İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 27 » İslam və qərb mədəniyyəti
    1:45 PM
    İslam və qərb mədəniyyəti
    DAR DÜŞÜNCƏLİLƏR
    Dünyada mövcud olan sirlərin kəşfi yolunda alimlərin yüksək səy göstərmələrinə və misilsiz elmi tərəqqiyə nail olmalarına baxmayaraq, hələ də bəşər üçün çoxlu məsələlər məchul olaraq qalır. İnsanın əldə etdiyi məlumatlar bilmədiklərinin müqabilində müqayisəolunmaz dərəcədə azdır.
    Böyük mütəfəkkirlər ictimai, siyasi, iqtisadi həyatın əlifbasını tanımaqda çətinliklərlə üzləşirlər və bu barədə müxtəlif əqidələrə sahibdirlər. Bu cəhətdən də dünya bir-biri ilə tam zidd olan iki qütbə bölünmüşdür. Bu alimlərin hər bir dəstəsi öz əqidələrinin düzgünlüyünü və qarşı tərəfin səhvlərini sübut etmək üçün minlərlə məqalə və kitablar yazmışlar. Onların hər biri digər tərəfin əqidəsini bədbəxtlik və hərc-mərclik səbəbi kimi qələmə verir, öz yollarını isə səadətə aparan yeganə düzgün yol sayırlar. Aydındır ki, bütün bu ziddiyyətli nəzəriyyələr düzgün ola bilməz. Eyni zamanda hər iki dəstə elm və sənaye sahələrində diqqətəlayiq müvəffəqiyyətlər əldə etmişlər.
    Qərb millətlərinin müasir elm yolu ilə misilsiz tərəqqiyə çatmaları ilə bərabər, layiqli insan yaşayışına nail olmalarını fikirləşənlər çox səhv edirlər. Heç vaxt bir cəmiyyətin hansısa sahədə inkişaf etməsi, onların yaşayış üsulunun tamamilə düzgünlüyünə dəlalət etmir. Mümkündür ki, mahir bir fizik və ya görkəmli bir cərrah memarlıq haqqında çox cüzi məlumata malik olsun. Eləcə də müasir sənaye texnologiyalarına yiyələnərək inkişaf etmiş bir cəmiyyətin həyat tərzində, ictimai və fərdi əxlaq sahəsində, habelə mənəviyyatda tənəzzül etməsi də mümkündür. Qərb dünyasındakı müxtəlif çatışmazlıqları müşahidə edərək başa düşürük ki, onlar mədəniyyət, fikir, elm, din, hökumət və əxlaq sahələrində düzgün istiqamətlərdə inkişaf etməmiş və hələ də təkamülə çatmamışlar.
    Doktor Karel müasir mədəniyyətin nöqsanları haqqında belə deyir: «Müasir mədəniyyət çox çətin bir mövqedə yerləşib. Bu bizim həqiqi mahiyyətimizlə uyğun deyil və yalnız elmi kəşfləri, xalqın müxtəlif təmayüllərini və cürbəcür nəzəriyyələri doğurmuşdur. Bu mədəniyyət bizim öz səylərimiz nəticəsində gerçəkləşsə də, əsil vəziyyətimizlə mütənasib deyildir. Biz insanı hər şeyin miqyası kimi qəbul etməliyik. Amma qərbdə bunun əksini edirlər.
    Həmin cəhətdən də dəqiq elmlər humanitar elmlərə nisbətən çox böyük fərqlə inkişaf etmişdir və bu da bəşəriyyətin ən böyük cinayətlərindəndir. Biz əslində uduzmuş adamlarıq və əxlaqi, habelə əqli nəzərdən tənəzzülə uğramışıq. Əgər biz inkişaf etmiş sənaye ölkələrinə nəzər salsaq görərik ki, orada dəqiq elmlərin səviyyəsi çox yüksəlmiş, əxlaq və mənəviyyat isə vəhşi insanlar səviyyəsində qalmışdır».
    Müxtəlif sahələrdə insanın təkamülü həyat gerçəkliklərinə əsaslanan, cəmiyyəti səhvlərdən qoruyan düzgün və silsiləvari təlimlər əsasında mümkündür. Bu da Allahın vəhyi ilə təchiz olunmuş peyğəmbərlər vasitəsi ilə həyata keçirilə bilər.
    Əgər əxlaq təbiətin fövqündə dayanan bir qüvvəyə əsaslanmırsa, heç vaxt inkişaf edə bilməz. Bəşər dünyaya qədəm qoyub mədəniyyətin özülünü qoyduğu zamandan, onun vücudunun dərinliklərindən din adlı həqiqət baş qaldırmışdır ki, bu da əxlaqi qayda-qanunların və dəyərlərin qorunması deməkdir.
    İnsanlığa zidd olan faciələr, haqsızlıqlar, cinayətlər və dünyadakı müharibələr belə bir həqiqəti sübuta yetirir ki, heç vaxt dövlətlər və onların qanunları insanın imanının və yüksək mənəvi hisslərinin yerini tuta bilməz. Dinə bağlı olmayan elm və bilik problemlərin həllində, insanların mənəvi faciələrdən nicat tapmasında həlledici rol oynaya bilmir. Amerikalı sosioloq Vil Dürant deyir:
    «Məgər belə bir böyük iqtisadi qüdrətə malik olan dövlət xalqın mənəvi və əxlaqi dəyərlərini qoruya bilərmi? Onu artırıb, inkişaf etdirməyə qadirdirmi? Gələcək nəsillərə həmin dəyərləri ötürə bilərmi?
    Nə üçün Amerikanın ən böyük şəhərlərini ən «kiçik» kişilər idarə edir? Nə üçün seçkilərdə saxtakarlıq və pulun hökmranlığı baş alıb gedir? Nə üçün bu dövlət sülh haqqında danışa-danışa müharibə planları hazırlayır? Bu həmin dövlətdir ki, xalq ayrı-ayrı fərdlərin və ümumilikdə cəmiyyətin qorunmasını onun öhdəsinə qoymuşdur?».
    Qərb cəmiyyəti müəyyən vaxta qədər əxlaqi hərc-mərcliyə dözə bilər. Amma bunun davamı həyəcan siqnalını xatırladır. Çünki mədəniyyət səbəb, hədəf və qüdrətin müvazinəti bərqərar olduqda, öz ideyalarına əsaslanıb möhkəmlənir. Amma bu müvazinət pozulduqda şiddətli tənəzzül başlayır. Heç bir xalq şəhvətpərəstlik, əxlaqi pozğunluqlarla öz daimi qüdrətini qoruyub saxlamağa qadir deyildir.
    Rum imperiyası bu cür əxlaqi hərc-mərclik üzündən süqut etmişdi. Yunanlar əsrlərdən bəri malik olduqları qüdrət və əzmətlərini əxlaqsızlığa yuvarlandıqları üçün əldən vermişdilər. Şəhvət və ehtirasların əsiri olan Fransa ilk zərbədən sonra diz çökdü. O dövrdə yaşamış fransız generallarından biri ölkəsinin Almaniya qarşısında qısa bir müddətdə məğlub olmasının səbəbini, millətinin ifrat dərəcədə cinsi pozğunluqlara qurşanmasında görürdü.
    Alman alimi Şpiger qərb mədəniyyətinin süqutunu təhlil edərək deyir ki, gələcəkdə mədəniyyət öz ilkin beşiyində, yəni Şərqdə parlayacaq. Hər bir mədəniyyətin məhvi, ona bağlı millətlər üçün əlverişli bir fürsət yaradır ki, onlar Allahın əmr etdiyi düzgün həyat formasına qayıda bilsinlər. Amma həmin millətlər Allahın onlara bəxş etdiyi fürsətdən düzgün istifadə etməyib, ilahi proqramlarla yaşamağa başlamasalar, günbəgün yeni-yeni fəsadlara qurşanacaq və nəhayətdə öz insanlıqlarını itirib məhv olacaqlar.
    Təəssüflə qeyd etmək lazımdır ki, bu gün qərbin sənaye sahəsindəki müvəffəqiyyətləri ilə yanaşı, onların əxlaqi tənəzzül əlamətləri də şərq həyatının bir çox sahələrində görünməkdədir. Bəzi müsəlmanların təfəkkürünə qərb mədəniyyətinin puç adət-ənənələri elə nüfuz edib ki, onlar hər şeyə bu mədəniyyətin gözüylə baxmağı üstün tuturlar. Belə müsəlmanlar inkişaf və «tərəqqi» qazanmaq üçün addımba-addım qərblilərin yaşayış tərzini, adətlərini, əxlaqını və qanunlarını təqlid edirlər. Onlar qərb həyat tərzinin atributlarını kor-koranə qəbul edir və bunların sonradan hansı faciələrə gətirib çıxaracağı haqqında düşünmürlər. Belə bir hal müsəlmanların maddi və mənəvi qüvvələrini məhv edə bilən, onlara bədbəxtlik, zillət və əsarət gətirəcək amillər yaratmağa qadirdir. Bu müsəlmanlar qərbin elm və biliyinin bəşərin mənəviyyatla bağlı problemlərinin həllində aciz olmasını görmək istəmirlər. Aydındır ki, bu cür dar düşüncəlilər İslami təfəkkür tərzi ilə həyata baxa bilmirlər və ya əslində saf, yüksək əxlaqi dəyərlərə bağlı baxışlar onlara sərf etmir. Belələri islam cəmiyyətində yaşadıqlarına baxmayaraq, dinlərini əldən verirlər. Onlar İslam dinindən və mədəniyyətindən uzaqdırlar. Bununla belə, öz dini dəyərlərimizi qərb mədəniyyətinin təzahürləri ilə müqayisə etməyə çalışırlar. Görkəmli İslam mütəfəkkirlərindən biri deyir: «Əgər yad bir mədəniyyət ölkəmizdə ictimai «ədaləti» bərqərar etsə, beynəlxalq aləmdə bizə «yer» versə, əcnəbi dövlətləri bizə hakim təyin etsə, onda üzürxahlıq üçün heç bir bəhanə gətirə bilmərik. Bütün problemlərimizi öz mövcud imkanlarımız vasitəsi ilə həll etmək imkanında ola-ola, hər yoldan ötəndən köpək payı uman zəlil dilənçilər kimi yadlara əl açmağımıza heç bir şey haqq qazandıra bilməz. Ölkələrimizi qərblilərin ixtiyarına qoysaq, onlar bizim təbii sərvətlərimizi mənimsəyəcək, sonra isə «humanitar yardım» adı altında bizim sərvətlərimizdən qazandıqları pullar hesabına dilənçi payı şəklində bizə «kömək» edəcəklər. Mən təəccüb edirəm ki, insan öz əli ilə özünü şərəfli mövqedən zillət və alçaqlığa necə sürüyə bilər?! Dövlətli bir şəxs özünü dilənçi vəziyyətinə salmağa necə razı olar? Mən başa düşə bilmirəm, qüdrətli bir insan həqarəti necə qəbul edə bilər?
    Şübhə yoxdur ki, bizim mədəniyyətimiz ümumbəşəri svilizasiyaya qiymətli töhfələr bəxş etməyə qadirdir. Qərb mədəniyyəti isə bizə təlqin etməyə çalışır ki, İslam mədəniyyəti irticadan başqa bir şey deyil. Eləcə də bizi və ümumiyyətlə, hamını belə düşündürməyə açlışırlar. Qərb mədəniyyətinin ünsürləri geyimimizdən, yeməklərimizdən tutmuş, təfəkkür tərzimizə, əxlaqımıza qədər nüfuz etməkdədir. Ölkələrimizdə qərb dövlətlərindən eyni ilə götürülmüş qanunları tətbiq edirik. Amma fikirləşmirik ki, o ölkələrdə hansısa qanun təyin edilən zaman, həmin ölkənin dini, əxlaqi, mənəvi, ictimai, siyasi və iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla bu iş icra edilir. Biz isə həmin qanunu bir müsəlman ölkəsində tətbiq etmək istəyirik və düşünmürük ki, müsəlmanlarla fransızlar arasında çox böyük fərqlər mövcuddur. Belə hallar müsəlmanlara nəinki heç bir fayda gətirmir, əksinə islami cəmiyyətlərdə əxlaqsızlıq, mənəviyyatsızlıq və maddiyyata pərəstiş meyillərini gücləndirir. Qərblilərin qanunlarını müsəlmanlara hakim etmək istəyənlər isə xalqın bütün ehtiyaclarına biganə olan, öz dini köklərindən ayrı düşmüş bir qrup adamlardır. Əgər qanun müsəlmanların ruhiyyəsinə ziddirsə və onların ehtiyaclarını təmin etmirsə, onun heç bir faydası ola bilməz».
    Harvard universitetinin professoru Hakinq özünün «Dünya siyasətinin ruhu» adlı kitabında belə yazır: «İslam ölkələrinin inkişaf yolu Qərbdən kor-koranə təqlid etməkdən asılı deyil. Bəziləri soruşa bilərlər: Məgər İslamda yeni fikirlər yaradan qüvvə varmı və bəşəriyyətin ehtiyaclarını təmin edəcək, müasir həyatın tələblərinə uyğun qanunları bu din ortaya çıxara bilərmi? Cavabında deyə bilərik: İslamda inkişaf və təkamül üçün kifayət qədər potensial qüvvələr vardır. İslamın bəşər həyatındakı dəyişikliklərə cavab vermək qüdrəti bütün dinlərdən daha artıqdır. Müsəlman ölkələrinin problemləri İslam ayinində inkişaf vasitələrinin olmaması üzündən meydana çıxmayıb. Geriliyə səbəb həmin ölkələrdə bu inkişaf vasitələrindən lazımi qaydada istifadə edilməməsidir. Mən tam yəqinliklə deyə bilərəm ki, İslam dininin üsul və qanunlarında cəmiyyətin inkişafı və səadəti üçün bütün yollar açıq-aşkar göstərilmişdir».
    İSLAM VƏ İQTİSADİ ÇƏTİNLİKLƏR
    İqtisadi məsələ və təbii ehtiyatlardan istifadə etmək, insan həyatının zəruri məsələlərindəndir. İbtidai ehtiyacların ödənməsi həmişə insanların yaşayışında mühüm işlərdən hesab olunmuşdur. Əsrlər keçdikcə bu ehtiyaclar dəyişmiş, müxtəlif formalara düşmüşdür. Qədim dövrlərdə təbii mənbələrdən istifadə və dolanışıq üçün vasitələrin hazırlanması ibtidai şəkildə mövcud olmuşdur. Tədricən millətlərin tərəqqisi və bir-birlərilə əlaqələrinin güclənməsi, iqtisadi həyatda bir sıra qayda-qanunların yaradılması zərurətini ortaya çıxarmışdır. Kapitalizmin təşəkkül tapması ilə iqtisadiyyat elminin əsaslarının yaranması eyni vaxta təsadüf edir. Son əsrlərdə sənaye inqilabı, müasir texnologiyaların yaradılması və güclü iqtisadi inkişaf insanları iqtisadiyyat elmini daha dərindən araşdırmağa vadar etdi.
    Sosializm və kapitalizm quruluşlarında insanların maddi həyat səviyyəsi yaşayış üçün əsas amil kimi götürülür. İctimai və iqtisadi problemlər insan mənəviyyatına və əxlaqına fikir verilmədən həll olunur. Ümumiyyətlə Qərb təfəkkürünə görə, bəşər həyatı üçün əsas hədəf maddi sərvətlərin artırılmasıdır. Amma İslam öz xüsusi dünya baxışı və fəlsəfəsi ilə insana hərtərəfli şəkildə diqqət yetirir, onun maddi həyat şəraitini tənzim etməklə yanaşı, əxlaqi fəzilətləri və mənəvi kamilliyi artıran qanun və hökmləri özündə əks etdirir. İslam dini maddi sərvəti insanın fitri ehtiyaclarını təmin edən amil kimi sayır və bununla yanaşı iqtisadi imkanlardan bəşər təfəkkürünü yüksəltməkdən ötrü və onun həqiqət aləminə bağlılığını, habelə insanın mənəviyyat dünyasına inanmasını təmin etmək üçün istifadə edir.
    Qərb dünyasının qanunları varlı sinfin keşikçisidir və həmin təbəqənin mənafelərini qorumaq üçün nəzərdə tutulur. Amma İslam qanunlarının mənbəyi insan ağlının məhsulu və onun nəfsani istəkləri deyil, ilahi vəhydir. Bu qanunlarda bir təbəqə digərindən üstün tutulmur və heç kəsə başqasının haqqını tapdalamaq hüququ verilmir. Bunlar müəyyən bir qrupun məsləhəti ilə, onların şəxsi fikirlərinə uyğun olaraq icad edilməyib. Bu müqəddəs qanunlar məcmuəsi aləmlərin Rəbbi tərəfindən bütün insanların mənafe və xeyrini misilsiz hikmətlə həmin qanunlarda əks etdiribdir. Allahın elm və hikməti bütün xətalardan uzaq olduğu üçün Onun qanunlarında da heç bir səhv ola bilməz. Həmin qanunları icra edənlər isə əvvəlcədən müəyyən olunmuş vacib şərtlərə malik olan möminlərdir. Bu adamlar hər cür şəxsi mənfəət və qürur hissindən uzaq, özlərini başqalarından üstün tutmayan müsəlmanlar olarlarsa, cəmiyyət həqiqi azadlıq və istiqlaliyyət əldə edər. Qərb mədəniyyətindəki göstərdiyimiz nöqsanları nəzərə almaqla, İslamın əsaslarını onların qanunları qarşısında tətbiq etsək, cəmiyyətimiz həqiqi asayiş və rifaha yüksələ bilər.
    İqtisadiyyatda ən mühüm məsələlərdən biri də şəxsi və ictimai mülkiyyət məsələsidir. İndiyədək bu məsələlər haqqında bir çox iqtisadçılar müxtəlif fikirlər irəli sürmüş və müxtəlif nəzəriyyələr yaratmışlar. Tanınmış iqtisadçı Şale iqtisadi inkişafın ən mühüm amili kimi fərdi mülkiyyətin, ictimai sərmayənin artmasında xüsusi rolunu göstərərək deyir: «Mülkiyyətin zərurəti üçün ən mühüm dəlil ictimai mənfəətdir. Cəmiyyət ayrı-ayrı fərdlərin fəaliyyətinə ehtiyaclıdır. Bu işin gerçəkləşməsi üçün lazımi mühərrik olmalıdır. Həmin fəaliyyətin genişlənməsinə kömək edən ən yaxşı amil isə mülkiyyətdir. Cəmiyyətin mənfəəti bundadır ki, xalq müəyyən maddi ehtiyatlara və imkanlara malik olsun. Bu isə öz növbəsində ictimai sərmayənin artmasına kömək edir. Gərək cəmiyyət fərdlərə bu cür maddi ehtiyatlara və imkanlara malik olmaq hüququ versin. Mülkiyyət yeganə amildir ki, məcburiyyətsiz şəkildə xalqı iş görməyə və çalışmağa vadar edir».
    İslam da öz qanunlarında, yaşayışın inkişafında çox təsirli olan, fitri istəklərlə üst-üstə düşən bu mühüm amili təsdiq etmişdir. Halal yolla qazanılan və əldə edilən şəxsi mülkiyyət iqtisadi inkişaf üçün çox vacib amil sayılır.
    İslam şəxsi mülkiyyətin təbiətən zülmkarlıq və istismar mənşəyi olduğunu rədd edir. Avropa və Qərb dünyasında şəxsi mülkiyyətin zülm və haqsızlıqla əkiz olmasına səbəb, həmin cəmiyyətlərdəki qanunvericilik hüququnun uzun əsrlər boyu yalnız varlı təbəqənin əlində qalmasındadır. Yuxarıda qeyd etdik ki, İslamda qanunvericilik hüququ Allaha məxsusdur və O, bu məsələdə heç bir insan qrupunu digərindən üstün tutmur. Varlı və kasıb eyni dərəcədə Allah qanunlarına tabe olmalıdırlar. Ona görə də İslam qanunları icra olunmağa başlayan vaxt şəxsi mülkiyyət mövcud olsa da, heç bir zülm və haqsızlıq cəmiyyətin iqtisadi həyatında müşahidə edilmirdi.
    İslam nöqteyi-nəzərindən zavod, fabrik və digər müəssisələri onları təsis edənlərin əlindən zorla almaq düzgün deyil. Çünki bu iş ictimai asayiş və fərdlərin hüququna hörmət bəsləmək prinsipinə ziddir. Belə əməllər iş fəaliyyətində təşəbbüskarlığı aradan apara bilər. Amma İslam hökuməti inhisarçılıq yaratmamaq, ictimai ədaləti möhkəmləndirmək və milli mənafeləri qorumaqdan ötrü böyük sənaye obyektlərinin idarəsini öz öhdəsinə götürə bilər. Başqa sözlə desək, İslamın iqtisadi qanunları fərdi və ictimai mülkiyyətin hər ikisinə, ictimai və şəxsi mənafeləri qorumaq şərti ilə inkişaf etmək imkanı verir. İslam dini xüsusi mülkiyyət hüququnu qorusa da, onun ictimai mənafelərə ziyan vurmasına heç vaxt razı olmur.
    İslam xüsusi mülkiyyət məsələsində səhlənkarlığa yol verilməsinin əleyhinədir və fərdi mülkiyyəti rəsmi surətdə tanısa da, onun yalnız qanuni və halal yolla əldə edilməsinə icazə verir. Haram və qeyri-qanuni şəkildə mövcud olan mülkiyyət İslamda qəbul edilməzdir. İslam təcavüz, zülm, möhtəkirlik və başqalarına zərər yetirməklə qazanc əldə etməyi qadağan edir və ədalətsiz şəkildə, şəriət qanunlarını pozmaqla toplanan sərvəti haram sayır. Dinimiz müasir qərb iqtisadiyyatında geniş yayılmış riba (sələmçilik) və möhtəkirliyi qəti şəkildə rədd edir və onları xalqı istismar etmək üçün şərait yaradan əsas səbəblərdən sayır.
    Müxtəlif təbəqələr arasında iqtisadi müvazinət yaradılması yollarından biri də İslamda çox mühüm və vacib sayılan zəkat və xums hesab edilir. Xums və zəkat vasitəsilə hər il varlı adamların sərvətlərinin bir hissəsi vergi şəklində toplanaraq, kasıb və ehtiyacı olanlar arasında paylanır.
    Sərvət və sərmayənin varlı təbəqənin əlində toplanmasının qarşısını alan qanunlardan biri də, həmin sərvətlərin bir qisminin İslam dövlətinə məxsus olmasını nəzərdə tutan qanundur. Meşələr, otlaqlar, dənizlər, əkinə yararsız torpaqlar, oradakı ağaclar və mədənlər daxil olmaqla dağlar, vəqf edilmiş və sahibi məchul olan mallar, müharibəsiz müsəlmanların öhdəsinə qoyulmuş torpaqlar, varissiz dünyadan köçmüş şəxslərin mirası və bu kimi digər sərvətlər İslam dövlətinin ixtiyarında olur.
    İslamda xüsusi mülkiyyətə hörmət və toxunulmazlıq müəyyən həddə qədərdir. Əgər bu mülkiyyət İslam cəmiyyəti üçün təhlükəyə çevrilirsə, dövlət mövcud qanunlar çərçivəsində zərurət qarşısında qalaraq, həmin mülkiyyəti mötədilləşdirir. İslam qanunları sərvətin bir dəstə adamın əlində toplanıb, digərlərinin aclıq çəkməsinə razı ola bilməz. Quran buyurur:
    «Sərvətlərin bölünməsi və paylanması üçün təyin etdiyimiz qayda-qanun ondan ötürüdür ki, sizin aranızda yalnız bir dəstə varlı adamın əlində bütün var-dövlət toplanmasın». (Həşr surəsi 7-ci ayə)
    Belə şəraitdə ictimaiyyətin zərəri ayrı-ayrı fərdlərin zərəri hesab edilir və cəmiyyətlə fərdlərin hüquqları arasında heç bir ziddiyyətdən söhbət gedə bilməz. İslam xüsusi mülkiyyətə hörmətlə yanaşdığı halda, zərurət olduqda ondan ictimai mənfəətlər xatirinə istifadə etmək yollarını da göstərir. Baxmayaraq ki, İslam dini sərmayədarlığın həddi aşmasına və digərlərinin hüququna təcavüz etməsinə yol vermir, lakin təkcə qanunlarla bu məsələnin həll olunması ilə də kifayətlənmir. Dinimiz insanları Allah yolunda öz mallarından başqalarına verməyə, ehsan və bəxşişlərə təşviq edir. Maddi cəhətdən təmin olunmuş müsəlman tox olan halda, digərlərinin yoxsulluq və aclığına biganə qala bilməz. İslamda çox tövsiyə olunan ehsan və başqalarına kömək məsələsi böyük əxlaqi əhəmiyyət kəsb edir. İslam varlı adamların israfçılığı və əyyaşlığı ilə kəskin mübarizə aparır. Həmçinin varlıların xəsisliyini və Allah yolunda öz sərvətlərini digərlərilə bölüşməmələrini pisləyir.
    İslamın tövsiyə etdiyi bütün bu əməlləri yerinə yetirən insanlar Allahın razılığını qazanırlar və axirətdə isə öz layiqli mükafatlarına yiyələnəcəklər. Hətta ən varlı möminlər dünya nemətlərinin müvəqqəti olduğunu yaxşı anlayırlar. Belələri tamah, hərislik, ədalətsizlik və zülmdən çox-çox uzaq olurlar. Amma pul və dünya malını hər şeydən üstün tutan münafiqlər Allahla rabitələrini kəsir və nəhayətdə tamamilə imanlarını itirib, sərvət və var-dövlət əsirinə çevrilirlər. Tarix boyu Allaha pərəstiş məsələsində səhvlərə düçar olmuş insanlar arasındakı münasibətlərdə müxtəlif növ qeyri-insani təzahürlər müşahidə olunub. Allahla düzgün və yaxın rabitəsi olan insanların başqalarına zülm və təcavüz etməsi mümkün deyil. Bu cür adamlar heç vaxt varlanmaqdan ötrü digərlərinin haqqını tapdalaya bilməzlər.
    İslamda fərdi və ictimai mənafeləri qorumaq hökumətin ixtiyarına verilib. İslam dövləti insan hüquqlarını və azadlıqlarını qorumaq vəzifəsini qətiyyətlə öz öhdəsinə alır. Bundan əlavə cəmiyyətdə əxlaqi dəyərlərin inkişaf etdirilməsi və mənəvi tənəzzülə səbəb olan amillərlə mübarizə aparmaq İslam hökumətinin ümdə vəzifələrindən hesab edilir.
    İslam nöqteyi-nəzərindən insan heç vaxt iqtisadi zülmün köləsi ola bilməz. O, dünyanın fəal və qurucu bir qüvvəsidir. Dinimizin iqtisadi qanunlarını başqalarından fərqləndirən bir cəhət də budur ki, onlarda heç bir şəkildə məcburiyyət yoxdur. İnsanlar öz ixtiyarları ilə istədikləri sahədə qanunlara uyğun fəaliyyət göstərə bilərlər. Qərb mütəfəkkirlərinin bir çoxu bu fikirdədir ki, demokratiya və sərmayədarlıq fərdlərə ifrat həddində azadlıqlar vermişdir. Bu isə ictimai tarazlığı pozur. Bir dəstə varlı bütün sərvət mənbələrini və istehsal vasitələrini əllərində toplayıb, xalqı öz iqtisadi iradələrinə tabe etmişlər. Həmin adamlar siyasi və hökumət qurumlarında böyük nüfuza malik olurlar, bəzən də tamamilə onları idarə edirlər.
    Qərb iqtisadi sisteminin bu nöqsanlarını dərk edən həmin mütəfəkkirlər ayrı bir yol seçilməsini tövsiyə edirlər. Biz qətiyyətlə deyə bilərik ki, 14 əsr öncə bəşəriyyətə göstərilmiş ən ədalətli yol İslam qanunları ilə yaşamaqdan başqa bir şey ola bilməz. Uzun əsrlər boyu İslam qanunları xalqın bütün ehtiyaclarını çox yüksək səviyyədə təmin etmişdir. Bu qanunlar müsəlmanların müxtəlif millət və irqlərlə birgə, sülh şəraitində yaşamasına şərait yaratmışdır. Müsəlmanların heç vaxt əcnəbi qanunlara ehtiyacı olmamışdır. Hazırkı dövrdə də müsəlmanlar öz qiymətli qanunlarını rəhbər tutaraq, çox gözəl və firavan həyat şəraitində yaşaya bilərlər. Çünki bu qanunlarda insanın bütün maddi və mənəvi problemlərini həll etmək üçün aydın yollar göstərilib.
    İslam qanunları öz kamilliyinə görə bütün qanunlardan üstündür. Onları təyin edən, ən xırda məsələlərin həllində belə heç vaxt səhv etməyən, insanlarla misilsiz ədalət və hikmətlə rəftar edən uca və qüdrətli tək Allahın Özüdür.
    1951-ci ildə Paris universitetində İslam fiqhini (hüququnu) təsdiq etmək üçün bir elmi konfrans keçirilmişdi. Konfransın məsulları bütün dünyada İslam alimlərinə bir neçə mövzu barəsində dinimizin nəzərini bildirməyi təklif etmişdilər. Təyin olunmuş mövzular bunlar idi:
    1. İslam fiqhində malikiyyətin isbat olunması yolları;
    2. İctimai mənafeyə görə xüsusi əmlakın zəbt olunma şəraiti və yolları;
    3. Cinayət məsuliyyəti;
    4. Müxtəlif İslami fiqhi məzhəblərin qarşılıqlı təsirləri.
    Konfrans sona yetdikdən sonra ona sədrlik edən şəxs belə etiraf etdi: «Bundan əvvəl İslam hüququnun yeni dünya problemlərinin həllində aciz olması fikrimiz tamamilə alt-üst edilmişdir. Bu konfransda bizə tam aydın oldu ki, İslam hüququ çox dərin və düzgün dəlillərə əsaslanan geniş əhatəli qanunlarla müasir dünyamızın bütün problemlərini ədalətlə həll etməyə qadirdir. İslam fiqhi öz obyektiv üsulları ilə müasir dünyada bəşəriyyətin bütün ehtiyaclarını təmin edə bilən böyük bir hüquq məktəbidir».
    İSLAMIN QƏRB MƏDƏNİYYƏTİNDƏKİ İZLƏRİ
    Qərb ölkələrinin müasir sənaye inkişafına məftun olanlar, İslam alimlərinin müxtəlif elmi kəşflərini və həmin elmi baxışların Qərb mədəniyyətinə vaxtı ilə göstərdiyi böyük təsirləri unutmuşlar.
    İslamın bəşəriyyətə bəxş etdiyi hərəkət elə güclü və yaradıcı olub ki, onun nəticəsində ən geri qalmış millətlər çox yüksək inkişaf və tərəqqi səviyyəsinə qalxmışlar. Bu dinin ən böyük möcüzəsi, onun cəhalət və nadanlığın hakim olduğu bir mühitdə baş qaldırması və burada qələbə çalaraq xariqələr yaratmasıdır. İslam dini xalqın bütün həyatını dəyişdirdi və yarımvəhşi insanları yüksək mədəniyyət və əxlaq sahibi etdi.
    İslam qısa bir müddətdə Adriatik dənizi sahillərindən Afrika səhralarına, Atlantik okeanından Çin səddinə qədər əraziləri fəth etdi.
    Bu fəth və qələbələr insani dəyərlərə dəqiq riayət olunması ilə birgə baş verirdi. İslam təfəkkür tərzi təkcə Ərəbistan yarımadasıyla kifayətlənmir, bütün dünyaya yayılırdı. Müsəlmanlar qədəm qoyduqları hər bir yerdə İslamın ədalətli və bərabərlik prinsipini əks etdirən qayda-qanunlarını tətbiq edirdilər. İslam həmin dövrün insanlığa zidd, zalım qüdrətlərini məğlub etdikdən sonra, nüfuz etdiyi ölkələrdə nurlu ideyalarını yaymağa başlayırdı. Müxtəlif millətlər bu dinin üstünlüklərini görüb, tezliklə onu qəbul edirdilər. Ərəbistanda bütpərəstlər, İranda zərdüştlər, Misir və Şamda məsihilər İslamın yeganə düzgün din olduğunu başa düşüb müsəlman olurdular.
    Həmin dövrlərdə müsəlman aləmində müxtəlif elmlər sürətlə inkişaf etməyə başladı. İslam mədəniyyəti başqa mədəniyyətlərdən müqayisəolunmaz dərəcədə yüksəlişə çatdı. Hətta, İslam düşmənləri bu dövrlərdə dinimizin mədəniyyət, sənət, elm və sair sahələrdəki müvəffəqiyyətlərini inkar edə bilməzlər. Müsəlman alimlərinin müxtəlif elmlərdə qazandıqları nailiyyətlərdən bütün dünyada, o cümlədən Avropada istifadə edirlər. Qərblilər müsəlman alimlərinin fizika, kimya, həndəsə, riyaziyyat və astronomiya elmlərindəki kəşflərini və tədqiqatlarını öyrənməyə çalışır, bunlardan öz elmi tədqiqatlarında geniş surətdə faydalanırdılar.
    Orta əsrlərin cəhalət dövrü Avropada kilsənin vəhşilikləri və zülmləri ilə yadda qalıb. İslam isə hələ renosans dövründən əvvəl hərtərəfli və işıqlı bir mədəniyyəti dünyaya tanıtmışdı.
    Həmin dövrlərdə Kopernikin nəzəriyyəsini müdafiə etdiyi və Yerin fırlanmasını dediyi üçün Qalileyi kilsə mühakimə edirdi. Onu məcbur etdilər ki, öz əqidəsindən əl çəksin və bu şəkildə «tövbə» etsin:
    «Mən Qaliley həyatımın 70-ci ilində siz həzrətlərin (Papa və keşişlər nəzərdə tutulur) qarşısında diz çökürəm və müqəddəs İncil kitabı gözümün qabağında olduğu halda ona əl basıram və tövbə edirəm. Yerin hərəkət etdiyi haqqındakı puç iddiamı inkar edirəm və onu mənfur və rədd olunmuş bir fikir sayıram».
    Məşhur filosof Bekona İngilis kralı Edvard tərəfindən verilən əmrə görə kimya elmi ilə məşğul olmaq qadağan edildi. Bekon Fransaya sürgün edildi və kilsənin nəzarəti altında yaşamağa məcbur oldu. Kilsə kimya elminin şeytanla bağlı olduğunu iddia edir, kimyaçıları isə cadugər sayırdı.
    Tarixi baxımdan İslam mədəniyyətinin Avropada elmi hərəkat yaranmasında etdiyi təsir inkarolunmaz bir həqiqətdir. Qərb tarixçiləri və alimləri bunu aydın şəkildə təsdiq edirlər. Burada müsəlmanların elmi inkişafı barəsində qərb alimlərinin söylədiklərinə bir nəzər salaq.
    Category: İslam və qərb mədəniyyəti | Views: 948 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024