İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:26 AM
    İslamda ailə 2
    İYİRMİ DOQQUZUNCU FƏSİL
    AİLƏ XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİNİN SƏBƏBLƏRİ
    XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK
    Xoşbəxtlik və bədbəxtlik insanın əməllərinin, əxlaqının, əqidəsinin məhsuludur. Gözəl əxlaq, saleh əməl xoşbəxtliyə, həmçinin pis əxlaq, çirkin əməl, Haqq yolunu azmış əqidə isə bədbəxtliyə səbəb olur.
    Xoşbəxtlik dünya və axirətdə xoş gün görmək, bədbəxtlik isə dünya və axirətdə qaragün olmaqdır.
    Haqqın rizası əbədi behişt xoşbəxtliyinin məhsulu, Haqqın nifrəti, daimi şiddətli əzab isə bədbəxtliyin acı meyvəsidir.
    Bütün müsəlman ailələrin bu iki həqiqətə ‒ xoşbəxtlik və bədbəxtliyə diqqət yetirmələri zəruridir.
    Ər və arvad evliliyin ilk günlərindən başlayaraq, əl-ələ verib xoşbəxtlik amillərini özlərinə cəlb və bədbəxtlik amillərini isə tərk etməlidirlər. Nəticədə isə, onların ailələri sağlam və pak bir mühitə çevrilməlidir.
    Bu məsələ və onun amilləri Quranda və rəvayətlərdə geniş şəkildə açıqlanmış, camaata özlərini xoşbəxtlikdən məhrum edib, bədbəxtliyə sürükləməmələri haqqında xəbərdarlıq edilmişdir.
    Burada ailə quruluşu ilə bağlı ‒ onu xoşbəxtlikdən məhrum edib bədbəxtliyə sürükləyən ‒ bir neçə əxlaqi məsələyə toxunur və ailələrin daha çox ehtiyacı olduğu iman və əməl məsələsinin geniş mütaliəsini onların öz öhdəsinə qoyuram.
    Ailələr, xüsusilə də İran ailələri Allaha, qiyamətə, nübuvvət və imamətə inanır, namaz, oruc, həcc və s. kimi vacib əməlləri yerinə yetirir, haram yeməkdən çəkinir, məhrəm və naməhrəm məsələsinə lazımi şəkildə riayət edirlər. Ailələrin zəif cəhəti bəzi əxlaqi məsələlərə riayət etməmələridir. Bu səbəbdən, lazımi qədərincə bu məsələni izah etməklə kifayətlənirik.
    İNSAF
    İnsaf ədalət, digərlərinə xidmət göstərmək, özü üçün istədiyini digərləri üçün istəyib, istəmədiyini isə digərləri üçün də istəməməkdir. Bu, ər və arvad, həmçinin övlad və valideyn arasında öz əksini tapmalı və hər bir kəs digərlərinə qarşı insaflı olmalıdır.
    İmam Sadiqin (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət etdiyi bir hədisində buyurulur: «Camaatın ən ədalətlisi özü üçün bəyənib istədiyini camaat üçün də bəyənib istəyən, özü üçün bəyənib istəmədiyini camaat üçün də bəyənib istəməyən şəxsdir».(Həmən mənbə, səh. 25-28.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Yoxsula yardım göstərən və digərlərinə qarşı insaflı olan şəxs həqiqi mömindir».(Həmən mənbə)
    Rəsulullah (s) Əliyə (ə) buyurur: «Üç şey imanın göstəricisidir: yoxsul halda sədəqə vermək; hamıya qarşı insaflı olmaq; elm istəyənə elm öyrətmək».(Həmən mənbə)
    Bir kişi həzrət Peyğəmbərə (s) dedi: «Mənə, behiştə yetməyimi asanlaşdıran bir əməl öyrət». Həzrət (s) buyurdu: «Qəzəblənmə, camaata əl açma və özün üçün istədiyini başqası üçün də istə».(Bihar, 72-ci cild, səh-33.)
    Əli (ə) buyurur: «Xəbərdar olun! Allah camaata qarşı insaflı olan şəxsin izzətini artırar».(Həmən mənbə, səh. 51-52.)
    Bir-birlərinə qarşı insaflı olan ailə üzvlərinin yaşamı necə də şirindir! Belə ailələrdə hamı özü üçün bəyəndiyini digərləri üçün də bəyənir, özü üçün bəyənmədiyini isə digərləri üçün də bəyənmir.
    Ailədə istirahət yalnız kişiyə, uşaqlara, çətinlik, əziyyət isə yalnız qadına məxsus olmamalıdır. Hamı ev işlərində şərik olmalıdır. Bununla ailənin səadəti təmin olunar və onun üzvləri bədbəxtliyin hücumundan amanda qalarlar.
    MÜLAYİMLİK VƏ KEÇİNMƏ
    Ailədə bir-biri ilə mülayim, yumşaq davranmaq İslamın göstərişi olmaqla yanaşı, böyük bir savaba malikdir.
    Həzrət Peyğəmbər (s) buyurur: «Mülayimcəsinə keçinmək bərəkət, kobudluq isə bədbəxtlik və nəhslik gətirər».(Həmən mənbə)
    Rəsulullah buyurdu: «Sizə cəhənnəm odu haram olan kimsəni tanıtdırımmı?». Məclisdəkilər «Bəli»-deyə cavab verdilər. Həzrət (s) buyurdu: «O, mülayim, insaniyyətə yaxın, yumşaqxasiyyət və hər şeyi asanlaşdıran şəxsdir».(Həmən mənbə)
    Musa (ə) Allah-təalaya ərz etdi: «Pərvərdigara! Heç kəsin pislik görmədiyi, hamıya yaxşılıq edən şəxsin mükafatı nədir?» Xitab olundu: «Qiyamət günü od həmin şəxsə deyəcək: «Sənin mənə tərəf yolun yoxdur».(Həmən mənbə, səh. 53-54.)
    Həzrət Peyğəmbərdən (s) soruşdular: «İslamın ən gözəl tapşırığı hansıdır?» Rəsulullah (s) buyurdu: «Bütün müsəlmanların onun əlindən və dilindən amanda qalması».(Həmən mənbə.)
    Peyğəmbəri-əkrəm (s) buyurur: «Allahın və Onun rəsulunun yanında iman, mülayimlik və bəndələrlə yaxşı davranmaqdan da gözəl bir əməl yoxdur və Allahın və Onun rəsulunun yanında şirkdən və Allah bəndələri ilə kobud rəftar etməkdən də pis bir əməl yoxdur».(Həmən mənbə, səh-65.)
    Ailə üzvlərinin ilahi vəzifələri bir-birlərinə qarşı mülayim və səmimi davranmaqdır.
    NƏSİHƏT
    Nəsihət dünya və axirət savabına malikdir. Nəsihəti qəbul etmək qəlbin işıqlanmasına və insanın qəflət yuxusundan oyanmasına səbəb olur.
    Hər bir şəxs bacardığı qədər digərlərinə nəsihət verməli və onların xeyirini istəməlidir. Nəsihət olunan şəxsin isə onu qəbul edərək həyata keçirməsi zəruridir.
    Nəsihət edərkən həya və utanmaqdan, onu qəbul edərkən isə qürur və təkəbbürdən uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərin (s) buyruğuna əsasən, nəsihəti əngəlləyən həya axmaqcasına edilən həya, nəsihətin qəbul olunmasına mane olan qürur isə şeytani bir hissdir.
    Ailə başçısı öz həyat yoldaşına və övladlarına nəsihət verməli və onlara öz vəzifələrini xatırlatmalıdır. Bəzən bunun əksinə olaraq, arvadın ərinə və ya övladların valideynlərinə nəsihət vermələri zərurəti qarşıya çıxır. Bu zaman qarşı tərəfə nəsihəti qəbul etmək zəruridir.
    İmam Sadiq (ə) buyurur: «Mömin qardaşını ziyan içində, təhlükədə görən şəxs onun bu təhlükəsini aradan qaldırmağa gücü çatdığı halda heç bir iş görməzsə, mömin qardaşına xəyanət etmiş olur».(Bihar, 72-ci cild, səh-67.)
    ƏDƏB
    Özünü ağır, vüqarlı aparmaq, digərləri ilə əxlaqi dəyərlər əsasında davranmaq, yerində danışmaq, camaatın hörmətini saxlamaq və s. kimi məsələlər hamısı ədəbin müxtəlif mərhələləridir.
    Kişi öz arvadına, arvad öz ərinə, ər və arvad öz övladlarına və övladlar öz valideynlərinə qarşı ədəbli olmalıdırlar.
    Ədəb insanın dəyərini yüksəldir, izzətini qoruyur, hörmətini artırır, dostlarını çoxaldır. Bütün bunlardan başqa, ədəb bir növ ibadət olaraq Haqqın rəhmətini cəlb edir.
    Əmirəl-möminin (ə) buyurur: «Ədəbdən daha yetkin əsil-nəsəb yoxdur»;(Həmən mənbə.) «Ədəbli olmağın üçün başqaları üçün bəyənmədiyini tərk etməyin kifayətdir»;(Həmən mənbə, səh-68.) «Ədəbli olmaq əsil-nəsəbi əvəz edir».(Həmən mənbə, səh-90)
    AİLƏNİ İTTİHAMDAN QORUMAQ
    İnsanın bütün davranışları, get-gəlləri islami baxımdan ailə üzvlərini hər hansı bir ittihamdan qoruyacaq şəkildə olmalıdır. İttiham ailənin abırının məhvinə və həyatın şirinliyinin aradan qalxmasına yol açır.
    Mümkündür, insan öz nəzərində, ünsiyyətdə olmağın maneəsi olmayan şəxslə ünsiyyətdə olsun, lakin məsələnin həqiqətindən xəbərdar olmayanlar, dilini yersiz mühakimədən qorumayanlar onun bu ünsiyyətini tədricən başqa cür qələmə verərək, insana iftira yaxıb, onu yaşadığı yerdə, cəmiyyət arasında gözdən salsınlar. Bununla da, onun özü və ailəsi ləkələnsin.
    Bu növ ittihamlar gələcəkdə ailə üzvlərinin hər biri üçün böyük ziyanlara başa gələ bilər. Sabah qız ərə verdikdə, oğul evləndirdikdə və ya hər hansı bir iqtisadi layihə həyata keçirdikdə, bu yersiz ittiham onun qarşısına bir sədd kimi çəkilərək, hər bir işini əngəlləyəcəkdir.
    İmam Sadiq (ə) buyurur: «Atam mənə xəbərdarlıq etdi: «Oğlum! Pis dostla münasibətdə olan şəxs sağlam qalmaz, pis yerlərə gedən şəxs ittihamdan amanda qalmaz. Dilini qorumayan şəxs peşman olar».(Həmən mənbə.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Töhmətə daha layiq olan şəxs, töhmət olunanlarla yoldaşlıq edəndir».(Həmən mənbə.)
    Əli (ə) buyurur: «Özünü ittihama salan şəxs, ona qarşı pis zənnə düşən şəxsi qınamasın».(Həmən mənbə.)
    İmam Sadiq (ə) buyurur: «O yerlərdən ki, camaat sizə qarşı pis fikrə düşür, uzaq olun. Camaatın yolu üstündə öz ananızla belə dayanmayın. Çünki hamı o qadının sizin ananız olduğunu bilmir».(«İsra» surəsi, ayə 34.)
    Bəli, mümkündür cahil, anlamaz şəxslər camaat arasında: «Filan şəxs yad bir qadınla deyib-gülürdü»-deyə söz-söhbət yaysınlar.
    Bu kimi insanların doğru-düzgün insan olmadıqları məlum olduğu halda, camaat onların sözünə etina göstərməməli və belələrinin vasitəsi ilə digərlərinin namusunu ləkələməməlidirlər.
    Ailənin kişisi də, qadını da, övladları da özlərini ittihamdan qorumalıdırlar. Çünki İslam bu məsələyə xüsusi diqqət yetirmişdir.
    ƏHDƏ VƏFA
    Əhdə vəfa etmək şəri və fiqhi baxımdan vacib, etməmək isə haramdır.
    Qadınla kişi arasında bağlanılan nikah ilahi bir əhddir. Qadın və kişi onu bütün mümkün yollarla qorumalıdır.
    Ailədə ərin arvada, arvadın ərə və ya onların hər ikisinin övladlarına verdikləri söz bir növ əhd sayılır. Təbii ki, bu əhdə vəfa qılmaq vacib, ondan boyun qaçırmaq isə haramdır.
    Quranda buyurulur:
    «Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir»(Mu’minun surəsi, ayə 8.).
    Əmanətdarlıq və əhdə vəfa möminin xüsusiyyətlərindəndir.
    «O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar».(Bihar, 72-ci cild, səh-92.)
    İmam Səccad (ə) dinin bütün tapşırıqlarının üç şeydə ‒ haqq söz, ədalətli hökm və əhdə vəfada cəm olduğunu buyurur.(Həmən mənbə)
    İmam Sadiq (ə) buyurur: «Dünya və axirətdə heç bir kimsə üç şey üçün üzr (bəhanə) gətirə bilməz: pis və ya yaxşı insana qarşı əmanətdar olmaq, mömin və qeyri-möminlə bağladığı əhdə vəfa qılmaq, pis və ya yaxşı olmalarına baxmayaraq, ata-anaya yaxşılıq etmək.»(Həmən mənbə, səh-97.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Əhdinə vəfa qılmayan şəxs dinsizdir».
    Həzrət Rza (ə) buyurur: «Biz həzrət Peyğəmbərin (s) vədəni borc bildiyi kimi bilən Əhli-beytik».(Həmən mənbə, səh-98.)
    MƏSLƏHƏTLƏŞMƏ
    Ev hər kəsin öz rəyini yeritdiyi hərc-mərclik və ya yalnız bir nəfərin rəyi hakim olduğu, diktatura hökm sürən bir dövlət kimi olmamalıdır.
    Məsləhətləşmənin bir çox faydaları vardır. Əgər qadın və kişi ev işlərində bir-birləri ilə, ağılı kəsən övladları ilə və ya onlardan daha çox təcrübələri olan böyüklərlə məsləhətləşərlərsə, bu onların dünya və axirətlərinin xeyrinədir.
    Məsləhətləşməyə çox diqqət yetirin. Digərlərinin fikir və təkliflərinə diqqətsizlik etməyin. Öz ailənizdə belə bir adət yaradın. Qoy hamı bir-biri ilə məsləhətləşərək, təhlükələrdən amanda qalsın.
    Quranın «Ali-İmran» surəsinin 159-cu, «Şura» surəsinin 36-38-ci ayələrində bu məsələyə xüsusi diqqət yetirilmişdir.
    Məsləhətləşmək, əslində, Qurana tabe olmaq, problemləri həll etmək və təhlükə səddini aşmaqdır.
    İmam Sadiq (ə) buyurur: «Həyati məsələlərdə Allahdan qorxan kimsələrlə məsləhətləş»;(Həmən mənbə) «Üç şey insanın belini qırır: əməli böyük görmək, günahı unutmaq və öz rəyinə güvənmək».(Həmən mənbə, səh. 98-99.)
    Əli (ə) buyurur: «Yalnız öz fikri ilə iş görən şəxs özünü təhlükəyə atır».(Həmən mənbə)
    Məsləhət verən şəxs qarşı tərəfə doğru yolu göstərməli və ona xəyanət etməməlidir.
    Əli (ə) buyurur: «Məsləhət verdiyi zaman müsəlmanlara xəyanət edən şəxsə nifrət edirəm».(Bihar, 72-ci cild, səh-117.)
    TƏVAZÖKARLIQ
    Təvazökarlıq əxlaqi, insani və islami bir vəzifədir. O, özünü tanımağın şirin meyvəsidir.
    Özünü Tanrının bəndəsi hesab edən, yararlandığı nemətlərin Onun tərəfindən bəxş edildiyini bilən, hamının özündən yaxşı olduğunu düşünən və camaatı Allahın bəndəsi hesab edən şəxs təvazökarlıq içində qərq olmuşdur.
    Öz həyat yoldaşını Allahın bəndəsi hesab edən, övladlarının Haqqa məxsus olduğunu bilən, özünü onların xadimi hesab edən və uşağın onun əlində bir əmanət olduğunu düşünən şəxs onlara qarşı son dərəcə təvazökardır.
    Təkəbbürü olmayan qadın öz əsil-nəsəbini, ailəsinin, məqamını, diplomunu ərinin başına vurmur.
    Ağıllı övladlar valideynlərinə qarşı son dərəcə təvazökardırlar.
    Təvazökarlıq insanı ucaldır. Təvazökarlıq evi səmimiyyət dolu bir yuvaya çevirir, insanlar arasında sevgini artırır, ailəni möhkəmləndirir.
    Qürurlu, təkəbbürlü şəxs bilməlidir ki, nə qadın, nə də uşaqlar təkəbbürü qəbul etmir. Qürurlu şəxs onların gözündən düşür.
    İmam Həsən Əskəri (ə) buyurur: «Dünyada mömin qardaşlarına qarşı təvazökar olan şəxs Allah yanında düz danışan və Əlinin (ə) həqiqi şiələrindəndir».(Həmən mənbə, səh. 118-119.)
    İmam Sadiq (ə) atalarından rəvayət edir: «Ümumi və ya ailə məclislərində boş yerdə əyləşmək, görüşdüyün şəxslə salamlaşmaq, haqq insanla olsa belə, mübahisəni tərk etmək və tə´riflənməyi xoşlamamaq təvazökarlıq əlamətlərindəndir».(Həmən mənbə)
    Əli (ə) dünyasını dəyişərkən buyurdu: «Təvazökar ol. Həqiqətən, bu, ən böyük ibadətlərdəndir».(Həmən mənbə, səh-136.)
    KİÇİKLƏRƏ MƏRHƏMƏT VƏ BÖYÜKLƏRƏ EHTİRAM GÖSTƏRMƏK
    İslamın bütün qadın və kişilərə göstərişi kiçiklərə mərhəmət, böyüklərə hörmət göstərməkdir.
    Ailənin yerləşdiyi ev dünya və axirət səadətinə nail olmaq üçün peyğəmbərlərin və imamların göstərişlərinin icra olunduğu məkan olmalıdır.
    Uşaqlara qarşı qəzəblənmək, hay-küy salmaq, onlara sevgisizlik göstərərək öpməmək, onlara verilən sözə əməl etməmək – hamısı böyük günahlar cərgəsindədir.
    Böyüklərə hörmətsizlik, onlara qəzəblə baxmaq, dediklərinə qulaq asmamaq da böyük günahlardandır.
    Kiçikləri dünyaya gətirməyə biz səbəb olduq, onlara sevgi, qayğı göstərmək də bizim vəzifəmizdir.
    Biz böyüklərin məhsuluyuq. Deməli, onların bizim üzərimizdə haqları vardır. Buna görə də onlara hörmət etmək zəruridir.
    Əli (ə) dünyadan gedərkən buyurdu: «Ailənin kiçiyinə mərhəmət göstər, böyüyünə isə hörmət».(Həmən mənbə.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Böyükləri böyük sayın. Allahı böyük saymaq böyükləri böyük saymaqla mümkündür»;(Həmən mənbə.) «O kəs ki, kiçiklərimizə mərhəmət göstərmir və böyüklərimizə hörmət etmir, bizdən deyil».(Bihar, 72-ci cild, səh-458.)
    QONAQPƏRVƏRLİK
    Bəzi ailələr qonaq qəbul etməyə böyük çətinliklə razılaşırlar. Bu ya tənbəllikdən, ya da xəsislikdəndir.
    Qonaqpərvərlik peyğəmbərlərin və imamların əxlaqi xüsusiyyətlərindən, ilahi övliyaların və Haqq yolçularının əlamətlərindəndir.
    Xəsislik və tənbəllik hər bir halda pisdir. Ailə üzvləri - kişi başda olmaqla - qonağı açıq üzlə qarşılamalı, ona xoş üz göstərməlidir. Çünki ilahi övliyaların getdiyi yolu getmək Haqqın rizasına, Onun mərhəmətinə səbəb olur.
    Qonaqpərvərlik məsələsi o qədər mühümdür ki, İslam maarifində qonağın ruzisinin Allahın öhdəsində olduğu və ev yiyəsi özü qonaqların qonağı olduğu buyurulur.
    Digərlərini qonaqpərvərliyə rəğbətləndirmək özü böyük bir savaba malikdir.
    İmam Sadiq (ə) buyurur: «Böyüklüyün əlamətləri ondur. Əgər bacarsan, onları özündə cəm et. Onlardan biri qonaqpərvərlikdir».(Həmən mənbə, səh. 459-460.)
    O həzrət (ə) qonağın evə daxil olub-çıxması haqqında buyurur: «Həqiqətən, qonaq sənin mənzilinə daxil olduqda, sənin özün və ailən üçün bağışlanma gətirir. Mənzilindən çıxdıqda isə, sənin və ailənin günahlarını aparır».(Həmən mənbə.)
    İmam Baqir (ə) buyurur: «Dörd müsəlmanı doyurmaq İsmayıl övladlarından bir qul azad etməkdir».(Vəsail, 15-ci cild, səh-280.)
    Buna görə də insaf, mülayimlik və keçinmə, xeyirxahlıq və nəsihət, ədəb, ailəni ittiham təhlükəsindən uzaq saxlamaq, əhdə vəfa qılmaq, məsləhətləşmək, kiçiyə mərhəmət, böyüyə hörmət göstərmək və qonaqpərvərlik izzət sahiblərinin əlamətlərindən olaraq, dünya və axirət səadətini təmin edən amillərdəndirlər.
    BƏDBƏXTLİYİN SƏBƏBLƏRİ
    Küsmək, bir-birindən ayrılmaq, iftira yaxmaq, mücadilə, digərlərinin eybini axtarmaq, qeybət, sözgəzdirmə, araqatma, məkr və hiylə, istehza, israf, təkəbbür, həsəd, xəsislik, Allaha asilik olan işlərdə digərlərinə itaət etmək, başqalarına yük olmaq, düşmənlik və kin üçün Qurani-kərimdə və rəvayətlərdə ayrıca fəsil açılmış və insanların, ailələrin bunlardan uzaq olması tapşırılmışdır. Çünki onların hər biri günah, bəzisi isə qiyamət əzabına səbəb olan böyük günahdır. Onların hər biri ailənin kökünü baltalayır və insanı bədbəxtliyə sürükləyir.
    Bu məsələlər haqqında ətraflı məlumat almaq istəyənlər «Kafi» (2-ci cild), «Vəsail» (11-ci cild), «Şafiyə-feyz», «Məhəccətül-bəyza», «Cameus-səadat» və s. kimi əxlaq və rəvayət kitablarına müraciət etsinlər.
    Category: İslamda ailə 2 | Views: 1059 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024