İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 5 » Kitabın adı: Zərif nöqtələr
    7:56 AM
    Kitabın adı: Zərif nöqtələr

    14. Biz elmi sahədə dünyada yeni hesab olunacaq işlər görə bilərik.
    Proqramlaşdırma hərəkatı budur ki, elmi sahədə oturub əlinizi uzatmayın ki, başqaları əksinlər, meyvələrini toplasınlar və özlərinə lazım odluğundan artığını gətirib sizin əlinizə qoysunlar. Get ək, get suvar, get başqalarının düzəltdiyi binanın üzərində bina tik. Bizim məqsədimiz budur. Bəziləri deyirdilər biz başa düşmürük. İndi də hərdən eşidirəm ki, bəzi insanlar məyus danışırlar. Deyirlər məgər biz bunu bacararıq?! Bəli bacararıq. Biz müxtəlif sahələrdə, elmi baxımdan bu gün dünyada yeni olan işlər görə bilərik. Bu, bütün sahələrdə mümkündür.(Böyük Rəhbərin təhsil naziri və unversitet rəhbərlərilə görüşündəki çıxışından: 6 yanvar 2005.)
    15. Elm özümüzünküləşməsə və ölkə elmi cəhətdən geridə qalsa, əcnəbi mədəniyyətlərini yamsılamaq və onların siyasətlərinə icbari tabelik də qacılmaz olacaq.
    Elm o cəmiyyətdə möhtərəm sayılır ki, ölkənin insanlarının daxili mənbəyi qaynayır və elm özününküləşir. Elm üçün kapital qoyuluşu bu məqsədlə olmalıdır. Amma başqalarının elmi nailiyyətləri olsa, bu formulları və sözləri bizlərə öyrətsələr və biz də dərinliyinə varmadan onları öyrənsək, bu, heç bir ölkənin inkişafına kömək etməz; nə bizim, nə də başqa ölkənin.
    Keçmişdə bu ölkədə elm qaynaqları qurumuşdu. Bu iş müxtəlif yollarla baş tutmuşdu. Biri bu idi ki, qərbin elmi tərəqqi sindromu qarşısında bizim ölkədə belə bir təsəvvür çox ciddi şəkildə formalaşmışdı və təkidlə deyilirdi ki, iranlı qadir deyil, iranlı bacarmır, iranlının elmi və sənaye inkişafı üçün lazım olan istedadı yoxdur. Bu gün bu söz sizin qulaqlarınıza tanış deyil. Amma bilin ki, uzun müddət ölkədə bu düşüncə tərzi yayılırdı. Deyirdilər iranlı ancaq ədəbiyyatı bacarır, özü də poetik ədəbiyyatı; gülü-bülbülü və sair belə məsələləri. Ədəbi araşdırmaları da avropalılar və Avropa şərqşünasları gəlib aparırdılar. İranlı ciddi və əsaslı işləri bacarmırdı. Elmi yoxsulluğun nəticəsi sənaye yoxsulluğu oldu. Sənaye yoxsulluğunun nəticəsi bütün ehtiyatları normal dünya yaşayışı səviyyəsinə çatmaq üçün xərcləmək oldu; yəni idxal etmək, montaj sənayesi, həmişə başqalarının ardınca qaçmaq, neft və digər daxili ehtiyatları təqdim etmək. Başqa bir nəticəsi də bu oldu ki, bu ölkədə humanitar istedadlardan əlavə, həm də çoxlu təbii istedadlar dayandı. Alim olmadığından, insanlar sənayeyə də malik olmadılar, elm və texnologiyaları olmadı. Özlərinin təbii sərvətlərindən xəbərsiz qaldılar.
    Uzun illər ötdü. Bu ölkədə neft var idi, amma heç kim bilmirdi ki, bu neft nədir və hansı işə yarayır. Amma inkişaf etmiş əcnəbilər onu tanıyırdılar, onun işlək yerlərini yaxşı bilirdilər. Buna görə də, gəlib onu kəşf etdilər, ona sahib çıxdılar və öz mənafelərinə işlətdilər. Həm bizim ölkəmizdə, həm də dünyanın çoxlu neft ölkələrində belə etdilər. Bütün bunlar elmi geriliyin nəticəsidir. Elm olmayan yerdə sənaye də yoxdur. Sənaye olmasa, cəmiyyətin çoxlu sərvətləri gizli qalar. Sənaye olmasa, bütün ehtiyatlar günün sənayesini əldə etmək üçün xərclənər. Bunun ardınca isə əcnəbiləri izləmək, yad mədəniyyətləri yamsılamaq və çarəsiz halda onların siyasətlərinə tabe olmaq gəlir. Bütün bunlar elmsizlikdən qaynaqlanır. Buna görə də, bu ölkədə elm yayılmalıdır. İnqilabın mühüm işlərindən biri bu idi. Elmi ölkə daxilində yaydı.(Böyük Rəhbərin ramazan ayında tələbələrlə görüşündəki çıxışından: 31 oktyabr 2004.)
    16. Elmi yenilik gətirməyi bacaran millət dünyada izzət, özünəinam və qürur hissi düyacaq.
    Elm bir fərddə izzət və özünəinam yaratdığı kimi, bir xalqda da eyni işi görür. Siz baxın, özü üçün hər hansı bir elmi məqam tanıyan alim insan pul və siyasi qüdrət qarşısında olarkən, bəzi ehtiyaclar üzündən zahirən sazişə və güzəştlərə getsə də, ürəyində özü üçün izzət və hörmət tanıyır. Özündə olanı tərəf-müqabilinin yoxsulluğu ilə müqayisə edir, buna görə də izzət, özünəinam və qürur hissi keçirir. Bir millət də belədir. Elmdən bəhrələnən, elmi tərəqqisi olan və elmdə yenilik göstərə bilən xalq, təbii olaraq özünə inanacaq və qürur duyacaq. Əgər hər hansı bir millətdə inam və izzət mövcüd olsa, onun çoxlu problemləri həll olunacaq, böyük işlər görəcək, risklərdən qorxmayacaq, çətin meydanlara qədəm qoyacaq, dağları yerindən qoparacaq. Bütün bu işlərin açarı elmdir. Biz ölkəmizdə elmi dirçəltməliyik. Bu, məsələnin əsas məqamıdır.
    Elm təkcə maddi elm deyil, humanitar elmlər də çox əhəmiyyətli məsələlərdəndir. Əgər söhbətin arasında yadıma düşsə, bu barədə bəzi məqamlara toxunacağam. Elmin bütün sahələrində, sözün əsl mənasında izzət duymalı, bir millət və bir elmi cəmiyyət olaraq, özümüzdə elm istehsalçısı olmaq və elmi zirvələri fəth etmək hissini yaratmalıyıq. Bu kimin işidir? Onun ən mühüm təməllərindən biri universitetlərdir.(Böyük Rəhbərin təhsil naziri və unversitet rəhbərlərilə görüşündəki çıxışından: 6 yanvar 2005.)
    17. Elm istehsalı məsələsinə yenilikçi və yaradıcı baxışınız olsun.
    Elm adamları universitet muhitində elm istehsalına, elmi sahədə yenilikçi və yaradıcı baxışla yanaşmalıdırlar. Mən bunu elmi mühitdə proqramlaşdırma hərəkatı adlandırmışam. Bizim bu məsələyə ehtiyacımız var. Əlbəttə, bu barədə ən böyük məsuliyyəti dövlət müəssisələri daşıyırlar.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimlərilə görüşündəki çıxışından: 13 noyabr 2002)
    18. Bütün sahələrdə, xüsusi ilə də humanitar elmlər sahəsində elm istehsalına ehtiyacımız var.
    Elm istehsalı məsələsi təkcə fundamental, təcrübi və sair elmlərə aid deyil. O, bütün elmlərə, həmçinin humanitar elmlərə aiddir. Biz xüsusən humanitar elmlər sahəsində, gözlənildiyinin əksinə olaraq, yaxşı və münasib hərəkət etməmişik. Bu elmin iqtisadi, sosioloji, psixoloji, yaxud politoloji sahələrində olan müxtəlif məfhumlarını qərbdə olan elm mərkəzlərindən İlahi vəhy formasında alıb, dəyişilməz formullar kimi öz zehinlərmizdə yerləşdirmişik. Onların əsasında işləmək və öz proqramlarmızı tənzim etmək istəyirik. Lakin bəzən bu formullar uyğun gəlmir, işimizi ləngidir. Bizsə özümüzü qınayırıq ki, onları düzgün işlətməmişik, halbuki bu üslub yanlış üslubdur. Bizim humanitar elmlər sahəsində tədqiqata və yeniliyə ehtiyacımız var. Hüquq, iqtisadiyyat, politologiya və humanitar elmlərin digər köklü sahələrini formalaşdıran və onu istehsal edən əsaslı maddələr və məfhumlar, bizim dərin və zəngin İslam maarifimizdə mövcuddur. Ondan istifadə etmək lazımdır.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimlərinin görüşü zamanı etdiyi çıxışdan: 30 oktyabr 2003.)
    19. Öz düşüncə və təhlillərimizdən istifadə etməməyimiz eyibdir.
    Mən son bir neçə ildə dəfələrlə təkrar etmişəm ki, təcrübə və tərcümə meydanında, tərcümə elmində, tərcümə düşüncəsində, tərcümə ideologiyasında, ideyasında, iqtisadiyyatı və siyasətində həmişəlik qalmamalıyıq. Çünki, insanın öz ağlından, düşüncəsindən və təhlillərindən istifadə etməməsi, gözlərini bağlayıb hər bir sözü qəbul etməsi və ona yeridilən təbliğat dalğasından qorxması eyibdir.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimləri ilə görüşündəki çıxışından: 17 dekabr 2003.)
    20. Ölkə daxilində istedadların, mütəfəkkirlərin və müəllimlərin olması ölkənin elmi çatışmazlıqlarını bərpa edir.
    Biz elmi cəhətdən dünyadan geriyik. Bu fasiləni qət etmək üçün bir yol varmı? Mənim çox qəti fikrim budur ki, biz qısa yollardan istifadə edib ilk baxışdan bərpası mümkün görünməyən bu çatışmazlığı həll edə bilərik. Bu, ona görə belə görünür ki, çoxlu fasilə ilə irəlidə hərəkətdə olan və günbəgün inkişaf edən alətlərlə hərəkəti də sürətlənən bir şəxsin fasiləsi getdikcə artır. Lakin mən qətiyyətlə inanıram ki, bu fasilənin qət olunmasını, bizim ölkəmizdə və bizə oxşar ölkələrdə elmi çatışmazlığın və vücuda gəlmiş yaraların bərpa edilməsini təsəvvür etmək mümkündür. Bizi bu inama cürətləndirən məsələ ölkə daxilindəki istedadların olmasıdır. Amma dostlar, istedad təklikdə kifayət deyil. Mənim təkidim budur ki, istedad lazımi şərtdir, amma kifayətedən şərt deyil. İstedadın yanında alimlərin, mütəfəkkirlərin və müəllimlərin sürəkli səyləri və zəhmətləri də olmalıdır.(Böyük Rəhbərin bütün ölkə üzrə universitet müəllimləri ilə görüşündəki çıxışından: 13 noyabr 2002.)
    21. İstedadlı insanların inkişafı üçün bizim ölkəmizdə heç zaman belə imkan yaranmayıb.
    Bizim ölkəmizin tarixində, ən azı son yeddi-on əsrdə heç zaman istedadlı və elmli cavanlar üçün bugünkü qədər imkan və şərait yaranmayıb. Əgər monqolların hücumundan sonrakı tarixi vərəqləsəniz, görərsiniz ki, bütün bu yeddi yüz-səkkiz yüz ildə - monqolların hücumundan qabaqkı dövrdən bu günə qədər bu ölkədə istedadlı və düşüncəli insan üçün heç zaman bu qədər inkişaf şəraiti yaranmamışdır. Əlbəttə, tarixi öyrənmək lazımdır. Bu, əhəmiyyətli məsələdir. Əgər bugünkü mövqe və vəziyyətmizi düzgün qiymətləndirmək və harada yerləşdiymizi bilmək istəyirsinizsə, tarixi öyrənmək lazımdır. Tarixi yaxşı bilmək çox faydalı bir işdir.(Böyük Rəhbərin universitet tələbələri və elmi hövzə tələbələrinin toplantısındakı çıxışından: 9 dekabr 1990.)
    22. Düşməndən elm öyrənməyə can atmaq ondan asılı olmaq demək deyil.
    Asılılığı elm öyrənməyə can atmaqdan, elm harada olsa, onun ardınca getməkdən ayırmaq lazımdır. Ola bilsin elm bizim düşmənlərimizin əlindədir. Onların yanına gedirik, dizi üstə oturub öyrənirik, eybi yoxdur. Elmin dəyəri çox yüksəkdir. İnsan ondan ötrü öz əleyhdarlarının yanına da gedə bilər. Bu, bir məsələdir, amma elmlərdən digər sahələrdə, məsələn siyasətdə, mədəniyyətdə və bu kimi məsələlərdə düşmənin təsiri altına düşmək isə tamam başqa bir məsələdir. Bizim üçün bu ikincisini yaratdılar. Necə deyərlər, üçüncü dünya üçün istədikləri və planlaşdırdıqları bu ikincidir. Onlar elə etdilər ki, birinci baş tutmasın. On illərdir geri qalmış dünyada problemə çevrilmiş "mütəfəkkir beyinlərin qaçması” da bu qəbildəndir. Bunlar yaxşı və mütəfəkkir insanları oğurlayırlar, elm öyrənmiş güclü istedadların öz ölkələrində işləməsinə icazə vermirlər. Buna əsasən, bu ikinci məsələ universitetlərdə birinci məsələdən artıq əhəmiyyət daşımasa da, ən azı onun qədər əhəmiyyətlidir.(Böyük Rəhbərin Mədəni İnqilab Ali Şurasının üzvlərilə görüşündəki çıxışından: 11 dekabr 1991)
    23. Tərcümə təfəkkürünə qapılmaq mədəni hücumun nümunəsi və böyük müsibətdir.
    Mədəni hücum təkcə zahiri fenomenlərə xas deyil. Məsələ belədir ki, dünyada bir mədəni toplum neftə, veto hüququna, kimyəvi və bioloji silahlara, atom bombasına və siyasi qüdrətə arxalanaraq, başqa ölkə və xalqlar üçün istədiyi bütün inam və əqidələri onlara sırıyır. Odur ki, bir ölkə bəzən tərcümə təfəkkürünə məruz qalır. Düşünəndə də tərcüməli düşünür və başqalarının düşüncəsinin məhsulunu alır; əlbəttə, orijinal məhsulları yox, qüvvədən düşmüş, təhrif olunmuş və sıradan çıxmış məhsulları. Onlar belə məhsulları başqa xalqlara lazım bilir, təbliğat yolu ilə onlara yeridir və yeni fikir adı ilə qarşılarına qoyurlar. Bu, bir xalq üçün hər bir müsibətdən daha böyük və ağırdır.(Böyük Rəhbərin Əmir Kəbir adına sənaye universitetinin müəllim və tələbələri ilə toplantısındakı çıxışından: 27 fevral 2001.)
    24. Qərbin elmi üstünlüyünü onların mədəni üstünlüyü kimi başa düşməyin.
    Başqalarından elm öyrənmək onların mədəniyyətini öyrənməklə qarışdırlmamalıdır. Kiminsə, "qərblilərin elmi yaxşıdır, deməli onların mədəniyyətləri, həyat tərzləri və əxlaqları da yaxşıdır” – deyə düşünməsi çox kobud səhvdir. Xeyr, bunların arasında heç bir bağlılıq yoxdur. Elmləri yaxşıdır, amma bu elm bu mədəniyyətin nəticəsi deyil, əksinə, bu mədəniyyət elmə zərər də vurur.
    Elmin özünəməxsus yaradıcı elementləri var. Onları tapmaq lazımdır. Tüfeylilik, dinsizlik, eqoistlik, pula və maddiyyata sitayiş və maddi dəyərlərin birinciliyi mədəniyyəti, bu gün qərbin düçar olduğu yanlış mədəniyyətlərdir. Əgər o xalq imanlı, saleh, yaxşı işlər görən və dünyanın bər-bəzəklərinə etinasız olsaydı, bu elm bütün dünya üçün faydalı olardı. Necə ki, İslam mədəniyyətinin çiçəklənməsi dövründə - hicrətin 4, 5 və 6-cı əsrlərində görkəmli elm adamları vücuda gəldilər və elmi günün ən uca zirvəsinə çatdırdılar. Bu gün qərbdə yayılan tüfeylilik, dinsizlik və sair bu tip mədəniyyətlər onlara hakim deyildi. İbn sinalar, məhəmməd ibn zəkəriyya razilər, xarəzmilər və digərləri belə idilər. Bunlar qərb mədəniyyətinə oxşar mədəniyyət altında yetişmədilər. Heç qərbin böyük alimləri, qərb elminin əsasını qoyanlar da belə mədəniyyətlərdə böyüməmişlər. Buna görə də, qərbin elmi üstünlüyünü və tərəqqisini heç zaman onun mədəni üstünlüyü kimi başa düşmək lazım deyil.(Böyük Rəhbərin 2001-2002-ci illərdə ali məktəblərə qəbul imtahanlarının nümunəvi abituriyentləri, dünya və ölkə üzrə olimpiyada qaliblərinin toplantısındakı çıxışından: 25 sentyabr 2002.)
    25. Əsl mədəni hücum odur ki, uzun illər iranlı beyninə "sən bacarmırsan” kabusunu yeridiblər.
    Mən mədəni hücum deyəndə bəziləri elə bilirlər məqsədim budur ki, məsələn, bir oğlan saçını bura qədər uzadıb. Elə bilirlər mən uzun saça qarşıyam. Mədəni hücum bu deyil. İranlı beyninə və inamına yeridiblər ki, sən bacarmırsan, sən qərbin və Avropanın arxasınca getməlisən. Əgər bu gün siz humanitar elmlərdə, təbiət elmlərində, fizikada, riyaziyyatda və ya başqa bir elmdə bir nəzəriyyə irəli sürsəniz və bu nəzəriyyə dünyada məşhur olan nəzəriyyələrə zidd olsa, bəziləri onun qarşısında dayanıb deyəcəklər ki, sizin iqtisadiyyatda filan sözünüz filan nəzəriyyənin ziddinədir; sizin psixologiyadakı sözünüz filan şəxsin nəzəriyyəsi ilə müxalifdir. Yəni möminlərin Qurana və İlahi vəhyə etiqadı olduğu kimi, bunların da hansısa bir avropalı alimin nəzəriyyəsinə etiqadları var. Maraqlıdır ki, bəzən bu nəzəriyyələr köhnəlib sıradan çıxır, onun yerinə yeni nəzəriyyələr meydana gəlir, amma bunlar 50 il qabaqkı nəzəriyyələri müqəddəs mətn və bir din kimi qoruyub saxlayırlar. On illərdir ki, Popperin siyasi və ictimai sahələrdəki nəzəriyyələri köhnəlib sıradan çıxıb, Avropada onun əleyhinə onlarla kitab yazılıb. Amma son zamanlar bəziləri peyda olub fəlsəfi dərk iddiası ilə onun nəzəriyyələrini yaymağa başlayıblar. Uzun illərdir ki, dünyanın iqtisadi mərkəzlərinə hakim olan nəzəriyyələr sıradan çıxmış və yeni tezislər ortaya qoyulmuşdur. Amma indi də bəziləri iqtisadi layihələr həyata keçirmək istədikdə köhnəlmiş nəzəriyyələrə baxırlar. Bunların iki eybi var: Biri budur ki, təqlid edirlər, ikincisi budur ki, yeni dəyişikliklərdən xəbərdar deyillər. Vaxtilə onlar üçün tədris olunan bir mətni müdədəs kitab kimi sinələrində saxlayırlar və sonra bizim cavanlarımıza ötürürlər. Bizim ölkəmiz fəlsəfənin beşiyidir, amma onlar fəlsəfəni düşünmək üşün başqalarına müraciət erdirlər.(Böyük Rəhbərin Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşündəki çıxışından: 7 iyul 2004.)
    26. Elm mənəvi dəyərlərin də xidmətində ola bilər, heyvanlıq və yırtıcılığın da.
    Dünyada elmin zatən sekulyar olduğu və dəyərlərlə heç bir əlaqəsinin olmadığını isbat etmək üçün çox çalışdılar, onun üçün fəlsəfə düzəltdilər. Elm məfhumunu dəyərlərdən ayırmaq məqsədi ilə müzakirələr apardılar, arqumentlər gətirdilər.
    Elm və ağıl ikitərəfli alətdir. Onlar dəyərlərin də xidmətində ola bilərlər, heyvanlığın və yırtıcılığın da. Bu, elmin idarəsinin kimin əlində olmasından asılıdır. Əgər elmin idarəsi dünya və qüdrət axtarışında olanların, daha çox sərvətə və daha çox iqtidara malik olmaq istəyənlərin əlində olsa, bu gün dünyadakı mövcud hal yaranacaq, yəni elm istismarçılıq, millətləri təhqir etmək, işğalçılıq, fəsad, seks və heroin üçün alət olacaqdır. Əgər elm olmasaydı, istismarçılıq da olmayacaqdı. Avropalılar elmlərinə görə dünyada at oynadıb millətləri müstəmləkə altında saxlaya bilmişlər. Əgər elmin idarəsi düzgün adamların əlində olsa, belə hallar qarşıya çıxmaz və elm bəşəriyyətin xidmətində dayanar. Onun bu qüdrəti var, belə ola bilər. Buna görə də, elmi sekulyarlaşdırmaq, onun dəyərlə yanaşı ola bilməməsini sübut etmək çox böyük bir çaşdırma və insan zehnini aldatmaqdır. Xeyr, belə deyil, elm dəyərlə yanaşı ola bilər. İslam mənəviyyatının heyvanlıqla, fəsadla və elmdən sui-istifadə etməklə problemi var, elmlə, tədqiqatla və texnologiya ilə yox. Mənəviyyat elmlə yanaşı ola bilər. Elm və biliyin, tədqiqatın nəticəsi mənəviyyat məqsədli ola bilər.(Böyük Rəhbərin unversitet cihadı ekspertləri və elmi şura üzvlərinin görüşündəki çıxışından: 21 iyun 2004.)
    27. Xaricdə təhsil alan tələbələrə tövsiyə
    Təhsil məqsədilə ölkədən xaricə hicrət edən tələbələrə mənim həmişəki tövsiyəm budur ki, bacardığınız qədər məlumatlarınızı genişləndirin, başqalarından öyrənin. İnsan lazım olduqda şagirdlik etməli və öyrənməlidir. Lakin mühüm məsələ budur ki, bir xalq və cavan tələbə nəsli bilsin ki, həmişı şagird qalmamalı və elm istehsalı üçün başqalarına əl açmamalıdır. Onun özü elm istehsal etməlidir.(Böyük Rəhbərin Şərqi Avropa İslam təşkilatları ittifaqının bir qrup tələbəsilə görüşündəki çıxışından: 10 avqust 2002.)
    28. Tədqiqat və elm istehsalının dəqiq təşkilatçılığa ehtiyacı var.
    Biz inqilabdan öncəki dövrdə uzun illər elmdən uzaq qalmışıq. Bir dövr yuxu və mütləq qəflət dövrü idi. Xalqların təbii oyanışının başladığı dövr də aldatmaq dövrü idi. Elmi sözün əsl mənasında ölkəyə daxil olmağa qoymurdular. Millətin başını qatıb, tədqiqat yollarını açmırdılar. İstedadları yetişdirmirdilər, həvəsləndirmirdilər. İnqilab bu sərhədləri və məhdudiyyətləri aradan qaldırdı, elmi oyanış yaratdı. Lakin bu hərəkat idarəsiz, iradəsiz və durğun olsa, bir yerə çata bilməyəcək. Bütün işlərin, o cümlədən, elm və araşdırmaların dəqiq təşkilatçılığa ehtiyacı var. Ona görə də, bu məsələni inkişaf etdirmək lazımdır.(Böyük Rəhbərin unversitet cihadı ekspertləri və elmi şura üzvlərinin görüşündəki çıxışından: 21 iyun 2004.)
    29. Elm istehsalı fərdi məsələ deyil, bir ümumi tələbdir.
    Biz tələbələrin hər birindən elm istehsalı gözləyirik. Ümumiyyətlə, bu məsələ fərdi məsələ deyil, bəlkə də hamının elm istehsalına qüdrəti çatmır. Bu, ümumi bir tələb kimi ortaya qoyulmalı və universitetdə ənənəyə çevrilməlidir. Biz həmişə başqalarının əldə etdiklərini öyrənmək fikrində olmamalıyıq. Onların vasitəsilə əldə edilən nailiyyətləri artırmaq üçün ciddi çalışmalıyıq.(Böyük Rəhbər Şəhid Behişti unversitetinin tələbələrinin suallarını cavablandırarkən: 12 may 2003.)
    30. İstismarçı ölkələrin strategiyalarından biri budur ki, müstəmləkə altında olan ölkələri savadlanmağa qoymasınlar.
    Müstəmləkə altında olan ölkələrdə inkişaf etməyə qoymadıqları və ona qarşı ciddi maneə törətdikləri məsələrdən biri elmdir. Onlar bilirlər ki, elm qüdrət vasitəsidir. Qərblilərin özü elmlə qüdrətləniblər. Bu, tarixi fenomenlərdən biridir.
    Əlbəttə, elm şərqlə qərb arasında hərəkət edib, gah onlarda, gah da bunlarda olub. Bir zaman onlar cəhalətdə idilər. Özlərinin dedikləri kimi, orta əsrlər dövründə dünyanın bu tərəfində elmin çiçəklənməsi dövrü idi. Amma qərblilər elmə yiyələnən kimi ondan iqtidar, sərvətlənmək, siyasi qüdrətlərini genişləndirmək, xalqların sərvətini talamaq və özlərinə sərvət istehsal etmək üçün bir vasitə kimi istifadə etdilər. O sərvətdən yenidən elm istehsal etdilər, elmi yüksəltdilər, inkişaf etdirdilər. Onlar bilirlər ki, elm bir ölkəyə qüdrət bağışlamaqda nə qədər təsirlidir. Buna görədir ki, müstəmləkə sistemini, yəni istismarçı ilə istismar olunan arasındakı əlaqənin dünyaya hakim olmasını isətyirlərsə, istismar altında saxladıqları ölkələri savadlanmağa və elmi inkişafa qoymamalıdırlar. Bu, dəyişməz strategiyadır. Bu gün dünyada bu minvalla hərəkət edirlər. Buna əsasən, elm öyrənmək və tədqiqat aparmaq üçün çalışmaq lazımdır.(Böyük Rəhbərin universitet cihadı ekspertləri və elmi şura üzvlərilə görüşündəki çıxışından: 21 iyun 2004.)
    31. Biz atom texnologiyasına sahib olmaq istəyirik, atom bombasına yox.
    Bəzən atom texnologiyasını atom silahı ilə qarışdırırlar. Lakin əslində belə deyil, onların bir-birinə aidiyyəti yoxdur, ayrı-ayrı şeylərdir. Atom bombası uranın 90 faizdən artıq zənginləşdirilməsinə və çox mürəkkəb texnologiyaya bağlıdır. Bunu yalnız o məqsədi güdənlər edirlər. Bizim belə məqsədimiz yoxdur, ona görə də bu işə can atmırıq, belə bir fikrimiz yoxdur. Bizim atom bombasına ehtiyacımız yoxdur. Biz bu günə qədər öz düşmənlərimizə qələbə çalmışıqsa, bunu atom bombası ilə etməmişik.
    İran xalqı 25 ildir Amerikanı məğlub edir. Məgər belə deyil? Amerika 25 il İran xalqına məğlub olub. Nə ilə, nəyin hesabına? Biz Amerikanı atom bombası ilə məğlub etmişik, yoxsa iradə, iman, ayıqlıq və birliyimizlə? Biz nə istədiyimizi başa düşdük, nəyə nail olmaq istədiyimizi anladıq, yolu tanıdıq, hərəkət etdik, onun-bunun çığır-bağırından qorxmadıq. Biz beləcə qələbə çaldıq. Biz atom bombası ilə qələbə çalmamışıq. Məgər keçmiş SSRİ-nin atom bombası yox idi? Onun atom bombalarının sayı, güman ki, Amerikanın atom bombalarının sayından da artıq idi? Məğlub olmadı? Dünyanın həlledici səhnələrində qələbə və məğlubiyyət bu məsələlərlə deyil. Biz bu gün İslam dünyasına bir model təqdim edirik: dini demokratiya, istiqlaliyyət və milli qürur modeli. İslam dünyası 25 ildir Amerika əleyhinə səfərbər olunub və xalqlar Amerikaya ölüm oxuyurlar. Amerikaya ölüm şüarını kim verirdi? İslam respublikasından və İran xalqından başqa kim deyirdi? İndi isə hamı deyir.
    Biz atom bombası ilə müvəffəqiyyət əldə etmədik. Əzəmətli, tarixi və unudulmaz səhnələrdə qələbə bu silahlarla əldə edilmir. Məgər bu gün sionist rejiminin atom bombası yoxdur? Verilən məlumatlara görə, indi sionist rejiminin anbarlarında bəlkə də 360 atom başlığı mövcuddur. Amma bu rejim neçə ildir tüfəngi belə olmayan, təkcə daşla silahlanan tərəf-müqabilinin qarşısında aciz qalıb. Əlbəttə, bu daş iradə ilə yanaşıdır və imana arxalanır.
    Bizim problemimiz atom bombası deyil, biz atom bombasını neyləyirik? Atom bombasından istifadə etdikdə təkcə düşmən öldürülmür, düşmən olmayanlar da öldürülürlər. Bu, bizim əqidəmizin ziddinədir. Bizim tutduğumuz yollarla və metodlarla uyğun deyil. Yaxşını və pisi, imanlını və günahkarı öldürən, qurunu və yaşı yandıran bomba İslam quruluşunun idealı deyil.
    Amma bizim can atdığımız atom texnologiyası başqa bir məsələdir. Onların müştərək məqamları təkcə uran maddəsindədir. Onun 90 faiz zənginləşmiş urana və mürəkkəb silah sənayesinə ehtiyacı var, bunun isə atom stansiyasının yanacağı üçün təkcə 3-4 faiz zənginləşmiş urana. Buşehr şəhərində bizim belə bir stansiyamız var. 3-4 faiz zənginləşmiş uran hara, 90 faizdən artıq zənginləşmiş uran hara? Bu, beynəlxalq qanunlara əsasən, hamı üçün icazəlidir. Urana ehtiyacı olan və hətta ehtiyacı olmayan bütün ölkələr onu 3-4 faiz həddində istehsal edə bilərlər. Hamının qəbul etdiyi beynəlxalq NPT razılaşması də var. Biz də onu qəbul etmişik. Beynəlxalq qanunlar baxımından da heç bir problem yoxdur.
    Əgər biz bu texnologiyanı əldə etməsək, sabah Buşehrin atom reaktoru işə salındıqda onun yanacağı üçün bu ölkənin-o ölkənin qapısını döyməli və yanacaq dilənməliyik. Sonra da bir gün hər hansı bir siyasi dəlilə görə, ikitərəfli, yaxud beynəlxalq münasibətlər səbəbindən bizə yanacaq vermək istəməsələr, bu, o deməkdir ki, biz stansiyasız qalacağıq. Onlar bunu istəyirlər. Onlar istəyirlər ki, bizim sobamız olsun, amma sobanın nefti onların əlində olsun. Yəni atom reaktoru ilə asılılığı artırsınlar, azaltmasınlar.(Böyük Rəhbərin universitet cihadı ekspertləri və elmi şura üzvlərilə görüşündəki çıxışından: 21 iyun 2004.)
    32. Amerikalıların atom enerjisi məsələsində İran əleyhinə hay-küylərinin iki səbəbi var.
    Bu gün Amerikalıların İran əleyhinə hay-küyünə səbəb olan və bunları əl-ayağa salan məsələ budur ki, onlar İranın atom stansiyasını işə saldığını, atom enerjisi istehsal etdiyini və onun yanacağının da ölkə daxilində istehsal olunduğunu görürlər. Bu, onların təşvişə düşmələrinin birinci səbəbidir. Mən bir dəfə demişəm ki, əgər neft mənbələri onların əlində olsaydı və biz neft istəsəydik, onun bir butulkasını bizə ata-anaları qiymətinə satardılar. Bizim kimi onun bir boçkasını 20, 30, yaxud 35 dollara satmazdılar. Amma görürsünüz ki, neft ölkələri özlərinin məhdud və yeri dolmayan sərvətlərini dəyərsiz pula çevirirlər. Atom yanacağı məsələsində də belə etmək istəyirlər. Yəni bizim atom stansiyası varımızdırsa, yanacaq üçün onlara möhtac olmalıyıq.
    Onların təşvişə düşmələrinin ikinci tərəfi budur ki, bu elmin ölkə daxilində yaranıb inkişaf etdiyini və yerli olduğunu görüb narahatlıq hissi keçirirlər. Əlbəttə, bu, o demək deyil ki, bu aparatı biz ixtira etmişik. Bu, o deməkdir ki, biz bunu öyrənmək üçün onların qapısına getməmişik. Öz cavan alimlərimiz, sizin kimi cavanlar, yüzlərlə mütəfəkkir və aydın beyinlər bu mürəkkəb aparatı işlədib, nəticə əldə edə bilmişlər, elmi inkişaf etdirmişlər, texnologiyanı yaratmışlar. Onun-bunun qapısına getməmişlər. Bu, onların qorxuya düşməsinə səbəb olub. Niyə? Çünki bu, onların müstəmləkəçi fəlsəfələrinin tamamilə ziddinədir. Onların müstəmləkə altında saxlamaq istədikləri ölkələr elm və texnologiya əldə etməməlidirlər. Bu sahədə müstəqil olmayıb, başqalarına əl açmalı, möhtac olmalıdırlar. Onlar bilirlər ki, bu gün İran və onun xalqı bu texnologiyanı əldə etsə, onun İslam ümmətinin müstəqilliyi və müsəlman izzəti haqqındakı sözləri də müsəlmanlar arasında və İslam cəmiyyətlərində özünə daha artıq yer açacaq, daha tez qəbul ediləcək. Bundan narahatdırlar. Ona görə də hay-küy salırlar. Buna əsasən, məsələnin həqiqəti onları dediklərinin əksinədir.(Böyük Rəhbərin universitet cihadı ekspertləri və elmi şura üzvlərilə görüşündəki çıxışından: 21 iyun 2004.)
    33. Ölkədə atom enerjisini yerliləşdirməyə sarı hərəkər vacib və milli vəzifədir.
    Boş-boş çərənləyənlər əbəs yerə çalışıb "bu işə nə ehtiyac var?” deməsinlər. Xeyr, bu, İran xalqının ehtiyacıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələri özlərinin elektrik enerjilərinin çoxunu, yaxud mühüm bir hissəsini atom stansiyaları vasitəsilə təmin edirlər, neftlə yox. Neft həm ekologiya üçün zərərlidir, həm məhduddur, həm də yanacaqdan daha dəyərli işlərə sərf oluna bilər. Nefti olan xalqları bu nemətdən məhrum etmək istəyənlər deyirlər ki, sizin neftiniz var, atom enerjisi nəyinizə lazımdır? Məgər biz nefti tükətməli və sonra sizə əl açmalıyıq? Millətlərin taleyidirmi sizə ehtiyaclı qalmaq? Onlar deyirlər neftinizi işlədin, əliniz boşaldıqda bizə möhtac olun, bizim yanımıza gəlin.
    Bizim xalqımız bunu qəbul etmək istəmir. Biz elektrik istehsalı üçün atom enerjisisinə sarı getməliyik. Bu, bizim ölkəmizin ehtiyacıdır. Biz mütləq bu yolu getməliyik, yoxsa son bir-iki əsrin geriliyi daha da artacaq, sonra bu xalqı daha bir əsr geriyə salacaq. Buna görə, bu işi davam etdirmək milli vəzifədir.
    Bunu davam etdirərkən onu yerliləşdirməliyik. Yerliləşdirə bilməsək, yenə eyni asılılıq və eyni ehtiyac qarşıya çıxacaq. Əgər asılı olmaq istəmiriksə, işi yerliləşdirmək istəyiriksə, təbiidir ki, təzyiq də olacaq. Təzyiqlərin qarşısında müqavimət göstərmək lazımdır. Bu gün bizim milli vəzifəmiz budur ki, elmin zirvələrinə yaxınlaşana qədər bu texnologiyanı və oxşar texnologiyaları əldə edək. Bu məsələni təqib etmək bizim xalqımız üçün vacibdir, bunu bacaran bütün insanlara vacibdir. Onların vəzifəsi budur ki, xalqı ucaldıb, asılılıqdan xilas etsinlər.(Böyük Rəhbərin universitet cihadı ekspertləri və elmi şura üzvlərilə görüşündəki çıxışından: 21 iyun 2004.)
    Category: Zərif nöqtələr | Views: 1080 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024