İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:29 PM
    İslamda Əxlaq 2
    Qohumluq əlaqələrini kəsmək haqda hədislər.
    Hədislərdə də qohumlarla əlaqəni kəsmək tənqid olunur və pislənir.
    Sileyi-rəhimi tərk etmək Allaha şərik qoşmaqla bir sıradadır:
    "Bir nəfər həzrəti-Mühəmməd (s)-dən soruşdu:
    -Allah dərgahında ən pis əməl hansıdır?
    Buyurdu:
    -Allaha şərik qoşmaq.
    Həmin şəxs soruşdu:
    -Bundan sonra hansıdır?
    Rəsuli-Əkrəm(s) buyurdu:
    -Sileyi-rəhimi tərk etmək(Yenə ordai: II c/s-641 / hədis-7.)
    Sileyi-rəhimi tərk etmək və Tanrının mərhəmətindən uzaqlaşmaq:
    Başqa bir rəvayətdə nəql olunur ki, sileyi-rəhimi tərk edən Allahın lənətinə layiq görülüb onun mərhəmətindən uzaq olar. Həzrəti imam Səccad(ə) oğlu imam Baqir(ə)-ə vəsiyyətlərinin birində belə buyurdu:
    «....(Övladım!) Öz qohumları ilə qohumluq əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə, çünki onlar «Quran»da üç yerdə lənətlənmişlər. (Sonra «Mühəmməd» surəsinin 24,25-ci ayələrini, «Rəd» surəsinin 25-ci ayəsini və «Bəqərə» surəsinin 27-ci ayəsini tilavət etdi).(«Üsul Kafi» II c/s-641 / hədis-7)»
    Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur:
    Peyğəmbər(s) buyurdu:
    «Üç dəstə behiştə daxil olmayacaqdır: şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.»(«Əl-xisal» (Şeyx Səduq): I c/s-177 / hədis-208)
    Bir sözlə, kim əxlaqlı olmasını iddia edirsə, gərək islamın diqqət yetirdiyi bu mühüm məsələyə ciddi yanaşsın, çünki bunu tərk etmək məhvə səbəb olar.
    Həzifə ibn Mənsur İmam Sadiq(ə)-dən belə nəql edir:
    «Haliqədən çəkinin, çünki haliqə insanı öldürür.» Soruşdum: «Haliqə nədir?» Buyurdu: «Qohumluq əlaqələrini kəsmək.»(«Mişkatül-Ənvar»: səh-165. «Məhəccətül-beyza» III c/s-431)
    Xəstələrə baş çəkmək.
    Əxlaqi incəlik və dəyərlərdən biri də xəstələri yoluxmaqdır, çünki müqəddəs islam şəriətində bu haqda çox buyurulmuşdur. Müsəlmanların bir-birinə qarşı olan hüquqlarından biri də xəstələri yoxlamaqdır. Buna görə də hər bir şəxs onu yerinə yetirməkdə özündə məsuliyyət hiss etməlidir.
    Həzrəti-Əli(ə) Peyğəmbər(s)-dən belə nəql edir:
    «Hər bir müsəlmanın başqa müsəlmanın boynunda otuz haqqı vardır. İnsan ya bunları yerinə yetirməli, ya da müsəlman qardaşı onu bağışlamalıdır... Bu haqlardan biri müsəlmanın da din qardaşı xəstələnən zaman ona baş çəkməsidir...»(«Biharül-Ənvar» Beyrut nəşri: XXXI c/s-236)
    Başqa bir hədisdə Müəlla ibn Xüneys İmam Sadiq(ə)-dən belə nəql edir ki, bir müsəlmanın başqa müsəlmanın boynundakı haqqının nə olduğu barədə soruşduqda o Həzrət belə cavab vermişdi:
    -Bir müsəlmanın başqa müsəlmanın boynunda yeddi haqqı var. Bunların hamısı vacibdir. Kim bu hüquqları tapdalayıb öz vəzifəsini yerinə yetirməzsə, Allahın itaətindən çıxıb ona bəndəçilik etməkdən faydalanmaz.
    Soruşdum:
    -O hüquqlar hansılardır?
    Buyurdu:
    -Ey Müəlla! Mən səndən nigaranam, qorxuram, bu hüquqlara riayət etməyib onları pozasan. Biləsən, amma əməl etməyəsən.
    Ərz etdim:
    -Allahdan başqa qüdrət yoxdur. (Ümid edirəm ki, Allahın köməkliyi ilə vəzifəmi yerinə yetirəm.) (İmam Sadiq(ə) bu rəvayətdə onun üçün yeddi hüquq saymışdır).
    İmam Sadiq (ə) belə ərz etdi:
    -O hüquqların ən asanı budur ki, özünə rəva bildiyini ona da rəva biləsən, rəva bilmədiyini isə ona da rəva bilməyəsən....Yeddinci haqq odur ki, andını (yəni and içməklə boynuna gəlmiş kəffarəni (cəriməni) ödəyəsən, dəvətini qəbul edib xəstələnən zaman ona baş çəkəsən.(«Üsul Kafi» II c/s-169 / hədis-2.)
    Başqa bir hədisdə İmam Sadiq(ə) Rəsuli-Əkrəm(s)-in söylədiyi hədisi belə nəql edir:
    «Bir möminin başqa möminin boynunda yeddi haqqı vardır. Onlardan biri xəstə ikən qohumunun görüşünə getməkdir.»(«Biharül-Ənvar» Beyrut nəşri: XXXI c/s-222 «Əl-Əmali» (Şeyx Səduq): s-36/məclis - 9/hədis-2.)
    Müşaviyə ibn Vəhəb İmam Sadiq(ə)-dən həyatda insanların bir-birinə qarşı vəzifələrinin nə olduğunu soruşduqda belə cavab vermişdi: «O vəzifələrdən biri də xəstələrə baş çəkməkdir.»(«Vəsailüş-şiə» VIII c/398-səh: «Məhəxxətül-beyza» III c/s-401.)
    Peyğəmbər (s) buyurmuşdur:
    «Müsəlmanın din qardaşının boynunda haqqı odur ki, onu gördükdə salam versin, xəstələnən zaman ona baş çəksin, öləndə dəfn mərasimində iştirak etsin.»(«Məkarimül-əxlaq» Beyrut nəşri: səh-359)
    Xəstəyə baş çəkməyin savabı.
    Xəstələrə baş çəkməyin savabı haqda da hədislər söylənilmişdir. Nümunə üçün onlardan bir neçəsini burada qeyd edirik:
    Səkkizinci İmam buyurur:
    «Bir mömin xəstə bir möminə sübh vaxtı baş çəkərsə, yetmiş min mələk onu müşayiət edər. Yanında oturarsa, Allahın rəhməti onu əhatə edər. Beləliklə, (mələklər) axşamadək onun bağışlanmasını Allahdan diləyərlər. Əgər xəstəyə gecə vaxtı baş çəkərsə, sübhə kimi onun üçün savab hesab edilər.»(«Məkarimül-əxlaq» Beyrut nəşri: səh-361.)
    Başqa bir hədisdə Peyğəmbər(s) buyurur:
    «Xəstənin görüşünə gedən mömin Allahın rəhmətini qazanır. Xəstənin yanında oturanda isə Allahın mərhəmətinə qərq olar. Əgər bir mömin xəstəni başa çıxmağa sübh vaxtı gedərsə, axşamadək, axşam vaxtı ona dəyərsə, sübhədək yetmiş min mələk onun üçün dua edər.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXVIII c/s-225.)
    Yenə başqa bir hədisdə həzrəti-Mühəmməd (s) buyurur:
    «(Xəstələnmiş) müsəlman qardaşını yoluxmağa gedən şəxs dərilmiş behişt meyvələri arası ilə addımlayır. Xəstənin yanında oturduqda Allahın mərhəməti onu əhatə edir. Əgər xəstəyə sübh vaxtı dəyərsə, növbəti günə qədər yetmiş min mömin ona dua edər.»(«Kənzül-ümmal» IX c/s-91/hədis - 25125)
    Seyyid Rəzi həmçinin bu barədə Peyğəmbər(s)-dən belə bir hədis nəql edir:
    «Xəstəni yoxlamağa gedən şəxs onun yanında oturana qədər Allahın mərhəməti əhatəsində addımlayar, elə ki xəstənin yanında oturdu, Allahın rəhmətinə qərq olar.»(«Əlmucazatun nəbəviyyə»: səh-250.)
    Xəstəyə baş çəkmək istəklərin yerinə yetməsi üçün bir vasitədir.
    Bəzi rəvayətlərdən belə anlaşılır ki, xəstənin yatağı yanında edilən dua qəbul olar, çünki Allahın xüsusi lütfü və qayğısı sınmış qəlblərlədir. Xəstə mömin şəxs bu fəzilətə layiq görülmüşdür. Peyğəmbər(s) buyurur:
    «Qiyamət günü izzət və cəlal sahibi olan Allah bəndələrindən birini danlayaraq buyurar: «Ey mənim bəndəm! Mən xəstə olan zaman məni niyə yoxlamadın. (Niyə mənim görüşümə gəlmədin?)» Bəndə ərz edər: «İlahi! Sən dünyanın xaliqisən, Səndə ağrı, narahatlıq və xəstəlik olmaz. Sən bu kimi şeylərdən paksan.» Allah-təala buyurar: «Mömin qardaşın xəstələndi və sən onun görüşünə getmədin. İzzət və Cəlalıma and olsun! Əgər onun görüşünə getsəydin, məni onun yanında tapardın. Bütün istəklərini yerinə yetirərdim. Bütün bunlar mömin bəndəmin mənim dərgahımda olan ehtiramıma görədir. Mən Rəhman və Rəhim Allaham.»(«Səfinətül-bihar» II c/s-534,535; «Məkarimül-əxlaq» Beyrut nəşri: səh-360.)
    Səhifeyi-səccadiyyədən bir dua.
    Bu ağır və haqq vəzifənin əhəmiyyətinə görə həzrəti-imam Səccad(ə) qonşu və dostlarını xatırlayarkən Allah-təaladan onları xəstələrlə görüşməkdə müvəffəq etməsini diləyər:
    «İlahi! Mühəmməd və onun ailəsinin müqəddəs ruhuna rəhmət göndər. Bizim haqqımızı tanıyan və düşmənlərimizlə mübarizə aparan qonşu və dostlarıma kömək ol. Sənin müqəddəs ayinlərini yerinə yetirməkdə, məzlumlara kömək əlini uzatmaqda, zəiflərə əl tutmaqda, bədbəxt və kimsəsiz insanlarla dostluq etməkdə və xəstələrə baş çəkməkdə müvəffəqiyyətlər nəsib elə.»(«Səhifeyi-səccadiyyə» dua-26.)
    Xəstə ilə görüş qaydası.
    Xəstə ilə görüşməyin özünəməxsus qaydaları vardır, hər bir müsəlman onlara riayət etməlidir. Bu qaydalardan biri də xəstəyə hədiyyə aparmaqdır.
    İmam Sadiq(ə)-in dostlarından bir neçəsi xəstə bir möminin görüşünə gedirdilər. Yolda imam Sadiq(ə)-lə rastlaşdılar. İmam buyurdu:
    -Hara gedirsiniz?
    Dedilər:
    -Mömin qardaşlarımızdan biri xəstələnib. Biz də onun görüşünə gedirik.
    İmam söylədi:
    -Özünüzlə xəstə üçün alma, heyva, düyü, ətir və yaxud xoş iy verən ağac parçası kimi bir hədiyyə aparırsınızmı?
    Onlar dedilər:
    -Xeyr.
    Həzrət buyurdu:
    -Məgər hədiyyənin xəstəyə necə güclü təsir bağışladığını bilmirsinizmi?(«Vəsailüş-şiə» II c/s-643/fəsil-17; «Məkarimül-əxlaq» beyrut nəşri: səh-361.)
    Peyğəmbər(s) xəstəyə hədiyyə aparmaq haqda buyurur:
    «Kim xəstəyə sevdiyi yeməyi gətirərsə, Allah da ona behişt meyvələri verər.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXVIII c/s-224; «Kənzül-ümmal» IX c/s-97 / hədis-25157.)
    Xəstə yanında əyləşməyin qaydası.
    Xəstənin görüşünə gedənlər bu incəliklərə diqqət yetirməlidirlər:
    Xəstə üçün dua etmək:
    Əziz Peyğəmbər (s)-miz buyurur:
    Xəstələrin görüşünə gedin, dəfn mərasimində iştirak edin, çünki bu iş axirəti sizin yadınıza salır. Xəstə üçün dua edib deyin: «İlahi! Ona şəfa ver, öz dərmanınla onun dərdinə əlac elə, bəlanı ondan uzaqlaşdır.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXVIII c/s-224.)
    «Sizlərdən hər biriniz din qardaşlarınızın görüşünə getdikdə onun (tezliklə xəstəlikdən sağalması) üçün dua etməlisiniz. Xəstənin də sizi dua etməsini ondan (xəstədən) xahiş edin, çünki xəstənin duası mələyin duası kimidir.»(«Məkarimül-əxlaq» Beyrut nəşri: səh-361.)
    Ruhi möhkəmlik:
    Xəstə ilə görüş qaydalarından biri də söhbət zamanı ona ürək-dirək verib ruh yüksəkliyi yaratmaq, (Tezliklə sağalacaqsan, Allah sənə tezliklə şəfa verər kimi) təskinlikverici sözlər deməklə ona təsəlli verməkdir, çünki bəzi adamlar xəstələnən zaman bunu həyatlarının sonu bilib ruh düşgünlüyünə qapılırlar, buna görə də onları ümidvar etmək lazımdır.
    Peyğəmbər(s) buyurur:
    «Xəstə ilə görüşdükdə ona ümidverin. Bu, insanın müqəddəratını həll edib ölümünə mane olmasa da, xəstənin qəlbini sakitləşdirir.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXVIII c/s-225.)
    Həzrəti-Mühəmməd(s) Salman Farsinin görüşünə gedərkən buyurmuşdu:
    «Ey Salman! Allah-təala sənin əziyyətini aradan qaldırsın, günahlarını bağışlasın, dinini və bədənini ömrünün sonunadək qorusun.»(«Məkarimül-əxlaq» səh-361)
    Görüşün qısaldılması:
    Xəstə ilə görüş zamanı riayət olunması lazım olan incəliklərdən biri də görüşün qısaldılmasıdır. Xəstə özü razılıq verdikdə isə vaxtı uzatmaq da olar.
    Əmirəl-möminin(ə) buyurur:
    «Xəstənin görüşünə gələnlər arasında xəstənin öz razılığı ilə çox oturanlardan başqa, az oturanlar daha çox savab qazanır.»(«Vəsailüş-şiə» II c/s-642; «Məkarimül-əxlaq» Beyrut nəşri: səh-360.)
    Xüsusən, bəziləri nadanlıq və ya başqa səbəblər üzündənmi xəstəni o qədər yorur ki, onun görüşü yataqdakını xəstəlikdən daha çox narahat edir.
    İmam Sadiq(ə) buyurur:
    «....Nadanın və ya axmağın görüşü xəstə üçün xəstəlikdən də betərdir.»(Yenə orda.)
    Başqa bir hədisdə buyurur:
    «Görüşdə az oturanlar daha çox savab qazanırlar.»(«Məkarimül-əxlaq» səh-361)
    Tam görüş:
    Xəstə ilə görüşərkən onunla davranma qaydasına da ciddi fikir verib, mehriban və səmimi olmaq lazımdır. Bu barədə də bir çox hədislər nəql olunmuşdur:
    Peyğəmbər(s) buyurur:
    «Əlini xəstənin bədəni üzərinə qoyub halını soruşmaq kamil görüşdür.»(«Mizanül-etidal» (Zəhəba): III c/s-7.)
    «Kamil görüş əlini xəstənin bədəni üzərinə qoyub hal-əhval soruşmaqdır. Ən kamil salamlaşmaq isə bir-birinin əlini sıxmaqdır.»(Yenə orda: səh-359)
    Əmrəl-möminin buyurur:
    «Kamil görüş odur ki, görüşə gələn şəxs əlini xəstənin əllərinin üstünə və ya alnına qoysun.»(Yenə orda: səh-360)
    «Əlini xəstənin əllərinin üstünə qoymaq və tez də qalxıb getmək ən yaxşı görüşdür.»(Yenə orda: səh-360; «Vəsailüş-işə» II c/s-642)
    Qonaqlıq fikrində olmamaq:
    Xəstənin görüşünə getmək özünün ona qarşı mehribanlığını bildirərək, qardaşlıq haqqını verib və savab qazanmaq olduğundan görüşə gələn şəxs qonaqlıq fikrində olmamalıdır, çünki xəstə özü xəstəliyə düçar olmuş, ailəsi isə qulluğunda dayanmışdır. Onlara artıq yük olmaqdan çəkinin. Buna görə də Peyğəmbər(s) xəstə yanında bir şey yeməyi yasaq etmişdir, çünki bu, savabın itməsinə səbəb olur.(«Dəaimul-islam» I c/s-218; «Biharül-ənvar» Beyrut nəşri: XXXVIII c/s-228.)
    Gülərüzlülük.
    Əxlaqi gözəlliklərdən biri də insanlara qarşı gülərüz olmaqdır.
    Gözəl əxlaqa malik olan şəxs ona üz verən kədərə baxmayaraq, bunu biruzə verməməyə çalışır. Əmirəl-möminin(ə) buyurmuşdur:
    «Möminin sevinci üzündə, kədəri isə qəlbində gizlənmişdir....»(«Nəhcül-bəlağə» «Feyzül-islam»; s-1243/hikmət-325.)
    Peyğəmbər(s) buyurur:
    «.Öz malınızla insanları sevindirmək qüdrətində olmadığınızdan heç olmasa, onlarla gülərüzlə davranın.»(«Mişkatül-ənvar»; səh-180; «Üsul kafi» II c/s-103/hədis-1.)
    İmam Sadiq(ə) buyurur:
    Kim bu üçündən birini yerinə yetirsə, Allah-təala behişti ona vacib edər:
    1. yoxsul ikən ehsan vermək;
    2. insanlara qarşı gülərüz olmaq;
    3. insaflı olmaq.(Ziyanına olsa da, haqqı desin).(«Üsul Kafi» II c/s-103/; «Mişkatül-ənvar» s-179)
    Həzrəti-imam Mühəmməd Baqir(ə) buyurur:
    Bir nəfər Peyğəmbər(s)-in yanına gəlib ərz etdi: «Mənə nəsihət ver.» Peyğəmbər(s)-in ona etdiyi tövsiyələrdən biri də bu idi: «Qardaşını sevinclə qarşıla, gülərüzlə davran.»(Yenə orda: II c/s-103/hədis-3.)
    Gülərüzlülük Allahın məhəbbətini qazanmaq üçün bir səbəbdir.
    İmam Baqir(ə) buyurur:
    «Gülərüzlülük xalqın sevimlisi olmaq və Allaha yaxınlaşmaq üçün bir səbəbdir. Qaraqabaqlıq isə xalqın nifrətinə və Allahdan uzaqlaşmağa gətirib çıxarır.»(«Mişkatül-ənvar» səh -179)
    Zarafat.
    Zarafat əxlaqi gözəlliklərdən sayılır, lakin təhlükəli və xoşagəlməz nəticələri olan dil bəlalarından biri də zarafatdır. Buna görə də dini hökmlərdə zarafat üçün bir hədd təyin olunmuşdur. Əgər zarafat həddi aşarsa, xoşagəlməz hadisələrlə nəticələnər. Buna görə də insan gərək öz dilinin ağası olsun, zarafat edərkən yaxşı və pis cəhətləri nəzərdə tutsun, bacardıqca zarafatdan çəkinsin. Çünki hər sözün öz yeri və hər mətləbin öz məqamı vardır. Əgər bir kəs bütün gününü zarafatla keçirib ifrata vararsa, tədriclə ona adət etdiyindən ciddi məsələlərdə də ciddiyyətini əldən verər, həyatda və vəzifələrini yerinə yetirməkdə məsuliyyət hiss etməyən şəxs isə özünə və cəmiyyətə fayda verə bilməz. Təbiidir ki, zarafat etmək xüsusiyyəti insana hakim kəsilərsə, həqiqəti dərketmə hissini itirər, həqiqəti olduğu kimi dərk edə bilməz. Başqaları da ona ciddi yanaşmazlar. Bu müqəddiməyə əsasən bir neçə sualı müzakirəyə qoyuruq:
    1) Zarafat tamamilə bəyənilmir?
    2) Peyğəmbər(s) və məsum İmamların(ə) davranışı necə olmuşdur?
    3) Dini təlimlərdə zarafat haqda müsbət cəhət söylənilmişmi?
    Bu suallara cavab olaraq demək lazımdır ki, məsum İmamlardan(ə) nəql olunan hədislərə görə, bir həddə qədər zarafat etməyin heç bir ziyanı yoxdur. Çünki bizim dini rəhbərlərimiz zarafatı tamamilə qadağan etməmiş, əksinə zarafatcıl olmağı nisbətən və xüsusi şəraitdə bəyənmişlər. Hətta o ali Cənablar bəzən zarafat da etmişlər. Peyğəmbər(s) bu barədə buyurmuşdur:
    «Mən zarafat edirəm, amma haqq sözdən başqa bir söz demirəm.»(«Məhəccətül-beyza»5/s-232; «Əzzəriə ilə məkiriməş-şəriə»: səh-157.)
    Müəmmər ibn Xəllad adlı biri deyir:
    Səkkizinci imam Əli ibn Musa Riza(ə)-dan soruşdum:
    -Əgər bir kəs zarafat edib gülən adamların arasında olarsa, onun vəzifəsi nədən ibarətdir?
    Buyurdu:
    -Söyüş olmayana qədər heç bir eybi yoxdur. (Mən belə güman edirəm ki, burada həzrətin məqsədi söyüşdür, yəni zarafat söyüşsüz olarsa, onun heç bir eybi yoxdur.) Sonra buyurdu:
    -Bir nəfər ərəb Peyğəmbər(s)-in hüzuruna gəlib onun üçün hədiyyə gətirəndə elə oradaca deyərdi: «Hədiyyəmin pulunu verin». Peyğəmbər(s) də onun bu sözündən xoşhal olub gülərdi. Nə vaxt Allahın Rəsulu (s) kədərlənsəydi, buyurardı: «Çadırda qalan o kişi hanı? Kaş yanımıza gələydi...»(«Vəsailüş-işə»: c-8/s-477; Üsul Kafi: c-2/s-663/hədis-1)
    Başqa bir şəxs İmam Sadiq(ə)-dən belə bir hədis söyləyir:
    «Mömində düabədən başqa bir şey olmaz.» Soruşdum ki, düabə nədir? Buyurdu: «Zarafat.»
    İmam Baqir(ə) buyurur:
    «Allah-təala xoş təbiətli insanı sevir, ancaq bu şərtlə ki, günah və nalayiq sözlərdən çəkinsin.»(«Vəsailüş-şiə»: c-8/s-478; «Üsul Kafi»: c-2/s-663/hədis-4.)
    Peyğəmbər(s) və məsum İmamlarımız(ə)da zarafat edib, xalqı da bu işə təşviq edərdilər. Məsələn, İmam Sadiq(ə) bir nəfərə buyurmuşdu:
    -Bir-birinizlə zarafat edirsinizmi?
    Həmin şəxs cavab verdi:
    -Hərdənbir.
    İmam(ə) buyurdu:
    -Belə etməyin, çünki zarafat xoşxasiyyət olmağın əlamətidir. Zarafat vasiətsilə öz din qardaşını xoşhal edirsən.
    Sonra yenə buyurdu:
    -Peyğəmbər(s) birini xoşhal etmək üçün onunla zarafat edərdi.(Yenə orda «Vəsailüş-şiə»: c-8/s-478)
    Həzrəti-Əli(ə) buyurur:
    «Peyğəmbər(s) nə vaxt öz səhabələrindən birini qəmli görsəydi, zarafat etməklə onu xoşhal edərdi.»(«Müstədrəkül-vəsail»: c-2/s-76)
    Başqa bir hədisdə İmam Sadiq(ə)-dən belə nəql olunur:
    «Peyğəmbər(s) zarafat edərdi, amma həqiqətdən başqa bir söz söyləməzdi.»(Yenə orda.)
    Bir nəfər ibni Abbasdan soruşdu:
    -Peyğəmbər(s) də zarafat edərdimi?
    O dedi:
    -Bəli.(Müstədrəkül-vəsail: c-2/s-77)
    Deməli, bizim dini rəhbərlərimiz də zarafat etmiş, amma həddi aşmamışlar. Bütün bunlar zarafatın müsbət cəhətini açıqlayan hədislərdir.



    Category: İslamda Əxlaq 2 | Views: 985 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024