İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:52 AM
    İslamda qəhrəman qadınlar
    İMAM HADİNİN (Ə) NƏRGİZƏ (Ə) MÜJDƏSİ
    İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: "Müjdə olsun sənə, dünya zülmə qərq olduqdan sonra onu başdan-başa ədalət dolu hökumət nuru ilə dolduracaq bir övladla!”
    Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu babası) Şəmunun yolunu getdi və həmin müqəddəs əqidə və hədəfi davam etdirdi. Allah da ona bu işdə yardım etdi. Sonra o, İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı və Həzrət İmam Zamanın (ə) anası olmaq ləyaqət və iftixarına nail oldu. İmam Hadinin (ə) bacısı onu Seyyidə (Xanım) kimi çağırardı. Bu xoş səadətli qadın hicri 261-ci ildə, bəzi rəvayətlərə əsasən İmam Həsən Əsgəridən (ə) qabaq dünyadan getdi. Onun qəbri Samirra şəhərində İmam Həsən Əsgərinin (ə) məzarının yanındadır.(Bihar, 51-ci cild, səh.6-dan səh.10-a qədər; Rəyahinuş-şəriət, 3-cü cild, səh.24-dən səh.32-yə qədər.) Bu qadının istedad və ləyaqəti onun şəxsiyyətini elə bir məqama çatdırdı ki, bəşəriyyət aləminə nicat verən Ali Məhəmmədin (s) Qaimi (ə) onun təlim-tərbiyəsi ilə böyüdü.
    BİR NEÇƏ GÖRKƏMLİ ŞƏXSİYYƏT VƏ ALİM QADINLARDAN XATİRƏ
    İslam tarixi boyunca digər bir neçə görkəmli alim qadınlar da olmuş və onların hər biri öz dövründə parlayıb nur saçmışlar. Burada sizin nəzərinizi onlardan bir neçə nümunəsinə cəlb edirik.
    ÜMMÜ XALİD
    Ümmü Xalid Məbədiyyə yaxşı və mərifətli şiə qadınlarından idi. Bir zaman o, mədə xəstəliyi tapdı. Müalicə üçün təbibin yanına getdikdə, təbib ona bildirdi: "Bir az şərabla qarut (buğda ya noxud) ununu bir neçə gün ye, yaxşılaşacaqsan”.
    Bu qadın öz-özünə dedi: "Sağalmaq üçün şərab içmək olar, yoxsa yox?”
    Qərara gəldi ki, bu məsələni İmam Sadiqdən (ə) soruşsun. O, Həzrətin (ə) hüzuruna gəldi və əhvalatı Həzrətə (ə) ərz etdi. İmam Sadiq (ə) buyurdu: "Səni onu içməməyə nə məcbur edir?”
    O dedi: "Mən sizə itaət etmək ipini öz boynuma salmışam” (Yəni qiyamət günü deyəcəm ki, Məhəmməd ibn Cəfər (ə) məni əmr və nəhy edəndə, mən də onun əmrlərinə itaət etdim).
    İmam Sadiq (ə) üzünü ona çevirdi və buyurdu: "Ondan hətta bir damcısını da dadma. Yox, and olsun Allaha! Sənə ondan bir damcı da olsun belə içməyə icazə verməyəcəm”.
    Sonra üç dəfə buyurdu: "Ölüm boğaza çatanda (əliylə boğazına işarə etdi) peşiman olacaqsan, anladınmı?”(Vəsailuş-şiə, 17-ci cild, səh.257.)
    ŞƏHİDİ-ƏVVƏLİN HƏYAT YOLDAŞI ÜMMÜ ƏLİ
    Şəhidi-Əvvəl (fiqh kitabı "Lümə”nin müəllifi) kimi tanınmış Şəmsuddinin (876-cı hicri qəməri ilində vəfat edib) həyat yoldaşı Ümmü Əli müctəhidə və pərhizkar qadınlardan idi. Şəhidi-Əvvəl onu tərifləyər və qadınlara, dini məsələləri öyrənmək üçün ona müraciət etmələrini tapşırardı. Onun Rəziyuddin (Məhəmməd), Ziyauddin (Əli) və Cəmaluddin (Həsən) kimi müctəhid oğlanları bu qadının təlim-tərbiyəsi ilə boya-başa çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, ictihad və pərhizkarlığın sərhəddinə kimi çatmışdı. Şəhidi-Əvvəlin göstərişiylə qadınlar din elmlərini ondan öyrənərdilər. O, Şəhidi-Əvvəlin tapşırığı ilə öhdəsinə qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, onu "Sittul-Məşayix” (hədis ustadlarının Xanımı) çağırardılar.(Səfinətul-bihar, 1-ci cild, səh.722)
    MİRZƏ KUÇİK XANIN HƏYAT YOLDAŞI
    Qəhrəman, vəfalı və düşüncəli qadınlardan biri də (ingilis istismarçıları ilə mübarizə aparmış meşə sərdarı) Mirzə Kuçik Xanın həyat yoldaşı idi. Bu xanım ərinin həyatının ən çətin anlarında onunla idi və onunla birlikdə çiyin-çiyinə mübarizə aparırdı. Mirzə ona dedi: "Sən həyatımda mənim üçün elə bir qadınsan ki, ən çətin şəraitdə dağ kimi müqavimətli olmusan və eyni halda mənə olan məhəbbətin bir zərrə də azalmayıb. Həyatda yoldaş və həyatımın, ömrümün şəriki olmağın mənası budur. Sənə minnətdaram! Uca Allahdan sənin üçün ən böyük mükafatı arzu edirəm”.
    Bu sözü dedi, həyat yoldaşı ilə xudafizləşdi və daha qayıtmayıb şəhid oldu.(Sərdare cəngəl, 384.)
    PƏRVİN ETİSAMİ
    Alim və nümunəvi qadınlardan biri də şer divanının müəllifi, şairə qadın Pərvin Etisamidir. O, 1285-ci hicri şəmsi ilində Təbrizdə anadan olub. Hələ ömrünün 35-ci baharını yaşamamış hicri şəmsi 1320-ci il fərvərdin ayının 16-sı, şənbə gecəsi dünyasını dəyişib. Bu qadın çox dərin mənalı şerlərdən ibarət olan divanını özündən yadigar qoyub. Onun məzarı müqəddəs Qum şəhərində Həzrət Xanım Məsumənin (ə) hərəminin böyük səhnində (Astanə meydanı tərəfdən hərəmə daxil olanda, sağ tərəfdəki ikinci otaqda) yerləşir. O xanımın şerlərindən bir neçə sətri sizə təqdim edirik.
    Bil ki, İran qadının nadanlıq etmişdir əsir,
    Həm ərə, həm arvada elmin nuru bir rütbədir.
    Həmçinin buyurub:
    Qadınla kişinin vəzifəsi nə?
    Dənizçi gəmini aparır önə.
    Gəmi möhkəmdirsə, dənizçi aqil
    Tufandan qorxu yox, əldədir sahil.
    BÖYÜK MƏQAM SAHİBİ VƏ MÜCTƏHİDƏ QADIN XANIM İSFƏHANİ
    Haqqında qeyd etdiyimiz qadınlardan biri də möhtərəm alim, filosof, müctəhid, zamanədə nadir və müasir qadın kimi tanınmış Xanım İsfəhani Nüsrət Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan olub. Atası mərhum Hacı Seyyid Məhəmməd Əli Əminut-Tuccar idi. Onun anası da abidə və pak bir qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş yaşında İsfahanın tanınmış və mötəbər tacirlərindən olan öz əmisi oğlu Hacı Muinut-Tuccarla evlənib. O uşaqlıq dövrlərindən istedad sahibi və İslam elmlərini öyrənməyə çox meyilli idi. Onun ustadlarından biri mərhum Ayətullah Hacı Mir Seyyid Əli Nəcəfabadidir. O deyir: "Bir gün eşitdim ki, Xanım İsfəhaninin uşağı dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani dərsi tətil edəcək. Ancaq iki gündən sonra xəbər göndərdi ki, mənzilinə gedib tədris edəm”.
    Bu qadın İslam elmlərindən fiqh, üsul, fəlsəfə və irfanda ictihadın ali dərəcəsinə nail oldu. Böyük alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.(Bu icazələrdən bir hissəsi tərcümə olunmuş "Ərbəinul-Haşimiyyə” kitabının müqəddiməsində gəlibdir. (Bu kitabı mütaliə etmək Xanım İsfəhaninin uca elmi məqamından agah olmaq üçün kifayətdir).)
    XANIM İSFƏHANİNİN ƏSƏRLƏRİ
    O, bir çox kitabların müəllifidir. Onun çap olunmuş əsərləri bunlardır:
    1. Məxzənul-ləali (İmam Əlinin (ə) şəninə yazılıb).
    2. Seyru-süluk dər rəveşe Ənbiya (ə).
    3. Məad ya axərin seyre bəşər.
    4. Əxlaq və rahe səadəte bəşər.
    5. Rəveşe xöşbəxti.
    6. Təfsire Quran be name "Məxzənul-irfan” dər 15 cild.
    7. Nəfəhatur-rəhmaniyyə.
    8. Camiuş-şətat.
    9. Ərbəinul-Haşimiyyə (bu kitab ərəbcə yazılıb və Xanım İsfəhaninin şagirdlərindən biri "Ələviyyə Humayuni” onu tərcümə və çap edib yaymışdır. Bu, Xanım İsfəhaninin ilk əsərlərindəndir).
    Xanım Əmin İsfəhaninin təsis etdiyi "Əmin” qızlar məktəbi və dini dərslər tədris olunan "Fatimə (ə) məktəbi” mədrəsəsi kimi digər işləri də vardı. O xanımın özü də bu mədrəsədə tədrislə məşğul olardı. O, Ələviyyə Humayuni ("Ərbəinul-Haşimiyyə” kitabının mütərcimi) və "Fatimə (ə) məktəbi”nin müdiri kimi şagirdlər yetişdirdi. Xanım İsfəhani 87 yaşında 1361-ci hicri şəmsi ilində İsfahan şəhərində dünya ilə vidalaşdı.(Ərbəinul-Haşimiyyə” kitabındakı müqəddimənin xülasəsi.)
    Beləliklə, nəticə alırıq ki, "Tövbə” surəsinin 31-ci ayəsində "Onlar kişilərlə bərabər fəsadla mübarizə və əmr be məruf, nəhy əz münkər meydanına gələr” buyurulduğu kimi, qadınlar müxtəlif sahələrdə ali dərəcədə elmi və siyasi tərəqqilərə nail ola bilər, ağır məsuliyyətli işləri öhdəsinə almaq ləyaqətini tapar və böyük şəxsiyyətli kişi və qadınlar yetişdirib cəmiyyətə təhvil verə bilərlər.
    İMAM XOMEYNİNİN QADININ ŞƏNİNƏ BUYURDUĞU MÖHTƏŞƏM BƏYANATLAR
    Qadın kimdir və tarix dünyada necə qadınların olduğunun şahididir. Biz də İslamın necə qadınlar yetişdirdiyini görmüşük.
    İslam tərbiyəsi almış bu qadınlar qan, can verməklə, küçələrdə yürüşlər edərək bu hərəkatı qələbəyə çatdırdılar. Bu hərəkat qadınların sayəsində qələbə qazandı. Çünki kişilər küçələrdə yürüş edəndə, qadınlar onları bu işə sövq edirdilər. Qadın elə bir məxluqdur ki, məhv olunmayan (İlahi) bir qüdrətlə şeytani qüdrəti aradan apara bilər. Həmin bu qadını Rzaxan və oğlunun dövründə öz məqamından aşağı səviyyəyə endirmişdilər. Ey möhtərəm qadınlar! Bu cür şeytanlara aldanmayın. Bunlar sizləri pozğunluq bataqlığına çəkmək istəyirlər. Bunlar hiyləgərlik yolundadırlar. İslam dini isə sizin üçün xoş səadət yaradır. Sabah (cəmadiəs-sani ayının 20-si, Fatimə Zəhranın (ə) anadan olduğu gün) qadınlar günüdür. Elə bir qadın günüdür ki, iki aləm onunla fəxr edir və qızı (Zeynəb (ə)) zalım hökumətlər qarşısında durub, niqt söylədi. Elə bir adamın qarşısında durdu ki, əgər kişilər onun qarşısında nəfəs alsaydılar, hamısını öldürərdi. Lakin o qorxmayıb Yezidin hökumətini məhkum etdi və ona dedi: "Sən adam deyilsən”.
    Qadın gərək belə bir məqama malik olsun.(1358-ci il, qadınlar günü münasibəti ilə İmam Xomeyninin (rəh.) bəyanatı.)
    Qadın da kişilər kimi bütün sahələrdə hüquqa malikdir. Lakin həm kişiyə bəzi şeylər haramdır (bəzi fəsadların yaranmasına görə), həm də qadına. İslam istəyir ki, qadın kişinin əlində oyun-oyuncağa çevrilməsin.(İmam Xomeyninin bəyanatlarından, 1357/9/16 tarixində.)
    Category: İslamda qəhrəman qadınlar | Views: 850 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024