İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:28 AM
    İslamda ailə 2
    İYİRMİ ALTINCI FƏSİL
    VALİDEYNLƏRİN ÖVLAD ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
    Valideynlərin hüquqlarını qorumaq olduqca ağır, incə və dəqiq məsələdir. Bunun öhdəsindən yalnız həqiqi mömin gələ bilər. Hansı ki, o möminin xüsusiyyətləri Quranda qeyd olunmuşdur:
    «Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq «Eşitdik və itaət etdik!» deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər ‒ məhz belələri uğura çatanlardır (əbədi səadətə - cənnətə qovuşanlardır)»(«Nur» surəsi, ayə 51-52.)(«İsra» surəsi, ayə 23-24.).
    İndi isə Allah-təalanın valideynlər haqqındakı hökmünə nəzər salaq:
    «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara «uf» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb, «Pərvərdigara! Onlar məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» de»(2,-cild, səh. 157, hədis 1.).
    Bu ayələrdə valideynin haqqı Tanrının haqqından sonra qeyd olunmuşdur. Bu ardıcıllıq məsələnin əzəmətini göstərir.
    Çox dəyərli «Kafi»(«Ali-İmran» surəsi, ayə 92.) kitabında bu ayələrin həqiqi təfsiri imam Sadiqdən (ə) rəvayət olunan bir kəlamda buyurulmuşdur.
    Sözügedən kitabın müəllifi mərhum Kuleyni «qeybəti-suğra» dövründə yaşadığına, qeyd etdiyi rəvayətləri məsum dövrünə yaxın rəvayətçilərdən nəql etdiyinə, yazılışında riayət olunan xüsusi ardıcıllığa, bu günə qədər ona yetirilən böyük diqqət və üsuli-dinin və Əhli-beyt fiqhinin çox mühüm qaynaqlarından olduğuna görə heç bir kitabın malik olunmadığı xüsusi etibar və çəkiyə malikdir.
    Mənə belə gəlir ki, bu ayələrin təfsiri imam Sadiqin (ə) dilindən «Kafi» kimi bir kitabda qeyd olunduqdan sonra valideynlərin hüququ məsələsində heç bir kimsə üçün bəhanə gətirməyə yer qalmır.
    Ravi (rəvayəti nəql edən şəxs) deyir: «Həzrət Sadiqdən (ə) ayənin mənasını soruşduqda buyurdu: «Atan-anaya yaxşılıq etmək onlarla yaxşı, mehriban, səmimi, səbir və hövsələ ilə davranmaq deməkdir. Bu, onlarla acıqlı, qaba davranmamaq, ehtiyacları olduğunu dilə gətirmədən onlara vermək və onlarla görüşməyə, onlara baş çəkməyə getdikdə əli boş getməməkdən ibarətdir.
    Məgər Allah-təala buyurmurmu?
    «Sevdiyiniz şeylərdən (Haqq yolunda) sərf etməyincə, savaba çatmazsınız»(Loğman surəsi, ayə 14-15.).
    İmam Sadiq (ə) buyurur: «Əgər onların biri və ya hər ikisi qocalığın ən düşkün çağına yetdikdə qocalıq, zəiflik və hövsələsizlik üzündən səni incidib darıxdırarlarsa, onlara «uf» belə demə. Əgər səni vurarlarsa, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Yenə sənə əl qaldırarlarsa, onlara «Allah sizin hər ikinizi bağışlasın» de. Bu, həqiqətən, xoş sözdür».
    Daha sonra tövsiyələrini belə davam etdirir: «Onlarla son dərəcə təvazö ilə davran. Baxışlarında mərhəmətli ol. Əlini onların əlindən yuxarı, səsini onların səsindən yuxarı qaldırma. Onların qarşısında oturma, onlardan önə keçmə.
    Onlar üçün dua edərək de: «Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri, böyütdükləri kimi, Sən də onlara rəhm et!»
    Allah-təala digər ayələrdə buyurur:
    «…Mənə və at-anana şükür et. Axır dönüş Mənədir! Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib, Mənə tərəf dönməyin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm».(Züha» surəsi, ayə 6.)
    QƏRİBƏ BİR MƏQAM
    Həzrət Musa (ə) Allah tərəfindən peyğəmbərliyə seçildikdən sonra Fironla yumşaq dillə danışmaq əmrini aldı. Səbəbini soruşduqda, belə bir cavab eşitdi: «O, on beş il sənin zəhmətini çəkib. Südəmər vaxtından cavanlığına qədər səni böyütmək üçün hər bir əziyyətə qatlaşıb. Buna görə də, sənin boynunda atalıq haqqı var. Sən onunla ucadan danışıb, qaba davrana bilməzsən».
    İNCƏ BİR MƏSƏLƏ
    «Mənhəc» təfsirində «الم يجدك يتيما فاوى»(Kafi, 2-ci cild, səh-158.) («Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?») ayəsinin izahında yazılır: «Bu ayədə Allah Peyğəmbərə (s) buyurur: «Sən doğulmazdan öncə atanı dünyadan apardım. Sən uşaq ikən ananı dünyadan apardım. Çünki əgər sağ qalsaydılar, peyğəmbərlik məsuliyyəti ilə ata-ananın hüquqlarına riayət etmək məsuliyyəti sənin üçün ağır olardı.
    ATA-ANANIN HÜQUQLARI HAQQINDA RƏVAYƏTLƏR
    Bir nəfər imam Sadiqdən (ə) soruşdu: «Ən fəzilətli, üstün əməl hansıdır?» Həzrət (ə) buyurdu: «Vaxtında namaz qılmaq, ata-anaya yaxşılıq və Allah yolunda cihad etmək».(Həmən mənbə, səh-159.)
    İmam Sadiq (ə) buyurur: «İnsana ata-anasına ‒ istər diri, istərsə də ölü olsunlar ‒ yaxşılıq etməyə mane olan nədir?»(Kafi, 2-ci cild, səh-159.)
    Bir nəfər o Həzrətdən (ə) soruşdu: «Ata-anam dünyasını dəyişib. Mən nə edim?» Həzrət (ə) buyurdu: «Onların tərəfindən namaz qıl, sədəqə ver, Həccə get və oruc tut».(Vəsail, 21-ci cild, səh-491.)
    ZƏKƏRİYYA İBN İBRAHİMİN MÜSƏLMAN OLMASI VƏ ATA-ANASINA QULLUĞU
    Zəkəriyya deyir: «Mən məsihi idim. Dini təəssübümə baxmayaraq, müsəlmanlığı qəbul etdim. Qəlbim fərəhlə dolu idi. Məkkəyə ‒ imam Sadiqin (ə) yanına getdim. Həzrət (ə) buyurdu:
    - Sualın varsa, soruş.
    Mən dedim:
    - Mənim ailəm məsihidir. Ailəmizdə tək müsəlman mənəm. Anamın gözləri tutulub. Mən bu ailə ilə yaşamağa məcburam. Çünki ata-anamın məndən başqa kimsəsi yoxdur. Mən onlarla birgə yemək yeyir, onların qabından su içirəm.
    - Onlar donuz yeyirlərmi?
    - Yox.
    - Onların donuzla heç bir əlaqəsi yoxdurmu?
    - Xeyr.
    Daha sonra İmam (ə) buyurdu: «Evinizdən çıxma. Valideynlərindən ayrılma. Anana qulluq et. İşlərini gör, onu hamama, ayaqyoluna apar, paltarlarını dəyişdir, yemək yedizdir».
    Kufəyə qayıtdıqda, Həzrətin (ə) bütün tapşırıqlarını həyata keçirdim. Anam «Düzünü de, müsəlman olmusanmı?»-deyə məndən soruşdu. Dedim: «Bəli, sənə göstərdiyim bu qulluq zəmanəmizin imamı, Peyğəmbərin (s) nəvəsi həzrət Sadiqin (ə) göstərişləridir». Anam dedi: «O özü peyğəmbərdir?» Mən: «Yox, o altıncı imam və Peyğəmbər nəvəsidir» dedim. Anam dedi: «Yox, sənin mənimlə davranışın ilahi peyğəmbərlərin göstərişidir. Mən kor olmağıma baxmayaraq, sənin dininin öz dinimdən üstün olduğunu anlayıram. Mənə də müsəlman olmağa kömək et».
    Mənim köməyimlə anam da müsəlman oldu. Zöhr namazını mənimlə qıldı. Şam azanı vaxtı mənə dedi: «Yenə namaz qıl. Mən də səninlə birgə qılım. Çünki mən günorta etdiyim ibadətin ləzzətini anladım».
    Şam namazını da birlikdə qıldıq. Namazdan sonra dünyasını dəyişdi. Həzrətin (ə) buyurduğu «Anan dünyasını dəyişdikdə özün dəfn et!» sözləri yadıma düşdü. Sübh tezdən şiələrə xəbər verdim. Lakin onlar «Keşişə xəbər ver» dedilər. Mən «Anam müsəlmanlığı qəbul etmişdi» dedim. Bundan sonra onların köməyi ilə anamı dəfn etdik».(Həmən mənbə, səh-490.)
    Cabir Cöfi deyir: «Mən imam Sadiqin (ə) yanında olarkən bir kişi ərz etdi: «Valideynlərim əhli-sünnətdirlər. Məzhəbi təəssübləri çoxdur. Onlarla necə davranım?» Həzrət (ə) buyurdu: «Bizim həqiqi şiələrimizlə necə davranırsan?» Kişi «Onlarla eşqlə, məhəbbətlə davranır, problemlərinin həllinə çalışıram»-deyə cavab verdi. Həzrət (ə) buyurdu: «Valideynlərinlə də eləcə davran!»(Bihar, 74-cü cild, səh-59.)
    Həzrət Baqir (ə) buyurur: «Bir gənc valideynləri sağ olduqda onlara çox xidmət edir. Onlar dünyalarını dəyişdikdə vəsiyyətlərində oxuyur: «Oğlum, bizim bir az borcumuz var. Sağlığımızda onu ödəyə bilmədik. Sən bizim borcumuzu ödə». Bu cümlələri oxuyan gənc «Mənə heç bir aidiyyatı yoxdur. Özləri ödəyəydilər» deyir və Allahdan onların bağışlanmağını belə istəmir. Allah mələklərə onu da valideynin üzünə ağ olanlar kimi qeyd etmələrini tapşırır.
    Digər bir gənc isə valideynləri sağ olduqda onların üzünə ağ olur. Lakin onlar vəfat etdikdən sonra borclarını ödəyir və onlar üçün bağışlanmaq istəyir. O, bu hərəkətlərinə görə, valideynlərinə yaxşılıq etmiş şəxs kimi qeydə alınır.»(Bihar, 38-ci cild, səh-196.)
    «Əmali» kitabında imam Sadiqdən (ə) rəvayət olunur: «Həzrət Musa (ə) ərşin kölgəsində gözəl bir sima gördükdə ərz etdi: «Ərşin üzərinə kölgə salan bu şəxs kimdir?» Xitab olundu: «Bu, valideynlərinə yaxşılıq edən və əməl dəftərində söz gəzdirib, ara qatmaq yazılmayan şəxsdir».
    İmam Sadiq (ə) buyurur: «Əgər ölümün sizin üçün asanlaşmasını istəyirsinizsə, qohumlarınıza baş çəkin, ata-ananıza yaxşılıq edin. O zaman ölüm mələyinə «Ölümü onun üçün asanlaşdır»-deyə əmr olunar. Əgər belə edərsinizsə, ömrünüzün sonuna qədər yoxsulluğun nə olduğunu bilməzsiniz».
    Bir şəxs Kəbədə Əbuzərə dedi: «Əlinin (ə) çöhrəsinə çox baxırsan». Əbuzər cavab verdi: «Peyğəmbərin (ə) yanında idim. Mənimlə Həzrətin (ə) arasında fasilə yox idi. Həzrət (s) mənə buyurdu: «Əliyə (ə) baxmaq və ata-anaya mərhəmətlə nəzər salmaq ibadətdir».(Bihar, 74-cü cild, səh-45.)
    Əmirəl-möminin (ə) buyurur: «Allaha qarşı üsyandan başqa, qalan yerlərdə ata-ananın sözünü qəbul et».
    İmam Musa ibn Cəfər (ə) buyurur: «Bir şəxs həzrət Peyğəmbərdən (s) «Atamın haqqını mənim üçün aydınlaşdır»-deyə xahiş etdi. Həzrət (s) buyurdu: «(Övladı) onu adı ilə çağırmasın, onun qarşısında oturmasın və onun söyülməsinə səbəb olmasın».(Tuhəful-uqul, 238.)
    Həzrət Sadiq (ə) buyurur: «Övladlara valideyinlərinə qarşı üç şey vacibdir: hər bir halda onlara təşəkkür etmək, Allaha qarşı üsyandan başqa, qalan yerlərdə onlara itaət etmək, aşkarda və gizlində onların yaxşılığını (xeyirini) istəmək».(Bihar, 74-cü cild, səh. 61-67.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Valideyninə qarşı çıxana deyilər: «Nə edirsən, et. (Onsuz da) Mən səni bağışlamayacağam»;(Həmən mənbə.) «Allah bu dünyada iki şeyin əzabını tezləşdirər: zina (zülm) və valideynin üzünə ağ olmaq»;(Həmən mənbəə).«Ata-anasını qəmləndirən şəxsin üzünə ağ olur».(Həmən mənbə, səh. 82)
    İmam Sadiq (ə) buyurur: «Valideynlərinə acıqla, sərt baxmaq onların üzünə ağ olmağa səbəbdir».
    Bir şəxs həzrət Peyğəmbərə (s) dedi: «Etmədiyim pis əməl qalmayıb. Mənim üçün tövbə qapısı açıqdırmı?» Həzrət (s) «Ata-anan sağdırmı?»-deyə soruşdu. Həmin şəxs «Anam dünyasını dəyişib, atam isə sağdır»-deyə cavab verdi. Rəsulullah (s) buyurdu: «Əgər bütün günahlarının bağışlanmasını istəyirsənsə, atana yaxşılıq et».
    O şəxs məsciddən çıxdıqdan sonra Peyğəmbər (s) buyurdu: «Əgər anası sağ olsaydı, ona yaxşılıq etməklə bağışlanmağa daha yaxın olardı».(Bihar, 13-cü cild, səh-330..)
    Musa (ə) Allahdan üç dəfə tapşırıq istədikdə xitab olundu: «Sənə iki dəfə ananı, bir dəfə isə atanı tapşırıram».(Vəsail, 21-ci cild, səh-490.)
    Həzrət Baqir (ə) buyurur: «Üç şeydə insan üçün azadlıq yoxdur: yaxşılıq və pislik qarşısında əmanətdarlıqda, yaxşılıq və pislik qarşısında vəfadarlıqda və yaxşılıq və pislik qarşısında valideynlərə yaxşılıq etməkdə».(Mənazilül-axirə. Mühəddis Qummi.)
    ŞEYX ƏNSARİ VƏ ANASI
    Böyük fəqih, dahi müctehid şeyx Ənsari anasını hamamın yanına qədər çiynində aparar və hamamçı qadına tapşırardı. Özü isə anasının hamamdan çıxmağını gözləyər və evə gətirərdi.
    O, hər axşam anasının əlini öpməyə gedər və sübh onun icazəsi ilə evdən çıxardı.
    Anası dünyasını dəyişdikdə, hönkür-hönkür ağlayır və deyirdi: «Ağlamağımın səbəbi, anaya xidmət kimi böyük bir nemətin əlimdən çıxmasıdır».
    Şeyx Ənsari anası vəfat etdikdən sonra, məşğuliyyətinin çox olmasına baxmayaraq, onun bütün vacib namazlarını qıldı.
    ANASININ ÜZÜNƏ AĞ OLAN ÖVLAD
    Bir gənc ölüm ayağında idi. Həzrət Peyğəmbər (s) onu yoluğmağa getmişdi. Həzrət (s) şəhadəti ona təlqin edir, o isə üzünü çevirərək şəhadətini demirdi. Həzrət (s) anası olub-olmamadığını soruşduqda, «Bəli»-deyə cavab verdilər. Rəsulullah (ə) gəncin anasını çağırtdırıb ona buyurdu: «Övladından narazısanmı?» Qadın: «Bəli, narazıyam»-dedi. Həzrət (s) buyurdu: «Ondan razı ol. Çünki şəhadətini deyə bilmir, dili bağlanıb». Anası «Ürəyimi parçalayıb, ondan narazıyam»-deyə bildirdi. Həzrət (s) buyurdu: «Mənə görə ondan razı ol». Qadın, yalnız həzrət Peyğəmbərin (s) xatirinə onu əfv etdi. Həzrət (s) ölüm ayağında olan gəncə buyurdu: «Haqqın yeganəliyinə və mənim Peyğəmbərliyimə şəhadət ver». Gənc şəhadət verdi. Həzrət (s) «Öncə nə üçün cavab vermirdin?»-deyə soruşduqda, gənc dedi: «İlk dəfə qəribə bir hay-küy mənə hücum etmişdi. Mən deyə bilmirdim. İndi o hay-küy məndən uzaqlaşıb. Asanlıqla şəhadət verə bilirəm».(Bihar, 74-cü cild, səh-224.)
    İmam Səccad (ə) buyurur: «Anana qarşı diqqətli ol. O səni doqquz ay və ya ondan az heç kəsin heç kəs üçün daşımadığı bir yük kimi daşıyıb. Heç kəsin kimsə üçün çəkmədiyi zəhməti çəkib. Bütün varlığı ilə səni qoruyub. Öz aclığına fikir verməyərək, səni doydurub. Öz susuzluğuna fikir verməyərək, sənə su verib. Özünün geyimi olmasa belə, səni geyindirib. Özü soyuqlayıb, lakin səni ondan qoruyub. Özü istiyə sinə gərərək, səni ondan qoruyub. Sənə görə şirin yuxunu özünə haram edib. Səni soyuqdan, istidən qoruyub. O bütün bunları sənin kimi övladı olması üçün edib. Əgər Allahın yardımı olmazsa, sən onun zəhmətlərinin qarşılığını ödəyə bilməzsən».(Vəsail, 18-ci cild, səh-224.)
    Həkim Nami deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Atam mənə bir ev bağışlayıb. İndi onu əlimdən almaq istəyir. Həzrət (s) buyurdu: «Atan pis iş görüb. Əgər sənə qarşı çıxsa, onun qarşısında səsini ucaltma. Əgər hay-küy salsa, sən onunla yavaş danış».(«Təğabun» surəsi, ayə 14.)
    Category: İslamda ailə 2 | Views: 889 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024