İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 16 » İslam dunyagörüşü İnsan və iman
    5:44 AM
    İslam dunyagörüşü İnsan və iman
    Bismillahir-rəhmanir-rəhim
    BİRİNCİ FƏSİL
    İNSAN VƏ HEYVAN
    İnsan digər heyvanlar kimi bir canlıdır və onlarla müştərək olan bir çox xüsusiyyətlərə malikdir. Amma bununla belə, insan bəzi özünəməxsus xüsusiyyətləri ilə digər canlılardan fərqlənir və bu xüsusiyyətlər onun məqamını ucaldaraq ilahiləşdirir.
    İnsanı digər canlılardan fərqləndirən ən başlıca xüsusiyyət isə onun «insan olmasıdır». Başqa sözlə desək, onun malik olduğu mədəniyyət və svilizasiyadır.
    Ümumiyyətlə canlılar yalnız özlərini və onları əhatə edən mühiti dərk edə bilir, əldə etdikləri bu məlumatların sayəsində öz istək və armanlarına nail olmaq üçün böyük səy və cəhdlər göstərirlər. İnsan da digər canlılar kimi əldə etdiyi məlumatlarla öz istəyinə nail olmaq üçün həyatla mübarizə aparır və bu yolda böyük məşəqqətlərlə üzləşir.
    İnsanın digər canlılarla fərqli xüsusiyyəti, onun ətraf mühitə olan məlumatının daha geniş və kamil olmasıdır.
    İnsanı digər canlılardan fərqləndirən və ona ilahi gözəllik bəxş edən məhz bu xüsusiyyətlərdir.
    AGAHLIQ NURU VƏ HEYVANLARIN İSTƏK DAİRƏSİ
    Heyvanlar ətraf mühitdən əldə etdikləri məlumatları zahiri hiss orqanları (göz, qulaq, burun, dad bilmə [ağız] ləms etməklə) kəsb edə bilirlər. Bu səbəbdən də onların əldə etdikləri məlumatlar zahiri və məhdud olur. Onları insanla müqayisə etdikdə bir neçə fərqli cəhət nəzərə çarpır:
    1-Heyvanlar ətraf mühitdə müşahidə etdikləri varlıqların batininə yol tapa bilmir və məlumatları yalnız onların zahiri görnüşündən əldə edə bilirlər.
    2-Heyvanların məlumatı insan kimi ümumi deyil, cüzi və məhduddur.
    3-Heyvan, yalnız yaşadığı məntəqədən agah olar bilər, ətraf məntəqələrdən isə xəbərsiz qalıb heç bir məlumat əldə edə bilməyir.
    4-Heyvan, yalnız yaşadığı müddət ərzində ətraf mühitdən agah ola bilir, onun nə keçmişindən, nə də gələcəyindən xəbərdar olur. Heyvanlar bu barədə səy belə etmirlər.
    Heyvanlar belə bir məhdud çərçivədə dünyaya gəlir və oradaca da dünyalarını dəyişirlər. Bu çərçivədən çıxdıqda isə, belə bir proses onların agahlıq və ixtiyarı ilə baş verməyir. Belə bir [qeyri-adi] hadisə yalnız müxtəlif təbii proseslər şəraitində icbari və qeyri-ixtiyari şəkildə həyata keçə bilər.
    Heyvanların istəkləri də, ətraf mühitə agah olduqları kimi, məhdud və müəyyən çərçivədədir.
    1-Onlar üçün əxlaqi və mənəvi prinsiplər heç bir məna kəsb etməyir və istəkləri yalnız yemək-içməkdən, yatıb-durmaqdan, yuva qurub öz cinsindən istifadə edərək nəsil artırmaqdan ibarətdir.
    2-Heyvanların istəyi yalnız onların özlərinə və öz həmcinslərinə aid olur.
    3-Yalnız yaşadıqları məntəqəyə aid olur.
    4-Ətraf mühitdən məlumat əldə etdikləri kimi, istəkləri də yaşadıqları dövrə aid olur.
    Yəni heyvanların ətraf mühitdən əldə etdikləri məhdud məlumatlar onların istəklərinə şamil olur. Amma bəzi heyvanların cəm halda yaşadıqlarının və gələcək haqqında düşündüklərinin də şahidi oluruq.
    Bal arısını buna misal çəkmək olar. Onlarda müşahidə etdiyimiz belə bir davamiyyətli prosesi heç də şüur və əqli dərrakə hesab etmək olmaz. Sadəcə olaraq bu onların təbiətində adət halına düşmüş instiktual bir vəzifədir. Onlara belə bir daxili qüvvəni aləmləri nəzmə salan, hər şeydən uca və agah olan bir varlıq bəxş etmişdir.
    DÜŞÜNCƏ VƏ İNSANIN İSTƏK DAİRƏSİ
    İnsanın istər arzu və istəkləri, istərsə də düşüncə və dərrakəsi böyük bir mətləbi əhatə edir.
    İnsan, onu əhatə edən varlıqlar ilə zahiri tanışlıq əldə etdikdən sonra onların batini mahiyyətini və bir-birləri ilə qurduqları əlaqələri dərindən araşdırmağa başlayır. Onun əldə etdiyi məlumatlar daim eyni səviyyədə qalmayıb, zaman və məkan çərçivəsindən kənara çıxır. İnsanın məlumat dairəsi genişlənərək yaşadığı planetdən xaric olur, qalaktikada sayrışan milyonlarla ulduz və planetləri tədqiq etməyə başlayır. Beləliklə, gələcəkdə baş verəcək təbii prosesləri qabaqcadan araşdırır və lazımi tədbirlər həyata keçirir. Habelə insan özünün, yerin, göylərin, dağların, dənizlərin, heyvan və bitki aləminin və digər varlıqların tarixini öyrənir və onların əsrlər boyu keçdikləri mərhələləri yaxından öyrənməyə cəhd göstərir.
    Bütün bunlarla yanaşı insan, əbədiyyat və əbədi varlıqlar haqqında düşünür və illər boyu apardığı tədqiqatlar nəticəsində müəyyən məlumatlar əldə edə bilir.
    O, məhdud qanunlarla kifayətlənməyib, dünyaya hakim olan ümumi qanunauyğunluqlar haqqında dəyərli məlumatlar əldə edir.
    Beləliklə o, təbiət üzərində öz hakimiyyətini bərqərar edir.
    İnsan düşüncə və əldə etdiyi məlumatlar kimi, öz arzu və istəklərində də yüksək dərəcələrə nail ola bilir. O, hər şeyi dəyərləndirən bir varlıqdır, onun arzu və istəkləri tək özü üçün müəyyən zaman və məkan çərçivəsində olmayıb, daimi və ümumbəşəridir. Arzu və istəkləri o qədər böyük və sonsuz olur ki, bəzən onu hər şeydən üstün tutur. Belə ki, başqalarının rifah və rahatlığını öz rahatlığından üstün tutur, onların sevinc və kədərinə şərik olur. Bu bağlılıq bəzən elə bir həddə çatır ki, o, bu yolda öz malını və canını fəda etməyə belə hazır olur. Bəşər svilizasiyasının təməlini təşkil edən bu hərəkat məhz insani dururmun üzərində qurulmuşdur.
    İNSANIN DİGƏR CANLILARDAN ÜSTÜNLÜYÜ
    İnsanın dünya görüşü əsrlər boyu yüksələrək geniş vüsət almışdır. Belə bir dünya görüşü məntiqi qanunlar əsasında kamilləşmiş və sonralar «elm» adlandırılmışdır. Elm bəşəriyyətin həm dünya haqqındakı təfəkkür tərzinə, həm də fəlsəfəyə şamil olunur.
    Bəşəriyyətin yüksək mənəvi təmayülü onun iman və etiqadından, habelə mövcud olan bəzi həqiqətlərdən irəli gəlir.
    İnsanda mövcud olan belə bir iman və bağlılıq öz növbəsində ona müəyyən qədər də olsa, dünya görüşü və ideologiya bəxş edir. Bunun əsas amili isə, adətən ya peyğəmbərlər, ya da sağlam düşüncəli filosoflar olmuşlar. Onların əsas məqsədi bəşəriyyəti sağlam düşüncəyə yönəldib iman və etiqadlarını gücləndirmək olmuşdur.
    Demək insanın yüksək və mənəvi təmayülü etiqad və sağlam düşüncə üzərində qoyulduğu zaman «iman»adlandırılır.
    Burada belə bir nəticəyə gəlmək olur ki, insanın digər canlılardan ən ümdə fərqi onun «insaniyyətidir».
    İnsanın digər canlılardan üstün olması haqda çox sözlər deyilmişdir. Bəziləri insanın digər canlılardan bir o qədər də fərqli xüsusiyyətə malik olmadığını iddia etmişlər. Onların fikrincə insan digər canlılardan mahiyyət baxımından deyil, yalnız zahiri quruluş və ona xas olan bəzi xüsusiyyətlərlə fərqlənir. Şərq və qərb filosoflarının«insanla tanışlıq» haqqında irəli sürdükləri heyrətamiz və olduqca əhəmiyyətli olan dəyərli mülahizələr sanki onlarda maraq doğurmamışdır.
    Bu alimnümalar insanın mətləb və istək baxımından heyvanla heç bir fərqli xüsusiyyətə malik olmadığını bildirmişlər. Bəzilərinin fikrincə isə insanın digər varlıqlardan fərqli xüsusiyyəti onun canlı olmasıdır. Onların fikrincə yeganə canlı məxluq insandır, heyvan aləmi isə canlılara oxşar hiss, ağrı və ləzzət bilməyən və heç bir şeyə meyli olmayan bir varlıqdır. Onlar insanın tərifində deyirlər: «İnsan» həqiqi varlıqdır.
    İnsanı yeganə canlı varlıq hesab etməyən digər alim və mütəfəkkirlər isə insanla, canlılar arasında müxtəlif əsas fərqli xüsusiyyət olduğuna işarə etmişlər. Bu səbəbdən də insanı müxtəlif ifadələrlə tərif etmişlər. Məsələn, onu natiq heyvan (fikirləşən və danışan canlı), doymaq bilməyən, [varlıqları və ya mənəviyyatı] qiymətləndirən, qeyri-müəyyən, azad və muxtar (ixtiyar sahibi), üsyançı, ictimai, inzibatçı, nəzm və intizam tələb edən, gözəllik sevən, ədalət tələb edən, aşiq, iki üzlü, vicdan və məsuliyyət sahibi, metafizik aləmi sevən, əqidəpərəsət, iztirablı, təxəyyül yaradan, metafizik varlıq, mənəviyyat qapısı və s. ifadələrlə adlandırmışlar.
    İnsana aid olunan bu xüsusiyyətlərin hamısı düzgündür, amma onu digər canlılardan fərqləndirən əsas xüsusiyyətlər ilə tanış olmaq istəsək gərək onun «elm» və «iman»nından söhbət açaq.
    «İNSANİYYƏT» HƏR ŞEYİN TƏMƏLİNİ TƏŞKİL EDİR
    Məlum oldu ki, insanın digər canlılarla həm oxşar, həm də özünəməxsus və fərqli xüsusiyyəti vardır. Bu oxşar və fərqli xüsusiyyət onun iki müxtəlif həyat tərzi – «heyvani» və «insani» həyat tərzi keçirməsinə səbəb olmuşdur. Başqa sözlə desək, insan maddi və mədəni həyat tərzi keçirir. Burada belə bir sual meydana gəlir ki, görəsən bəşəriyyətin insani və heyvani, maddi və mədəni həyat tərzləri arasında hansı rabitə növü mövcuddur? Onlardan biri əsas, digəri isə ikinci dərəcəlidirmi? Biri təməl, digəri isə onun divarı sayılırmı? Maddi həyat tərzi mədəni həyatın təməlini təşkil edirmi? İnsanın heyvan olması onun insan olmasının təməlini təşkil edirmi?
    Haqqında söhbət açdığımız bu məsələ psixoloúi yöndən deyil, sosioloúi baxımdan araşdırılır. Bu səbəbdən də bu mövzu haqqında bəhs edildiyi zaman ictimai qurumlar arasında belə bir sual meydana gəlir ki, görəsən bütün orqan və təşkilatların təməlini istehsal ilə məşğul olan iqtisadi orqanlar təşkil edirmi və elm, fəlsəfə, ədəbiyyat, din, əxlaq, hüquq, sənət bütün dövrlərdə iqtisadla bağlı vəziyyətdə olmuş və özləri müstəqil şəkildə formalaşmamışlarmı?
    Bəli, bu məsələ məhz belə bir tərzdə araşdırılmışdır. Amma istər-istəməz bu sosioloúi mübahisə psixoloúi nəticələr vermiş və eyni halda insan haqda bəhs olunan fəlsəfi bir mübahisəyə çevrilmişdir. Bu günlər bu mübahisəli məsələ «humanizm» adı almışdır. Belə ki, insanın «insaniyyəti» deyil, yalnız «heyvan» olması meyar və əsas hesab olunur. Yəni, insan dedikdə ilk növbədə onun «insaniyyəti» (insan olması) deyil, «heyvan» olması nəzərdə tutulur. Bu da insanla heyvanlar arasında heç bir fərq qoymayanların, yəni insanı yüksək ilahi varlıq hesab etməyənlərin irəli sürdükləri nəzəriyyədir.
    Bu nəzəriyyəyə əsasən tək insani təmayül deyil, o cümlədən gözəllik, həqiqət, xeyir və Allah-taalaya olan təmayüllər belə rədd olunur. İnsanın dünya haqqında baxışı olan «realizm» (həqiqətə olan təmayül) belə rədd olunur. Çünki, hər bir baxış müəyyən maddi təmayülü əks etdirir.
    Təəccüblü hallardan biri də budur ki, belə bir nəzəriyyə irəli sürən bəzi məktəblər eyni zamanda «humaniz»dən də dəm vururlar!!!
    İnsanın təkamül mərhələsinin «heyvanlıq» dövründən başlayıb «insaniyyət» mərhələsində özünün ən ali zirvəsinə çatması danılmaz bir həqiqətdir. Bu həqiqət fərdi şəkildə bütün insanlara, ümumi şəkildə isə cəmiyyətə aid olunur. İnsan özünün ilk yaradılış mərhələsində maddi bir cismdir. Cövhəri təkamül hərəkəti nəticəsində ruha və ruhi cövhərə çevrilir. «İnsanın ruhu» cism çərçivəsində böyüyür, kamilləşir və daha sonra müstəqilləşir. İnsanın«insani» xislətləri inkişaf etdiyi kimi, onun «heyvani» xüsusiyyətləri də eyni qaydada böyüyüb inkişaf edir. Təkamül xüsusiyyətlərində olduğu kimi, kamilləşən mövcud o kamal xüsusiyyəti ilə müqayisədə müstəqil olur, öz zatına əsaslanır və öz mühitinə hakim və təsir edici olur. İnsanın «insaniyyəti» də fərd və ya cəmiyyət olmasından asılı olmayaraq, kamilləşdiyi sifətlə müqayisədə müstəqiliyyə və bütün sahələrdə hakimiyyəti ələ keçirməyə çalışır.
    Kamilləşmiş insan, o kəsdir ki, özünün batini və xarici həyat mühitinə müəyyən qədər hakim olmuş olsun.
    Kamilləşmiş insan, o kəsdir ki, batini və xarici mənəvi çatışmamazlıqdan (danlaq və məhkumiyyətlərdən) uzaq olub, iman və əqidəyə bağlılığı olsun. Cəmiyyətin təkamülü də ruhun bədəndəki təkamülü kimi baş verir. İnsanın təkamülü isə onu «heyvanlıq» xislətlərində baş verir.
    Cəmiyyət bünövrəsinin iqtisadi qurumlarla sıx əlaqəsi vardır. Cəmiyyətin mənəvi və mədəni sahələri onun ruhunu əvəz edir.
    Ruhla bədən sıx əlaqədə olduğu kimi, cəmiyyət də maddi və mənəvi qurumlarla bir o qədər sıx əlaqədədir. Təkamülə doğru hərəkət edən hər bir şəxsin azadlığa, müstəqilliyə və hakimiyyətə olan meyli onun ruhu ilə sıx əlaqəli olduğu kimi, cəmiyyətin də təkamülə doğru etdiyi hərəkət bir o qədər möhkəm və ayrılmazdır.
    Yəni cəmiyyət təkamülə doğru hərəkət etdikcə (yəni kamilləşdikcə), mədəniyyət, müstəqillik və hakimiyyət onun maddi həyatında üstünlük təşkil edəcəkdir.
    Gələcəyin insanı iqtisadi varlıq deyil, mədəni varlıq olacaqdır. Gələcək insanlar qarın və nəfs insanı deyil, iman və əqidə insanı olacaqdır.
    Əlbəttə bu heç də o demək deyildir ki, bəşəriyyət kamala və insani dəyərlərə doğru icbari şəkildə və zərurət baxımından hərəkət edəcək, bütün mərhələlərdə keçmiş mərhələ ilə müqayisədə bir addım irəlidə olacaqdır. İnsan bəzən əldə etdiyi fənni və texniki nailiyyətlərə baxmayaraq, mənəviyyat baxımından keçmişlə müqayisədə olduqca geri qalır. Yaşadığımız əsr bunun gerçək nümunəsidir.
    Bəlkə də bunun əsas səbəbi bəşəriyyətin iki müxtəlif yöndə (yəni maddi və mənəvi yönlərdə), hərəkət etməsindən irəli gəlmişdir. Bəşəriyyətin mənəvi baxımdan təkamülə doğru etdiyi hərəkət, daim düz xət üzərində irəliyə doğru lazımi qaydada aparılmayan bir hərəkət olmuşdur. İnkişafa doğru getsə də, biz bu hərəkətdə təhrif və əyintilərin, hətta bəzi vaxtlarda tənəzzülün də şahidi oluruq. Bu səbəbdən də biz gələcəyin insanını iqtisadi varlıq deyil, mədəni varlıq adlandırırıq. Gələcəyin insanı qarın və nəfs insanı deyil, əqidə və iman insanı olacaqdır.
    Bu nəzəriyyəyə əsasən belə hesab etmək olar ki, insaniyyət, təkamül mərhələsini istehsal alətləri ilə yanaşı və ya ondan da tez keçmişdir. Təkamül nəticəsində onun təbii və ictimai mühitə olan bağlılığı azalmış, azadlıqla bərabər olan əqidəyə, ideologiyaya, imana və hədəfə olan bağlılıq, habelə təbii və ictimai mühitə göstərdiyi təsir dəfələrlə artmışdır. Gələcəkdə isə bundan daha artıq mənəvi [kamil] azadlığa, yəni müstəqilliyə, əqidəyə, imana və ideologiyaya olan bağlılığa nail olacaqdır. Qədim zamanlarda insanın fitri istedadları fəal olmadığı üçün təbii varlıqlardan lazımi qaydada istifadə edə bilməyirdi. Bu səbəbdən də o, daim təbiətin və özünün heyvani xislətlərinin əsiri olurdu. Gələcəyin insanı isə öz fəal fitri istedadları ilə təbii varlıqlardan tərəqqi və inkişaf yolunda istifadə edəcəkdir. O, özünü heyvani xislətlərdən və təbii varlıqlardan azad edəcək, həm özünün, həm də təbiətin üzərində hakimiyyətini bərqərar edəcəkdir.
    Bu nəzəriyyəyə əsasən, insan vücudunun həqiqi varlığı heyvani xislətlər çərçivəsində təkamül mərhələsini keçsə də, maddi təkamülün ardıcılı sayılmır. O, müstəqil şəkildə təkamül mərhələsini keçən bir varlıqdır. Maddi varlıqlardan təsirləndiyi kimi, onlara da öz təsirini göstərmişdir. Onun müqəddəratını həll edən, istehsal vasitələrinin təkamül mərhələsi deyil, batinində baş verən mədəni və mənəvi təkamül mərhələsidir.
    Bu insaniyyətin həqiqi və əsil varlıq olduğunu bəyan edən bir həqiqətdir. İstehsal proseslərini müəyyən edən əmək alətlərinin inkişaf mərhələsini insanın təkamül mərhələləri ilə müqayisə etmək düzgün deyildir. O, öz axarında hərəkət edir və istehsal alətlərini də özü ilə təkamül mərhələsinə çatdırır.
    Category: İslam dunyagörüşü İnsan və iman | Views: 957 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024