İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:44 AM
    Islamda evlənmə və ailə hüququ-2
    BEŞİNCİ BÖLMƏ: KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
    QIRX DÖRDÜNCÜ FƏSİL
    AİLƏ BAŞÇISI


    Bəşər cəmiyyətlərində olan nəzm və inzibat insanların tərəqqisində və inkişafında mühüm və təsirli amillərdən biri sayılır. Bu qanuna tabe olan hər cəmiyyət, şübhəsiz, mütərəqqi və inkişaf etmiş olmuşlar. Bu məsələni nəzərə almamaq hərc-mərcliyə, narazılığa, əmin-amanlığın təhlükəyə düşməsinə, ədalətsizliyə səbəb olur və yüzlərlə ictimai problemlərin yaranmasına gətirib çıxardır. Əli (əleyhissalam) öz mübarək ömrünün axır saatlarında (bu anlar hamı üçün həssas və həyəcanlıdır) övladlarına və dostlarına xitabən cəmiyyətdə və bütün işlərdə nəzm-inzibatçılıq məsələsini irəli çəkərək buyurur:

    "Ey oğlanlarım Həsən və Hüseyn, sizə və sair əhli-beytimə, habelə mənim bu yazılarım çatan hər bir şəxsə Allah qarşısında təqvalı olmağı, işlərinizdə inzibatçı, qanunçu olmağı tövsiyə edirəm.[248]

    Hər kəsin ömrünün son anlarındakı tövsiyəsi onun bir ömürlük təcrübələrinin nişanəsidir. Xüsuilə camaat özlərinin milli sərkərdələrinin, böyük şəxsiyyətlərinin vəsiyyətlərindən ibrət götürürlər. Əli (əleyhissalam) da ibadət mehrabında zərbətləndikdən sonra keçirdiyi çoxlu narahatlıqlara, camaatın və övladlarının suallarına çox qısa şəkildə cavab verməsinə baxmayaraq axır sözünü son dərəcədə dolğun, mənalı vəsiyyətnaməsində buyurdu, onda inzibata, nəzmə, ictimai qanunçuluğa, ailədəki inzibata riayət etməyi ictimaiyyətin inkişafı üçün zəruri bir amil kimi təqdim etdi. Əgər bu məsələyə dərindən nəzər salsaq, görərik ki, nəzm və nizam dəyər cəhətindən sair ictimai məsələlərin başında dayanır. Hətta iki nəfərdən ibarət olan bir ailə belə nəzmə və inzibata riayət etmədən müvəffəqiyyət qazana bilməz, ona riayət etmədikdə hərc-mərclik və sair xoşagəlməz hadisələr ailənin məhvə sürüklənməsinə səbəb olar. Ailə, çox kiçik və məhdud bir cəmiyyət olmasına baxmayaraq ictimaiyyətdə əsas rolu öhdəsinə alıb. Çünki cəmiyyətin bütün ürəyiyanar, bacarıqlı və istedadlı insanları ailə mühitində doğulurlar. Buna əsasən, ailələrin dəyərli bünövrəsini qanun, nəzm və inzibat əsasında qurmaq lazımdır. Onun başçısı və qayda qanunları tamamilə aydınlaşmalıdır. Onun üzvlərinin qarşılıqlı rabitələri, habelə ictimai qanunlar aydın olmalıdır. Bütün milli-dövlət təşkilatlarının, müəssisələrin, zavod və fabriklərin, şirkətlərin və s. hamısının başçısı və məxsus məramnaməsi vardır. İşin gedişatı, qayda-qanunlar onda təyin edilmişdir. Bunların hamısından da daha həssas və daha dəyərli olan ailə qanun və başçısı olmadan öz yolunu davam etdirə bilməz. Buna əsasən, ailə həyatında hər kəs əqli müdiriyyət, ictimai məsələlərə agahlıq cəhətindən daha layiqli olsa, bu məsuliyyəti öhdəsinə almalıdır.
    BAŞÇI KİM OLMALIDIR?

    Bildiyimiz kimi, ər və arvad hər ikisi eyni zamanda ailə başçılığını öhdəsinə ala bilməzlər. Bu cür müdiriyyətlərin nəticəsi hərc-mərclikdə, geridə qalmağa səbəb olur. Fərz edilən halda onların iki müxtəlif səliqələri və təfəkkür tərzləri ailəyə hakim olacaqdır. İkincisi, ailəni idarə etməkdə şərikli olsalar, onlardan heç biri lazımi qədər məsuliyyət hiss etməyəcək, evin işlərini bir-birinə tapşıracaq, nəticədə ailədə müvəffəqiyyət əldə edilməyəcəkdir.

    İkinci fərz budur ki, qadın ailənin idarə olunmasını şəxsən öz öhdəsinə alsın. Bu halda da qadının təbiətindəki xüsusiyyətlərini araşdırıb mülahizə etməliyik ki, görəsən qadın ailəyə başçı olmağa münasibdirmi? Cavabda deməliyik ki, qadınlar müxtəlif məsələlərdə xüsusi imtiyazlara malik olmaqlarına baxmayaraq, onların cismi və əxlaqi xüsusiyyətlərinin araşdırılması göstərir ki, onlar müəyyən cəhətlərdən başçı olmaq səlahiyyətinə malik deyillər və kişilərlə birlikdə, çiyin-çiyinə gələ bilməzlər. Özləri təbii olaraq istəyirlər ki, bir layiqli şəxsin başçılığı altında olsunlar.

    Məşhur psixoloq Xanım Tribo Dalson deyir: Mənim ən böyük istək və arzum kişilərin ruhiyyələrini araşdırmaqdır. Bu cəhətdən bir müddət bundan qabaq mənə məmuriyyət verdilər ki, kişi və qadının ruhiyyəsi barəsində tədqiqat aparam. Mən bu nəticəyə çatdım ki, bütün qadınlar istəyirlər ki, başqa bir şəxsin nəzarəti altında işləsinlər. Ümumiyyətlə rəisin nəzarəti altında işləməkdən xoşları gəlir. Bütün qadınlar onların təsirli olmasını bilmək istəyirlər.

    O belə nəticə alır ki, qadının bu iki ruhiyyəsi bəyan edir ki, qadınlar emosional xüsusiyyətlərə, kişilər isə əqlə tabedirlər.[249]

    Tupinard aldlı məşhur alim müxtəlif tədqiqatlar apararaq belə nəticəyə çatıb ki, on beş min qadın və kişinin beyni içərisində qadınların beyninin orta çəkisi 1200 qram, kişləriniki isə 1361 qramdır. Başqa bir alimin nəzəri budur ki, bəşəriyyətdə elm, bilik, müdiriyyət nə qədər çox olsa, kişilərin kəllə beyninin böyüməsinə səbəb olur, amma qadınlarda bu iş əksinədir.[250]

    İnsanlardan əlavə, heyvanların araşdırılması göstərir ki, dişi heyvanlar öz erkəklərinə ehtiram qoyur, onlarda qüdrə və qüvvət hiss edərək ləzzət alırlar. Nərlərin rəqabət mərkəzində olan dişi heyvanlar o erkək heyvana təslim olur ki, daha çox qüdrəti olsun. Əgər bir dişi heyvan öz balasını böyüdərkən (onun rabitəsi ər-arvadın rabitəsi kimidir) bu işdən boyun qaçırıb başqa bir erkək heyvanla yaxınlıq etsə, əvvəlkinin ciddi təbehinə məruz qalır.[251]

    Üçüncü fərz budur ki, ailənin başçılığını kişilər öhdəsinə alsınlar və ailə qanunlarına müvafiq tərzdə ədalətə riayət etsinlər. İndi bu barədə olan ayə və hədisləri nəzərinizə çatdırırıq. Allah taala buyurur:

    "Kişilər qadınların başçısı və qəyyumudurlar–Allah taalanın etdiyi üstünlüklər səbəbi ilə. İkincisi, kişilər bu cəhətdən üstündürlər ki, onlar qadınların həyat xərclərini təmin edirlər.”[252]

    Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirinin sonunda yazır: "Bu ayə ərin arvaddan üstün olmasını bəyan etməkdən əlavə, onda ümumi və külli bir qanunu anlamaq olar. Yəni ictimai məsələlərdə də kişilər qadınların idarə olunması məsuliyyətini daşıyır və məhz bu cəhətdən onlardan üstün sayılırlar. Mühüm ictimai işlərin, o cümlədən, hakimiyyət, məhkəmə, müharibə, müdafiə və s. kimi məslələrin məsuliyyəti kişilərin öhdəsinədər, bu kimi hallarda işlərə rəhbərlik etmək onların əlindədir.[253]

    "Mümtəhinə” surəsinin 12-ci ayəsində arvadların Rəsuli Əkrəm ilə Məkkədə beyət etmələrini göstərir və onların vəzifələrini xatırladır, heç birinə ictimai məsuliyyəti qadınlara həvalə etmir. Bundan əlavə, tarix boyu, habelə imamların, peyğəmbərlərin sünnəti belə olmuşdur ki, qadınlar heç vaxt ailənin idarə olunması məsuliyyətini öhdələrinə almamışdır.

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Öz ümumi işlərini arvadların ixtiyarına qoyanlar heç vaxt səadətə və xoşbəxtliyə çatmazlar.”[254]

    Yenə buyurur:

    "Qadınlara tabe olub onlara itaət etmək peşmançılığa səbəb olar.”[255]

    Əli (əleyhissalam) qadınların hökumət və rəisliyi barəsində buyurur:

    "Hər kişinin hakimi və tədbir tökəni qadın olsa, o kişi lənətlənmişdir.”[256]

    Həzrət bir hədisdə xatırladır ki,

    "Əgər sizin rəhbərləriniz, əmirləriniz şər, sərvətliləriniz paxıl olsalar və qadınlarınız işlərin idarə olunmasını öhdələrinə alsalar, bu vaxt ölüm sizin üçün yaşamaqdan daha yaxşıdır.”[257]

    Əli (əleyhissalam) bu hədisdə öz əziz övladına qadınlarla hətta məşvərət etməyi belə qadağan edir və buyurur:

    "Məbada onlarla məşvərət edəsən! Çünki onlar uzaqgörənlikdə zəif, qərarları, yol göstərmələri süst və dəyərsizdir.”[258]

    Cabir Cufi imam Baqir (əleyhissalam)-dan müfəssəl bir hədisdə belə nəql edir:

    "Qadınlar üçün ictimai mənsəblər, o cümlədən, qəzavət, mühakimə, hakimlik və sair siyasi işlər, məşvərət və s. layiqli deyildir.”[259]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Kişi ailə üzvlərinin bütün məsuliyyətini və rəyasətini öhdəsinə alır. Qadın isə evin daxili işlərində əsaslı rol oynayır və evin işləri evin xanımının nəzarəti altında baş verir.”[260]

    Deməli, bu ayə və rəvayətlər, habelə mütəxəssislərin etiraf etdiklərindən nəticə alırıq ki, qadınlar ailəyə başçılıq etməkdə öz ərləri sağ ikən onlardan sonrakı mərhələdə yer tuturlar. Həqiqətdə isə onun müavini hökmündədir. Amma bəzi hallarda elə qadınlara rast gəlinir ki, öz ərlərindən daha agah olur. Bilirik ki, islami qanunlar ictimaiyyətin, ümumxalqın məsləhətləri əsasında qurulmuşdur və heç vaxt bu cür məsələlər nəzərə alınmır. Bu fəsildə qeyd olunan dəlillər qadınların ictimai məsələlərdəki sərpərəstliyini, başçılıq etməsini nəhy edir. Bu barədə gələcək fəsillərdə çoxlu rəvayətləri görəcəksiniz.

    İslam dini xüsusi məsələlər üçün daha çox dəyər verir, bu cəhətdən də qadınlar övladların tərbiyə olunması, böyüdülməsi, evdarlıq, övladlarının təmizliyi və s. kimi işlərdə mütəxəssis olduqlarına görə, kişilərdən irəlidədir, kişilər onların istədikləri məsələ barəsində onlarla məşvərət edə bilər.[261]

    Bu fəslin axırında qeyd etmək istəyirik ki, bu fəsildə qeyd olunan məsələlər qadının ailəyə başçılıq etməsini qadağan olunduğunu xatırladır. Bu danılmaz bir fikri məsələdir ki, bizim böyük fəqihlərimiz onun barəsində fətva vermişlər. Həzrət İmam Xomeyni də "Təhrirül-vəsilə”nin 2-ci cildinin 407-ci səhifəsində onların bəzilərinə işarə etmişdir. (58-ci fəsildə qadının işləməsi barəsində bəzi şeyləri qeyd edəcəyik.)
    QIRX BEŞİNCİ FƏSİL
    SÖZƏBAXAN QADIN SƏADƏT AMİLİNİN YARADICISIDIR

    Mütəal Allah Öz bəndələrinin rifahı, asayişi üçün çoxlu nemətlər yaratmışdır. Bu nemət heç vaxt sayılıb qurtara bilməz. Şübhəsiz, yaxşı və layiqli həyat yoldaşı bu nemətlərdən ən dəyərlisi kimi hesab olunur. Bu ilahi nemət o qədər mühüm və əzəmətlidir ki, İmam Sadiq (əleyhissalam) onların dəyərini qızıl-gümüşdən daha dəyərli təqdim edir.[262]

    Başqa bir rəvayətdə əməlisaleh, pak və əxlaqlı həyat yoldaşı bütün xoşbəxtliklərin və yaxşılıqların mənşəyi kimi təqdim olunur.[263]

    Qurani məcidin tərifinə əsasən, xoşa gələn, layiqli həyat yoldaşı həyatın əsası, qəlblərin aramlığı, səadət və xoşbəxtliyin rəmzidir. İnsan belə bir nemətə malik olmadan həqiqətdə ruhi aramlığa və əhval-ruhiyyəyə malik olmayacaq. İmam Baqir (əleyhissalam) buyurur: "Mən heç vatxt istəmərəm ki, bütün dünya və onda olanlar mənim olsun və bunun müqabilində bir gecə həyat yoldaşı olmadan yatım.”[264]

    Burada sizin diqqətinizi Məsum rəhbərlərimizdən nəql olunan bir neçə hədisə cəlb edirik.

    İmam Sadiq (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql edir ki, o Həzrət buyurmuşdur:

    "İnsanın xoşbəxtliklərindən biri də budur ki, layiqli həyat yoldaşına malik olsun.”[265]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Allah taala buyurur ki, hər vaxt bir müsəlmana dünya və axirət xeyirlərini nəsib etmək istəsəm... ona əməlisaleh və layiqli bir həyat yoldaşı nəsib edərəm ki, onu görməklə xoşhal olsun. Əri onun yanından xaric olsa (bir yerə getsə) öz namusunu və həyat yoldaşının mal-dövlətini qoruyar.”[266]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hər vaxt Allah taala bir bəndəyə xeyir əta etmək istəsə ona ilham edər və onun zövcəsini islah edər.”[267]

    Bu hədisdə göstərilir ki, Allah bəndəyə bir xeyir göstərmək istəsə onun qəlbinə xeyir fikirlər atar, ona əməlisaleh və yaxşı həyat yoldaşı mərhəmət edər ki, çətinliklərdə və işlərdə ona kömək etsin.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu hədisi-şərifdə yaxşı, Allaha iman gətirib, islam dinini qəbul etdikdən sonra gözəl qadını ilahi nemətlərin ən böyüyü hesab edir ki, müsəlmanın ixtiyarındadır və əri onu görməkdən sevinc hissi keçirir, ona hər əmr etsə tabe olar, əri evdə olmadıqda özünü yadlardan, ərinin mal-dövlətini isə oğrulardan qoruyar.”[268]

    Bu rəvayətlərdə mülahizə etdiyiniz kimi, layiqli həyat yoldaşı insanın səadət və xoşbəxtlik amili, dünya və axirət xeyri, İslamdan sonra Allahın lütf və nemətlərinin ən dəyərlisi hesab olunmuşdur. Çünki əməlisaleh həyat yoldaşı özünün mehr-məhəbbəti, evin daxilində idarəçiliyi, qənaəti, saleh və ədəbli övladlar tərbiyə etməsi və nəhayət həyat yoldaşı üçün gözəl sığınacaq yeri olduğu üçün hər cəhətdən onun səadətini təmin edir.

    Tarixdə qeyd olunanlara çoxlu nümunələr göstərmək olar. Elə qadınlar da olur ki, öz ərlərinin razılığını və səadəti üçün heç bir səy, hərəkət və fəaliyyətlərini əsirgəməmişlər. O cümlədən, Xədiceyi Kübranı misal göstərmək olar. O, bütün varlığı ilə, mal-dövlətini sərf etməklə Rəsuli Əkrəmə iman gətirib onun himayəçisi oldu və təkcə ərinin razılığını deyil, həm də Pərvərdigarın razılığını əldə etdi. İş o yerə çatdı ki, Cəbrəilə Allah tərəfindən əmr olundu ki, Həzrəti Kübraya salam göndərsin.[269]

    Həzrət Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra ərinin yolunda o qədər məhəbbət göstərib onu himayə edirdi ki, dünyada onun misli görünməmişdir.[270]
    FƏDAKAR QADIN NÜMUNƏSİ

    Burada lazım görürük ki, özünü ərinin müqəddəs hədəfi yolunda fəda edən bir qadının misilsiz fədakarlıqlarından nümunə gətirək. İmrəül-Qeysin qızı Rübab pak bir qadındır. O, öz əri İmam Hüseyn (əleyhissalam)-ın vilayətini mehr-məhəbbətlə qəbul etmiş, onunla ünsiyyət bağlamışdı. O, İmam Hüseyn (əleyhissalam)-ın həyat yoldaşı olmamışdan qabaq onun aşiqi və müridi olmuş, onun yolunu getmişdi. Rübab öz sədaqəti və imanı ilə eyni zamanda, ər saxlamağın qayda-qanunlarını, həyat yoldaşının hüquqlarını yerinə yetirməyi lazımınca bilir və Həzrətin qəlbini həmişə özü ilə yaşatmış, onu özünə aşiq etmişdir. Belə ki, Rübabın hicranında İmam Hüseyn (əleyhissalam)-ın səbri, taqəti kəsilir. Hətta onunla bir gecə ayrılığa dözmür. Sanki İmam Hüseyn (əleyhissalam) ilə Rübabın ailə ocağı eşq-məhəbbət ocağına çevrilmişdir. Rübab öz qohum-əqrəbasını görmək üçün gedəndə Həzrət o qədər darıxırdı ki, gözlərinə yuxu getmirdi və şerlə buyururdu:

    "Qızım Səkinə və həyat yoldaşım Rübab qohumlarının görüşünə gedəndə o gecə onların ayrılığı mənim üçün o qədər uzun görünür ki, sanki başqa gecələrə qovuşmur və qurtarmaq bilmir. Öz canıma and olsun ki, Rübab və Səkinə yaşayan evi çox sevirəm.”[271]

    Bu şerlər o Həzrətin həyat yoldaşını hansı dərəcədə istədiyini və onun ailəsini nə qədər də məhəbbət və səfa-səmimiyyət ocağı olduğunu göstərir. Bu səfa-səmimiyyətlərin nəticəsində o Həzrətin şəhadətindən sonra qızı Səkinə atasının pak cəsədinin kənarında huşdan gedir, həyat yoldaşı Rübab da onun ardınca huşdan gedir, ömrünün axırına qədər heç vaxt sərin su içmir, kölgələnəcəyə gedib oturmur, isti xörək yemir, İmam Hüseyn (əleyhissalam)-dan sonra bir daha ərə getmir. Nəhayət Həzrətin şəhadətindən az müddət sonra (bir il) dünyadan gedir.

    Quranın həyat yoldaşını qəlblərin aramlıq səbəbi, ən böyük ilahi nemətlərdən hesab etməsinin səbəbi, məhz budur. Bu fəslin axırında həyat yoldaşının dəyəri barəsində iki hədis qeyd edirik:

    Bir kişi Həzrət Rəsuli Əkrəmin hüzuruna gəlib ərz etdi:

    "Ey Peyğəmbər! Mənim əməlisaleh və mehriban həyat yoldaşım var. Evə gələndə məni qarşılayır, evdən çıxanda müşayiət edir. Qəmgin olanda mehr-məhəbbətlə mənim qəmlərimi aradan qaldırır.”

    Həzrət buyurdu:

    "Ona behişti müqdə ver və de ki, Allahın yer üzündə olan işçilərindən biridir, onun hər gününün savabı 70 şəhidin savabına bərabərdir.”[272]

    Əlbəttə, bu hədis başqa nüsxələrdə (savab nəzərindən) bir gün çəkilən zəhmətlərin əcri şəhidin savabının yarısına bərabər kimi qeyd olunmşdur.[273]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "”özəl üzlü, pak təbiətli qadınlar, öz ləyaqətləri, bacarıqları səbəbi ilə behişt hurilərindən də gözəl nəzərə çarpırlar.” [274]

    Nəticə alırıq ki, ər-arvad qarşılıqlı gözəl rəftarları sayəsində bir-birinin məhəbbətlərini cəlb edərək həyatı özləri üçün səfalı edə bilərlər. Bu məsələ ən böyük ilahi nemətlərdən və ailənin səadətinin ən təsirli amillərindəndir.
    QIRX ALTINCI FƏSİL
    ÜSYANKAR QADINLAR, YAXUD QALİB DÜŞMƏNLƏR

    Əvvəlki fəsildə layiqli və sözə baxan qadınlar barəsində söhbət edərək qeyd etdik ki, onlar ilahi nemətlərin ən böyüyü və səadət və xoşbəxtlik amilidir. Bu fəsildə isə öz ərlərinin ən böyük düşmənləri sayılan üsyankar, sözəbaxmayan qadınlar barəsində bəhs edəcəyik. Onlar elə qadınlardır ki, ərlərinin qəm-qüssələrinə səbəb olur, ailə ocağını bədbəxtlik və çarpışma mərkəzinə çevirir, elə yaramaz hərəkət edirlər ki, heç bir kişi onların şərindən amanda qala bilməz, onların təlatümlü dəryasındatn qurtuluş sahilinə çıxa bilməzlər. Sanki bu cür fərdlər yer üzündə fəsadın ən nufuzlu amilləri və şeytanın nümayəndələridir; onlarla mübarizə aparmaq heç də adi şəxslərin işi deyil, hətta ilahi peyğəmbərlər və övliyalar da onların şərindən Pərvərdigari-aləmə sığınmışlar. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik:

    "Təğabün” surəsinin 14-cü ayəsində buyurulur:

    "Ey iman gətirənlər, həyat yoldaşları və övladlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan uzaq olun!”

    Qadın və kişinin qarşılıqlı eşq və məhəbbətlərinin ən müqəddəs və ən yüksək eşq-məhəbbət olmasına baxmayaraq, üsyankar qadınların bir qrupu müəyyən amillər üzündən ərin ən qatı düşməninə çevrilə bilərlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "İblisin, cəmiyyəti fəsada çəkməkdə insanı qəzəbləndirən qadından daha güclü qoşunu yoxdur.”[275]

    Həzrət İmam Sadiq (əleyhissalam) bu hədisdə üsyannkar qadınları mömin şəxsin ən qalib düşmənləri təqdim edir.[276] O Həzrət cəddi Peyğəmbərdən nəql edir ki, o həzrət həmişə öz dualarında deyərdi: "İlahi, üsyankar qadınların şərindən Sənə pənah aparıram ki, məni tez qocaldar və cavan yaşlarımda mənə qocalıq əlamətlərini ariz edərlər.”[277]

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:


    Qadınlar, adətən, ehsasata (emosiyalara) uyduqlarına, sevinib və ya qəzəbləndikləri zaman son dərəcədə dəyişildiklərinə, işin axırına az diqqət yetirdiklərinə görə Əli (əleyhissalam) öz ardıcıllarına tövsiyə edir:

    "Pis və üsyankar qadınlardan uzaq olun, onların yaxşıları ilə rəftarda ehtiyatlı olun.”[279]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Öz qadınlarınızın şərindən Allaha pənah aparıb onların yaxşılarından da ehtiyat edin. Əgər onlar sizə göstəriş versələr, fikirləşmədən onlara tabe olmayın, çünki axırda sizi məsiyətə vadar edə bilərlər.”[280]

    Bu hədsilərdən çoxlu məsələ aydın olur, çünki üsyankar və istisna qadınlar bu dəyərli kəlamlarda aləm varlıqlarının ən pisi, şeytanın həmkarları kimi təqdim edilir, öz ərləri üçün ən güclü düşmən sayılır. Əsas etibarı ilə münhərif və xətakar qadınlar yer üzündə fəsadın, əxlaqi pozğunluğun və hərc-mərcliyin yaranıb yayılmasına səbəb olmaqla insanın kamala yetişməsinə, Allaha pərəstiş olunmasına mane olurlar. Bu xətərli varlıqlar cəmiyyəti fəsada çəkməklə, öz pozğun əxlaqları ilə ərlərini müxtəlif müşküllərə, o cümlədən, vaxtından əvvəl qocalmağa mübtəla edir, onların bədbəxtliklərinə səbəb olurlar. Bu cəhətdən müqəddəs islam dini öz ardıcıllarına bu barədə də lazımi göstəriş verir ki, bu fəsad bataqlığına düşməsinlər.
    ALLAHIN HÜQUQLARI ƏRİN HÜQUQLARI İLƏ YANAŞIDIR

    Ərin hüquqları ən yüksək hüquqlar kimi təqdim olunduğundan, habelə qadınların da vəzifəsi onlara qeydsiz-şərtsiz itaət etmək olduğundan, islami hədislərdə ərin hüquqlarına itaət etməyə iltizam verməyən, diqqət yetirməyən qadınlar ən pis qadınlar kimi tanıtdırılır. Onlar bu hallarda Allahın haqqını da yerinə yetirməmiş olurlar. Ərin hüquqlarına riayət etməyə zəmanət verməkdən boyun qaçıran və bu qanunu pozan qadınlar lənətə, qarğışa layiq görülmüşdür və onlara ən ağır cəza vədəsi verilir. İndi isə sizin diqqətinizi bu bardə bir neçə rəvayətə cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Ərinin haqqına riayət etməyən qadınlar şəksiz Allahın haqqını da yerinə yetirməmiş və Ona pərəstiş etməmişlər.”[281]

    Həzrət başqa bir hədisdə iki təkidlə buyurur:

    "Allahın lənəti o arvada olsun ki, ərinə əziyyət verir. (Həzrət mətləbin davamında buyurur) Xoş o səadətli qadının halına ki, ərinə ehtiram qoymaq üçün çalışsın, hər bir halda ona itaət etsin.”[282]

    Həzrət bu müfəssəl hədisdə fasiq, münhərif və üsyankar qadınların nişanələrini bəyan edərək buyurur ki, onlar aşağıdakı xüsusiyyətlərə malik olanlardır:

    1-Öz ailə və qohumlarının yanında şəxsiyyəti olmayanlar;

    2-Ərinin yanında, evdə təkəbbürlü olub, özünü uca hesab edənlər;

    3-Doğmayan qadınlar;

    4-Xəbərsizlik ucbatından həsədə və kinəyə əl atanlar;

    5-Rəva görülməyən yaramaz işləri görməkdən qorxub çəkinməyənlər;

    6-Əri yanında olmadıqda özlərini bəzəyənlər;

    7-Ərinin istəklərinə müsbət cavab vermək yerinə, onun istəklərini görməməzliyə vurub sözlərini eşitməyən və xəlvətdə xətərli, minilməyən at kimi onun qanuni istəklərindən boyun qaçıranlar;

    8-Ərini üzrlərini qəbul etməyənlər;

    9-Ərinin xətalarını bağışlamayanlar.[283]

    Bu kimi sifətlərə malik olan və özlərinin islahı üçün çalışmayan qadınlar insan surətində bəşər surətində olan heyvandır.

    Əli (əleyhissalam) müxtəlif hiylə və xəyanətlərə əl atan öz vəzifələrini düzgün şəkildə yerinə yetirməyən bəzi qadınlar barəsində buyurur ki, onlar zahirdə insan, batində isə heyvandırlar. Bu cür fərdlər hərəkət edən ölülərdir.”[284]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Vay olsun o qadına ki, öz ərini qəzəbləndirə. Xoş olsun o qadının halına ki, əri ondan razıdır.”[285]

    Ümidvarıq ki, dindar və imanlı qadınlar bütün bu rəzil sifətlərdən xoşakəlməz xüsusiyyətlərdən uzaq olub öz ərlərinə qarşı vəfadar və mehriban olsunlar, layiqli idarəçilik, eşq-məhəbbət, səfa-səmimiyyətlə ailə ocağını qızğın saxlasınlar və ərin atifələrini özlərinə cəlb etsinlər. Məhz belə olan surətdə həm ideal bir həyatı özü və ailəsi üçün icad edəcək, həm də Allah dərgahında savab qazanacaqdır.
    İBRƏTAMİZ BİR HEKAYƏ

    İmam Baqir (əleyhissalam)-ın səhabələrindən biri olan Əbu Həmzə Somali Həzrətdən belə bir hadisdə nəql edir: Bəni İsrail tayfasında bir nəfərin iki arvadı var idi. Onlardan birinin əsli-əsəbi pak, nəcabətli idi. O arvadından bir layiqli, o birisindən isə iki (naxələf) oğlu dünyaya gəldi. O kişi öləndə vəsiyyət etdi ki, bütün var-dövlətini yalnız bir oğluna versinlər. Onun vəfatından sonra oğlanlarının hər biri dedi: Atamın məqsədi mənəm və bütün irs mənə çatacaqdır. İxtilafı həll etmək üçün hər üçü qazının yanına getdi. Qazı da onları Bəni-ğənam qardaşlarının yanına göndərdi. Onlar həmin yerə çatdıqda böyük qardaş ilə görüşdülər, amma o dedi: Mən evin kiçik oğluyam, məndən böyük qardaşımın yanına gedin. Onlar ikinci qardaşın yanına getdilər, o da zahirdə əvvəlki qardaşdan cavan görünürdü. İkinci qardaş dedi: Məndən böyük qardaşımın yanına gedin. Üçüncü qardaşın yanına getdilər, gördülər ki, o da hamısından cavan görünürdü. Ona dedilər: Sənin məsələn bizim məsələmizdən daha təəccüblüdür; əvvəl de görək sizə nə olmuşdur ki, yaşı çox olan qardaş daha cavandır, yaşca cavan olanınız isə qocalıbdır? Yaşda bütün qardaşlardan böyük, zahirdə isə ən cavan görünən qardaş dedi: Bizim qocalan kiçik qardaşımızın üsyankar bir arvadı vardır, ona əzab-əziyyət verib qocaltmışdır. İkinci qardaşımın arvadı əxlaqi cəhətdən nisbətən orta səviyyədədir, bəzi hallarda ərini xoşhal edir, bəzən də qəmləndirir. Buna görə çox da qocalmamışdır. Amma yaşda hamıdan böyük olmağıma baxmayaraq, mənim arvadım əməli saleh və sözə baxandır. O heç vaxt məni narahat etməmişdir, əksinə, həmişə mənim narahatlıqlarımı öz məhəbbətləri ilə aradan qaldırır. Ona görə də mən cavan qalmışam.

    Sizin məsələnizə gəldikdə isə, deməliyəm ki, gedib atanızın qəbrini açıb sümüklərini yandırın, sonra isə mənə müraciət edin, sizin barənizdə mühakimə yürüdüm.

    Onlar atalarının qəbrini açmaq istəyəndə pak və iffətli qadından dünyaya gələn oğlu dedi: Mən öz fikrimdən döndüm və payımı sizə verdim.

    Onlar qazının yanına qayıtdıqda qazı dedi: Atanızın bütün mal-dövləti bu oğlana çatır. Əgər siz də atanızın həqiqi övladları olsaydınız, onun halına yanar və ona rəhm edərdiniz.[286]

    Bu hədisdən həyat yoldaşının əri ilə xoş rəftarını əsərləri tammamilə aydın olur.
    QIRX YEDDİNCİ FƏSİL
    ƏR SAXLAMAĞIN SAVABI

    Arvadın əri ilə yola getməsi, ev işlərində səbirli olması, ailənin səfa-səmimiyyətini, mehr-məhəbbətini əldə etməkdə, övladın düzgün tərbiyəsində son dərəcə təsirli olmaqdan əlavə, axirət savabına da malikdir. Övlad tərbiyəsində ev daxili işlərində və əri razı salmaqda müəyyən tədbir görən, bu yolda hətta cüzi işləri də görən bir qadın cəhənəmin qapılarını öz üzünə bağlayır, behiştin qapılarını öz üzünə açır və Fatimeyi Zəhranın razılığını qazanır. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur ki, səliqə-səhmana yaratmaq məqsədi ilə mənzil avadanlıqlarının yerini dəyişən bir qadın hər şeyi yerindən dəyişdirsə, Allah taala ona rəhmət və lütf nəzəri salar; hər kəsə də Pərvərdigari-aləm lütf nəzəri salsa, onu cəhənnəmdə yandırmaz.”[287]

    İmam Sadiq (əleyhissalam) ərə qulluq etməyin savabı barəsində buyurur:

    "Hər qadın ərinə (içməyə) bir qab su versə, bu əməlin mükafatı gecələri səhərə qədər ibadət olunan, gündüzləri oruc tutulan bir illik ibadətdən daha üstündür . Allah taala behiştdə onun üçün bir şəhər mərhəmət edər, 60 günahını bağışlayar.”[288]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Xoş o qadının halına ki, əri ondan razıdır. Onun məqamını başqaları üçün arzu edərlər. Ərin öz arvadından razılığı onun (arvadının) məqamını yüksəldir.”[289]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər qadın gündəlik namazlarını qılıb Mübarək Ramazan ayının orucunu tutsa, etiqadi nəzərdən də Əli (əleyhissalam)-ın hüquqlarını dərk etsə, onu Rəsuli Əkrəmdən sonra birinci xəlifə bilsə və ərinə tabe olsa, behiştin hər qapısından istəsə, daxil olacaq.”[290]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah bir qadın öz ərinə "mən səndən heç bir xeyir görməmişəm” desə və beləliklə də onu qəzəbləndirsə, onun bütün yaxşı əməlləri bada gedər.”[291]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hərgah bir qadın öz ərini bir dəfə narahat etsə, nə qədər ki, əri ondan razı olmayıb, onun ibadətləri qəbul olunmur.”[292]

    Bu hədis ciddi şəkildə qadınları evin idarəçiliyinə, övlad tərbiyəsinə, ərin hüquqlarına riayət etməyə təşviq edir, ərinə itaət edən əməlisaleh qadınlara ən yüksək mükafat vədə verir, ərinin qəzəblənməsinə səbəb olan, ev işlərindəki vəzifəsini yerinə yetirməyib səhlənkarlıq edən qadınları isə şiddətlə məzəmət edir, cəhənnəm əzabı və yaxşı əməllərinin heçə getməsi ilə onları təhdid edir. Buna əsasən, layiqli və yaxşı qadınlar onlardır ki, öz vəzifələrini layiqincə yerinə yetirib yaxşı əxlaqla ərlərinə hörmət etsinlər, ailənin səfa-səmimiyyətinə həmişəlik zəmanət versinlər, mehr-məhəbbət dolu ailələrdə ədəbli və cəmiyyət üçün işgüzar və ürəyiyanar övladlar tərbiyə etsinlər.
    QADININ CİHADI

    Cihadların ən yaxşısı odur ki, insan özünün pis və rəzilətli əxlaqları ilə mübarizəyə qalxıb onları aradan qaldırsın. Onların aradan qaldırılması ilə Kamali-Mütləqə çatmaq və Haqqın nurunu görmək yolundakı bütün maneələr aradan qalxır, insan xatircəmliklə, həvayi-nəfsin vəsvəsələrindən uzaq öz mələkuti və mənəvi həyatını davam etdirir və haqqın nuru onun yolunu işıqlandırır. Belə olanda ailə ocağında azacıq belə, narahatlıq yaranmır, ər, arvad və övladlar tam səmimiyyətlə, mehribanlıqla yaşayır, bir-birinə qarşılıqlı kömək edərək çatışmazlıqları, müşkülləri aradan qaldırırlar. Belə layiqli hərəkət və rəftarlar qadının ən böyük cihadı kimi təqdim edilir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Qadının cihadı–yaxşı ər saxlamasıdır.”[293]

    Əbu Cəfər (əleyhissalam) buyurur:

    "Qadının cihadı–yaxşı ər saxlamasıdır. Ərin öz arvadı üzərində ən çox haqqı vardır, heç bir haqq onun haqqına çata bilməz.”[294]

    Bu hədisdə İmam Baqir (əleyhissalam) buyurur ki, Allah taala cihadı həm qadınlara, həm də kişilərə vacib etmişdir. Bu fərqlə ki, kişilərin cihadı din düşmənləri ilə can və malları ilə müharibə etməkdir, qadınların cihadı isə ərlərinin əxlaqları müqabilində, onun ikinci arvad alması qarşısında səbirlilikdir.”[295]

    Yəni qadının cihadçı olması o vaxt məlum olur ki, müxtəlif amillər səbəbi ilə ər-arvad arasında əxlaqi uyğunluq və səliqəlilik olmasın, həyat yoldaşı ilə nəzər ixtilafı olan məsələlərdə özünü saxlasın. O cümlədən, ərinin ikinci arvadına dözsün. İmam Baqir (əleyhissalam) bir hədisdə onu cihadının nişanəsi kimi təqdim edir. Həzrət İmam Sadiq (əleyhissalam)-ın qadının bu işə dözməsini onun kamil imanının və ləyaqətinin nişanəsi kimi bəyan edir ki, onu əvvəldə qeyd etmişdik.[296]
    FATİMƏNİN HÜZURUNDA...

    Ər saxlamağın, həyat çətinliklərinə dözməyin mükafatlarından biri də Fatimeyi Zəhra (əleyhissalam)-ın mübarək məhzərində olmaqdır. Ərinin razılığını qazanan, evin çətinliklərində ona kömək edən qadın axirət aləmində yüksək məqamlara çatacaqdır.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Qadınlardan iki dəstəsi, bərzəx aləmində qəbir sıxıntısı və qəbir əzabından azad olacaq, qiyamət günü də Fatimeyi Zəhra (əleyhissalam) ilə birlikdə məhşur olacaqlar (diriləcəklər) və onlardan hər birinə min şəhidin və Allaha min illik ibadətin əvəzi veriləcəkdir:

    1-O qadındır ki, iman cəhətindən elə bir mərtəbəyə çatsın ki, ərinin sonrakı qadınla evlənməsi onun həyatına təsir etməsin, ərinə olan mehr-məhəbbətinə xələl gətirməsin;

    2-O qadın ki, ərinin kobud rəftarına, bədəxlaqlığına dözsün, öz vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq etməsin;

    3-O qadın ki, öz mehriyyəsini ərinə bağışlasın.”[297]

    Bu hədisdə səbirli qadınlar üçün çoxlu imtiyazlar verilmişdir. Fatimeyi Zəhra (əleyha salam)-ın yanında qərar tutmaqdan, qəbir əzabından azad olmaqdan əlavə, onların ər saxlamağının mükafatı da islam döyüşçülərinin cihadından üstün, savabı da onlardan artıq olacaqdır. Belə qadınlara min mücahid əsgərin savabı veriləcəkdir. Çünki ər evində səbirlilik göstərməsi, ərin razılığını cəlb etməsi onun üçün ən böyük imtiyazdır və bu məsələ hədislərdə də gəlmişdir. Biz onlardan ikisini qeyd etməklə kifayətlənirik:

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Qadın üçün heç bir şəfaət (qiyamətdə bağışlanması üçün vasitəçilik) ərinin razılığını qazanmaq qədər faydalı və səmərəli deyildir. Xoş olsun o qadının halına ki, öz islami rəftarı və məxsus məhəbbətləri ilə ərinin məhəbbətini özünə cəlb etsin və onu özündən razı salsın.”[298]

    Həzrət İmam Baqir (əleyhissalam) buyurur ki, anası Fatimeyi Zəhra (əleyhissalam)-ın şəhadətindən sonra Həzrət Əli (əleyhissalam) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi:

    "Xudavənda! Bu Sənin Peyğəmbərinin qızı Fatimeyi Zəhradır və mən ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu qəbrin vəhşətindən və övladlarından uzaq olması vəhşətindən hifz et. Xudavənda! Ona zülm etdilər, Sən Özün onlarla Fatimeyi Zəhra (əleyhissalam) arasında hökm et.”[299]

    Bütün bunlar göstərir ki, ərin razılığı və onun şəfaəti həyat yoldaşının dərəcəsinin yüksəlməsində, hərçənd Fatimeyi Zəhra (əleyhissalam) kimi qiyamət gününün şəfaətçi olsa belə, təsirlidir. Fatimeyi Zəhra (əleyhissalam)-ın özü və onun anası Xədiceyi Kübra aləm qadınlarının ən yaxşısı olmaqla eyni zamanda, ölüm anlarında axirət fikrində olmuş və öz ərlərinin onlardan razı olmalarını istəmişlər, beləliklə də islam ardıcıllarına həyat dərsi vermişlər.


    [248]"Nəhcül-bəlağə”, 47-ci məktub

    [249]"Nizami hüquqi zən”, səh.183

    [250]"Behdaşte izdivac dər islam”, səh.187

    [251]"Hüquqi zən dər islam və urupa”, səh.13

    [252]"Nisa” surəsi, 34

    [253]"əl-mizan” təfsiri, 4-cü cild, səh.365

    [254]"Kənzül-ümmal”, 6-cı cild, səh.23

    [255]"Rovzətül-müttəqin” 8-ci cild, səh.514

    [256]"Kafi”, 5-ci cild, səh.518

    [257]"Səfinətül bihar”, 2-ci cild, səh.587

    [258]"Nəhcül-bəlağə” 31-ci məktub

    [259]"Vəsailüş-şiə”, 14-cü cild, səh.162

    [260]"Hüquqi zən dər islam”, səh.134

    [261]"Biharul-ənvar”, 103-cü cild, səh.253

    [262]"Biharul-ənvar”, 103 cild səh.233

    [263]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.93

    [264]"Səfinətül-bihar”, 2-ci cild, səh.183

    [265]"Kafi”, 5-ci cild, səh.327

    [266]"Vəsailüş-şiə”, 14-cü cild, səh.23

    [267]"Qürərül-hikəm”, səh.320

    [268]"Məkarimül-əxlaq”, səh.200

    [269]"Səfinətül-bihar”, 1-ci cild, səh.379

    [270]"Nəhcül-bəlağə”, 193-cü xütbə

    [271]"Qiyami həqq”, 2-ci cild, səh.106

    [272]"Məkarimül-əxlaq”, səh.200

    [273]"Vəsailüş-şiə”, 14-cü cild, səh.17

    [274]"Məkarimül-əxlaq”, səh.200

    [275]"Kafi”, 5-ci cild, səh.415

    [276]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.105

    [277]"Fürui-kafi”, 5-ci cild, səh.326

    [278]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.106; "Biharul-ənvar”, 103-cü cild, səh.240

    [279]"Qürərül-hikəm”, səh.134

    [280]"Vəsailüş-şiə”, 14-cü cild, səh.129

    [281]"Məkarimül-əxlaq”, səh.215

    [282]"Biharul-ənvar”, 103-cü cild, səh.253

    [283]"Kafi”, 5-ci cild, səh.325

    [284]"Nəhcül-bəlağə”, 86-cı xütbə

    [285]"Biharul-ənvar”, 103-cü cild, səh.246

    [286]"Biharul-ənvar”, 103-cü cild, səh.233

    [287]"Vəsailüş-şiə”, 15-ci cild, səh.175

    [288]"Vəsailüş-şiə”, 14-cü cild, səh.23

    [289]"Biharul-ənvar”, 103-cü cild, səh.246

    [290]"Kafi”, 5-ci cild, səh.555

    [291]"Məkarimül-əxlaq”, səh.215

    [292]"Fürui-kafi”, 5-ci cild, səh.507

    [293]"Nəhcül-bəlağə, 131-ci hikmət

    [294]"Vəsailüş-şiə”, 14-cü cild, səh.163

    [295]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.363

    [296]"Kafi”, 5-ci cild səh.505

    [297]"Vəsailüş-şiə”, 15-ci cild, səh.37

    [298]"Səfinətül-bihar”, 1-ci cild, səh.561

    [299]"Biharul-ənvar”, 103-cü cild, səh.256

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1116 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024