İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1701
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:18 AM
    Islamda evlənmə və ailə hüququ-1

    BEŞİNCİ FƏSİL
    ANA ATADAN İRƏLİDİRMİ?


    Bu fəsildə bizim məqsədimiz valideynlərin övlad üzərindəki hüquqlarının təfavütü barəsindədir ki, görəsən onların hüquqları bərabər və eyni səviyyədədirmi, yoxsa ananın hüquqları atanın hüquqlarından üstündür?

    Bu sualın cavabında qeyd etmək lazımdır ki, hüquq və vəzifələr qarşılıqlı və eyni ölçüdədir. Heç kəs "mənim hüququm var, amma xidmət etməyə vəzifəli deyiləm”, deyə iddia edə bilməz, həmçinin, bir kəs xidmət etməyə vəzifəli olub hüququ olmadığını iddia edə bilməz. Buna əsasən, ata-ananın övladın yolunda çəkdikləri sonsuz əzab-əziyyətlərini, zəhmətlərini və öhdəsinə aldıqları ağır məsuliyyətlərini ayrı-ayrılıqda nəzərə almaq, onları bir-biri ilə müqayisə edib hansısa mühakiməni yürütmək olmaz.

    Şəkksiz ata və ana hər ikisi övladlarının xoşbəxtliyini, əbədi səadətini istəyir, onların həmişə rifahda, səadətdə olmalarını arzulayırlar. Əksərən övladların mənafe və hüquqlarını özlərininkindən qabağa salırlar. Buna görə də özlərini bu yolda fəda etməyə hazırlayırlar. Bu cəhətdən görürük ki, Allah taala Qurani kərim ayələrində; məsum rəhbərlərimiz öz kəlamlarında valideynə ehtiram təbiri gətirir və onlardan birini digərindən üstün etmirlər. Bununla əlaqədar olaraq sünnü alimləri inanırlar ki, ata-anaya ehtiram hər ikisinə eyni səviyyədə lazım və vacibdir.

    Böyük şiə alimləri arasında bu məsələ təfsilatı ilə araşdırılmışdır. İsmətli və pak Əhli-beytin yol göstərmələrində, ananın təbii olaraq üzücü zəhmətləri və əzab-əziyyətləri səbəbi ilə onun hüququnu əxlaqi və atifə cəhətindən atadan irəli, üstün hesab etmişlər. Çünki ananın övladı böyüdüb boya-başa çatdırmaqdakı, tərbiyə etməkdəki çəkdiyi sonsuz və üzücü zəhmətlər atanın çəkdiyi əziyyətlərdən artıq olduğuna görə, təbiidir ki, onun da hüququ artıq olacaqdır.

    Doğrudur ki, ata övladın sağlamlığını, yeməklə, mənzillə, geyimlə təmin olunmasını və sair ehtiyaclarını təmin edir və vəzifəlidir ki, onların təlim-tərbiyəsində bacardığı qədər səy göstərsin. Amma 9 aylıq hamiləlik, habelə uşağın doğuş və südvermə mərhələlərindəki ağır zəhmətləri görən məhz anadır. Hətta bu mərhələdə müxtəlif əzab-əziyyətlərə qatlaşıqdan sonra gecələri oyaq qalaraq öz əziz və mehriban balasını nəvaziş edir, bacarıqsız və zəif olduğu vaxtlarda onu qoruyub saxlayır, onu təmizləyir. Buna əsasən, işin axırında valideynlərin hansının övlad yolunda çəkdiyi zəhmətləri daha çox olsa, onun hüququ digərindən daha üstün və çox olacaqdır. İndi isə bir neçə rəvayət və hədisi nəql edirik:

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: Ey Peyğəmbər, kimə yaxşılıq edim? Peyğəmbər buyurdu: Anana. Bu sual-cavab 3 dəfə eynilə təkrar olundu və dördüncü dəfə Peyğəmbər buyurdu: Anana.”[56]

    Mülahizə etdiyiniz kimi, bu hədisdə Peyğəmbər 3 dəfə anasına hörmət etməyi tövsiyə etdikdən sonra yalnız dördüncü dəfədə atasına yaxşılıq etməyi tövsiyə edir. Bundan əlavə, hədisdəki "sümmə” ÀÔÂÒÓ kəlməsi ərəb dilində dərəcə etibarı ilə sonrakı mərhələdə yerləşdiyini göstərir. Bu hədisdən ananın övlad üzərindəki hüququnun atanın övlad üzərindəki hüququndan irəli olması məlum olur. İmam Baqir (əleyhissalam) buyurur:

    "Həzrət Musa Allahla münacat edərkən Ondan mövizə etməsini istədi. Allah taala ona üç dəfə anası barəsində, dördüncü dəfə isə atası barəsində tövsiyə etdi.”[57]

    Bu iki hədisdən ananın hüququnun atanın hüququndan müqəddəm (irəli) olmasını anlayırıq. Bundan əlavə, 41-ci hədisdə qeyd olunduğu kimi, Həzrət Peyğəmbər o şəxsin günahlarının bağışlanması üçün buyurur: "Kaş onun anası sağ olaydı!” ki, bu xəta və günahlarının daha tez bağışlanmasına səbəb olardı. Hansı ki, atasına da yaxşılıq etmək günahlarının bağışlanması səbəbi kimi təqdim olunub.

    Sünnülərin böyük alimlərindən biri olan Müslüm yazır:

    Bir nəfər Peyğəmbərdən soruşdu: "Hansı kəs müsahib (həmsöhbət) olmağa daha layiqlidir?” Həzrət buyurdu: "Anan.” Bu sual-cavab 3 dəfə eynilə təkrar olundu, yalnız dördüncü dəfə Həzrət buyurdu ki, atan.[58]

    Bu hədislərdən nəticə alırıq ki, ananın hüquqları əxlaq, atifə və insani rəftar tərzi baxımından atanın hüquqlarından irəlidir.
    ANA HƏMİŞƏ İRƏLİDİRMİ?

    Düzdür ki, ananın övlad barəsində qatlaşdığı zəhmətlər ataya nisbətən təbii olaraq artıqdır və övladların müxtəlif üzücü, ağır zəhmətlərinə, əzab-əziyyətlərinə, xüsusilə hamiləlik və doğuş zamanı dözmək analar üçün son dərəcədə çətindir. Amma atalar təbiət və xilqət cəhətindən daha çox təfəkkür və təəqqül məziyyətlərinə malik olduğundan, onların hərəkətləri, mühakimə yürütməsi ehsasatlardan (emosiyalardan) uzaq olduğuna görə, övladların xeyir və mənfəətlərini anadan daha yaxşı dərk edirlər, onu xatırladırlar. Müqəddəs İslam şəriətində ata övladların qəyyumu hesab olunaraq onların üzərində vilayət və ixtiyar sahibidir. Amma ana belə bir imtiyazdan, azacıq vilayət və ixtiyar sahibi olmaqdan məhrum olmuşdur. Bu cəhətdən İmam Baqir (əleyhissalam)-dan nəql olunan hədisdə atanın hüququ ən yüksək bir hüquq kimi təqdim edilir:

    Bir nəfər Peyğəmbərin hüzuruna gəlib soruşdu

    "Kişilər üzərində haqqa malik olmaq cəhətdən kimin hüququ daha artıqdır? Həzrət buyurdu: Atanın haqqı bütün haqlardan daha üstündür.” O qadın yenə soruşdu: "Qadınlar üzərində haqqa malik olmaq cəhətində kimin haqqı daha üstündür?” Həzrət buyurdu: "Onun ərinin haqqı.”[59]

    Diqqət yetirin ki, bu hədisdə atanın hüququ hüquqların ən yüksək və üstünü kimi hesab olunmuşdur. Həmçinin, qızlar, nə qədər ki, ərə getməyiblər, atanın onlar üzərindəki haqqı bütün haqlardan yüksəkdir, amma ərə getdikdən sonra ərinin haqqı daha irəlidir. Rəsuli Əkrəmin qadının kişi qarşısında olan vəzifə və borclarının bütün vəzifə və borclardan irəli saldığı bu hədis o vaxt məna tapır ki, qızlar ərə getmiş olsunlar. Əks halda isə atalıq haqqı irəlidir. 25-ci hədisdə qeyd olunduğu kimi, əgər qızın ərə getməsi ona münasib olmayıb mənafeyinin, məsləhətinin əksinə olarsa, ata nikah əqdini poza bilər. Ondan başqa heç kəsin, hətta anasının belə bir haqqı yoxdur. Bu hədisdə 5-ci İmam ən böyük hüquq və vilayət haqqının ataya məxsus olduğunu qeyd etmişdir, halbuki, ananın belə hüququ və ixtiyarı yoxdur. Başqa bir hədisdə Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) atanın şəxsiyyətini qoruyub məqamını hifz etmək barədə buyurur: "Övladların vəzifələrindən biri də budur ki, ata onların yanına gəldikdə ehtiram əlaməti olaraq öz yerindən qalxsın, hətta hökmdar olsa belə.”[60]

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın bu sözündən ata şəxsiyyətinin təzimlə yad edilməsi və ehtiram qoyulması onun hüququnun ananın hüququndan bu cəhətdən üstün olmasını çatdırır. Həmçinin, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) də atanın hüquqlarını elə bu hədisin oxşarı olan bir hədisdə bəyan edərək övladlara əmr edir ki, heç vaxt ondan qabaq yol getməsinlər, ondan qabaq oturmasınlar, həmişə danışığında atanın şəxsiyyətini nəzərə alsınlar.[61]

    Qeyd olunan hədis və rəvayətlərdən başa düşmək olur ki, ananın övlad yolunda çəkdiyi zəhmətlər, göstərdiyi fədakarlıqlar son dərəcədə ağırdır. Öz canının şirəsi ilə övladını böyüdüb boya-başa çatdıran, onun şəxsiyyətini formalaşdıran və cəmiyyətə layiqli, ürəyiyanan bir fərd təqdim edən məhz anadır. Çünki ana elə bir varlıqdır ki, onda övlada qarşı ülvi hisslər, məhəbbət, mehribanlıq daha artıqdır. Buna əssasən, o atadan daha artıq atifəyə, məhəbbətə, əxlaqa və insaniyyətə ehtiyaclıdır. Bu cəhətdən övladların borcu budur ki, atalarına qarşı olan hisslərə nisbətən anaya qarşı eşq, məhəbbət, ülvi və atifi hisslərdə daha artıq səy göstərsinlər ki, onun qəlbi sınmasın.

    Digər tərəfdən də atanın övlad üzərində vilayət ixtiyarına malik olduğuna, övladın mənafe və məsləhətlərində xas bir görüş və tədbirlə, müsbət və təsirli rol oynadığına, övladların səadətinə zəmanət verdiyinə, bu səadətə daha yaxın və münasib yolları ayırd edə bildiklərinə görə, məhz bu səbəbə görə atanın hüququ ananın hüquqlarından irəlidir.

    Hər halda əməlisaleh və dərrakəli övladlar o qədər ağıllı hərəkət və rəftar etməlidirlər ki, ata-ananın heç birinin qəlbini sındırmasınlar, onları özlərindən həmişə razı salsınlar, ailənin bütün üzvləri qarşıya çıxan bütün problem və müşküllərlə yanaşı, elə səfa-səmimiyyətlə yaşasınlar ki, sanki bir bədənin müxtəlif üzvləridir və onların bir-birindən ayrılması qeyri-mümkündür. İnşallah!
    ALTINCI FƏSİL
    KİMLƏR ATA-ANA HÖKMÜNDƏDİR?

    Əvvəlki fəsillərdə valideynin hüquqları barəsində söhbət olundu. Bu bəhsdə də kimlərin ata-ananın səviyyəsində olduğunu bilmək istəyirik, təki onların da qarşısında olan vəzifələrimiz barəsində səhlənkarlıq və etinasızlıq etməyək.

    Müqəddəs İslam şəriətində həqiqi atadan əlavə, müəllim və qaynata da "ata” kimi təbir olunmuşdur. Həmçinin bu müqəddəs din insana uşaqlıqda süd verən dayələrə, uşaqların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlərə, habelə ana hökmündə olan xalaya ana gözü ilə baxır və onlara ehtiram qoyulmasını tövsiyə edir. Peyğəmbər buyurur:

    "Ata üçdür: 1-İnsanın təvəllüdünə səbəb olan həqiqi ata; 2-Qızını insana ərə verən qayınata; 3-İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.”[62]

    Diqqət yetirdiyiniz etdiyiniz kimi İslam Peyğəmbəri qayınata və müəllimi ata kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına sn dərəcə səy göstərilməli, canla-başla onların ehtiramı saxlanılmalıdır.

    Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə həmdəm, işlərində yoldaş edən qayınata şəkksiz sənin ailəndə və həyatında şərik və təsirlidir. Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.[63]
    MÜƏLLİM, YAXUD PEYĞƏMBƏRLƏRİN YOLUNU "EDƏNLƏR

    İslam dinində müəllimə və tərbiyəçiyə yüksək məqam verilmişdir. Onlar yüzlərlə, minlərlə insanın təlim-tərbiyə məsuliyyətini öhdəsinə almış, onları hər növ əqidə azğınlıqlarından qoruyub-saxlamış, insaniyyət və kamal yolunu onlara tanıtdırmışlar. Bu cəhətdən cəmiyyətdə bu pak və fədakar insanlar son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol və hədəf müqəddəs peyğəmbərlərin tutuduğu yoldur. Məhz bu səbəbdən Rəsuli Əkrəm özünü və Həzrət Əlini bu ümmətin mənəvi atası kimi tanıtdırır. Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçisidirlər.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”[64]

    Bu hədis müəllimin və islami bir mübəlliğin məqamının atanın məqamından üstün olduğunu göstərir. Çünki Həzrətin "bizim haqqımız onların haqqından irəlidir”-kəlamının səbəbini belə bəyan edir ki, biz onları ayıldaraq düz yola hidayət edirik. Bunun mənası budur ki, hər kəs bu məsuliyyəti öhdəsinə alarsa, onun məqamı həqiqi atanın məqamından üstün və layiqlidir. Dəqiq desək, bu, səbəbi bəyan olunmuş hədisdir.

    Bəli, ata və analar övladların maddi ehtiyaclarının təmin olunmasında, onların qorunub-saxlanmasında özlərini məsuliyyətli bilirlər və bu yolda yalnız hərəkət edirlər, amma onların mənəvi ehtiyaclarına nisbətən az diqqət yetirirlər. Amma Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam), onların pak və məsum övladları, habelə onların yolunu gedənlər, müqəddəs dini hədəfərlə insanlara yol göstərib onların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlər daha böyük haqqa malik olmuş və indi də olmaqdadırlar. Çünki onlar şam kimi yanaraq başqalarına nur verirlər; özləri müxtəlif maddi və mənəvi, ruhi və cismi çətinlikləri canla-başla qəbul edərək başqalarını inhirafdan, azğınlıqdan, bədbəxtlikdən çıxarıb, səadətin şah yoluna, nicat yoluna çəkirlər, dini məsələləri, dini və insani həqiqətləri onlara öyrədirlər. Buna əsasən, bizim islami müəllimlərə, təbliğatçılara və hamıdan da artıq öz ata-anamızdan daha üstün olan Peyğəmbər və Məsum İmamlara ehtiram etməyə borcluyuq. Burada bir hekayəni sizə təqdim etməyi münasib görürük.

    Müsəlmanlarla kafirlər arasında bağlanan "Hüdeybiyyə” sülh müqaviləsindən sonra bu müqavilə Qüreyş kafirləri tərəfindən pozuldu və bunun əvəzini çıxmaq məqsədi ilə Əbu Süfyanı üzr istəmək üçün èeyğəmbərin yanına göndərdilər. Onun (Əbu Süfyanın) qızı Peyğəmbərin arvadlarından biri olduğuna görə o, qərara aldı ki, öz qızının evinə getsin. O, öz qızının evinə daxil olanda Rəsuli Əkrəmin döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq istəyəndə, Ümmü Həbibə öz kafir atası–Əbu Süfyanın onun üstündə oturmasına mane oldu. Əbu Süfyan bərk narahat olub dedi: "Qızım, bu döşəyi mənə layiq görmədin, yoxsa məni bu döşəyə layiq görmədin?” Qızı dedi: "Ata, bu döşək Peyğəmbərə məxsusdur, sən isə kafirsən. Mən kafir bir şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm.”[65]

    Diqqət yetirilməlidir ki, bu qız həmin atanın qucağında böyüyüb boya-başa çatmışdır və onun atalıq haqqı vardır. Ata-övlad münasibətləri və məhəbbəti də inkar olunası deyildir. Amma tovhid məktəbində, Rəsuli Əkrəmin evində İslam dini təlim-tərbiyəsi bütün atalıq tellərini, ata-övlad məhəbbətini kənara qoyur. O, təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur, həm də onun Peyğəmbərin döşəyinin üstündə oturmasına mane olur.

    Bu hədislərə və tarixi hadisələr (biz qısa olsun deyə, bunlarla kifayətlənirik) İslam əsasında əməl edən dindar müəllimlərin ehtiramının son dərəcə yüksək olduğunu bayan edir. Biz onlara hörmət göstərilməsində bacardığımız qədər çalışmalıyıq. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur ki, "müəllimə ehtiram əlaməti olaraq öz yerindən qalxıb ona təzim et!”[66]
    ANANIN ƏVƏZEDİCİSİ

    İslam hədislərində xala və süd anası ana hökmündədir və onlara xidmət, hörmət və təzim etmək təkid edilmişdir. Cavanlıq dövrlərində ağır cinayət və xətalar etmiş bir cavana Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) günahlarının kəffarəsi kimi xalasına xidmət etməyi tövsiyə edir, buyurur ki, xalan sənin anan yerindədir.”[67]

    Həmçinin, insana süd verən qadın və dayə İslam dinində həqiqi ana hökmündədir. Tövsiyə olunmuşdur ki, bu qadınlardan süd əmən bütün övladlar ona ana gözü ilə baxsınlar ona ehtiram qoymaqla onun mehr-məhəbbətlə dolu zəhmətlərini unutmasınlar və onun əvəzini çıxmağa çalışsınlar. Elə analar ki, öz canlarının şirəsini süd şəklində onlara əmizdirmiş, onların böyüyüb boya-başa çatmasında, təlim-tərbiyəsində çalışmışlar.

    Tarixdə qeyd olunur ki, Əbu Ləhəbin Süveydə adlı bir kənizi var idi. O, Peyğəmbərə yalnız 4 ay müddətində süd vermişdi, amma Rəsuli Əkrəm bununla belə onun zəhmətlərini hədərə verməyib, unutmur, daim ona qarşı yaxşılıq və hörmət edir, onun ardınca gedərək ona hörmət edirdi. Həzrət onun vəfatından xəbərdar olanda dərindən kədərlənərək ona qarşı göstərdiyi analıq məhəbbətlərini xatırladı. Həmçinin Peyğəmbər, onun süd anası Həlimeyi Sədiyyəyə o qədər ehtiram edir ki, başqalarını təəccübə gətirirdi. Yalnız bir dəfə Həlimə öz ağır maddi vəziyyətindən şikayət etdi və Həzrət Xədicənin istəyi ilə Peyğəmbər ona 40 baş qoyun və dəvə verdi.[68]

    Bəli, insana süd verən analar insanın həqiqi anası hökmündədir, onlara ehtiram göstərilməsi lazım və vacibdir. Əziz oxuculardan istəyimiz budur ki, əlavə hədislər oxumaq olmaq üçün fiqhi kitablara, o cümlədən "Vəsailüş-şiə” kitabının 14-cü cildinin 280-cı səhifəsinə müraciət etsinlər.

    YEDDİNCİ FƏSİL
    NƏ ÜÇÜN ÖVLADLAR ÖZ VALİDEYNLƏRİ İLƏ MÜXALİFƏT EDİRLƏR?

    Ailə–məhəbbət səfa-səmimiyyət ocağıdır. Elə bir ocaq ki, ailə üzvləri evdən xaricdə olan fəaliyyət, iş-güc, təhsil, tədris və s. kimi işlərdə yaranan narahatlıqları, yorğunluqları bu ailədə insani və islami rəftarlar ilə aradan qaldırır, yenidən lazımi qüvvə və ruh yüksəkliyi ilə müxtəlif fərdi və ictimai fəaliyyətlərə başlayaraq təkamül və inkişaf yolunda öz vəzifələrini yerinə yetirirlər. Əgər ailələrin talelərindən, onların yaşayış tərzindən az-çox soraqlaşsaq və lazımi məlumatlar əldə etsək, görəcəyik ki, hər bir ailə özünəməxsus ixtilaf odunda yanır və özlərinin nəzərində lazımi, ideal həyat tərzinə malik deyillər. Çox ailələr vardır ki, küskünlüklə, ədavətlə yaşayaraq həyatı cəhənnəm həyatına çevirirlər. Elə övladlar vardır ki, ailə ocağında daim öz valideynləri ilə müxalifət edirlər, uzun-uzadı çarpışmalardan, mübahisələrdən sonra ailəni tərk edir və başqa şəhərlərə, ölkələrə köçüb gedir, beləliklə də əcnəbilərin yanında yaşamağı öz valideynlərinin yanında yaşamaqdan üstün bilirlər. Bu cür övladlardan ibarət bir qrup öz ailə və valideynlərindən bezərək sanki heyvani yaşayışı səadətli yaşayışdan, vəhşilik və mübahisəni aram həyatdan, səfa-səmimiyyətdən üstün heyab edərək ata-ananın qəlblərini narahat edir, incidirlər.

    Bu fəsildə lazım görürük ki, övladlarla ata-analar arasında yaranan ixtilafları qısa şəkildə araşdırıb onların köklərini tapaq, daha sonra bu amillərlə mübarizə yollarını, ideal, səfa-səmimiyyətlə dolu olan həyata, kamala çatmaq yollarını əziz oxuculara təqdim edək. Çünki fəsad və ixtilafın amilləri ilə mübarizə aparmaq onun nəticələri ilə mübarizə aparmaqdan qat-qat asandır.

    1-Ata-anaların övladlar ilə nadürüst davranışları

    Ata-anaların öz övladları ilə doğru-düzgün rəftarları onların təlim-tərbiyə və təkamülündə əsaslı rol oynayır. Övladların təbii istəklərinə diqqət yetirilməsi, atanın övladına qarşı mehr-məhəbbəti, övladlara verilən əhd-peyman, əmanətdarlıq və düzgünlük, bütün bunlar övladların ruhi yönlərində daha çox təsirlidir.

    Müqəddəs islam dini övladların hüquqları və onalarla rəftar tərzi haqqında çoxlu şeylər tövsiyə etmişdir ki, onlara əməl edilməsi hər bir ailənin səadətinə zəmanət verir. Din göstəriş verir ki, valideyn də öz övladına ehtiram qoysun, övladların uşaqlıq dövründə onlarla oynasın, pis və nalayiq sözlər danışmaqdan çəkinsin. Öz uşaqları ilə elə sıx ünsiyyətdə ünsiyyətdə olmalıdır ki, onların özləri ata-anaya aşiq olsun; valideynlər öz övladları ilə qədər mehr-məhəbbətlə rəftar etməlidirlər ki, saleh insanlar kimi böyüsünlər.

    İmam Sadiq (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql etmişdir:

    "Allahın rəhməti o övladlara olsun ki, yaxşılıq etməkdə ataları onlara kömək etsin. Allahın rəhməti o valideynlərə olsun ki, övladları onlara qarşı yaxşı işlər görməyə kömək etsinlər.”[71]

    Yəni ata və oğul bir-biri ilə o qədər mehriban və səmimi olmalıdırlar ki, heç vaxt bir-birinin barəsində rəva görülməyən, İslamın ziddinə olan rəftara və əmələ yol verməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a, ata-anaların öz övladları ilə müxtəlif rəftarları barəsində buyurur:

    "Ya Əli, Allah lənət etsin o valideynlərə ki, (öz övladlarını elə tərbiyə edir, onlarla elə rəftar edirlər ki,) övladlarını ağ olmağa vadar edirlər, onların övladları naxələf və bədəməl olurlar; Allahın rəhməti o valideynlərə olsun ki, öz övladları ilə gözəl rəftar edir, onları saleh insanlar kimi yetirirlər.”[72]

    Övladların hüquqları adlı müxtəlif fəsillərdə çoxlu rəvayət və hədis qeyd olunmuşdur ki, gələcəkdə nəzərində çatdırılacaqdır.

    2-Valideynlərin bir-biri ilə ixtilafı

    Ər-arvadın bir-biri ilə qarşılıqlı rəftarı övladların təfəkkürünün formalaşmasında çox təsir qoyur, onların hərəkət tərzini təyin edir. Çünki ailə mühiti ilk və ən təsirli mühitdir ki, övladlar orada göz açır, ata-ananın adətini, rəftarını götürür, həyatda, öz davranışlarında onlara təqlid edirlər. Adətən, uşaqlar uşaqlığın ilk çağlarında öyrəndikləri, ələ gətirdikləri şeylər mehvərində hərəkət edirlər. Bu cəhətdən İslam dini ailə ocağında müxtəlif şərtlər qoymuşdur ki, bu şərtlərin pozulması övladların inhirafa yuvarlanmalarına səbəb olacaqdır.

    Ata və ananın bir-biri ilə müxalifət etməsi övladın pak ruhunu incidərək onları ailə mühitinə etinasız, rəğbətsiz edir, onların isti ailə ocağından qaçmasına səbəb olur, ata-anaya qarşı bədbin olmalarına gətirib çıxarır. Ata-ana bir-biri ilə nə qədər çox müxalifətdə, dava-dalaşda olub, Allah eləlməmiş nalayiq sözlər danışsalar, bəzən kötəkləyib, söyüş söysələr, həmin qədər də uşaqları üsyankar olmağa, bəd əməllər görməyə cürətli edəcək, övladların valideynə qarşı hörmətsiz yanaşıb kobud rəftar etməsinə səbəb olacaq və onların üsyankar olmalarını aşkar edəcəkdir. Övlad öz valideyninə qarşı kobud rəftar etməyə cürət taparsa, onun naxələf bir övlad olması qəti bir məsələdir. İmam Həsən Əskəri (əleyhissalam) buyurur:

    "Övladın uşaqlıqda ataya qarşı etdiyi kobudluq və hörmətsizlik böyüyəndə onun üzünə durmasına səbəb olur.”[73]

    Ümumiyyətlə əgər uşaqlar ata-ananın düzgün olmayan rəftarları səbəbi ilə hörmətsizlik etməyə cürət tapırlarsa, ata-ananın ehtiram dairəsi və müqəddəsliyi pozulur. Bu cəhətdən məlum olur ki, evdə ailə hüquqlarının icra olunması, qanunların qorunması, ailə üzvlərinin hətta qadınların ailə başçısına (ataya) qarşı son dərəcə ehtiramı müəyyən qədər də olsa, ailədəki nizam-intizamı qoruyacaq. Çünki əgər qadınlar öz ərlərinə ehtiram qoyub şəxsiyyətlərini təhqir etməsələr, ərin himayə və məhəbbətindən faydalanmaqdan əlavə, əməldə də öz uşaqlarını ataya qarşı ehtiram qoymağa, onun şəxsiyyətini qorumağa sövq edəcək. Belə olan halda çox az ailələrdə narazılıq yarana bilər.

    İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) belə buyurmuşdur:

    "Əgər hər hansı bir insanın (Allahdan) başqası qarşısında səcdə etmək caiz olsaydı, əmr edərdim ki, qadınlar ərlərinin müqabilində səcdə etsinlər.”[74]

    Bu hədis qadının öz ərinə itaət etməsinin nə dərəcədə vacib olmasını çatdırır və göstərir ki, gərək o, ərinin müqabilində hər cür inadkarlıqdan və uzundillilikdən çəkinsin, ailədə ərinin ehtiramını və əzəmətini pozmasın. Həmçinin İslam dini övladlara əmr edib buyurur ki, öz ata-ananızın müqabilində təvazökarlıq edin, onlara qarşı heç bir ehtiramı əsirgəməyin. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) bu barədə buyurur:

    Əvvəldə izah etdiyimiz kimi, bu hədis bizə anladır ki, atanın bir yerə daxil olduğu zaman ona ehtiram əlaməti olaraq həmişə ayağa qalxaq.[75] Başqa şəxslərə ehtiram əlaməti olaraq onların ayağına durmaq haqqında çoxlu rəvayətlərdə nəql olunmasına baxmayaraq, atalıq məqamına hörmətlə yanaşmaq, onun şəxsiyyətinə təzim etmək üçün Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın nəzərində bu iş lazımdır. Onu görməməzliyə vurmaq, ataya ehtiram göstərməmək Allah taala tərəfindən layiqli cəzaya səbəb olar. Burada bir hekayəni diqqətinizə çatdırırıq.

    Həzrət Yusif (əleyhissalam) böyük ilahi peyğəmbərlərdəndir ki, onun adına Quranda bir surə nazil olmuşdur. O Həzrət Allahın dərgahına o qədər yaxındır ki, müxtəlif yerlərdə ilahi lütfə layiq görülmüşdür.

    O, qüdrətə, səltənət məqamına çatdıqda, Misrin qıtlıq baş vermiş əhalisinə və ətraf məntəqələrdə olan insanları həlak olmaqdan qurtardı. Atası Həzrət Yəqub (əleyhissalam) yola düşdü ki, itmiş və müsibətlər görmüş oğlu ilə görüşsün. Yusif (əleyhissalam) bu xəbəri eşidəndə atasına ehtiram əlaməti olaraq şəhərdən kənara çıxdı, atasının görüşünə tələsdi. Bir-birinə çatanda Yusif (əleyhissalam) ata minmişdi, amma özünün malik olduğu siyasi mövqeyi əldən verməmək üçün atdan yerə enmədi ataya qarşı ehtiramı kamal həddinə çatdırmadı. Bu zaman Cəbrəil nazil olub bu tərki-övlanı[76] məzəmmət etdi. Yusifə dedi:

    "Allah buyurur ki, nə üçün Bizim saleh bəndəmiz–atan Yəqubun müqabilində atdan yerə enmədin? Öz əlini aç! Həzrət Yusif əlini açanda barmaqlarının arasından bir nur xaric oldu. Yusif onun nə olduğunu soruşduqda, Cəbrəil dedi ki, bu peyğəmbərlik nurudur ki, sənin nəslindən xaric oldu. Sənin övladlarından heç biri peyğəmbər olmayacaqdır, çünki atan qarşısında atdan yerə enmədin.

    Mərhum Kuleyni də həmin məzmunda bir hədisi İmam Sadiq (əleyhissalam)-dan nəql etmişdir.[77]

    Şübhəsiz, ilahi peyğəmbərlər məsum olmuş, heç bir günaha bulaşmamışlar, yalnız bəzi hallarda onların bəzilərindən tərki-övla müşahidə edilmişdir. Bu tarixi hədisdən aydın olur ki, valideynin xüsusilə atanın hüquqları qarşısında azacıq belə etinasızlıq və hörmətsizlik öz ardınca uyğun cəzanı gətirir.

    Agah və dindar cavanlardan xahiş edirik ki, ailələrdə hər hansı narazılıq və qarışıqlıq yaratmaqdan çəkinməklə valideynin ehtiramını qorusunlar və onlara xidmət və hörmət etməkdə heç nəyi əsirgəməsinlər.

    3. Valideynin öz valideyni ilə rəftarı

    Övladlar ailədə öz valideynlərinin sanki güzgüdəki inikasıdır. Onların rəftar və danışıqlarına, əməllərinə daim diqqət yetirirlər. Övladın valideyninin öz ata-anası (övladın baba və nənəsi) ilə etdiyi yaramaz, nalayiq və xoşagəlməz rəftarı övladlarda mənfi təsir qoyacaq, övladların da onların özlərinə qarşı xoşagəlməz reaksiya vermələrinə şərait yaradacaqdır. Əksinə, əgər ata-ana öz valideynlərinin hüquqlarına riayət edərək onlara ehtiram qoysalar, onlara xidmət etməkdə səhlənkarlıq və etinasızlıq etməsələr, övladlarının həssas nəzərləri müqabilində öz valideynləri ilə yaxşı və gözəl tərzdə rəftar etsələr, şübhəsiz ki, onların övladları da bu gözəl yolu özlərinə nümunə götürüb öz ata-analarının hüquqlarına ehtiram qoyacaqlar.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Öz ata və babalarınıza yaxşılıq edin və onlara qarşı xoş rəftar olun ki, sizin övladlarınız da sizə qarşı yaxşı rəftar etsinlər.”[78]

    Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hər kəs öz ata-anasına yaxşılıq etsə, övladı da ona yaxşılıq edər.”[79]

    Belə bir sual yarana bilər ki, hamının valideyni hali-həyatda deyil ki, nəvələrin diqqət-mərkəzində olsunlar, öz valideynlərinin babalarına qarşı rəftarlarını görüb ibrət götürsünlər. Bu sualın cavabı aydındır: Məgər ata-anaya yaxşılıq və ehsan onların həyatda olduqları vaxtlara aiddirmi? Əksinə, ata-ananın vəfatından sonra da onların barəsində ehsan işləri davam etməlidir. Bu iş Müqəddəs İslam şəriətində çoxlu tövsiyə edilərək ən yaxşı əməllərdən sayılır.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qiyamət günü yaxşı şəxslərin ağası, sərvəri o kəsdir ki, öz valideynlərinə, onların vəfatından sonra da ehsan etmiş olsun və onları unutmasın.”[80]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Camaatdan bəziləri valideynlərinin həyatda olduğu zaman onlara yaxşılıq edir, amma ata-anaları vəfat etdikdən sonra onları unudurlar: onların borclarını vermir, onların barəsində istiğfar etmirlər. Allah bu cür övladları aq-valideyn hesab edir.”[81]

    Deməli bu hədislər ata-ananın vəfatından sonra onların barəsində edilən ehsan və yaxşılığı daha çox tövsiyə edir, övladların onların qarşısında, hətta onlar vəfat etdikdən sonra belə, vəzifələrini daha məsuliyyətli edir. Övlad valideynlərini yad edərək onların barəsində ehsan və yaxşılıq etməklə öz övladını özünə qarşı daha mehriban edə bilər. Hətta İmam Baqir (əleyhissalam)-dan nəql olunan başqa bir hədisdə atanın zəhmətlərinin əvəzi onun vəfatından sonra borclarını qaytarmaq kimi bəyan olunmuşdur.

    İmam (əleyhissalam)-dan soruşurlar ki:

    "Övlad atanın zəhmət və xidmətləri qarşısında öz borcunu yerinə yetirə bilərmi? Həzrət buyurur ki, yalnız iki əməllə bu borcu ödəyə bilər: 1-Əgər ata kiminə qulu olmuş olarsa, övlad onu alıb azad etsin; 2-Atanın borclarını ödəsin.[82]

    Qeyd olunmalıdır ki, atanın borclarının ödənilməsi təkcə onun hali-həyatda olduğu dövrlər ilə məhdudlaşmır, əksinə əvvəldəki hədisin göstərdiyi kimi ilahi rəhmətə qovuşduqdan–vəfat etdikdən sonra da mümkündür.

    Nəticə alırıq ki, ailədə valideynin öz valideyninə yaxşılıq etməsi (həm həyatda olduğu vaxtlarda, həm də vəfat etdikdən sonra) övladlar üçün son dərəcədə təsirli olub atifələri, ülvi duyğuları cəlb etməkdə, onlarda ehsan etmə xüsusiyyətini oyatmaqda daha təsirlidir.

    4-Mühitə hakim olan mədəniyyət

    Ailəyə hakim olan mədəniyyəti, dini məsələlərə etiqadı və dostların övladlar üzərində qoyduğu təsiri unutmamalıyıq. Dindar ailədə doğulan, islami qanunlar əsasında böyüyüb boya-başa çatan, valideynin hüququna riayət edən, onlara qarşı yaxşılıq etmək adət-ənənələri, ehsan və ədəb qaydaları vəhy mənbəyindən təlqin edilən ailələrdə doğulan övladlar şəkksiz, heç bir problem, çətinlik olmadan öz valideynlərinə canla-başla xidmət edir. O, bu cür fədakarlıqları dini göstərişlərdən ilham alır, həm də bunu kamalın, tərəqqinin amili kimi bilir, ata-ananın asayişini, səadətini, razılığını özündən irəli bilirlər. Bunun müqabilində dindar olmayan, dini əsaslara etiqad bəsləməyən şəxslər tamamilə mühitin təsiri altına düşərək öz pak fitrətlərini insan sifətində olan şeytanların mənfur niyyətlərinə hədəf edirlər, valideynlərin üzücü, ağır fədakarlıqları qarşısında təşəkkür ruhiyyəsi onların təfəkküründə heç bir məna və məfhum daşımır. Bu cür insanlar əsl insaniyyətdən uzaqlaşmışlar, öz ata-anaları ilə anormal tərzdə rəftar edib onlara əzab-əziyyət verirlər, tam daşürəkliliklə onların zəifliyinə və qocalığına rəhm etmirlər, ev mühitini, ailəni ata-anaları üçün ürəksıxıcı və dar bir zindana çevirir, dözülməz bir şəraitə gətirib çıxarırlar.

    Din rəhbərlərimiz bizi sağlam olmayan mədəniyyətlərə uymaqdan, insaniyyətdən uzaq olan insanlarla dostluq etməkdən çəkindirmiş, onlarla ünsiyyətdə olmağı ziyanlı hesab etmişlər. Əli (əleyhissalam) bu qəbildən olan insanların vurduğu ziyan və zərərləri belə bəyan edir:

    "Nasaleh və nalayiq adamlarla yoldaşlıqdan çəkinin, çünki onlarla yoldaşlıq fəsada səbəb olar, onlarla eyni xasiyyətdə olmağa gətirib çıxarar.”[83]

    Rəsuli Əkrəm(səlləllahu əleyhi və alih) buyurur:

    "(Mühitin və dostların təsiri o qədər çoxdur ki,) adətən insanlar dost və yoldaşlarının dininə tərəf cəzb olunurlar.”[84]

    Bu hədisdən məlum olur ki, əgər bizim övladlarımız, misal üçün, şərabxor, narkoman, əyyaş, inhirafa yuvarlanmış, terrorist, qatil və s. kimi rəzil sifətlərdə olan şəxslərlə yoldaşlıq edərlərsə, şübhəsiz, onların fikirlərinin təsiri altına düşəcək. Buna görə də islami hədislərdə qeyd olunur ki, bir şəxsi tanımaq üçün onun ən yaxın dostlarını tanımaq və o şəxsin hansı adamlarla ünsiyyətdə olduğunu, kimlərlə oturub-durduğunu bilmək kifayətdir.[85]

    Ola bilsin ki, bir övlad dindar bir ailədə böyüsün, amma ata-ananın azacıq qəfləti üzündən başqa şəxslər onların dini rolunu zərərsizləşdirsin. Çünki müəllim, tərbiyəçi, ictimai mühit, oynamaq, müxtəlif yoldaşlar, televiziya kino filmləri, ölkə səviyyəsində aparılan təbliğatlar... bütün bunlar övladların tərbiyəsində əsaslı rol oynayır, bəzən bu amillər o qədər güclü olur ki, hətta irsiyyət qanunu, ailə mühiti və valideynin düzgün tərbiyə metodlarının da təsirini aradan aparır. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Camaat (təqlid etməkdə, itaətdə, xasiyyət götürməkdə) öz ata-babalarından daha çox öz padşahlarına oxşayırlar.”[86]

    Bildiyimiz kimi, uşaqlar mahnıya, şüara, teatra, filmə, dastana uşaq veriliş və proqramlarına daha çox həvəs göstərirlər və elə bu proqramların möhtəvası və quruluşu bir ölkənin mədəniyyətinin göstəricisidir. Uşaqlar və yeniyetmələr cəmiyyəti fikir, düşüncə, adət-ənənə nəzərindən qururlar. Bu proqramlar nə qədər qurucu olsalar, bir o qədər övladlarda, yeniyetmələrdə müsbət təsirə malik olacaqdır. Habelə, bu proqramların qeyri-münasib olması narkotik maddələrə adət etməkdən daha zərərlidir. Buna görə də arzu edirik ki, inhirafçılıq, üsyançılıq, hicabsızlıq, iffətsizlik, şeytani sifətlər və sair rəzil xüsusiyyətlər cəmiyyətimizdən tamamilə yığışdırılıb yeni islami proqramlarının icrasına versin. Bu fəslin axırında təbərrük kimi Qurani məciddən bir ayəni sözümüzə şahid gətiririk:

    "Ey iman gətirənlər, öz nəfsinizdən muğayat olun (onu nəzarət altında saxlayın), o qədər müqavimətli və pak olun ki, başqalarının şər və inhirafları sizdə təsir qoymasın–siz hidayət olduğunuz zaman.”[87]

    Bu ayə təqlidçiliyin, kiminsə mədəniyyətini qəbul etməyin və hər növ yanlış təsirləri məhkum edərək buyurur ki, müsəlman milləti o qədər ayıq və sağlam olmalıdır ki, İslamın əleyhinə yönəldilən xain və zəhərli təbliğatlar və hiylələr azacıq da belə onların ruhiyyəsində təsir qoymasın.



    [57]"Biharul-ənvar”, 74-cü cild, səh.67

    [58]"Biharul-ənvar”, 74-cü cild, səh.416

    [59]"Vəsailüş-şiə”, 14-cü cild, səh.112

    [60]"Qürərül-hikəm”, səh.114

    [61]"Üsuli-kafi”, 2-ci cild, səh.158

    [62]Bu hədis azacıq təfavütlə "İsna əşəriyyə” kitabının 81-ci səhifəsində də qeyd olunmuşdur.

    [63]"Bəqərə” surəsinin 132-ci ayəsində İsmail Yəqubun atası kimi təqdim olunur, halbuki, onun əmisidir. Bir hədisdə də böyük qardaş ata kimi hesab olunur. "Kənzül-ümmal”, 16-cı cild, səh.466

    [64]"Səfinətül-bihar”, 2-ci cild, səh.688

    [65]"Kamil”, 2-ci cild, səh.241

    [66]"Qürərül-hikəm”, səh.114

    [67]"Səfinətül-bihar”, 7-ci cild, səh.687

    [68]"Səfinətül-bihar”, 1-ci cild, səh.300

    [69]"Üsuli-kafi”, 3-cü cild, səh.161

    [70]"Füruği-əbədiyyət”, 2-ci cild, səh.767

    [71]"Biharul-ənvar”, 74-cü cild, səh.65

    [72]"Məanil-əxbar”, səh.443

    [73]"Töhəfül-üqul”, səh.261

    [74]"Vəsailüş-şiə”, 14-cü cild, səh.115

    [75]"Qürərül-hikəm”, səh.114

    [76]"Məcməül-bəyan”, 5-ci cild, səh.264 Tərki-övla dedikdə, yəni daha üstün bir işi tərk etmək

    [77]"Kafi”, 2-ci cild, səh.311

    [78]"Töhəfül-üqul”

    [79]"Qürərül-hikəm”, səh.717

    [80]"Səfinətül-bihar”, 2-ci cild, səh.687

    [81]"Üsuli-kafi”, 2-ci cild, səh.163

    [82]"Üsuli-kafi”, 2-ci cild, səh.163

    [83]"Nəhcül-bəlağə”, 69-cu məktub

    [84]"Vəsailüş-şiə”, 8-ci cild, səh.430

    [85]"Səfinətül-bihar”, 2-ci cild, səh.27

    [86]"Töhəfül-üqul”, səh.144

    [87]"Maidə” surəsi, ayə:105

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 680 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017