İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 27 » İslam və qərb mədəniyyəti
    1:50 PM
    İslam və qərb mədəniyyəti
    SPİRTLİ İÇKİLƏRİN DƏHŞƏTLİ ŞƏKİLDƏ YAYILMASI
    Baş gicəlləndirən alkoqollu içkilərin istifadəsi ictimai ruhun tənəzzülündə mühüm rol oynayır. Sərxoşluğun baş alıb getdiyi cəmiyyətlərdə dini, psixoloji, əxlaqi və sağlamlıq sahələrində müxtəlif problemlər yaranır. Bu içkilərə qurşanmaq insanların cürbəcür ruhi xəstəliklərə düçar olmasına gətirib çıxarır, qətllərə, özünü öldürmə hallarına, oğruluğa, fahişəliyə səbəb olur. Minlərlə insan bunun nəticəsində tələf olaraq, aradan gedir.
    Bir çoxları içki içməklə özlərini çətinliklərdən və qəm-qüssədən xilas etmək istəyirlər. Amma, əslində onlar həyati problemlər qarşısında öz acizliklərini izhar edir və həmin çətinlikləri həll etmək əvəzinə, bunların qarşısında diz çökürlər. Həyatın yaşayıb-yaratmaq və çətinliklərlə mübarizə siqnalı səslənən zaman, belə zəif ruhlu insanlar içkiyə pənah aparırlar. Bununla da guya həyatın əziyyətli fikirlərindən «nicat» tapır və qısa müddətli də olsa, problemsiz xəyali bir dünyada yaşayırlar.
    İnsanları spirtli içkilər içməyə təhrik edən bəhanələr heç vaxt məqbul olmamış və ictimai xəstəliklərin artması üçün həmişə zəmin yaratmışdır. Bu xəstəliklər yalnız insanların təfəkkür və ruhiyyəsini tərbiyə etməklə aradan qaldırıla bilər.
    Ağıllı insanlar çalışırlar ki, elm və bilik badəsindən dadmaqla «sərxoş» olsunlar. Amma alkoqol ağılı aradan aparır və insanı layiq olmadığı ən alçaq səviyyəyə endirir.
    Günlərin bir günündə Hamburq şəhərindəki cah-cəlallı yəhudi məbədinin yanından keçərkən, onun əzəmətli quruluşu diqqətimi cəlb etdi. Məbədin rəisinin vasitəsi ilə onun müxtəlif hissələrini gəzib nəzərdən keçirirdim. Salonların birinin içki içmək üçün nəzərdə tutulduğunu eşitdikdə bir anlığa heyrətdən donub qaldım. Həmin yəhudi ruhanisindən soruşdum ki, məgər məbəddə alkoqollu içkilər də içirlər? O, ciddi bir şəkildə cavab verdi:
    «Bəli, amma ümumi şəkildə yox! Yalnız xüsusi adamlar burada görüşüb, içki içə bilərlər»!
    Spirtli içkilərdən ifrat dərəcədə istifadə olunması qərbin hökumət dairələri və alimlərini narahat etdiyi üçün, onunla mübarizə məqsədi ilə müxtəlif təşkilatlar, o cümlədən «alkoqolla mübarizə qurumu» yaradıldı. Amma belə ictimai bəlalarla mübarizədə bu cür təşkilatlar çox aciz və qüdrətsiz olurlar. Çünki, həmin zəhərin işlədilməsi gündən-günə artır və gənc nəslin gələcəkdə yaramaz əyyaşlar ordusuna çevrilmə təhlükəsi reallaşır. Aşağıdakı statistik məlumat alkoqolun gətirdiyi fəsad və bədbəxtlikləri daha aydın göstərir: Fransada keçirilən alkoqolla mübarizəyə həsr edilmiş 24-cü beynəlxalq konfransda belə faktlar açıqlanmışdır: «Xəstəxanalara müraciət edən qadınların 20%-i, kişilərin isə 60%-i alkoqola qurşananlardır. Ruhi xəstələrin 70%-i və zöhrəvi xəstəliyə tutulanların 40%-i alkoqollu içkilərdən istifadə edilməsinin nəticəsində bu bəlalara düçar olmuşlar».
    İngiltərədəki alimlərin tədqiqatları nəticəsində məlum olmuşdur ki, bu ölkədə ruhi xəstəliklərə düçar olanların 95%-i alkoqollu içkilərdən istifadə etmək üzündən həmin vəziyyətə düşürlər.
    Fransanın səhiyyə naziri bu baxımdan olan statistik məlumatları ictimaiyyətə çatdırdıqda, ölkədə böyük sarsıntı yaranmışdı. Həmin ölkənin vətəndaşlarından 20 min nəfəri alkoqolizm xəstəliyinə tutulmuşdur. Həmçinin avtomobil qəzalarının 57%-i sürücülərin sərxoş vəziyyətdə rol arxasında əyləşməsi nəticəsində baş verir. Fransa prezidenti belə bir bəyanatla çıxış etməyə məcbur olmuşdu: «Ey Fransa övladları! Sizin ən böyük təhlükəniz alkoqollu içkilərdən istifadə etmənizdir. Onunla əsl mübarizəyə qalxın! Fransanın bu bəla nəticəsindəki itgiləri müharibələrdə verdiyi təlafatlardan çoxdur. Sizə ləzzətli görünən içkilər əslində amansız qatillərdir. Alkoqol sizi tez qocaldıb, ömrünüzü azaldır. Sizi cürbəcür xəstəliklərə düçar edir və günbəgün zəiflədir».
    Fransadakı xəstələrin 40%-i, ruhi xəstələrin isə 50%-i spirtli içkilərdən bu bəlalara tutulur, xəstə körpələrin 50%-i valideynlərinin içkiyə qurşanmaları səbəbindən xəstəxanalara düşürlər. Bu bəlanın ölkə büdcəsinə vurduğu maddi ziyan milyardlarla frank məbləğinə çatır.
    Alkoqolizm ölkədə vaxtsız ölümlərin artmasına səbəb olur. Kişilərin 55%-i, qadınların isə 30%-i bu bəla nəticəsində ölürlər. Uşaq qatillərinin 95%-i özləri alkoqolik olmaqla bərabər, həm də bu cür valideynlərin övladlarıdırlar.
    Almaniyada vətəndaşlar tərəfindən törədilmiş 150 minə yaxın cinayət spirtli içkilər qəbul etdikdən sonra baş vermişdir. Digər ölkələrdəki statistika da ürək açan deyil. Amerikanın nazirlərindən biri belə məlumat verirdi: «ABŞ 10 il ərzində 18 milyard dollar alkoqollu içkilərin istehsalına pul sərf etmişdir. Nəticədə 100 min cavan kimsəsizlər evinə göndərilmiş, 150 min adam zindana düşmüş, 1500 nəfər öldürülmüş, 2000 adam özünü öldürmüş, 200 min qadın dul qalmış və bir milyon uşaq atasız böyüməyə məcbur edilmişdir».
    «Alkoqolun vurduğu ziyanlar iqtisadi baxımdan da diqqəti cəlb edir. Dəqiq məlumatlara əsasən, alkoqol Fransa dövlətinə aşağıda göstərilən qaydada 128 milyard frank zərər vurmuşdur: 10 milyard xəstəxanalara çəkilən xərclər, 40 milyard yardım və xeyriyyə işləri üçün, 17 milyard ictimai təhlükəsizliyi təmin etmək üçün, 60 milyard ədliyyə və həbsxanalar üçün. Bundan əlavə, digər sahələrdə xərclənmiş bir milyard frank da dövlət büdcəsinə dəymiş zərərlərdəndir».
    Keçmiş SSRİ-də də alkoqol əleyhinə geniş mübarizə başlamışdı. Bu mübarizə alkoqolizmin Sovet iqtisadiyyatına vurduğu hədsiz ziyanlara görə aparılırdı. Pravda qəzeti yazırdı: «Alkoqol SSRİ-də cinayətlərin sayının artmasına, işə çıxmamaq hallarının çoxalmasına, nizam-intizamın pozulmasına səbəb olur».
    Tədqiqatlara görə hətta çoxlu hava qəzaları və təyyarələrin süqutu pilotların sərxoşluğu nəticəsində baş verir. Psixoloqların araşdırmaları göstərir ki, Amerikada şəxsi təyyarə və vertolyotların pilotları sərxoş halda onları idarə edərkən daha çox hava qəzalarına uğrayırlar.
    MÜASİR DÜNYA HƏYATINDAKI ZİDDİYYƏTLƏR
    Kapitalizmin inkişafı və sənaye inqilabı bütün sahələrdə, xüsusən xalqın maddi həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. Sənaye və texnikanın sürətli inkişafı nəticəsində böyük sərmayələri olan kompaniyalar, kartellər və trestlər yarandı. Bir dəstə adam təsəvvürolunmaz dərəcədə varlandı, digərləri isə son dərəcə kasıblaşdılar. Varlılar istədikləri maddi nemətlərdən istifadə edir, hətta itləri və pişikləri üçün əlçatmaz yaşayış vasitələri düzəltdirirdilər. Kasıblar isə ən adi və ibtidai şeylərə həsrət qalırdılar. Təəssüf ki, bu cür təzahürlər hələ də müasir dünyanın gerçəkliklərindəndir.
    Keçmişdə kiçik həcmdə görünən cəmiyyətin bədbəxtlikləri indi daha böyük miqyasda baş verir.
    İnkişaf etmiş ölkələrdə iqtisadi tərəqqi üçün edilən səylər dünya miqyasında və bütün insanların xeyrinə xidmət etmir. Belə ölkələr yalnız öz iqtisadi yüksəlişlərini əsas tutur, başqa xalqların və ölkələrin süquta uğraması onları narahat etmir. Bu cür iqtisadi inkişaf cəmiyyətdə sinfi təbəqələşməni kəskin şəkildə gücləndirir. Hal-hazırda dünyanın bir çox yerlərində kasıbçılıq və aclıq geniş surətdə artmaqdadır. Üçüncü dünya ölkələrində 250 milyon adam kifayət qədər yemək yemir və ərzaq azlığından əziyyət çəkir. 150 milyon adam yaxşı qidalana bilmir və hər il 8 milyon nəfər acından ölür.
    Yalnız Braziliyada ərzaq çatışmazlığı üzündən ildə 250 min körpə ölür. Hindistanda isə doğumla ölüm arsındakı nisbət həmin səbəbdən xeyli fərqlidir. ABŞ-dakı bir ailənin qabağından artıq qalan yeməklə dörd hindli ailəsini təmin etmək olar. Belə bir şəraitdə bəzi «iş adamları» tapılır ki, ərzaq məhsullarının qiymətlərini artırmaq və süni qıtlıq yaratmaqdan ötrü, milyonlarla ac adamı ölümdən qurtara bilən milyon tonlarla ərzaq məhsullarını məhv edirlər. Bu cür qeyri-insani əməllərə misal olaraq, aşağıdakıları göstərmək olar:
    1960-cı ildə ABŞ-dakı anbarlarda 125 milyon ton çörək məhsulları zay olmuşdu. Bu qədər ərzaq Hindistanda aclıq içində olan əhalini bir il müddətində təmin edərdi. ABŞ-da hər il dövlətin qüdrət və mənafelərini qorumaqdan ötrü çox böyük miqdarda ərzaq məhsulları məhv edilir!!! Son illərdə bu cür «siyasət» daha da güclənməkdədir.
    Anbarlarda ərzaqı məhv və zay olana qədər saxlamaqla dünyada təkcə aclıq artmır, ABŞ başqa ölkələri baha qiymətə ərzaq məhsulları almağa məcbur edir və bununla da varlanır. Nəticədə başqa ölkələrin iqtisadiyyatına ağır ziyan vurulur. ABŞ dövləti bu şəkildə «qazandığı» pullar hesabına böyük hərbi potensial yaradır və dünyada «ağalıq» edir.
    Məşhur filosof Bertrand Rassel yazır: «Keçən 14 il ərzində ABŞ dövləti öz fermerlərindən taxıl məhsullarını almaq üçün dörd milyard dollar pul xərcləmişdir. Milyon tonlarla taxıl və başqa ərzaq məhsulları dövlət anbarlarında uzun müddət saxlanıldıqdan sonra zay olmuşdur. Bütün bunlar dünyada ərzaqın qiymətlərini bahalaşdırmaqdan və daha çox gəlir əldə etməkdən ötrü edilir.
    Belə bir vəziyyət dəyişməzsə, gələcəkdə dəhşətli partlayışa səbəb ola bilər. Həmin şeytani siyasət aclığın artması və şiddətli əxlaqi pozğunluğun baş alıb getməsinə yönəlmişdir.
    Məşhur sosioloq və filosof Sorokin deyir: «Sənaye və texnikanın hazırkı inkişafı ilə yanaşı, hər şeydən çox əxlaqi kasıblıq hiss edirik. İnkişaf etmiş ölkələrin cəmiyyətləri əxlaqi keyfiyyətlər baxımından geri qalmış ölkələrin əhalisindən heç də üstün deyillər. Bu günkü maddi mədəniyyət ziddiyyətlərlə doludur. Söz və əməldə, təsəvvür və etirafda, fikir və hisslərdəki ziddiyyətlər qərb cəmiyyətlərində çox dərin kök salmışdır. Maddi mədəniyyət ümumiyyətlə, zahirdə bütün insanların bərabərliyini elan etsə də, əslində cəmiyyətdə ayrı-seçkiliyə, ədalətsizliyə habelə fikri, dini, iqtisadi, siyasi, psixoloji və ictimai ziddiyyətlərə rəvac verir. Daha doğrusu, təəssüblə bunların yayılması üçün şərait yaradır; demokratiya və xalq hakimiyyəti şüarları ilə ictimai ədalət yaratmaq iddiası edir. Lakin, dövlət və hökumət xalqa biganə olan bir dəstə adamın əlində cəmləşir. Sözdə cəmiyyətin səadətini istəyir, amma əməldə bədbəxtliklər gətirir. Maddi mədəniyyət öz təlimlərində eqoizm və özünüdüşünmək hallarını tənqid edir, başqalarına hörmət etmək və ictimai yaşayış prinsiplərini təbliğ edir. Lakin əməli olaraq, başqalarının taleyinə etinasızlıq, şəxsi mənafe düşkünlüyü və cah-cəlal tələbi kimi ideyaları yayır».
    İnkişaf etmiş ölkələrdəki cəmiyyət dünya əhalisinin 25%-ni təşkil edir. Amma dünyanın 85% sərvəti bu ölkələrin əlindədir. Geri qalmış ölkələr dünya əhalisinin 75%-ni təşkil etsələr də, onların payına cəmi 15% sərvət düşür. Bu fərq illər ötdükcə daha da artır. Həmin inkişaf etmiş ölkələrdə isə sərvətlər yalnız bir qrup adamın əlində toplanır. ABŞ komissiyalarının birində açıqlanan hesabata görə, biznes qurumlarının cəmi 5%-ni təşkil edən bir qrup böyük sənaye şirkətləri ölkənin sənaye istehsalının ümumi gəlirinin 85%-ni qazanırlar. ABŞ-da sənaye sahəsində işləyən əhalinin 60%-dən çoxu bu şirkətlərdə çalışır və sənayenin xalis gəlirinin 84%-i həmin böyük kompaniyaların payına düşür.
    BMT-nin ərzaq məhsulları və əkinçilik üzrə ümumdünya təşkilatının rəisi deyir: «Hələ də dünya əhalisinin üçdə ikisi daimi olaraq aclıq içərisində yaşayır və 1,5 milyarda yaxın insan özünü dolandırmaqda aciz qalır».
    Latın Amerikası ölkələrinin başçılarından biri vaxtilə ABŞ prezidenti Trumenə müraciət edərək demişdi:
    «Dünyadakı aclığın qarşısını almaq və milyonlarla insanı ölümdən qurtarmaqdan ötrü yaxşı olardı ki, ABŞ dövləti öz ixtiyarında olan kənd təsərrüfatı və ərzaq məhsullarının artıq qalan və anbarlarda çürüyən hissəsini beynəlxalq təşkilatların ixtiyarına versin və onlar da həmin məhsulları ac əhali arasında paylasın».
    Trumen isə belə cavab vermişdi:
    «ABŞ prezidenti kimi bu təkliflə razılaşa bilmərəm. Çünki, bizim başqalarına etdiyimiz kömək və yardımlar siyasi maraq və mənafelərimizdən ayrıla bilməz»!!!
    Category: İslam və qərb mədəniyyəti | Views: 820 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024