İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:27 AM
    İslamda ailə 2
    İYİRMİ YEDDİNCİ FƏSİL
    ƏR VƏ ARVADIN BİR-BİRLƏRİNİN QOHUMLARINA QARŞI OLAN VƏZİFƏLƏRİ
    QOHUMLAR
    Ər və arvadın bir çox qohumları vardır ki, heç birinin, (ər və arvadın) onların hüququna göz yummağa haqqı yoxdur. Heç biri digərini onların görüşündən məhrum edə bilməz.
    Onların hər birinin ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, bacı uşağı, qardaş uşağı, əmi uşağı, dayı uşağı, baba, nənə və bir çox bu qəbildən olan qan qohumu və yaxud evlənmə yolu ilə qohum olan qohumu vardır. Onların görüşünə getmək, onların problemlərini həll etmək böyük bir ibadət olaraq, əvəzsiz savaba malikdir.
    Qadın ərinin qohumlarına qarşı həssas olmamalıdır. Onların evinə gəlməsinə, yaxud ərinin onların evinə getməsinə mane olmamalıdır. Ən başlıcası isə evinə gəldikdə, onlara pis üz göstərməməlidir.
    Kişi evinin malikidir. Pul, mal-dövlət Allah-təala tərəfindən onun ixtiyarına verilmişdir. Qadının ərinə itaət etməsi şəri baxımdan vacib, onun sözündən çıxması isə haramdır. Ərin qohumlarının get-gəl etməsini nəzarətə alması, ona bu xeyir işdə mane olması əxlaqi normalarla, insani keyfiyyətlərlə ziddiyyət təşkil edir. Həmçinin, ərin də arvadının qohumları ilə əlaqəsini əngəlləməsi səmimiyyətə, sevgiyə və insaniyyətə sığmayan bir addımdır.
    Əgər qadın və ya övlad bu növ yaxşılıqların, ibadətin, qohumlarla xoş münasibətdə olmağın qarşısını almağa çalışarlarsa, onlar Quranın buyuruğuna, insana düşmən kəsilmişlər. Bu, qəlbində kinələr dalğalanan düşmən deyil, insanı səadətdən, dünya və axirət xoşbəxtliyindən məhrum edən düşməndir. Kişi bu kimi məsələlərdə arvadının, yaxud uşağının yanlış tələbinə tabe olmamalıdır.
    Əlbəttə, mömin, məsuliyyət hiss edən qadınlar, bu kimi əxlaqi məsələlərdə ərləri ilə ortaq məxrəcə gəlir, bir çox zamanlar isə ərləri belə məsələlərə etinasız yanaşdıqda, onları bu növ xeyirli işlərə rəğbətləndirirlər.
    Amma Quran Haqqın tələblərinə uymayan qadınları, onun əmrlərinə qarşı çıxan uşaqları kişinin düşməni kimi qələmə verərək, ona yalnız əxlaqi və insani tapşırıqlar verir:
    «Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. (Onlar din və dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah günahları çox bağışlayan və rəhm edəndir!» (Şüəra surəsi, ayə-214.).
    Belə qadın və övladlarla qəzəblə davranmaq məsləhət deyil. Onlar öz qeyri-ilahi tələblərini yürütməkdə olsunlar, siz də Allah yolunda addımlamağınızda.
    Bəzi qadınlar bu məsələdə həqiqətən, ifrata varırlar. Özləri haqqın rəhmətindən məhrumdurlar, ərlərini də onun rəhmətindən, lütfündən məhrum etməyə çalışırlar. Bir çox kişilər heç də qadınlardan geri qalmır və yersiz xırdaçılıqları ilə özlərini Haqqın lütfündən və rəhmətindən məhrum edirlər.
    Bəzi qadınların ərlərini qohumlarla get-gəldən, onların problemlərinin həllinə çalışmaqdan məhrum etmələrinin səbəbi nədir? Nə üçün onlar bu kimi get-gəllərin, mehribanlıqların yalnız öz iradələrindən asılı olmasına çalışırlar?
    İllər, aylar keçir, ər öz qohumlarının, ata-anasının, bacı-qardaşının evinə gəlmələrinin həsrətini çəkir. Halbuki, bütün bu illər, aylar ərzində qadının bütün qohumları istədikləri kimi onun evinə gedib-gəlirlər.
    Bu, kişiyə, onun qohumlarına zülm deyilmi? Bu zülm insanı Allahın rəhmətindən məhrum edən, aqibətini korlayan ruhi xəstəlik deyilmi?
    Bəzi kişilərin öz həyat yoldaşlarına ata-ana, bacı-qardaş evinə getməyi qadağan etmələrinə nə ad qoymaq olar?! Onlar qadını bir əsir kimi öz ixtiyarlarında saxlayırlar. Bu, Allah-təalanın nifrətinə səbəb olan, insanı Onun mərhəmətindən məhrum edən şeytani bir hərəkətdir.
    Qurani-məcid sileyi-rəhim (qohumlarla xoş münasibətdə olma) barəsindəki ayələrdən başqa, iyirmi üç dəfə qohumlardan söhbət açmış və onlar haqqında tövsiyələr etmişdir.
    Mömin şəxsin həyatın bütün sahələrində Peyğəmbərdən (s) dərs almalı olduğunu nəzərə alsaq, onun vəzifələrindən birinin qohumlarını hidayət etmək olduğu qənaətinə gəlirik. Əgər qohumlarının hidayət olunmalarına ehtiyac duyulursa, ömrünün sonuna qədər bu vəzifə insanın üzərindən götürülməyəcəkdir.
    «Ən yaxın qohumlarını qorxut!». («Bəqərə» surəsi, ayə 83.)
    İnsanın bəzən həyat yoldaşının və özünün qohumlarını evinə toplayıb onlara bacardığı qədər nəsihət verməsi, halal-haramı onlara tanıtdırması, onları fiqhi və şəri məsələlərlə tanış etməsi çox gözəl və bəyənilmiş işdir. İnsanları ilahi əməllərə doğru yönəltmək peyğəmbərlərin, imamların işinə bənzər bir iş olaraq, böyük savaba malikdir.
    Əllamə Məclisi hər cümə axşamı bir çox qohumlarını evinə yığar və onlara nəsihət verərək, doğru yola yönəldərmiş. Çünki elmi də paylamaq, mal-dövlət paylamaq kimi bəyənilmiş işlərdəndir.
    Qurani-məciddə qohumlara yaxşılıq etmək Allaha ibadət, ata-anaya yaxşılığın ardınca qeyd olunmuş və bununla da, qohumlarla xoş münasibətin əzəmətini, əhəmiyyətini nümayiş etdirmişdir.
    «…Allahdan qeyrisinə ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza…yaxşılıq edin…»(«Bəqərə» surəsi, ayə 177.).
    İnsan fitrətcə mal-dövlətə bağlıdır. Əgər belə olmasaydı, heç bir kəs iş dalınca getməzdi. Zəhmətlə qazanılan mal-dövlət insanın məşuqudur. Qurani-kərim insandan qohumlarının problemlərinin həlli, yaşamlarının rifahı üçün bu məşuqundan əl çəkməsini istəyir. Bu mömin və sədaqətli insanların xüsusiyyətlərindəndir.
    «…Yaxşı əməl sahibi, əslində, Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə inanan, malını (yoxsul) qohum-əqrabaya…sərf edənlərdir»(«Nisa» surəsi, ayə 8.).
    Qohum-əqrabanın (istər qan qohumu, istərsə də izdivac yolu ilə qohum olanlar) insanla münasibəti, əlaqəsi çox mühümdür. Belə ki, insan öldükdən sonra onun vərəsələrindən hesab olunurlar. Bu mövzuda bir Quran ayəsinə nəzər salaq;
    «Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin…»(Ən’am surəsi, ayə 152.).
    Qohumların hörmətini qorumaq o qədər mühümdür ki, Quran onlarla danışarkən ədalətli olmağa çağırır: «…Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun…»(«Nəhl» surəsi, ayə 90.)
    Qohumlarla təhqiredici şəkildə danışmaq, onlara qarşı hörmətsizlik göstərmək və onlara əhəmiyyət verməmək şəriətə zidd və qeyri-əxlaqi bir işdir.
    Mehriban Allah hamını ədalətə, yaxşılığa səsləyərkən, qohumları xüsusi vurğulayır:
    «Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur…»(«Nisa» surəsi, ayə 135.).
    İnsana məhkəmədə şəhadət verdiyi zaman ədalətli olmağı, haqqı, həqiqəti gizlətməməyi tapşırır. Bu qohumlarının zərərinə belə olsa.
    «Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allaha şahid olun»(«Tövbə» surəsi, ayə 113.).
    «Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz»(«Mücadilə» surəsi, ayə 22.).
    Digər bir ayədə isə möminlərə Allahın və Peyğəmbərin (s) düşməni olan qohumları ilə dostluq etməmək tapşırılır(Bihar, 100-cü cild, səh-244.).
    Bu iki qadağandan başqa, bütün hallarda qohumlarla ünsiyyətdə olmaq zəruridir. Ər və arvad bir-birlərini bu ilahi nemətdən məhrum edə bilməzlər.
    Mənim kişi və qadınlara tövsiyəm budur ki, Quranın 23 ayəsinin buyruğuna əsasən, qohumlarına hörmət edib, onlarla daim xoş münasibətdə olsunlar. Yoxsullarına imkanları qədərincə yardım göstərsinlər.
    Qadın bu məsələyə xüsusi diqqət yetirməli və ərinin ondan narazı olmasına səbəb olmamalıdır. Çünki ərin narazılığı Allahın narazılığıdır və əri ondan razı olmayan qadının heç bir müstəhəb və vacib əməli qəbul olunmaz.
    İmam Sadiq (ə) buyurur: «Ərini incidib qəmləndirən qadın məlundur, məlun!»(«Nisa» surəsi, ayə 1)
    Qadının ərini incitdiyi yerlərdən biri də, onu qohumları ilə ünsiyyətdə olmaqdan məhrum etməsidir. O, bu vasitə ilə özünü də Allahın rəhmətindən məhrum edir.
    Category: İslamda ailə 2 | Views: 893 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024