İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1722
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:13 AM
    Islamda evlənmə və ailə hüququ-1

    ON İKİNCİ FƏSİL
    1-Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi

    Müqəddəs İslam şəriətində övladın təvəllüdü üçün məxsus qayda-qanunlar və mərasim müəyyən olunmuş, ata-ananın həmin göstərişlərə əməl etmələri tövsiyə edilmişdir. Mütəal Allah bir kəsə bir övlad əta edirsə, gərək o şəxs bu ilahi nemətin şükrünü yerinə yetirmək məqsədi ilə Allaha həmd edib möminləri, qonşuları və qohum-əqrəbanı qonaqlığa dəvət etsin. Bu əməl başqalarının barəsində edilən yaxşılıq və ehsandan əlavə, həm də camaat arasında qarşılıqlı məhəbbət, ehtiram və səfa-səmimiyyət yaradır, uşağın şəxsiyyətinin dəyərini yüksəldərək onu ata-anasına qarşı daha da mehribanlaşdırır. Çünki o, böyüyərək valideyninin onun barəsində etdiyi ehsan və yaxşılıqdan xəbərdar olandan sonra son dərəcə xoşhal nəticədə onlara təşəkkür edəcəkdir. Məhz bu səbəbdən hədislərdə gəlmişdir ki, beş yerdə bu cür ehsan vermək müstəhəbdir ki, onlardan biri də övladın dünyaya gəldiyi zamandır.[139]
    2-Körpəyə qüsl vermək



    İslam dininin təkid etdiyi əməllərdən biri də təmizlik, paklıq, səhiyyə qanunlarına riayət etməkdir. Buna görə də öz ardıcıllarına müxtəlif münasibətlərlə əlaqədar olaraq müstəhəb və ya vacib qüsslləri tövsiyə etmişdir. İslam dini bizə göstəriş verir ki, körpənin paklığı üçün ona qüsl verin. Belə ki, İmam Sadiq (əleyhissalam) buyurur:

    "Təzə doğulmuş uşağa qüsl vermək vacibdir.”[140]

    Əlbəttə, rəvayətlərdə bu əməlin "vacib” kimi təbir olunması onun çox təkidli bir müstəhəb olduğunu bəyan etmək üçündür. Bu qəbildən olan rəvayətlər daha çoxdur və bu məsələnin əhəmiyyətini göstərir. İslam aləminin böyük alim və fəqihləri məhz bu əsasda fətva verərərk təzə doğulmuş körpəyə qüsl verilməsini təkid etmişlər. O cümlədən, mərhum Mühəqqiq "Şəraye” kitabında, Mərhum Şəhidi Sani "Şərhi-lümə” kitabında habelə "Cəvahirül-kəlam”-ın müəllifi öz kitabında təzə doğulmuş uşağa qüsl verilməsinin müstəhəb olmasına dair fətva vermişlər.[141]

    Hazırkı əsrimizin mərcəyi-təqlidləri də öz "Tovzihul-məsail” kitabının "müstəhəb qüsüllər” bölməsində həmin məsələni təkidlə qeyd etmişlər. Buna əsasən, valideynin övladın sağlamlığını qorumaq qarşısındakı vəzifələrindən biri də körpənin təvəllüdündən sonra ona qüsl verməsidir.
    3-Qulağına azan və iqamə demək

    Hər bir millətin və ya tayfanın özünə məxsus adət-ənənələri vardır ki, müəyyən vaxtlarda və ya günlərdə olan hadisələrlə əlaqədar keçirirlər. Dünya xalqlarından bəziləri həssas anlarda şüar xarakteri daşıyan kilsə zənglərini səsləndirirlər. İslam dini göstəriş verir ki, namaz vaxtında, habelə körpə doğulandan sonra onun təvəllüdünün yeddinci günü sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.

    Düzdür ki, körpə bu günlərdə heç bir şey başa düşmür, azan və iqaməni dərk etmir. Amma bu dini göstəriş heç də hikmətsiz olmayıb özünəməxsus hikməti bəyan edir. Çünki ananın ahəngdar, vəznli, qafiyəli nəğmələri övlad üçün ən münasib və təsirli nəğmələrdən olub ona aramlıq bəxş etdiyi kimi, azan və iqamənin də körpənin qulağına deyilməsi şəkksiz ki, təsirsiz olmayacaqdır. Bundan əlavə, bu əməlin başqalarında da tərbiyəvi əsər qoyması unudulmamalıdır. Çünki onun gözəl və mənalı cümlələri təkallahçılığa, heç bir günaha və sapmağa məruz qalmayan məsum rəhbərləri özünə nümunə götürməyi və yaxşı, qurucu işlərə təşviq etmək məsələsini başqalarında da icad edir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəsin övladı dünyaya gəlsə, onun sağ qulağına azanı, sol qulağına isə iqaməni deməlidir. Bu əməl şeytanı uşaqdan uzaqlaşdırır.”[142]

    Bəli, həqiqətən din və iman əhli olan, Allaha pərəstiş edən, Həzrət Peyğəmbər və Əlinin bayrağı altında olan bir şəxsə şeytanın yaxınlaşmağa icazəsi yoxdur.
    4-İmam Hüseyn əleyhissalamın türbətini yedizdirmək

    Bütün insan cəmiyyətlərində fədakarlığa, təşəkkürə, qədirdanlığa təşviq gözəl əməllərdən biridir. İtkin düşən əsgərlərin qəbirlərini ziyarət etmək, onların məzarları üstünə gül dəstələri qoyaraq milli və dini qəhrəmanları yad etmək beynəlxalq bir məsələ kimi qəbul olunmuşdur. Hamı bilir ki, imam Hüseyn (əleyhissalam) məsum və fədakar bir imamdır ki, Allah və Onun Peyğəmbərinin əmrinə əsasən, var-yoxunu ixlasla, din və millətin islahı və mövcud əyintilərin qarşısını almaq öz dövrünün zalım hakimi Müaviyənin oğlu Yezid ilə mübarizəyə sərf etdi və Allahın razılığını qazandı, bu yolda özünü, övladlarını və dostlarını qurban verərək şəhadət yolunu seçdi.

    O Həzrətin şiələri və onu sevən müsəlman millətləri bütün varlıqları ilə İmam Hüseyn əleyhissalamın, yolunda şəhid olduğu müqəddəs hədəfinə tabe olaraq öz rəftar və əməlləri ilə belə bir fədakar və məsum rəhbərə bir növ təşəkkür edirlər. Müxtəlif hallarda İmam Hüseyn (əleyhissalam)-ın pak və əl dəyməmiş türbətindən təbərrük kimi istifadə edir və beləliklə də öz övladlarına azadlıq və azadlıq sevərlik ruhunu aşılayırlar. Bəli, İmam Hüseyn məktəbində o Həzrətin türbəti müqəddəs sayılır, şəfa tapmaq üçün ondan istifadə edilir və təzə doğulan uşağa da ondan cüzi miqdarda yedirdilir. İmam Baqir (əleyhissalam) buyurur:

    "Sizin körpələr doğulduqdan sonra ona Fərat çayının suyundan içirdin və İmam Hüseyn (əleyhissalam)-ın pak türbətindən yedirdin. Əgər onları tapa bilməsəniz, yağış suyundan istifadə edin.”[143]

    Əlbəttə, bu barədə əlavə rəvayətlər və əlavə mətləblər vardır ki, müxtəsər olsun deyə, onları burada gətirməyir və qeyd edirik ki, əgər onları tapa bilməsək, rəvayətlərə əsasən, adi xurmadan istifadə etməliyik.
    5-:örpənin saçını qırxmaq

    Bura qədər valideynin öz uşaqlarının təvəllüdünün yeddinci gününə qədər təşkil etməli olduqları mərasimi qısa şəkildə bəyan etdik. İndi isə uşağın təvəllüdünün yeddinci günündə olan başqa hüquqları qeyd edirik. İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur:

    "Valideynin öz övladının təvəllüdünün yeddinci günü münasibəti ilə olan vəzifələrindən biri budur ki, onun başının tüklərini qırxsın və onun ağırlığı qədərində qızıl və ya gümüş fəqirlərə sədəqə versin. Əgər bu da mümkün olmasa, nə qədər gücü çatsa, o qədər sədəqə versin.”[144]

    Aydındır ki, bu kimi əməllər yoxsullara, fəqirlərə kömək olunmasına səbəb olar və onların ehtiyaclarını müəyyən qədər aradan qaldırar. Bundan əlavə, bu İslam qanunu uşağın şəxsiyyətini ata-anasının yanında daha da əziz edir və bu cür övladlar böyüyəndən sonra valideynin onun barəsində etdiyi yaxşılıqlardan agah olaraq özləri də qarşılıqlı olaraq onlara yaxşılıq etməklə onların zəhmətlərinin əvəzini çıxır. Həm də bu əməl özü də bir sədəqədir və bəlaları dəf edir.
    6-Sünnət etmək

    Müqəddəs İslam dini oğlanların təvəllüdünün yeddinci günündə sünnət edilməsini tövsiyə etmişdir. Bu əməlin səbəbi övladın paklanması və inkişaf etməsi kimi qeyd olunmuşdur. İslami rəvayətlərdə qeyd olunur ki, İbrahim (əleyhissalam)a bu sünnəti İshaqın barəsində yerinə yetirmək əmr olunmuşdu və o da öz oğlunu sünnət etmişdi. Bu iş İshaqın övladlarında da əməli olaraq həyata keçirildi.

    Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur ki, həkim və elmli Allah bu islami sünnətə göstəriş vermişdir. Bir neçə şeyin insan bədənindən qırılıb ayrılması, o cümlədən uşağın göbəyinin kəsilməsi, müxtəlif yaş dövrlərində dırnaqlarının tutulması, üz, bığ və başının tükünün normal hala salınması və s. lazımdır. Buna əsasən, ilahi təqdirdə heç bir nöqsan yoxdur və biz öz vəzifəmizə əməl etməyə borcluyuq.[145]

    Əgər uşaq 7 günlüyündə və ondan sonrakı günlərdə sünnət olunmasa, onun özünə vacibdir ki, həddi-büluğa çatandan sonra sünnət əməlini yerinə yetirsin.

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hər bir kişiyə vacibdir ki, müsəlman olduqdan sonra özünü sünnət eləsin, hətta 70 yaşında olsa belə.”[146]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) başqa bir hədisdə buyurur:

    "Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Soyuqdan və istidən qorxmayın, çünki bu iş bədənin paklığına səbəb olur.”[147]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Bu iş onların bədənlərinin paklanmasına və inkişaf etməsinə səbəb olur. Sünnət olunmamış şəxsin bovlu ilə bir yer nəcis olarsa, 40 gün nəcisliyində qalır.”[148]
    7-Əqiqə və qurbanlıq

    Uşağın təvəllüdünün yeddinci gününün mərasimlərindən biri də qurbanlıq (qoyun) kəsilməsidir. Bu islami sünnət də təkidli müstəhəb əməl olmasına baxmayaraq, övladın sağlam olmasında əsaslı rol oynayır və hətta rəvayətlərdə "vacib” təbiri ilə qeyd olunmuşdur ki, bu da həmin əməlin əhəmiyyətini çatdırır. İndi isə bir neçə hədisə diqqət yetirin:

    Həzrət İmam Sadiq (əleyhissalam) buyurur:

    "Övlad üçün qurbanlıq kəsmək vacibdir.”[149]

    Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan soruşur ki, övlad üçün əqiqə kəsmək vacibdirmi? İmam (əleyhissalam) buyurur: "Bəli, vacibdir.”

    Əlbəttə bu barədə həmin məzmunda olan hədislər həddindən artıq çoxdur. Hətta qeyd olunmuşdur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özü öz mübarək əli ilə Həsən (əleyhissalam) üçün qurbanlıq kəsib övladını dua etdi.[150]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər bir körpənin sağlamlığı kəsiləcək qurbanlığın girovundadır.”[151]

    İmam Sadiq (əleyhissalam) yenə buyurur:

    "Bütün (yaşlı) insanların sağlamlığı fitrənin, bütün uşaqların sağlamlığı isə əqiqənin (qurbanlığın) girovundadır.”[152]

    Ömər ibni Yezid deyir: Həzrət İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdim: "Yəbnə Rəsulillah, mən bilmirəm ki, ata-anam mənim üçün əqiqə qurbanlıq kəsiblər, ya yox. Mənim vəzifəm nədir?” Həzrət buyurdu: "”et, bir qurbanlıq kəs.”

    Ravi deyir: "Mən gəlib qoca yaşlarımda olmağıma baxmayaraq, özüm üçün bir qoyun qurbanlıq kəsdim.”[153]

    Məsum rəhbərlər bizə tövsiyə etmişlər ki, körpə üçün, onun təvəllüdünün yeddinci günündə bir qurbanlıq kəsin. Əgər həmin gün mümkün olmasa, ömrünüzün axırına qədər hər vaxt mümkün olsa, bu işi yerinə yetirin, heyvanın sümüklərini sındırmayın, sadəcə onu bəndlərdən ayırın və möminlərdən aşağısı on nəfər evinizə dəvət edib qurbanlıq ətini onlara yedirdin. Körpənin ailə üzvlərinin, xüsusilə anasının həmin ətdən yeməsi məkruhdur.
    8-Qulaqların deşilməsi

    :örpə qız uşaqlarının qulaqlarının deşilməsi bizim aramızda da adətdir və islami sünnətlərdən biri kimi Peyğəmbərin və sair məsumların tərəfindən tövsiyə olunmuşdur. İslam nəzərindən oğlan və ya qız olmasından asılı olmayaraq hər ikisinin qulağı deşilməlidir. Lakin bizim dövrümüzdə bu sünnətə yalnız qızların barəsində əməl olunur və oğlanlara şamil edilmir.

    "Cəvahirül-kəlam” kitabının 31-ci cildinin 261-ci səhifəsində buyurulur: "Bu islami sünnət həm qızlarda, həm də oğlanlarda icra edilməlidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əziz qızı Fatimə (ə.s)-a göstəriş verdi ki, Həsən və Hüseynin qulaqlarını deşsin.”[154]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Oğlanların da qulaqlarının deşilməsi Peyğəmbərin sünnətindəndir.”[155]

    Bu fəslin sonunda qeyd etməyi lazım bilirik ki, İslam dinində müəyyən göstərişlər var ki, onların hikməti bizim üçün tam şəkildə məlum deyildir. Çünki bu hökmlərin verildiyi dövrlərdə camaat məsum rəhbərlərin elmindən lazımi qədər dəqiq şəkildə istifadə etməmiş, müxtəlif yersiz və lazımsız suallarla onların şərif vaxtlarını tutmuşlar.

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) özünün ən yaxın səhabələrindən biri olan Kumeylə xitabən buyurur:

    "Ey Kumeyl, həqiqətən, mənim sinəm elmlə doludur. Əgər münasib şagirdlər tapsaydım...”[156]

    Amma əfsuslar olsun ki, bu cür şagirdlər tapılmadı. Digər tərəfdən də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın yaşadıqları dövrdə müharibə və s.-dən irəli gələn saysız-hesabsız çətinliklər və problemlər, habelə, sair imamların elm qapılarının (zalim hökmdarların vasitəsilə) bağlanması səbəb olmuşdur ki, elm qapıları əksər hallarda bağlı qalsın, islami məsələlər və onların hikmətləri açıqlanmasın. Həmçinin, əgər hər bir dinin əsli elm, əql və məntiq əsasında olsa, onun təfərrüatında çox da tədqiqat və təhqiq etmirlər. Bundan əlavə nəzərə alınmalıdır ki, İslam dininin hətta fürui məsələlərində belə əql, elm və məntiqlə ziddiyyət təşkil edən bir məsələ tapmaq olmaz. Amma İslam şəriətində bəzi hökmlərin dərk olunmasında bəşər elmi, əqli acizdir. Başqa sözlə desək, İslamda mövcud olan hökmlər bəşər elminin fövqündədir, amma ümumiyyətlə elm ilə müxalif, zidd deyildir. Buna əsasən, əgər övladların hüquqları, uşaqların təvəllüd mərasimi və ya sair məsələlərdə əqlimizin dərk etmək qüdrəti olmayan müəyyən hökmlərlə rastlaşsaq, onun həqiqətində şəkkə yol verməməli, bütün dini göstərişlərin ictimaiyyətin mənafeyini əks etdirməsinə inanmalıyıq.
    ON ÜÇÜNCÜ FƏSİL
    ÖVLADLARA EHTİRAM

    Hər bir insanın batini istəklərindən bir də ona qarşı məhəbbət və özünü sevməkdir. Habelə o, istəyir ki, başqaları da ona hörmət etsinlər, ehtiram nəzərləri ilə ona baxsınlar. Bu istək bütün insanlarda təbii və fitri şəkildə mövcuddur və şəxsi mənfəətlərin cəlb olunması səbəbidir. Əgər bu xüsusiyyətə lazımınca riayət edilməzsə, çox hallarda fərdi başqaları tərəfindən istismar olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də İslam dini bizə göstəriş verir: Bir-birinizlə qardaşlıq münasibətində olun, bir-birinizə məhəbbət nəzərləri ilə baxın. Çünki bu cür rəftar cəmiyyətdə yaxşı rəftarın, qarşılıqlı ehtiramın yaranmasına səbəb olacaqdır.

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə vəsiyyətində buyurur ki:

    "Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də bütün insanlara yaxşılıq et.”[157]

    Yenə o Həzrətdən rəvayət olunub ki:

    "Bütün insanlarla yaxşı danış ki, onlardan yaxşı cavab eşidəsən.”[158]

    Bu hədislərdən göründüyü kimi, Həzrətin bu göstəriş müəyyən bir qrupa məxsus olmayıb əksinə, böyük və ya kiçik, müsəlman və ya qeyri-müsəlman, qohum və ya yad, ata və ya oğul və s. olmasından asılı olmayaraq bütün insanlara xitab edir və Həzrət bu vəzifəni hamı üçün müəyyənləşdirir.

    Bəli, övladlar da istəyirlər ki, öz valideynləri yanında sevilsinlər, valideynləri onlara şəxsiyyət verib ehtiram gözü ilə baxsınlar. Bu cəhətdən də bizim məsum rəhbərlərimiz həm öz övladlarını, həm də başqalarının övladlarını sevir, onlara ehtiram qoyur və öz ardıcıllarına da tövsiyə edirdilər ki, övladlarınızı sevib əzizləyin, onlara qarşı təvazökar olun, hətta müəyyən hallarda onlarla oynayın, beləliklə də onların özlərinə və ailələrinə qarşı məhəbbətlərini cəlb edə bilin, onları fəsad bataqlığına düşmələri azğın, əxlaqsız dostlara qoşulmalarının qarşısını alın. Çünki, uşaqlar məhəbbətə, səfa-səmimiyyətə çox ehtiyac duyur və öz mənəvi ehtiyaclarını mümkün olan hər yolla təmin etmək istəyirlər. Əgər bəzən təcrübəli, ürəyi yanan və mehriban ata və ana bu təbii ehtiyacları təmin edə bilməsələr, şübhəsiz övladlar azğınların, satqınların və yaramazların arxasınca gedərək onların aldadıcı məhəbbət və əxlaqlarına uyacaqlar. Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəsin uşağı olsa, onunla uşaq kimi rəftar etsin. Bu yolla uşağı daha yaxşı tərbiyə edə bilər.”[159]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hər kəsin uşağı olsa, gərək onunla uşaq kimi oynasın.”[160]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə (14 yaşa qədər) xidmətçi, üçüncü 7 ildə (21yaşınadək) isə ailənin vəziridir.”

    Yəni övladlar həyatın ilk çağlarında zəif və bacarıqsız olduqlarına görə ağa kimi ehtirama layiq görülməli, nəvaziş görməlidirlər. İkinci dövrdə işlətməklə, qayda-qanunları və iş üslubunu öyrətməklə onları böyütmək, üçüncü yeddi ildə isə topladığı təcrübə sayəsində onların şəxsiyyət və təfəkkürünə həddindən artıq ehtiram qoymaq, onlara ailənin vəziri kimi baxmaq, müəyyən hallarda onların fikir və təkliflərindən istifadə etmək lazımdır.

    Ənəs ibni Malik öz həyatını Peyğəmbərin hüzurunda keçirənlərdən idi. O deyir:

    Peyğəmbər hər vaxt uşaqlarla qarşılaşsaydı, onlara salam verər, şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram məsələlərini öz ardıcıllarına göstərərdi.[161]

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Öz övladlarınıza ikram edin (əzizləyin) və onların ədəblərini gözəlləşdirin.”[162]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Həqiqətən Allah taala bir bəndəsinə, onun öz övladına məhəbbəti xatirinə rəhm edir.”[163]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həsən və Hüseynin üzündən öpəndə, Əbra ibni Haris dedi: "Mənim on dənə övladım vardır, amma onların heç birinin üzündən öpməmişəm.” Həzrət buyurdu: "Hər kəs rəhm etməsə, ona rəhm olunmaz.”[164]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir kişi Peyğəmbərin yanına gəlib dedi: "Mən indiyə qədər heç bir uşağın üzündən öpməmişəm.” Elə ki, Peyğəmbərin yanından getdi, Həzrət buyurdu: "Bu adam mənim nəzərimdə cəhənnəm əhlidir.”[165]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəs öz övladını öpsə, Allah onun üçün bir həsənə yazar. Hər kəs övladını sevindirsə, Allah da onu qiyamət günü sevindirər.”[166]

    İndi isə əziz oxucuların diqqətini aşağıdakı mühüm hekayələrə cəlb edirik:

    1-Bir gün Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Mədineyi-Münəvvərədə bir dəstə adamla namaz qılırdı. Yəhudilərdən biri də onlara diqqət edirdi. (Həzrət Həsən və Hüseyn (əleyhiməssalam) uşaq vaxtı Peyğəmbər səcdəyə gedəndə hər vaxt onun dalına minir və ayaqlarını yellədirdi. Həzrət səcdədən qalxanda, onu əli ilə götürüb yerə qoyardı.) Bütün səcdələrdə bu hadisə təkrar oldu. Namazdan sonra həmin yəhudi Həzrətə yaxınlaşıb dedi: "Ya Mühəmməd, siz öz uşaqlarınızla elə rəftar edirsiniz ki, biz əsla o cür rəftar etmərik.” Həzrət buyurdu: "Əgər siz də Allaha və Onun Peyğəmbərinə iman gətirsəydiniz, öz övladlarınızla belə rəftar edər, onlarla mehriban olardınız.”

    Həzrətin öz nəvəsinə göstərdiyi mehribançılıq və nəvaziş o yəhudinin iman gətirməsinə səbəb oldu.[167]

    2-Həzrət İmam Sadiq (əleyhissalam) nəql edir ki, bir gün əziz babası zöhr namazını qılarkən öz gündəlik adətinin əksinə olaraq axırıncı iki rəkətini sürətlə qılıb qurtardı. Səhabələr namazdan sonra Həzrətin hüzuruna gəlib soruşdular: "Ya Rəsuləllah, namaz əsnasında nə baş vermişdi ki, siz bu cür etdiniz?” Həzrət buyurdu: "Məgər nə oldu ki?!” Dedilər: "Siz namazı çox sürətlə qıldınız.” Həzrət buyurudu: "Məgər o kişinin uşağının ağlamaq səsini eşitmədinizmi?”[168]

    "örəsən insaniyyət nümumnələri olan məsum rəhbərlərin uşağa ehtiram göstərmək barəsindəki rəftarlarından ibrət dərsi almamalıyıqmı?

    ÖVLADLAR ARASINDA ƏDALƏTƏ RİAYƏT ETMƏK

    Ata və ana öz övladları arasında heç bir səbəb olmadan fərq qoymamalı, onların arasında həsəd və kin icad etməməlidirlər. Bütün övladların haqqı vardır ki, valideynlərin məhəbbət, ehtiram, nəvaziş və lütfündən faydalansınlar. Bu ilahi qanundan kənara çıxmaq valideyn üçün ağır məsuliyyət gətirir, övladlar arasında ədavətə, düşmənçiliyə səbəb olur.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladlarınızın arasında ədalətə riayət edin. Necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətə riayət etməsini istəyirsiniz.”[170]

    Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm gördü ki, bir kişi oğlanlarından birini öpdü, digərini isə öpmədi. Həzrət bu hadisədən qəzəbləndi və buyurdu: Belə etmə! Bu ayrı seçkilik salmağınla onların arasında düşmənçilik toxumu səpirsən.”[171]

    Əlbəttə, hər bir övladın gördüyü yaxşı işlər qarşısında təşəkkür edərək onları bu kimi işlərə həvəsləndirmək lazımdır. Amma heç bir səbəb olmadan birini digərindən üstün saymaq, məhəbbətdə onların arasında fərq qoymaq olmaz.
    QIZ İRƏLİDİR, YOXSA OĞLAN?

    Əvvəldə qeyd olundu ki, cahiliyyət dövründə ərəblər öz qızlarını öldürürdülər. Qıza sahib olmaq rüsvayçılıq sayılırdı. Amma İslam dini bu cəfəngiyat və vəhşiliyin puç ömrünü sona çatdırıb valideynlərə tövsiyə etdi ki, qızlarına ehtiram qoymaqda çalışsınlar, oğlanları qızlardan üstün hesab etməsinlər. Hətta bəzi hallarda lazımdır ki, qızlara oğlanlardan daha artıq məhəbbət göstərsinlər. Çünki qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu üçün oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtiyac duyurlar. Bəzi hallarda isə çox tez inciyir, həssas olurlar. Bu cəhətdən də İslam dini onlara məhəbbət və nəvaziş etməyi tövsiyə edir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladlarınızın ən yaxşısı qızlarınızdır.”[172]

    Bu hədisdə Həzrət qızları övladların ən yaxşısı kimi təqdim edərək onlara məhəbbət və nəvaziş edilməsini tövsiyə edir.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Qızlar həsənə, oğlanlar isə nemətdirlər. Həsənələrə savab verilir, amma nemətdən sual olunur.”[173]

    Yəni qızlar həsənə, oğlanlar nemət hökmündədir. Allah əcri və mükafatı həsənələr müqabilində verir. Amma nemətdən sorğu-sual ediləcəkdir.

    Bu hədis göstərir ki, qızlara oğlanlardan çox məhəbbət və nəvaziş edilməsinə tövsiyə olunmuşdur və bu iş daha artıq savaba səbəb olacaqdır.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər vaxt evə müəyyən töhfə və meyvə gətirsəniz, əvvəlcə qızlara və qadınlara verin. Çünki hər kəs bir qızı sevindirsə, sanki İsmail peyğəmbərin övladlarından olan bir qulu azad etmişdir.”[174]

    Bu fəsildən nəticə alırıq ki, övladlara məhəbbət göstərilməli və onların arasında fərq qoyulmamalıdır. Bəzi hallarda məhəbbət göstərilməkdə qızlar oğlanlardan irəli salınmalıdır. İndi burada iki hədis qeyd etməklə bəhsi sona çatdırırıq. İmam Sadiq (əleyhissalam) buyurur:

    "İnsanın öz övladına yaxşılıq etməsi öz atasına yaxşılıq etməsidir.”[175]

    Əliyyibni Hüseyn (əleyhissalam)-a yeni doğulan övladları barəsində müqdə veriləndə, onun oğlan və ya qız olması barəsində əsla soruşmaz, ilk sualı bu olardı ki:

    "Sağlamdırmı?” Əgər sağlam olması barədə xəbər versəydilər, deyərdi: "Həmd və şükür olsun Allaha ki, məndən eybli övlad yaratmadı.”[176]

    Bu hədis övladlar arasında fərq və imtiyaz qoyulmamasını çatdırmaqdan əlavə bəyan edir ki, qız və oğlan arasında fərq yoxdur və habelə uşağın təbii və xilqət cəhətindən sağlam olmasını əsas məsələ kimi bəyan edir.




    [139]"Fürui-kafi”, 6-cı cild, səh.281; "Vəsailüş-şiə”, 14-cü cild, səh.65

    [140]"Vəsailüş-şiə”, 2-ci cild, səh.37

    [141]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.251 "Şərhi-lümə”, 2-ci cild, səh.116

    [142]"Vəsailüş-şiə”, 15-ci cild, səh.136

    [143]"Fürui-kafi”, 6-cı cild, səh.24

    [144]"Vəsailüş-şiə”, 5-ci cild, səh.42

    [145]"Vəsailüş-şiə”, 15-ci cild, səh.162, 163

    [146]"Fürui-kafi”, 6-cı cild, səh.37

    [147]"Töhəfül-üqul”, səh.82

    [148]"Vəsailüş-şiə”, 15-ci cild, səh.161

    [149]"Vəsailüş-şiə”, 15-ci cild, səh.144

    [150]"Fürui-kafi”, 6-cı cild, səh.25 və 32

    [151]"Vəsail”, 15-ci cild, səh.144

    [152]"Şərhi-mən la yəhzür”, 8-ci cild. səh.604

    [153]"Şərhi-lümə”, 2-ci cild, səh.118

    [154]"Vəsail”, 15-ci cild, səh.160

    [155]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.618

    [156]"Nəhcül-bəlağə”, səh.1156

    [157]"Vəsailüş-şiə”, 8-ci cild, səh.541

    [158]"Qürərül-hikəm”, səh.139

    [159]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.599

    [160]"Vəsailüş-şiə”, 15-ci cild, səh.203

    [161]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.96

    [162]"Məkarimül-əxlaq”, səh.115

    [163]"Fürui-kafi”, 6-cı cild, səh.50

    [164]"Vəsailüş-şiə”, 15-ci cild, səh.203

    [165]"Rovzətül-müttəqin”, səh.593

    [166]"Fürui-kafi”, 2-ci cild, səh.49

    [167]"Biharul-ənvar”, (qədim çap), 10-cu cild, səh.83

    [168]"Viəsailüş-şiə”, 15-ci cild, səh.198

    [169]"Məkarimül-əxlaq”, səh.25

    [170]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

    [171]"Biharul-ənvar”, 74-cü cild, səh.84

    [172]"Səfinətül-bihar”, 2-ci cild, səh.684

    [173]"Töhəfül-üqul”, səh.285

    [174]"Səfinətül-bihar”, 2-ci cild, səh.683

    [175]"Vəsailüş-şiə”, 15-ci cild, səh.202

    [176]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.595

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 532 | Added by: Islam_Kitabxanasi | Rating: 4.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017