyləgər, oğlanları qəddar, cavanları şəxsiyyətsiz, qocaları fasiq və bədəməldir. Onlar siçovul, dovşan, ilan, əqrəb xislətlidirlər. Biri dişi, o biri isə quyruğu ilə sancır. Bu xarabanın adı təbiət, padşahı cəhalət, ordusu çirkinliklər, tərkibi haram, məqsədi insanı məhv etməkdir.
    VÜSAL MƏMLƏKƏTİ
    Hicran xarabasının sakininə əqlən və şərən vacibdir ki, səmərəsiz və zərərli şeyləri qəlbindən çıxarıb, vüsal məmləkətinə doğru hicrət etsin. İnsan eşq və çalışqanlıqla hərəkətə gəlməli, zikrdən güc alaraq mərifət və fəzilət, sədaqət və düzlük, haqq və həqiqət, vəfa və səfa, bəndəlik və ibadət, səbir və təvəkkül... məmləkətinə qədəm qoymalı, Allahla yaxınlığın şirinliyini duymalı, vüsal çiçəyinin ətrini almalı, İlahi əxlaqla bəzənməli, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığa nail olmalıdır. Qurani-Kərim çirkinlikdən gözəlliklərə doğru yönəlmiş bu aşiqanə hicrət haqqında buyurur: «Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun peyğəmbərinə tərəf hicrət etsə sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər. Allah bağışlayan və rəhm edəndir.
    İstəklər tüğyanda, mənzilsə uzaq,
    Doğru yol gərəkmiş hər şeydən qabaq.
    Qəflət yuxusunda sovuşmuş ömür,
    Könül qəm odunda qızarmış kömür.
    Bu dəryada dalğa qılıncdan iti,
    Təkində gövhəri düşünmə qəti.
    Dəyərli anları xərcləmə heçə
    Haqqı sevən gərək dünyadan keçə.
    Sevgi günəşidir zülməti yaran,
    Kölgədə oturan gətirməz davam.
    ZİKR
    Araşdırmalara əsasən, «bizikrikə» kələməsindəki «b» hərfi səbəb mənasındadır. Demək, cümlənin mənası belə olur: «Pərvərdigara, mən Sənin zikrinin səbəbi ilə Sənə yaxınlıq axtarıram». «Zikr» kəlməsi üç məna ifadə edə bilər: Allah-Taalaya diqqət və onu qəlbən xatırlamaq; Quran; Peyğəmbər (s) və Əhli-beyt (ə).
    Zikr qəflətin ziddidir. Allahdan qəflətdə olan şəxs ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət edənləri behişt, etməyənləri cəhənnəm gözləyir. Bu qəbil insanlar yalnız Allahın razılığını qazanmaq üçün ibadət edir, insanlara xidmət göstərir, haramdan uzaq olur, başqalarının hüququna riayət edir, elm və mərifət öyrənir və s. Batinə aid olan zikr və diqqət o qədər qüdrətlidir ki, qısa bir müddətdən sonra insanı ibadət şirinliyinin duyulduğu bir məqama çatdırır.
    Ağır qəflətə düçar olmuş Yunus qövmü alim və aşiq bir şəxsin köməkliyi ilə qəflətdən oyandılar. Allah zikrinin köməyi ilə qəflət pərdələri yırtıldı, üzlər torpağa sürtüldü, göz yaşları qəlbləri çirkinlikdən təmizlədi. Onlar həqiqi tövbə etməklə öz vətənlərini ölüm saçan şimşəklərin bəlasından qorudular. Bütün qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, əbədi behiştdə sakin oldular. İbadət və bəndəlik, zikr və diqqət vasitəsi ilə qaranlıq keçmişlərinin üstündən xətt çəkən bu günahkarlar qaranlıqdan işığa çıxmağın yolunu bütün dünyaya göstərdilər. Bəşər tarixinin səhifələrini öz qəlblərinin nuru ilə işıqlandırmış Asya, Əshabi-Kəhf, Bəhlul Nəbbaş, Hürr ibn Yəzid, Fuzeyl Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular.
    Haqqı axtaran insan
    Könül verməz dünyaya.
    Tutar Tanrı yolunu,
    Təslim olmaz xülyaya.
    Düşər tamah atından,
    Gedər üzü məşuqa.
    Cilovu buraxansa
    Uçar başı aşağa
    Bu dünya öz quluna
    Çətin yandıra ürək.
    Ölümə sürünən qul
    Özü qurtulsun gərək.
    Tamahına «sus» deyən
    Çatdı mənzil başına.
    Qənaəti seçənlər
    Otdu elçi daşına.
    QURAN
    Allah-Taala müxtəlif ayələrdə Quranı «zikr» adlandırır: «Şübhəsiz ki, zikri (Quranı) Biz nazil etdik və Biz də onu hifz edəcəyik».("Tövbə”, 105.) Qurani-Kərim öz maarif, əhkam və göstərişləri vasitəsi ilə insanın dünya və axirət səadətini təmin edir. Quran həyat kitabıdır və insanın hidayət nöqteyi-nəzərindən ehtiyaclı olduğu bütün məsələlər bu İlahi Kitabda işıqlandırılmışdır. Quran insanı ən etibarlı yola yönəldir və İlahi ayələrə əməl edənləri böyük mükafatla müjdələyir. Qurana dərin diqqət, onun ayələri haqqında düşüncə cəhalət xəstəliyinin dərmanıdır.
    Quranın göstərişlərinə əsasən, yaxşıya əməl edib, pisdən çəkinmək Allaha yaxınlığın səbəbidir. Qurana əməl edən insan gözəlliklərlə bəzənir, çirkinliklərdən paklanır. Keçmişə aid biliklər və gələcəyə aid xəbərdarlıqlar dərdlərin dərmanı və ictimai nizamın əsasıdır. Həzrət Peyğəmbər (s) Quran vasitəsi ilə ən alçaq kütləni ən üstün cəmiyyət məqamına qaldırdı. Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi səadətə üz tutdu.
    İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qurana üz tutun. Çünki Quran, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul olunan şikayətçi də Qurandır. Quran onu özünə rəhbər tutanı behiştə ona arxa çevirəni cəhənnəmə aparar».("Səvabul-əmal”, 179.) İmam Səccad (ə) buyurur: «Şərq və qərb arasında olan bütün insanlar ölərlərsə Quran mənimlə olsa (tənhalıqdan) qorxmaram».("Biharul-ənvar”, 6-28.) Bəli, tövhid ayələri vücuduna hopmuş, Allahı bəsirət gözü ilə müşahidə etmiş, əzəli və əbədi məhbubu ilə ünsiyyət bağlamış, əxlaq ayələri daxilini işıqlandırmış İmam Səccad (ə) üçün tənhalığın nə qorxusu?! O Həzrət (ə) buyurur: «Quran ayələrində xəzinələr var. Bu xəzinələr açıldığı zaman orada olanları düşüncə ilə nəzərdən keçirmək yaxşıdır».("Əraf”, 23.)
    Quran ayələrini düşünən, bu ayələrin ilahi mənalarını anlayan və əməl edən, zahirini və batinini Quranla tənzimləyən, məbuduna doğru hərəkət edən insan qəlb gözü ilə Onun camalının tamaşasından doymur.
    Bəsirət gözündə olarsa işıq
    Haqqın camalını bilər yaraşıq.
    Taleh gülsə sənə salsa bir nəzər
    Bu nəzər saralmış ömrünü bəzər.
    Ondan gözlərini qaçırsan əgər
    Labüddür olasan bir dəli kafər.
    Onun qəzəbindən bal zəhər dadar,
    Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-acı meyvə)
    Bu odlu sinədən ucala fəryad
    O qadir məbuddan istəyə imdad.
    İnan ki, sübh səhər edilən dua
    Sözsüz ki, tezliklə qılacaq dəva.
    Qəflət bəlasından qurtula bilməz
    Həqiqət haqqında düşünməyən kəs.
    Qəflət bir bəladır tiyəsi qanlı,
    Xilas olar yalnız doğru imanlı.
    PEYĞƏMBƏR (S) VƏ ƏHLİ-BEYT (Ə)
    İmam Baqir (ə) «Doğrudan da, namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırar. Allahın zikri daha böyükdür» ayəsinin haqqında buyurur: «Bizik Allahın zikri və bizik böyük».("Şüəra”, 83.)
    Sözsüz ki, «zikr» dedikdə peyğəmbər və on iki məsum imam nəzərdə tutulur. Bu imamlar Həzrət Peyğəmbərin (s) iman, əxlaq, elm, agahlıq və bəsirət varisləridir. Məhz bu ilahi şəxsiyyətlər Quranı təfsir etmiş, hökmləri çatdırmış, cəmiyyətdə dini və haqqı qorumuşlar. On iki məsum imam həqiqi Quran nümunəsi, hidayət çırağı, insanları həqiqi səadətə yönəldən rəhbər, dünya və axirət xeyrinin təlimatçısıdırlar. Onlar həqiqətləri xatırladır, hadisələri işıqlandırır, elm və ürfan xəzinələrini açırlar. Bu səbəbdən də onlar «danışan Quran» adlandırılırlar.
    Onların rəhbərliyini qəbul etmədən, onların elminə inanmadan, onların göstərişlərinə tabe olmadan, onların vilayət dairəsində durmadan kamil iman, əxlaq və əmələ çatmaq, cəhənnəm əzabından qurtulmaq mümkün deyildir.
    İslam peyğəmbəri (s) ömrünün son anlarında öz ümmətinə belə elan edir: «Mən sizin aranızda iki qiymətli şey qoyuram: Quran və Əhli-beytim. Bu iki şey mənə çatanadək bir-birindən ayrılmaz. Nə qədər ki, bu iki şeydən ayrılmamısınız, heç vaxt yolunuzu azmayacaqsınız». (Bütün şiə və sünni mənbələri).
    Rəhmət dəryasının dürrü imamət,
    Sevgi dolu qəlbin sirri imamət.
    İmamətdir həqiqətə yol açan,
    İmamətdir qaranlığa nur saçan.
    Bu rəhbərlik Allah əmrinə bağlı,
    Hər kəlməsi haqq-ədalət soraqlı.
    Həqiqəti axtaranın çırağı,
    Zülm önündə vuruşanın yarağı.
    Xalqın Xaliqinə səfərdə gücü,
    Hər doğru yolçunun bir ehtiyacı.
    Doğru yolçu imama ehtiyaclı,
    On ikidən birinci Əli adlı.
    Əli «Allah şiri», vilayət şahı,
    Qaranlıq dünyanın nurlu sabahı.
    Əli nə vardırsa sirrinə vaqif,
    Döyüşdə kəsərli, həyatda lətif.
    İman üfüqündə doğan bir günəş,
    Haqqı sevər, ayırmaz əcəm, həbəş
    Namaz üstə var sədəqə verməyi,
    Ən sadədə ən ucanı görməyi.
    Bir sultandır çarıqları yamaqlı,
    Gecə ruzi payla üzü duvaqlı.
    Peyğəmbərin canişini, vəsisi,
    Məzlumların haqqa ucalan səsi.
    Dünyada doğru söz itərdi tamam,
    Olmasaydı on bir övladı imam.
    Qəlbi çirkinliklərdən təmizləmək, ilahi ad və sifətləri anlamaq, bu böyük həqiqətləri şeytansifətlərdən qorumaq, addım-addım Ona yaxınlaşmaq, bir an belə qəflətdə qalmamaq, vacib ibadətləri yerinə yetirmək, Allahın razılığı xatirinə xalqa xidmət göstərməyin hər biri «zikrdir».
    Dünyapərəstlik toz-torpağından təmizlənmiş hal əhli olan bir qrup arif «zikr» kəlməsinin batini mənalarını əsas götürürlər. Onlar Quran ayələrinin cilvələndirilməsini, Peyğəmbər (s) və Əhli-beyt (ə) buyruqlarının həyata keçməsini «zikr» nümunəsi saymışlar. Bəli, həqiqətə yalnız hal əhlinin nəzərdə tutduğu gerçək zikr vasitəsi ilə yaxınlaşmaq olar. Könül mülkümüzə Allahın zikrini hakim edək, Quran göstərişlərini yerinə yetirək, bütün vücudumuzla peyğəmbər və imamların göstərişlərinə tabe olaq. Yalnız bu yolla yaxın bəndələrdən, ibadətin şirinliyini duyanlardan, səadətə çatanlardan ola bilərik. Könül mülkü Allahın ad və sifətlərinə tapındığı, bu mənalar bütün əzalar və ruha süzüldüyü, qəlb mərifət ətrinə büründüyü, vücud Allah eşqinə əsir olduğu vaxt insan Allahla yaxınlığın şirinliyini duyur. Bu məqama çatmış insan şeytanın hiylələrindən amandadır. Onu kimsə Allahdan döndərə bilməz və o, Allahdan qeyrisini tanımaz, görməz, istəməz və tapmaz.
    Ariflər həlqəsinin başı, pəhrizkarların imamı, pakların rəhbəri, aşiq könüllərin şamı, kamil insanların iqtida etdiyi ilahi insan bütün vücudu ilə bu sözləri tərənnüm edirdi: «Hər bir şeydən əvvəl, hər bir şeylə yanaşı və hər bir şeydən sonra yalnız Allahı gördüm».
    Mərifət və bəsirət qoynunda tərbiyə olunmuş imam Hüseyn (ə) aclıq və susuzluğun son həddində bütün müsibətlərin onu mühasirəyə aldığı vaxt, tikə-tikə doğranmış yetmiş bir şəhidin arasında, Əhli-beyt (ə) xanımlarının dözülməz nalələrini eşidən halda qanlı çöhrəsini Allah hüzurunda torpağa qoyub deyir: «Pərvərdigara, Sənin qəzandan xoşhal və razıyam, imtahan və bəlana səbirliyəm, göstərişlərinə təsliməm. Mənim üçün Səndən başqa bir məbud yoxdur.»
    Ya Rəbb, bilirsənmi, nədir istəyim?
    Anlamışam yalnız Sənsən gərəyim.
    Sənsiz yoxdur əldə səbrim, qərarım,
    Əgər üz döndərsən, yanar məzarım.
    Bu könüldə başqa məşuqa yer yox,
    Ötən zamanlarda aldanmışam çox.
    Yuxum xəyalınla çıxsa da ərşə
    Səninləyəm, qəlbə min bir xal düşə.
    Bu bülbül bir gülün ətrinə müştaq,
    Unutmaz eşqini düşsə də iraq.
    Çalsa da cismini acı tikanlar
    Bilir ki, qarşıda şirin vüsal var.
    Ümidsiz şeytandır, ümidvaram mən
    Bu qəlb qurtulacaq nə vaxtsa qəmdən.
    «Və əstəşfiu bikə ila nəfsikə»
    («Səni günah və cəza bəndindən qurtulmaq üçün özümə şəfaətçi qərar verirəm»)
    Duanın bu hissəsi bir neçə həqiqəti göstərir:
    Əvvəla, dua edən şəxs bütün səbəb və vasitələrdən ayrılıb Həzrət Haqqa üz tutmuşdur. Allahdan qeyriləri səhnədən çıxmış və ümid yeganə məbuda bağlanmışdır. Şəfaətçi elə bir kəs olmalıdır ki, şəfaəti qəbul olsun. Allahın şəfaətinə isə heç bir şübhə yoxdur. Bütün bunları anlayan insan günahlarının bəlasından qurtulmaq üçün Allahı şəfaətçi seçir.
    İkincisi, insan özünü o qədər günahkar, üsyankar bilir ki, Allahdan qeyrisinin şəfaətində heç bir təsir görmür. Bəli, yalnız Allah şəfaət verərsə bu ağır bəlalardan qurtulmaq olar. Elə bu səbəbdən də dua edən şəxs ağlar qəlb və göz yaşları, tam təvazö ilə pərişan halda əl açıb deyir: «və əstəşfiu bikə ila nəfsikə».
    ŞƏFAƏTİN MƏNASI
    Mərifət əhlinin fikrincə şəfaət güclünün zəifə yardımından ibarətdir. Bu zəif insan mərifət, iman, saleh əməl, gözəl əxlaqdan məhrum deyil. Onun zəifliyinin səbəbi yol verdiyi günahlardır. Bu günah iman nurunu söndürən günah yox, mənəvi yüksəlişdə süstlük yaradan və behişt yolunda maneə olan günahdır. Allah-Taala öz lütf və mərhəmətinə xatir şəfaəti qərar vermişdir. Yalnız qüdrətli şəfaətçinin sayəsində günahkar mömin günah əsarətindən qurtulub, kamillik yolunda addım atır, günahların cəzasından xilas olur.
    Demək, qiyamətdə şəfaət kafirlərə müşriklərə münafiqlərə imandan üz döndərənlərə şamil edilmir. «Muddəssir» surəsinin 38-48-ci ayələrində oxuyuruq: «Hər kəs öz əməlinin girovudur; sağ tərəf sahibləri istisna olmaqla; onlar cənnətdədirlər, bir-birindən soruşacaqlar; günahkarlar barəsində; sizi cəhənnəmə salan nədir; onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə uyanlarla biz də uyardıq; haqq-hesab gününü yalan sayardıq; ölüm bizi haqlayana qədər; şəfaət edənlərin şəfaəti onlara fayda verməz».
    Şəfaət güclünün mənəviyyatdan məhrum olmamış zəifə yardımıdır və qiyamətin son mərhələsində gerçəkləşər. Şəfaətin təsiri şəfaətçinin məqamından və günahkarın ləyaqətindən asılıdır.("Nuh”, 26.)
    ŞƏFAƏTİN ŞƏRTİ
    Ayə və rəvayətlərə əsasən, şəfaət intizarında olan şəxsin müəyyən həddə qədər imanı və saleh əməlləri olmalıdır. Yalnız bu yolla dünyada yol verilmiş nöqsanları ilahi şəfaətlə aradan qaldırıb, qiyamət səhnəsində behiştə yol tapmaq olar. Bu da mümkündür ki, günahların ağırlığından cəhənnəmə düşmüş şəxs şəfaətə nail olub bu əzabdan qurtulsun.
    DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ
    Ayə və rəvayətlərdən məlum olur ki, insanı ilahi rəhmətə qovuşdurub səadətə çatdıran şəfaətçilər bunlardır: iman, saleh əməl, tövbə Quran, peyğəmbərlər, imamlar, şəhidlər, həqiqi möminlər, rəbbani alimlər. Məhz bu şəfaətçilərin köməyi ilə bir çox kafirlər, müşriklər, qafillər dünyada azğınlıqdan xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına bədbəxtlikdən nicat tapır.
    Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.
    İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».
    Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir.»
    TÖVBƏNİN ŞƏFAƏTİ
    Müaviyyə ibn Vəhəb deyir: İmam Sadiq (ə) buyurdu: «Bəndə xalis tövbə etdiyi vaxt Allah ona məhəbbət göstərib, dünya və axirətdə onu pərdəyə bürüyər». Soruşdum ki, pərdəyə necə bürüyər? Buyurdu: «İki mələyin bu bəndə üçün yazdığı günahları onun yadından çıxarar və onun bədən və əzalarına vəhy edər ki, sizin üstünüzdə edilmiş günahları gizlədin. Bu bəndə Allahla görüşdüyü vaxt onun ziyanına şəhadət verəcək heç bir şey qalmaz.»("Qəsəs”, 24.)
    QURANIN ŞƏFAƏTİ
    Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizi bürüdüyü vaxt Qurana üz tutun. Çünki Quran şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir».("Sad”, 35.)
    Şəfaət haqqında ətraflı məlumat almaq istəyənlər «Biharul-ənvar», «Məhəccətul-bəyza» və digər mötəbər mənbələrə müraciət edə bilərlər.
    «Və əsəlukə bicudikə ən tudniyəni min qurbikə və ən tuziəni şukrəkə və ən tulhiməni zikrəkə»
    («Bəxşişin və səxavətin vasitəsi ilə məni yaxın məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və zikrini qəlbimə ilham etməyini istəyirəm.»)
    Həzrət Əli (ə) bu ilahi cümlələrlə Allah-Taaladan üç böyük məqam istəyir: Allaha yaxın məqam, şükür məqamı və zikr məqamı. Heç şübhəsiz, Allah-Taalanın bəxşiş və səxavəti olmadan bu məqamlara çatmaq mümkün deyildir.
    Əgər Allah-Taala haqq yolçusuna sevgi halı və saleh əməl verərsə onu ilahi məqama çatmaq üçün vasitələrlə təchiz edərsə nailiyyətdən danışmaq olar. Zülmət hicablarından keçməkdə Allahdan yardım almayan kəs yüksək mənəvi məqamlara çata bilməz. Ona görə də dua edən şəxs uyğun üç məqama çatmaq üçün Allahın bəxşiş və səxavət sifətlərinə üz tutur.
    Bu sifətlərin müşahidəsi üçün Həzrət Hüseynin (ə) «Ərəfə» duasının bəzi cümlələrinə diqqət edək:
    «Bütün sitayiş və təşəkkürlər Sənə məxsusdur, ey nöqsanlarıma göz yuman, qəmimi aradan qaldıran, duamı qəbul edən, eybimi örtən, günahımı bağışlayan, istəklərimi verən, düşmənimə qalib edən! Əgər sənin nemətlərini və qiymətli hədiyyələrini saysam, heç vaxt qurtara bilmərəm. Ey mənim sərvərim, ey mənim ağam, Sənsən əta edən, Sənsən nemət verən, Sənsən ehsan buyuran, Sənsən gözəllik bağışlayan, Sənsən davam verən, Sənsən kamala yetirən, Sənsən ruzi verən, Sənsən yardım edən, Sənsən ehtiyacları ödəyən, Sənsən var-dövlətə çatdıran, Sənsən pənahında saxlayan, Sənsən kifayət edən, Sənsən yol göstərən, Sənsən hifz edən, Sənsən pərdə çəkən, Sənsən bağışlayan, Sənsən görməməzliyə vuran, Sənsən güc verən, Sənsən izzətə çatdıran, Sənsən yardımlardan faydalandıran, Sənsən icazə verən, Sənsən təsdiqləyən, Sənsən qalibiyyət əta edən, Sənsən dəva qılan, Sənsən salamatlıq buyuran, Sənsən əziz edən».
    Uyğun sifətlərlə daha dərindən tanış olmaq üçün «Əbu Həmzeye-Sumali» duasının İmam Səccadın (ə) dilindən çıxmış bəzi cümlələrinə nəzər salaq: «Ey mənim ağam, mən Sənin boya-başa çatdırdığın uşağam, mən o nadanam ki, elm öyrətdin, mən o azmış bəndəyəm ki, yol göstərdin, mən o yıxılmış şəxsəm ki, Sən ucaltdın, mən o qorxanam ki, aman verdin, mən o acam ki, Sən doyurdun, mən o təşnəyəm ki, sirab etdin, mən o çılpağam ki, libasa bürüdün, mən o fəqirəm ki, imkan verdin, mən o zəifəm ki, güc bəxş etdin, mən o zəliləm ki, əziz etdin, mən o xəstəyəm ki, şəfa verdin, mən o ağız açanam ki, istəyimi verdin, mən o günahkaram ki, günahımı örtdün, mən o xatakaram ki, görməməzliyə vurdun, mən o azam ki, çoxaltdın, mən o çarəsizəm ki, xilas etdin, mən o qovulmuşam ki, Sən sığınacaq verdin».
    Bəli, haqq yolçusu Allahın səxavət və kərəm sifətlərindən faydalanaraq üç böyük məqama çata bilər.
    YAXINLIQ MƏQAMI
    Bu məqam haqq yolçusu üçün ən üstün məqamdır. Bu məqam Allahın bəxşiş və kərəmi, möminin gözəl əxlaqı, günahdan çəkinməsi, saleh əməli, Peyğəmbər (s) və Əhli-beytə (ə) itaəti, Allah dostları ilə yoldaşlığı və bütün məqamlarda diqqəti vasitəsi ilə əldə edilə bilər. Sözsüz ki, bütün haqq aşiqlərinin itaət və ibadət yolu ilə bu məqama yetişməsi mümkündür. Bu məqama çatan yolçunun vücudunda tövhid həqiqəti cilvələnir, Allahdan qeyri nə varsa, fani olur. O, Allahın izni ilə xilafət kürsüsünə oturub, ilahi qüdrətdən faydalanır. «Ənisül-ləyl» kitabında nəql olunmuş qüdsi hədisdə Allah-Taala buyurur: «Ey mənim bəndəm, mənə itaət et ki, səni Özüm kimi edim. Mənim «ol» dediyim dərhal olur. Sən də bir şeyə «ol» desən, dərhal olar».
    Digər bir hədisdə buyurulur: «Mən əbədi ölməyən diri bir sultanam. Ey mənim bəndəm, mənə itaət et ki, səni də əbədi, ölməz sultan edim».("Ənbiya”, 89.)
    Mərifət əhli bu fikirdədir ki, bütün zahiri və batini ibadətlərdə məqsəd Allaha yaxın məqama çatmaqdır. İtaət və ibadətləri qaydasınca yerinə yetirən şəxs bu ali mərtəbəyə çatası və öz iradəsini Allahın iradəsinə tabe edəsidir. Haqq yolçusu öz itaət və ibadəti ilə Həzrət Haqqa doğru hərəkət etdiyi zaman Allahın rəhməti, ad və sifətləri sürətlə ona yaxınlaşır. Qüdsi hədisdə deyilir: «Mənə bir qarış yaxınlaşana bir dirsək yaxınlaşaram. Mənə bir dirsək yaxınlaşana bir «ba» (qollar üfüqi açıldıqda alınan məsafə) yaxınlaşaram. Hər kəs mənə doğru addım atsa, mən sürətlə ona tərəf gedərəm.»("Yusif”, 101.)
    Bəli, ibadət və itaət, Allaha yaxınlaşma nəticəsində Allah da insana yaxınlaşar. Ayə və rəvayətlərdə bu məqam «yaxın məqam» adlandırılmışdır və bu məqama çatanlara «muqərrəbin» deyilir. Hal əhli o şəxsləri müqərrəbin adlandırır ki, onların fel və sifətləri Allahın fel və sifətləri qarşısında fani olmuşdur. Müqərrəbinin iradəsi Allah iradəsi, danışığı Allah danışığıdır. Qüdsi hədisdə buyurulur: «Allah-Taala buyurur: «Haqq yolçusu daim nafilələrlə (əlavə ibadətlərlə) Mənə yaxınlıq axtarır. Ona eşq bağladığım vaxt eşidən qulağı, görən gözü, danışan dili oluram. Ona düşünən qəlb oluram. Məni çağırdığı zaman cavab verir, istədiyini əta edirəm.»("Ənbiya”, 83.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Müttəqinin sözü vəhy mərtəbəsindədir. Onlardan bəzilərinin dilindən çıxan söz haqqında «səninlə bu şəkildə kim danışıb» soruşulduqda belə deyər: qəlbim fikrimdən, fikrim batinimin dərinliyindən, batinimin dərinliyi Allah tərəfindən mənimlə danışdı».("Muminun”, 118.)
    Bu məqamın ən üstün mərhələsində İslam Peyğəmbəri (s) olmuşdur. Həzrət (s) buyurur: «Məni görən kəs şübhəsiz haqqı görmüşdür.»("Ali-İmran”, 191.) «Allahla mənim aramda elə bir zaman var ki, heç bir yaxın mələk və mürsəl peyğəmbər həmin zamana mənimlə sığmaz».("Əraf”, 14.)
    Həzrət Peyğəmbərdən (s) sonra bu məqamın ən üstün mərhələsinə çatan ariflər mövlası Həzrət Əli (ə) buyurur: «Batin nuru ilə məni tanımaq Allahı tanımaqdır.»("Mustədrəkul-vəsail”, 5-220.)
    Arif şair Cəlaləddin Rumi Allahın müqərrəb bəndəsi olan Həzrət Nuhun (ə) məqamını onun dilindən qələmə almışdır. (İstər Rumi, istər Sədi, istərsə də başqa arif şairlərin şerlərini olduğu kimi tərcümə etmək gücündə olmadığımızdan tərcümələrdə sadəcə şerin əsas mövzusunu saxlaya bilirik. -Mütərcim.
    Ey azğınlar, məndə məndən əsər yox,
    Onda fani olmayandan səmər yox.
    Dünya sevgisindən yığıldım cana,
    Qatıldım büsbütün o bir canana.
    Dediklərim ol mövlanın sözləri,
    Oda çəkər ondan dönən üzləri.
    Category: Kumeyl duasının şərhi 1 | Views: 957 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024