İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:20 AM
    Kamil insan
    ON BİRİNCİ FƏSİL
    2. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
    MƏHƏBBƏT MƏKTƏBİ
    «Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!»
    (Nəhl-90).
    Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta yaxşı və pis də bu meyarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz və zəif, pislik isə zəiflik mənasındadır.
    Filosoflar adətən bu məsələni «kamillik və naqislik», kəlam alimləri isə «yaxşı və pis» əsasında izah edirlər. Bu məktəbdə isə həmin şeylərin hər ikisini, yəni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik meyarları ilə ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə «haqq və batil», «ədalət və zülm»də bu meyarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.
    QÜDRƏT MƏKTƏBİNİN BİRİNCİ İRADI
    Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.
    Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə «Qadir»dir, yəni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.
    İKİNCİ İRAD
    Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yəni onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz etsək də belə, onun nəticəsi Niçenin gəldiyi «insan qüdrətə tabe olmalıdır», «qüdrət əldə etməyə çalışın», «qüdrət əldə etdikdən sonra hər bir zəifin başından vurun», «nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın maddi ləzzətlərindən bəhrələnin» və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də bunlar deyil.
    RUHİ QÜDRƏT
    İndi isə islam meyarları ilə bir mətləbi açıqlamaq istəyirəm və söhbəti Peyğəmbərdən (s) nəql edilmiş bir rəvayətlə başlayıram.
    Hədis kitablarında nəql edilib ki, Peyğəmbər (s) Mədinədəki məhəllələrdən birindən keçəndə bir qrup gənc müsəlmanın, güclərini yoxlamaq üçün daş qaldırdığını gördü. Onlar bu günkü ağırlıq qaldıranlar kimi, həmin böyük daşı qaldırmaqla güclərini sınayırdılar, biri daşı yerindən bir az qaldıra bilirdi, o biri ondan bir az çox və nəhayət hamı daşı yuxarı qaldırmağa çalışırdı. Peyğəmbər (s) onların yanında dayanaraq buyurdu: Mən sizə bu yarışda hakimlik edimmi? Onların hamısı sevindilər və dedilər: - Ey Allahın Peyğəmbəri! Bundan yaxşı nə ola bilər? Siz bizim bu yarışımıza hakimlik edin və bizlərdən hansımızın daha güclü olmağımızı deyin. Peyğəmbər (s) buyurdu: Yaxşı, mən hakim oluram, amma sizin daşı qaldırmağınıza ehtiyac yoxdur. Siz daşı qaldırmamış mən sizə hansınızın güclü olmasını müəyyənləşdirən bir meyar və ölçü vasitəsi deyirəm. Soruşdular: Hansımız daha güclüdür? O həzrət buyurdu: Nəfsinin onu günaha sövq etməsi və onda günah meyli olmasına baxmayaraq, həmin istək müqabilində müqavimət göstərən şəxs daha güclüdür. Yəni insan, qarşısında olan günah bir işdən xoşu gəldiyi halda, həmin işdən uzaq olur və öz nəfsinin müqabilində dayanaraq bu istəyini həyata keçirməyir!
    Peyğəmbər (s) burada iradi gücün nəfsani istəklər müqabilində dayanması məsələsinə toxunub. Güc, insanın yalnız yerdən daş qaldırması və qüdrət, onun ağır çəkili əşyanı çiyinlərində aparması deyil. Bu, güc və qüdrətin bir növü, yəni fiziki gücdür ki, o, heyvanlarda da vardır və insanla heyvan bu gücə malik olmaq baxımından müştərəkdirlər. Mən bu növ qüdrətin kamal olmasını demək istəmirəm. Bu güc də kamaldır. Bəli güc də insan üçün kamillikdir. Amma insanda əzələ gücündən üstün digər bir qüdrət də vardır və o, iradənin gücüdür. İradənin gücü insanın nəfsani istəkləri müqabilində müqavimət göstərə bilməsidir.
    Elə bu məntiqə görədir ki, islam əxlaqında, o cümlədən irfan ədəbiyyatımızda bu məsələ bir növ güc və qüdrət adlandırılıb. Peyğəmbər (s) həmçinin buyurub: İnsanların ən şücaətlisi nəfsani istəklərinə qalib gələndir. Burada da söhbət şücaət, qüdrət və qələbədən gedir. Sədi deyir:
    center>
    Gərət əz dəst bərayəd dəhəni şirin kun
    Mərdi an nist ke moşti bezəni bər dəhəni.
    Yəni: Əgər əlindən bir iş gəlirsə birinin ağzını şirin et, kişilik kiminsə ağzına yumruq vurmaqda deyil.
    Kişilik güc və qüdrət, yumruğunu düyünləyib birinin ağzına vurması deyil. Qüdrət budur ki, insan nəfsani istəklərinə baxmayaraq, öz yerinə başqalarının ağzını şirin etsin!
    Mövlana deyir:
    Vəqte xəşmo vəqte şəhvət mərd ku?
    Talebe mərdi çeninəm kube ku.
    Yəni: Kişilik qəzəb və şəhvət hissləri baş qaldıranda zahir olur? Mən küçə-küçə gəzib belə bir kişi axtarıram.
    Mövlana burada kişiliyi qiymətləndirərək deyir ki, qəzəb və şəhvət hissləri baş qaldıranda kişilik harada olur? Kişi odur ki, qəzəbi alovlanaraq aşıb-daşanda güclü iradəyə malik olmuş olsun və qəzəb adlı bu alovun müqabilində dayansın. Həmçinin şəhvət hissi oyanaraq insanın ixtiyarını əlindən almaq istəyəndə o, bu qüvvə müqabilində qiyam etsin. Bunları güc və qüdrət adlandırırlar. Əgər əxlaq alimlərinin əxlaqi gözəllik, Niçenin isə zəiflik adlandıraraq rədd etdiyi sifətləri düzgün mülahizə etsək, onların hamısının qüdrət olduğunu görərik. Əlbəttə mən, əslində qüdrət deyil, zəiflik olan bir sıra xüsusiyyətlərin bəzən qüdrətlə səhv salınmasını etiraf edirəm. Buna görə də əxlaq alimləri həmişə deyirlər ki, qayğıkeşlik hissləri həmişə əql və imanla birgə olmalıdır, yəni insanın atifi hisslərinin hardasa oyanması kifayət etmir, onu əqli meyarlarla ölçmək və məntiqi olub-olmamasını müəyyənləşdirmək lazımdır.
    Category: Kamil insan | Views: 898 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024