İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:51 AM
    Islamda evlənmə və ailə hüququ-2

    OTUZ ÜÇÜNCÜ FƏSİL
    SUİ-ZƏNN VƏ QEYRƏT


    İnsanlar təbiətən sədaqətə, qarşılıqlı etimada meyl əsasında yaradılmışlar. Buna görə də uşaqlar həyatın ilk çağlarında heç vaxt yalan danışmır, xəyanət etmirlər. Amma tədricən ətraf mühitdə olan başqa şəxslərdən bu kimi bəyənilməz işləri öyrənirlər. İctimaiyyətdə mövcud olan hiyləgərliklərin, hoqqabazlıqların təsiri altına düşməyən şəxslər sağlam, eybsiz və ideal bir cəmiyyət qurmaq arzusundadırlar. Onlar hər növ sui-zənndən, bədgümanlıqdan uzaq olur, başqaları barəsində sui-zənn, ittiham eşitdikdə vicdan əzabı çəkirlər. Bu xüsusiyyət onların sağlam fitrəti, təbiəti ilə əlaqədardır. Məhz buna görə islam dini öz ardıcıllarını sağlam və etimadlı cəmiyyət qurmağa dəvət edir, hər növ bədgümanlıq, töhmət, iftira və s.-nin qarşısını alır. Nə qədər ki, başqalarının əxlaqi pozğunluqları barəsində möhkəm və qəti dəlillər yoxdur, yersiz mühakimələr şərən haram sayılır və bəzən belə şəxslər barəsində müəyyən cəza tədbirinin icra olunmasına gətirib çıxardır.

    Əgər insan cəmiyyətlərinə sui-zənn və bədgümanlıq hakim kəsilərsə, onda səfa-səmimiyyət, qarşılıqlı etimad aradan gedəcək, xəyanət, şəxsiyyətin təhqir edilməsi və mənəvi terror edilməsi qarşılıqlı məhəbbətin, qardaşlığın yerinə keçəcəkdir. Bu şeytani sifət, Allah eləməmiş, ailələrə yol taparsa, onun nurunu söndürəcək, ailədəki səfa-səmimiyyət dolu behişti yanar cəhənnəmə çevirəcəkdir. Xüsusilə də əgər bu sui-zənlər cinsi əlaqə mövzusunda baş verərsə, bu halda həddindən artıq təhlükəlidir və ailə münasibətlərinə ciddi xələl gətirə bilər, bəzən isə kütləvi qırğınlara, müharibələrə səbəb ola bilər. Əgər bu halda ər və avad sui-zənnin əsl amilini dəf etməsələr, ailələrdə peşmançılıq baş verəcəkdir.

    Buna görə də islam dini hamıya tövsiyə edir ki, hər növ ittihamlardan uzaq olsunlar, insanların heysiyyəti ilə oynamasınlar. Bu tövsiyələr ailə barəsində daha artıq təkidlə buyurulmuşdur ki, indi onların bəzilərini sizin diqqətinizə çatdırırıq.

    Əli (əleyhissalam) ictimai əmin-amanlığın, insanların heysiyyətinin qorunub saxlanması barəsində buyurur:

    "Səy edin ki, dini qardaşının işlərinə bəraət qazandırasınız; əgər üzrlü səbəb tapa bilməsiniz, özünüzdən onun üçün üzr düzəldin və heç vaxt müttəhim etməyin.”[100]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs öz arvadını zina ilə, əyri yola getməklə müttəhim etsə, onun yaxşı əməlləri, ilanın öz dərisindən çıxdığı kimi, (nameyi-əməlindən) xaric olacaqdır və bədənində olan hər tük qədəri onun üçün min dənə günah yazılacaqdır.”[101]

    Əli (əleyhissalam) əziz oğlu Həsən (əleyhissalam)-a bir məktubda yazır:

    "Səbəbsiz qeyrət göstərməkdən və sui-zənn etməkdən uzaq ol, çünki bu növ sui-zənlər sağlam və iffətli qadınları da şəkkə, tərəddüdə və nadürüstlüyə doğru çəkir.”[102]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Öz həyat yoldaşını zina və nalayiq əməllə müttəhim edən şəxs hökmən məlundur və yaxud batində imansız və münafiqdir. Çünki həyat yoldaşını itiham etmək şəxsin imansızlığından irəli gəlir və belə bir şəxs cəhənnəm odunda yanacaqdır. Ey insanlar, öz qadınlarınız barəsində sui-zənn etməyin, çünki bu əməlin nəticəsi həmişəlik peşmançılıq və ağır cəzadan ibarətdir.”[103]

    Allah taala bu ayədə islam cəmiyyətlərinə xatırladır ki, məbada bir-birinizin barəsində bədgüman olub sui-zənn edəsiniz! Çünki bu əməl böyük günahlardan olmaqla yanaşı insanları bir-birinə qarşı düşmən və kinli edir.”[104]

    Bu Quran ayəsi və islami hədislər öz ardıcıllarını başqalarının, xüsusilə də ailə barəsində sui-zənn və ittihamdan çəkindirir, bu əmələ mürtəkib olanlara ağır cəza vədəsi verir, habelə, bu sifətin kökünü inmansızlıq və küfr bilir.

    Bu cür mənfi halların və töhmətlərin yayılması insanlar arasındakı qarşılıqlı etimadı azaldır, cəmiyyəti əxlaqi pozğunluqlara və tənəzzülə sürükləyir. Tarix göstərir ki, ən yaxşı insanlar hamıdan artıq dinsizlərin və qərəzçilərin yersiz ittihamlarına məruz qalmışlar, hətta Əli (əleyhissalam) və Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in özü din düşmənləri tərəfindən çoxlu ittihamlara, sui-zənnlərə məruz qalırdılar.[105]
    EVƏ NECƏ DAXİL OLAQ?

    İslam kişilərə göstəriş verir ki, həyat yoldaşı barəsində hər növ ittiham və sui-zəndən, nəfsi tərbiyə etməkdə şeytani fikirlərdən uzaq olsunlar; əgər səfərdə olsalar, qayıdarkən evə gecə daxil olmasınlar, başqa vaxtlarda da evə gələndə mümkün qədər əvvəlcə xəbərdarlıq etdikdən, salam verdikdən sonra evə daxil olsunlar. İmam Baqir (əleyhissalam) buyurur:

    "Hər vaxt sizlərdən biri evə daxil olmaq istəsə, evdə bir kəs varsa, salam verib xəbərdarlıq etdikdən sonra daxil olsun.”[106]

    İmam Sadiq (əleyhissalam) bu hədisdə kişinin vəzifələrindən biri kimi qeyd edir ki, birbaşa və xəbərdarlıq etmədən evə daxil olmasın. Hər vaxt evə gəlsə, salam verməklə xəbərdarlıq etsin, ayaqqabılarını yerə möhkəm vurmaqla və ya öskürməklə evə gəldiyini bildirsin, sonra evə daxil olsun. Nəticədə evdə öz istəmədiyi, xoşlamadığı bir şey görməsin.”[107]

    Bütün bu qanunlar qurucu və tərbiyəvi yönə malik olub ər-arvadın aramlıq və qarşılıqlı etimad əsasında yaşamasına səbəb olur, bir-birinə qarşı hər növ töhmət və sui-zənndən uzaq edir. Çünki bədgümanlıq ilə yanaşı olan həyatda aramlıq, səfa-səmimiyyət aradan gedir, həyəcan və dava-dalaş eşq-məhəbbətin yerini tutur.

    İslam dini bu göstərişi təkcə ər-arvad deyil, başqa şəxslər barəsində buyuraraq deyir ki, "ailələri dava-dalaşa çəkmək, kişi və arvadı bir-birinə bədgüman etmək bütün insanlara haram edilmişdir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Üç şey vardır ki, onda düz danışmaq haramdır: 1-söz gəzdirmək, 2-bir nəfərə onun arvadının xoşagəlməz işlər etməsini xəbər vermək, 3-kişinin (öz arvadı barəsində) verdiyi bu xəbəri təkzib etmək.”[108]

    Deməli, cəmiyyətdə, xüsusilə ailələrdə sui-zənn son dərəcə təhlükəli bir iş olub böyük günahlardan sayılır. Ailə üzvlərinə və sair insanlara vacibdir ki, ailənin isti ocağının soyumasına səbəb olan bu şeytani sifətdən son dərəcədə uzaq olsunlar. Əgər bir kəs öz arvadını zina ilə müttəhim edərsə, özünün və ya başqalarının namusuna yersiz töhmət vurarsa, onun nameyi-əməlində yazılacaq böyük günahlardan əlavə, həm o dünyada lazımi cəzasına çatacaq, həm də bu dünyada şəriət hakimi tərəfindən cəzalandırılacaq və islamın cəza tədbirləri onun barəsində icra olunacaqdır. Müsəlmanlar gərək belə bir şəxsin şahidliyinə və ictimai məsələlərdəki sözlərinə əhəmiyyət verməyib ona etimad etməsinlər, onu fasiq və dəyərsiz bir adam hesab etsinlər ki, belə şəxsin gözündə dünya qaranlıq zindandan başqa bir şey olmasın, pak qadınlara ləkə yaxmaqdan peşman olsun, ailələrin və insanların heysiyyətini tadalamasın.
    NAMUSUN QORUNMASI–QEYRƏT

    Namusu qorumaq, qeyrətli olmaq hər bir mömin şəxsə vacibdir. İslam nəzərindən bu iş xeyli tövsiyə olunmuşdur. Qadın və kişinin küçə-bazarda, xiyabanlarda, məktəb və universitetlərdə, xüsusilə əgər qadınlar yarıçılpaq halda olarsa, onda bu halda qeyrət və abır-həya cəmiyyətdən yığışılar, əxlaqi və cinsi pozğunluq yayılar.

    İslam düşmənləri, xüsusilə qərbin istismarçılar aldadıcı "qadın azadlığı” pərdəsi altında bu dəyərli varlığı–qadını öz əllərində oyuncağa çevirərək onun şəxsiyyətini öz maddi mənafeyləri üçün təbliğat alətinə çevirirlər. Tərbiyə işləri üzrə mütəxəssislərin araşdırmaları göstərir ki, oğlan və qızların bir yerdə təhsil aldığı məktəblərdə, yaxud qadın və kişilərin bir yerdə açıq-saçıq şəkildə işlədiyi idarələrdə əxlaqsızlıq hökm sürür. İşdə geriləmə, məsuliyyətsizlik və s. kimi iqtisadi və ictimai problemlər qadın və kişilərin bu cür xoşagəlməz qarışıqlığının nəticəsidir.[109]

    Müqəddəs islam dini qeyrətli olmağı, namusu qoruyub saxlamağı imanın və kişiliyin əlamətlərindən bilir. Bunun sui-zənn ilə minlərlə kilometr arası vardır. İslam sui-zənni, bədgümanlığı kəbirə (bağışlanmayan) günah bilir, bunun da müqabilində qeyrətli, namuslu olmağı vacib və imanın bir hissəsi hesab edir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Allah taala qeyrətlidir və bütün qeyrətliləri sevir və məhz Öz qeyrəti səbəbi ilə bütün zahiri və batini fahişəlikləri, pozğunluqları haram etmişdir.”[110]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Atam İbrahim (əleyhissalam) qeyrətli idi, mən ondan da qeyrətliyəm. Allah qeyrətsizləri məhv və zəlil edər.”[111]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Qadının qeyrət göstərməsi və ərinin ikinci arvad alması qarşısında həsəd etməsi imansızlıq əlaməti olub nəticə etibarı ilə Quran hökmünü inkar etməkdir. Bunun da müqabilində kişinin qeyrətli olması və namusunu qoruması ilahi fərmanlara tabe olmaq və imanın əlamətidir.”[112]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər bir kəsin arvadı cəlbedici qiyafə ilə, habelə ərinin icazəsi və təşviq etməsi ilə bəzənib evdən çölə çıxsa, onun əri qeyrətsizdir (dəyyusdur), əgər bir kəs belə adama biqeyrət desə, heç də günah etməmişdir.”[113]

    Əli (əleyhissalam) Kufə qadınlarının küçə-bazarda hərəkət edib kişilərlə qarışmasını eşidəndə dərindən təəssüf hissi keçirdi və kufəlilərə xitabən yazdı:

    "Ey İraq camaatı, eşitmişəm ki, qadınlarınız küçələrdə kişilərə toxunurlar. Aya həya etmirsinizmi? Aya qeyrət və həyanız yoxdurmu ki, qadınlarınız bazarlara gedib və açıq-saçıq şəxslərə toxunurlar?”[114]

    Əli (əleyhissalam)-ın bu kəlamı o Həzrətin qəlbini yandıran atəşin kəlamlarından qaynaqlanır və (naməhrəm) qadınla kişinin bir yerdə olmasından şiddətlə nalə çəkir. Belə işlərin acınacaqlı aqibətindən vəhşət etməyən, bu kimi hərəkətlərə razı olan kişilərə qeyrətsiz deyilir. Həmçinin, o Həzrət oğlu İmam Həsən Müctəba (əleyhissalam)-a göstəriş verir ki, "bacardıqca öz həyat yoldaşını elə saxla ki, səndən başqa heç bir kişini görməsin və bu, sənin xeyrinədir. Çünki qadınların qorunub saxlanması hicabda və pərdə arxasında olmaqladır. Bunu da bil ki, sənin evinə gələn namünasib, nalayiq şəxslərin zərəri qadınlarının evdən xaric olmasından yaranan zərərlərdən heç də az deyildir. Yəni namünasib şəxslərin sənin evinə gəlməsinin qarşısını al ki, həyat yoldaşın evin daxilində də əmin-amanlıqda olsun.”[115]

    İmanlı kişi qeyrətini imanının bir hissəsi kimi bilir və öz namusunu hifz edib qoruyur, bədgümanlıq və sui-zənndən uzaq olur, başqasının namusuna da pis və əyri gözlə baxmır və əgər baxarsa, onun baxışlarının gətirəcəyi pis nəticələrdən qorxur. Belə ki, Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) zinanın təsirlərinə işarə edərək buyurur:


    "Namus və qeyrəti olan bir şəxs camaatın namusuna təcavüz (zina) etməz. Əgər zina edərsə, onun da namusuna təcavüz olunacağından qorxar.”[116]

    Burada əziz oxucular üçün qısa bir dastanı təqdim edirik. Bir gün Cəbrəil nazil olub Həzrət Peyğəmbərə dedi: Allah buyurur ki, Mən Cəfər ibni Əbitalibin (Cəfəri Təyyarın) dörd xüsusiyyətinə görə təşəkkür edirəm. Həzrət Cəfəri çağırıb Allahın kəlamını ona çatdırdı. Sonra bu xüsusiyyətlər hansıdır deyə soruşdu. Cəfər ərz etdi ki, əgər Allah taala sənə xəbər verməyəydi, onları sənə deməz, özümü tərifləməzdim. Amma indi ki, belə oldu, onları deyirəm:

    1-Heç vaxt şərab içməmişəm, çünki şərab insanın ağlını aparır;

    2-Heç vaxt yalan danışmamışam, çünki yalan danışmaq insanı etibardan salır və şəxsiyyətini ləkələyir;

    3-Heç vaxt bütə sitayiş etməmişəm, çünki büt hətta özünü müdafiə edə bilmir, özü üçün xeyrə, şərə malik ola bilmir, pərəstişə də layiq deyildir;

    4-Heç vaxt başqalarının namusuna təcavüz (zina) etməmişəm. Çünki bilirəm ki, Allah eləməmiş, əgər belə bir iş görsəm, onun əks nəticəsindən amanda qalmaram; digər tərəfdən də namusa edilən xəyanətə dözə bilmədiyimdən, heç kəsin namusuna təcavüz etməmişəm.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) əlini onun çiyninə vurub buyurdu: "Layiqdir ki, Allah sənə iki qanad əta etsin, mələklərlə birlikdə Cənnətdə pərvaz edəsən.”[117]


    [100]"Səfinətül-bihar”, 2-ci cild, səh.110

    [101]"Biharul-ənvar”, 103-cü cild, səh.248

    [102]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [103]"Biharul-ənvar”, 103-cü cild, səh.249

    [104]"Hücürat” surəsi, ayə:12

    [105]"Nəhcül-bəlağə”, 70-ci xütbə; "Vəsailüş-şiə”, 14-cü cild, səh.440

    [106]"Təfsiri-nümunə”, 14-cü cild, səh.550

    [107]"Biharul-ənvar”, 76-cı cild, səh.11

    [108]"Vəsailüş-şiə”, 8-ci cild, səh.578

    [109]"Təfsiri-nümunə”, 14-cü cild, səh.445

    [110]"Kafi”, 5-ci cild, səh.535

    [111]"Biharul-ənvar”, 103-cü cild, səh.248

    [112]"Nəhcül-bəlağə”, səh.11

    [113]"Biharul-ənvar”, 103-cü cild, səh.249

    [114]"Vəsailüş-şiə”, 14-cü cild, səh.174

    [115]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [116]"Nəhcül-bəlağə”, 297-ci hikmət

    [117]"Rovzətul-müttəqin”, 13-cü cild, səh.104

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1164 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024