İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:25 PM
    İslamda Əxlaq 2
    XX FƏSİL
    Zöhd (Pərhiz)
    İnsan dünyada təbii olaraq, müəyyən şeylərə meyl və rəğbət göstərir, lakin onun ixtiyari olaraq bütün gözəllik və cazibəsi ilə xoşladıqlarından imtina etməsi, onlara etinasızlığı «zöhd»-pəhriz adlanır. «Qurani-Kərim»də qardaşlarının Yusifi qul kimi dəyərsiz bir qiymətə satdığına işarə edilərək buyurulur:
    «...Onda tamah göstərmədilər.» («Yusif» -20).
    Yəni paxıllıqdan qardaşları Yusifi öz aralarında görmək istəməyib tamahkarlıq etmədən çox dəyərsiz bir qiymətə dəyişərək, atanı oğlun üzünə həsrət qoydular.
    Bu, «zöhd» sözünün lüğətdə və adi danışıqda istifadə olunan leksik mənasıdır. Amma «zöhd»ün ariflər arasında bəndəçiliyin mərhələlərindən biri olan əxlaqi və mənəvi bir fəzilət kimi ali məfhumu da vardır. Başqa sözlə, «zöhd» dünyadan gözünü çəkib axirət mənzilinə sarı hərəkət etməkdir. Bu zərif və incə məfhumun şərhi bir cümləyə və bir kitaba sığmaz. Buna görə də arif və əxlaq alimlərinin kəlamlarında hər biri zöhdün xüsusiyyətlərindən birinə işarə edən müxtəlif ifadələr işlədilmişdir. Lakin bu sözün incə ürfani və dini mənasına diqqət yetirməklə, onu tərif edərkən vəhy, məsum İmamlar və üləmaların dilindən ilham alıb, onu bu çərçivədə müəyyənləşdirək.
    «Qurani-Kərim»də iki qısa cümlədə bir dünya hikmət sığışdırılaraq buyurulmuşdur:
    «Bu, sizin əlinizdən çıxana kədərlənməyiniz və sizə verilənə də sevinib qüürələnməyiniz üçündür...» («Hədid»-23).
    Yəni dünyanın uğur və uğursuzluğu, varlığı ilə yoxluğu sizin üçün eyni dərəcədə olmalıdır. Belə ki onu əldən verməklə təəssüflənmədiyiniz və ya əldə etməklə sevinmədiyiniz halda zöhdə nail ola bilərsiniz.
    Beləliklə, zöhd bu iki xüsusiyyətlə (itirilmişlərə görə təəssüflənməmək, qazanılanlara sevinməmək) izah edilən mənəvi bir fəzilətdir. Əsl zöhd isə dünyanın aldadıcı və zahiri gözəlliklərinə vurulmayan, gözünü dünya malından çəkib ali məqsədlərə yönələn bir şəxsin sifətlərindən hesab olunur.
    Həqiqi (zöhdün) pərhizkarlığın üç şərti vardır:
    Birincisi, iradi olaraq insanın meyl və tamah saldıqlarından əl çəkməsidir. Xəstəlik üzündən yemək-içməyə, meyvəyə və s. qida maddələrinə iştahası olmayan xəstənin yemək yeməməsi pərhizkarlıq (zöhd) deyildir;
    İkincisi isə, insan acizlik və bacarıqsızlıq üzündən dünyanı tərk edərsə, bu da pərhizkarlıq (zöhd) sayılmaz. Maddi imkanları olduğu halda, müsəlmanın malik olduqlarına etina etməməsi pəhrizkarlıq hesab edilə bilər;
    Üçüncü əsas şərt isə tamah və şəhvətinə güc gəlib dünyanın aldadıcı gözəlliyinə uymamaqdır. Bax, əsl pərhizkarlıq elə budur.
    Bununla da əsl pəhrizkarlıqla imkansızlıq arasındakı fərqi aydınlaşdırmış olduq.
    Əgər biri maddi imkanlara malik olub (ondan bir həddə qədər istifadə etməsinə baxmayaraq) ona qəlbən bağlanmazsa, o, həqiqi zahiddir. Deməli, dünyanı tərk etmək acizlik, bacarıqsızlıq və ya riyakarlıq üzündən olarsa bu, zöhdə aid deyildir. Belə yoxsulluq bəyənilmir, müqəddəs şəriət hökmlərində də tənqid edilir. Çünki bu cür yoxsulluq küfr və dinsizliyə gətirib çıxarır. Beləliklə də, bunun heç bir əxlaqi dəyəri yoxdur.
    Bir sözlə, həqiqi zahid dünyaya qəlbən əlvida deməlidir, nəinki dünya onu oyuna götürməyib kənarda qoyduğundan çarəsiz qalıb dünyanı tərk etsin.
    Burada Peyğəmbərin(s) mübarək kəlamını qeyd etsək məqsədəuyğun olar:
    «Ey Üsamə! Bunlar (zahidlər) halal yemək və içkilərə axirətin əbədi həyatına görə göz yummuşlar. Hərisliklə ölmüş heyvan leşlərini yemək üçün bir-birinin başı üzərindən atılan və murdar leş üstündə bir-birilə əlləşən yırtıcı canavar və itlər kimi dünyaya üz tutmadılar. Onlar az yemək və köhnə paltarlarla kifayətlənib zahirlərinə zinət vurmadılar. İnsanlar zahidləri gördükdə belə güman edirlər ki, onlar xəstədirlər. İnsanlar belələrini divanə sanırlar, amma divanə deyillər. Zahidlər öz batinlərində böyük bir qəm-qüssə ilə əlbəyaxa olduqlarından başqaları belə güman edirlər ki, bunlar dəli olmuşlar. Halbuki onlar ağıllı və sağlam düşüncəlidirlər. Doğrusu, zahidlər bəsirət gözü ilə elə şeylər görürlər ki, bundan ağılları məst olub dünyanın hər şeyindən əl üzmüşlər. Belə vəziyyətdə onlar başqalarının nəzərində qeyri-adi və davranışları ağılsız görünür. Ey Üsamə! (Bil və agah ol!) İnsanlar ağıldan çıxan zaman ağıl və bəsirət sahibi idilər. Əslində, həqiqi ağıllılar elə bunlardır. Ən böyük şərəf və ən uca məqam bunlara məxsusdur.»(«Bəhrül-məarif»:s.35.)
    Əmirəl-möminin(ə) bu haqda «Nəhcül-bəlağədə» nəql olunmuş çoxlu sayda kəlamları vardır. Əgər mövzunu o Həzrətin baxışından hərtərəfli araşdırmaq istəsək, ayrıca bir kitab yazmalı olarıq. Deməli, burada bir neçə cümlə ilə kifayətlənirik. Geniş məlumat almaq istəyənlər lazımi ədəbiyyatlara, xüsusilə ustad şəhid Murtəza Mütəhərrinin «Nəhcül-bəlağəyə bir baxış» adlı kitabına müraciət edə bilərlər.
    Həzrəti-Əli(ə) bir hədisdə dünyaya xitab olaraq buyurur:
    «Ey dünya, ey dünya! Məndən uzaq ol! Özünü mənə tanıtdırmaq, mən tərəfə meylli olduğunu bildirməkmi istəyirsən? İndi özünü mənim yanımda bəzəmək vaxtı deyil. Əsla. (Get bu hini başqa bir toyuq üçün düzəlt. Şahinlərin yuvası böyük, əzəmətli olur.) Sənə heç bir ehtiyacım yoxdur. Sənə geriyə qaytarılması mümkün olmayan üç dəfə təlaq vermişəm (boşamışam). Ömrün qısa, özün dəyərsiz, sənə ümid bağlamaq isə alçaqlıq və axmaqlıqdır.»(«Nəhcül-bəlağə» Feyzül-İslam: Hikmət-74.)
    Başqa bir hədisdə də İmam Əli(ə) buyurur:
    «Əgər istəsəydim, xalis baldan, qabığı soyulmuş buğdadan və ipək paltardan istifadə edə bilərdim, amma ehtiras və şəhvətin hökmü məndən çox-çox uzaqdır... Mən yeməkdən başqa bir məqsəd və vəzifəsi olmayan qabağına axur bağlanılmış dördayaqlı kimi dadlı və ləzzətli xörəklər yemək üçün yaradılmamışam.»(«Nəhcül-bəlağə» Feyzül-İslam: Məktub- 45)
    İmam Sadiq(ə) buyurur:
    «Malını xarab edib, Allahın halal ruzisini özünə haram etmək zöhd deyildir. Əksinə zöhd odur ki, malik olduğuna yox, Allahın qüdrətinə bağlanasan.»(«Füru Kafi» V c/s-70.)
    Yəni təkcə Allaha bağlanasan və Allahdan başqa bir şeyə bel bağlamasan, əsl zahidsən.
    Zöhdün təsirləri.
    Pəhriz barədə möhtərəm din alimlərinin çox dəyərli kəlamları vardır, amma bu haqda Peyğəmbər(s) və məsum İmamların(ə) kəlamlarına müraciət edirik. Çünki «Quran»dan sonra ən gözəl və ən tutarlı kəlam Peyğəmbərin(s) və zahidlərin rəisi, möminlərin əmiri Əlinin(ə) kəlamıdır.
    Peyğəmbər(s) buyurur:
    «Hər kim dünyada zahidlik edərsə, Allah-təala qəlbini hikmət və bəsirətlə doldurub, nitqini hikmətli edər. Dərdini və dərmanını ona göstərər. Onu dünyadan darüs-səlama (behiştə) sağ-salamat aparar.»(«Məhəccətül-beyza» VII c/s-353; «Biharül-ənvar» Beyrut nəşri: XXXIV c/s-80; «Üsul Kafi» II c/s-128.)
    Bu kəlamda zöhd hikmət, bəsirət və qəlbin sağlamlığı ilə birgə göstərilmiş, onun bu kimi təsir malik olduğu açıqlanmışdır.
    Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:
    «Behişt görmək istəyən yaxşılıqlara doğru tələssin. Cəhənnəmdən qorxan şəhvətdən çəkinsin. Ölümü gözləyən ləzzətləri tərk etsin. Dünyada zahidlik edənə bəlalar asanlaşar.»(«Məhəccətül-beyza» VII c/s-356; «Biharül-ənvar»:Beyrut nəşri: XXXIV c/s-94.)
    Əmirəl-möminindən(ə) belə nəql olunur:
    «Ey insanlar! Zöhd arzuları qısaltmaq, nemətlərə görə şükr etmək, günahlardan çəkinməkdir. Bu sifətlərin hamısına malik ola bilmədikdə haramın səbrinizə üstün gəlib nemətlərə qarşı naşükür olmanıza əsla yol verməyəsiz. Çünki Allah-təala açıq dəlillərlə öz hüccətini sizə tamamlamış və sizin üçün heç bir bəhanə yolu qoymamışdır.»(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Xütbə-81)
    Başqa bir hədisdə isə buyurur:
    «Həqiqətən, zahidlərin qəlbi üzdə gülümsəmələrinə baxmayaraq, batində ağlayır. Zahirdə xoşhal olmalarına baxmayaraq, daxildə qəmlidirlər. Başqalarının onların halına və Allahın onlara əta etdiyi nemətlərə görə həsəd aparmasına baxmayaraq, həmişə zahidlər nəfsləri ilə mübarizə aparırlar...»(Yenə orda Xütbə-113)
    İmam Sadiq(ə) buyurur:
    «Əlinin(ə) dostları həmişə qarnıac və dodaqlarının rəngi qaçmış halda yaşayırdılar. Onların qəlbi məhəbbət, mehribanlıq, elm və səbirlə dolu idi. Bu zahidlər ləzzətlərə göz yumub, dünyanı tərk etməkdə tanınmışdılar. Siz də bu yolda səbirli və dözümlü olmaq üçün zöhd və zəhmətdən istifadə edin.»(«Biharül-ənvar» Beyrut nəşri: XXV c/s-188.)
    Zöhd haqda verdiyimiz açıqlamalar dünyadan əl çəkib ibadətlə məhğul olmaq, bütün maddi ləzzətləri tərk etməklə tamamlanmır. Amma dünyaya qarşı soyuqluq və etinasızlıq təbii olaraq, qənaət, alicənablıq və izzətlə birgədir. Yəni əvvəldə dediyimiz kimi, zöhd var-dövlətə, vəzifə və yüksək rütbəyə malik olmaqla yanaşı ola bilər. (Belə ki, Peyğəmbər(s), Süleyman, Davud, həzrəti-Əli, Xədicə (ə.s.) və övliyalardan bir çoxu çoxlu var-dövlətə və yüksək vəzifələrə malik olmaqla yanaşı, Allahın ən zahid bəndələri idilər), lakin zahidlik ruhu insanı hər şeylə qane olmağa vadar edir. Zahidlər bundan artığına tamah salmırlar. Əllərində imkan olsa belə, onu qənaətlə xərcləyir, özləri üçün az istifadə edirlər. Demək olar ki, dövlətini Allah yolunda xalqın ehtiyacını ödəmək üçün xərcləyir, başqalarını özlərindən üstün tuturlar. «Qurani-Kərim»də buyurulur:
    «..Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» («Həşr»- 9).
    Əslində, qənaət zöhdün mərhələlərindən biridir. Ondan sonra növbə ehsan (yaxşılıq) və fədakarlıq mərhələlərinə yetişir. Ən sonuncu mərhələ yalnız Allaha tapınıb Ona bağlanmaqdır.


    Category: İslamda Əxlaq 2 | Views: 947 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024