İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:46 AM
    Islamda evlənmə və ailə hüququ-2

    QIRX İKİNCİ FƏSİL

    9. Ailə nəcabəti və əsaləti

    Ərə gedib ailə qurmaq istəyən qızlar bu müqəddəs işdə öz əsas hədəflərini nəzərə alıb elə şəxslə ailə qurmalıdırlar ki, onları öz hədəflərinə çatdırsın. Çünki evlənməkdə və ər seçməkdə hədəf mühüm rol ifa edir. Əlbəttə, ola bilər ki, qızların hamısının arzu və istəkləri eyni bir səviyyədə olmasın; onların müxtəlif ailə mədəniyyətləri və hakim olan mühit valideynin ağuşunda böyümələri və s. şəksiz onların görüşlərini müxtəlif edəcəkdir. Belə ki, qızların bəziləri ərinin yalnız xarici gözəlliyinə və bədən quruluşuna diqqət yetirir, bəziləri onun gəlirini, bəziləri isə onun ictimaiyyətdəki şəxsiyyətini nəzərə alır. Bəzi qadınlar da ərinin təqvasını və islami əxlaqını öz səadətində və xoşbəxtliyində əsas şərt bilir. Camaatın əksəriyyəti özlərinin pak fitrəti əsasında islamın həyatverici ayinindən istifadə etməklə ərin sonuncu bu xüsusiyyətlərini nəzərə alırlar. Bu hədəfə çatmaq və ərin mənəvi xüsusiyyətlərini tanımaq üçün iki məsələni nəzərə almaq lazımdır: 1-ailənin irsiyyəti və nəcabətliyi, 2-ərin yaşadığı həyat mühiti, onun dostlarını və həmfikirlərini tanımaq.
    İRSİYYƏTİN ROLU

    Hər bir insanın həyatı kiçik bir nütfədən (hüceyrədən) başlanır. Bu mayalanmış toxumun yumurta şəkilli nüvəsi vardır, onun da ətrafını sitoplazma tutur. İrsi amillər çox mürəkkəb kimyəvi maddələrdən təşkil olunmuş və nüvənin içində yerləşir. Bu maddə xasiyyət qəbul etdiyindən, onlara xromosomlar (və ya rəngli cisimciklər) deyilir. Bir xromosomun daxilində yerləşən irs daşıyıcıları–genlər adlanır. Onun da mənası təyin edici deməkdir. Hər gen başqa genlə birləşərək müxtəlif xüsusiyyətləri vücuda gətirir, ata-ananın zahiri və batini xüsusiyyətlərini övlada nəql etdirir. Alimlər bu genlərin hər bir insanda təxminən otuz min olduğunu hesablamışlar.[204]

    Məhz bu səbəbə görə alimlər və psixoloqlar inanırlar ki, ata-ananın bütün ruhi və əxlaqi xüsusiyyətləri, hətta onların qidalanma keyfiyyəti, nigaranlıqlar, iztirablar, xüsusilə rüşeymin ana bətninə düşdüyü vaxtdan etibarən uşaqda təsir qoyur. Siqaretdən istifadə edilməsi, kimyəvi maddələr qəbul edilməsi, valideynin zəhərlənməsi, xüsusilə ananın narahatlığı və həyəcanı, sevinc və ya qəzəbi, bədbəxtliyi, cinayəti, yalanları, və s. hətta qanuni və ya qeyri-qanuni narahatlıqlar belə ana tərəfdən uşağa təsir qoyur.[205]
    DİN NƏZƏRİNDƏN İRSİYYƏTİN ROLU

    Psixologiya (insanşünaslıq) elmində irsiyyət qanunu və valideynin ruhi və cismi xüsusiyyətlərinin övladdakı rolu yalnız son əsrdə isbat olunmuşsa, amma islam dini 14 əsr bundan qabaq bu həqiqəti aşkar şəkildə buyurmuş, valideynin bütün ruhi və cismi cəhətlərinin uşaqda təsirli olduğunu bəyan etmişdir. İndi isə bu barədə bəzi rəvayətləri əziz oxucuların nəzərinə çatdırırıq:

    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "İnsani səciyyələr və əxlaqi fəzilətlərin kökü ailənin paklığı və irsiyyətdən nəşət tapır.”[206]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Başqa bir qadına şəhvət nəzəri salaraq öz qadınınla yaxınlıq etmə, çünki bu cür şeytani fikirlər uşağın rüşeymində təsirli olub onu əxlaq nəzərindən zinakar və münhərif (pozğun) bir şəxs edəcəkdir.”[207]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Əsla nadan və dəli qadınlarla evlənməyin, çünki onlarla müaşirət giriftarlığa səbəb olur və övladları nadan və puç olur.”[208]

    Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşur:

    "Müsəlman bir şəxs məcusi qadınla evlənə bilərmi?” Həzrət buyurur: "Xeyr, amma əgər məcusi kənizi olarsa, onunla yaxınlıq edə bilər, bu şərtlə ki, mənini çölə töksün və ondan uşaq dünyaya gəlməsinin qarşısını alsın.”[209]

    Bu hədisdə valideynin dininin uşaqdakı təsiri diqqət mərkəzində olmuş və məcusi qadınla evlənmək məhz bu səbəbdən qadağan edilmişdir. Çünki ananın etiqadı və dini əqidəsi şəksiz rüşeymin insani, dini hisslərinin formalaşmasında təsirlidir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onu oda atmışdır. Hər kəs qızını dinsiz və şiə məzhəbinə müxalif olan bir kəsə ərə versə, sanki qızı ilə qohumluq əlaqələrini kəsmişdir.”[210]

    Bu hədisdə şərabın valideynin cismi və təfəkkür yönündəki rolu, habelə onun təsirinin uşağa keçməsi, ata-ananın islama müxalif olmasının uşağa təsiri səbəbi ilə bu cür şəxslərlə evlənmək qadağan edilmişdir.

    Tərbiyə işləri üzrə mütəxəssislər inanırlar ki, spirtli içkilərə adət edən şəxslərin uşaqları çox keçmədən şəraba qurşanır və başqalarından daha tez əxlaqsızlığa fəsada düşür, başqa uşaqlardan daha çox cinsi inhiraflara, fahişəliyə, yalançılığa və sair kimi rəzil sifətlərə düşür və çox keçmədən pisixi xəstəliklərə tutulur.[211]
    VALİDEYNİN QİDASININ UŞAĞA TƏSİRİ

    Valideynin fikir, etiqad və ruhi halətlərinin uşağa təsir etdiyi kimi, şübhəsiz qidanın növü və keyfiyyəti də təsir qoyacaqdır. İslam dini əvvəlki məsələlər kimi bunu da diqqət mərkəzində saxlamışdır. İmam Sadiq (əleyhissalam) qidanın qəribə təsirlərinə işarə edərək buyurur:

    "Kasnı yemək mənini artırır, uşağın gözəlliyində təsirlidir, cismi qüdrəti və bacarığı artırır. O, enerqili və ürəyəyatandır, uşağın oğlan olmasına daha çox təsirlidir.”[212]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Heyva yeyin, çünki o, qəlbi iztirabdan qurtarır, şücaətli olmağa səbəb olur, körpənin gözəl və normallığında son dərəcədə təsirlidir.”[213]

    Həzrət bir gün Cəfər ibni Əbitalibə heyva verib buyurdu:

    "Onu ye, çünki heyva sənin özünün və övladlarının gözəlliyi və taravətli olmasında təsirlidir.[214]

    İmam Cəfər Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəs ac halında, şirin iştaha ilə heyva yesə, mənisinin suyu pak-pakizə olar, uşağın gözəlliyində də təsirli olar.”[215] Bu hədislərdə valideynin qidalanmasının övladdakı təsirinə işarə olunur. Nəticə alırıq ki, valideynin bütün ruhi və cismi halətləri, qidalanması, dini etiqadları uşağın ruhiyyəsində və onun səadətli və xoşbəxt olmasında təsirlidir. Pisxologiya alimləri isbat etmişlər ki, ruhi xəstəliklərə tutulan uşaqların 66%-i öz xəstəliklərini analarından irs aparmışlar. Əgər ana eybsiz və sağlam olarsa, övladının da əsəb sistemi nomal olacaqdır. Əgər bir qadın övladının sağlam, ruhi və əqli cəhətdən nöqsansız olmasını istəyirsə, uşağın hətta təvəllüdündən əvvəl öz sağlamlığının fikrində olmalıdır. Buna əsasən, ailə qurmaq istəyən qızlar ərin ailəsini və valideynlərini, onların fikirlərini, ruhi halətlərini nəzərə almalıdır. Çünki onların bütün halətləri övladların şəxsiyyətinin, əxlaqının formalaşmasında təsirlidir.
    DOSTLARIN TƏSİRİ

    Yaxın dostlar və ətraf mühit əksər hallarda insana təsir qoyur, onların müsbət və ya mənfi istiqamətdə hərəkət etmələrinə səbəb olur. Bu barədə heç kəs şəkk edə bilməz. Amma mühitlə irsiyyətin müqayisə olunması məqamında təlim-tərbiyə mütəxəssisləri arasında müəyyən qədər fikir ayrılığı nəzərə çarpır. Onlardan bir qrupu irsiyyət qanununu daha təsirli bilirlər. Onların müqabilində isə bir qrup ətraf mühiti, dostların təsirini irsiyyətdən daha çox təsirli hesab edirlər. Hər biri də öz nəzəriyyəsinin isbatı üçün irsiyyətin və ya ətraf mühitin fərdlərdə mövcud təsirlərini şahid gətirirlər və deyirlər ki, mənəvi cəhətdən saf, kamil insanlar məhz bu iki amildən birinin təsirin altında olmuşdur. Amma ekiz uşaqlar üzərində aparılan psixoloqi təcrübələr göstərir ki, irsiyyətin ifa etdiyi rol daha artıqdır.[216]

    Əyani təcrübə və müşahidələr göstərir ki, ətraf mühitin və dostların qeyri-məsum insanlardakı təsiri son dərəcə güclüdür və heç vaxt mühitin cəmiyyətdəki rolunu inkar etmək, nəzərə almamaq olmaz. Napak mühit, ləyaqətsiz tərbiyəçi, pozğun və təqvasız dostlar, istismarçılıq mədəniyyəti əksər hallarda irsiyyət qanununu zərərsizləşdirir, təkamül yolunu dəyişir. Bunun da müqabilində təqvalı və gözəl əxlaqlı valideynlərdən əmələ gələn nalayiq və naxələf övlad pak mühitin, sağlam mədəniyyətin, səmimi dostların, düzgün və insani tərbiyənin nəticəsində saleh və işgüzar, ürəyiyanar bir fərdə çevrilir. Bu məsələ şəksiz və inkarolunmaz məsələlər sırasındadır və bu, psixoloqi təcrübələrdə isbat olunmuşdur. Bütün şərtlər eyni olduqda eyni ata-anadan əmələ gələn ekiz uşaqlar müxtəlif mühitlərdə: biri mədəni və şəhər mühitində, digəri isə kənd mühitində böyümüş və nəticədə mühit onlara müxtəlif təsirlər qoymuşdur. Onların ayıqlığı və istedadı talmamilə fərqlənmişdir.[217]
    DİN NƏZƏRİNDƏN MÜHİTİN ROLU

    Qurani məcid və Məsum rəhbərlər yaxın dostların və ətraf mühitin insanlardakı təsirinə işarə edib öz ardıcıllarına göstəriş verir ki, onların pis təsirlərindən uzaq olsunlar, nasaleh, naxələf adamlarla ilə yoldaşlıqdan çəkinsinlər. İndi sizin diqqətinizi bir neçə hədisə cəlb edirik.

    Həzrəti Nuh Pərvərdigari-aləmə ərz etdi:

    "Xudavənda, kafirlərin heç birini yer üzündə saxlama. Əgər saxlayarsansa, Sənin bəndələrini yoldan azdırar və özlərindən sonra fasiq, facir və kafir şəxsləri qoyub gedərlər.”[218]

    Bu ayə həm mühitin təsiri məsələsini, həm də irsiyyətin təsirini qəbul edir. Çünki başqalarını yoldan azdırmaq mühitin təsiri, naşükür, fəsadçı olmaq isə irsiyyətin təsiridir.

    Bu ayə də Allah taalanın həyatın, ətraf mühitin və münhərif və əxlaqsız dostların qəribə təsirinə işarə edir və buyurur ki, qiyamət günü (bu dünyada) təqvasız, fasid və münhəriflərlə yoldaşlıq edənlər təəssüflənərək "kaş ki bu fasidlərlə, yaramazlarla dost olmayaydım, onlar bizi fəsada çəkdilər və Allahın zikrindən azdırdılar.”[219]

    Bu ayənin təfsirində gəlmişdir ki, Üqbət ibni Əbi Müit adlı bir şəxs dostunun təhriki ilə Peyğəmbərə qarşı hörmətsizlik edib əvvəlcə ağzının suyunu o Həzrətin üstünə atdı, sonra murdar olmuş qoyunun qarın-bağırsaqlarını Həzrətin üstünə ataraq ona əziyyət verdi. Bu iki ayədən əlavə, başqa ayələr də ətraf mühitin insana göstərdiyi təsirdən söz açır. O cümlədən, buyurlur ki, can vermə zamanı nankor və layiqsiz dostların təsiri qəbziruh edən məmur mələklərin tərəfindən soruşulacaqdır.[220]

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) məhz Məkkə mühitinə hakim olan ictimai eybəcərliklərdən, fasid mühitdən amanda qalmaq üçün Mədinəyə hicrət etdi. İslamın əvvəllərində müsəlmanlar oranın fasid, yaramaz mühitinin qorxusundan Həbəşistana və sair yerlərə hicrət etdilər. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Məbada nalayiq, yaramaz adamlarla dost olasan! Onların fəsadı və şəri sizə də sirayət edə bilər.”[221]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Əgər bir şəxsin mənəviyyətini yaxşı tanımasanız və onun etiqadları, fikirləri sizin üçün məlum olmasa, onun dostlarını mülahizə edin: əgər onlar təqva əhli olsalar, onun özü də təqvalıdır; yox əgər fasid olsalar, bilin ki, o da fasiddir.”[222]

    Qeyd etdiyimiz ayə və hədislər dostların və ətraf mühitin təsirini aşkar surətdə qəbul etmişdir. Buna əsasən, yaxşı kişi odur ki, əsil-nəsəbli, nəcabətli, dindar, agah bir ailədə doğulub tərbiyə olunsun, düzgün mədəniyyətlə inkişaf etsin, yaxşı dostlarla birlikdə olsun. Məhz bu surətdə o, saleh və layiqli olub həyat yoldaşının da hüquqlarına riayət edəcəkdir.

    İndi isə yaxşı kişinin xüsusiyyətlərinə dəlalət edən bir hədisi diqqətinizə çatdırırıq. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Kişilərin ən yaxşısı onlardır ki:

    1-təqva və iman sahibi olsun;

    2-pakizə və səliqəli olsun;

    3-səxavətli və bağışlayan olsun;

    4-nəcabətli və əsalətli ailədən olsun;

    5-öz valideyninə qarşı yaxşı, əməli-saleh olsun;

    6-çalışqan olub ailənin ehtiyaclarını aradan qaldırsın;

    7-danışığında mərifətli olub, söyüş söyməsin, nalayiq sözlər danışmasın;

    8-qarınqulu olmasın və gələn qonağı yaxşı qarşılasın;

    9-həyat yoldaşına qarşı əmanətdar olub onu döyməsin;

    10-paxıllıqdan uzaq olsun;

    11-öz həyatının və məişətinin rifahını yüksəltsin.”[223]

    Biz öz bəhslərimizdə bütün bu mətləblərə işarə etmiş, lazımi dəlillər gətirməklə əziz oxuculara islam nəzərindən layiqli kişinin kim olduğunu xatırlatmışıq. Ümidvarıq ki, qızlar və qadınlar ər seçməkdə bu bəyənilən yollardan istifadə edərək özlərini giriftar etməsinlər və taleyini öz əli ilə puç etməsinlər.

    Bu fəslin axırında bir məsələni də qeyd etmək istəyirik: Ərin xüsusiyyətlərini mülahizə etmək o zaman müyəssər ola bilər ki, bir qızın, misal üçün, bir neçə istəyəni olsun, habelə onun ərə getməsinin təxirə salınması fəsada, dözülməz narahatlıqlara, siyasi-ictimai nəzərdən xoşagəlməz hallara səbəb olmasın. Xülasə, adi şəraitdə yaşamış olsun. Buna əsasən, az saylı istisna şəxslər bizim bəhsimizdən xaricdirlər. Bildiyimiz kimi, Məsum rəhbərlərimiz ictimai məsləhətin qorunması naminə və ya daha mühüm məsələləri nəzərə alaraq bəzi hallarda bu şərtlərə malik olmayan şəxslərlə evlənmişlər. Belə ki, İmam Sadiq (əleyhissalam)-dan Əli (əleyhissalam)-ı qızı Ümmü "ülsümün nə üçün belə pis şəxsə ərə getməsi barəsində soruşdular, Həzrət buyurdu:

    "Bu qızı zor gücünə, təhdidlə bizdən aldılar.”[224]

    Əli (əleyhissalam) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən sonra aləmdə ən qüdrətli, şücaətli mislsiz olmasına baxmayaraq, siyasi cəhətdən, zamanın tələbinə görə, islamın daxili və xarici düşmənlər tərəfindən təhdid olunduğu bir zamanda namünasib şəraitə düşmüşdü ki, xilafəti qəsb edən məlun dedi:

    "Əgər Əli öz qızını mənə verməsə, Bəni-haşimin bütün iftixarlarını bada verəcəyəm. Və iki yalançı şahid çağırıb Əlinin oğurluq etməsini sübut edəcəm və sonra onun sağ əlini kəsəcəyəm.” Buna görə də Həzrət bu qəribə hadisəni müşahidə etdikdən sonra qızının öz düşməninə ərə getməsinə razı oldu və islamın və vilayətin məsləhətini öz şəxsi məsləhətindən qabağa saldı.[225]
    QIRX ÜÇÜNCÜ FƏSİL
    HƏYAT YOLDAŞI İLƏ "ÖZƏL RƏFTARIN TƏSİRLƏRİ

    İyirmi yeddinci fəsildə işarə edildiyi kimi, qadınlar tarix boyu həmişə məzlum yaşamış, zülmün ağır tufanlı dalğalarına məruz qalmışlar. Qadınların çox zərif və insani duyğulara malik olmalarına baxmayaraq insan hesab edilməmiş, ondan çox ağır işlərdə, o cümlədən, yer şumlamaqda, əkin sahələrini suvarmaq üçün quyulardan su çəkməkdə istifadə edirdilər. İndi də bu qanun zalımcasına bəzi amerika ölkələrində hinduların arasında yayılmışdır və adi bir qaydadır. Çox təəssüflə qeyd etmək lazımdır ki, məsihiyyət icmalarında da katoliklər qadının ruhiyyəsinin necəliyi barəsində araşdırma apardıqdan sonra belə nəticəyə gəliblər ki, bütün qadınlar arasında yalnız Həzrət Məryəm insandır və onun əbədi ruhu vardır, yerdə qalanlar isə insanla heyvan arasında keçid rolunu oynayırlar.[226]

    Əfsuslar olsun ki, hazırkı əsrdə qadın azadlığı və onların kişilərlə bərabərliyi iddia edilərək onlar dəyərsiz bir əmtəə həddinə gətirilmiş, kabaralarda, işvəxanalarda sui-istifadələrə məruz qalırlar, onları ailə təşkil edilməsi, yeni nəslin sağlam tərbiyə olunması və tərəqqiyə sövq edilməsi kimi əsli yoldan sapdırırlar. Amma islam dini qadınların bütün hüquqlarını 14 əsr bundan əvvəl hörmətlə yad etmiş, səadətli və layiqli yaşayışı üçün müsəlmanları onların haqlarına riayət etməyə səsləmişdir.[227]

    Onlara qarşı insani rəftarların ardınca gözəl nəticələr gəlir ki, onlara işarə edirik:

    1-Ailədə yüksək əhval-ruhiyyə, şadlıq və sevinc

    Mütəal Allah yaradılış aləmində Özünün qüdrət və bacarıq nişanələrindən birini qadınların həyat yoldaşı ilə evlənməsi bilir. Belə ki, bunlar ailə ocağında qəlblərin aramlıq tapdığı və ülvi hislərin çiçəkləndiyi bir ocaqdır ki, xüsusi səfa-səmimiyyətlə, məhəbbətlə ailə üzvlərinə daha artıq sevinc bəxş edir.[228]

    Bu ayə ər-arvad arasında həyatın, dostluq mehr-məhəbbət dolu rəftarın keyfiyyətini bəyan edib buyurur ki, onlar bir-biri ilə o qədər mehriban yaşamalıdırlar ki, öz ailə ocaqlarını yüksək məqamlı behiştlərə çevirib evdən çöldə olan yorğunluqları da məhz bu yolla aradan qaldıra bilsinlər. Əli (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə tövsiyə edir ki, öz həyat yoldaşınla tam razılaş və onu çoxlu işlərə məcbur etməkdən çəkin, ailə mühitini həmişə qızğın, hərarətli saxla. Çünki bu iş ailə daxilində sevincə səbəb bolacaq.[229]

    Bunun oxşarını əziz oğlu Həsən Müctəbaya da vəsiyyət edərək onu həyat yoldaşı ilə yaxşı rəftar etməyə tövsiyə etmişdir. Çünki bu iş ər-arvadın qəlbinin aram, könlünün sevinməsinə səbəb olur, ailə üzvləri şad və sevinclə yaşayırlar.[230]

    O Həzrətin özü əməl məqamında öz həyat yoldaşı ilə o qədər mehiban davaranırdı ki, onun mislini dünyada tapmaq olmaz. Əli (əleyhissalam) evin daxilində olan işlərdə də Həzrət Zəhraya kömək edirdi. Onun evində əlavə bir xidmətçinin olmasına baxmayaraq, İmam Sadiq (əleyhissalam)-ın buyurduğuna əsasən

    "O Həzrətin özü bəzən xörək bişirməkdə, ocaq qalamaqda kömək edir: odun gətirir, quyudan su çəkir və evi süpürüb təmizləyirdi.”[231] Beləliklə də öz ardıcıllarına fədakarlıq, həyat yoldaşı ilə sağlam mühitdə yaşamaq dərsini verir. Əli (əleyhissalam) həyat yoldaşı Fatimeyi Zəhranın sadə evində elə şadlıqla, sevinclə yaşayırdı ki, o şəhid edildikdən sonra öz səbirsizliyini, taqətsizliyini bəyan edir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in şərif qəbrinə xitab edərək deyir:

    "Ey Allahın peyğəmbəri, sənin qızının ayrılığında taqətim kəsilmiş və səbirsizliyim azalmışdır. Zəhranın getməsi ilə qüdrətim əldən getmişdir.”[232]

    Onların bu müqəddəs ailədəki həyatı o qədər sevinc dolu, həmahəng idi ki, ömür boyu azacıq da belə bir-birindən narahatlıq görməmiş, mehr-məhəbbətlə həyat çətinliklərini, o dövrün acı siyasi hadisələrinin təsirlərini, Fədəkin və Əli (əleyhissalam)-ın xilafətinin qəsb edilməsindən yaranan ruhi sarsıntıları asanlaşdırmışlar.

    Bir gün Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) öz qızı və kürəkənini görmək üçün onların evinə daxil olub gördü ki, hər ikisi əl dəyirmanının yanında oturub bir-birinə kömək edirlər. Həzrət salam verib hal-əhval tutduqdan sonra buyurdu: Hansınız daha çox yorulmusunuz? Mən onun yerinə oturum və onun işini görüm. Həzrət Əli (əleyhissalam) ərz etdi ki, ya Rəsuləllah, Fatimə daha çox yorulub. Sonra Fatimə atasının əmri ilə ayağa qalxdı və Peyğəmbər öz kürəkəninin evində un üyütməyə başladı.[233]

    Beləliklə məlum olur ki, Həzrət Əli (əleyhissalam) və Fatimə (əleyha salam)-ın ailəsinə necə də mənəvi və ruhi sevinc, səfa-səmimiyyət hakim idi. Belə ki, Peyğəmbər kimi bir qayınata öz kürəkəninin evində işləyir və onlara mehr-məhəbbətlə hansının yorulduğunu soruşur. Allah bütün islam ardıcıllarına tam agahlıq əta etsin ki, bütün qadın və kişlər ailədə bir-birinin kənarında şad və sevinclə, yüksək əhval-ruhiyyə ilə yaşasınlar.

    2-Allah dərgahına yaxınlaşmaq səbəbi

    Həyat yoldaşı ilə ailə mühitində səfa-səmimiyyətlə, xoşluqla yaşamaq, yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradır. Bu iş ər-arvadı bir-birinə qarşı mehriban etməkdən əlavə, axirət savabına da malikdir, insanı Allah dərgahına yaxınladır. İndi də bu barədə bir neçə hədisi qeyd edirik:

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun. Bunu da bilin ki, mən sizin içərinizdə öz ailəmə ən mehriban adamam.”[234]

    Əlinizdəki kitabda Rəsuli Əkrəmdən başaq bir hədisdə nəql olunmuşdur ki, "həyat yoldaşına mehriban olan kişi Allah dərgahına ən yaxın və müqərrəb olan şəxslərdəndir.”

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəsin Allaha və Onun Rəsuluna daha çox məhəbbəti olsa, öz ailəsinə daha çox məhəbbət göstərər.”[235]

    Bu hədis ailədəki nəvazişin, mehr-məhəbbətin Allaha iman ilə mütənasib olduğunu bildirir və həyat yoldaşına ehtiram qoymağı imanın əlaməti hesab edir.

    Həzrət başqa bir hədisdə buyurur:

    "Allah dərgahının müqərrəb mələkləri yalnız iki yerdə zarafatlaşmanı və mazaqlaşmanı təqdir edir: 1-Üzgüçülük, oxatma və atçapma yarışlarını, 2-Ər-arvadın müqəddəs eşq əsasında bir-biri ilə mazaqlaşmalarını.”[236]

    Məlaikələrin bu hallarda hazır olması ailənin əzəmətinin və həyat yoldaşı barəsində edilən yaxşılığın göstəricisidir. Hətta bu barədə edilən zarafatlar və mazaqlaşmalar Allahın və Onun mələklərinin diqqət mərkəzindədir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) müfəssəl bir hədisdə ər və arvadın yaşayış üslubunu təcəssüm edərək buyurur:

    "Ailə mühitində həya eşq-məhəbbətlə yanaşı olmalı, ər-arvad bir-birinin xətalarını əfv etməlidir. Əgər bir-birinə əziyyət versələr, mütəal Allah onların ibadətlərini qəbul etməz, hətta bütün örmürlərini ibadətlə keçirsələr, Allah yolunda çoxlu qul azad etsələr və mal-dövlətlərini Allahın razılığını əldə etmək üçün sədəqə versələr də belə.”[237]

    Bir-birinə əzab-əziyyət verən ər-arvad cəhənnəm oduna daxil olan ilk şəxslərdəndir. Amma ailə mühitindəki çatışmamazlıqlara, nöqsanlara dözərək onları şadlıqlara çevirməyin mükafatı və savabı Həzrət Əyyubun əcri qədərdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Möminlərin iman cəhətindən ən kamil olanı–xislət və əxlaq cəhətindən ən yaxşı olanları, öz ailələrinə qarşı ən mehriban olanlarıdır.”[238]

    Bu hədisin əlavə şərhə ehtiyacı vardır, amma ixtisara riayət edilsin deyə, şərh etmirik. Həyat yoldaşına xidmət etməyin əhəmiyyəti, onun axirət təsirləri böyükdür. Çünki ailə üzvləri arasında qarşılıqlı anlaşma yaradır və ictimai problemləri həll edir.


    3-Övladın gözəl tərbiyəsindəki təsiri

    Bütün insanlar istəyirlər ki, övladları layiqli və əməlisaleh olsun; onları görməklə xoşhal olsun, köməklərindən istifadə etsinlər. Bundan əlavə, şəri nəzərdən də ata-analar övladlarının düzgün tərbiyəsində məsuliyyət daşıyırlar. Bu barədə hər növ səhlənkarlıq və etinasızlıq axirətdə cəzalandırılmağa, ilahi dərgahda məhkəməyə çəkilməyə səbəb olacaqdır. Belə ki, imamlarımız bu barədə xətər hiss edərək bu mühüm dini və ictimai vəzifəni yerinə yetirməkdə Allahdan kömək istəmişlər.[240]

    Biz bu kitabın ikinci bölməsində bu barədə müfəssəl bir bəhs açmışıq. Amma bizim nəzərimizdə olan əsas məsələ valideynlərin övladlarla rəftar tərzinin təsiri barəsindədir. Ata və ana öz həyatlarında gərək övladlarının təlim-tərbiyə məsuliyyətini nəzərə alsınlar, bir-biri ilə elə rəftar etsinlər ki, onların əxlaqi və mənəvi təkamülünə səbəb olsun, fikri və əxlaqi azğınlıqlardan, sapmalardan amanda olsunlar. Əks halda, valideynlər övladların tərbiyəsində xəta yolu getmiş olurlar. Nəticədə İlahinin dərgahında müqəssir sayılacaqlar və heç vaxt öz arzuslarına–saleh övlada malik olmaq arzusuna çatmayacaqlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladlar öz ata-anaları qarşısında yaxşılıq etməykdə və onlara tabe olmaqda məsuliyyət daşıdıqları kimi, ata-ana da övladın düzgün tərbiyə olunması və onların hüquqlarının təmin olunmasında ağır məsuliyyət daşıyırlar və səhlənkarlıq edəcəkləri təqdirdə üzünə ağ hesab olunacaqlar.”[241]

    İmam Sadiq (əleyhissalam) bir hədisdə belə nəql edir: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladların ata üzərində olan hüquqlarından biri də budur ki, ata öz həyat yoldaşı ilə düzgün və şadlıq yaradan tərzdə rəftar etsin, həyat yoldaşına ehtiram qoymaqla çalışsın ki, hər növ nalayiq danışıqdan və təhqirdən çəkinsin.”[242]

    Bu hədisdə qız və oğlanların təlim-tərbiyəsində bir-biri ilə fərqlənən vəzifə və təlim-tərbiyə üsulları nəzərə alınmışdır.

    Həmçinin, həyat yoldaşı ilə yaxşı rəftar etmək, ona ehtiram qoyub əzizləmək övladların hüquqlarından sayılır. Çünki uşağın beyni fotoaparatın lenti kimidir, ata-ananın bütün əməl və rəftarları onların beynində həkk olunur və övladlar onlara diqqət yetirib beyinlərində saxlayırlar. Bilirik ki, ailə mühiti və valideynlərin əməlləri övladda sair əməllərdən daha çox təsir qoyur. Uşaqlar, adətən, rəftar və əməllərində öz ata-analarına təqlid edirlər. Buna görə də müqəddəs islam dini ata-analara tövsiyə edir ki, ailə mühitində səmimi yaşasınlar, övladlarını sevsinlər, hər növ vurmaqla tənbeh etməkdən, nadürüst kəlamlardan, xoşagəlməz hərəkətlərdən çəkinsinlər, uşağın həyat mühitini öz mehr-məhəbbətləri ilə isti saxlasınlar. Beləliklə də onun hər növ inhirafdan saxlasınlar. Burada sizin diqqətinizi bir hadisəyə cəlb edirik:

    :içik yaşlı uşaqları və körpələri ad qoymaq, təbərrük və şəfa üçün Peyğəmbərin yanına gətirirdilər. O Həzrət tam məhəbbət və təvazökarlıqla onları qucağına alır, onlara məhəbbət göstərirdi. Beləliklə də həm uşaqlara məhəbbət və lütf edir, həm də onların valideynlərinin qəlbini ələ alırdı. Bir hədisdə gəlmişdir ki, çox zaman bu uşaqlar Həzrətin məhəbbət dolu ağuşunu bulayır, üstünə bovl edirdilər. Əgər uşağın ata-anası bu işlərə görə uşağın üstünə qışqırırıdısa, Həzrət şiddətlə əksül-əməl göstərir və buyururdu ki, qoyun uşaq tam aramlıqla bovl edib qurtarsın. Sonra uşağın adqoyma mərasimi başlanırdı və ata-anaları tam razılıqla Həzrətin hüzurundan geri qayıdırdılar. Azacıq narahatlıq o Həzrətin üzündə görünmürdü; əksinə, nə qədər ki, uşağın valideynləri Həzrətin hüzurunda idilər, o, öz paltarını yumaz və onları xəcalətli etməzdi.[243]

    Bəli, məhəbbət və ehtiram, xüsusilə ailə mühitində, övladların tərbiyəsində müsbət rol oynayır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) beləliklə də öz ardıcıllarına uşaqlara nəvazişlə, ehtiramla yanaşmağı öyrədir. Əgər ata-ana bir-biri ilə mülayim davranıb yaxşı rəftar etsələr, onların övladları da əməli saleh və layiqli olacaqdır. Əgər Allah eləməmiş, bir-biri ilə yaramaz, qeyri-səhih tərzdə rəftar edərlərsə, onların övladları da münhərif və tərbiyəsiz olacaqlar. Bu fəslin axırında əməlisaleh övladların dəyəri barəsində olan bir neçə hədisi diqqətinizə çatdırırıq:

    İmam Baqir (əleyhissalam) buyurur:

    "İnsanın səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, qiyafə, əxlaq və s. cəhətlərdə ona oxşayan övladı olsun.”[244]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Allahın mömin bəndəsindən olan mirası budur ki, onun layiqli övladı olsun və onun üçün istiğfar etsin.”[245]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladlarınıza ikram edin (əzizləyin), onların ədəblərini gözəlləşdirin ki, Allah sizi bağışlasın.[246]

    Həzrət yenə buyurur:

    "Əməlisaleh övlad cənət güllərindən olan bir ətirli güldür.”[247]

    Layiqli övlada sahib olmaq əsas etibarı ilə ata-ananın əxlaq, ədəb və yaşayış üslubuna bağlıdır. Əksərən nasaleh övladlar layiqli ata-anadan məhrum olmuş şəxslərdir. Buna əsasən, layiqli ailələrin övladın tərbiyəsində böyük rol ifa edir.


    [204]"Üsuli rəvanşinasiye man”, səh.177

    [205]"Nəqşi madər dər tərbiyət”, səh.74

    [206]"Qürərül-hikəm”, səh.739

    [207]"Vəsailüş-şiə”, 14-cü cild, səh.188

    [208]"Kafi”, 5-ci cild, səh.354

    [209]"Vəsailüş-şiə”, 14-cü cild, səh.107

    [210]"Vəsailüüş-şiə”, 17-ci cild, səh.249

    [211]"İslam və təlim-tərbiyə”, səh.99

    [212]"Fürui-kafi”, 6-cı cild, səh.366

    [213]"Kənzül-ümmal”, 10-cu cild, səh.40

    [214]"Vəsailüüşiə”, 17-ci cild, səh.130

    [215]"Kafi”, 6-cı cild, səh.157

    [216]"Rəvanşinasiye-Man”, 1-ci cild, səh.189

    [217]"Üsuli rəvanşinasiye man”, səh.192

    [218]"Nuh” surəsi, ayə:26, 27

    [219]"Fürqan” surəsi, ayə:27

    [220]"Nisa”, surəsi, ayə:97

    [221]"Nəhcül-bəlağə”, 69-cu məktub

    [222]"Biharul-ənvar”, 74-cü cild, səh.197

    [223]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.108

    [224]"Fürui-kafi”, 5-ci cild, səh.346

    [225]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.127

    [226]"Hüquqi zən dər islam və urupa”, səh.49, 52, 87, 88, 101

    [227]"Nisa” surəsi, ayə:19

    [228]"Rum” surəsi, ayə:21

    [229]"Məkarimül-əxlaq”, səh.218

    [230]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [231]"Səfinətul-bihar”, 2-ci cild, səh.195

    [232]"Nəhcül-bəlağə”, 193-cü xütbə

    [233]"Biharul-əavar”, 43-cü cild, səh.50

    [234]"Vəsailüş-şiə, 14-cü cild, səh.122

    [235]"Vəsail”, 14-cü cild, səh.9

    [236]"Fürui-kafi”, 5-ci cild, səh.554

    [237]"Vəsail”, 14-cü cild, səh.116

    [238]"Biharul-ənvar”, 103-cü cild, səh.226

    [239]"Cameül-əxbar”, 59-cu fəsil, səh.120

    [240]"Səhifeyi-Səccadiyyə”, səh.170

    [241]"Kafi”, 6-cı cild, səh.48

    [242]"Fürui-kafi” 6-cı cild, səh.48

    [243]"Məkarmül-əxlaq”, səh.25

    [244]"Kafi”, 6-cı cild, səh.4

    [245]"Məkarimül-əxlaq” səh.218

    [246]"Məkarimül-əxlaq”, səh.222

    [247]"Rovzətul müttəqin”, 8-ci cild, səh.585

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1135 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024