İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 10 » İslam dünyagörüşü - Cəmiyyət və tarix
    5:12 PM
    İslam dünyagörüşü - Cəmiyyət və tarix
    MAHİYYƏT BAXIMINDAN CƏMİYYƏTLƏRİN NECƏLİYİ
    Bu məsələnin qoyuluşu da hər bir məktəb üçün vacibdir. Çünki məhz bu məsələnin araşdırılması ilə bütün insan cəmiyyətlərinin bir ideologiyaya tabe ola bilməsi, ya onların, cəmiyyətlərin sayına uyğun olmasının zəruriliyi və ya hər bir cəmiyyət və millətin özünəməxsus ideologiyaya sahib olması aydınlaşır. İdeologiyalar adətən cəmiyyətləri xoşbəxtlik və kamilliyə aparan yolların yekun mərhələsidir. Digər tərəfdən də bilirik ki, hər bir növün özünəməxsus kamillik və səadət proqramı vardır. Heç vaxt atın səadət və kamalı, qoyunun, yaxud insanın səadət və kamalı ilə eyni ola bilməz.
    Deməli, əgər cəmiyyətlərin hamısı eyni mahiyyətə, eyni xüsusiyyətlərə və eyni zata malik olarlarsa, vahid ideologiyaya yiyələnmək ehtimalı çoxalır. Onların ixtilafı fərdi səviyyədə olur, hər bir ideologiya isə fərd və növlər səviyyəsində dəyişmək və islahat qabiliyyətinə malikdirlər. Amma əgər, cəmiyyətlər müxtəlif zat və xüsusiyyətlərə malik olsalar, təbii olaraq onlar müxtəlif ideya və planlara sahib olacaq və bu da, vahid ideologiyanın onları ümumi şəkildə əhatə etməsinə ya birləşdirməsinə imkan verməyəcək.
    Cəmiyyətlərin dəyişilməsi haqda – müəyyən zaman çərçivəsində – misallar çoxdur. Görəsən, cəmiyyətlər öz dəyişmə proseslərində mahiyyətlərini də dəyişdirirlərmi və bununla da növlərin dəyişilməsi qaydası – cəmiyyətlər səviyyəsində – baş verirmiş, ya ictimai dəyişikliklər də daxil olmaqla onlar eyni növə aiddirlər və onun mahiyyət və xüsusiyyəti bütün islahatlara baxmayaraq olduğu kimi qalır?
    Birinci məsələ cəmiyyətə, ikinci məsələ isə tarixə aiddir. Hal hazırda biz yalnız birinci məsələdən danışmaq istəyirik və ikinci məsələni, tarix bəhsinə saxlayırıq.
    Sosiologiya elmi, «cəmiyyətlər arasında bir sıra müştərək zati və fitri xüsusiyyətlər var ya yox?» məsələsinə aid nəzər söyləyə bilər. Cəmiyyətlərin bir-biri ilə ixtilafları yalnız səthi və ikinci dərəcəli işlərdəndirmi – bu ikinci dərəcəli işlər cəmiyyətin fitrətindən xaricdədir – və cəmiyyətin zatına aid olan məsələlər müştərəkdirmi? Ya cəmiyyətlər fitri olaraq müxtəlifdirlər və hətta xarici şəraitləri eyni olmasına baxmayaraq, müxtəlif cür hərəkət edirlər?
    Bu sualı araşdırmaq üçün ən yaxşı vasitə insanın özüdür. İnsanın müstəqil bir növ olduğu aydın məsələdir. Bioloji xüsusiyyətlərə əsasən, insan yarandığı andan heç bir dəyişikliyə məruz qalmayıb. Bəzi alimlərin fikrincə, təbiət canlıların təkamülünü insan mərhələsinə çatdırdıqdan sonra yolunu dəyişib öz təkamülünü bioloji mərhələdən ictimai mərhələyə keçirdir və bununla da o, bədən formasını dəyişməklə mənəviyyat və ruhun təkamülü istiqamətində hərəkətə başlayır. İnsanın ictimai olması barəsindəki bəhslərdə bu nəticəyə gəldik ki, insan öz fitrətinin hökmünə əsasən və öz xüsusiyyətlərinə uyğun olaraq ictimai bir varlıqdır. Yəni, insanın ictimai olması, cəmiyyət şəklində yaşaması və ictimai ruha malik olması onun zati xüsusiyyətlərindən irəli gəlir. İnsan növü özünün layiq olduğu kamilliyə çatmaq üçün – buna, onun həm istedadı, həm də bacarığı çatır – ictimaiyyətə və cəmiyyətə doğru meyl edir və bununla da ictimai ruhun yaranması üçün zəminə yaradır. İctimai ruh isə öz növbəsində insan növünü kamilliyə çatdırmaq üçün bir vasitədir. Deməli, insan fitrəti və növü ictimai ruhun istiqamətini təyin edir. Başqa sözlə desək, ictimai ruh da insan fitrətinin xidmətində durur. Fitri xüsusiyyətlər insan yaşadıqca öz fəaliyyətini davam etdirir və qeyd etdiyimiz kimi, ictimai ruhun əsaslandığı şey, fərdi ruh və insan fitrətidir. İnsan isə vahid növ olduğuna görə, öz cəmiyyətində yeganə mahiyyət, təbiət və zata malikdir.
    Əlbəttə, bir fərdin bəzən öz fitri yolundan azması və formasını dəyişməsi mümkün olduğu kimi, cəmiyyətin də öz həqiqi istiqamətini dəyişməsi mümkündür. Cəmiyyətlərin çoxluğu və müxtəlifliyi eyni növə aid olan insanların əxlaq müxtəlifliyinə bənzəyir. Deməli cəmiyyətlər, mədəniyyət və ictimai ruhlar bir-birindən fərqlənmələrinə baxmayaraq, ümumilikdə insana bənzəyirlər və onlarda qeyri-insani bir mahiyyət yoxdur.
    Bəli, əgər cəmiyyət haqqında söylənilən dördüncü nəzəriyyəni qəbul etsək və fərdləri boş qaba və qəbuledici maddələrə bənzətməsək və nəhayət, fitrəti danmasaq, cəmiyyətlərin növdən asılı olan müxtəliflik nəzəriyyəsini bəyan edə bilərik. Ancaq bu nəzəriyyə, Durkeymin söylədiyi formada heç cür qəbul oluna bilməz. Çünki, elə birinci cavabsız sual bu olacaq ki, əgər ictimai ruhun ilk özülü insanların yaşayış və təbii xüsusiyyətlərindən yaranmırsa, bəs haradan meydana gəlir? İctimai ruhu aydınlaşdırmaq üçün «insan yaranan anda, cəmiyyət də yaranıb» deməyimiz kifayət edərmi? Bundan əlavə, Durkeym özü də bu əqidədədir ki, ictimai proseslər, yəni cəmiyyətə aid olan işləri ictimai ruh yaradır. Məsələn, din, əxlaq, incəsənət və s. bütün cəmiyyətlərdə olub və olacaq da. Onun öz sözü ilə desək, qeyd olunan şeylər «zaman davamiyyətinə» və «məkan artımına» malikdirlər və bunun özü də, Durkeymin ictimai ruhun vahid mahiyyətə malik olmasını qəbul etməsinə bir sübutdur.
    Dinin növ vahidliyini mütləq şəkildə qəbul edən islam təlimləri, şəriətlərin müxtəlifliyini mahiyyət ixtilafı deyil, ikinci dərəcəli ixtilaf sayır. Digər cəhətdən də bilirik ki, din fərdi və ictimai təkamül proqramının bir hissəsi deyil. Bütün bunlar onu aydınlaşdırır ki, bu təlimlərin əsası cəmiyyətlərin növcə eyni olması üzərində qurulub. Əgər, cəmiyyətlər müxtəlif növlü olsaydılar, kamillik hədəfləri, bu hədəfə çatmaq yolları və təbii olaraq dinlərin də mahiyyəti müxtəlif və çoxsaylı olardı. Qurani-kərim dinin bütün məntəqələrdə, cəmiyyət və zamanlarda yeganə olduğunu israrla bəyan edir. Quranın nəzərinə əsasən, dünyada dinlər deyil, vahid din mövcud olub. Peyğəmbərlərin hamısı insanları bir dinə, bir yola və yeganə məqsədə dəvət edirdilər:
    «(Ya Peyğəmbər!) Allah: «Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin!» – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi.» (Şura-13).
    Quranda, dinin bütün zamanlarda, bütün yerlərdə və bütün peyğəmbərlərin dilində yeganə olmasını və şəri ixtilafların fərqlərdən, kamillik səviyyəsindən asılı olduğunu sübut edən ayələr çoxdur. Dinin mahiyyətcə yeganə olması məntiqi, insanın vahid növ olması üzərində formalaşan dünyagörüşündən irəli gəlir. İnsan vahid növdən olduğuna görə, onun cəmiyyətləri də vahid növə malikdir.
    CƏMİYYƏTLƏRİN GƏLƏCƏYİ
    Fərz edək ki, müasir cəmiyyət və mədəniyyətlər müxtəlif növlü və müxtəlif mahiyyətli deyillər. Ancaq onların müxtəlif keyfiyyətdə, müxtəlif şəkil və formada olduqlarını inkar etmək olmaz. Bəşəri cəmiyyətlərin gələcəyi necə olacaq? Bu mədəniyyət, cəmiyyət və millətlər həmişə olduğu formada qalacaqlarmı, yoxsa insanlığın hərəkəti, vahid cəmiyyət və vahid mədəniyyətə doğru irəli gedir və gələcəkdə, bütün müxtəlifliklər vahid növ və xüsusiyyətdə birləşəcəklər? Bu vahid rəng insanlığın ümumi rəngi olacaqmı?
    Bəhs olunan məsələ də, cəmiyyətin mahiyyəti, ictimai və fərdi ruhun bir-birilə bağlılığından asılıdır. Aydındır ki, fitrətin əsas saydığı nəzəriyyəyə əsasən, eyni zamanda fitri olaraq kamilliyə çatmaq üçün insanın ictimai vücudundan, ictimai həyatından və cəmiyyətin ictimai ruhundan bir vasitə kimi istifadə etdiyinə görə, qəbul etməliyik ki, cəmiyyət və mədəniyyətlər eyniləşmək, birləşmək və vahid formaya düşmək istiqamətində hərəkətdədirlər. İnsan cəmiyyətlərinin gələcəyi və gələcək forması, insanın həqiqi kamala, səadətə və nəhayət həqiqi insanlığa çatacağı vahid dünyəvi cəmiyyət şəklində olacaqdır.
    Quranın nəzərinə görə, son hökumət haqqa məxsusdur və nahaq işlər məhv olacaq və əməli-saleh insanlar sonda xoşbəx olacaqlar.
    «Əl-mizan» təfsirində deyilir:
    «Kainat haqqında aparılan dərin axtarışlar göstərir ki, insan da kainatın bir hissəsi olaraq, gələcəkdə kamala çatacaq. Quranda «islamın cahanda bərqərar olması labüddür» fikri də insanın kamala çatacağını söyləyir.
    Quran, «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə (bilsin ki,) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər.» (Maidə surəsi, 54-cü ayə.)– deməklə, əslində insanın yaradılış zərurəti və onun aqibətinin nədən ibarət olduğunu söyləmək istəyir. Bundan başqa, «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi, onları da müşriklərin yerinə gətirəcəyini), möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur.»(Nur surəsi, 55-ci ayə.) ayəsində və eləcə də «(Yer üzünə və ya müqəddəs torpağa) yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq.» (Ənbiya surəsi, 105-ci ayə.) ayəsində də bu barədə danışılır.
    Həmin kitabda, «İslam ölkəsinin coğrafi sərhəddi deyil, əqidə hüdudları vardır» adı altında deyilir:
    «İslam etnik qruplaşma prinsipini» yaşayış massivi yaratmaqda mühüm rol oynamaq vəzifəsindən uzaqlaşdırdı. Bu qruplaşmanın əsas səbəbi iki şeydir: Birincisi nəsil əlaqələri üzərində qurulan ibtidai qəbilə yaşayışı və ikincisi, coğrafi məntəqə ixtilafı. Bunlar, insan növünün müxtəlif millət və qəbilələrə bölünməsinin, dil və irq müxtəlifliyinin əsas səbəbləridir. Növbəti mərhələdə bu iki amil, hər qəbilənin müəyyən torpaq sahəsini öz ixtiyarına keçirərək ona vətən adı qoymasına və onu müdafiə etmələrinə səbəb olmuşdur. Bu, təbiətin insanı ona tərəf hərəkət etdirdiyi cəhətdir. Ancaq bu cəhətdə elə bir şey də vardır ki, insan fitrətinin ziddinədir və bu da insan növünü bir «vahid» halında yaşamağa məcbur edir. Təbiətin qanunu, dağılmışların cəm halında yığılması və parçalanmışların birləşməsi üzərində qurulub və bu yolla təbiət öz məqsədlərinə çatır. Bunun bariz nümunəsi, təbiətdə maddənin müxtəlif hissələrdən birləşərək varlıq, daha sonra bitki, sonra heyvan və nəhayət, insan halına düşməsi hadisəsidir. Etnik qruplaşma və vətən bölümləri bir qəbiləni, ya bir torpağın əhalisini vəhdət halında toplaması ilə bərabər, onları başqa qəbilə və ya hər hansı bir insan qruplaşması ilə qarşı-qarşıya qoyur. Belə ki, bir qəbilənin üzvləri bir-birini qardaş, digər insanları isə özlərinə yad hiss edir və onlara, yalnız istismar etmək üçün yaranmış bir əşya kimi baxırlar. Bu, islamın etnik qruplaşma və milli bölüşmə prinsiplərini rədd etməsinin və insan cəmiyyətinin özülünü əqidə əsasında qurmasının əsas səbəbidir. Daha insan cəmiyyəti irq, millət ya vətən prinsipi üzərində deyil, əqidə üzərində qurulur. Hətta evlənmək və miras məsələlərində də əqidə şərikliyini əsas tutur.
    Daha sonra, «Haqq din sonda qalib olacaq» adlı bəhsdə deyilir:
    «İnsan növü, onun daxilində qoyulmuş fitrətin hökmünə əsasən, həqiqi səadət və kamal arzusundadır. Yəni maddi-mənəvi bir varlıq həyatın ən yüksək pillələrinə ictimai formada hakim olmaq istəyir və bir gün bu arzuya çatacaq. İslam dini, bu səadətə çatmaq proqramıdır. Bu uzun yolda insana rast gələn azğınlıqlar insan fitrətinin ünvanına yazılmamalıdır. İnsan üzərində əsas hakim, fitrətin hökmüdür. Səhv və azğınlıqlar isə, yalnız hökmlərin tətbiqində baş verən xətalardır. İnsan, gec-tez öz fitrətinin hökmü ilə can atdığı kamal və məqsədlərə çatacaq.
    Rum surəsinin 30-cu ayəsində «Üzünü Allahın fitri olaraq insana verdiyi dinə tərəf tut» sözləri ilə başlayan və sonrakı ayələrdə davam edən mövzu fitrət hökmünün dəyişilməz olduğunu və insanın, bir sıra azğınlıqlardan keçdikdən, bir sıra təcrübə topladıqdan sonra öz yolunu tapmasını və o yoldan dönməməsini bəyan edir. Bir qrup insanın «islam bəşər mədəniyyətinin bir mərhələsi kimi öz vəzifəsini başa vurub və tarixə qovuşub» fikrinə qulaq asmaq olmaz. İslam, bəhs etdiyimiz kimi, özünün son kamilliyinə çatmış insandan ibarətdir. İnsan öz xilqətinin hökmünə əsasən bir gün bu kamilliyə qovuşacaq.
    Bəziləri iddia edirlər ki, islam heç bir vəchlə insan cəmiyyətlərinin və insan mədəniyyətlərinin birləşməsi və eyniləşməsi deyil, müxtəliflik tərəfdardır və onları, həmin çoxluq və müxtəliflik formasında rəsmi surətdə tanıyır. Onlar deyirlər: «Bir millətin kimliyi və şəxsiyyəti, həmin millətin ictimai ruhunun mədəniyyətindən ibarətdir və bu ictimai ruhu, həmin millətin özünəməxsus tarixi yaradır və o, bu tarixdə heç bir millətlə şərik deyildir. Təbiət insanın növünü, tarix isə onun mədəniyyətini və daha dəqiq desək, onun şəxsiyyətini və həqiqi «mən»liyini yaradır. Hər millət, özünə xas olan xüsusi mahiyyətə və həmin millətin şəxsiyyətini möhkəmləndirən mədəniyyətə malikdir. Həmin mədəniyyəti müdafiə etmək, millətin varlığını müdafiə etmək deməkdir. Hər fərdin şəxsiyyəti yalnız onun özünə məxsus olduğu və həmin şəxsiyyətdən əl çəkərək başqa kimliyi və şəxsiyyəti qəbul etmədiyi kimi, ayrı-ayrı xalqlar da tarix boyu formalaşdırdığı mədəniyyətdən savayı digər mədəniyyət və yaşayış tərzini özünə yaxın buraxmaq istəmir. Hər millətin özünəməxsus hiss, nəzər, zövq, səliqə, ədəbiyyat, musiqi, yanaşma tərzi və adətə malik olmasının səbəbi, onun tarix boyu müxtəlif səbəblər üzündən paklıq, müvəffəqiyyət, məhrumiyyət, coğrafi şərait, mühacirət, əlaqə və şəxsiyyətlərə sahib olmaqla üzləşdiyinə görədir. Onlar bu amillər nəticəsində özünəməxsus mədəniyyət, onun ictimai və milli ruhunu xüsusi formada yaradırlar. Fəlsəfə, elm, ədəbiyyat, incəsənət, din, əxlaq və s. bir qrup insanın yaşayışı boyu yaranaraq onu digər qruplardan fərqləndirən ünsürlərdir. Bu ünsürlərin cəmindən elə bir ruh yaranır ki, həmin qrupun üzvlərini, bir orqanizmin üzvləri kimi əlaqələndirir və bu orqanizmə, nəinki müstəqil vücud, hətta başqa orqanizmlərlə qarşılaşmada və tarix boyu fərqlənəcək bir həyat bəxş edir. İstər bu ruh ictimai rəftarda, düşüncə tərzində, ictimai adətlərdə, insanın təbiətə qarşı reaksiyalarında, həyat və hadisələrə qarşı əksül-əməllərdə, hisslərdə, əqidədə və hətta elmi, texniki və incəsənət yeniliklərində, isətərsə də bütün maddi və mənəvi cəhətlərdə bir sözlə, insanın bütün həyatında özünü büruzə verir.
    Bəzilərinin fikrincə, din ideologiyanın bir növü, əqidə və əqidənin yaratdığı xüsusi əməllər və hisslər toplusudur. Ancaq, millət isə, şəxsiyyətdir və eyni talehli insanların müştərək ruhunu yaradır. Buna görə də millət və din arasındakı rabitə, şəxsiyyətlə əqidə arasında olan rabitə kimidir.
    Digərlərinin fikrincə, islamın irq ayrı-seçkiliyinə və milli üstünlük iddialarına qarşı olan etirazını, bəşər cəmiyyətində ayrı-ayrı millətlərin vücuduna qarşı olan etiraz mənasında qəbul etmək olmaz. İslamda bərabərlik prinsipi millətlərin varlığını inkar etmək mənasında deyil, islamın millətlərin vücudunu təbii bir şey kimi qəbul etməsidir. «Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir»(Hücurat surəsi, 13-cü ayə.) ayəsini islam nəzərindən millətlərin inkarı mənasında dəlil gətirdikləri halda, bu ayə millətlərin varlığını təsdiq edən dəlildir. Çünki, ayənin əvvəli bəşəriyyətin cinslərə bölünməsini (kişi və qadın) elan edir və bunun ardınca, bəşərin milli qruplara və qəbilələrə bölünməsini bəyan edir. Bu da, milli müxtəlifliyin də cinsi müxtəliflik kimi təbii və ilahi bir şey olduğunu aydınlaşdırır. Buradan başa düşmək olar ki, islam qadın və kişi arasındakı əlaqənin müxalifi deyil, tərəfdarı olduğu kimi, millətlərin məhvi tərəfdarı da deyil, onların bərabərlik əsasında qurulmuş əlaqələrinin tərəfdarıdır. Quranın, millətlərin vəziyyətini də cinsiyyətlərin yaradılışı kimi Allaha aid etməsi, millətlərin müxtəlif yaradılmasının təbii hadisə olduğunu aydınlaşdırır. Quranın, millətlərin ixtilaf və fərqinin səbəb və məqsədini millətlərin bir-birini tanıması kimi bəyan etməsi, bir millətin yalnız başqa millətlə nisbətdə özünü tanıya biləcəyinə işarədir. Yalnız bu halda millət özünü kəşf edir. Millət, sair millətlərlə qarşı-qarşıya olduqda öz şəxsiyyətini büruzə verir və inkişaf etməyə başlayır.
    Bu səbəbdən də, yayılmış fikirlərin əksinə olaraq, islam, mədəni millətçiliyin müxalifi deyil, tərəfdarıdır. İslamın mübarizə apardığı millətçilik, irqi və ifratçı millətçilik, yəni rasizmdir.
    Bu nəzəriyyəni bir neçə cəhətdən iradlı və naqis hesab etmək olar:
    Birincisi, o, insan və insan mədəniyyətinin əsaslandığı köklər (yəni fəlsəfə, elm, incəsənət, əxlaq və s) barəsində olan naqis bir nəzəriyyəyə əsaslanmışdır.
    İnsan barəsində belə fərz olunur ki, onun öz zatında fikri cəhətdən, dünyanı necə görməsindən, dərk etməsindən, hissi cəhətdən, nə istəməsindən və hansı yolu getməsindən asılı olmayaraq, heç bir mahiyyəti və xüsusi bir forması yoxdur. Bütün fikirlərə və hisslərə, yollara və məqsədlərə münasibəti eynidir. İnsan boş, formasız, rəngsiz bir qabdır və onun təfəkkürü içinə doldurulan maddələrdən asılıdır. Öz «mən»liyini, şəxsiyyətini, yolunu və məqsədini həmin maddələrdən alır. Maddələrin ona verdiyi hər şeyi qəbul edir. Ona doldurulan maddələrin, daha dəqiq desək, birinci maddələr – ona verdiyi forma, rəng, keyfiyyət, yol, məqsəd və şəxsiyyət onun üçün həqiqi parametrlər olur. Çünki, onun «mən»liyi bu maddələrlə tanınıb və onlar üzərində formalaşıb. Sonradan verilən hər bir şey onun şəxsiyyətini, rəngini, formasını və s. dəyişmək üçün yad olur. Çünki, bunlar tarixin təsadüfən ona verdiyi ilk şəxsiyyətlə uyğun gəlmir. Başqa sözlə, bu nəzəriyyə cəmiyyət və fərdin üstün və mühüm olması haqqındakı dördüncü nəzəriyyədən ilham alır. Həmin nəzəriyyəni isə, keçən bəhslərdə araşdırmışdıq.
    İnsan barəsində – istər fəlsəfi cəhətdən, istərsə də islam nöqteyi-nəzərindən – belə hökm vermək olmaz. İnsan, öz xüsusi növündən asılı olaraq, öz fitrətində, müəyyən şəxsiyyət, yol və məqsədə malikdir və onun həqiqi «mən»liyini həmin fitrət təyin edir. İnsanın dəyişilib-dəyişilməməsini tarixi parametrlərlə deyil, onun fitri dəyərləri ilə ölçmək olar. İnsanın insani fitrəti ilə uyğun gələn hər bir mədəniyyət, təlim, onu tərbiyələndirən amil, hətta tarixi şəraitin ona verdiyi ilk mədəniyyət olmasa belə, ən düzgün mədəniyyət sayılır. Onun fitrəti ilə uyğun gəlməyən hər bir şey isə, – hətta onun milli mədəniyyəti olsa belə – ona yaddır, onun həqiqi şəxsiyyətini dəyişdirir və onun «məni»liyini özgələşdirir. Məsələn, atəşi müqəddəsləşdirmək bizim əski əqidəmiz olsa belə, insanlığımızı dəyişdirir. Ancaq, tohid və təkallahlıq, Allahdan başqasına ibadətin inkarı – hətta onun öz diyarından qıraqda yaransa belə – əsil insanlıq şəxsiyyətinə qayıtmaqdır.
    İnsan mədəniyyətinin kökləri barəsində də səhv olaraq elə düşünülür ki, bunlar da rəngsiz, formasız maddələr kimidir. Onların da, xüsusiyyətlərini tarix müəyyən edir. Yəni hər halda fəlsəfə fəlsəfədir, elm elmdir, din dindir, əxlaq əxlaqdır və incəsənət də incəsənət. Hətta müxtəlif forma və çalarlarda olsalar da belə. Onların hansı forma və çalarda olmaları nisbi bir məsələdir və tarixlə bağlıdır. Hər millətin tarix və mədəniyyəti onun özünə xas olan fəlsəfə, elm, din və əxlaq yaradır. Başqa sözlə, insan öz zatında formasız və xüsusiyyətsiz olduğu kimi – onun mədəniyyəti də onun formalaşması sayılır. İnsan mədəniyyətinin əsas prinsipləri də öz zatlarında formasız, rəngsiz və s.-dirlər və bütün bunları ona tarix verir və onlara öz xüsusi təsirini göstərir. Bu nəzəriyyənin bəzi tərəfdarları o qədər ifrata varıblar ki, hətta riyazi düşüncə tərzinin də hər mədəniyyətin özünəməxsus formasının təsiri altında olmasını iddia ediblər.
    Bu nəzəriyyə insan mədəniyyətinin dəyişkən və nisbi olması nəzəriyyəsidir. Biz «Fəlsəfənin əsasları» adlı kitabda, təfəkkür prinsiplərinin nisbiliyi barəsində söz açmışıq və göstərmişik ki, nisbi və dəyişkən olan elm, idrak və dərrakədir. Müxtəlif mədəniyyətlərdə müxtəlif məkan və zaman şəraitində müxtəlif olan və dəyişən də idrakdır. Yaxşı və pis, düz və səhvi təyin edən də idrakdır. Ancaq, elmlər, idraklar və nəzəri fikirlər – bunlar insanın nəzəri elmlərini və fəlsəfəsini yaradır – əxlaqın əsas prinsipləri və dini dünyagörüşünün əsasları kimi, mütləq və sabit prinsiplərdir. Təəssüf ki, burada bundan artıq bəhs edə bilməyəcəyik.
    İkincisi, «din əqidədir, millət isə şəxsiyyət; onların rabitəsi əqidə və şəxsiyyət rabitəsidir; islam, milli şəxsiyyətləri olduğu kimi təsdiq edir». Məlum olduğu kimi, bu ifadələr dinin böyük risalətini və öhdəsinə düşən vəzifəsini inkar etməkdir. Din – xüsusilə də, islam kimi böyük bir dinin ən ümdə vəzifəsi tohid əsasında formalaşmış dünyagörüşünü aşılamaq və həmin dünyagörüşü əsasında insanların əxlaqi və ruhi şəxsiyyətlərini yaratmaqdır.
    Fərdlərin və cəmiyyətin yaradılışında ən əsas şərt milli deyil, bəşəri mədəniyyət adlı yeni bir mədəniyyətin yaradılmasıdır. İslamın dünyaya «islam mədəniyyəti» adlı zəngin bir mədəniyyət təqdim etməsi, hər dinin öz xalqının mədəniyyəti ilə qarışması, onun təsirinə düşməsi və az-çox onu təsiri altına alması ilə deyil, mədəniyyət yaratmağın bu dinin əsas vəzifələrindən biri olmasıdır. İslamın vəzifəsi insanları malik olduqları üzdəniraq mədəniyyətlərdən xilas etmək, zəruri mədəniyyətlərə yiyələndirmək və əvvəldən malik olduqları müsbət şeyləri möhkəmləndirməkdir. Millətlərin müxtəlif mədəniyyətləri ilə işi olmayan, bütün mədəniyyətlərlə uyğunlaşa bilən din, həftədə bir dəfə kilsədə ibadətə layiq olan bir dindir.
    Üçüncüsü, «Biz sizi bir kişi və bir qadından yaratdıq» ayəsinin müddəaları «biz sizi iki cinsdən yaratdıq» deyildir. Əgər belə olsaydı, «bu ayədə əvvəl bəşər, cinsi cəhətdən bölünüb, dərhal sonra milli qruplaşmaya başlayıb» deyilərdi və dərhal da belə bir nəticə çıxarılardı ki, cinsi fərq təbii olduğu kimi, ideologiyalar da gərək ona uyğun bəyan olunsun və millətlər arasındakı fərq də təbii qiymətləndirilsin! Ayənin mənası budur ki, «Biz sizi qadın və kişidən yaratdıq» – istər məqsəd bütün nəsil əlaqələrini bir qadın və bir kişiyə bağlamaq olsun (Adəm və Həvva nəzərdə tutulur), istərsə də bu cəhətdən bütün insanların bərabərliyi – yəni bir ata və bir anaları var və heç biri o birindən üstün deyildir – olsun.
    Dördüncüsü, ayədə məqsəd kimi söylənilən «tanıyasınız» sözü, millətlər bir-birini tanımaq və bundan da, millətlərin müstəqil olmaq və bu müstəqil şəxsiyyət vasitəsilə bir-birini tanımaq üçün ayrı-ayrı qruplara bölünməsi deyildir. Əgər belə olsaydı, «tanıyasınız» sözünün yerinə «tanısınlar» sözü olardı. Çünki, müraciət olunan xalqın üzvləridir. Belə olsaydı onlara deyilməli idi ki, baş vermiş qruplaşmalar sizin yaradılışınızda olan hikmətdən irəli gəlir və o hikmət budur ki, siz fərdlər bir-birinizi hansı millətə, ya qəbiləyə aid olmağınızla tanıyasınız. Bilirik ki, bu hikmət heç də millət və etnik qrupların bir-birindən müstəqil şəxsiyyət formasında qalmalarını çatdırmır.
    Beşincisi, əvvəldə islamın mahiyyət baxımından eynilik və ya müxtəlifliyini, cəmiyyətlərin təbii hərəkətinin vahid mədəniyyətə və vahid cəmiyyətə doğru olması fikrini və islamın əsas vəzifəsini bəyan etdik. Bütün bunlar hazırkı nəzəriyyəni rədd etmək üçün kifayət edər. İslamda «Məhdilik» nəzəriyyəsi islam, insan və cəmiyyətin gələcəyi barəsində olan dünyagörüşü üzərində qurulub. Burada cəmiyyət bəhsini sona yetiririk və tarix bəhsinə başlayırıq.
    Category: İslam dünyagörüşü - Cəmiyyət və tarix | Views: 871 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024