İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 5 » Kitabın adı: Zərif nöqtələr
    7:58 AM
    Kitabın adı: Zərif nöqtələr
    ZƏRİF NÖQTƏLƏR
    (Böyük Rəhbərin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısındakı çıxışlarından seçmələr, 2-ci cild)
    BİRİNCİ FƏSİL: Elm istehsalı və proqramlaşdırma hərəkatı
    1. İslamın və qərbin elm istehsalına baxışı
    Elm istehsalının, yəni elmin sərhədlərini aşıb inkişaf etmək, elm öyrənməklə və elm sahəsində hər hansı bir dərin biliyə malik olmaqla fərqlidir. Bizim ikincisinə ehtiyacımız var. Əlbəttə, bu, o demək deyil ki, birincisinə ehtiyacımız yoxdur, ehtiyacımız var, lakin o, kifayət deyil. Alimlərin müxtəlif elmi sahələrdə, istər humanitar, istərsə də təcrübi elmlərdə olan yazı və araşdırmalarının yaxşı başa düşülüb, insanıın təyin meyarına və uyğun sahədəki son qərarına çevrilməsi yaxşı deyil. Biz görürük ki, bu və ya digər sahələrdə tədqiqatları, araşdırma və nəzəriyyələri öyrənmək qərb dünyasında da qəbul olunan və etmiad göstərilən əsas deyil, xüsusən humanitar sahədə bu belədir. Əlbəttə, bu, təcrübi elmlərdə və texnologiyada da özünü göstərir.
    İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə olan baxış tərzi yeni məlumatlar ortaya qoyur. Bu baxış qərbdə elmi tədqiqatların əsası olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə qarşıdurma əsasında başlayıb. Əlbəttə, onlar buna haqlı idilr, renessansın qiyam etdiyi, dünyanın elm və fikir istqamətini onun ziddinə çəkdiyi bir din - din deyildi, din adı altında xurafat və əfsanələr idi. Orta əsrlər kilsəsinin dini - din və dini məlumatlar deyildi. Təbiidir ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin zehinlərində düyünlər və şübhələr qalsın və onlar üçün anti-dini çıxış yolları tapılsın. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, amma bu, bizdə problem deyil.
    Bizim dünyagörüşümüzdə elm dinin içindən qaynayır, elmin ən yaxşı həvəslənidiricisi dinin özüdür. Bizim tanıdığımız din, Qurandan öyrənib əxz etdiyimiz dini ideologiya, yaranışdan, insandan, metafizikadan, tövhiddən, Allahın iradəsindən, qəza və qədərdən yaratdığımız təsəvvür elmlə uyğundur. Ona görə də, din, elmi istehsal edən və ona həvəsləndirəndir. Nümunəsinə siz özünüz tarixdə baxın. İslamın ilk əsrlərində bu dinin həvəsləndirməsinə görə elmi hərəkət o qədər yüksəldi ki, o zamana qədər dünyada analoqu yox idi. Elm və din bütün sahələrdə bir-birinə qarışmışdı. Elm, tədqiqat və sənaye özünə görə çoxlu inkişaf etdi.
    Bu gün qərbdə otrtaya qoyulan humanitar elmlərin bünövrəsi, iqtisadiyyat, sosiologiya, politologiya və humanitar elmlərin digər sahələri bir anti-dini və qeyri-dini dərkə əsaslanır, yüksək biliyə və İslam tövidinə inanan şəxslərin nəzərlərindən etibarsızdır. Biz bu sahələrdə işləməliyik, təcrübi elmlər sahəsində də çalışmaq lazımdır. Elmi inkişaf bacarığını, yeni yollar və yeni üfüqlər açmaq istedadını özümüzdə yaratmalıyıq. Bizim məqsədimiz bu olmalıdır, bu təvəqqe olunur. Xöşbəxtlikdən, biz inkişaf etmişik, bunu açıq-aydın görmək olar.
    Əgər elm qeyri-dini və anti-dini mühitdə inkişaf etməlidirsə, (inqilabdan qabaqkı dövrdə) ən azı elmi cəhətdən inkişaf etməli idik, amma biz bu sahədə geri qalmış və geridə saxlanılmışdıq. 50 ildən artıq idi ki, bu ölkədə elmi fəaliyyətlər olduqca zəifləmişdi, bəzi sahələrdə isə ümumiyyətlə dayandırılmışdı. Yaradılmış maneələr bu millət üçün öldürücü zəhər kimi idi. Bizim xalqdan özünəinamı almışdılar. Bizim xalqımızı, istedadlı şəxslərimizi və aydın beyinlərimizi bu sərhədlərdən xaricdə olanlara o qədər vurğun etmişdilər ki, ümumiyyətlə heç kəs cürət və cəsarət toplayıb o sözlərin və nəzəriyyələrin əleyhinə hər hansı bir fikir yürütmək haqqında düşünmürdü.
    Əlbəttə, İslam bizə özünəinam verdi, inqilab bizə cəsarət bağışladı. Bu gün gördüklərimiz həmin cəsarətlərin nəticəsidir. Bu cəsarəti gücləndirmək və inkişaf etdirmək lazımdır. Bizim istedadlarımız yaxşıdır, bizim cavanlarımız yaxşıdırlar. Əgər cənabların toxunduqları məsələlər, istedadların zamanında tanınıb cəzb olunması, onların düzgün istiqamətləndirilməsi, işə alınması və istedadlılar sahəsindəki düzgün mənəvi təşkilatşılıq baş tutsa, əgər prezident aparatı yanında bizim təklif etdiyimiz istedadlılar fondu təşkil olunsa, inşallah bu məqsədlərə sarı gedəcəyik. Bu işlər mümkündür və onları icra etmək üçün kifayət qədər iradə vardır. Mən eşitmişəm ki, istedadlılar fondunun bəzi işləri görülüb və artıq əsasnaməsi də yazılıb.(Böyük Rəhbərin universitet müəllimlərilə görüşündəki çıxışından: 16 dekabr 2004.)
    2. Qacarilər və pəhləvilər dövrünün ən böyük faciəsi
    Qacarilərin və pəhləvilərin şahlığı dövründə bu ölkənin başına gətirilən və adətən diqqətdən kənarda qalan ən böyük faciələrdən biri budur ki, dünyada elm qapılarının açıldığı zaman bunlar İranı qapalı saxlayıb, hərəkət və inkişaf etməyə qoymadılar. Ən böyük cinayət budur. Bu, öldürməkdən, yandırmaqdan, həbsə salmaqdan və işgəncə verməkdən qat-qat artıqdır. Bu, neftin pulunu mənimsəməkdən və əcnəbiləri hakim etməkdən artıqdır. Bu, çox mühüm məsələdir. Amma heç kəs buna diqqət yetirmir.(Böyük Rəhbərin ölkə universitetlərinin rektorları ilə görüşündəki çıxışından: 25 fevral 1998.)
    3. Elm qüdrət vasitəsidir, qərblilərin özü elmlə qüdrətləniblər.
    Müstəmləkə altında olan ölkələrdə inkişaf etməyə qoymadıqları və ona qarşı ciddi maneə törətdikləri məsələrdən biri elmdir. Onlar bilirlər ki, elm qüdrət vasitəsidir. Qərblilərin özü elmlə qüdrətləniblər. Bu, tarixi fenomenlərdən biridir.
    Əlbəttə, elm şərqlə qərb arasında hərəkət edib, gah onlarda, gah da bunlarda olub. Bir zaman onlar cəhalətdə idilər. Özlərinin dedikləri kimi, orta əsrlər dövründə dünyanın bu tərəfində elmin çiçəklənməsi dövrü idi. Amma qərblilər elmə yiyələnən kimi ondan iqtidar, sərvətlənmək, siyasi qüdrətlərini genişləndirmək, xalqların sərvətini talamaq və özlərinə sərvət istehsal etmək üçün bir vasitə kimi istifadə etdilər. O sərvətdən yenidən elm istehsal etdilər, elmi yüksəltdilər, inkişaf etdirdilər. Onlar bilirlər ki, elm bir ölkəyə qüdrət bağışlamaqda nə qədər təsirlidir. Buna görədir ki, müstəmləkə sistemini, yəni istismarçı ilə istismar olunan arasındakı əlaqənin dünyaya hakim olmasını isətyirlərsə, istismar altında saxladıqları ölkələri savadlanmağa və elmi inkişafa qoymamalıdırlar. Bu, dəyişməz strategiyadır. Bu gün dünyada bu minvalla hərəkət edirlər. Buna əsasən, elm öyrənmək və tədqiqat aparmaq üçün çalışmaq lazımdır.(Böyük Rəhbərin universitet cihadı ekspertləri və elmi şura üzvlərilə görüşündəki çıxışından: 21 iyun 2004.)
    4. Proqrmlaşdırma hərəkatının mənası
    Bir neçə ildir ki, ölkənin elmi arenasında proqramlaşdırma məsələsini irəli sürmüşəm. Bu nə deməkdir? Yəni biz təkcə öyrənməklə kifayətlənməməliyik. Bizim məqsədimiz, təhsilimizin və tədqiqatımızın məqsədi elmi inkişaf etdirmək olmalıdır; yəni mövcud vəziyyətdə elmi yeniliklərin başlandığı məqama çatmaq. Biz istedad baxımndan dünyada elmi istehsal edənlərdən, yayanlardan, onu inkişaf etdirənlərdən, elm əsasında mürəkkəb texnologiyaları yaradanlardan əskik deyilik. Əlbəttə, elm istehsalı o demək deyil ki, tərcüməni və öyrənməyi kənara qoymaq lazımdır, yox, mən demək istəyirəm ki, tərcümədə və öyrənməkdə dayanmaq lazım deyil.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimlərinin görüşü zamanı etdiyi çıxışdan: 30 oktyabr 2003.)
    5. Bu gün ölkənin elmi təməllərini gücləndirmək vacib məsələdir!
    Bu gün ölkədə yeni nəslin və birinci növbədə siz universitet nümayəndələrinin boynuna düşən ən vacib məsələləsrdən biri ölkənin elmi təməllərini gücləndirməkdir. Bizim elmimiz olmasa, iqtisadiyyatımızda, sənayemizdə, hətta idarəçiliyimizdə və ictimai məsələlərimizdə də geri qalacağıq. Bu gün dünyaya allahlıq edənlər, dünyanın ən böyük humanitar və maddi bazalarına sahib çıxan sirli əllər, bütün okeanlar və həssas boğazlar məhz onların nəzarəti altındadır; istədikləri yerə müdaxilə edirlər. Onlar elmin vasitəsilə bəşəriyyəti bu bədbəxt günə qoymuşlar. Odur ki, onların işlərinə qarşı tədbir görmək üçün elm lazımdır. Elmi cəhətdən inkişaf etmək istəyirsinizsə, elmə yenilik gətirmək cürətiniz olmalıdır. Müəllim və tələbə deyilmiş elmi təriflərin mütləqliyi və daimi hesab olunması zəncirindən azad olmalıdırlar.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimlərilə görüşündəki çıxışından: 30 oktyabr 2003)
    6. Bu ölkədə elmi inkişaf etdirmək iqtidarında olanlar daha artıq məsuliyyət hiss etməlidirlər!
    Bu gün istismarşılığın, imperializmin, Amerikanın və dünyanı qarışdırmış sionistlərin çox həssaslıqla yanaşdıqları məsələlərdən biri, inqilabi quruluşa malik olan ölkələri elmi cəhətdən inkişaf etməyə qoymamaqdır. Onlar bu məsələdə bizim ölkəyə daha artıq həssasdırlar. Çünki onların İslama və İslam inqilabına qarşı həssas mövqeləri başqa heç bir inqilaba qarşı olmayıb, yoxdur və olmayacaq. Əlbəttə, əgər gələcəkdə qeyri-İslami inqilab baş versə, bu qədər həssas olmayacaqlar. Bu gün bu ölkədə elmi inkişaf etdirmək iqtidarında olanlar daha artıq vəzifə duymalıdırlar. Çünki düşmən bizi öz ayağımız üstə durmağa qoymur. Öz ayağı üstə durmaq o zaman baş verəcək ki, elm bizim içimizdən qaynayacaq və biz dilənçi kimi düşmənlərimizə əl açmayacağıq. Yüksək istedad sahibləri, istedadlı şagirdlər və ölkənin gələcəyi üçün faydalı ola biləcək bütün şəxslər çox məsuliyyət hiss etməlidirlər.(Böyük Rəhbərin universitet və elmi hövzə tələbələrinin toplantısındakı çıxışından: 20 dekabr 1989.)
    7. Elm bugünkü dünyada iqtidar vasitəsidir, onu əldə etməliyik!
    Bizim bütün sahələrdə elmi yüksəlişə ehtiyacımız var, elmi cəhətdən inkişaf etməliyik. Əgər cəmiyyətimizdə elmi inkişaf olmasa, heç şübhəsiz, ölkənin sabahı böyük problemlərlə üzləşəcək. Məlumdur ki, maddi dünyanın əldə etdiyi uğurlar elmin vasitəsilə mümkün olmuşdur.
    Elmin maddi və mənəvisi olmur; elm elmdir, maarifdir; elm əziz və dəyərlidir. İnsan mütləq elmin arxasınca getməlidir. Elm hərəkətdə olan insanın görən gözüdür, həmişə onun arxasınca getmək lazımdır. Siz bilirsiniz və görürsünüz ki, başqaları belə etdilər.
    Avropa tarixini oxuyan adam avropalıların xarakterik olaraq kobud olmalarına şübhə etməz. Ütülü paltarda, qalstuklu və ətirli olan zahiri görkəmin çox kobud və qaba batini var. Bu, onların ədəbiyyatlarında və mədəniyyətlərində aşkar görünür. Oraya getməyən və onları yaxından görməyən bəlkə də bunu dərk etməz, amma gedib görənlər bu haqda çoxlu əhvalatlar danışırlar və insan nə olduğunu başa düşür. Belə xarakterə malik bir xalq bu gün bütün dünyaya sözünü deyir və istədiyini yeridir, dünya da onun sözünü qəbul edir. Bu, elmə görədir. Görün elm nə qədər əhəmiyyətlidir.
    Elm olanda, sizin, həyati əhəmiyyətli neft resurslarına malik olmanıza baxmayaraq, təbii ki, ona ehtiyaclı olacaqsınız, buna məcbursunuz. Amma əslində o sizə ehtiyaclı olmalıdır, çünki sizin neftiniz olmasa, onun zavodları işləməz, işıqları yanmaz, soyuq havada qızına bilməzlər. Hər bir şeyləri sizin neftinizdən qaynaqlanır, amma eyni zamanda siz onlara ehtiyaclısınız, onlar sizə və hətta sizin neftinizə də vəzifə təyin edirlər. Bu, elmin xüsusiyyətidir. Elm iqtidar vasitəsidir. Elmi əldə etmək lazımdır, bundan başqa çarəmiz yoxdur.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet rektorları ilə görüşündəki çıxışından: 25 fevral 1998.)
    8. Elm əldə etmədən böyük məqsədlərə çatmaq mümkün deyil.
    Bu gün Allahın lütfü ilə ölkəmizdə yaranmış əhval-ruhiyyəni qorumağa ehtiyacımız var. Biz İslam məfhumları ilə düzgün tanış olmalıyıq. İslam dəyərlərini qorumaq və elmi, İslamın təsvir etdiyi dünyanı yaratmaq üçün işə salmaq lazımdır. İslamın müsəlmanlar üçün proqnozlaşdırdığı dünyanı elmsiz əldə etmək mümkün deyil. Quranın bir neçə yerində təkrar olunan "Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”(Tövbə/33.) ayəsi bütün dünyaya mədəni cəhətdən qələbə çalmaq, bütün xalqların hidayətini ələ almaq və onları nura, mənəviyyata və İlahi təkamülə sarı yönəltmək deməkdir. Elm olmadan bu böyük məqsədə çatmaq mümkün deyil. Yəni cahil və savadsız qalmaqla, elmi cəhətdən yerində saymaqla və həmişə elm istehsal edənlərin əlindəkilərə ehtiyaclı olmaqla bu məqsədlərə çatmaq mümkün deyil. Bunun üçün mütləq elm istehsal etmək lazımdır.(Böyük Rəhbərin Şərqi Avropa İslam təşkilatları ittifaqının bir qrup tələbəsilə görüşündəki çıxışından: 10 avqust 2002.)
    9. Elm istehsalı universitetlərdə və ölkənin digər elmi müəssisələrində müqəddəs iş və ibadət hesab olunmalıdır.
    Elm istehsal etmək - gedilməyən yolları getmək deməkdir. Əlbəttə, bu o demək deyil ki, biz başqalarının getdiyi yolları getməyək və onların təcrübələrinə etinasız yanaşaq. Yox, bu o deməkdir ki, biz düşünək. Bu əzəmətli dünyada və böyük təbiətdə bugünkü mütərəqqi elmin əldə etmədiyi çoxlu bilgilər var. Təbiətin hələ elmə məlum olmayan məsələləri olduqca çoxdur və böyük ehtimalla, bəşərin bu günə qədər əldə etdiklərindən qat-qat artıqdır. Diqqət etməli, düşünməli və naməlum məqamların kəşfinə çalışmalıyıq. Burada deyilən istedadları işə salmalıyıq. Mən bilirəm ki, iranlı beyninin və düşüncəsinin belə istedadı var. Qısa yollar tapmalıyıq, elm vadisində bidətdən və yenilikdən qorxmamalıyıq. Bu hərəkət bizim universitetlərdə, elmi-tədqiqat müəssisələrində kütləvi şəkildə müqəddəs iş və ibadət hesab olunmalıdır. Elmin bütün sahələri belə hərəkət etməlidir. Bizim düşünmək və elmi yeniliklərə nail olmaq cürətimiz olmalıdır.(Böyük Rəhbərin Şəhid Behişti unversitetinin müəllimlərilə görüşündəki çıxışından: 12 may 2003.)
    10. Universitet nümayəndələri elmə praktiki əhəmiyyət verməlidirlər.
    Universitet nümayəndələri elmə əhəmiyyət verməlidirlər. Əhəmiyyət vermək təkcə qəlbə aid olan iş deyil, əməl də lazımdır. Bu əməlin ciddi müqəddimələrə və proqramlara ehtiyacı var. Universitetin zaman və imkanlarından qeyri-elmi iş üçün istifadə etmək, təbii ki, bu elmi iradəni zəiflədəcək. Əgər o iş zərurət həddində olsa, eybi yoxdur. Amma belə işlərdə ifratçılıq elmi baxışa, elmi hərəkata, quruculuğa və bunların ardınca, bizim ehtiyacımız olan elmi qürura zərər vuracaq.(Böyük Rəhbərin təhsil naziri və unversitet rəhbərlərilə görüşündəki çıxışından: 6 yanvar 2005.)
    11. Bütün fənlərdə yenilikçilik və orijinal nəzəriyyələr yaratmaq universitetlərin mühüm vəzifələrindən biridir.
    Universitetlərin mühüm vəzifələrindən biri elmi yenilikçilikdir. Fikri baxımdan qapalılıq təkçə dini mühitlərin və dini düşüncələrin problemi deyil. Bütün yerlərdə qapalılıq, donuqluq, insana yeridilən mütləqçiliyə, düzgün məntiqlə yanaşmadan tabe olmaq böyük bir bəladır. Bir elmi müəssisənin və universitetin ideal vəzifəsi budur ki, elmi məsələlərdə yenilikçi olsun. Elm istehsalının həqiqi mənası da məhz budur. Elm istehsalı təkcə elmin köçürülməsi deyil. Elmi yeniliklər və orijinal nəzəriyyələr yürütmək birinci dərəcəli əhəmiyyət daşıyır. Bunu mən ona görə deyirəm ki, bir mədəniyyət kimi formalaşsın. Bu yenilikçilik təkcə müəllimlərə aid deyil, onun müraciət obyekti tələbələr və bütün elmi arenadır.
    İslam maarifində ictihad adlanan bu elmi yenilikçilik üçün iki şey lazımdır: elmi qüdrət və elmi cürət. Əlbəttə, elmi qüdrət çox mühümdür. Güclü istedad, lazımi məlumat və öyrənmək üçün ciddi çalışmaq elmi qüdrətin əldə edilməsi üçün çox lazımdır. Amma bunlar kifayət deyil. Lazımi elmi qüdrəti olan, amma onun məlumatlar yığınının heç bir yerdə praktiki xeyri olmayan, elm karvanını irəli aparmayan, bir milləti elmi baxımdan yüksəlişə çatdırmayan insanlar çoxdur. Buna əsasən, elmi cürət də lazımdır.
    Elmdən söhbət etdikdə, ola bilsin birinci növbədə sənaye və texnologiya məsələlərinə aid olan elmlər yada düşsün. Amma mən bunu ümumi şəkildə deyirəm. Humanitar elmlərin, ictimai, siyasi və iqtisadi elmlərin, cəmiyyəti və olkəni idarə etmək üçün nəzəri cəhətdən lazım olan müxtəlif məsələlərin elmi yeniliyə, yəni ictihada ehtiyacı var. Bizim elmi mühitlərdə müşahidə olunan və məncə böyük eyiblərdən sayılan məsələlərdən biri budur ki, biz on illərdir xarici və qərbi mətnləri təkrarlayırıq, oxuyuruq, əzbərləyirik. Amma özümüzdən sual və tənqid yürütmürük. Elmi mətnləri oxumaq və elmi hər hansı bir şəxsdən öyrənmək lazımdır. Amma elm öz tərəqqisi yolunda güclü, uca və elmi inkişaf etdirmək cürətnə malik olan işlək ruhlarla yanaşı olmalıdır. Belə olsa, o inkişaf edəcək. Dünyadakı elmi inqilablar belə yaranmışdır.(Böyük Rəhbərin Əmir Kəbir adına sənaye universitetinin müəllim və tələbələri ilə toplantısındakı çıxışından: 27 fevral 2001)
    12. Universitet hərtərəfli proqramlaşdırma hərəkatını ölkənin ixtiyarında qoymalıdır.
    Bizim müəllim və tələbələrimizin mütəfəkkir beyinləri qərbdən gələn və bəzilərinin nəzərində Allah vəhyi hesab olunan, azacıq şübhə edilməsi mümkün olmayan hüquqi, ictimai və siyasi məfhumları müxtəlif elmlərin böyük tədqiqat mərkəzlərində çək-çevir etməlidirlər. Onların qarşısında sual qoymaq lazımdır. Bu mütləqçiliyi sındırmaq və yeni yollar tapmaq lazımdır. Həm onlar istifadə etsinlər və həm də bəşəriyyətə təklif olunsun. Bu gün bizim ölkəmizin buna ehtiyacı var. Bu gün bizim ölkəmizin, universitetdən belə bir təvəqqesi var. Universitet gərək hərtərəfli və dərin bir proqramlaşdırma hərəkatını bu ölkənin və xalqın ixtiyarında qoysun, iş və əmək sahibləri özümüzdən olan elmi yeniliklərlə İslam dəyərlərinə və din təfəkkürünə söykənən ədalətli və inkişaf etmiş bir cəmiyyətin bünovrəsini möhkəmləndirsinlər. Bu gün bizim ölkəmiz universitetdən məhz bunu gözləyir.(Böyük Rəhbərin əmir Kəbir adına sənaye universitetinin müəllimləri və tələbələri ilə toplantısındakı çıxışından: 27 fevral 2001.)
    13. Ölkənin tələbə nəsli bilsinlər: Bu gün elmi üstünlük qərblilərdədirsə, iş və iradə sayəsində sabah onu özümüzünkü edə bilərik.
    Biz dünya elmindən iki yüz il geri qalmışıq. Amma elmin sərhədlərinə çatmaq, o demək deyil ki, avropalıların iki yüz ilə getdikləri yolu biz də iki yüz ilə gedək, sonra onların bu gün çatdıqları məqama çataq. Yox, belə deyil, biz kəsə yollar tapmalıyıq. Biz elmi avropalıların əlindən almalıyıq. Biz öyrənməyə utanmırıq. İslam deyir ki, dünyada bir neçə qrup var. Onların biri bilmədiklərini öyrənmək fikrində olanlardır, öyrənməyə utanmayanlardır. Biz bu gün bəşərin beyninin, ağlının və istedadının nəticəsi olan elmləri öyrənirik. Bilmədiyimiz məsələləri böyük məmnuniyyətlə öyrənirik. Müəllimlərimizə hörmət də edirik. Bizə elm öyrədənlərə hörmətsizlik etmirik. Amma ayrısından elm öyrənmək, şagirdin həmişə şagird qalması mənasında başa düşülməməlidir. Biz bu gün şagirdik, sabah onların müəllimi olacağıq, necə ki, onlar bir gün bizim şagirdmiz idilər, amma indi müəllimimiz olmuşlar.
    Qərblilər elmi bizdən öyrəndilər. Siz Pier Russonun Elmlər tarixi kitabına baxın. Orada deyir dörd-beş əsr öncə bir tacir Avropa ölkələrindən birində bir müəllimə müraciət edir və deyir ki, istəyirəm övladım dərs oxusun, onu hansı məktəbə yollayım? Müəllim cavab verir ki, əgər bu dörd məsələ - toplama, vurma, çıxma və bölməklə kifayətlənirsənsə, onu bizim ölkənin, yaxud digər bir Avropa ölkəsinin istənilən məktəbinə yolla, amma bundan artığını istəyirsənsə, onu Andalosa, yaxud digər müsəlman yaşayan bölgəyə göndərməlisən. Bunu Pier Russo yazır, mənim sözüm deyil.
    Xaç yürüşləri bu sahədə onlara kömək etdi. Onlar bizdən öyrəndilər. Onların alimlərinin bu bölgələrə səfərləri kömək etdi ki, bizdən öyrənsinlər. Həmçinin bizim alimlərimizin o bölgələrə səfərləri və bizim kitabların oralara aparılması bu sahədə onlara böyük kömək göstərdi. Bir gün onlar bizdən öyrəndilər və bizim şagirdimiz oldular, sonra isə bizə müəllimlik etdilər. İndi də biz onlardan öyrənirik, onların şagirdi oluruq və sonra onların müəllimi olacağıq. Buna görə ölkəmizin tələbə, tədqiqatçı və alim nəsli bilsinlər ki, bu gün elmi üstünlük qərblilərdədir, amma sizin əməyiniz və iradəniz sayəsində yaxın gələcəkdə onu sizdən öyrənə bilərlər.(Böyük Rəhbərin Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşündəki çıxışından: 7 iyul 2004.)
    Category: Zərif nöqtələr | Views: 1603 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024