İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:24 AM
    Islamda evlənmə və ailə hüququ-1

    İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU-1

    MÜƏLLİF: ƏLİƏKBƏR BABAZADƏ

    MÜTƏRCİM: M. ƏLİZADƏ
    ÖN SÖZ


    Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti sadəcə zehn və xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi ideologiyanın əksinə olaraq İslamda və onun hüquqi sistemində ailə cəmiyyəti özünəməxsus həqiqətə və xüsusi hökmlərə malikdir. İslamın müxtəlif hüquq kitablarına nəzər saldıqda bu həqiqətin müxtəlif yönləri aşkar surətdə görünür. Cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır və bu iki təşkilatın hər birinin səadəti digərindən asılıdır.

    Əgər ailənin təməli möhkəm olarsa, cəmiyyətdə də birlik möhkəm olacaqdır. Amma əgər ailənin təməli qeyri-sabit və süst olarsa, habelə, əgər ailə münasibətləri yalnız cinsi istək və qərizələrin təmin olunması ilə məhdudlaşarsa, ictimaiyyətin quruluşu qısa müddətdə sarsılaraq dağılar, insanların icma halındakı yaşayışı sadəcə bir-birinin yanında yaşayan vəhşi heyvan sürüləri kimi olacaqdır.

    Bu gün qərb dünyasının ən böyük problemlərindən biri ailə sisteminin dağılmasını təhdid edən bəladır.

    Övladların ailə mühitindən qaçması, övladların öz valideynlərinin taleyindən xəbərsiz qalması, qocalar evlərinin təsis edilməsi, ana gününün təyin edilməsi (bu məqsədlə ki, bəlkə həmin gündə övladlar analarını arayıb-axtaralar) və ... bütün bunlar qərb aləmində səslənən həyəcan siqnalıdır və bu təhlükə dalğasının şərq aləminə tərəf genişlənməsi də gözlənilir.

    Qadınların ailə mühitindən kənarlaşdırılması, müəssisələrdə qadınlar üçün iş yerlərinin yaradılması, körpə və günahsız uşaqların uşaq bağçalarına və uşaq əmizdirmə məntəqələrinə təhvil verilməsi, ata-ananın övladlar ilə cüzi şəkildə ünsiyyətdə olması, gündəlik yeməklərin restoranlarda yeyilməsi və s. bütün bunlar qərb aləminin qarşılaşdığı bəlanın–ailə siteminin dağılmasının əlamətləridir. Sanki bu yolda qayıdış üçün maşınlı sənayedə ideoloqi dəyişiklik yaratmaq, onun barəsində normal bir fikir irəli sürməkdən başqa heç bir çıxış yolu yoxdur.

    Övladların ailələrdən qaçması və nəhayət gündəlik qəzet və qurnallarda, dünyanın kütləvi informasiya vasitələri ilə onların barəsində gəlib çatan xəbərlər həddindən artıq dəhşətli və acınacaqlıdır. Təlim-tərbiyə işləri üzrə mütəxəssislərin bu xəbərlərdən dəhşətə gəlməsi yerlidir. Amma onlar bu kimi acınacaqlı halları görərkən heç vaxt heyrətlənməməlidirlər. Çünki qərbin bu kimi həyat tərzinə səbəb maddiyyatın, heyvani ləzzətlərin yeganə hədəf kimi seçilməsinin nəticələrindən başqa bir şey deyildir. Nə qədər ki, qərb dünyası əxlaqi materializmin caynağında inləyir, öz mükafatlarını bu ideologiyadan almalıdırlar. Amma əgər fitrətə qayıtsalar, öz insaniyyətlərini tapsalar, insani və əxlaqi dəyərlərə qiymət qoysalar, yalnız bu halda öz əvvəlki insani xüsusiyyətlərinə qayıda bilərlər.
    İSLAMIN HƏRTƏRƏFLİLİYİ

    İslam dininin möhkəm və haqq bir din olması dəlillərindən biri bu dinin hərtərəfli olmasıdır ki, bəşərin maddi və mənəvi həyatına aid olan bütün mövzularda nəzər vermiş, qiyamət gününə qədər proqram tökmüşdür. Əgər bu din sadəcə bəşər tərəfindən vücuda gətirilən bir din olsaydı, heç vaxt onun əhatə dairəsi bu qədər geniş olmazdı.

    Biz əqidə, təfəkkür, əxlaq, ictimaiyyət, siyasət və s. kimi mövzuların üstündən keçərək əziz oxucuların diqqətini İslamda ailə hüquq sisteminə cəlb edirik. İslam, ailə hüquq münasibətlərinin tamamilə tapdalandığı bir dövrdə, belə bir əzəmətli, əsrarəngiz və geniş bir proqramı təqdim etmişdir. Əlinizdəki bu kitab da onun nümunələrindən biridir. Siz bu kitabda həmin mövzu ilə əlaqədar olaraq 700 hədis və ayə ilə rastlaşacaqsınız ki, 5 bölmədə və 58 fəsildə xülasə edilmişdir. Ayə və rəvayətlərin məzumununa diqqət yetirmək bizi İslam dininin uzaqgörənlik və zənginlikləri ilə tanış edir, habelə bu kimi məfhumların ümumiyyətlə açıqlanmadığı bir dövrdə İslamn hələ müasir dövrdə də tərbiyə işləri üzrə mütəxəssilərin diqqət mərkəzində olan məsələləri həmin dövrdə açıqlamasını görəcəyik.

    Nümunə üçün "ailənin tənzim olunması və cəmiyyətin partlayışı” adlı məsələni qeyd edirik: Bu gün bu məsələ tərbiyə, iqtisad, cəmiyyətşünaslıq (sosiologiya) və s. kimi sahələrdə olan mütəxəssislərin diqqət mərkəzindədir. Bu məsələ cəmiyyətdə iki nəzəriyyə şəklində irəli sürülür. Amma əgər 1400 il bundan öncəyə nəzər salsaq, görəcəyik ki, İslam bu problemi qanuni və gözəl şəkildə həll etmiş və iki nəzəriyyədən hər biri üçün xüsusi bir zamana qail olmuşdur. Belə olmasaydı, əbədi və xatəmiyyət dini ola bilməzdi.

    O din əbədi və həmişəlik ola bilər ki, bütün növ mədəniyyətlərlə, tərəqqilərlə uyğunlaşa bilsin. Bu da yalnız o halda mümkün ola bilər ki, zehn və əqlin tərəfdarı olsun, xammalı proqram tökənlərin ixtiyarında qoysun. İnsan nəslinin artırılması və ya fəlakətə uğraması kimi məsələlər onun aydın və konkret nümunələrdən biridir ki, İslam dini onun mahiyətini bəyan etmiş, onun libasını cəmiyyətdə müəyyən planları tökənlərin ixtiyarında qoymuşdur, Bpu barədə 177-180-cı hədislərə müraciət edə bilərsiniz.
    ÖRNƏK AXTARIŞI

    Nəhayət "örnək axtarışı” məsələsinə qayıdırıq ki, bu, bütün insanların, xüsusilə də cavanların fitrətində yatmışdır. Oğlan və ya qız olmasından asılı olmayaraq bütün cavanlar özləri üçün nümunə axtarırlar ki, öz həyatlarını ona uyğunlaşdırsınlar, onun izinə düşsünlər. Maddi həyat elə bir örnəklər göstərir ki, ona fəsada sürükləyən şər qüvvədən başqa bir şey ad qoymaq olmaz. Bu örnəklər insan yaranışının, fitrətinin ziddinə olduğuna görə səadət gətirən olmayıb, əksinə həyatı puçluğa, fənaya və uçuruma sürükləyir.

    Bu kitabda gözəl həyat üçün elə nümunələr, örnəklər bəyan olunmuşdur ki, onlar bəşər üçün səadət gətirə, ailə həyatına hərarət, istilik və ləzzət bəxş edə bilər. O, qadının qulağına həmişə bu cümlələri təlqin edir ki:

    "Qiyamət günü qadının, ərinin razılığını kəsb etməkdən başqa daha yaxşı şəfaətçisi ola bilməz.”

    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü özünün təkrar tövsiyələrindən əlavə, həyatının son anlarında cəmiyyət kişilərinə xitabən buyurur:

    "Amandır, Allahdan qafil olmayın, qadınları unutmayın, qadınlar barəsində yaxşılıq edin! Onların hüquqlarını təmin edin, zülm etməyin. Onlar sizin evlərinizdə yaşayırlar və sizin öhdənizdədir. İlahi əhd-peymanla onları özünüz üçün həyat yoldaşı seçmisiniz. İndi o əhdi-peymanı yadınızdan çıxartmayın.”

    İndi bu qiymətli və yolgöstərən kitabı onun hörmətli müəllifi Əliəkbər Babayi cənablarına təbrik deyir, Allahdan onun cəmiyyətə zəruri olan bu kimi məsələləri davam etdirməsində nailiyyətlər diləyirik. Allahdan arzu edirik ki, bu gün cəmiyyətin zəruri məsələlərini ardıcıl təhqiq etməkdə onu müvəffəq etsin. O, həmin kitabı könüloxşayan tərzdə, əsrin ruhu ilə uyğun olaraq yazmış və elm axtaranların ixtiyarında qoymuşdur.

    Qum, "İmam Sadiq” müəssisəsi, Cəfər Sübhani, 12 zil-həccə, 1409-cu il. (1989)
    MÜQƏDDİMƏ

    Ailə zahiri nəzərdən cəmiyyətin ən kiçik qurumudur, amma əhəmiyyət baxımından cəmiyyətin əsas sütunlarından birini təşkil edir. Həqiqətdə isə çox böyük və əzəmətlidir. Əgər ailə mühtindəki mədəniyyət, agahlıq və vəfadarlıq istənilən səviyyədə, səmərəli olsa, təbiidir ki, ölkə, şəhər və dünya miqyasında olan böyük cəmiyyətlərdə də kamal və nailiyyətlər istiqamətində müsbət addımlar atılacaq, irəliləyişlər olacaqdır. Çünki böyük bəşər cəmiyyəti elə həmin kiçik ailə cəmiyyətindən təşkil olunmuşdur və bu iki cəkiyyət bir-biri ilə qarşılıqlı və sıx əlaqədədir.

    Müqəddəs İslam dini ailələrin islah olunmasına yüksək dərəcədə əhəmiyyət vermiş, bu işin icrasında ailənin hər bir üzvünün vəzifəsini təfsilatı ilə bəyan etmiş, həmin proqramlara əməl olunub diqqət yetiriləcəyi təqdirdə onların səadət və müvəffəqiyyətlərinə zəmanət vermişdir.

    Bütün təşkilatlar və bəşər cəmiyyətləri xüsusi qanuna, inzibata ehtiyaclı olduğu və qeyd olunanlar mövcud olmadan müvəffəqiyyət əldə edilə bilmədiyi kimi, ictimaiyyətin bir zərif və həssas qurumu olan ailə də şübhəsiz ki, məxsus inzibata və qanunlara malikdir. Bu mühit o halda sağlam və müvəffəq olacaqdır ki, həmin qayda-qanunları özündə tətbiq etsin və onları dəqiq şəkildə icra etsin.

    Müqəddəs ailə ocağında ata və ana ailə üzvləri arasında son dərəcədə ehtirama, hörmətə layiqdirlər, övladlar onlara tabe olmalıdırlar, heç vaxt şəri üzürlü səbəb olmadan onların əmrlərindən boyun qaçırmamalıdırlar. Çünki Quranda və rəvayətlərdə bu barədə təkidli göstərişlərdən əlavə, övladlara yol göstərilməsi və onlara qayğıkeşlik nəzərindən də bu məsələ böyük əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, valideynlər bir ömür övladların sonsuz məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə, eşq-əlaqə ilə həmişə onların xoşbəxt olub kamala çatmaları arzusunda olmuşlar. Buna görə də onlara təşəkkür və qədirdanlıq cəhətindən də hörmətə layiq görülmələri zəruridir. Bunun müqabilində ata və ana da öz övladları qarşısında böyük məsuliyyət daşıyırlar və bu böyük ilahi vəzifəyə diqqət yetirib əməl etmələri vacibdir. Əks halda, ilahi ədalət məhkəməsində sorğu-suala tutulacaqlar.

    Valideynlərin hüquqlarını Qurani kərimdə tovhidə dəlalət edən ayələrdən sonra gəlməsinin səbəbi budur ki, gərək valideynlər ilahi əmanət olan övladın tərbiyəsi qarşısında məsuliyyət hiss edərək öz vəzifələrini lazımınca, yaxşı şəkildə yerinə yetirsinlər. Fərdlər özləri üçün həyat yoldaşı seçməkdə, nütfənin bağlanması zamanı, övladların maddi və mənəvi tərbiyələri, müxtəlif və həssas anlarda və yönlərdə övladların hüquqlarını nəzərə almalı, cəmiyyətə sağlam, işgüzar və ürəyiyanan fərdlərin təhvil verilməsində öz vəzifələrini gözəl şəkildə yerinə yetirməlidirlər.

    Həmçinin ailə mühitində ər və arvad bir-birinə nisbətən qarşılıqlı hüquq və vəzifələrini yerinə yetirməli, məsuliyyətli olmalı, tam səfa və səmimiyyətlə yaşamalıdırlar. İslamın bu barədəki xüsusi göstərişlərini icra etməklə ailədə məhəbbət tellərini möhkəmlətməli, hər növ inhiraf və azğınçılıqlardan çəkinməli, şirin səmərələri vücuda gətirməlidirlər. Çünki ailənin mühüm səmərəsi olan övlad öz valideynlərinin əxlaq və tərbiyələrini özləri üçün örnək və nümunə götürürlər. Buna görə də ər və arvadın ailənin ən mühüm məsələlərinin birindən qafil olmaları peşmançılığa, ziyana səbəb olacaqdır və ailənin, ailə üzvlərinin təkamül yolundakı inkişaflarına maneə törədir.

    Bu kitabda hər bir ailənin İslamın zəngin mənbələrindən istifadə edərək müvəffəqiyyətə nail olmalarının rəmzi göstərilmiş, ailə üzvlərinin hər birinin–istər ata-ana, istərsə də övladların hər birinin hüquq və vəzifələri xatırladılmış, ər və arvadın bir-biri ilə qarşılıqlı münasibət keyfəyyəti, qarşılıqlı hüquqları bəyan edilmişdir. Bu kitab 5 hissədə və 58 fəsildən ibarətdir. Burada təqribən 700 ayə və hədisdən İslamın möhkəm və mötəbər mənbələrindən istifadə edilmiş və onların ərəbcə mətnləri dərc edilmişdir. Demək olar ki, bu ayə və hədislərin bərəkətinə bu kitab "ailənin əsas qanunu” sayıla bilər. Belə ki, ailənin bütün hörmətli üzvləri ona müraciət edib ondakı Qurani kərim ayəsi və hədisləri nümunə götürməklə ailə və ailə mühitinə aid olan bütün ixtilaflı məsələləri aradan qaldıraraq səfa-səmimiyyətdə yaşaya bilərlər.

    Ailə hüququ və ailə əxlaqı barəsində böyük təhqiqatçı alimlərin yazdıqları kitabların mövcud olmasına və o kitablarda insan cəmiyyətlərində istifadə edilməsinə baxmayaraq, bu kitabın özünə məxsus xüsusiyyətlərindən biri də budur ki, ailə üzvlərinin bütün hüquqlarını özündə əks etdirərək, cavan nəslin müqəddəratını həll edən evlənmək məsələsində ayə və hədisə istinad etmiş, onu əsla unutmamışdır. Biz səy etmişik ki bu bəhslərdə şəxsi nəzərlərimizi qəbul etdirmək deyil, Qurani kərim ayələrindən məsum İmamların dəyərli kəlamlarından və böyük İslam alimlərinin qiymətli sözlərindən ilham alaq və öz söhbətlərimizdə ixtisara riayət edək ki, əziz oxucular bu kitabı oxumaqla ailə hüquqlarını və evlənmə məsələsini əsil islami mənbələrdən əldə edə bilsinlər.

    Sosiologiya (cəmiyyətşünaslıq) nöqteyi-nəzərindən elmi tənqidlər cəmiyyətin inkişafında ən mühüm amillərdən sayılır. Buna görə də ümidvarıq ki, əziz təhqiqatçılar və oxucular bu kitabın hamısını oxuduqdan sonra (çünki kitabın bütün mətləbləri bir-biri ilə əlaqədardır) səhvlərlə qarşılaşdıqda qənaətbəxş dəlil-sübut üzündən bizə xatırlatsınlar ki, imkan daxilində sonrakı çaplarda bu səhvlər aradan qaldırılsın.

    Allah taala bu islami kitabın təlif edilməsində mənə yardım etdiyinə görə Onun əzəmətli dərgahına həmd edir, ustadımız Həzrət Ayətullah Cəfər Sübhaninin məni həvəsləndirib yol göstərməsində, habelə bu kitabın çap işlərini səhmana salmasında çəkdiyi zəhmətlər müqabilində təşəkkür edir, Allahdan sair kitablarımın da çap olunmasında müvəffəqiyyət diləyirəm.
    Qum Elmiyyə Hövzəsi, bəhmən, 1365 (fevral, 1986), Əliəkbər Babazadə
     
    BİRİNCİ HİSSƏ
    BİRİNCİ FƏSİL
    VALİDEYN HÜQUQLARI


    Qurani kərim buyurur:

    pərəstiş etməyin, ata və ananıza yaxşılıq edin. Hər vaxt sənin valideynlərindən biri və ya hər ikisi sənin yanında qocalıq yaşlarına çatsalar, (onlara ən kiçik təhqiri belə rəva görmə və) onlara "uf” demə, onlara gözəl və ədəbli sözlər de, təvazö, nəvaziş qanadlarını onların üstünə sal və de: Pərvərdigara, necə ki onlar məni körpə yaşlarında tərbiyə etmişlər, onlara Öz lütfünü şamil et.”[1]

    Bir şəxsin başqasının ona etdiyi xidmətlər müqabilində lazımi və münasib rəftar etməsinin zəruriliyi məsələsində şəkk yeri yoxdur. Bu iş də hər bir sağlam ruhiyyəli insanın atifəsindən nəşət tapır. Bu məsələ o qədər aşkar və ümumidir ki, təkcə insanlarda deyil, həm də sair varlıqlarda–heyvanlar və bitkilərdə də ehsan sahiblərinin etdiyi yaxşılıqlar müqabilində təşəkkür etmək qərizəsi görünməkdədir. Məsələn, heyvanlar insanlar üçün yun və süd verməklə, nəsil artırmaqla, minik kimi, əkin işlərində istifadə olunmaqla və s. kimi işlərdə insana yardım etməklə öz sahiblərinin qarşısında təşəkkür izhar edirlər. Həmçinin bitkilər də bağbanın çəkdiyi zəhmətlər müqabilində müxtəlif, gözəl və rəngarəng mənzərələri, könüloxşayan kölgələri, havanı saflaşdırmaları, cürbəcür çeşidli meyvələr vermələri və s. ilə öz xidmətçiləri qarşısında bir növ təşəkkür edirlər.

    Deməli, əgər bu varlıqlar ixtiyarsız və təbii olaraq cəmiyyətin ixtiyarında olub öz xidmətçilərinə qarşı təşəkkür edirlərsə, onda varlıq aləminin ən şərəflisi olan insan ona qarşı edilən müxtəlif lütflər, məhəbbətlər və bəxşişlər müqabilində bu məsələyə etinasız qalacaqmı? Camaatın etdiyi müxtəlif xidmətlər və nəvazişlər müqabilində etinasız olmaq əqlin, insaniyyət yolunun əksinə deyilmi? Həmçinin, bir şəxsə edilən lütf və ehtiramları görməməzliyə vurmaq aqil insanların adətinin əksinə deyildirmi? Deməli əgər xidmətlər və məhəbbətlər qarşısında edilən təşəkkür bir insani vəzifədirsə, onda ata-ananın çəkdiyi zəhmətlər, fədakarlıqlar müqabilində səy etmək, haqqını tapdalamamaq, valideynlərin üzücü zəhmətlərinə əməli təşəkkür etmək lazımdır. Çünki ata və ana insan üçün hamıdan artıq xidmət etmişlər, yalnız onlar öz övladlarının səadət və rifahını özlərinin şəxsi səadət və rifahlarından ön plana çəkmiş, öz mənfəətlərini övladlarının tərbiyəsi və kamala çatması yolunda sərf etmişlər.

    Müqəddəs İslam dini bu insani vəzifənin əhəmiyyətini təkidləndirərək valideynə ehtiram barəsində lazımi göstərişləri verir və ata-anaya ikram edib nəvaziş göstərməyi təkidli bir vacib əməl kimi vəsf edilir və bu məsələyə o qədər əzəmətlə yanaşır ki, onu tovhid və allahpərəstlik məsələsi ilə yanaşı qeyd edir. Bu tövsiyə Qurani məciddə 5 yerdə qeyd edilmişdir: "Bəqərə” surəsi, ayə 83, "Nisa” surəsi, ayə 36, "Ənam” surəsi, ayə 151, "İsra” surəsi, ayə 23, "Loğman” surəsi, ayə 14.

    Böyük şiə alimlərindən olan və dəyərli "Əl-mizan” təfsirinin müəllifi mərhum Əllamə Məhəmmədhüseyn Təbatəbai buyurur: "Valideynin əmr və göstərişlərinə tabe olmaq və onlara yaxşılıq, ehsan etmək tovhiddən sonra vacib əməllərin ən mühümlərindən sayılmış, onların hüquqlarında nöqsanlı hallara yol verilməsi Allaha şərik qoşmaq günahından sonra ən böyük günah sayılır.”[2]

    Həmçinin dahi şiə alimi, "Məcməül-bəyan” təfsirinin müəllifi Mərhum Təbərsi buyurur: "Ata və ana qocalığın təsiri nəticəsində elə bir yerə çata bilərlər ki, uşaq kimi qorunub saxlanmağa, sərpərəstliyə daha çox ehtiyac duya bilərlər və özləri müstəqil şəkildə hərəkət edə, yaxud özlərini paklaya bilməzlər. Bu ayədə valideynə məhəbbət göstərib sözlərinə itaət etməyin qocalıq vaxtında tövsiyə olunmasının səbəbi budur ki, bu yaş dövründə qeyd olunanlara daha çox ehtiyac duyulur, əgər belə olmasaydı, ata-anaya təzim və ehtiram etmək onsuz da bütün yaş dövrlərində vacib və lazımdır.”[3]

    Bu bəyanla aydın olur ki, ata-anaya ehtiram qoyub nəvaziş göstərmək bütün zamanlarda insani və dini bir vəzifə olmaqla vacibatın ən mühüm qismlərindən sayılır. Amma onların yaşları ötdüyü bir zamanda bu vəzifə daha həssas və ciddiləşir. Bu münasibətlə əlaqədar qeyd olunan ayədə bu barədə söhbət olunur. Çünki onlar bütün dövrlərdə bizim ata-anamızdır və bizim vəzifəmiz budur ki, həmişə onlara təşəkkür edək, valideynlik duyğularını, atifələrini cəmiyyətdə canlı saxlayaq. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan bir hədisdə buyurulur ki, bir nəfər övlad sahibi olmaq barəsində çox etinasız idi və övladı olmasına ikrah hissi ilə yanaşırdı. Bir il həcc mövsümündə "Ərəfə” vüqufunda gördü ki, bir cavan ah-nalə ilə ağlayıb öz valideyni barəsində dua edir. Bu əməl ona o qədər təsir göstərdi ki, birdən-birə övlad arzusuna düşdü.[4]

    Bəli, övladların müsbət və qurucu hərəkətləri axirət savabından, valideynə qarşı təşəkkür və qədirdanlıqdan əlavə, bu dünyada da ata-analıq duyğularını, vəzifələrini yerinə yetirmək hisslərini başqalarında da dirçəldir. Deməli cavan nəsil və cəmiyyətin bütün əziz övladları öz ata-analarına təzim və ehtiram etməyə səy göstərməlidirlər. Biz indi möhtərəm oxucuların diqqətini bu barədə olan hədislərə cəlb edirik.
    HƏCC VƏ CİHADDAN DAHA ÜSTÜN OLAN ƏMƏL

    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Ata-anasının üzünə məxsus məhəbbətlə baxan saleh övladın hər bir baxışına Allah taala bir qəbul olunmuş həcc mərhəmət edər.” Peyğəmbərin səhabələri bu böyük müqdəni eşidəndə Həzrətdən soruşdular: Ya Rəsuləllah, əgər bir şəxs bir gün ərzində valideynin üzünə bu cür baxsa, yenə də bu qədər savab və mükafat yazılır? Həzrət buyurdu ki, bəli, Allah taalanın şəni bundan çox-çox yüksəkdir, (heç vaxt bu savabı azaltmaz.)”[5]

    Mənsur ibni Hazim İmam Sadiq (əleyhissalam)-dan mühüm bir sual soruşdu:

    "Ey böyük rəhbər, ən yaxşı əməl nədir?” Həzrət cavabında buyurdu: "Üç şeydir: 1) namazı fəzilətli vaxtında qılmaq; 2) ata-anaya yaxşılıq edib onlarla xoş rəftar olmaq; 3) Allahın razılığı üçün Onun yolunda düşmənlərlə cihad etmək.”[6]

    Altıncı İmamımızdan nəql olunan bu hədisdə buyurulur ki, bir kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri, sidq-qəlbdən cihad üçün hazıram. Həzrət buyurdu: Allah taala yolunda din düşmənləri ilə cihad et, əgər şəhadət şərbətini içsən, Allahın hüzurunda diri olacaq və Onun ruzilərindən bəhrələnəcəksən. Sənin əcr və savabın Allahın öhdəsinədir. Əgər sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni doğulmuş uşaq kimi bağışlanacaq.

    Sonra cavan dedi: Ya Rəsuləllah, amma mənim qoca ata-anam vardır ki, mənimlə çox ünsiyyət bağlamışlar, mənim onların yanlarında olmamağımdan çox narahat olurlar. Bu halda mənim vəzifəm nədir? Həzrət buyurdu: Ata-ananın yanında, onlarla birlikdə qal. And olsun canım əlində olan Allaha, bir gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda din düşmənləri ilə bir il cihad etməkdən daha fəzilətlidir.[7]

    Bu hədislər valideynə ehtiram qoymağın, onlara təzim göstərməyin əzəmətini göstərir və bizə başa salır ki, onlara yaxşılıq etmək İslam dinində ən gözəl və ən üstün əməllərdəndir və onun mükafatı Allah taala evinin ziyarəti, Quran və din yolunda edilən cihaddan daha üstündür. Elə bir cihad ki, Müqəddəs İslam dininin genişlənməsi və təbliğ olunması səbəbidir, onun vasitəsi ilə din düşmənləri məğlubiyyətə uğradılır, müsəlman ölkələrində əmin-amanlıq bərqərar edir, onun sayəsində Allahın razılığı əldə olunur, behiştin qapıları İslam mücahidlərinin üzünə açılır, amma yenə də bu işlər valideynlərə xidmət etməyin savabına çatmır. Hətta əgər ata-ana müsəlman olmasalar da belə.

    İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur: "Bir nəfər Peyğəmbərin hüzuruna gəlib Həzrətdən övladların valideyn qarşısındakı hüquq və borcları haqqında soruşdu. Həzrət buyurdu:

    "Övladın ata-ana qarşısındakı hüquq və borclarından biri də budur ki, övlad onu öz adı ilə çağırmasın, onlardan qabaq yol getməsin, onlardan qabaq oturmasın, elə işlər görməsin ki, camaat onların barəsində nalayiq sözlər danışıb onlara qarşı bədnam olsunlar.”[8]

    Bu Peyğəmbər hədisində valideynin övlad üzərində olan hüquqlarından bəzilərinə işarə edilmiş, onlarla rəftar tərzini xatırlatmış və buyurmuşdur ki, övladlar gərək öz ata-analarına əzəmət gözü ilə baxsınlar, həyatın bütün mərhələlərində onların şəxsiyyətlərini alçaldıb təhqir edən işlər görməsinlər, oturmaq, durmaq, yol getməkdə, çağırmaqda və nəhayət həyatın bütün işlərində valideynə ehtiram məsələsinə riayət etsinlər. Həmçinin sair camaatla da elə insani məhəbbətlə davranmalı, elə qəlbi səfa-səmimiyyətlə rəftar etməlidir ki, hamı onun ata-anasının təlim-tərbiyə üsulunu tərifləsin, onların barəsində bədgümanlıq etməsinlər, pis mühakimə yürüdüb nalayiq sözlər danışmasınlar.

    Həzrət İmam Sadiq (əleyhissalam) həssas bir rəvayətdə cəddindən belə rəvayət edir:

    "Bir kəs Allahın Rəsulundan, ona mövizə etməsini istədi. Həzrət buyurdu: Əsla Allaha şərik qoşma; hətta əgər səni odda yandıraraq işgəncə versələr, sənin imanında azacıq da olsa, şəkk olmamalıdır. Həmçinin ata-anan barəsində isə... bacardığın qədər onlara itaət et, onların barəsində yaxşılıq etməkdə səhlənkarlıq etmə; istər diri olsunlar, istərsə də vəfat etmiş olsunlar. Əgər məxsus hallarda əhli-əyal və mal-dövlətindən əl çəkməyini istəsələr, o əmri icra et ki, bu iş iman əlamətidir.”[9]

    Mərhum Əllamə Məclisi bu hədisi nəql etdikdən sonra onu müfəssəl şəkildə təhlil etmiş, buyurmuşdur ki, əgər ata-ana müəyyən vaxtlarda ağlabatan dəlillər üzündən övladına öz aravadını boşamasını və mal-dövlətini bağışlamasını istəsələr, gərək itaət etsin.
    AĞIR BİR VƏZİFƏ

    Bu hədisin valideynlərə itaət və onların barəsində yaxşılıq etməyin əhəmiyyətinin yüksək dərəcədə olmasını çatdırmasına baxmayaraq, onun barəsində tam bəhs və təhqiqat aparmadan mühakimə yürütmək olmaz. Necə ki, Əllamə Məclisinin özü də buyurur ki, bu hədisin zahirinin vacibə dəlalət etməsinə baxmayaraq, (xüsusilə o yerdə ki, onlara itaət edilməsməsi onların qəm-qüsəyyə batmalarına, narahat olmalarına səbəb olacaq,) bu qəbildən olan əmrlərə əməl etmək üzücü və ürəksıxıcı vəzifələrdəndir, çətinliyə səbəb olur.

    Biz üçüncü fəsildə valideynin ixtiyarlarının həddi-hüdudu barəsində söhbət edəcəyik. "ərək əziz oxucular həmin fəsli diqqətlə oxusunlar. Amma burada da müxtəsər şəkildə qeyd edirik ki, ata-ananın hüquqlarının həddi-hüdudu başqalarının mal-dövlətinin, hüquqlarının aradan getməsinə, tapdalanmasına gətirib çıxarmamalı, onların verdiyi əmr və göstərişlər əql və şəriət meyarlarına uyğun olmalı, kin yaradan və nadürüst ehsaslardan, cahiliyyət kinəçiliyindən uzaq olmalıdır, onlar qeyri-məqul fərmanlar verməklə övladlarının mənafeylərini xətərə salmamalıdırlar. Bildiyimiz kimi, 14 məsum (əleyhimussalam)-dan nəql olunmuş çoxlu hədisdə harama, başqalarının hüquqlarının tapdalanmasına gətirib çıxaran hallarda ata-ananın əmrlərinə itaət etmək qadağan edilmişdir. Qeyd olunan hədis əgər xüsusi bir cəhətə malik olmasa, xaricdə özünə çoxlu konkret nümunə tapmır və yalnız o yerlərə şamil olur ki, fəqət övladların məsləhətləri əsas tutulsun və valideynin hüquqları ilə təzad təşkil etsin. Digər tərəfdən, valideynin və övladların hüquqları qarşılıqlıdır. Əgər valideynin göstərişləri övladları bəzi xoşagəlməz şeylərə düçar edərsə, bu cür fərman və əmrlərin qarşısını alaraq öz övladlarının aq-valideyn olmalarına səbəb olmamalı, onları mal-dövlət və sərvətdən məhrum etməməli, onların ailələrinin dağılmasına səbəb olmamalıdır. Həmişə əql və camaatın ümumi rəyi əsasında, Müqəddəs İslam şəriətinə uyğun əməl etməli, öz övladlarının ailələrində kin-küdurət yaratmamalıdırlar. (Övladların hüquqları barəsində 8-ci fəsildə bəhs ediləcəkdir.)

    İmam Səccad (əleyhissalam) bir hədisdə valideynin hüquqlarının bir qisminə, onların övladlarının şəxsiyyətinin formalaşmasında ifa etdiyi rola işarə edərək buyurur:

    İmam (əleyhissalam) bu hədisdə övladların valideynə qarşı qürur və təkəbbürlərini sındırır, onları ayıldır, onların diqqətini bu böyük ilahi nemətə yönəldir, valideynin vücud izlərini cavanlar və övladlar üçün canlandırır.


    Qüdrətli cavanlar təbii olaraq heç də yerdən göyərməmiş, əksinə, analar öz canlarının şirəsi ilə müxtəlif dövrlərdə: istər hamiləlik, istər südvermə və istərsə də yeniyetməlik çağlarında bütün vücudlarını övladın böyüyüb boya-başa çatmasına fəda etmişlər. Ürəyi yanar atalar da gündəlik problemlərlə çarpışaraq həyatın məsuliyyətli və ağır yükünü çiyninə almışlar ki, övladlarının səadətli gələcəyini təmin etsinlər, onların həyatında olan çətinlikləri aradan qaldırsınlar. İndi diqqətinizi Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)dən özü-dən nəql olunan bir hekayəyə cəlb edirik:

    Bir nəfər öz anasını çiyninə alaraq onu təvaf etdirirdi. Peyğəmbəri görən kimi ona ərz etdi: "Ya Rəsuləllah, bu işlə anamın qarşısında olan borcumu yerinə yetirmiş olurammı?” Həzrət buyurdu: "Yox! Bu iş onun nalələrindən hətta birinin belə yerini verməz.”[11]

    Bəli, əgər insan düzgün fikirləşsə, qalın qəflət və qürur pərdələrini kənara atsa, özünün zəif və bacarıqsız olduğu uşaqlıq çağlarını yadına salsa, həmin günlərdə ata-anasının canfəşanlığını, üzücü zəhmətləri, əzab-əziyyətlərini yadına salsa, əbəs yerə öz valideynlərinin haqqını tapdalamaz, onların qəlblərini sındırmaz, ata-anasının ona qarşı etdiyi lütflər qarşısında mehr-məhəbbətlə, sevinc və təvazö ilə qədirdanlıq edər, bütün hallarda onların əmr və göstərişlərinə itaət edər. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Valideynin övlad üzərində olan haqqı budur ki, övlad Allahın məsiyətinə gətirib çıxaran işlərdən başqa, bütün hallarda valideynə itaət etsin.”[12]

    Həzrət bu qısa və mənalı kəlamda bütün övladları ataların qarşısında, onların əmrlərinə itaət etməyin həddi-hüdudunu müəyyən edərək buyurur ki, Allaha qarşı itaətsizliyə və günaha gətirib çıxaran hallar istisna olmaqla yerdə qalan bütün hallarda ataya itaət etmək vacibdir.

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Allahın razılığı valideynin razılığı ilə, qəzəbi valideynin qəzəbi ilədir.”[13]

    Yəni valideynin övladdan razı olması Allahın razılığına səbəb olur. Həmçinin, Allahın bir kəsə qəzəb etməsi həmin şəxsin ata-anasının ona qarşı qəzəbli olmasına bağlıdır. Əgər bir kəs öz valideynin razılığını əldə edə bilsə, şəkksiz, Allah da ondan razı olacaqdır. Əgər ata-ana övladdan narazı olsalar, Aləmlərin Rəbbi də o öivladdan narazı olacaqdır. Heç vaxt bir kəsə, ata-ananın razılığı olmadan Allahın razılığını əldə etmək müyəssər ola bilməz. Deməli, yaxşı olar ki, "İsra” surəsinin 24-cü ayəsinin hökmünə müvafiq olaraq öz balalarını qol-qanadının altına yığıb xas bir mehribançılıqla, nəvazişlə, ülfətlə onlara dən və su verən, onları hər bir təhlükədən qoruyan mehriban toyuq kimi ata-ananın qarşısında mülayim və təvazökar olaq, onların qiymətli və təqdirəlayiq xidmətlərinə təşəkkür edək, ki, bununla da vəfadarlıq, övlad istəmək ruhunu cəmiyyətdə canlı saxlayaq, dirçəldək İslamın valideynə hörmət göstərmək barəsindəki qurucu üslublarını, ayinlərini möhkəmlədək, Allah taala lanın bütün müsəlmanlara vacib etdiyi islami qayda-qanunlara tabe olmaq ruhiyyəsini əməli olaraq həyata keçirək.

    Bunlardan da əlavə, hər bir müsəlmanın son arzusu Allahın razılığını qazanmaqdır. Bu da ata-ananın razılığını əldə etməyə bağlıdır. Deməli onların razılığını əldə etməkdə azacıq da olsa, qəflətə yol verməməliyik. Bu halda özümüzü haq tanıyan bir insan kimi qurmuş, haqq tanımaq yönünü özümüzdə saxlamış oluruq və bunun da sayəsində cəmiyyətə, insanlara və bizə xidmət edən sair şəxslərə xidmət edək, müttəhid, mehriban və həmahəng bir cəmiyyət quraq.

    Xudavəndi-Mütəal dünyada olan bütün övladlara tovfiq versin ki, öz ata-analarının nəvazişləri, lütfləri və mehribançılıqları qarşısında nankorluq etməsinlər, onların tel kimi nazik olan könüllərini, incə duyğularını yaralamasınlar, vadideynin ən böyük arzularından biri olan övladın qüdrətli olduğu bir vaxtda ata-anasını yaddan çıxartmasınlar, ananın onların yolunda çəkdiyi ah-nalələri (istər doğum, istərsə də hamiləlik vaxtlarında) həmçinin atanın övladın ehtiyaclarını təmin etməsi yolunnda çəkdiyi zəhmətləri, qəm-qüssəni təcəssüm etdirsinlər.


    [1]"İsra” surəsi, ayə:23-24

    [2]"əl-mizan” təfsiri, 13-cü cild, səh.83

    [3]"Məcməül-bəyan” təfsiri, 6-cı cild, səh.409

    [4]"Fürui-kafi”, səh3-5

    [5]"Biharul-ənvar”, 72-ci cild, səh.80

    [6]"Vəsailüş-şiə”, 15-ci cild, səh.205

    [7]"Üsuli-kafi”, 2-ci cild, səh.16

    [8]"Rovzətül-müttəqin”, 9-cu cild, səh.419

    [9]"Biharul-ənvar”, 74-cü cild, səh.34

    [10]"Töhəfül-üqul”, səh.189

    [11]"Təfsiri-nümunə, 12-ci cild, səh.80

    [12]"Nəhcül-bəlağə”, səh.391

    [13]"Biharul-ənvar”, 74-cü cild, səh.8

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 3372 | Added by: Islam_Kitabxanasi | Rating: 3.6/8
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024