İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:01 AM
    Kamil insan
    BİR NEÇƏ İRADA CAVAB
    Eksistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
    Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab eksistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mənası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.
    Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mənası nədir və onun nə təsiri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mənası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.
    HƏDƏF VƏ VASİTƏ NÖVLÜ KAMAL
    Digər bir məsələ budur ki, eksistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır, amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində öz yolunu, daha dəqiq desək özünü seçməli olan yeganə varlıqdır.
    Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi? İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara enə bilər.
    Muxtar varlığın mənası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki, «Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir.» "Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].”
    (İnsan-3).
    Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.
    Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yəni insan azad olmasa məcbur edilən varlıq kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.
    Asilik də belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yəni hər bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.
    Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir. Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan şey itaətsizlik imkanıdır; yəni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə də məsul, azad və muxtar sayılmırlar.
    Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması ilə Allah-taalanın adlarından biri, yəni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu tənəzzül və qayıdışla gerçəkləşir.
    Hədislərdə deyilir ki, Allah-taala buyurub: «Əgər yer üzündə yaratdığım insanlar üsyan edərək itaətsizlik etməsəydilər, Mən bir daha başqa varlıqlar yaradardım ki, onlar Mənə qarşı itaətsizlik göstərib sonra tövbə etsinlər və Mən onları bağışlayım.»
    Deməli üsyan və itaətsizlik zati dəyərə malik deyildir.
    Azadlıq icbar və maneənin olmaması deməkdir. Azadlıq kamala çatmaq deyil, heç bir maneə və icbar olmadığı üçün kamillik yolunda hərəkət etmək imkanına malik olmaqdır. Azadlıq kamal deyil, kamalın müqəddiməsidir. Azad və muxtar yaradılmış və yolu üstündəki bütün maneələr götürülmüş, müəyyən yolu getməli olan varlıq azadlıq mərhələsinə çatır, amma bu mərhələyə çatmaq kamilliyin müqəddiməsinə çatmaq deməkdir, yəni o, kamillik yolunu getməkdə azaddır.
    Deməli, bu məktəbin birinci səhvi insanın azadlıq və ixtiyarının Allah adlı bir varlığın vücudu ilə zidd olmasını təsəvvür etməsidir. İkinci səhvi isə, Allaha bağlılığı digər şeylərə bağlılıq kimi güman etməsi və onun da, dəyərlərin tənəzzül, ətalət və donmasına səbəb olmasını fikirləşməsidir. Üçüncü səhvi isə azadlığı insanın mütləq kamilliyi hesab etməsidir, halbuki azadlıq insanın müqəddimə xarakterli kamalıdır.
    Azadlıq kamaldırmı? Bəli, bu şübhəsiz elədir. Çünki insan, azadlıq olmasa öz kamilliyinə çata bilməz. Allah insanı elə yaradıb ki, o, öz kamillik dərəcəsinə azadlıq və ixtiyarı ilə çatsın. Kamillik yolunu azadlıq və ixtiyardan başqa digər bir şeylə getmək mümkün deyil. Bu yol icbar və məcburiyyətlə gedilməzdir.
    İSLAMİ MƏTNLƏRDƏ AZADLIQ MƏFHUMU
    Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ibarətlər barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını etiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mənada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: «Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut – səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən.» Əli (ə) gördüyünüz kimi, «nəfs və ruhunu giriftar etmə» deyil, «nəfsini bütün alçaqlıqlardan üstün tut» deyir, yəni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Quranın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mənaya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yəni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət təyin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. «Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!»
    O həzrətin nəvələrindən olmuş imam Cəfər Sadiq (ə) da belə buyurub: «Mənim ruh, can və «öz»ümlə bərabərlik edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.»
    Əli (ə) həmin məktubunda belə buyurur: «Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.»
    Sizə Nəhcül-bəlağədən başqa bir ibarət nəql edərək söhbətimi sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: «Allaha ibadət edən insanlar üç dəstədirlər: – Bəziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)
    Bəziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, ləl-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.
    Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.»
    İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.
    Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq» ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: «Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım?»
    Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə belə bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.
    Mən bir söhbəti də (on üç fəsildən əlavə və yekun olaraq) indiyə kimi dediklərimi bir yerə toplayaraq islamın kamil insanını izah etməyə həsr etmək istəyirdim, amma iş elə gətirdi ki, izah etdiyim məktəblərin nəzərlərini açıqlayarkən islamın nəzərini də bəyan etdim. Bütün dediklərimizdən məlum oldu ki, birincisi islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.
    Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi – özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması məlum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı məlum olur və aydınlaşır.
    Əlhəmdu lillahi rəbbil aləmin!
    Category: Kamil insan | Views: 805 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024