İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:48 AM
    Islamda evlənmə və ailə hüququ-2

    OTUZ SƏKKİZİNCİ FƏSİL
    KİŞİNİN QONAQèƏRVƏRLİYİ


    Allah taala insanları təbiətən ictimai əhval-ruhiyyədə yaratmışdır. Bu səbəbə görə də hamı yalqızlıqdan qaçır və sair insanların yanında yaşamaq istəyir. Kəndlərin, şəhərlərin və s. kimi yaşayış məntəqələrinin yaradılması da məhz bu əsasdadır. Qədim zamanlardan bəri insanlar bir-birinin yanında səfa-səmimiyyətlə yaşayıb, fəaliyyətə məşğul olmuşlar. İnsanlar bir-birinə nə qədər yaxınlaşırsa, aralarındakı səfa-səmimiyyət də bir o qədər artır və bir-biri ilə daha artıq təmasda olur, əlaqə yaradırlar. Böyüdükdən sonra hər biri müstəqil ailə təşkil edən ailə üzvləri bir müddətdən sonra bir-birini görüb söhbət etmək istəyir, bir-birinin görüşünə tələsir, bəzən bu sahədə çoxlu pul xərcləyirlər.

    Yaxşı və layiqli kişi odur ki, bu məsəlyə diqqət yetirib bilsin ki, onun həyat yoldaşı uzun müddət öz valideynlərinin, ailəsinin yanında yaşamış, onlarla ünsiyyətdə olmuşdur və onlarla əlaqəsini kəsə bilməz. Buna əsasən, gərək o, ailə həyat yoldaşının ailəsinin bütün üzvləri ilə rabitədə olsun, onlar da həmin şəxslə get-gəl etsinlər. Ərin vəzifəsi budur ki, həyat yoldaşının qohumlarının görüşünə getməsini qəbul etsin və onlar da qonaq gələndə açıq ürəklə onları qarşılasın.

    İslam dini qonaqpərvərliyi tərifləyir, onun qarşısını almağı isə qəbahətli hesab edir. Bizim din rəhbərlərimiz bu xüsusiyyətə malik olmaqda nümunə kimi seçilmişlər. Allah taala da Qurani kərimdə onların bu xüsusiyyətini tərifləmişdir ki, indi oxucuların diqqətini bir neçə Quran ayəsinə cəlb edirik:

    Bu ayədə Allah taala Əhli-beyt (əleyhimussalam)-ın misilsiz qonaqpərvərliyini və fədakarlığını aşkar edərək buyurur ki, onlar Allah yolunda yetimi, əsiri və miskini qəbul edir. Beləliklə də Allah bu böyük şəxsiyyətləri əzəmətlə yad edir.[166]

    Bu ayə Nasirə kəndinin əhalisinin qonaq qəbul etməkdən imtina etmələrini tənqid atəşinə tutub buyurur ki, Musa və Xızr (əleyhiməssalam) o kəndə getdilər və oranın əhalisindən yemək istədilər, amma onlar son dərəcə simicliklə qonaqları əliboş qaytardılar.[167]

    Sonra bu ayədə Allah taala tovhid qəhrəmanı İbrahim (əleyhissalam)-ın qonaqpərvərlik xüsusiyyətini tərifləyib buyurur:

    "Elə ki, Bizim məmurlarımız (mələklər) tanınmaz paltarda İbrahimin yanına çatdılar, o dərhal dananı kəsib ətindən dadlı kabab hazırladı və qonaqların hüzuruna gətirdi.”[168] O da mərhum Əllamə Təbatəbainin nəql etdiyinə əsasən, təkcə dörd nəfər üçün bir dana kəsib onlara xidmət etdi.[169] Peyğəmbərimiz də öz cəddi İbrahimin bu cür alicənablığını tərifləyib buyurur:

    "Allah taala İbrahim (əleyhissalam)-ı iki cəhətə görə Özü üçün dost seçmişdi: 1-onun qonaqərvərliyi, 2-gecə namazı qılması.”[170]

    "Məkarimül-əxlaq” kitabının 134-cü səhifəsində azacıq təfavütlə nəql olunan bu hədisdə İmam Sadiq (əleyhissalam) buyurur:

    "Əgər bir şəxs bir qonaqlıq üçün min dirhəm pul xərcləsə və o qonaqlıqda yalnız bir nəfər mömin yemək yesə, heç də israf etməmişdir.”[171]

    Bu dəyərli hədis və habelə dörd nəfər üçün bir dananın kəsilməsi qonağın əzəmətini və ona xidmət etməyin dəyərini çatdırır. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Alicənab və comərd şəxslərin nişanəsi qonaqlara yaxşı xidmət etmələri və bu işdən ləzzət almalarıdır. Amma alçaq sifət insanlar həmişə süfrə başında oturub qarınlarını doldurmaq istəyirlər.”[172]

    Tarixdə yazırlar ki, bir gün əsirləri Həzrət Peyğəmbərin hüzuruna gətirdilər və o Həzrət Müqəddəs islam dinini qəbul etməyi onlara təklif etdi, amma onlar qəbul etmədilər. Nəhayət Həzrət qərara aldı ki, müharibə əsirləri içində olan və Həzrətə qarşı müharibəyə başlayan bir kişini islama dəvət etsin. Qəbul etmədiyi halda qətlinə hökm verdi. Birdən Cəbəril nazil olub dedi ki:

    "Ey Rəsuli Xuda, Allah sənə salam göndərib buyurur ki, bu əsir səxavətli və qonaqpərvərdir, ona görə də onu öldürmə.” O əsir bu ilahi xəbəri eşitdikdən sonra dərhal islamı qəbul etdi.[173]

    Bu ayə və hədislər qonaqpərvərliyin islam nəzərindən nə qədər əhəmiyyətli olduğunu, islamın bu kimi məsələlərə nə qədər diqqət yetirdiyini göstərir. Əgər qohum-əqəba ilə qohumluq əlaqələrini davam etdirmək, onları qonaq kimi qəbul etmək məsələsinə diqqət yetirsək, bunun əhəmiyyəti daha da artar. Çünki bu səciyyəvi xüsusiyyətə malik olmadan həyat yoldaşı ilə şərikli həyatın heç bir ləzzəti olmayacaqdır. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Sizin kişilərin ən yaxşıları səxavətlilər və qonaqpərvərlər, ən pisi isə paxıllardır.”[174]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Sizin kişilərin ən pisi o kəsdir ki, pis, nalayiq sözlər danışan və paxıl olsun, camaatla qaynayıb-qarışmasın, cəmiyyətdən aralı olmağı sevsin, qonaqların gəlişindən narahat olsun və onlara xidmət etməyə hövsələsi olmasın.”[175]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Sizin ən yaxşılarınız o kəsdir ki, ehsan əhli və qonaqpərvər olsun.”[176]

    Ömər hakimiyyətə çatdığı günlərdə dediyi ilk sözlər bu olmuşdur:

    "Pərvərdigara, mənim xasiyyətim kobuddur, məni yumşalt; mən bacarıqsızam, zəifəm, məni gücləndir; paxılam, məni səxavətli et.”[177]

    Ömər bu cümlələrlə öz nöqsanlarını etiraf edərək demək istəyir ki, səxavətli olmadan müsəlmanlara rəhbərlik etmək mümkün deyildir. Ailə və onun idarə olunmasında qonaqlıq olmadan müştərək həyatın və ailə quruluşunun ləzzətinin dadılması təsəvvür edilə bilməz.

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Bir gün xəndək qazanda Rəsuli Əkrəmin yanında idik. Bu zaman Zəhra (əleyhissalam) əlində bir parça çörək bizim yanımıza gəldi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Bu nədir?” Fatimə ərz etdi: "Atacan, Həsənlə Hüseyn üçün bir az çörək bişirmişdim, onun bir hissəsini sizin üçün gətirmişəm.” Həzrət buyurdu:

    "Üç gün ərzində yediyim ilk çörək tikəsi budur.”[178]

    Bəli, Fatimeyi Zəhara (əleyha salam) həyat yoldaşı Əlinin yanında atasına bir tikə çörəklə xidmət edir. Atası da dəfələrlə Zəhranın evinə varid olur, çətinlik yaratmadan onların süfrələrinin başında əyləşir. Bəzi vaxtlar onlara ilahi süfrə nazil olur. Bəzən də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kimi qonaqlar qızının və kürəkəninin evində iş görür.[179]

    Bu fəslin axırında iki hədisi qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs qohumlarının görüşünə getsə və onlar üçün hədiyyə aparsa, Allah taala yüz şəhidin savabını ona mərhəmət edər və bu yolda atdığı hər addıma qırx min həsənə yazar və elə o qədər də günahlarını bağışlayar.”[180]

    İmam Səccad (əleyhissalam) öz oğluna buyurur:

    "Qohum-əqrəbanın görüşünə getməyən (sileyi-rəhim etməyən) və sileyi-rəhimin icrasına mane olan kəslə heç vaxt dostluq etmə, çünki belə bir kəs Quranın üç yerində Allah tərəfindən lənətlənmişdir.”[181]

    Bu fəsildə qeyd olunan kəlamlardan məlum olur ki, layiqli kişi nəzərdə almalıdır ki, onun ixtiyarında olan arvadı heç də yedən göyərməmişdir; onun da ailəsi, qohum-əqrəbası var, onlarla ünsiyyətdə olmuşdur, onun evinə gəlib-gedəcəklər. Bu məsələ islamda sileyi-rəhim adı ilə məşhur olan mühüm ictimai və dini bir məsələdir. Sileyi-rəhimi kəsmək, şübhəsiz, kəbirə günahlardandır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özünün rəftar və kəlamları ilə bu məsələni öz ardıcıllarına təkidlə tövsiyə etmişdir. Yaxşı kişi odur ki, qonaqlara sadə və təm-təraqsız xidmət etməkə ailənin səfa-səmimiyyətini artırsın.
    OTUZ DOQQUZUNCU FƏSİL

    6. Kişinin öz valideyninə yaxşılıq etməsi həyat yoldaşına yaxşılıq etməsi rəmzidir

    Layiqli kişilərin xüsusiyyətlərindən biri də budur ki, öz ata-anasına qarşı mehriban olsun, onların övladı böyüdüb boya-başa çatdırmaqdakı çəkdiyi üzücü əziyyətlərini, zəhəmətlərini unutmasın, xüsusilə qocalıq çağlarında onların fəryadına yetişsin. Çünki bu anlarda valideyn çox həssas olub övladın məhəbbət dolu nəvazişlərinə son dərəcə ehtiyac duyurlar. Dindar övladlar bu mərhələdə tam bacarıq və imkanları ilə ata-anaya xidmət etməklə onların zəhmətləri qarşısında təşəkkür etməlidir. Çünki ata-anaya edilən yaxşılıq tovhidi qəbul etdikdən sonra vacibatın və dini göstərişlərin ən mühümüdür. Belə ki, bu işdən boyun qaçırtmaq Allaha şərik qoşmaqdan sonra ən böyük günahlardandır. Bu kitabın birinci bölməsində valideynin hüquqları barəsində bəhs edildiyindən həmin məsələni burada təkrar etmirik, amma valideynə ehsan etməyin ailə saxlamaqla olan rabitəsi ilk baxışda lüzumsuz görünür, amma bu barədə lazımi qədər təfəkkür etdikdən sonra bu iki məsələnin qarşılıqlı münasibəti tam aşkar olur. Çünki bir şəxsin öz ata-anasının çəkdiyi zəhmətlər qarşısında təşəkkür etməklə onların unudulmamasına, özünün yaxşı əməlləri ilə bacardığı qədər onların məhəbbətlərinin əvəzini çıxmasına və ata-ananın pak atifələrini özünə cəlb etməsinə səbəb olan amillər yalnız iman və təşəkkür etmək ruhiyyəsidir. Əgər övlad vəfadar və dindar olarsa, öz ata-anasının çəkdiyi zəhmətlərə təşəkkür etmək, ehsan etmək ruhiyyəsini heç vaxt unutmaz və özünün imkanı artdıqca ata-anasının çəkdiyi zəhmətləri bir o qədər yüksələcək, ata və analıq ehsasatlarını beləliklə gücləndirəcəkdir. Əksinə əgər övlad nankor olsa, ayıq vicdana və insaniyyət duyğularına malik olmasa, dini görüşlər onun təfəkkürünə hakim kəsilməsə, bu halda ata-ananın bütün qəm-qüssələrini, çəkdiyi zəhmətləri görməməzliyə vurur, onların zəhmətlərinin haqqının yerinə yetirilməsinə çalışmır, üstəlik onları günbəgün daha da qəmli-qüssəli edir. Onun nankorluq ruhiyyəsi ata-anasının valideynlik duyğularını yaralayır. Beləliklə də həm onların şərif xatirlərini pərişan və qəmli edir, həm də öz bədbəxtliyinə və giriftarlığına zəmin yaradır.

    Həyat yoldaşı da evdə zəhmət çəkir, uşaqları tərbiyə edir, ərinin rahatlığı və asayişi üçün lazım olan vasitələri hazırlayır, onun gətirdiyi qonaqlara xidmət edir, qəm-qüssədə, narahatlıqlarda onunla şərik olur, evin bütün işlərini, hətta bir neçə nəfərlik işləri təklikdə yerinə yetirir, nəticədə bütün varlığı ilə özünü ərinə təslim edir və onun istəklərini yerinə yetirir.

    Belə olan halda əgər bir kəsin dindarlığı onların ata-anasının qarşısına təşəkkür etməsinə səbəb olursa və onun çəkdiyi zəhmətləri unutmursa, burada da həmin amil səbəb olur ki, kişi öz həyat yoldaşına qarşı mehriban olsun, onun çəkdiyi zəhmətlər müqabilində təşəkkür etsin, onun vi təmiz saxlamasını, uşağa baxmasını, qonaqlara xidmət etməsini, pak məhəbbətlərini görməməzliyə vurmasın, öz insani atifə və eşq-məhəbbəti ilə ər-arvad məhəbbətini onda artırsın. Amma öz valideynlərinin üzücü zəhmətlərini nəzərə almayan, onların, xüsusilə ananın hamiləlik dövrlərindəki fədakarlıqlarını yada salmayan və məzlum insanların ruhunu incidən bir şəxsdə, təbiidir ki, insani duyğular yoxdur. Belə şəxsdə özünün zəhmətkeş, vəfadar həyat yoldaşına qarşı vəfalı olmayacaq, onun yaxşılıqlarını, səmimiyyətlərini nəzərə almayacaqdır. Öz müştərək həyatının ilkin çağlarında cinsi qərizəni doyurmaq üçün həyat yoldaşı ilə müəyyən qədər səfa-səmimiyyətlə yaşamasına baxmayaraq, arvad bilməlidir ki, belə bir ər divsifətli insandır, az bir müddət keçəndən, cinsi qərizələri gücdən düşəndən sonra biçarə həyat yoldaşının əzab-əziyyətləri günbəgün artacaqdır. Bu barədə bir neçə hədisi əziz oxucuların nəzərinə çatdırırıq. İmam Riza (əleyhissalam) buyurur:

    "Hər kəs ata-anasının zəhmətlərinin qədrini bilməsə, onların üzücü zəhmətlərini unudub təşəkkür etməsə (təkcə həyat yoldaşı və xidmətçilərə deyil, həm də) Allah taalaya təşəkkür eməmişdir.”[182]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Yaxşı kişilərin xüsusiyyətlərindən biri də budur ki, öz ata-analarına qarşı mehriban və ehsan edən olsunlar.”[183]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Qiyamət günü ən alicənab şəxs odur ki, öz valideynlərinə qarşı ehsan və ehtiram etmiş olsunlar.”[184]

    Bu fəslin axırında qeyd edirik ki, insan öz qızı üçün həyat yoldaşı seçməkdə onun öz valideynləri ilə rəftarını nəzərə almalıdır: əgər o, öz valideyninə qarşı yaxşı rəftar edibsə, şübhəsiz, layiqli və qədirbilən bir ər olacaqdır. Qızlara tövsiyə olunur ki, ər evinə getdikdən sonra ərinin onun öz valideynlərinə qarşı atifələrini yenidən canlandırsınlar ki, öz dini vəzifələrindən əlavə, ərin ata-anasının məhəbbət dolu qəlblərini özlərinə cəlb etsinlər və beləliklə də onların zəhmətləri müqabilində təşəkkür etmiş olsunlar.
    QIRXINCI FƏSİL
    KİŞİNİN SƏLİQƏLİLİYİ

    Yaxşı kişinin gözəl sifətlərindən biri də onun səliqə-sahmana riayət etməsidir. Kişi bilməlidir ki, həyat yoldaşı onun gözəlliyini və səliqəli olmasını son dərəcə istəyir. Həmçinin istəyir ki, əri gözəl və ürəkistəyən tərzdə geyinsin və onunla bu halda birlikdə yaşasın. Ər öz arvadının paklığını və gözəlliyini istədiyi qədər, arvad da ərindən həmin şeyləri gözləyir. Bundan əlavə, islam dini bir dini vəzifə kimi öz ardıcıllarına göstəriş verir ki, paklığa, təmizliyə riayət etsinlər. Bu əməli dini göstərişlərin bir hissəsindən hesab etməkdən əlavə, təmizliyi dinin əsası kimi təqdim edir. Bu səbəbdən Peyğəmbər və imamlarımızın məişət xərclərinin əsasını ətir almaq, paklıq tuturdu. Onlar özlərini həyat yoldaşları üçün zinətləndirirdilər. Öz qadınlarının hüquqlarını yerinə yetirmək və onların diqqətini cəlb etmək üçün rəngarəng patarlar geyinir, onların bu əməllərinə etiraz edənlərə məntiqi cavab verir, səhvlərini onlara başa salırdılar. İndi isə bu barədə olan bəzi rəvayətləri diqqətinizə çatdırırıq:

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kişinin vəzifəsi budur ki, öz arvadı üçün bəzənsin, necə ki, o, arvadının onun üçün bəzənməsini istəyir.”[185]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hər kəs özünü tanımadığı şəxslərə və qonaqlara (səliqəli) göstərdiyi kimi, öz dini qardaşının hüzurunda olsa, özünü tamamilə səliqəyə salmalıdır.[186] Yəni mömin həmişə ictimai yerlərdə özünü səliqəli etməlidir, istər öz adamlarının yanında olsun, istərsə də qeyrilərinin yanında.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınlar özlərini ərləri üçün hazırladıqları kimi, kişilər də özlərini qadınları üçün hazırlamalıdırlar.”[187]

    Bu hədislər öz ardıcıllarına xitab edərək onların bəzənib səliqəli olmasını ictimai vəzifə kimi bəyan edir. İctimaiyyətdə yaşayan hər bir şəxsin vəzifəsi budur ki, xalq kütlələri içərisində və ailədə öz həyat yoldaşı üçün bəzənsin, beləliklə də başqalarının ictimai hüquqlarını zay etməsin.
    MƏSUM RƏHBƏRLƏRİN ÖZ HƏYAT YOLDAŞLARI ÜÇÜN BƏZƏNMƏSİ

    Bizim dini rəhbərlərimiz paklığı, bəzənməyi və səliqəli olmağı dinin əsası hesab etməkdən əlavə, öz ardıcıllarına da bu işi tövsiyə etmişlər. Əməldə də onların özləri hamıdan irəlidə olub öz arvadlarının müqabilində səliqəliliyə riayət edib tam bəzənirdilər. İmam Riza (əleyhissalam) buyurur:

    "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”[188]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) təkcə öz ailəsi üçün deyil, həm də evdən çıxanda güzgüyə baxır, özünü tam səliqəli hala salır və buyururdu:

    "Allah istəyir ki, Öz bəndəsi hər vaxt dini qardaşına və ictimaiyyətə tərəf hərəkət etdikdə tam səliqəli və xoşagələn halda olsun.”[189]

    Bu hədislər göstərir ki, Allah və Onun Peyğəmbəri möminin səliqəli olmasını sevir və bunu ictimai bir hüquq kimi bəyan edir. İmam Baqir (əleyhissalam)-ın səhabələrindən biri olan Zürarə deyir:

    Mən o Həzrətin yanına gələndə gördüm gi, özünü tam səliqəli edib rəngli paltarlar geymişdir. Həzrət məni görən kimi buyurdu: "Bu rəngli və bəzəkli paltarları qüreyşdən evləndiyim bir qadın üçün geymişəm.”[190]

    İmam Riza (əleyhissalam) buyurur:

    "Bir neçə nəfər İmam Baqir (əleyhissalam)-ın yanına gəlib gördülər ki, o Həzrət öz saqqalını qara rənglə bəzəyib. Bu işin səbəbi barədə soruşduqda Həzrət buyurdu: "Mən öz arvadlarımı sevirəm və onların hüququna riayət edirəm. Bu işi də onlar üçün etmişəm.”[191]
    SƏLİQƏLİLİYƏ RİAYƏT ETMƏMƏK (SƏLİQƏSİZLİK)

    Camaatın çoxu bəzənməyi, səliqəli olmağı kişiliyin ziddinə olduğunu güman edərək islamın bu göstərişi ilə kəskin müxalifət edirlər. Hətta bəzən ilahi nemətləri və maddi ləzzətləri özlərinə haram edir, bunu zahidlik və təqva kimi qələmə verirlər. Habelə, bu məsələyə diqqət yetirən, bəndələr üçün yaradılan ilahi nemətləri öz övlad və həyat yoldaşına hazırlayan və özü də ondan bəhrələnən şəxsləri təkəbbürlü və tağut əhli adlandırırlar. Belə kəslər bilməlidirlər ki, "Əraf” surəsinin 30-cu ayəsinə uyğun olaraq özləri fikri, əqidə inhirafına düşmüşlər və Məsum rəhbərlər də onların bu təfəkkür tərzi ilə kəskin müxalifət etmişlər. İndi sizin diqqətinizi Əli (əleyhissalam)-ın vaxtında baş verən tarixi bir hadisəyə cəlb edirik.

    Asim ibni Riyah Əli (əleyhissalam)-ın şiələrindən, o Həzrəti sevənlərdən biri idi. O, dünya ləzzətlərini tərk edib gözəllikdən uzaq olmağı zöhd və təqva kimi güman edərək özünü bir kilimə bükmüşdü. O bütün ləzzətlərdən və zinətlərdən qaçır, öz-özünə deyirdi: "Mən öz imamım və rəhbərim Əliyə tabe oluram. O, dünyadan üz çevirmişdir, mən də dünyanın acılıqlarına səbr edirəm.” Əli (əleyhissalam) bu təfəkkür tərzi ilə müxalifət edib ona qarşı mübarizə aparmalı idi. Bu hadisədən xəbərdar olan kimi Asimi hüzuruna çağırıb onu bu yoldan qaytarmaq üçün danlayıb buyurdu: "Ey özünün düşməni! Əhli-əyalından həya etmirsənmi? Öz övladlarına rəhm eləmirsənmi? De görüm, Allah bütün bu nemətləri sənin üçün xəlq edib amma onlardan istifadə etməyini istəmir?!” Asim bu sözləri eşidəndən sonra ərz etdi: "Ey mənim mövlam, bu işdə sənin yolunu getmək istəyirəm, çünki sən, məndən də pis geyinir və ləzzətsiz yeməklər yeyirsən.” Həzrət buyurdu: "Sən mənim kimi olmamalısan. Mənim vəzifəm budur ki, müsəlmanların rəhbəri kimi özümü camaat içində ən aşağı səviyyədə yaşayan şəxs ilə uyğunlaşdıram.

    Həqiqətən Allah-taala Haqq imamlara vacib etmişdir ki, məişət və yaşayış cəhətindən öz zamanlarının ən fəqir təbəqəsi ilə eyni səviyyədə yaşasınlar ki, fəqirlər öz səbrlərinə səbr etsinlər və öz rəhbərlərinin həyatına diqqət yertirərək ruhi aramlıqda, xatircəmliklə yaşasınlar.”[192]

    Əli (əleyhissalam) bu inhirafçı fikirləri sona yetirdi və Asimi onun hərarətli ailəsinə qaytardı. Bu fəslin axırında nəzafəti və paklığı tövsiyə edən bir neçə hədisi diqqətinizə çatdırırıq: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Bacardığınız qədər pak olun, çünki Allah bu dini paklıq əsasında qərar vermişdir və paklardan qeyrisi cənnətə daxil olmayacaqdır.”[193]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Pak, ətirli bədən və paltarla qılınan namaz, ətirlənmədən qılınan yetmiş namazdan üstündür.”[194]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs paltar alsa, gərək onu təmiz və pak saxlasın.”[195]

    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Təmiz paltar və paklıq qəm-qüssəni qəlbdən aparır. Səliqəli adam həmişə xoşhaldır.”[196]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, paklıq və nəzafətə riayət etmək üçün dişləri yumaq, bədəni təmiz saxlamaq, cümə günü qusul etmək hər bir müsəlmana vacibdir.”[197]

    Bu rəvayətlər paklığın və səliqəliliyin əhəmiyyətini göstərir. Qeyd etmək lazımdır ki, ailə qurmuş şəxslər hökmən təmizliyə riayət etməli, gözəl və səliqəli olmalı, başını və tüklərini islah etməli, öz həyat yoldaşının yanında daha artıq səfa-səmimiyyətlə yaşamalıdır. Belə ki, İmam Sadiq (əleyhissalam) qeryi-adi və səliqəsiz saqqal saxlamağı islam nəzərindən qadağan edərək səliqəlilik ilə müxalifət edənləri cəhənnəm əhli hesab etmişdir.[198]
    QIRX BİRİNCİ FƏSİL

    8. Kişinin əmanətdarlığı

    İnzibatsız şəxslərlə yaşamaq çox çətin və qeyri-mümkündür. Belə şəxslərlə təmasda olmaq cismi və ruhi narahatlığa səbəb olur. Həmçinin, istismarçı ruhiyyəli, başqalarının hüquqlarından öz şəxsi mənafeyi üçün sui-istifadə edənlər son dərəcədə dərd-bəla gətirirlər.

    Layiqli kişi o kəsdir ki, həyat yoldaşını, özü kimi, müstəqil fikir və iradə sahibi bilsin, onun hüquqlarını ömür boyu möhtərəm saysın və diqqət yetirsin ki, qadın və kişinin həm ruhi, həm də cismi cəhətdən müxtəlif fərqləri vardır. Bu fərqlər təbiidir ki, həyat və məişətdəki, adət-ənələrdəki və qayda-qanunlardakı səliqə fərqlərinə gətirib çıxaracaqdır. Xüsusilə, əgər bir-biri ilə çoxlu aşkar mədəni fərqlərə malik olsalar, onların arasında çoxlu təzadlar zahir olacaqdır. Bunları aradan qaldırmaq, xoşagəlməz hadisələrin, ailələrin dağılmasının qarşısını almaq üçün gərək kişi və qadın öz agahlıq səviyyələrini yüksəltsinlər, öz vəzifələrini yerinə yetirməkdə ddiqqətli olsunlar, eyni halda bir-birinin kiçik xətalarına göz yumub sülh-səfa şəraitində yaşasınlar.


    "Qadınların barəsində hər növ zülm etməkdən çəkinin, Allah qarşısında təqvalı olun. Çünki onlar sizin ixtiyarınızda olan ilahi əmanətlərdir.”[199]


    Ravi deyir:

    İmam Baqir (əleyhissalam)-a bir məktub yazıb evlənməməsələsi barədə ondan məsləhət almaq istədim. Həzrət buyurdu: Hərgah bir kəs sizə elçiliyə gəlsə və dindar və əmanətdar olsa, ona müsbət cavab verin.”[200]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınlarla müdara edin və bir-birinizi onlarla müdara etməyə tövsiyə edin. Çünki onlar sizə təslimdirlər.”[201]

    Bu hədislər və habelə 31 və 32-ci fəsildə qeyd olunan sair hədislər göstərir ki, layiqli kişi odur ki, öz həyat yoldaşını ilahi əmanət bilsin, ona hörmət etməyə çalışsın, əmanətdlarlıq şərtlərinə tam riayət etsin və bilsin ki, həyat yoldaşı da onun kimi atifəyə, insani duyğulara malikdir. Buna əsasən, gərək kişi imkan daxilində tam mərdanəlik və comərdliklə həyat yoldaşının xətalarına dözsün və onu bağışlasın. Onun bu kimi işlərdə israr etdiyi bir vaxtda səy etsin ki, nəsihət və xeyirxahlıq yolu ilə onu agah etsin. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Kərim şəxs odur ki, başqalarının xətalarını görməməzliyə vursun.”[202]

    Həzrət başqa bir hədisdə buyurur:

    "İntiqam almaq üçün lazımi və kifayət qədər fikirləşmədən tədbir görmək alçaq adamların peşəsidir.”[203]

    Ailə mühitində hövsələ və səbrin nəticəsi müvəffəqiyyət və qələbədir. Yəni əgər ər həyat yoldaşının bəzi xətalarını görməməzliyə vurub əfv etsək, intiqamı təmkinin yerinə qoysa və ona qarşı öz böyüklüyüynü göstərsə, şübhəsiz, həyat yoldaşı da bu comərdliklərdən təsirlənəcək və günbəgün kamala, mənəviyyətə doğru addımlayacaq. Amma intiqam almaq, kötəkləmək, əmanətdarlığın ziddinə hərəkət etmək qadının həssas və lətif ruhunu yaralayır, onun inadkarlığını daha da artırır. Nəticədə ər-arvad arasındakı mehribanlıq və səmimiyyət həyəcanlara, bəzən də ayrılığa səbəb olacaqdır.


    [166]"İnsan” surəsi, ayə:8

    [167]"Kəhf” surəsi, ayə:77

    [168]"Hud” surəsi, ayə:69

    [169]"əl-mizan” təfsiri, 10-cu cild, səh.340

    [170]"Səfinətül-bihar”, 2-ci cild, səh.83

    [171]"Biharul-ənvar”, 75-ci cild, səh.455

    [172]"Qürərül-hikəm”, səh.610

    [173]"Kafi”, 4-cü cild, səh.5

    [174]"Məkarimül-əxlaq”, səh.166

    [175]"Vəsailüş-şiə”, 14-cü cild, səh.18

    [176]"Fürui-kafi”, 4-cü cild, səh.51

    [177]"Kənzül-ümmal”, 5-ci cild, səh.683

    [178]"Səfinətül-bihar”, 1-ci cild, səh.193

    [180]"Rovzətul-müttəqin”, 9-cu cild, səh.409

    [181]"Töhəfül-üqul”, səh.202

    [182]"Biharul-ənvar”, 74-cü cild, səh.68

    [183]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.108

    [184]"Biharul-ənvar”, 74-cü cild, səh.86

    [185]"Müstədrək”, 2-ci cild, səh.559

    [186]"Kafi”, 6-cı cild, səh.439

    [187]"Müstədrək”, 2-ci cild, səh.559

    [188]"Töhəfül-üqul”, səh.330

    [189]"Vəsailüş-şiə”, 3-cü cild, səh.344

    [190]"Vəsailüş-şiə”, 3-cü cild, səh.358

    [191]"Vəsail”, 1-ci cild, səh.399

    [192]"Nəhcül-bəlağə”, 200-cü xütbə

    [193]"Nəhcül-fəsahə”, səh.72

    [194]"Fürui-kafi”, 6-cı cild, səh.511

    [195]"Kafi”, 6-cı cild, səh.431

    [196]"Vəsailüş-şiə”, 3-cü cild, səh.346

    [197]"Kənzül-ümmal”, 9-cu cild, səh.310

    [198]"Kafi”, 6-cı cild, səh.447 və 448

    [199]"Sünəni-Beyhəqi”, 7-ci cild, səh.304

    [200]"Kafi”, 6-cı cild, səh.347

    [201]"Müstədrək”, 2-ci cild, səh.555

    [202]"Qürərül-hikəm”, səh.19

    [203]"Qürərülhikəm”, səh.6

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 951 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024