İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » December » 11 » İslamda Əxlaq 1
    8:58 AM
    İslamda Əxlaq 1
    VIII FƏSİL
    Haram əməllərdən çəkinmək (Günahlardan uzaqlaşmaq)
    İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və yeməklərdən imtina etmək lazımdır.
    Qütb Ravəndi İmam Baqir(ə)-dən belə nəql edir: "Çox təəccüblüdür ki, insanlar xəstəliyin qorxusundan yeməklərində pəhriz saxlayır, amma cəhənnəm atəşinin əzabından qorxub günahdan çəkinmirlər".(Şəri hökmlər barədə kitab.)
    Əlbəttə, pəhriz və özünü pis əmməllərdən qorumaq nəfsani qüvvələrin ziddinədir. Bu, işin əvvəlində çox çətin olur, lakin böyük əzm və mübarizə yolu ilə nəfsə qalib gəlmək olar. Həzrəti-Əli(ə) bu barədə belə buyurur: "Günahı tərk etməkdə nəfsinizi əlinizlə yumşaldın ki, ibadət və itaətə tərəf çəkmək sizin üçün asan olsun".(Bu barədə artıq məlumat toplamaq üçün hədis, əxlaq, təfsir və həmçinin imam camaat (pişnamaz), qazi, müctəhid və şahidin ədaləti barədə bəhs edən fiqh kitablarındakı fəsillərə müraciət edə bilərsiniz: «Vəsailüş-şiə» VI c, səh.251; «Biharül-ənvar» XXXXV c, səh.25; «Miratül-üqul» X c, səh.67; «Üsuli-kafi» II c; «Camei-əhadisi-şiə» XIII, səh.319; Təfsir kitablarından: «Məcməül-bəyan» III və IV c (Nisa surəsinin təfsiri); "Əl-mizan” təfsiri IV c, səh.344; Əxlaq kitablarından «Ehyaül-ülum» IV c, səh.16; «Məhəccətül-beyza» VII c, səh.28; «Cameüs-səadat» III c,səh.73; Fiqhi kitablardan: «Cəvahir» XIII c,səh.275; «Kitabül-qəza» XX c, səh.25-56 (XXI c, səh.111); «Kitabül-qəza» səh.284 (Mərhum Hacı Molla Əli Kəni))
    Nəfsin saflaşdırılmasında əsas rol oynayan bu mübarizə islam mədəniyyətində "təqva" adı ilə tanınmışdır. Bu da bütün islami və insani dəyərlərin əsası, bünövrəsidir. Bütün əməl və səylər bunsuz öz dəyərini itirir, Tanrı dərgahında qəbul olunmur. "Qurani-Kərim”də deyilir:
    "Allah yalnız təqvalılardan (müttəqilərdən) qəbul edər". («Maidə»-27)
    Şübhəsiz, Allah dərgahında qəbul olunmayan əməlin insan ruhu və mənəviyyatına heç bir təsiri olmaz, çünki yalnız gözəl kəlam və saleh əməl ona tərəf yuxarı qalxar, təkcə pak və əməlisaleh insanlar Allaha yaxınlaşa bilər. Allah-təala "Qurani-Kərim”də buyurur:
    "Pak söz (Tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr. Və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar." («Fatir»-10)
    İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur"(Elmi və dini mərkəzlərdən uzaqlaşıb ucqar səhralarda yaşayışa və bununla da öz dini vəzifələrini yerinə yetirməyə qadir olmayıb tədriclə dini əxlaqı və mədəniyyəti itirməyə deyilir.)
    İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır"(«Nisa» surəsinin 2-ci ayəsinin məzmunu)
    İmam Sadiq(ə) öz məktubunda dostlarından birinə xitab edərək yazır: "Əgər aqibətinin xeyirlə qurtarmasını və bu dünyadan yaxşı əməl görərkən köçmək istəyirsənsə, Allahın haqqını taptalama. Məbada onun həlimliyinə (helminə) və səbrinə aldanıb nemətlərini günah işlərə sərf edəsən.." (Olmayan malı və ya borcu vəsiyyət edib, bu yolla vərəsələrə zərər yetirərək onların hüququnu pozmaq.)
    Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiq(ə)-in xidmətində əməllərdən söz düşdü. Mən ərz etdim ki, əməllərdə çox zəif və süstəm. İmam belə buyurdu:
    -Sakit ol, Allahdan bağışlanmaq istə, yəni bu qədər naümid olma.
    Sonra isə buyurdu:
    -Heç şübhəsiz, təqva ilə görülən az əməl təqvasız görülən çox əməldən yaxşıdır.."(«Qürər»in fəslə görə mündəricatı: səh.127).
    Müfəzzəl yaxşı əməllər sahibinin təqvası olmadığı barədə soruşduqda İmam cavab verdi: "Elə şəxslər var ki, insanlara yemək verir, qonşuları ilə mehriban, evlərinin qapısı hamının üzünə açıqdır, amma ilkin mərhələdə rəftarında günaha bataraq nəfsin cilovunu əldən verirlər. Bununla da itaətdən boyun qaçıraraq günaha batırlar. Lakin elə adamlar da vardır ki, bu cür gözəl işləri yerinə yetirmək onlara nəsib olmur, ancaq özlərini günah və hər cür çirkinlikdən qoruyurlar."(Həmin mənbə: səh.314)
    Yemək-içmək və əməldə haramşeylərdən çəkinmək
    Allah-təala buyurur:
    "İnsan hələ bir yeməyinə baxsın!" («Əbəsə»-24)
    Həzrəti-Əli(ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: "Yeməyinin halallığında şübhən olsa, onu yemə."(Biharül-ənvar» (Beyrut çapı) XIV, səh.331)
    Buna görə də mömin bəndə ilk növbədə yemək və əməllərinin haram olmamasına diqqət yetirməlidir. Bu məsələ, xüsusilə günah üçün şərait yaradan şəhvət qüvvəsinin ən çılğın vaxtı olan gənclik dövrünün əvvəllərində gözə çox çarpır. Bunun üçün də qəlb və gözü hər cür çirkinlikdən qoruyub pak saxlamaq lazımdır ki, insan gözəl əhval-ruhiyyə ilə səmada qanad çalıb sirli aləmdə peyğəmbər, siddiq, şəhid və salehlərlə birgə olsun.(«Təfsiri-nurus-səqəleyn» IV c, səh.82. Heyvanların və quşların danışması barədə artıq məlumat toplamaq üçün bax: «Təfsiri-Qürtəbi» XIII, s.165, 166, «Nurus-səqəleyn» təfsiri IV c, səh.77. Zoologiyada da heyvanlar arasındakı ünsiyyət haqqında maraqlı faktlar var.
     )
    Təqva əhli açıq-aydın haramlardan çəkinməkdən əlavə, şübhəli yemək və fitnəkar baxışlardan da özünü qoruyur. Bu yolda uğur qazanmaq istəyənlər şəriətdə caiz olmayan (qadağan edilmiş) məşğuliyyətlər, ləyaqətsiz və nadürüst adamlardan uzaqlaşmalı, şəriətə uyğun işlərdə də bütün vacib qayda-qanunlara riayət edib beytül-malı(«Lisanül-ərəb» XIV, səh.188.) sərf etməkdə həddən artıq ehtiyatlı olmalıdırlar. Əgər o, dövlət məmuru və ya xalqa xidmət göstərənlərdəndirsə, ona həvalə edilmiş vəzifələri layiqincə yerinə yetirməli, öz fəaliyyətini var qüvvəsi ilə xalqa, xüsusən kasıb və zəiflərə xidmət göstərməyə həsr etməlidir.
    İtirilmiş vaxtların əvəzi ödənilsin deyə, ehtiyat üçün qanuni vaxtdan bir az artıq işləməli, xüsusilə rəhbər vəzifələrdə çalışan şəxslər öz məsuliyyətlərinə görə çox ehtiyatlı olmalıdırlar.(Nəhcül-bəlağə» (Feyzül-İslam), xütbə №224.)Lakin çox təəssüflər olsun ki, bu mövzuya lazımi qiymət verilmir. Çoxları şüar verməkdə mahir, əməl etməkdə isə süst olub bunun ziddinə gedir, xüsusilə qida qəbulunda və şəhvani (cinsi) məsələlərdə heç bir şeyə məhəl qoymurlar. Belə şəxslər başqalarından daha çox zərərli olub islama zərbə vururlar. Yemək-içməyin və cinsi münasibətlərin halal-haramlığına fikir verməmək günahlara aludə olmağın başlanğıcıdır. Buna görə də on dörd Məsum(ə) öz hədis və kəlamlarında bu iki amilin nəzarət altında olmasına çox təkid edərək bunu ibadətlərin ən üstünü və riyazətlərin ən dəyərlisi hesab etmişdir.
    Əbu Bəsir deyir: "Bir nəfər İmam Baqir(ə)-in hüzurunda söylədi:
    -Mən əməlimdə zəif və süstəm. Müstəhəb oruc tutmaq mənə az nəsib olur. Lakin əminəm ki, halal yeməkdən başqa bir şey yemirəm.
    İmam Baqir(ə) buyurdu:
    -Hansı ibadət yemək-içməkdə və cinsi məsələlərdə haramdan çəkinməkdən üstündür?»(«Misbahüş-şəriə» XXVI fəsil)
    Başqa bir hədisdə yenə o Həzrət buyurur: "Allah dərgahında yemək-içmək və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur".(«Nəhcül-bəlağə» (Sübhi Salehi) hikmət№392; (Feyzül İslam) hikmət №384)
    Böyük və kiçik günahlar
    Bütün günahlar Allah qanunlarına zidd olduğu üçün böyükdür, lakin müəyyən xüsusiyyət və müxtəlif təsirlərinə görə onlar bir-birindən fərqlənirlər. Onlardan bəzisi çox böyük, bəzisi çox kiçik, bəzisi isə orta səviyyə daşıyır. Aydındır ki, adam öldürməyin günahı adam döyməkdən, zina etməyin (qeyri-qanuni cinsi əlaqə, kəbinsiz) günahı naməhrəmə (özgə qadına) baxmaqdan daha böyükdür. Bu baxımdan burada iki sual meydana çıxır:
    1.–Bütün günahların bir-biri ilə müqayisədə güclü və zəif təsirə malik olduğundan böyük-kiçiyə bölünməsi ümumi və nisbidirmi?
    2.–Fərz edək ki, bu (ümumi) bölüm düzdür. Bəs günahın böyük-kiçikliyi hansı meyarla ölçülür, böyük günahları kiçik günahlardan necə ayırmaq olar?
    Birinci suala cavab olaraq demək lazımdır ki, günahların bir-biri ilə müqayisədə böyük və kiçik olmasına baxmayaraq, onların bu bölümü nisbi xarakter daşıyır, yəni bir günahın özündən böyük günaha nisbətən kiçik və özündən kiçik günaha nisbətən böyük hesab olunması mümkündür. Amma əvvəldə qeyd etdiyimiz «Quran» ayələri və məsumların hədisləri ümumi yekunlaşdırmada günahları iki qismə bölmüş və bu bölüm üçün də ümumi meyar söyləmişlər. Ümumi bölümdə günahlar iki böyük və kiçik qrupa ayrılmış və hər bir qrup xüsusi sırada yerləşmişdir. Bu baxımdan kiçik günahlardan heç biri böyük günahların sırasında və böyük günahlardan da heç biri kiçik günahların sırasında yerləşmir. Lakin günahlara başqa nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
    Günahlar Allah qanunlarından boyun qaçırılmasına və itaət edilməməsinə görə çirkin və iyrəncdir. Heç bir günah bu cəhətdən kiçik deyildir, belə ki əgər bir şəxs Allaha boyun əyməməyi kiçik hesab edərsə, onun özü böyük günaha batmış olar. Həzrəti-Əli(ə) buyurur: "Ən böyük günah odur ki, insan etdiyi günahı kiçik hesab etsin."(«Nəhcül-bəlağə» (Feyzül İslam) hikmət 140.)
    "Bütün günahlar böyükdür, onlardan ən böyüyü odur ki, onunla insanın sümüyü möhkəmlənsin, çünki günahkar ya əzaba düçar, ya da Allahın rəhmətinə şamil olacaq. Cənnətə yalnız paklar daxil olarlar. (yəni əti günahla bərkimiş behiştə daxil ola bilməz)"(«Nəhcül-bəlağə» (Sübhi Salehi) səh.476 №40)
    Başqa bir hədisdə nəql olunur ki: "Kiçik günahlardan çəkinin (Nəzərinizdə kiçik hesab etdiyiniz günahlardan çəkinin). Çünki onları istəyənlər ardınca düşərlər.»
    İnsan bəzən günahını görməməzliyə vurub: «Eybi yox, indi bu günahı edirəm, sonra gedib tövbə edərəm,»-deyərək özünü aldadır. Bu barədə Allah-təala buyurur:
    "Biz qabaqcadan və sonradan yerinə yetirdikləri hər bir əməli azaldıb-çoxaltmadan qiyamət məhkəməsində hesaba çəkərik" və yenə buyurur: "Əgər xaş-xaş dənəsi ölçüsündə bir əməl daşların arasında, göylərdə və ya yerdə gizlənmiş olsa belə, Allah-təala onların hamısını gətirər, (və hesabını çəkər) Allah mehriban və hər şeyi biləndir."(

    «Nəhcül-bəlağə» (Sübhi Salehi) səh.476 №40

    )
    Təkrar etməyi özümüzə lazım bilirik ki, günahların yuxarıdakı bölgüsü nisbidir. Onlar yalnız bir-biri ilə müqayisədə böyük və kiçik ola bilərlər.
    Əməli və icraçı qəbihlik
    Hər iki bölümdə (kiçik və böyük) günahın güclü və zəifliyi iki amildən-əməli və obyektiv (icraçı) qəbihlikdən asılıdır. Əməli qəbihlik günahkar şəxsin şərait və daxili xüsusiyyətlərindən asılı olmayaraq, hərəkətin özündə olan çirkinliklə qüsurlara aiddir. Obyektiv qəbihlik isə əməlin xüsusiyyətlərinə baxmayaraq, günahkar şəxsin zehni və ruhi vəziyyətinə bağlıdır. Günahkar şəxsin şəraiti isə qanuna boyun əyməməsindən, Allah qanunları qarşısında olan üsyankarlıq və inadkarlığından, Tanrı və insanların hüququna əhəmiyyət verməməsindən ibarətdir. Bütün günahlar yalnız bu cəhətdən (obyektiv qəbihlik cəhətindən) böyükdürlər. Çünki bilərəkdən və ixtiyari olaraq böyük və mehriban Allahın qanunlarından boyun qaçırmaq çox çirkin və iyrəncdir. Qütb Ravəndi belə yazır: "Allah-təala Üzeyir(ə)-ə belə vəhy etdi: "Ey Üzeyir! Günaha batmış olarkən onun kiçikliyinə baxma, bax gör kimin qarşısında günah edirsən.."(«Nəhcül-bəlağə» (Feyzül İslam) xütbə №175)
    Bütün bunlarla belə obyektiv qəbihliyin özü də bütün günahkarlarda eyni deyildir. Çünki bir şəxsin şəhvət qüvvəsinin tüğyan etməsi nəticəsində günah etməsi mümkündür, amma başqa birisi həmin günahı dinsizlik və pozğunçuluq törətmək fikri ilə də yerinə yetirə bilər. Şübhəsiz, ikincinin günahı birincidən daha böyükdür, çünki ikincinin günah etməkdə məqsədi insanları pozğunçuluğa və əxlaqsızlığa çəkməkdir. Bu cür günah o qədər böyük və iyrəncdir ki, onun icraçısı bu günahı təkrar etməklə "müfsidün fil-ərz" "yer üzündə fitnə-fəsad törədən" kimi tanınıb, bəzən də edam olunmağa məhkum olur. Birinci isə bunun əksinə olaraq, bu cəzaya layiq deyil.
    Buna görə də həm əməli qəbihlikdə və həm də obyektiv qəbihlikdə güclülük və zəiflik mövcuddur. Həmin bu zəiflik və güclülük bir günahın bəzən hər iki cəhətdən böyük, bəzən də hər iki cəhətdən kiçik hesab olunmasına səbəb olur. Belə ki, əməli qəbihlik baxımından böyük, obyektiv qəbihlik baxımından isə kiçik və yaxud əksinə, əməli qəbihlik baxımından kiçik, obyektiv qəbihlik baxımından isə böyük hesab olunması mümkündür. Bu müqəddimələrə diqqət yetirməklə mövzunu yekunlaşdıraraq iki mühüm nəticə əldə edirik:
    1.Günahlar Allahın qadağan etdikləridir.
    Günah sahibi olmamağa çalışan bəndələr ona yaxınlaşmaqdan da çəkinməlidir. Tanrı buyurur:
    "Bunlar (bu hökmlər) Allahın sərhədləridir, bunlara yaxınlaşmayın!" («Bəqərə»-187)
    "Bunlar Allahın hökmləridir, onlardan kənara çıxmayın". («Bəqərə»-229) Əlbəttə, "Bunlara yaxınlaşmayın" ifadəsi daha məqsədəuyğundur, çünki bu ifadədə sərhədə yaxınlaşmaq, o biri ifadədə isə sərhədi aşmaq qadağan olunmuşdur.
    Uca Yaradan başqa bir ayədə buyurur: "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər" («Furqan»-72)
    "Zinaya da yaxın düşməyin! Çünki o, çox çirkin bir əməl və pis bir yoldur". («İsra»-32)
    Allah-təala bütün bu ayələrdə xəbərdarlıq edir ki, günah sərhədinə yaxınlaşmayın, hər kim qadağan olunmuş sahənin yanından keçərsə, çox ehtimal ki, ora daxil olub həlak olar. Elə həmin bu məzmunda Peyğəmbər(s) və pak İmamlardan(ə) nəql olunmuş çoxlu rəvayətlər bizə gəlib çatmışdır ki, onlardan bəzisinə işarə edirik: Peyğəmbər(s) buyurur: "Əməllər üç növdür: aşkar halal, aşkar haram və tam surətdə hökmü məlum olmayan, onların arasında şübhə doğuranlar. Deməli, hər kim şübhəli əməlləri tərk etsə, haram əməllərdən də xilas olmuşdur. Şübhəli əməlləri yerinə yetirən, çox ehtimal ki, harama düşüb, bilməyərəkdən həlak olar."(«Nəhcül-bəlağə» (Sübhi Salehi) Hikmət №381)
    Həzrəti-Əli(ə) buyurur: "Dünyanın işi üç cürdür: aşkar halal, aşkar haram və ikisinin arasında qalan şübhəlilər. Kim şübhəli əməllərdən çəkinsə, o, təqvalıdır, çünki günahlar Allahın qadağan etdiyi sahədir, hər kim öz sürüsünü qadağan olunmuş sahənin kənarında otararsa, oraya daxil olmaq ehtimalı var".(«Əlməhasin və əlmusaviyi-Beyhəqi» I c, səh.166.)
    Bunu da qeyd edək ki, bu bəhsi xatırlamaqda, ayə və hədisləri dəlil gətirməkdə məqsədimiz heç də hədisçilərin nəzəriyyəsini təsdiqləmək deyildir, əksinə, bunları yada salmaqda məqsədimiz günahdan çəkinməyin vacibliyini sübut etməkdir. Belə olan surətdə şeytani və nəfsani vəsvəsələr insanı günah işlətməyə təhrik edə bilməz. Bu, bir növ Allah yolunu tutan möminlərin xüsusi diqqət yetirməsi lazım olan riyazət və məşqdir. Əgər insan bu işə qədəm qoymasa, günahları tərk etmək ona nəsib olmaz.
    2.Günahı israrla təkrar etməmək.
    Günah nə qədər kiçik olsa da, insan ondan uzaqlaşmalıdır. Əgər insan nəfsani qüvvələrin coşması və ya günahı kiçik sanma nəticəsində bir günaha batmış olarsa, dərhal Allahı yad edib peşmançılıqdan doğan göz yaşları ilə günahını yusun və tövbə etsin. Allah-təala bu haqda buyurur:
    "O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar". («Ali-İmran»-135)
    Buna görə də insan gərək heç vaxt günahı kiçik hesab etməsin. Əmirəlmöminin Əli(ə) buyurur:
    "Ən pis günah odur ki, sahibi onu kiçik sansın".(«Üsuli-kafi» II c, səh.114 «Sükut və hifzi-lisan» fəsli, hədis №9)
    "Az günahı kiçik hesab etməyin, çünki kiçik günahlar sizin hesabınıza yazılıb təkrar olunduqca böyük günahlara çevrilər".(«Əlhəqaiq fi məhasinil-əxlaq» (İslamiyyə çapı 1378 h.q.), səh.66)
    "Allah-təala dörd ünsürü dörd ünsürdə gizlətmişdir. Onlardan biri əmrlərinə itaət etməməkdə gizlətdiyi qəzəbidir. Ona görə də heç bir günahı kiçik sanma. Ola bilsin, onun içində Allahın qəzəbi olsun və sən də bunu bilməyəsən".(Məşhur bir şerin məzmunu)
    Günahı təkrarlamağın nəticəsi
    Günahı təkrar etməklə insanın küfr və dinsizlik sərhədinə yaxınlaşması mümkündür. Allah-təala buyurur:
    "Sonra de: Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" («Rum»-10)
    Niyə görə günahı təkrar etməyin ardınca belə bir aqibət gəlir?
    Çünki günahı təkrar etməklə insan qəlbi qaralır. Günah öldürücü bir zəhərdir, əgər qarşısı alınmasa, insanın daxili orqanlarını zəhərləyib onu məhv edər.
    İmam Sadiq(ə) buyurur: "Atam İmam Baqir(ə) söylədi: "Qəlb üçün günahdan çox ziyanverici bir şey yoxdur. Elə ki qəlb günahla qarışıb onunla əlbəyaxa olur, nəhayət, günah qəlbə üstün gələrək onu alt-üst edir."(

    «Məhəccətül-beyza» V c, səh.193.

    )
    Yəni qəlb əvvəlki vəziyyətinə görə mələkuti (insani) və üzü Allaha tərəfdir, lakin günah nəticəsində onun üzü dönüb nasuti (heyvani) və şeytani olur. İmam Sadiq(ə) buyurur: "Günah insanı ibadət və təhəccüddən (gecə ibadətləri) məhrum edib Allah ilə münacat etməyin ləzzətini ondan alır. Günahın təsiri iti bıçaqdan da təsirlidir".(

    «Məhəccətül-beyza» V c, səh.192.

    Nəraqi söyləmişdir: "Məbada bir şəxs belə düşünsün ki, günah onun ətəyindən yapışmaz. Bu, mümkün olan iş deyil. Hətta peyğəmbərlər fəzilətli əməlləri tərk etməkdən yaxa qurtara bilmədilər, o ki qaldı başqaları. Sözsüz ki, Allah-təala öz peyğəmbər və övliyalarını istədiyindən onları elə bu dünyada ayıldır ki, axirətdə asudə olsunlar, amma kafir və fasiqlər bu nemətdən məhrumdurlar. Onlara o qədər möhlət verilər ki, öz günahlarını artırıb daha çox əzaba layiq olarlar.”(«Misbahüş-şəriə» XXVII fəsil)
    İmam Sadiq(ə)-dən belə nəql olunur: "Əgər Allah-təala bir bəndə üçün yaxşılıq istəyərsə, onun günahlarının cəzasını bu dünyada qabağa salar. Yox əgər onun pisliyini istəyərsə, ona bir az da möhlət verər ki, Qiyamət günü onu möhkəm cəzalandırsın".(«Vəsailüş-şiə» XI, səh.397) Bu kəlam eyni ilə «Ali-İmran» surəsinin 178-ci ayəsinin məzmunudur:
    "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!"
    Günahın böyük və kiçikliyinin ölçüləri
    Keçən bəhslərdə günahın böyüklüyünün və kiçikliyinin iki amildən (əməli və icraçı qəbihlik) asılı olduğu məlum oldu. Bu bölmədə öyrəndik ki, kiçik günahlarda olduğu kimi bütün böyük günahlar böyük günah olduğundan oxşar və müştərək pozucudurlar. Əxlaqsızlıqlar və saleh əməllər baradə verilmiş hökmlər şəriət hökmlərindən bizim üçün tam surətdə anlaşılmadığından böyük və kiçik günahları müəyyənləşdirmək üçün bizə bir ölçü lazımdır ki, bunun vasitəsilə onları bir-birindən ayıra bilək. Fiqh, əxlaq, təfsir və kəlam alimlərinin hər biri bu barədə özünəməxsus üsulla diqqətəlayiq qiymətli və dəyərli əsərlər yazıb-yaratmışlar. Amma böyük günahı kiçik günahdan ayırmaq üçün ən yaxşı meyar məsumların(ə) öz kəlamlarında buyurduqları mətləblərdir. Qəti qadağan olunmuş, Allah-təala və Peyğəmbər(s)-in kəlamlarında cəhənnəm atəşi ilə hədələnmiş günahlar böyük, yerdə qalanları isə kiçik günahlar hesab olunur.
    Bəzi rəvayətlərdə bu meyarı xatırlatmaqdan əlavə günahlardan bir neçəsinin adını və xüsusiyyətlərini qeyd etməklə onlar böyük günah kimi qələmə verilmişdir. Başqa rəvayətlərdə günahlardan yeddisi "yeddi məhvedici" kimi adlandırılmışdır.(«Vəsailüş-şiə» XI, səh.397)
    Böyük günahların sayı barədə bir neçə rəy vardır. Bəziləri onun yeddi, bəziləri yetmiş və bəziləri də yeddi yüz olduğunu söyləmişlər. Şəhid Sani "Şərhi-Lümə"də(Həmin mənbə səh.395) yazır: "Böyük günah odur ki, «Quran»da və hədislərdə qadağan olunub, ona əməl edən cəhənnəm əzabı ilə hədələnmişdir". Sonra yenə yazır: "Böyük günahların sayı yeddi yüzə yaxındır". Bu zaman qətl, zina, livat (homoseksualizm), məstedici maddələr qəbul etmək, oğurluq, namuslu və həyalı qadınlara şər atıb töhmət vurmaq, döyüşdən qaçmaq, yalandan şahidlik etmək, ata-anaya ağ olmaq, Allahın qəzəbindən qorxmamaq və onun rəhmətindən naümid olmaq, özgə malını qəsb etmək, qeybət etmək, yalandan and içmək, sileyi-rəhm etməmək (yaxın qohumlara baş çəkməmək), yetim malını yemək, tərəzidə aldatmaq, namazı təxirə salmaq, şəri üzrü olmadan müsəlmanlar haqda, xüsusən Allah və Peyğəmbər(s) barədə yalan danışmaq, haqqı gizlətmək, rüşvət almaq, zalımların yanında müsəlmanların əleyhinə danışmaq, zəkat verməmək, boynuna həcc gələrsə, birinci ildən təxirə salmaq, murdar ət və ya donuz əti yemək, yollarda quldurluq və soyğunçuluq etmək, sehr-cadu ilə məşğul olmaq və s. kimi günahlardan bir neçəsini sadalayaraq yazır: "Bütün bu saydıqlarımız müqəddəs şəriət tərəfindən əzabla hədələnmiş günahlardandır".(«Nəhcül-bəlağə» (Sübhi Salehi), hikmət №374.)
    Sonra yenə yazır: «Allah rəhmətindən naümid olmaq, Onun qəzəbindən qorxmamaq, adam öldürmək, ata-ananın üzünə ağ olmaq, möminə zina etməkdə şər atıb töhmət vurmaq, şəri icazə olmadan yetim malını yemək, döyüşdən qaçmaq, sələm, sehr-cadu, kihanət (ulduz falı), zina, livat, oğurluqla (xüsusilə döyüşlərdə əldə olunmuş qənimətlərdən oğurlamaq) məşğul olmaq, yalan and içmək, vacib əməlləri tərk etmək, yalan şahidlik etmək, haqqı gizlətmək, məstedici maddələr qəbul etmək, beyət və əhd-peymanı pozmaq (istər Allahla olsun, istərsə də insanlarla), sileyi-rəhmi kəsmək (qohum-qardaşla əlaqəni kəsmək, get-gəl etməmək), hicrətdən sonra təərrüb(«Əz-zəriə ilə məkarimuş-şəriə»:səh.96), Allah, Peyğəmbər(s) və İmamlar(ə) barədə yalan danışmaq, qeybət və töhmət vurmaq, həmçinin demişlər ki, bütün müstəhəb əməlləri tərk etmək, suya ehtiyacı olmadığı halda suyun artığını su istəyənə verməmək, sidiyin sızmasından ehtiyat etməmək, ata-ananın söyülməsinə bais olan əməllərə qurşanmaq, vəsiyyətdə israr etmək(«Əl-həqaiq fi məhasinül-əxlaq»: səh.66; «Biharül-ənvar» (Beyrut çapı) XXVIII c, səh.274.) (varislərin hüququnun pozulmasına səbəb olan vəsiyyət etmək)(«Mişkatül-ənvar»: səh.175) Allahın qəza və qədəri ilə razılaşmayıb ona etiraz etmək (bəzi alimlərin əqidəsinə görə), təkəbbürlü olmaq, həsəd aparmaq, möminlərlə düşmənçilik, Məkkə və Mədinədə dinsizlik etmək, sözgəzdirmək və qeybət, şəri icazə olmadan möminin bədən üzvünü kəsmək, murdar əti və başqa nəcis hesab olunan şeyləri yemək, öz məhrəmlərini (ana, bacı, övlad və s.) başqa kişilərə pulla satmaq, kiçik günahları təkrar etmək, pisliklərə sövq edib, yaxşılıqlardan çəkindirmək, yalan danışmaq, vədəxilaflıq, xəyanət etmək, möminləri söymək və lənətləmək, onları incitmək, həddən artıq xidmətçiləri tənbeh etmək, içməli suyu ehtiyacı olanlara verməmək, ümumi gediş-gəliş yolunu bağlamaq, ailə üzvlərini və həyat yoldaşının hüququnu pozmaq, yersiz əsəbləşmək, zülm etmək, vəfasızlıq, ikitirəlik salmaq və riyakarlıq, möminləri təhqir etmək, möminlərin eybini axtarmaq, onları danlamaq, iftira yaxmaq, bədgümanlıq, təqvalı insanı qorxutmaq, tərəzidə aldatmaq, əmr be məruf və nəhy əz munkəri (yaxşılıqlara sövq edib, pisliklərdən çəkindirmək) tərk etmək, məcburi olmadan günah məclislərində oturmaq, məxsusən şərab içmək, dində bidət (dində olmayanları ona artırmaq və ya olanları əksiltmək), bidətçilərlə oturub-durmaq, günahı kiçik sanmaq, qumarbazlıq, haram bir şey yemək kimi günahlarda isə «pisliklərə sövq etmə»dən axıra qədər sadaladığımız günahların böyük günah olması ehtimala görədir, nəinki qəti surətdə haram buyurulmuşdur. Yaxşısını isə Allah bilir".
    Hər halda böyük günahların sayı tam surətdə aydın deyildir. Bəlkə də onların gizlin və şübhəli qalması hər hansı bir günahı icra etməkdə qorxu hissini yaratmaq məqsədilədir. Məsələn, Qədr gecəsinin gizli qalması kimi. Bu gecənin hansı gecə olduğu bilinmədiyindən müsəlmanlar həmin əzəmətli gecəni dərk etmək niyyəti ilə Ramazan ayının bir çox gecələrini əhya saxlayıb (oyaq qalıb) ibadət edirlər. Allah isə ən yaxşısını biləndir.
    QEYD: Əxlaqi fəzilətlərə sahib olmaq üçün ən yaxşı üsul şəhvət və ehtirasa qarşı zidd olub günahdan çəkindirməkdir. İslam dini insanların günaha batmasının qarşısını almaqdan əlavə hətta onları günah fikirləşməkdən də çəkindirir, çünki günahı fikirləşmək qəlbin pak və saflığını pozub, insanı günaha batmağa vadar edir.
    Həzrəti-Əli(ə) buyurur: "Kim çox günah fikirləşsə, günahlar onu özünə tərəf çəkər".(«Üsuli-kafi» II c,səh.113, «Tühəfül-üqul»; səh.332)
    "Bir şey barədə fikirləşmək o şeyin yaranmasına başlanğıcdır.”(«Ehyai-ülumi-din» (Qəzali) III c, səh.108; «Kənzül-ümmal» III c, s.549, hədis №7841.)
    Buna görə də həzrəti-İsa(ə) öz ardıcıllarına buyurur: "Musa ibn İmran sizə göstəriş verdi ki, zina etməyin. Amma mən isə sizə nəinki zina etməməyi, heç zina barədə fikirləşməməyi də tövsiyə edirəm, çünki zinanı fikirləşən insan gözəl təmir olunmuş evdə ocaq qalayan şəxs kimidir. Bu surətdə ev yanmasa da, tüstü onun divarlarını və tavanını qaraldacaqdır".(«Nəhcül-bəlağə» (Feyzül İslam), hikmət №57)
    Gözəl əxlaqa yiyələnmək istəyən və Allah yolunu tutan şəxsin tərk etməsi lazım olan haramlar çoxdur. Biz yalnız nümunə üçün onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Amma insanların çox təəssüflər olsun ki, əksəriyyətinin mübtəla olduğu günahlar dil vasitəsilə baş verdiyindən biz burada ilk olaraq dilin ümumi bəlalarından söhbət açıb sonra isə dil ilə insanda meydana gələn bəzi günahları (qeybət, eyibaxtarmaq, sözgəzdirmək, istehza və s.) burada bəyan edərək bəzi yerlərdə də günahın amil və səbəblərinə qısaca da olsa, işarə edəcəyik. Ondan sonra mömin bəndənin tərk etməsi lazım olan başqa günah və haramların bir neçəsini də sadalayacağıq.


    Category: İslamda Əxlaq 1 | Views: 1073 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024