İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:36 PM
    Kəramət sahibləri
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    İmam Sadiq (ə) ariflərin mənəvi məqamının şərhində buyurur: "...Elə ki, ilahi mərifətin nuru qəlbdə təcəlla etdi, eşq nəsimi əsər; elə ki, eşq və məhəbbət nəsimi əsdi, öz məhbub və məşuqu ilə munis olar və Onu, Ondan qeyri olan hər bir şeydən üstün tutar, və Allahın buyurduqlarına əməl edib, çəkindirdiklərindən çəkinər...
    «QUMŞEININ DƏRƏCƏSI»
    Əllamə Həsənzadə Amuli rəbbani arif, Quran müfəssiri Ayətullah Mirzə Məhəmməd-Mehdi Mühyiddin İlahi Qumşei haqqında yazır:
    Qəbul etməliyik ki, məhbubla həmavaz olmaq və səs-səsə verib nəğmə oxumaq ləyaqəti daşıyanlar Allah dərgahının müqərrəbləri və din övliyalarıdır. Ustad İlahi bu cür idi.
    Onun haqqında nəql olunmuş kəramətlərdən biri də budur:
    Bir gün Qumşei dedi, bir az nasazlığım var idi və özümü yaxşı hiss etmirdim. Dedim:
    İlahi, Öz Cəbrayılın vasitəsilə mənə bir neçə dənə şirin limon yetir. Çox keçməmişdi ki, qapı tıqqıldadı. Açıb gördüm qoca bir kişi on dənə iri və ətirli limon gətirib. Dedi götürün, yeyin.
    Bir gün də Məkkəyə getmişdi. Səhranın ortasında susuzluq onu əldən salır. Deyir: İlahi su yetir. Gözlənilmədən hardansa bir seyyid peyda olur və ona bir bardaq su verir. Deyir bu şirinlikdə, bu sərinlikdə su indiyə qədər içməmişdim. İçib doyandan sonra həmin seyyid suyun qalanı ilə üz-gözümü yudu, başımı qaldıranda gördüm yoxdur.
    Məkkə yolunda namaz qılmaq üçün karvan bir yerdə dayanmalı olur. Qumşei bir kənara çəkilib xəlvət bir yerdə namaza durur. O namaz əsnasında ikən maşın hərəkət edib yola düşür və Qumşei karvandan ayrı düşür. Namazdan sonra üzünü Allaha tutub deyir:
    Pərvərdigara, mən indi nə edim? Bu vaxt təzə bir maşın gəlib düz qarşısında dayanır və maşının sürücüsü deyir:
    Ağaye Qumşei sizin maşın getdi? Cavab verir:
    Bəli. Deyir:
    Gəlin əyləşin. Maşına əyləşir və bir göz qırpımında öz karvanına çatır. Tez yerə düşüb öz maşınına minir. Arxaya dönüb baxanda görür onu gətirən maşın yoxdur. Yanındakı yoldaşlarından soruşur ki, məni gətirən maşın hara qeyb oldu? Yoldaşları deyir, cənab Qumşei hansı maşın, nə maşın? Səhranın ortasında balaca maşın nə gəzir?
    «SAAT SƏKKIZDƏ»
    Rəhmətlik Şeyx Əsədullah İsmaili nəql edirdi:
    İmam Xomeyninin "Təhrirül-vəsilə” kitabının bir-neçə cildini Nəcəfdən poçtla mənim adıma göndərmişdilər. Qumun poçt idarəsi kitabları saxlatdırır və mənim özümü də təhlükəsizlik idarəsinə çağırırlar. Orada məni bir neçə saat sorğu-suala çəkib işkəncə verirlər. Məğrib namazının vaxtı çatanda sorğu-sualdan əl çəkib məni boşlayırlar. Fürsətdən istifadə edib dəstamaz aldım ki, namaza başlayım, gözlənilmədən təhlükəsizlik idarəsinin müavini tərəfindən məni çağırıb, bir daha İmam Xomeyninin kitablarının mənim adıma poçt edilməyəcəyi haqda dilimdən izahat alıb azad etdilər.
    Kitab dükanına çatanda gördüm cənab Qazi Təbatəbai (Ayətullah seyyid Hüseyn) qardaşım Cəmşidlə bir yerdə dükanda əyləşiblər. Gözləri mənə sataşar-sataşmaz hər ikisi gülməyə başladı. Qardaşım saatına baxıb dedi:
    Saat səkkizdir. Mən məsələnin nə yerdə olduğunu soruşdum. Qardaşım dedi:
    Cənab Qazi məni qəm dəryasına batan halda görüb fikrə dalmağımın səbəbini soruşdu. Dedim, qardaşımı təhlükəsizlik orqanının məmurları apardı, nə olacağını bilmirəm. Cənab Qazi bir müddət fikrə gedib, sonra başını qaldırıb dedi:
    Qardaşını hansı saatda yanında görmək istəyirsən? Ərz etdim, səkkizdən o tərəfə olmasın. Sən gələndə saata baxdım, gördüm düz səkkizdir. Ona görə də hər ikimiz sevincdən güldük.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 5, "Səhih Buxari” 384)
    «ON BIR DIRHƏMIN VAR»
    Bir nəfər ərəb Ayətullah Üzma Seyyid Mahmud Şahrudinin yanına gəlib ərz edir ki, bir qəpik da olsa pulum yoxdur. Cənab Şahrudi buyurur:
    Niyə yalan deyirsən, cibində on bir dirhəm pul var. Ərəb ağa Şahrudinin evindən çıxanda mən (əhvalatı nəql edən) ona yaxınlaşıb dedim:
    Əgər düz desən nə qədər pulun var, mən yarım dinar sənə verəcəm. Əlini cibinə salıb pullarını çıxartdı, gördüm düz on bir dirhəmdir. Mən də yarım dinarı verdim.
    Həmçinin nəql edirlər şeyx Hərəndi Vaiz öləndən sonra övladları cənab Şahrudinin yanına gəlib evdə cinlərin onlara əzab-əziyyət etməsindən şikayətlənirlər. Cənab Şahrudi buyurur:
    Gedin həyətdəki quyunun başına və deyin: Seyyid Mahmud Şahrudi deyir ki, buradan çıxıb gedin və bizə əziyyət etməyin.
    O deyən tapşırığa əməl edirlər və o gündən sonra cinlərdən xəbər çıxmır.(Həmin mənbə, c. 6, səh. 414)
    «SÜD VERMƏKDƏ PAXILLIQ ETMƏ!»
    Bir kişinin bir inəyi vardı, onun südü ilə dolanırdı. İnək doğandan sonra süd verməkdən imtina edirdi.
    Həmin kişi Ayətullah Şahrudinin yanına gəlib inəyin əlindən şikayət edir.
    Cənab Şahrudi oğlu seyyid Əlidən bir tikə kağız parçası istəyir. Qələmi götürüb kağızın üstünə yazır: "Eyyətuhəl-bəqərə la təbxəl biləbənin” yəni ey inək! Süd verməkdə paxıllıq etmə!
    Deyir:
    Aparıb bunu inəyin boğazından asarsan.
    Kişi o deyən kimi də edir. O vaxtdan inək ram olub süd verir. Bir neçə vaxtdan sonra kağız inəyin boynundan açılıb itir və heyvan yenidən süd verməkdən boyun qaçırır. Kişi yenə də qalxıb ağa Şahrudinin yanına gedir və əhvalatı danışır. Ağa Şahrudi deyir:
    Get heyvanın qulağına de ki, seyyid Mahmud Şahrudi deyir:
    Ey heyvan sakit ol, paxıllıq etmə!
    Kişi tapşırığa əməl edir və inək sakitləşir.(Həmin mənbə, səh. 415)
    «GÖZƏGÖRÜNMƏZ PULLAR»
    Höccətül-islam vəl-müslimin cənab Qiraəti radio proqramlarından birində söhbət zamanı dedi:
    Həmədanda olanda üç şəhid atası olan hörmətli bir şəxsi görməyə getdim. Oradan da həmin şəhid atası və bir-neçə nəfər başqa şəxslə birlikdə həzrət Ayətullah Molla Əli (Məsumi) Həmədaninin görüşünə yollandıq.
    Ağanın ziyarətində olduğumuz bir saat ərzində görürdük ki, ara-sıra ağanın xidmətçisi gəlib ağaya yavaşca bildirir ki, qapıya fəqir gəlib, pul istəyir. Molla Əli də hər dəfə əlini oturduğu döşəyin altına uzadıb bir beş tümənlik əskinas pul çıxardıb xidmətçiyə verirdi ki, qapıya gələn yolçuya versin. Nəhayət Molla Əli yerindən qalxıb çölə çıxdı.
    Bizimlə gələn yoldaşlardan biri Molla Əli gedəndən sonra, maraqlandı görsün döşəyin altında nə qədər pul var. Döşəyi qaldırdı gördü heç nə yoxdur. Fikirləşdi yəqin pul qurtarıb. Bir az keçmişdi Molla Əli içəri girdi və keçib yerində əyləşdi. Yenidən xidmətçi gəlib dedi ki, qapıya pul üçün gələn var. Molla Əli əlini döşəyin altına aparıb bir beş tümənlik çıxardıb xidmətçiyə uzatdı. Bu iş bir-neçə dəfə təkrar olundu.
    Bunu görən həmin yoldaşın səbri tükəndi, üzünü Molla Əliyə tutub dedi:
    Siz Allah bu nə olan işdir, bu nə sirdir? Siz gedəndə mən döşəyi qaldırıb baxdım, döşəyin altında pul yox idi. İndi çaşbaş qalmışıq ki, bu qədər pulu haradan çıxardırsınız ki, biz görmürük.
    Molla Əli bir az fikirə dalıb, sonra dilləndi:
    Mən bir əməli tapşırığı yerinə yetirmişəm ki, hər kəs onu qırx gün əncam versə, qırxıncı gün İmam Zamanın xidmətinə şərəfyab olar. Mən həmin əməli yerinə yetirməyə məşğul oldum, amma kamil surətdə o tapşırığa əməl edə bilmədim.
    Qırxıncı gün gecə yuxuda gördüm ki, Şeyx Əbdülkərim Hairi şəhərin xiyabanlarından biri ilə yol gedir, arxasınca da çoxlu fəqir adam gəlir və ondan pul alırlar. Bu arada şeyxin gözü mənə sataşdı, dedi:
    Mən İmam Zamanın tərəfindən sənə göstəriş verirəm ki, kasıblara əl tutasan və onları əliboş geri qaytarmayasan.
    O vaxtdan mən yəqin bilirəm ki, İmam Zamanın özü bu büdcəyə baxır. Gördüyünüz bu pullar o Həzrətin vücudunun bərəkətidir.(Həmin mənbə, səh. 400)
    «İKI MINLIK QƏBZ»
    Şəban ayının ortalarına yaxın, Həmədanın qarlı-boranlı qış günlərindən birində şəhərin kasıb camaatı Molla Əli Həmədaninin evinin qarşısına toplaşıb ondan kömək istəyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il qışı keçən illərə nisbətdə olduqca sərt başlamışdı.
    Molla Əli imam payından xərclikdə olduqca ehtiyat edirdi. Bu dəfə də tərəddüd keçirirdi ki, həmin paydan qapıya toplaşmış kasıb camaata versin ya yox?
    Qəti qərara gələ bilmədikdə yad edilən tövsiyəyə əməl edir. (Həmin tövsiyə "Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad edilir.) Amma dişini çəkdirdiyi üçün oruc tuta bilmir. Yuxuda görür ehtiyacı olan camaat küçənin qırağında toplaşıb kömək gözləyirlər. Birdən hər yerdən "Ya Kərim” sədası göyə ucalır.
    Molla Əli deyir:
    Gördüm şeyx Əbdülkərim Hairidir, deyir: Haqqını qaytaracağım adam çoxdur. Hələlik iki min tümən qəbzim var. Kasıb camaat acından öləsi deyil ki?
    Yuxudan ayıldım, gözlədim qəbz gəlsin. Gün batana qədər gözlədim, bir xəbər çıxmadı. Əlacsız qalıb gedib qayınatam doktor Cavad Maqsuddan iki min tümən alıb fəqirlərə verdim.
    Bu hadisədən iyirmi gün keçmiş, təqribən ramazan ayının beşi Bavə-Əli adlı məntəqədən bir nəfər kürd qapıya gəldi və uca səslə hay salıb dedi:
    Axund Molla Əlinin evi budur? Dedim:
    Buyurun içəri.
    Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında gətirdiyi çantanı açıb ordan bir kağız çıxartdı. Gördüm vəsiyyətnamədir. Vəsiyyətnaməni mənə uzatdı ki, oxuyum. Gördüm vəsiyyətnamədə qeyd edilən məsələlərdən biri də budur ki, iki min tümən axund Molla Əliyə verərsiniz. Vəsiyyətnamənin tarixinə nəzər saldım, gördüm mənim zikrə başladığım həmin günün tarixidir.
    Molla Əli əlavə edib deyir:
    Göstərilən əməli tapşırığa kamil əməl edə bilmədiyim üçün, yəni şərt olunan orucu tuta bilmədiyimə görə, şeyx Əbdülkərim Hairinin vasitəçiliyi ilə, qeyri-müstəqim tərəddüdüm yəqinə çevrildi.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 3, səh. 403)
    «YA ÖLÜM, YA BILIM!»
    Hacı Sədrəddin Hairi Şirazi deyirdi: Mən öz qayınım Höccətül-islam Həsənağa Pəhlivani Nəməki Tehranidən eşitdim ki, Əllamə Təbatəbai barədə deyirdi:
    Əllamə Təbatəbainin uşaqlıqda zehni zəif işləyirdi, müəllimin dediklərini başa düşə bilmirdi. Axırı cana yığılıb çöllü-biyabana üz tutur və xəlvət bir yerdə səcdəyə düşüb Allaha deyir:
    Ya ölüm, ya da fəhm!
    Mən çalışırdım münasib bir vaxtda bu məsələni Əllamə Təbatəbainin özündən bir yolla soruşum; elə olsun ki, həm sualıma cavab alam, həm də məsələ onun zehni zəifliyindən getdiyi üçün bu sualım onun xətirinə dəyməsin və mənim tərəfimdən ədəbsizlik kimi çıxmasın.
    Nəhayət, bir gün Əllamə Təbatəbai kürəkəni cənab Qüddusi ilə Şiraza gəlməli olur.
    Ara xəlvət olan günlərin birində, belə ki, hətta cənab Qüddusi də otaqda yox idi − yan otaqda namaz qılırdı − mən yavaş-yavaş söhbəti həmin əhvalatdan salıb dedim: Əgər sizdən bir sual soruşsam, cavab verməyə hazırsınızmı?
    Əllamə buyurur:
    Nə ziyanı var? Əgər bilsəm deyərəm. Mən dedim:
    Sualım sizin özünüzlə əlaqədardır. Əgər sualıma cavab verə biləcəksinizsə soruşum, yox, əgər məsləhət bilməsəniz mən fikrimdən daşınım.
    Əllamə dedi:
    Buyurun, əgər bilsəm deyərəm. Mən ərz etdim:
    Belə eşitmişəm ki, kiçik yaşlarınızda dərsləri yaxşı dərk etmirdiniz, sonra nəsə bir səcdə edəndən sonra Allah sizə inəyət etmişdir və o gündən bəri ən çətin elmi məsələləri asanlıqla həll edirsiniz; bu düzdürmü?
    Elə ki, mən bu sözləri dedim, gördüm Əllamənin halı dəyişdi, üzü qızardı. Mən özüm də verdiyim sualdan xəcalət çəkdim. Sözlərimin ona bu cür təsir bağışlayacağını düşünmürdüm.
    Bu halda dedi:
    İndi ki, söz açılıb deyim: Mən Təbrizdə "Siyuti” (ərəb dili qrammatikasının ibtidai bölmələrindən biri) oxuduğum zamanlarda ustadımız tez-tez bizdən imtahan götürürdü. Mən imtahanın öhdəsindən gələ bilmirdim. Müəllim mənim əlimdən narahat olub dedi:
    Həm özünü avara qoydun, həm də bizi!
    Müəllimin bu sözü mən bərk tutdu. Sanki bu sözlər bütün vücudumda və ruhumda səsləndi.
    Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına − çöllüyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə qovuşdum.
    Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir əməl.
    Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll edə bilirsinizmi? Yəni nə qədər çətin elmi məsələ də olsa öz həllini tapırmı?
    Dedi? İndiyə qədər belə olmuşdur.
    Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:
    Əllamə dedi:
    Həmin əməldən sonra evə qayıdıb həmin günün axşamı "Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz nəzərlərimi yazdım.(Ayətullah Hüseyni Tehrani, "Mehre Taban”, səh. 36)
    «İDRISLƏ SÖHBƏT»
    Əllamə Təbatəbai yazır:
    Yadımdadır, Nəcəf-Əşrəfdə Mirzə Əli Qazinin əxlaqi və irfani tərbiyəsi altında olduğum vaxtlarda bir səhər damın üstündə səccadənin üzərində ibadətə oturmuşdum.
    Bu an məni yüngül bir yuxu apardı. Gördüm qarşımda iki nəfər əyləşibdir. Onlardan biri həzrət İdris (ə), digəri əziz qardaşım seyyid Məhəmməd Həsən Təbatəbai idi.
    Həzrət İdris (ə) mənimlə söhbətə başladı. Amma söhbətin tərzi bir cür idi ki, həzrət İdris (ə) sözünü mənim qəlbimə ilqa edərək deyirdi, səsini isə qardaşımın dili ilə eşidirdim. Bu mənim üçün təbiət aləmini metafizik aləmlə qovuşduran ilk müşahidəm idi ki, baş verirdi. Mənim o biri aləmlə ilk bağlantım buradan başladı.
    Üzüldük, bu yolda çox cəfalar çəkdik.
    Əl-minnətallah ki, məqsədə yetdik.
    Hicran sona yetdi qəm ürəkdən çəkildi
    Yarla həmdəm olub vüsal meyini içdik.
    Elmdən yəqinə keçdik qulaqdan qəlbə
    Dildə eşitdiklərimizi əyanda gördük.
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    İmam Sadiq (ə) buyurur:
    Arifin cismi camaat ilə, qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər.
    Arif ilahi əmanətin əmini, ilahi sirlərin xəzinəsi və Allah nurunun mədənidir. Xalqa ilahi rəhmətin dəlili odur, ilahi elmlərin daşıyıcısı, pərvərdigarın fəzli və ədalət tərəzisi odur.
    Arif xalqdan tamahını kəsmiş, dünya və dünya əhlindən meylini üzmüşdür. Onun Allahdan başqa heç bir munisi yoxdur. Ancaq Allah üçün danışar, Onun yolunda işarə edər, Onunla nəfəs çəkər.
    Belə bir şəxs Allahın qüdsü bağçalarında gəzib dolaşar və İlahi fəzlin kolundan lətif güllər dərər. Mərifət imanın əsli (kökü) və iman mərifətin fəridir. (budağıdır.)
    Deməli, mərifəti olmayan kəsin imanı da olmaz.("Biharul ənvar, c. 3, səh. 14)
    «ŞAH VƏLI»
    Qurani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur:
    İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.
    Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.
    Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi təmin edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də edirdim.
    İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər:
    Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.
    Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sıxırdı. Narahat oldum.
    Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.
    Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çiynində əbası olan arıq-sısqa bir seyyiddir.
    Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:
    Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir:
    İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.
    Dedim:
    Siz kimsiniz? Dedi:
    Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: "Allah sənə salam yetirir” nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.
    Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.
    Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırdılar.
    Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?
    Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.
    Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı.
    Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi "Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə "Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.(Məhəmməd Razi, "Kəramate Salehin”.)
    «DAŞIN ARIFIN ƏLINDƏ PARALANMASI»
    Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:
    İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün "Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
    Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
    Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
    Aşura günüdür. Dedi:
    Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
    Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.
    Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içində daşa tamaşa etdim.
    Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.
    Category: Kəramət sahibləri | Views: 1147 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024