İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:25 AM
    Kamil insan
    SƏKKİZİNCİ FƏSİL
    1. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
    «[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Quranı və şəriəti] öyrədər.»
    (Cümə-2).
    Bəhslərimiz əslində islam baxımından kamil insanı tanımaq məqsədi daşıyır. Əvvəlki söhbətlərimizdən birində qeyd etdik ki, insan özü-özündən ayrıla bilən yeganə varlıqdır, yəni biz, itlik xislətinə malik olmayan it, pişiklik xislətinə malik olmayan pişik və həmçinin pələngin sifətinə malik olmayan pələng tapa bilmərik. Dünyada olan hər bir pələng, bizim pələnglik adlandırdığımız xislətlərin hər birinə instinkt surətdə malikdir. Amma insan, insanlıq xüsusiyyətlərinə malik olmur və o, həmin xislətləri qazanaraq əldə etməlidir. Həmçinin dedik ki, insanın insan olması onun bioloji quruluş və sistemi ilə qətiyyən bağlı deyil. Belə ki, qədim (və müasir) terminalogiyada insanlıq və adamlıq adlandırılan şey insanın bioloji xüsusiyyətlərindən ayrı bir şeydir.
    center>
    Təne adəmi şərifəst becane adəmiyyət
    Nə həmin libas zibast neşane adəmiyyət.
    İnsan vücudu onun insanlıq ruhuna malik olması səbəbindən əziz və şərəflidir. Gözəl paltar adamlıq və insanlıq nişanəsi deyildir.
    Ümumiyyətlə məlumdur ki, müəyyən bir varlığı insan adlandırdığımız üçün onun müəyyən bioloji quruluş və sistemə malik olması kifayət deyildir. Adamlıq və insanlıq başqa bir şeydir. Anadan doğulan hər bir şəxs bu mənanı daşıyan insan deyil. Hətta deyiblər: «Molla olmaq çox asan, adam olmaq çətindir.»
    İnsan dünyaya alim deyil, alim olmaq istedadlarına malik olan bir varlıq gəldiyi kimi, adam deyil, adam olmaq imkan və istedadına malik bir varlıq kimi gəlir. Belə olan surətdə, bu sual ortaya çıxır ki, hər bir şəxsin olmalı olduğu adamlıq və insanlıq nədir? Həkim və bioloq bu insanlığı bizə göstərə və ya tanıtdıra bilməz. İnsanlıq elə bir şeydir ki, dünyanın ən materialist məktəbləri belə, onu inkar etmirlər. Amma bu elə bir şeydir ki, onu maddi meyarlarla ölçmək mümkün deyildir. Buna görə də biz, insanın özü üçün mənəviyyat qapısı olduğunu deyirik. İnsanın öz vücudunda məna aləmini dərk etməsi və maddi məsələlərdən başqa digər şeylərin də olmasını anlaması üçün olan qapılardan biri insanlıq qapısıdır. Bu elə bir qapıdır ki, mövcud olmasına baxmayaraq, hiss və duyğu orqanları ilə hiss edilməzdir. O, labaratoriyalarda axtarılmaqla tapılmır, amma bütün dünya onun olmasını qəbul edir. Dünyanın ən materialist adamları belə, insani dəyərlər deyəndə, qeyri-maddi insani işlər və məsələləri nəzərdə tuturlar.
    Biz, islam baxımından əsaslı olan insani dəyərləri tanımaq, yəni bu dinin insanın əsaslı dəyərlərini nə hesab etdiyini başa düşmək istəyirik. Müxtəlif məktəblərin nəzərlərini açıqlayaraq onları tənqid etməyincə isə, islamın nəzərlərini tanıyaraq dərk edə bilmərik. Tənqiddən məqsəd irad tutmaq deyil, həqiqi tənqiddir. Həqiqi tənqid sərrafçılıq kimidir, yəni onun qızıl pul üzərində gördüyü işi görmək istəyirik. Sərraf həmin pulun neçə faizinin təmiz qızıl, neçə faizinin gümüş və başqa şey olmasını müəyyənləşdirmək üçün onu xüsusi daşla yoxlayır və əyarını əldə edir. Buna görə də tənqid, hər şeyi rədd etmək demək deyildir. Bizim tənqid etməkdən məqsədimiz, islam meyarlarının həmin pulların nədən düzəldiyini müəyyənləşdirməsidir. Biz bu araşdırmamızda filosof, arif və digər məktəblərin düzəltdikləri pulları yoxlamaq istəyirik. Buna görə də onları bir-bir irəli sürərək barələrində söz açırıq. Başqalarının pullarını dəqiq şəkildə araşdırmayınca islamın təqdim etdiyi pulun necə olmasını başa düşə bilmərik. Mən yəqinliklə bilirəm ki, bu məktəblərin nəzərlərini açıqlayaraq tənqid etmədən əsl insani dəyərlərin nələr olduğunu desəm, heç kəs etiraz edərək başqa şeylərin də olduğunu deməyəcək və ya həmin şeylərin nə üçün dəyərli, digər şeylərin isə dəyərli olmamasının səbəbini soruşmayacaq. Amma məsələ burasındadır ki, biz digər məktəblərin nəzərlərini açıqlayaraq onları həqiqi mənada tənqid etsək, yəni onları islami meyarlarla ölçsək, insan barəsindəki islami dəyərlər və bu dinin həqiqətən dəyərləndirdiyi insani dəyərlərin nədən ibarət olması barəsində məntiqi və əsaslı söhbət edə bilərik. Belə olan surətdə hətta onların neçə faiz dəyərə malik olduğunu da hesablaya bilərik. Belə ki, dəyərlərin hamısını yüz hesab etsək islamın bu barədəki həssaslıqlarını nəzərə alaraq deyə bilərik ki, məsələn filan dəyər insani dəyərlərin əlli faizini, o birisi otuz faizini, üçüncüsü isə on faizini təşkil edir.
    ƏQLİN BƏZİ ARİFLƏR TƏRƏFİNDƏN TƏHQİRİ
    Bizim keçən söhbətlərimizin mövzusu irfan, yəni bu məktəbdəki kamil insan nəzəriyyəsi barəsində idi. Bizim fikrimizcə irfan məktəbi hətta, digər irfanlarla çox fərqlənən, çoxlu islami cəhətlərə malik olan və ariflərinin çoxunun kamil insan nəzəriyyəsi islamın kamil insanına çox-çox yaxın olan islam irfanının kamil insanı da tənqid edilməlidir. Əlbəttə mən, irfan məktəbinin kamil insan nəzəriyyəsinin bütün qədim və müasir məktəblərin nəzəriyyələrindən zəngin olduğunu etiraf edirəm. Çünki nə klassik və nə də müasir məktəblər bu barədə onlara çata bilməyiblər. Amma bütün bununla belə, bu məktəb də bəzi zəif nöqtələrə malikdir ki, onlar tənqid edilməlidir. Keçən söhbətimizdə ariflərin kamil insan nəzəriyyələrinə edilmiş üç tənqidi bəyan etdik. Bu tənqidlər şəxsi deyil, islama məxsusdur. Mən onları islami meyarlarla tənqid edirəm və əslində islam onları tənqid edir. Həmin tənqidlərdən biri bu idi ki, ariflər əqli həddindən artıq çox təhqir ediblər və bəzən onu etibarsız bir şey saymaq həddinə qədər irəliləyiblər.
    Onların eşqin məqamını əqldən yuxarı aparmalarında heç bir şəkk-şübhə yoxdur. Hafizin sözü ilə desək: «Eşqin, əqldən daha çox uca dərgahı var.» Amma onlar əqlin təhqiri məsələsində bəzən ifrata varıblar. Belə ki, təfəkkür, düşüncə, məntiq, deduksiya və bürhanı çox etibarsız bir şey kimi qələmə veririrlər və hətta onu ən böyük maniə adlandırırlar. Onlar hansısa bir filosofun müəyyən mənəvi məqama çatmasını görəndə də çox təəccübləniblər.
    Bu barədə kitablarda məşhur bir hekayət nəql edilib. Məşhur və böyük filosof olmuş İbni Sina çox mühüm və böyük ariflərdən olmuş Əbu Səid Əbulxeyr ilə bir əsrdə yaşayıb. İbni Sina dünyaya göz açdığı yer, yəni Bəlx və Buxarada yaşayıb. Amma sonralar Sultan Mahmudun qorxusundan oradan qaçmağa məcbur olub. Sultan Mahmud, İbni Sinanı saraya aparmaq istəyirmiş, amma o, saraya getmək istəmədiyi üçün vətənini tərk etməli olub. İbni Sina Nişapura gəlib və orada Əbu Səid Əbulxeyr ilə görüşüb. Yazırlar ki, bu iki nəfər üç gecə-gündüz xəlvətə çəkilərək bir-birləri ilə söhbət ediblər. Onlar həmin müddətdə, olduqları yerdən yalnız camaat namazı qılmaq üçün çölə çıxıblar. Bu iki nəfər bir-birlərindən ayrıldıqdan sonra İbni Sinadan onun, Əbu Səidi necə gördüyünü soruşublar və o, belə cavab verib: «O, bizim bildiklərimizi gözü ilə görür.» Əbu Səiddən də soruşublar ki, Əbu Əlini necə gördün? Əbu Səid cavab verib: «Biz hara getdiksə bu kor da əsası ilə bizim dalımızca gəldi.»
    Ariflər əqli həddindən artıq çox təhqir ediblər. Mənim bütün bunlardan məqsədim budur ki, əgər biz Quranın məntiqini bir tərəfə, ariflərin əql barəsindəki məntiqini isə onun yanına qoysaq, onların bir-birləri ilə elə də uyğun olmamalarının şahidi olarıq. Quran, əqli ariflərdən daha çox dəyərləndirib və ona hörmətlə yanaşıb; əql və təfəkkür, hətta sırf əqli deduksiyalara çox istinad edib.
    Şiə və sünniliyindən asılı olmayaraq bütün ariflər öz silsilələrini Əli (ə)-da bitirirlər. Hətta ən təəssübkeş sünnilər arasında irfan silsiləsi Əli (ə)-da sona çatır. Deyirlər ki, mövcud 60-70 silsilədən yalnız biri Əbu Bəkrdə sona çatır, qalan hamısı Əli (ə)-da bitir. Ariflərin, özləri üçün qütb adlandırdıqları Əli (ə) – İbni Əbil Hədidin sözü ilə desək – bəzən ariflərin bütün kitablarda dediklərini dörd sətrdə bəyan etdiyi irfan cövhəri olan Nəhcül-bəlağədə birdən elə filosof olur və elə filosofvari əqli dəlillər gətirir ki, heç bir filosof onun tozuna belə çatmaz, yəni o, əqli heç vaxt təhqir etməyib.
    Buna görə də, islamın kamil insanı irfanın kamil insanından bu cəhətdən fərqlidir. İslamın kamil insanında əql inkişaf edib və ona tam hörmət bəslənilir, halbuki, irfanın kamil insanında əql dediyimiz kimi təhqir edilir. Digər məsələ isə ictimailik və cəmiyyətə meyl göstərmə məsələsidir ki, keçən söhbətlərimizdə bunu da açıqladıq.
    TƏBİƏTDƏN DöNÜKLÜK
    Bu günkü söhbətlərimizdə digər bir məsələni açıqlayacağıq və o, budur ki, irfanın məntiqində belə deyilir: «Nə istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən!» Yəni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd hər bir insana üfürülmüş ilahi ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın səbəbi, onların dünya ilə qəlbi bir hesab etmələridir. Yəni onların fikrincə, bunlar bir-biri ilə uyğun gələn iki dünyanın iki müxtəlif formalarıdırlar və dünya kiçik, qəlb isə böyük aləmdir. Onlar insanın kiçik aləm, dünyanın isə böyük aləm olmasını demirlər, bəlkə bizim böyük dünya adlandırdığımız bu dünyanı kiçik aləm, insanı isə böyük aləm adlandırırlar. Deyirlər ki, aləm kiçik insandır, böyük insan isə sənin daxilində olan şeydir. Mövlananın bu sözlərinə diqqət edin:
    center>
    Çist əndərxom ke əndər nəhr nist
    Çist əndərxane kəndər şəhr nist.
    Küpdə nə var ki, çayda olmasın?! Evdə nə var ki, o, şəhərdə olmasın?!
    Ola bilərmi ki, evdə bir şey olsun, amma o, həmin yerləşən şəhərdə olmasın? Xeyr, çünki həmin ev bu şəhərin bir hissəsidir. Evdə hər nə varsa şəhərdə olan şeyin bir nümunəsidir. Ola bilərmi ki, küpdə bir şey olsun, amma o, bu küpün doldurulduğu çayda olmasın? Xeyr, çünki küpdə olan şey, çayda olanın bir hissəsidir.
    center>
    İn cəhan xəmməsto del çun cuyab
    İn cəhan xaneəsto del şəhre əcab.
    Bu dünya küp, qəlb isə su arxıdır; bu dünya ev, qəlb isə heyrətlər şəhəridir.
    Mövlana qəlbin küp, dünyanın isə su arxı olmasını deyil, dünyanın küp, qəlbin isə su arxı olduğunu deyir. Bu qism şeylər insanı xarici aləmdən çox uzaqlaşdırır. İnsan ev dalınca gedər, yoxsa şəhər? Məlumdur ki, evdə olan hər bir şey şəhərdə varsa o, şəhərin dalınca gedər. İnsan küp və ya kiçik bir qabın dalınca gedər, yoxsa arxın? Əlbəttə ki, kiçik qab və küpün deyil, arxın dalınca gedər.
    İrfan batinpərəstlik, qəlbpərəstlik, batinə diqqət və xaricdən üz döndərməyə əsaslanır və xarici aləmi hətta hədəf və məqsədi, yəni haqqı əldə etmək vasitəsi kimi də rədd edir. Onlar hər şeyin batindən əldə edilməsinə təkid edirlər.
    center>
    Salha del tələbe cami cəm əz ma mikərd
    Vançe xod daşt zebiqane təmənna mikərd
    Qohəri kəz sədəfe kovno məkan birunəst
    Tələb əz qomşodeqane ləbe dərya mikərd
    Muşkele xiş bər pire muğan bordəm duş
    Ku be təyide nəzər həlli muəmma mikərd
    Didəməş xorrəmo xəndan qədəh bade bedəst
    Van dəran ayine səd qune təmaşa mikərd
    Qoftəm in came cəhanbin be to key dad həkim
    Qoft an ruz ki in qonbəde mina mikərd
    Bideli dər həme əhvale xuda ba u bud
    U nəmi didəşo əzdur xudaya mikərd
    İn həme şobədeha əql ke mikərd inca
    Sameri pişe əsabo yədi beyza mikərd
    Qoft on yar kəzo gəşte sərdare bolənd
    Corməş in bud ke əsrari huveyda mikərd
    İrfan «batinə diqqət» məsələsində həddindən artıq inkişaf etmişdir.
    MÖVLANANIN TƏMSİLİ
    Mövlana «Məsnəvi»nin 6-cı dəftərində təmsil olan bir hekayət nəql edib. Həmin hekayətdə deyilir ki, qızıl-gümüş vurğunu olan bir kişi həmişə Allahdan xəzinə istəyərmiş. Ayaqlarının bir yeraltı xəzinəyə batmasını və ömürlərinin axırına kimi rahat yaşamağı arzulayan tənbəllərdən olan bu kişi həmişə dua edərək Allaha belə deyərmiş: «İlahi, dünyaya bu qədər adam gəlib-gedib və onlar torpaq altında qızıl-gümüş basdırıblar; torpaq altında çoxlu xəzinələr var ki, sahibləri ölüb gediblər. Ey Rəbbim, Sən mənə bir xəzinə aşkar et!» Bu kişi bir müddət ancaq bu duanı etməklə məşğul imiş və axşamlar səhərə kimi ağlayaraq nalə edərmiş. Axır ki, bir gecə yuxuda, qeybdən gələn bir səs ona belə deyir: Allahdan nə istəyirsən? Kişi deyir: Mən Allahdan xəzinə istəyirəm. Qeybdən gələn səs ona deyir ki, Allah-taala mənə əmr edib ki, sənə xəzinə yeri göstərim. Mən sənə nişanələr verəcəm və onlara əsasən filan təpənin üstünə gedərsən. özünlə ox və yay da götürərsən və filan nöqtədə dayanaraq oxu yaya qoyub atarsan. Ox hara düşsə xəzinə oradadır. Kişi yuxudan oyanır və bunun çox aydın yuxu olduğunu anlayır. öz-özündə deyir ki, verilən nişanələr düz olsa, yəni nişanələrin deyildiyi yer mövcud olsa xəzinəni mütləq tapacağam. Həmin yeri axtarmağa gedir və görür ki, bütün nişanələr düzdür. O, oxu atmaq üçün deyilmiş yerdə nöqtədə dayanır. İndi ancaq oxu atmaq lazım idi. Amma birdən yadına düşür ki, qeybdən gələn səs oxu hansı tərəfə atmaq lazım olduğunu deməyib. Fikirləşir ki, əvvəl məsələn, qiblə tərəfə atım, inşallah ki, orda olar. Oxu yaya qoyub möhkəm çəkərək qiblə tərəfə atır. Ox bir az gedib yerə düşür. Bel və külüngünü götürərək, gedib həmin yeri qazır. Amma nə qədər qazırsa xəzinə tapmır. öz-özünə deyir ki, yəqin cəhəti səhv müəyyənləşdirmişəm. Oxu başqa bir tərəfə atır, amma yenə də heç bir nəticə əldə etmir. Bu gedişlə oxu hansı tərəfə atırsa xəzinə tapa bilmir. Bir müddət bu işlə məşğul olur və müxtəlif yerləri qazmasına baxmayarq heç nə əldə edə bilmir. O, bu işdən çox narahat olur. Yenə də məscidin bir guşəsinə çəkilir və gileylənməyə başlayaraq belə deyir: «İlahi, bu necə yol göstərmək idi? Atam yandı, amma heç nə əldə etmədim.» Həmin şəxs bir müddət ağlayaraq nalə etdikdən sonra qeybdən gələn səs yenə də onun yuxusuna girir. Kişi yuxusuna girmiş həmin şəxsin yaxasından yapışaraq belə deyir: Bu necə yol göstərmək idi?! Sənin dediklərin yalan çıxdı. Qeybdən gələn səs ondan nə etdiyini soruşur. Kişi dedi ki, sənin dediyin yerə getdim, verdiyin nişanələr düz idi. Mən həmin nöqtəni də tapdım. Oxu yaya qoydum və onu möhkəm çəkərək qiblə tərəfə atdım. Qeybdən gələn səs deyir: Mən sənə nə vaxt dedim ki, bu cür edəsən? Sən mənim sözümdən çıxıbsan, mən dedim ki, oxu yaya qoy, hara düşsə orda xəzinə var. Mən oxu yaya qoyub möhkəm çəkməyi deməmişdim. Kişi deyir: – Düz deyirsən. Səhərisi gün yenə də bel, külüng, ox və yayı götürərək həmin yerə gedir. Oxu yaya qoyur. Onu buraxan kimi ox ayağının altına düşür. O, ayağının altını qazır və görür ki, xəzinə həmin yerdədir.
    Mövlana təmsilin burasına çatanda belə deyir:
    center>
    Ançe həqqəst əz həblül vərid
    Tu fəkəndi tire fekrətra bəid
    Ey kamano tirha bər saxte
    Gənc nəzdiko to dur əndaxte
    İrfanda «özündən tələb et», «qəlb heyrətlər şəhəridir», «dünya küp, qəlb isə su arxıdır», «dünya ev, qəlb isə şəhərdir» və bu kimi məsələlərə çox təkid edilib, yəni xarici aləm və təbiət çox təhqir edilib. İrfan məktəbində təbiətdən hətta kiçik bir kitab və mərifət mənbəyi kimi belə çox az söz açılır, halbuki, Əli (ə)-a nisbət verilmiş kəlamda dünya böyük aləm, insan isə kiçik aləm kimi tanıtdırılıb.
    Əgər biz onların bu məntiqini Quranın məntiqi ilə tutuşdursaq görərik ki, o, bir çox müsbət cəhətlərə malik olmasına baxmayaraq, Quranın təbiətə bu qədər etinasız olmaması müqabilində yetərsizdir. Quran baxımından təbiət və batindəki nişanə və əlamətlər bir-birinin kənarındadırlar. «...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...» (Fussilət-53).
    Əlbəttə mən, insan üçün olan ən ali və şərəfli mərifət və agahlıqların onun öz daxilindən yaranaraq əldə edildiyini qəbul və etiraf edirəm. Amma bu, təbiətin heç nə olması, haqqın nişanəsi və Allahın qüdrət əlaməti olmaması və yalnız qəlbin Allahın aynası olması demək deyil. Bəli, qəlb Allahın bir aynası, təbiət isə digər bir aynasıdır.
    İNSANIN TƏBİƏTLƏ ƏLAQƏSİ
    Burada çox dəqiq bir nöqtə var və o, insanla təbiət arasındakı əlaqənin necəliyidir. İnsanla təbiət arasındakı əlaqə bir-birinə yad olan iki şey arasındakı əlaqədirmi? Yaxud iki yad şey arasındakı əlaqədən də pis, yəni məhbusla zindan və quşla qəfəs arasındakı əlaqə kimidirmi? Yusiflə Kənan quyusu arasındakı əlaqə kimidirmi? Bu məsələ diqqəti cəlb edən mühüm məsələlərdəndir.
    Kimsə deyə bilər ki, ümumiyyətlə insanın dünyaya gəlməsi quşun qəfəsdə, azad insanın zindanda yerləşməsi və Yusifin quyuya düşməsi mənasındadır. Deməli, əgər təbiətin bizim üçün zindan, quyu və ya qəfəs olmasını fərz etsək, insanla onun əlaqəsi yüksək səviyyədə paradoksal (ziddiyyətli) təsəvvür olunmalıdır.
    Buna görə də belə bir sual yaranır ki, bizim təbiətdəki səy və təlaşımız necə olmalıdır? Biz, qəfəsdən nicat tapmaq və bundan başqa heç bir işi olmayan quş və ya zindanla onun divarlarını uçurdub canını oradan qurtarmaqdan başqa çıxış yolu olmayan məhbus kimi çalışmalıyıqmı? Yusifin quyuda karvan gözləməkdən başqa bir işi olmayıb. O, gözləyirdi ki, karvan gəlsin və su götürmək üçün quyuya ip sallayanda ondan tutaraq çölə çıxsın.
    Görəsən Quran və islam, insanın təbiətlə əlaqəsini məhbusla zindan arasındakı əlaqə qismindən hesab edirmi? Yusiflə quyunun əlaqəsi kimi sayırmı? Quşla qəfəs əlaqəsi hesab edirmi? İrfanda bu məsələ üzərində çox təkid edilib. Sənai deyir: «Tovuz quşları kimi qəfəsi sındır və yüksəkliklərə uç», başqası isə «Ey Misirin Yusifi quyudan çıx» kimi sözləri deyib. İnsanın təbiətlə əlaqəsini zindanla məhbus əlaqəsinə bənzətmək barəsində də çox sözlər danışılıb.
    Category: Kamil insan | Views: 818 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024