Islamda evlənmə və ailə hüququ-1 - 29 October 2012 - Əxlaq - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1647
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Lazryantep
  • JazonKic
  • AaronzVam
  • Melzingroub
  • Lestezfuers
  • RozertImiff
  • Waviznah
  • LarzyHuM
  • BlafeInfex
  • EmeryzQuilm
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:16 AM
    Islamda evlənmə və ailə hüququ-1

    İKİNCİ HİSSƏ
    SƏKKİZİNCİ FƏSİL
    ÖVLADLARIN HÜQUQLARI


    "Oradan Zəkəriyya İlahinin lütflərini və Onun (ardı-arası kəsilməz) nemətlərini Məryəmin yanında müşahidə etdikdə öz Pərvərdigarını çağırıb ərz etdi: "Pərvərdigara, Öz lütfündən mənə saleh və pakizə bir övlad mərhəmət et. Həqiqətən Sən, duaları eşidənsən.”[88]

    Hər agah və aqil insanın ən dəyərli arzu və istəklərindən biri layiqli və əməlisaleh övlada sahib olmaqdır. Övladın varlığı o qədər şirindir ki, ailə ocaqlarına xas səfa-səmimiyyət, aramlıq bəxş edir, ailə münasibətlərindəki məhəbbət tellərini möhkəmlədir. Hər bir ata və ana övladının doğulması ilə özlərini səadətli və xoşbəxt hesab edirlər. Övladlar nə qədər kamala, daha artıq ləyaqətliliyə malik olarsa, valideynin daha artıq razılıq və xoşhallığına səbəb olar.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "İnsanın xoşbəxtlik əlamətlərindən biri də onun əməlisaleh övladı olmasıdır.”[89]

    İmam Riza (əleyhissalam) buyurur:

    "Hər zaman Allah taala Öz bəndəsinə xeyir əta etmək istəsə, o bəndənin canişinini (övladını) ona göstərməyincə onu bu dünyadan aparmaz.”[90]

    Bu iki hədisdən məlum olur ki, saleh övladın varlığı ata və ana üçün xeyir-bərəkət və səadət mənbəyidir. Şəkksiz bütün valideynlər istəyirlər ki, övladları gözəl və ədəbli olsun ki, onları görməklə sevincləri artsın öz arzularına çatsınlar. Qeyd olunan ayədən göründüyü kimi, böyük ilahi peyğəmbərlərdən biri olan Həzrət Zəkəriyya Allahdan əməlisaleh övlad, pak zürriyyə əta etməsini dua edir. Bu arzuya çatıb ədəbli və saleh övlada malik olmaq müəyyən qədər insanın özünə, ata-anasına bağlıdır. Çünki ata və ana övladın hüquqlarına riayət etməklə, bu barədə olan dini göstərişlərə əməl etməklə öz arzularına çatıb övlad tərbiyəsi kimi ağır bir məsuliyyəti öhdəsinə ala bilərlər. Elə bir məsuliyyət ki, ilahi övliyalar və məsumlar (əleyhimussalam) onu lazımınca yerinə yetirməkdə son dərəcə vəhşət hissi keçirmiş və Allahdan imdad diləmişlər. Bu həssas vəzifənin icrasında yol verilə bilən ən kiçik qüsur və qəflət valideynlərin peşmançılığına, övladların yollarını azmalarına səbəb olur. Belə ki, İmam Səccad (əleyhissalam) övladların tərbiyəsindəki məsuliyyət barəsində belə dua edir:

    "Pərvərdigara, övladlarımı tərbiyə edib ədəbləndirməkdə mənə yardım et!”[91]

    İmam Səccad (əleyhissalam) məsum olduğundan, uşağın bütün tərbiyə qaydalarına, sirlərinə tamamilə agahdır, amma bu məsuliyyətin əzəmətinə diqqət yetirməklə Allahdan yardım diləyir və öz ardıcıllarına həyat dərsi verir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladın və valideynin hüquqları qarşılıqlıdır. Valideyn övladın tərbiyəsində nə qədər məsuliyyət daşıyırlarsa, onların övladları da öz valideynləri qarşısında həmin qədər məsuliyyətlidirlər.”[92]

    Deməli, göründüyü kimi, övladın hüququ valideynin hüququ kimi, çox ağırdır, ata-analar ağır bir məsuliyyətli işi öhdələrinə almış olurlar. İndi İslam nəzərindən övladların hüquqlarını araşdırır və qeyd edirik ki, İslamın (övladların tərbiyə üslub və keyfiyyətində) ali dəyərli təlimlərinə tabe olmaq ailələrin səadətinə, xoşbəxtliyinə səbəb olar, onları öz hədəflərinə çatmaqda nailiyyətlərə çatdırar.
    ÖVLADLARIN MADDİ HÜQUQLARI

    Ailədə atanın vəzifəsi budur ki, nə qədər ki, övladlar uşaqlıq yaşlarındadırlar və işləyib qazanc əldə etməyə qüdrətləri yoxdur, onların maddi ehtiyaclarını (yemək, geyim, məskən, səhiyyə və s. kimi) təmin etsinlər. Övlad cavanlıq və böyük yaşlarında da əgər ata imkanlı və sərvətli olarsa, övladı isə yoxsulluqda yaşasa, ataya vacibdir ki, imkanı çatan qədər övladın ehtiyaclarını təmin etsin.

    Bu islami hökm və qanunda ata və ana öz övladlarının hüquqları qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Yəni ana da gərək ata kimi şəxsi mal-dövlətə, maddi imkanlara malik olduğu surətdə övladlarının ehtiyaclarını təmin etsin. Amma ata bu ehtiyacları təmin etməkdə anadan irəlidir.

    Bu məsələ İslam nəzərindən tam aşkar olan mövzulardan biridir. İslami rəvayətlər bu əsasda hökm, alimlər və fəqihlər də buna uyğun fətvalar vermişlər. Məsələn, İmam Sadiq (əleyhissalam) buyurur:

    "Beş dəstənin xərcləri insana vacibdir və onların xərclərini islami vergilərin hesabına yazmaq olmaz: ata, ana, övlad, qul və həyat yoldaşı.”[93]

    Yəni övladların və valideynlərin hüquq və xərclərinin təmin olunması qarşılıqlıdır, onlardan hər biri fəqir olsa, digərinə vacibdir ki, imkanı çatan qədər onların ehtiyaclarını təmin etsin. İstər ata və ana olsun, istərsə də onların böyük yaşlı övladları. Əgər əziz oxucular bu barədə əlavə məlumat almaq istəsələr, "Nəfəqətul-ovlad vəl-əqarib” kitabına və sair fiqhi kitablara baxa bilərlər. Həmçinin, bizim böyük fəqih və mərcəyi-təqlidlərimiz müxtəlif zamanlarda bu məsələ barəsində bəhs edərək öz nəzərlərini bildirmişlər. "Cəvahirül-kəlam” kitabının müəllifi buyurur:

    "Bütün fəqihlərin nəzərinə görə ata ana və övladların xərcləri insana vacibdir. Həmçinin qız və oğlan nəvələrinin xərcləri də vacib və lazımdır.”[94]

    Dahi şiə alimi mərhum Şəhid Sani (kitablar hal-hazırda elmiyyə hövzələrində tədris olunur) yazır:

    "Ata-ananın və onların ata-anasının xərcləri, həmçinin oğul və qız övladın və onların da övladlarının xərcləri insana vacibdir. Hətta bu şəxslər fasid və kafir olsalar belə.”[95]

    Deməli, övladların xərcləri islami rəvayət və sünnəat nəzərindən, habelə, böyük fəqihlərin fətvalarına əsasən (bu, onların fikir birliyində olduqları məsələdir) valideyn üçün vacibdir. Ata və ana bu barədə səhlənkarlıq, qəflət və etinasızlıq edə bilməzlər. Hətta bəzi hədislərdən məlum olur ki, valideyn gərək övladların iqtisadi inkişafı üçün şəraiti, hətta özünün vəfatından sonra da nəzərdə tutsunlar, öz övladlarını işə və təhsilə, elmə o qədər vadar etsinlər ki, həyatda fəqirliyə, yoxsulluğa düçar olmasınlar. Həmçinin öz mal-dövlətlərini övladları üçün qoyub getsinlər. Valideyn öz övladlarının yoxsulluğa, bədbəxtliyə səbəb olan yersiz bəxşiş və hədiyyələrdən çəkinməli, Allahın və Onun Rəsulunun qəzəbinə səbəb olmamalıdırlar.

    Mədineyi-münəvvərədə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in səhabələrindən biri savab qazanmaq, Allah dərgahına yaxınlaşmaq üçün öz mal-dövlətini yoxsullara, fəqir-füqəraya bağışladı. Nəticədə vəfatından sonra kiçik (səğir) övladları yoxsulluq ucbatından dilənməyə başladılar. Həzrət bu hadisədən xəbərdar olduqda bərk narahat olub səhabələrdən soruşdu: "O kişini harada dəfn etmisiniz?” "Onu müsəlmanların qəbiristanlığında dəfn etmişik”, deyə cavab verdilər. Həzrət buyurdu:

    "Əgər əvvəldən xəbərdar olsaydım, qoymazdım ki, onu müsəlmlanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz övladlarının hüquqlarını nəzərə almamışdır, nəticədə onlar fəqirliyə düçar olmuşlar.”[96]

    Bu hədis bəyan edir ki, Peyğəmbərin o ənsardan olan kişinin hərəkətlərindən narahat olmasının səbəbi bu idi ki, mal-dövlətini fəqirlərə verərək övladlarının gələcəyini nəzərə almamış, bu barədə məsuliyyət hiss etməmişdir.

    "Sənin bədbəxtliyinə bais olan sənə vurduğu zərər başqalarına çatdırdığın mənfəətindən çox olan ehsan caiz deyildir.”[97]


    Bəli, əgər bir kəs öz mal-dövlətini, həyatının dayağı olduğu halda başqalarına versə və özünü və övladlarını nəzərə almasa, şəkksiz heç də yaxşı iş görməmişdir, nəticədə Allah dərgahında övladlarının hüquqlarını zay edib taladığına görə haqq-hesaba çəkiləcəkdir. Necə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o kişinin bu sayaq əməllərindən özünün son dərəcə narahatlığını və qəzəbini bildirdi.
    ÖVLADLARIN ƏXLAQİ VƏ MƏNƏVİ HÜQUQLARI

    Övladların hüquqlarından bəhs edən bu bölmədə onların həyatından müxtəlif məsələlərini-istər təvəllüdlərindən əvvəl, istərsə də sonrakı dövrlərdə-araşdıracağıq. Övlad və onun əxlaqı, tərbiyəsi atanın varlığına bağlıdır. Çünki, atanın sperması (nütfə) ilə ananın yumurta hüceyrəsinin birləşməsindən ana bətnində rüşeym əmələ gəlir. Bu birləşmənin vasitəsi ilə valideynin bütün xasiyyətləri, əxlaq və ruhiyyələri xas bir şərait daxilində övlada nəql olunur. Buna əsasən, ata-ananın ruhi və əxlaqi sağlamlığı, əxlaqi səciyyələri, bəzən rəzil nəfsani sifətləri də hər ikisindən birlikdə övlada keçərək onda təsir qoyacaqdır. Qeyd olunan cəhətlərə əsasən, fərdlər özünə həyat yoldaşı seçməkdə kifayət qədər diqqətli olmalı, ən layiqli şəxslərlə evlənməlidirlər.

    Məhəmməd ibni Müslüm deyir: İmam Baqir (əleyhissalam)-ın səhabələrindən biri ondan soruşdu ki, əgər bir kişinin dəli, amma gözəl bir qadından xoşu gəlsə, onunla evlənə bilərmi? Həzrət buyurdu: "Yox, amma əgər onun dəli kənizi olarsa, onunla cinsi əlaqəyə girə bilər, bu şərtlə ki, ondan uşaq dünyaya gəlməsinə yol verməsin.”[98]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onunla qohumluq əlaqələrini kəsmişdir.”[99]

    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Axmaq və qanmaz qadınlarla evlənməkdən uzaq olun! Çünki onunla yaşamaq bəla, ondan əmələ gələn övladlar isə zaydır.”[100]

    Bu hədis Məsumların (əleyhimussalam) yol göstərmələrinin bariz bir nümunəsidir və həyat yoldaşının övladdakı təsirinin nə dərəcədə olmasını göstərir. Övladının xoşbəxt, səadətli olmasını arzu edənlər həyat yoldaşı seçməkdə azacıq da belə səhlənkarlığa, səhvə yol verməməlidirlər. Çünki, valideynin bütün əxlaqi və ruhi səciyyələri, o cümlədən xarici quruluşu və görünüşü, cismi xüsusiyyətləri uşağa təsir qoyur, batini xüsusiyyətlər də uşağın şəxsiyyətini formalaşdırır. Məsum İmtamlar dəli, axmaq, şərab içən və s. kimi xüsusiyyətlərə malik olan şəxslərin övladlardakı acınacaqlı və iyrənc təsirlərini nəzər alaraq bu qəbildən olan şəxslərlə ailə qurmağı nəhy etmişlər. Burada oxucuların diqqətini həyat yoldaşının övladdakı təsirini göstərən iki tarixi hadisəyə cəlb edirik.

    1. "Nəhcül-bəlağə”nin 11-ci xütbəsində buyurulur: "Cəməl müharibəsində Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) bayrağı oğlu Məhəmməd Hənəfiyyəyə verib tövsiyə etdi ki, səbirli olub müqavimət göstərsin. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın o şücaətli oğlu Bəsrə qoşununa hücum etdi, lakin qarşıdan yağış kimi yağdırılan oxlardan qorxub geri qayıtdı. Bu zaman Həzrət özü irəli gəlib qılıncının qundağı ilə oğlunun kürəyinə vuraraq buyurdu:

    "Sənin damarlarından (genlərindən-red.) biri ana tərəfdən sənə irs keçmişdir. Çünki atan heç vaxt özündə qorxaqlığa yol verməmişdir.”

    2. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) Fatimeyi Zəhra (əleyha salam)ın şəhadətindən sonra evlənmək istədikdə qardaşı Əqilə buyurdu: "Sənin ərəb qəbilələri haqqında kifayət qədər məlumatın vardır. Mənim evlənməyim üçün elə bir qadın seç ki, ata-babaları qəhrəman və şücaətli nəsildən olmuş olsun.” Əqil bir qədər fikrə daldıqdan sonra Fatimə Ümmül Bənini o Həzrət üçün seçdi, elçilik etdi.

    O qadından şücaətli və dözümlü övladlar, o cümlədən, Həzrət Əbülfəzl (əleyhissalam) kimi övlad dünyaya gəldi. O, Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın bayraqdarı idi və onun öz qardaşının yolunda göstərdiyi şücaətlər dillər əzbəri olmuşdur.[101]

    Bu iki dəyərli tarixi hadisədən nəticə alaraq başa düşürük ki, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) ananın batini, ruhi xüsusiyyətlərinin övladlarda təsirini izhar edir. Məhəmməd Hənəfiyyənin qorxub geri qayıtmasının səbəbini anasında bilir. Çünki Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) İslam düşmənləri ilə müharibənin müxtəlif mərhələlərində, hətta "Nəhcül-bəlağə”nin 45-ci məktubunda yazdığı kimi, bütün ərəblərlə müharibə etsəydi belə, heç vaxt qorxmaz və geri qayıtmazdı.

    O Həzrət Ümmül Bənini özünə həyat yoldaşı seçməsindən məlum olur ki, valideynin bütün xüsusiyyətləri övladın formalaşmasında əsaslı rol oynayır. Belə olmayaydı o Həzrət, Ümmül Bəninin batini və ruhi xüsusiyyətlərini nəzərə almazdı.

    İslam hədislərində anaların övladlardakı təsiri daha çox diqqət mərkəzində olunub təkidləndirilmişdir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Övlad əxlaq, dəyanət və təbiət nəzərindən ananın yaratdığıdır və onun əxlaqını özünə götürür.”[102]

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Diqqətli olun ki, öz nütfənizi harada yerləşdirdiyinizi biləsiniz. Çünki valideynin əxlalaqı (irsiyyət qanununa uyğun olaraq) övlada nəql olunur.”[103]

    Bu hədisin oxşarı mötəbər sünnü kitablarında da gəlmişdir. O cümlədən, Həzrətdən belə nəql olunmuşdur:

    "Camaat yerin altında olan qiymətli mədənlər kimidir, ata-ananın əxlaqi xüsusiyyətləri övladlarda zahir olur. Düzgün olmayan tərbiyə də pis damarlar (genlər-red.) kimi təsirlidir.”[104]

    Bu fəslin axırında nəticə alırıq ki, ata-ananın bütün əxlaqi xüsusiyyətləri övladda təsir qoyur və övladların ilkin hüquqları həyat yoldaşı seçməkdən başlanır.

    Övladın sair hüquqları sonrakı fəsillərdə ardıcıl olaraq diqqətinizə çatdırılacaqdır.


    [88]"Ali-İmran” surəsi, ayə:38

    [89]"Vəsailüş-şiə”, 15-ci cild, səh.97

    [90]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

    [91]"Səhifeyi-Səccadiyyə”, səh.170

    [92]"Biharul-ənvar”, 23-cü cild, səh.113 (köhnə çap)

    [93]"Vəsailüş-şiə”, 15-ci cild, səh.237

    [94]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.366

    [95]"Şərhi-lümə”, 2-ci cild, səh.123

    [96]"Sifinətül-bihar”, 2-ci cild, səh.659

    [97]"Vəsailüş-şiə”, 11-ci cild, səh.544

    [98]"Fürui-kafi”, 5-ci cild, səh.354

    [99]"Vəsailüş-şiə”, 14-cü cild, səh.53

    [100]"Fürui-kafi”, 5-ci cild, səh.354

    [101]"Müntəhəl-amal”, 1-ci cild, səh.187

    [102]"Qürərül-hikəm”, səh.76

    [103]"Kudək”, səh.64

    [104]"Kənzül-ümmal”, 3-cü cild, səh.442

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 410 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017