İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:29 AM
    Kamil insan
    ALTINCI FƏSİL
    ƏQL MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN İZAH VƏ TƏNQİDİ
    «[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Quranı və şəriəti] öyrədər.»
    (Cümə-2).
    Qədimlərin «kamil insan», müasirlərin isə «ideal insan» adlandırdıqları simanı tanımaq çox lazım və zəruridir. Hər bir məktəbdə tərbiyə və əxlaq məsələləri həmin məktəbin kamil və ideal insanı tanımasına əsaslanır. Biz, islamın kamil insan barəsindəki nəzərlərini öyrənmək üçün bu barədə olan məktəblərin hər birinin nəzərlərini geniş şəkildə açıqlamaq və onların iradlarını bildirərək islamın bu barədəki nəzərini bəyan etmək məcburiyyətindəyik. Keçən söhbətimizdə müxtəlif məktəblərin nəzərlərini qısa şəkildə bəyan etdik. İndi də isə bəhsimizin davamını əql məktəbini araşdırmaqla başlayırıq.
    ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ
    Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi «məni»i onun əqlidir. İnsanın bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi istedad və qüvvələri də onun həqiqi şəxsiyyətini təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə çatmağın mənası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.
    Bu məktəbdə insan cövhərinin və həqiqi «mən»in əql olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o da budur ki, əql dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.
    Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Quranda deyilmiş islami iman dünyanı ümumi şəkildə, olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. Onlar deyirlər ki, Quranda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan gəlməsi, Ona qayıdacağı və Məad adlandırılan əslə iman bəsləməkdən məqsəd dünyanın tanınmasıdır və bundan başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar deyirlər ki, iman mərifət və tanışlıqdır. Amma cüzi mərifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və tanışlığıdır. Fəlsəfi və ümumi mərifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət və cərəyanlarını kəşf edib bilmək mənasındadır.
    BUNA ZİDD OLAN MƏKTƏBLƏR
    Əql məktəbinin müqabilində onlarla həmişə mübarizə aparan bir sıra məktəblər olub. İslam dünyasında bu məktəblə ilk dəfə mübarizə aparan cərəyan işraqilər, ariflər və eşq məktəbi tərəfdarları olublar ki, biz onu sonra izah edəcəyik. Müxalif məktəblərdən digəri isə hədis əhlləridir. Hədis əhli və əxbarilər filosofların bu qədər dəyər verdikləri əqli inkar edirlər. Onlar deyirlər ki, əql, sizin qail olduğunuz qədər dəyərə malik deyildir.
    Bunlardan başqa, son əsrlərdə hiss və təcrübi məktəblər də əql məktəbinə qarşı qiyam edib. Təcrübilər məktəbi son bir neçə əsrdə çox yayılıb inkişaf etmişdir. Onlar deyirlər ki, əql sizin dediyiniz qədər dəyərə malik deyildir və onun elə də yüksək əhəmiyyəti yoxdur. O, hissin qul və nökəridir, insanda əsas əhəmiyyət daşıyan onun hiss və duyğularıdır. Əqlin görə biləcəyi ən böyük iş onun hiss vasitəsilə əldə edilən şeylər üzərində bəzi əməliyyatlar aparmasıdır. Siz xammal gətirilən bir zavodu nəzərdə tutun. Bu zavoda gətirilən xammal, orada olan dəzgahlar vasitəsilə emal edilir. Əgər toxuculuq fabrikini nəzərdə tutsaq görərik ki, ora gətirilən pambıq ilk növbədə təmizlənir, sonra isə ondan sap əyirilir, daha sonra isə həmin saplardan parça toxunur. Əql təklikdə heç nə etmək qabiliyyətinə malik olmayan bu zavod və fabriklərə bənzəyir. O, üzərində əməliyyat aparmaq üçün hiss yolu ilə əldə edilən xammala möhtacdır. Amma bununla belə əql məktəbi tamamilə etibardan düşməyib və indi də qalmaqdadır. Biz indi onlar və müxalifləri arasındakı bəhsləri geniş şəkildə açıqlamaq deyil, bu barədə islamın nəzərini bəyan etmək niyyətindəyik.
    İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ
    Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin etibar və əsilliyidir. Yəni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və «əqli agahlıq» etibarsız deyil, köklü, mötəbər və istinad edilə bilən bilikdir.
    Məktəblərin çoxu əqlə belə bir etibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına etimad etmək səviyyəsində dəyər və etibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mötəbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Möminlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşsını almaqdır. Xristianlığın təlimləri buna əsaslanır.
    Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz «tohid» (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz «Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir» deyə cavab versəniz, yəni «nəticəni götür, müqəddimə ilə nə işin var» misalına əsaslansanız və ya «nənəmdən eşidib yəqinlik əldə etmişəm», yaxud «yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam» kimi cavablar versəniz qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.
    Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mömin xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Quran hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb. Bundan əlavə hədislərimiz əqlə o qədər əhəmiyyət və dəyər veriblər ki, siz hədis kitablarını açanda gördüyünüz ilk fəsil və bölüm «əql kitabı» adı ilə başlanır. Məsələn, bütün hədis fəsillərinə malik «Üsuli-kafi» kitabını açsanız orada ilk fəslin «əql kitabı» olmasını görəcəksiniz. Əhli-beyt məktəbinin bu fəsildəki bütün hədisləri (əvvəlldən axıra kimi) əqli himayə edir.
    İmam Musa ibni Cəfər (ə)-ın çox maraqlı bir ifadəsi var. O həzrət buyurub: «Allahın iki höccət və peyğəmbəri var. Peyğəmbərlərin biri batinidir və o, insanın əqlidir, digəri isə insan olmuş və bəşəriyyəti (düz yola) çağırmış aşkar peyğəmbərlərdir. Allahın iki höccəti var və onlar bir-birlərini tamamlayaraq təkmilləşdirirlər. Yəni bəşər, peyğəmbərlər olmadan təkcə əql ilə səadət yolunu gedə bilməz. Həmçinin əgər peyğəmbərlər tək olsalar və əql olmasa, insan yenə də səadət yolunu gedə bilməz. Əql və peyğəmbər hər ikisi bir-birilə bir iş görürlər.» Əqli himayə etməkdə bundan ali söz tapıb demək mümkün deyildir.
    Belə ibarətlər çoxdur və siz onları çox eşitmisiniz. Məsələn: «Ağıllı adamın yuxusu nadan adamın ibadətindən üstündür», «Ağıllı adamın yemək yeməsi nadanın orucundan üstündür», «Allah hər bir peyğəmbəri göndərməmişdən əvvəl həmin peyğəmbərin əqlini kamala yetirib, belə ki, onun əqlini ümmətinin hamısının əqlindən daha kamil edib.» Biz həzrət Peyğəmbəri (s) «kamil ağıl» adlandırırıq. və s.
    Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi «kamil ağıl» adlandırırıq.
    Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yəni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb – əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi – bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.
    Category: Kamil insan | Views: 906 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024