İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:30 PM
    İslamda Əxlaq 2
    XVIII FƏSİL
    Allaha təvəkkül.
    İmanı möhkəmləndirməyin ən başlıca yolu təvəkküldür. Təvəkküllə bağlı «Qurani Kərim»də və Məsumların(ə) hədislərində elə dəyərli məsələlər vardır ki, biz yalnız onlardan bəzisini burada qeyd edirik.
    «Quran»da təvəkkül.
    «Qurani Kərim»də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
    «...Əgər möminsinizsə, Allaha təvəkkül edin!» («Maidə»-23 / «Tövbə»-51).
    «...Gərək möminlər Allaha təvəkkül etsinlər!» («Ali-İmran» - 122).
    «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» («Ənfal»-2).
    «Quran» nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
    Təvəkkül nədir?
    Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: «Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur.»(«Biharül-Ənvar» Beyrut nəşri: XXVIII c/ s - 138 / hədis - 23.)
    Həsən ibn Cəhm adlı bir şəxs deyir:
    Səkkizinci imam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: «Təvəkkülün mənası nədir?» İmam Riza (ə) buyurdu:«Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.»(Yenə orda: səh - 134.)
    Başqa bir rəvayətdə Əli ibn Süveyd deyir: Yeddinci imam Museyi Kazim(ə)-dan «Təlaq» surəsinin üçüncü ayəsinin (Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) təfsirini soruşduqda Həzrət buyurmuşdur:
    «Təvəkkülün müxtəlif mərhələləri var. Təvəkkülün mərhələlərindən biri də bütün işlərdə Allaha təvəkkül edib Tanrının sənin rəftarından razı olmasıdır. Allahın sənin üçün xeyir və fəzilətdən başqa bir şey istəmədiyini, bütün işlərin onun ixtiyarında olduğunu bilməsidir. Deməli, işlərini ona həvalə etməklə Allaha təvəkkül et.»(«Üsul Kafi» II c/ s - 65 / hədis -5. Bu rəvayət eynilə «Mişkatül –Ənvar» s -16 və «Biharül-Ənvar» Beyrut nəşri XXXV c / s -336 / hədis -18-də nəql olunmuşdur. Lakin bunlar arasında kiçik fərqlə Məclisi rəvayətin ardını belə gətirir: "Təvəkkülün dərəcələrindən biri də xəbərsiz olduğunu qeyb aləminə iman gətirməkdir. Bu elmi Allaha və onun xəzinədarlarına həvalə edib bütün hallarda Allaha arxalanasan, yəni həyatda maddi amillərlə, təfsir edə bildiyin hadisələrlə üzləşsən, onun çözümünü Allah və övliyalarına həvalə et. Allaha arxalanmaqla nigaranlığa və təşvişə səbəb olan şeytani şübhələrdən özünə nicat ver. Hədisin bu hissəsi təvəkkülün qeybi cəhətinin olduğuna dəlalət edir. Çünki təvəkkül edən şəxs maddi amillərin məhdud dairəsindən çıxıb insanın taleyinə təsir göstərən qeyb aləminə də inanır)
    Bir sözlə, bəndə hər bir işin Böyük Yaradan tərəfindən olduğuna inanıb onun sonsuz qüdrətini dərk etməlidir. Bununla dəryaya qovuşan damcı kimi özünü dalğalar arasına ataraq heç bir şeydən qorxmamalıdır.
    Ustad Əllamə Təbatəbainin təvəkkül haqda tərifi.
    Ustad Əllamə Təbatəbai buyurur: "Məsələnin əsl həqiqəti ondadır ki, maddi aləmdə iradənin nüfuz etməsi və məqsədə yetişmə həm təbii amillərə və həm də nəfsani amillərə ehtiyac duyur. Elə ki insan əməl meydanına daxil olur, bütün təbii amillər lazımi ehtiyacı ödəyir. Lakin onunla məqsədi arasında ayrılıq salan (iradə zəifliyi, qorxu, qəm-qüssə, tələskənlik, ədalətsizlik, axmaqlıq, təcrübəsizlik və bu kimi şeylərin təsirinə qarşı bədgüman olmaq kimi) təkcə bir sıra ruhi amillərdir.
    Bu vəziyyətdə insan Allah-təalaya təvəkkül edərsə, iradəsi möhkəmlənib qətiyyətli olar. Belə olduqda ruhi əzab və sıxıntılar onun qarşısında puça çıxacaqdır. Çünki insan təvəkkül mərhələsində Qadir Allaha bağlanır. Beləliklə, bir daha təşvişə və nigarançılığa yer qalmır, məqsədə yetişmək üçün qətiyyətlə maneələri aradan qaldırır.
    Bundan əlavə, təvəkkül haqda bir başqa məsələ də vardır ki, o da onun qeyb aləminə məxsus cəhətdir. Yəni Allah-təala ona təvəkkül edən şəxsə qeybi yardımlarla (ağlına gəlməyən yerdən) kömək göstərir. Bu yardımlar adi və təbii amillərin çərçivəsindən çıxaraq maddi amillərdən yuxarıda qərar tutmuşdur. «Təlaq» surəsinin (3-cü) ayəsinin (kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) zahiri mənası belə bir yardımı mücdə verir.»(«Təfsiri Əl-mizan» IV c/ s - 67)
    İmam (ə)-larımızın təvəkkül barədəki mübarək kəlamları da ustadın sözünü təsdiqləyir. Məsələn: Əmirəl-möminin(ə) buyurur:
    «Kim Allaha təvəkkül edərsə, bütün çətinliklər onun üçün asanlaşar, rahatlıq və kəramətlə yaşayar.»(«Şərhi Ğürər» V c/ s - 425.)
    Başqa bir hədisdə isə həzrəti-Əli(ə) belə buyurur:
    «Kim Allaha təvəkkül edərsə, şübhələri yox olub əlində olanla kifayətlənərək çətinlik və əziyyətlərdən qorunar.»(«Ğürər» mündəricat: s - 418 / hədis - 8985)
    Ustadın söylədiyi psixoloci təsir məsələsinə işarə edən bu hədislər təvəkkül edən şəxsin bütün çətinliklərə qələbə çalmasına açıq-aydın dəlalət edir.Keçmiş xatirə və mənfi təsirlərdən biri olan bəd fal Allaha təvəkkül edən şəxslərə təsir etmir.
    Peyğəmbər(s) bu barədə belə buyurur:
    «Bəd fal atmaq şirkdir. Hamımız ona mübtəla olmuşuq. Amma Allah təvəkkül vasitəsilə onun (narahatlığını) aradan aparır.»(«Sünəni ibni Macə» II c/ s - 1170.)
    Diqqətəlayiq məsələ.
    Dünya səbəblər dünyasıdır.Həyatın davamı üçün səbəb mühüm amildir.İnsan vasitə və səbəblərin uca Yaradanın zatən təkliyinin və iradəsinin nurundan irəli gəldiyini bilməlidir. Nəinki məxluqu (yaradılmışı) qadir, Xaliqi (Yaradanı) isə məhv və məğlub hesab etsin. Allah-təala «Qurani-Kərim»də buyurur:
    «...Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.» («Talaq» - 3).
    Müqəddəs Kitabımızın bir çox ayələrində insanların diqqəti bu məsələyə cəlb olunmuşdur. Burada yalnız uca Yaradana ümid bəsləyib öz işlərimizi Ona həvalə edərək ancaq Allaha arxalanmaqla fəaliyyətimizi davam etdirmək əmr olunmuşdur, çünki bütün dünya Onun qüdrətli əlindədir:
    «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir!» («Fatir» - 15).
    • «(Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!» («Ənam» - 14).
    • «Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!» («Ənam» - 17).
    • «Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.» («Yunus» - 107).
    «Qurani-Kərim»də təvəkkül.
    Təvəkkülün böyük fərdi və ictimai təsirləri vardır. Məhz təvəkkül etməklə insan varlığın mahiyyətini anlaya bilər, mütləq həqiqətin dərkinə çalışar. «Quran»dan sitat gətirməklə təvəkkül etməyin faydalarından bir neçəsini burada qeyd edirik:
    1. İslamın yeganə haqq din olmasının mütləqiliyinə inam :
    «Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan)» («Nəml» - 79).
    Yəni bu ayəyə diqqət yetirsək, Allaha təvəkkül edib qəti qərara gəlmiş olarıq.
    2. Şücaət:
     «Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə. Allaha bel bağla, Allahın sənə vəkil olması kifayətdir. (Allaha təvəkkül etməklə heç nədən qorxma)» («Əhzab» - 48).
     «....Mən sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın...» («Yunus» - 71).
    Yəni sizin nəyiniz varsa, meydana çıxarın. Mən də tək Allaha təvəkkül edib sizin və allahlarınızın meydanına gəlirəm. Heç bir şeydən qorxmuram.
    3. Günahı tərk edib, şeytandan uzaqlaşmaq: «Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur!» («Nəhl» - 99).
     «Onlar dedilər: "Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!» («Yunus» - 85).
    Deməli, nə qədər Allaha təvəkkül etsən, bir o qədər də şeytana boyun əyməyib günahlardan uzaq olarsan.
    4.Ətrafdakıların yaxşı, yaxud pis münasibətinə etinasızlıq:
    «....Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!» («Nisa» - 81).
     «Əgər onlar (haqdan) üz döndərsələr (nigaran olma), de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən, O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)» («Tövbə»-129).
     «Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!»(«Hud» - 88).
     «.....Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Məhəmməd!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!» («Hud» - 123).
    Demək, Allaha təvəkkül etməklə insanların səni qəbul edib və ya üz çevirməsindən narahat olmaq lazım deyil, çünki hər bir şey Onun tükənməz qüdrəti qarşısında acizdir.
    Hədis baxımından təvəkkül.
    Məsum İmamlardan(ə) nəql olunan hədislərdə Allaha təvəkkül etməyin müsbət təsirləri barədə söhbət açılmışdır. Onlardan bəzisini burada qeyd edirik.
    1. Qüvvət və şücaət:
    Peyğəmbər(s) buyurur:
    «Güclü olmaq istəyən Allaha təvəkkül etməlidir.»(«Biharül-Ənvar» Beyrut nəşri: XXXI c/ s-151. «Müstədrəkül-vəsail» II c / s-288.)
    İmam Baqir(ə) buyurur:
    «Allaha təvəkkül edən və arxalanan məğlub olmaz.»(«Müstədrəkül-vəsail» II c/ s-288)
    Əmirəl-möminin(ə) buyurur:
    «Qəlb möhkəmliyinin əsası Allaha təvəkkül etməkdir.»(«Ğürər» mündəricat: s-418 / № 3082.)
    2. Təvəkkül və mütləq həqiqətin dərki:
    Həzrəti-imam Cavad(ə) buyurur:
    «Allah-təalaya arxalanmaq hər bir qiymətli şeyin dəyəri və ali məqamlara sarı bir nərdivandır.»(«Biharül-Ənvar» XXXV c/ s-364.)
    3. Təvəkkül və fəaliyyətin zəruriliyi:
    Peyğəmbər(s) işləməyən və əkin-biçinə getməyən bir neçə nəfəri görüb buyurdu:
    -Siz kimsiniz? (niyə işləmirsiniz?)
    Dedilər:
    -Biz təvəkkül edənlərik və Allaha təvəkkül edirik.
    Həzrəti-Muhəmməd (s) buyurdu:
    -Siz Allaha təvəkkül edənlər yox, xalqa artıq yüksünüz.(«Müstədrəkül-vəsail» II c/ s-288.)
    Təvəkkül və mükafat.
    Bir hədisdə belə nəql olunur:
    ...Bir gün Əmirəl-möminin(ə) məsciddə oturan bir dəstəyə rast gəldi. Buyurdu:
    -Siz kimsiniz?
    Onlar cavab verdilər:
    -Biz Allaha təvəkkül edənlərik.
    Söylədi:
    -Xeyr, siz Allaha təvəkkül edənlər yox, öz yükünüzü başqalarının boynuna yükləyənlərsiz. (Yəni siz camaata yük olub onların zəhmətinin hesabına yaşayırsınız.) Bəs Allaha təvəkkül etməyinizin əlaməti nədir?
    Dedilər:
    -Yeməyə bir şey tapanda yeyirik. Tapmayanda isə səbir edirik.
    Həzrəti-Əli (ə) buyurdu:
    -İtlər də belə edirlər.
    Onlar soruşdu:
    -Bəs biz neyləyək?
    O Həzrət söylədi:
    -Bizim kimi davranın.
    Onlar dedilər:
    -Siz necə edirsiniz?
    Möminlərin ağası cavab verdi:
    -Əlimizə düşən neməti Allah yolunda bağışlayırıq, heç nəyimiz olmayanda isə Allaha şükr edirik.(Müstədrəkül-vəsail» II c/ s-289)
    Həzrəti Səccad(ə)-ın duası.
    Mömin və özünü islah etmiş şəxs bütün işlərini Allaha həvalə edib həyatın hər mərhələsində onu özünə arxa bilir. İmam Səccad(ə) Allaha yalvararaq deyir:
    «....(İlahi!) Təkcə səni haraya çağırıram və yalnız sənə ümid bəsləyirəm, Sənə dua edib sənə pənah gətirirəm. Sənə inanıb səni özümə arxa, kömək bilirəm. Sənə iman gətirib, sənin kərəminə təvəkkül edirəm.»(«Səhifeyi-Səccadiyyə»: dua - 52.)
    Başqa bir hədisdə isə İmam Səccad(ə) Allahdan sədaqət və səmimiyyətlə ona təvəkkül etməsini diləyərək tam surətdə uca Tanrıya arxalanır:
    «(İlahi!) Sənə sədaqətlə təvəkkül etməkdə və arxalanmaqda mənə kömək ol.»(Yenə orda: dua - 54.)
    Əgər bir kəs zahirən bütün nicat qapılarının üzünə bağlandığını görüb həyatın çətin anlarında təkcə Allaha təvəkkül etsə və bütün işlərini ona həvalə edərsə, şübhəsiz, təvəkkülün ən uca mərhələsinə yetişmişdir.
    Həzrəti-İbrahim Xəlilullahın Allaha arxalanması
    Təvəkkülün ən yaxşı nümunələrindən biri də bütpərəstlərin onu tonqala atmaq qərarına gəldiyi zaman Allaha arxalanıb təvəkkül edən İbrahim Xəlil(ə)-dır.
    «Qurani-Kərim»də əhvalat belə göstərilir:
    Dedilər: «Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!» («Ənbiya»-68).
    Bəziləri belə yazırlar:
    «....Bir ay odun yığdılar. Tonqal yanan zaman alovun dilləri elə şölələnirdi ki, heç quşlar da oradan ötüb keçə bilmirdi. Çünki qol-qanadları yanırdı.»(Təfsiri Qürtəbi»: cüz - 11 / s - 303.)
    Onların bu cəhdləri haqda Təbərsi yazır:
    «...Xəstə olanlar, sağ qalmaqlarına ümid bəsləyənlər belə vəsiyyət edirdilər ki, qoyub getdiyi mallarının bir hissəsini İbrahimin yandırılması üçün odun almağa sərf etsinlər, hətta yun əyirən və bununla da gündəlik tələbatlarını əldə edən bəzi qadınlar da öz gəlirləri ilə odun alıb yığırdılar.»(«Təfsiri Məcməül-bəyan» Seyda nəşri: IV c / s-54)
    Fəxr Razi yazır:
    «Bir qadın xəstələnən zaman nəzir etmişdi ki, əgər sağalarsa, İbrahimin yandırılması üçün odun alar.»(«Təfsiri Fəxr Razi» XXII c / s-187)
    Bacardıqları qədər odun yığdılar. Tonqala od vurduqdan sonra istədilər, həzrəti İbrahimi odun içinə atsınlar, alovun istisindən yaxına gedə bilmədilər. Şeytan onlar üçün mancanaq düzəltdi. İbrahimi mancanağa qoyub tonqala atdılar.
    İmam Sadiq(ə) buyurur:
    İbrahimi mancanağa qoyub tonqala tərəf atarkən Cəbrail görüşünə gəlib salam verdikdən sonra dedi: «Mənim köməyə ehtiyacım var, amma sənə yox!» («Məcməül-bəyan» IV c/ s-55).
    Cəbrail həzrəti-İbrahimə təklif etdi ki, belə isə öz ehtiyacını Allahdan dilə.(«Təfsiri-Qürtəbi» XI- cüz/ s-303)
    İbrahim dedi: «Allahın mənim halımdan xəbərdar olması kifayət edər.»(«Biharül-Ənvar» XXXI c / s-156)
    Nəhayət, öz işini Allaha həvalə edib, Ona arxalandığına görə tonqal Peyğəmbər (s) üçün gülüstana çevrildi:
    Biz də: «Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! - deyə buyurduq»: («Ənbiya» -69).
    Tonqal o qədər soyuqlaşdı ki, əgər Allah-təala atəşə: «İbrahimə qarşı zərərsiz ol!» - deməyib, təkcə «soyuq ol!» desəydi, İbrahim təhlükəyə düşərdi.(«Təfsiri Tibyan» Beyrut nəşri: VII c/ s-263)
    Bəli, Allaha bu dərəcədə təvəkkül edəni uca Yaradan çətinlik və bəlalardan üzüağ çıxarıb tonqalı gülüstana çevirər.
    Allahdan başqasına təvəkkül etdiyinə görə
    Yusif (s) bir neçə il zindanda qaldı.
    Yusif peyğəmbər «Quran»da buyurulduğu kimi («O bizim xalis bəndələrimizdən idi»), böyük məqama və ali mənəvi dərəcəyə yetişmişdi. Amma buna baxmayaraq, zindan yoldaşlarından birinin azad olacağını bildikdə, Misir sultanına onun (Yusif) haqqında da danışmağı rica etdi. «Qurani-Kərim»də bu haqda belə buyurulur:
    «(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: «Ağanın yanında məni də yada sal!» Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.» (Yusif - 42).
    «...Bir neçə müddətdən sonra yadına düşdü ki, Yusif neçə illərdir zindandadır.» (Yusif - 45).
    İmam Sadiq(ə) Yusifin Allahdan başqasına sığındığı haqda buyurur:
    Cəbrail Yusifin yanına gəlib dedi:
    -Kim səni insanların ən gözəli etdi?
    Yusif dedi:
    -Allah.
    Cəbrail:
    -Kim sənin məhəbbətini atanın qəlbinə saldı?
    Yusif:
    -Allah.
    Cəbrail:
    -Səni quyudan çıxarmaq üçün karvanı sənə sarı kim yolladı?
    Yusif:
    -Allah.
    Cəbrail:
    -Səni (quyunun ağzından atılan) daşdan kim qorudu?
    Yusif:
    -Allah.
    Cəbrail:
    -Səni quyudan kim çıxartdı?
    Yusif:
    -Allah.
    Cəbrail:
    -Misir qadınlarının məkr və hiyləsini səndən kim uzaqlaşdırdı?
    Yusif:
    -Allah.
    Cəbrail dedi:
    -Allahın soruşur ki, bəs niyə məndən başqasına rica etdin, amma məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda qalasan.(«Məcməül-bəyan» Seyda nəşri: III c/ s-235)
    Allaha arxalanmamağın nəticəsi
    Keçən bəhslərdən uca Tanrıya təvəkkül edib arxalanmağın nə kimi əhəmiyyət kəsb etdiyi məlum oldu. İndi isə sonda Allaha təvəkkül etməməyin və Ona arxalanmamağın nəticəsi haqda İmam Sadiq(ə)-dən nəql olunmuş bir hədislə açıqlamalar veririk.
    Hüseyn ibn Ülvan adlı bir nəfər deyir:
    Elm öyrənmək üçün bir ziyalı məclisində oturmuşdum. Pulum qurtarmışdı. Məclisdə olanlardan biri dedi:
    -Allaha and olsun, istədiyinə nail ola və arzuna çata bilməyəcəksən.
    Dedim:
    -Allah keçsin günahından, haradan bilirsən?
    O cavab verdi:
    -Mən İmam Sadiq(ə)-dən eşitmişəm: «Mən kitabların birində oxumuşam ki, Allah-təala öz izzəti, əzəməti, şərəfi, böyüklüyünə və s-yə and içərək buyurur ki, məndən başqasına ümid edənə zəlalət libası geydirib öz dərgahımdan qovaraq fəzilətimdən məhrum edərəm. Çətinliklər mənim əlimlə həll olduğu halda, məndən başqasınamı əl açıb yalvarır? Məndən başqasına ümid bəsləyir, mənim evimdən başqa bir evin qapısını döyür? Halbuki bütün bağlı qapıların açarları mənim yanımda və evimin qapısı da məni çağıranın üzünə açıqdır.
    Varmı elə şəxs ki, çətinə düşəndə mənə ümid bəsləyib, mən onun ümidini kəsmişəm?
    Mən bəndələrimin arzu və istəklərini öz dərgahımda qoruyub saxladım. Onlar isə buna razı olmadılar. Göyləri mənə zikr etməkdən yorulmayan mələklərlə doldurdum. Onlara əmr etdim ki, mənimlə bəndələrim arasındakı qapıları bağlamasınlar. Lakin onlar (bəndələr) mənim sözümə inanmadılar.
    Məndən başqasına ümid bəsləyən bilmirmi ki, əgər ona bir çətinlik üz versə, başqası mənim icazəm olmadan onun çətinliyini aradan qaldıra bilməz? Bəs niyə məndən üz döndəribdir? Halbuki öz kərəm və fəzilətimdən istəmədiyi bir şeyi ona əta edir, sonra ondan alıram. Onun yenidən qaytarılmasını isə məndən yox, başqasından istəyir.
    Bəndə mənim haqqımda nə fikirləşir? Məndən istəməyə-istəməyə ona əta etdiyim halda, yəni məndən istəyərkən ona öz nemətimdən əta etmərəm? Məgər məni paxıl sanırmı? Bütün səxavət və kəramətlər məndən deyilmi? Bağışlamaq və əfv etmək mənim əlimdə deyilmi? Məgər mən arzu və istəklərin ünvanı deyiləmmi? Belə isə məndən başqa kim arzu və istəkləri kəsə bilər? Məndən başqasına ümid bəsləyənlər qorxmurlarmı?
    Əgər bütün yer və göy əhli mənə ümid bəsləyərsə və mən də onların hər birinə hamısının ümidvar olduğu qədər nemət əta edərəmsə, qarışqanın bir bədən üzvi qədər olsa belə, qüdrət və dövlətimdən azalmaz. Malik olduğum dövlət heç azalarmı?
    Vay olsun o şəxslərin halına ki, mənim mərhəmətimə ümid bəsləmirlər. Vay olsun o şəxslərin halına ki, mənim qarşımda günah edir, məndən qorxmurlar.(«Üsul Kafi» II c/s-66/hədis-7; «Biharül-Ənvar» Beyrut nəşri: XXXI c/s-130.)
    Buna görə də yalnız Allaha bağlanmaq lazımdır. Əmirəl-möminin(ə) buyurur:
    «...Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər...»(«Nəhcül-bəlağə» Feyzül-İslam: Xütbə - 89)
    «....Allaha təvəkkül edirəm. Tövbə və ona tərəf qayıdışla yanaşı olan təvəkkül.»(«Nəhcül-bəlağə» Sübhi Salehi: Xütbə - 161.)

    Category: İslamda Əxlaq 2 | Views: 1003 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024