İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:07 AM
    Kamil insan
    ON İKİNCİ FƏSİL
    SOSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
    «[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!...» (Ali-İmran-64).
    Kamil insan barəsində nəzəriyyə vermiş məktəblərdən biri də sosializm məktəbidir. Bu məktəb insanın kamillik və naqisliyini iki şeydə xülasə edərək deyir ki, naqislik bəşəriyyətin fərdi cəhətlərinin çoxluğunda, kamillik isə onun ictimai və kütləvi cəhətlərə malik olmasındadır. Belə ki, insan «mən» olmaqda davam edənə kimi naqisdir; o, «mən» aradan getdikdən sonra kamilləşir. Onların «mən»liyi aradan aparmaqdan məqsədləri, ariflər kimi onun yoxa çıxarılması deyil.
    Ariflər «mən»liyi Onun üçün (Allah üçün) aradan aparmaq istəyirlər, yəni birinci şəxs əvəzliyi olan «mən» üçüncü şəxs əvəzliyi olan «o»nun aşkar olaraq üzə çıxması üçün məhv edilir. Ariflərin «o»dan məqsədləri Allahdır; «mən»in «o»da fani olması insanın Allahda fani olmasıdır.
    Bu məktəb «mən»liyin məhv edilməsi və sındırılması baxımından irfan məktəbi ilə müştərəkdir. Amma bunların «mən»liyin məhv edilməsindən məqsədləri «o»nun aşkar olaraq üzə çıxması deyil. Sosializm məktəbi «mən»liyi «biz»in yaranması üçün aradan aparmaq istəyir. Bu məktəb tərəfdarlarının fikrincə, kamil insan arif olaraq «vücudumda Allahdan başqa heç nə yoxdur» deyən şəxs deyil, öz «mən»liyini kütlədə məhv edəndir. Belə bir insan «mən» deyil, «biz» hissinə malik olur.
    Digər məktəblərin çoxu da bu mətləbi dediyimiz həddə qəbul edirlər. Hətta «mən»liyi «o»nun aşkar olması üçün məhv edən məktəblər də «biz» hissinin yaranması ilə müxalif deyillər və onlar da «mən»liyin «biz»ə çevrilməsini himayə edirlər.
    BU MƏKTƏB NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ
    «Mən»ini «bizə» çevirmiş şəxsi kamil insan hesab edən bu məktəb, öz sözlərinin həyata keçirilməsi yolunu göstərərək belə deyir: Harada əşyalar «mən»liyə deyil, «biz»ə aid olursa, bu aidiyyat insanların «biz»liyinin nəticəsidir. Siz, əşyaların insanlara aidiyyatına nəzər salsanız onun iki cür olmasının şahidi olarsınız. Hər bir cəmiyyətdə bir sıra işlər «biz»ə aid olur. Məsələn, ana dilim təkcə mənimdirmi? Xeyr! özlüyündə digər «mən» olan sənindirmi? Xeyr! Kiminsə üçüncü bir adamındırmı? Xeyr! Bu dil bir kütlənindir. Bu qism şeylər, yəni fərd və şəxsə deyil, kütlə və cəmə aid olan şeylər insanları bir-birinə birləşdirir. Bizim bir dil, vətən, mədəniyyət və s. malik olmağımız yəni dil, vətən, mədəniyyət və s.-nin «mən»ə deyil, «biz»ə aid olması bizləri bir-birimizlə birləşdirib. «Mən» deyil, «biz»ə aid olan bütün şeylər, yəni şəxsi deyil, müştərək olan şeylər insanları «biz»ləşdirir.
    Digər tərəfdən də şəxs və fərdlərə aid olan xüsusi əşyalarla rastlaşırıq. Mənim evim, pulum, paltarım, xalçam, maşınım və s. buna misal ola bilər. Sadaladığımız şeylər artıq sizin və bizim deyil, mənimdir. Əşyaların insana bu cür aidiyyatı müştərək deyil, şəxsidir. Deyirlər ki, aidiyyatların şəxsi və xüsusi olması «mən»ləri yaradır. «Mən»liyi nə yaradır? Xüsusi mülkiyyət və mülkiyyətin xüsusiliyi! Bəs «biz»i nə yaradır? Ümumi mülkiyyət və ortaqlıq! Deməli insanların kamilliklərinin meyarı onların «biz» olmalarıdır; insanların «biz» olmalarının meyarı isə xüsusiçiliyin aradan getməsi və şəriklik, ortaqlıq və sosializmin onun yerini tutmasıdır.
    Onlar iddia edirlər ki, bəşər cəmiyyəti yaradılışın əvvəllərində şərikli və ortaqlı bir cəmiyyət olub və həmin vaxtlar sahibkarlıq və mülkiyyət olmayıb. Onların fikrincə bəşəriyyətin həmin yaşayış dövründə «mənim torpağım», «sənin torpağın», «mənim sərvətim», «sənin sərvətin» və bu kimi məsələlər olmayıb. Bütün şeylər ortaq olub və insanlar cənnətdə və tam rifah içində yaşayıblar. Dinlərdə deyildiyi kimi, bizim ulu babamız əvvəl cənnətdə olub və sonra itaətdən çıxdığı üçün oradan qovularaq dünya həyatına giriftar olub. Onların fikrincə bu məsələnin başqa bir yozumu da var və o, budur ki, insan əvvəllər ortaqlıq və şəriklik hökm sürən və «mən» deyil, «biz» hakim olan cənnətdə yaşayırmış; amma bir günaha mürtəkib olaraq ortaqlıqlar cənnətindən qovulub və həmin günah xüsusiçilik, özəl sahibkarlıq və mülkiyyətin yaranmasıdır. özəl mülkiyyət yarandıqdan sonra, insan xoşbəxtlik cənnətindən qovularaq çətinliklərə düçar olub və o, indi də həmin bədbəxtliklərdə qalmaqdadır. İnsanın cənnətə qayıtması üçün etməli olduğu tövbə, xüsusiçilik və sahibkarlıq tövbəsidir. Dinlərdə deyildiyi kimi, insanın sonradan getməli olduğu cənnət, əvvəlkindən daha kamil və yaxşıdır. Bəşəriyyət bu böyük günahdan tövbə edərək sahibkarlıq əvəzinə ortaqlıqlara üz tutanda insanlıq və adamlıq məqamına çatacaq.
    Onlar deyirlər ki, zülm sahibkarlıq yarandıqdan sonra yaranıb; zülm sahibkarlığın nəticəsidir. Buna görə də sahibkarlığın yaranması «istismarçı və istismar edilən»in ortaya çıxmasına səbəb olur. Bəşəriyyət istismarçı və ya istismar edilən vəziyyətdə qalıncaya qədər naqisdir. Nə qədər ki, dağ boyda şişməsi, digərinin isə qorxunc dərə dibinə düşənə kimi geriləməsi və onların arasındakı bu dərə-təpə və bərabərsizliyin olmasının şahidiyik, insan səadət və xoşbəxtliyə çatmayacaq. İnsanlar düzənlik halına düşəndə və bir-birinə nisbətdə bərabər vəziyyətdə yaşayanda xoşbəxtlik üzü görəcəklər. Bərabərlik hakim olduqdan sonra qardaşlıq yaranacaq və insan, həmin vaxt naqis deyil, kamil olacaq. Deməli bu məktəb insanın kamilliyini xüsusiçiliyin, onun istismarçı və istismar edilən nəticələrinin rədd edilməsi ilə bir hesab edir. İstismar hər iki tərəfdə minlərlə eyb və nöqsan – birində kin-küdurət, digərində isə hərislik və tamahkarlıq yaradır. Siz bütün bunların kökünü aradan götürsəniz insanın kamilliyi özünü büruzə verəcəkdir.
    BU MƏKTƏBİN ƏSAS SƏHVİ
    Hədəfin həmişə «mən»in «biz»ə çevrilməsi və «mən»liyin olmamasını demək sosializmin əsas nişan və xüsusiyyətlərindən deyil. Onların əsas əlamətləri göstərdikləri yoldur. Onlar deyirlər: «Xüsusi mülkiyyət və sahibkarlıq «mən», ümumi və ortaq mülkiyyət isə «biz» yaradır.» Sosialistlərə cavab verənlər və ya vermək istəyənlər onlara belə deyə bilərlər: – Cənab sosialist! «Mən»liyi əşyaların insana aidiyyatı yaradır, yoxsa insanların əşyalara bağlılıqları? Əsas məsələ elə budur. İnsanlar arasında sərhəd çəkərək onların birliyini əşyaların insana aidiyyatı, yəni onun bir sıra şeylərə sahib olması və əşyanın onun malı olması yaradır, yoxsa bunun əksi?! «Mən»liyin yaranma mənşəyi insanın əşyaya malik olması və əşyanın insana aidliyi deyil. Məsələ tamamilə bunun əksidir. Belə ki, insanın əşyalara bağlılığı və əşyanın insana sahib olması, yəni insanın onlara qul olması, öz irfani terminimizlə desək, onun qəlbən əşyaya bağlanması, onu «mən» edir. İnsanın pul sahibi olması onu «mən» edərək «biz»liyi ondan almır, əksinə onu, pulun kölə və qulu olması «mən» edərək bizdən ayırır. Sosializm məktəbi deyir ki, «mən»lərin «bizə» çevrilmələri üçün sahibkarlıq və xüsusi mülkiyyəti aradan götürmək lazımdır. İslam isə sahibkarlığı aradan götürməyi lazım bilmir. O, «insan yetişdir, onu yaxşı tərbiyə et, insanlara uca və ali ideyalar ver ki, o nəyəsə sahib olanda o, şeylərə deyil, şeylər ona aid olsunlar və o, azad və sərbəst olsun!» deyir. Hansı insan «biz»dir? O, heç nəyi olmayan deyil, mənəvi azadlığa malik olan insandır. Birinin heç nəyinin olmaması onun «biz» olması demək deyildir. Bəli, əşyaya qəlbən bağlanaraq ondan asılı olmayan və əşyanın əsir etmədiyi insanın «mən»liyi həmişə «mən» deyil, «biz»dir. Sonra iki tərəfdən misal gətirərək belə deyirlər: – Biz həmişə dünyada bir şeyə malik olmalarına baxmayaraq, düzgün tərbiyə nəticəsində əşya əsiri olmayan insanların şahidi olmuşuq və belə adamlar indi də var. Əsl zahidlik və Nəhcül-bəlağə baxımından tərki-dünyalıq, dünyaya bağlanaraq onun əsiri olmamaq və ondan azad yaşamaq mənasındadır.
    ƏLİ (Ə)-IN NƏZƏRİNDƏ DÜNYA
    Əli (ə) buyurub: «Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam, özü də üç dəfə və bundan sonra heç cür qayıtmaq imkanı yoxdur. Ey dünya, məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.»
    O həzrət həmişə dünya, yəni ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib. Digər bir yerdə buyurur: «Mən cilovumu sənin əlinə verməyəcəyəm ki, sən məni çəkərək istədiyin yerə aparasan.»
    İslamın buyurduğu zahidlik, tərki-dünyalıq və azad yaşayaraq özünü dünya nemətlərinə satmamaq budur.
    Əli (ə) başqa bir yerdə belə buyurur: «İnsanlar dünya bazarında iki dəstədirlər: Onlardan biri özlərini satıb əvəzində pul alırlar, ikinci dəstə isə özlərini dünyada alaraq azad edənlərdir.»
    O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinarı ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu: «Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən, mənim deyilsən.» Həzrət Əli (ə)-ın bu sözləri bizim sözlərimizin tam əksinədir. Bizlər belə deyirik: Pul nə qədər ki, cibimdədir, mənimdir, xərclədimsə mənim deyil. Bəli, o həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqtəsində dayanır.
    «Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən mənim deyilsən.» Çünki sən mənim əlimdə olduğun müddətdə mən sənin olmalıyam, sənə nökərçilik edərək keşiyini çəkməliyəm. Sən, mən səni xərclədikdən sonra mənim olursan.
    Əli (ə) bir gün qəssab dükanının qabağından keçirmiş. Qəssabın gözü o həzrətə sataşan kimi deyir: Bu gün yaxşı ət gətirmişəm, istəyirsinizsə alın. Əli (ə) pulunun olmadığını bildirdi. Qəssab deyir ki, mən pul üçün tələsmirəm, gözləyərəm sonra verərsən. O həzrət belə cavab verir: Sən pulun gəlməsi üçün səbr etməkdənsə, qarnıma deyərəm o, səbr edər. Mən sənə borclu olmamağım üçün, qarnımı səbr etməyə məcbur edərəm.
    MƏNDƏN QURTULUŞ YOLU BATİNİN İSLAH EDİLMƏSİDİR
    İslam deyir ki, insanı «mən» olmaqdan çıxararaq «biz» etmək istəyirsinizsə onun batinini islah edin, onu dünya malına qul olmağa qoymayın. Onu şəxsi mülkiyyətdən və sahibkarlıqdan məhrum etməklə bu dərd sağalmayacaq. Əlbəttə qeyd etmək lazımdır ki, bu barədə də iki məktəb və nəzər vardır. Məktəblərdən biri deyir ki, sizin sahibkarlıqla qətiyyən işiniz olmasın; bərabərsizliklərin çoxluğu problem deyil, siz yalnız batinlə məşğul olun. Digər məktəb isə deyir ki, batinin mühüm və əsas olması fikri düzdür, amma xarici aləm islah edilməyincə batini islah etmək olmaz və biz islamda xarici aləmə də diqqət yetirildiyini görürük, yəni islam sahibkarlığı tamamilə ləğv etmədən xaricdəki əyrilikləri düzəltmək istəyir. İslam bərabərliklərin bərqərar edilməsi və cəmiyyətdə düzlük yaranması üçün müxtəlif yollardan istifadə edir, amma bununla belə «mən»liyin «biz»ə çevrilməsi üçün təkcə bunu qənaətbəxş saymır. Ruhlara həqiqət hakim olmalıdır.
    Yəqin ki, qarmmatikadakı izafət tərkibində təyin edilən və təyin edən hissələrlə tanışsınız. Sosializm məktəbinin diqqəti izafətin təyin edilən hissəsinədir. Bu məktəb deyir ki, təyin edilən hissələrin «mən» ilə birlikdə gəlməsi məsələn, «mənim evim», «mənim pulum» və s. deyilməsi «mən»liyi «mən» edir; siz təyin edilən hissələri götürün, çünki onların xüsusi olması «mən» yaradır.
    Amma bu məktəb deyir ki, «mən»liyin təyin edilən hissələri heç bir iş görmür, iş görən «mən»liyin təyin edən tərəfidir. O, «mən nə?» deyir. Yəni «mən» nəyə aiddir? Əgər «mən»liyin fərdi və xüsusi işlərə aid olması «mən»liyi, «mən» edir... (Ustadın söhbətinin yazıldığı kasetin bu hissəsi bir az pozulub.) Amma ruh ümumi işlərə məsələn, iman və Allaha bağlı olanda «mən» «biz»ə çevrilir. Bu məktəbin tərəfdarları deyirlər: Biz bir çoxlarını görürük ki, mallarının çox olmasına baxmayaraq, onların «mən»liyi «mən» kimi qalmayıb və «biz»ə çevrilib. Onların «mən»liyi onların heç nələri olmayanda da «biz» olub, əllərində hər şey olanda da! Çünki onların ruhları əşyaya bağlı olmayıb.
    Əli (ə) həyatda belə olub. O, çox enişli-yoxuşlu həyat keçirib. O həzrətin evində bəzən yalnız ailə üzvlərinə çatacaq miqdarda azuqə olub və evdə başqa heç nə olmasına baxmayaraq həmin azuqəni Allah yolunda bağışlayıb. Bir müddət də dövrün ən böyük ölkə və xilafət başçısı olub və bütün beytül-mal xəzinələrinin ixtiyar sahibi hesab edilib. Bəli, Əli (ə) həmin vaxt hər cür naz-nemətlə yaşamaq və «mən»liyi hər cür doyurma imkanına malik olub. Amma onun «mən»liyi həm heç nəyə malik olmadığı və həm də hər şeyə sahib olduğu vaxt «mən» deyil, «biz» olub. Həmişə özünü unudaraq başqalarının fikrində olub. Deməli, «mən»liyin «biz» olması üçün mülkiyyət və sahibkarlığın aradan götürülməsinin zəruriliyini vurğulayan fəlsəfə düzgün deyildir.
    MƏN YARADAN AMİLLƏR TƏKCƏ SAHİBKARLIQDA BİTMİR!
    Sosializmin cavabında deyirlər ki, məgər insanların bütün istəkləri iqtisadi məsələlər qismindədirmi ki, xüsusiçilik kollektivə çevriləndə «mən»lər «biz» olsunlar? İnsan həyatının yalnız bir hissəsi iqtisadi işlərdir və sahibkarlıq məsələsi barəsində ancaq həmin hissədə danışılır. Vəzifə, məqam, həyat yoldaşı və bu kimi bir sıra şeylər vardır ki, onlar iqtisadi məsələlərdən çox olmasa da, az deyil. Bəzən kimsə bütün var-yoxunu bir qadının yolunda xərcləməyə və ya dünya şöhrətli bəzi yüksək ictimai post və vəzifənin əldə edilməsi üçün verməyə razı olur. Bu barədə nə deyirsiniz? Bütün qadınları üst-üstə tökərək onlardan hamısı eyni səviyyəli olan bir dəstə standart arvad düzəltmək mümkündürmü? Əgər cinsi ortaqlıq məsələsi yoxdursa – əlbəttə bu heç bir kommunist ölkəsində olmayıb – birinin evində gözəl, digərinin evində isə çirkin arvad olur və bunun özü «mən» yaradan məsələlərdəndir.
    Vəzifə məsələsində necə! Əgər biz əslində həqiqət olmayan, sosialist ölkəsinin başında duran şəxsin qida, minik və digər cəhətlərdən ölkə əhalisinin hamısı ilə bərabər olmasını, məsələn filan sosialist ölkəsinin baş nazirinin iqtisadi imkanlar baxımından filan zavod, ya tarlada çalışan fəhlə və ya əkinçi ilə bir səviyyədə olmasını və onların hər ikisinin yemək, avtomobil və s. imkanlardan bəhrələnərək istifadələrinin bir cür olmasını fərz etsək də – əlbəttə bunların hamısı yalnız quru təsəvvür və fərziyyədir – bu sual yenə də verilir ki, hər gün qəzetlərdə və yüksək tribunalardan adı çəkilən, dəfələrlə televiziya ekranlarında göstərilən baş nazirlə zavodların küncündə qalaraq unudulmuş fəhlə imkan və nemətlərdən bir cür və bərabər bəhrələnirlərmi?! Xeyr, belə deyil. Çünki həmin vəzifənin imkanlarından başqası deyil, həmin məqam sahibi istifadə edir. Bunları ortaq vəziyyətə gətirmək və həmin fəhlə ilə baş nazir vəzifəsini üst-üstə tökərək yenidən onların arasında bərabər səviyyədə bölüşdürmək olmaz. Partiyanın liderliyi, sədr müavinliyi və digər postların hər birinin bir nəfərə məxsus olması və axırda müəyyən bir kütlənin bu imkanlardan məhrum qalması labüddür. İdarələrdəki vəziyyət də belədir.
    Deməli, «mən»lərin «biz»ə çevrilməsi üçün xüsusi mülkiyyət və sahibkarlıqların aradan götürülməsi kifayət etmir və biz bir sıra yerlərdə xüsusi mülkiyyətin aradan götürülməsinə baxmayaraq, «mən»lərin «biz»ə çevrilmədiyinin şahidi oluruq. Bəli, nəinki «mən»lər «biz»ə çevrilmədi, əksinə onların öz aralarında daxili çəkişmə, müharibə və mübarizələr və hətta onların iki böyük divləri, yəni Sovet ittifaqı ilə Çin bir-birləri ilə mübarizə apardılar və onların əks nöqtələrində olan imperializmi özlərinə dost etmək üçün yarışa girdilər. Bütün bunlar «mən»liyin «biz»ə çevrilməsini və həmin söhbətlərin quru söz olduğunu göstərir. Əlbəttə biz mülkiyyət bərabərsizliklərinin «mən»lərin yaranmasında çox təsirli olmasına və «biz» yaratmaqla çoxlu ixtilafların meydana gəlməsini qəbul edirik. Buna görə də İslam, mülkiyyət və sərvətin tarazlaşdırılmasına xüsusi əhəmiyyət verib. Amma məsələ burasındadır ki, «mən»lərin «biz»ə çevrilməsi üçün təkcə bu bərabərsizliklərin aradan götürülməsi kifayət etmir. «Biz» anlayışının onların arasında quru ad və söz olmasını görürük; ortaya ehtiyac çıxan kimi mətləb dəyişir. Bu məktəbdə «mən»lərin «biz»ə çevrilməsinin zəruriliyinin və onun kamil insanın şərtlərindən biri olmasının bildirilməsi düzgündür və biz də bu məsələni qəbul edirik. Amma, insanın təkcə «mən»liyinin «biz»ə çevrilməsi ilə «kamil insan» olmasını fikirləşmək düz deyil. Sosializm məktəbi də təkyönlü məktəblərdəndir. Bütün insani dəyərlərin «mən»in «biz»ə çevrilməsində olmasını bildirən nəzəriyyə səhvdir. «Mən»liyin «biz»ə çevrilməsindən əlavə bir sıra digər dəyərlər də vardır ki, bundan əvvəl barəsində söhbət etdiyimiz məktəblərin hər biri, heç olmasa müəyyən bir dəyərə düzgün diqqət yetirmişlər. Deməli, yalnız bir şeyi insani dəyər hesab etmək düzgün deyildir.
    Category: Kamil insan | Views: 842 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024