İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 10 » İslam dünyagörüşü - Cəmiyyət və tarix
    5:14 PM
    İslam dünyagörüşü - Cəmiyyət və tarix
    CƏMİYYƏT ZAHİRİ VÜCUDA MALİKDİRMİ?
    Cəmiyyət fərdlərdən ibarətdir. Əgər fərdlər olmasa, cəmiyyət də ola bilməz. Baxmaq lazımdır ki, bu cəm necə cəmdir və fərdlə cəmiyyət arasındakı rabitə hansı növdəndir? Burada bir neçə nəzəriyyə söyləmək olar:
    Birinci: Cəmiyyətin fərdlərdən ibarət olan tərkibi həqiqi deyil. Yəni həqiqətdə fərdlər bir-birinə qarışmayıb. Həqiqi tərkib, o zaman yaranır ki, bir sıra işlər bir-birinə təsir etsin və bunların nəticəsində də, yeni bir şey meydana gəlmiş olsun. Bu hadisəni, biz kimyada görə bilərik. Məsələn, oksigen və hidrogen adlı qazların bir-birinə təsiri nəticəsində, yeni və fərqli xüsusiyyətlərə malik olan «su» meydana gəlir. Həqiqi tərkibin əsas xüsusiyyətlərindən biri də budur ki, təşkiledici amillər bir-birinə qarışdıqdan sonra, öz xüsusiyyətlərini itirib «tamın» içində həll olur.
    İnsanlar, ictimai həyatda heç vaxt bu şəkildə bir-birinə qarışmır və cəmiyyətin daxilində tam formada həll olmurlar. Deməli, cəmiyyətin həqiqi və zahiri vücudu yoxdur. Əksinə, cəmiyyət şərti vücuda malikdir. Həqiqi vücuda malik olan yalnız fərddir. Beləliklə, insanın cəmiyyətdəki həyatı ictimai şəkildə olmağına baxmayaraq, həmin insanlar cəmiyyət formasını almırlar.
    İkinci: Cəmiyyət, təbii tərkibdə birləşən həqiqi mürəkkəb deyil, süni mürəkkəbdir. Süni mürəkkəb isə təbii olmasa da, bir növ həqiqi mürəkkəbdir. Süni mürəkkəb, bir neçə sadə detallardan yığılmış mürəkkəb dəzgaha bənzəyir. Təbii mürəkkəbdə üzvlər külli varlıqda həll olaraq öz şəxsiyyət və azadlığını itirir. Amma süni mürəkkəbdə üzvlər öz azadlığını itirsələr də, şəxsiyyətlərini qoruyub saxlayır, xüsusi formada bir-biri ilə əlaqə yaradırlar. Nəticədə onların bir-birinə göstərdikləri təsir, tam yeni formalı təsir olur ki, əvvəlki təsirlərin heç birinə bənzəmir. Məsələn, bir avtomobil əşyaları və ya bir neçə şəxsi müəyyən sürətlə bir yerdən başqa bir yerə daşıyır. Bu hərəkət ayrı-ayrılıqda avtomobilin heç bir hissəsinə aid deyildir və burada yalnız müxtəlif detalların bir-biri ilə əlaqəsi və bağlılığı mövcuddur. Bu heç də müxtəlif detalların varlığını və kimliyini yox etmir. Əksinə, mürəkkəb varlıq olan avtomobilin vücudu, ayrı-ayrı detallar və onlar arasındakı rabitə olmadan mümkün deyildir.
    Cəmiyyət də bu cürdür. Cəmiyyət, əsas və ikinci dərəcəli qurumlardan ibarətdir. Burada onların asılı olduğu fərdlər, bir-birinə sıx bağlıdır. Bir qurumda baş verən dəyişiklik digər qurumlarda da dəyişikliyə səbəb olur. Deməli, ayrı-ayrı fərdlər öz varlıqlarını və kimliklərini, xüsusiyyətlərini və mənliklərini itirmədən, mürəkkəb varlıq olan ictimai həyatı meydana gətirirlər.
    Üçüncü: Cəmiyyət, təbii mürəkkəbin bir növü olan həqiqi mürəkkəbdir. Ancaq burada bədənlər və üzvlər deyil, ruhlar, fikirlər, ideyalar, istəklər və mədəniyyətlər bir-biri ilə birləşirlər. Maddi ünsürlər bir-birinə təsir edərək, yeni xüsüsiyyətlərə malik vücud yaratdıqları kimi, ictimai həyata qədəm qoyan insan fərdləri də, ruhi cəhətdən bir-biri ilə qarışaraq «ictimai ruh» adlanan yeni ruhi şəxsiyyət yaradırlar. Bu tərkib, xüsusi bir təbii tərkibdir və buna bənzər heç bir şey tapmaq mümkün deyildir. Burada, üzvlər bir-birinə zahiri və həqiqi təsir göstərdikləri, nəticədə, zahiri və həqiqi dəyişikliklərə uğradıqları üçün, təbii və həqiqi tərkib adlanır. Bu birləşmədə mürəkkəb varlıq həqiqi surətdə mövcud olmadığına görə, digər təbii varlıqlardan fərqlənir. Yəni digər təbii mürəkkəb varlıqlarda tərkib və qarışma, həqiqi tərkibdir. Çünki üzvlər bir-birinə həqiqi təsir göstərir və onların şəxsiyyəti dəyişərək tam başqa bir varlığa çevrilir, nəticədə vahid bir varlıq əmələ gətirir. Yəni çoxlu sayda ünsürlər birləşərək vahid bir şəxsiyyətə çevrilirlər.
    Amma, cəmiyyət və insanın qarışmasındakı tərkib, təsadüfü və mümkün olan bir tərkibdir. Çünki, təsirlər və əlaqələr həqiqi olduğuna baxmayaraq, cəmiyyət üzvləri yeni şəxsiyyət əldə etsələr də, say çoxluğu vahid bir varlığa çevrilir və vahid insan yaranmır. Vahid insan çoxlu fərdlərin cəmindən ibarət olur, şərti varlığa malikdir və təsadüfü olaraq yaranmır.
    Dördüncü: Cəmiyyət, təbii mürəkkəb varlıqlardan yüksəkdə duran həqiqi mürəkkəbdir. Təbii mürəkkəbdə üzvlər, birləşməzdən qabaq müstəqil şəxsiyyətə malik olur və bir sıra əlaqə və təsirlər nəticəsində yeni bir varlıq meydana gəlir. Ancaq insanlar yeni ictimai vücuda malik olmazdan əvvəl, heç bir insani şəxsiyyətə malik deyillər. Onlar bu prosesdən qabaq «ictimai ruhu» qəbul etməyə qadir olan boş bir qaba bənzəyirlər. Əgər ictimai vücudu nəzərə almasaq, insanlar yalnız insanlıq istedadlarına malik olan heyvandırlar. İnsanın insanlığı, yəni öz «mən»liyini hiss etməsi, insan düşüncəsi və fikrini, insan hisslərini və nəhayət, hisslərdən, meyllərdən, təfəkkürlərdən irəli gələn şəxsiyyəti duyması «ictimai ruhun» təsiri altında mümkün ola bilər. Yalnız «ictimai ruh» bu boş qabı doldura bilər və bu fərdi şəxsiyyət halına sala bilər. İctimai ruh əxlaq, din, elm, fəlsəfə və mədəniyyət formasında həmişə insanla birlikdə olub və olacaq da. Fərdlərin mədəni və ruhi əlaqələri, qarşılıqlı təsir etmələri «ictimai ruh» vasitəsilə baş verir. Əslində insan sosiologiyası onun psixologiyasından daha mühümdür. İnsan psixologiyasının onun sosiologiyasından və ictimai vücudundan daha üstün olduğunu iddia edən əvvəlki nəzəriyyənin əksinə olaraq, bu nəzəriyyəyə görə, əgər insan icitimai vücuda və sosiologiyaya malik olmasaydı, onun fərdi psixologiyası da olmazdı.
    * * *
    Birinci nəzəriyyə tamamilə «fərd»ləri əsas götürür, cəmiyyətə və fərdlər cəminə heç bir əhəmiyyət vermir. Çünki, həqiqi vücuda malik olan cəmiyyət deyil, yalnız şəxslərdir. Hər bir şəxsin taleyi digərlərinin taleyindən asılı olmayaraq müstəqil şəkildə təyin olunur.
    İkinci nəzəriyyə də üstünlüyü fərdə verir. Bu nəzəriyyəyə əsasən, cəmiyyət şəxslərdən müstəqil olan varlığa malik olmasa da, cəmiyyət üzvlərinin hər hansı bir qurum və ya digər üzvləri kimi, bir-birinin bağlılığını nəzərə alaraq, insanların müştərək taleyə malik olduqlarını söyləmək olar. Cəmiyyət, öz üzvləri arasında olan mexaniki əlaqələr cəhətindən, hər bir üzvün malik olduğu şəxsiyyətdən fərqlənən müstəqil bir varlığa malik olur.
    Üçüncü nəzəriyyə isə həm şəxsi, həm də cəmiyyəti əsas sayır. Fərdlərin cəmiyyət vücudunda həll olması fikrinə etiqadlı olmadığına görə, bu nəzəriyyə fərdə üstünlük verir. Digər cəhətdən isə, fərdlərin cəmiyyətdə yeni şəxsiyyət tapmalarına inandığına, bu yeni şəxsiyyətin də bir tərəfdən həmin cəmiyyətin şəxsiyyəti olduğuna görə bu nəzəriyyəni cəmiyyəti üstün sayan nəzəriyyə adlandırmaq olar. Bu nəzəriyyəyə əsasən, üzv və ünsürlərin bir-birinə qarşılıqlı təsiri nəticəsində yeni həqiqət, yeni ruh, şüur, vicdan, iradə və istək meydana gəlir. Bu həqiqət, fərdi təfəkkür, iradə və vicdandan daha üstündür.
    Dördüncü nəzəriyyə isə, tam surətdə cəmiyyətə üstünlük verən bir nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, yalnız ictimai ruh, ictimai vicdan, ictimai şüur, ictimai iradə və ictimai «mən» mövcuddur. Fərdlərin şüur və vicdanı ictimai şüur və vicdanın kiçik bir hissəsidir.
    Qurani-kərimin ayələri 3-cü nəzəriyyəni təsdiq edir. Əvvəlcədən dediyimiz kimi, Quran, məsələləri fəlsəfi ya elmi kitab kimi deyil, tam başqa cür bəyan edir. Quran cəmiyyət və şəxsə aid olan məsələləri elə bəyan edir ki, oradan üçüncü nəzəriyyənin təsdiq olunması başa düşülür. Quran «ümmətlər» üçün müştərək toplu, müştərək şüur, əməl və üsyan təyin edir(Bax.-Əl-mizan.4-cü cild, səh-102.) Aydındır ki, əgər ümmətin zahiri vücudu olmazsa, tale, idrak, şüur və s. məhfumların da heç bir mənası olmayacaqdır. Bunlar, Quranın yalnız ictimai və toplu halında olan həyata etiqadlı olduğunu sübut edir.
    «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də tələsərlər!» (Əraf-34).
    Bu ayədə söhbət, dəyişilməz və son nöqtəsi olan həyatdan gedir. Son nöqtəni nə geriyə çəkmək olar, nə də irəli və bu həyat ümmətə məxsusdur və burada fərdin heç bir rolu yoxdur. Məlumdur ki, ümmətin ayrı-ayrı fərdləri öz həyatlarını birlikdə və eyni anda deyil, ayrı-ayrı və bir-birindən fərqli olaraq itirirlər.
    Casiyə surəsinin 28-ci ayəsində deyilir:
    «Hər ümmət öz əməl dəftərinə tərəf çağırılacaqdır.»
    Buradan məlum olur ki, təkcə fərdlərin deyil, hətta cəmiyyətlərin də əməl dəftərləri vardır. Çünki, onlar da qanunları pozurlar, onlar da yaşayırlar və boyunlarında vəzifə vardır. Onların da öz iradəsi vardır və lazım olan gündə cavab vermək üçün öz əməl dəftərlərinə doğru çağırılacaqlar.
    Ənam surəsinin 108-ci ayəsində deyilir:
    «Hər bir ümmətin öz əməllərini onlara gözəl göstərdik.»
    Bu ayə onu sübut edir ki, hər ümmət vahid şüura, müəyyən dəyərlərə və xüsusi düşüncə tərzinə malikdir və bütün bunlar yalnız onların özünə aiddir. Hər bir ümmət, məsələləri özünə xas formada həll edir, hər ümmətin öz səliqəsi var və ona görə də bəzi işlər bir ümmətin nəzərində yaxşı, o biri ümmətin nəzərində isə pis ola bilər. Ümmətin ictimai vəziyyəti ayrı-ayrı cəmiyyət üzvlərinin dərketmə qabiliyyətini, zövq və səliqəsini təyin edir.
    Ğafir surəsinin 5-ci ayəsində deyilir:
    «Hər ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də mən onları əzabla yoxladım. Mənim cəzam necə oldu!»
    Bu ayədə söhbət, səhv ictimai iradə və səhv verilmiş qərardan gedir. Söhbət haqqa qarşı yersiz mübarizə haqqında verilmiş ictimai qərardan gedir. Söhbət ondan gedir ki, belə ictimai qərarın cəzası, ümumi və ictimai əzabdır.
    Qurani-kərimdə, bəzi hallara da rast gəlinir ki, orada bir cəmiyyətin üzvlərindən olan bir şəxsin işi bütün cəmiyyətə və ya bir nəslin işi sonrakı nəsillərə də aid olunur.(Bəqərə surəsi, 79-cu ayə. Ali-İmran surəsi, 112-ci ayə.) Bu, o hallarda baş verir ki, həqiqi cəmiyyət, vahid ictimai təfəkkürə, vahid ictimai iradəyə və vahid ictimai ruha malik olsun. Məsələn, Səmud qövmünün hadisəsində «Salehin dəvəsinin kəsilməsi» bütün ümmətə aid olunur. Halbuki bu işi təkcə bir nəfər etmişdi, lakin məlum olduğu kimi o hadisədə bütün qövm cinayət etmiş sayılır və onların hamısı cəzaya layiq bilinir.(Şəms surəsi, 14-cü ayə.)
    Əli (ə) Nəhcül-bəlağənin xütbələrindən birində buyurur:
    «Ey camaat! Hamını toplu halında birləşdirən, onlar arasında vəhdət yaradan və ümumi tale bəxş edən şey, xoşhallıq və qəzəbdir. (Əgər xalq, baş vermiş işə – hətta bir nəfər tərəfindən baş versə belə – razı və ya narazı olsa, hamı eyni taleyə və qismətə düçar olar). Tanrı öz əzabını ümumi şəkildə bütün Səmud xalqına göndərdi. Çünki bütün xalq bir nəfərin gördüyü işə razı idi. Baş vermiş əməl, əslində hamı tərəfindən qəbul olunmuş qərar idi. Tanrı öz sözlərində (Quranda) dəvəni öldürmək işini bir nəfərin əməli olduğu halda, bütün xalqa aid etdi və buyurdu: «O xalq öldürüldü», daha demədi ki, o xalqdan bir nəfər öldürüldü.» (Nəhcül-bəlağə. 199-cu xütbə, Şüəra surəsi, 157-ci ayə)
    Burada bir nöqtəni xatırlatmaq yaxşı olar ki, bir günaha razılıq vermək, əgər sırf razılıq olarsa və o günahda iştirak etmək kimi hesab olunmazsa, günah sayılmır. Məsələn, bir nəfər günah edir, başqa birisi günah baş verməzdən əvvəl və ya baş verdikdən sonra bu işdən xəbər tutur və edilmiş və ya ediləcək günahdan razı qalır. Hətta, əgər razılıq qərar formasında olarsa və əmələ çevrilməzsə, günah sayılmır. Bu ona bənzəyir ki, bir şəxs günah etməyi qərara alır, ancaq onu yerinə yetirmir. Razılıq o zaman günah sayılır ki, bir nəfər günah etmək qərarına gəlsin və o işdə iştirak etsin və ya o şəxsin qərara almasında və həyata keçirməsində təsiri olsun. İctimai günahlar da bu növ günahlardandır. İctimai mühit və ictimai ruh günahın baş verməsinə razı olur və icma üzvlərindən biri həmin günahı edir. Burada fərdin etdiyi günah cəmiyyətin günahı sayılır. Nəhcül-bəlağədə söylənilən söz də bu həqiqəti təsdiq edir. Əlbəttə bu, günahı edən şəxsin işinə və tutduğu qərara heç bir təsir etməyən razılıq və qəzəbə aid deyildir.
    Qurani-kərimdə, bir nəslin gördüyü işlər sonrakı nəsillərə də aid edilir. Məsələn, Bəni-israil (yəhudi) qövmünün keçmiş işlərini Peyğəmbər (s) dövrünün yəhudilərinə də aid edir və keçmişdə peyğəmbərləri nahaq yerə öldürdüklərinə görə onların zillət və bədbəxtliyə layiq olduqlarını xatırladır. Quranın nəzərində onlar ruhi və əxlaqi cəhətdən qədim yəhudilərin ardıcılı, bəlkə də onlarla eyni olduqları üçün belə qiymətləndirilir. Elə buna görə də deyirlər: «Bəşəriyyət dirilərə nisbət daha çox ölülərdən təşkil olunub.» Yəni bəşər həyatında ölülər dirilərə nisbətən daha çox rol oynayırlar. Yaxud belə deyirlər: «Ölülər, lazım olandan daha artıq dirilər üzərində hakimlik edirlər.» (İctimaiyyətdə fikrin əsas mərhələləri kitabı, səh-117)
    Əl-mizan təfsirində müəllif, «əgər cəmiyyət vahid ruhda və vahid ictimai fikirdə olarsa, şəxs formasına düşür və cəmiyyət üzvləri, insan bədəninin üzvlərinə, üzvlərin ləzzət və dərdləri isə insanın dərd və sevincinə çevrilir» fikrini bəyan etdikdən sonra, öz bəhsini belə davam etdirir:
    «Quran, milli ya dini təəssübkeşliyə görə vahid ümumi fikrə malik olan cəmiyyətlər və ümmətlər haqqında fikir söylədikdə, gələcək nəsillərdən keçmiş nəsillərin əməllərinə görə haqq-hesab tələb edir, onları günahlandırır. Ümumi fikrə və ictimai ruha malik olan xalqlarla, bundan başqa cür davranmaq olmaz.» (Əl-mizan. 4-cü cild, səh-112.)
    CƏMİYYƏT VƏ ADƏT-ƏNƏNƏ
    Əgər cəmiyyət həqiqi vücuda malik olarsa, özünəməxsus qanun və adət-ənənələrə yiyələnmiş olur. Yuxarıda, cəmiyyətin mahiyyəti barəsində bəhs etdiyimiz birinci nəzəriyyəni qəbul etsək, istər-istəməz cəmiyyəti qanunsuz və adətsiz formada qəbul etməliyik. Əgər ikinci nəzəriyyəni qəbul etsək və cəmiyyəti maşın və ya dəzgah formasında təsəvvür etsək, cəmiyyətin bir sıra qanun və adət-ənənələrə malik olmasını etiraf etməliyik. Ancaq, bütün qanun və ənənələr cəmiyyətdə xüsusi həyat növləri olmadan, yalnız və yalnız, üzvlər arasında mexaniki əlaqə və səbəb-nəticə əlaqəsi formasında olacaq. Əgər üçüncü nəzəriyyəni qəbul etsək, əvvəla, cəmiyyətin ayrı-ayrı fərdlərdən müstəqil olan öz həyatına malik olduğuna görə – hərçənd ki, bu cəm halında olan yaşayışın müstəqil vücudu yoxdur və ayrı-ayrı fərdlərin yaşayışından ibarətdir – öz üzvlərinin adətlərindən fərqlənən qanun və adət-ənənəyə sahib olması məlum olacaqdır. İkincisi, burada cəmiyyəti təşkil edən insanların – maşın nəzəriyyəsinin əksinə olaraq – şəxsi azadlıqlarını müəyyən həddə əldən verərək vahid bir orqanizm halına düşməsi aydın olur. Ancaq, bununla belə, üzvlərin nisbi azadlığı qorunub saxlanılır. Çünki, şəxsi həyat, fərdi fitrət və fərdi fikir, ictimai həyatın tərkibində tamamilə həll olmur. Bu nəzəriyyəyə əsasən, insan iki həyat, iki ruh və iki «mən»lə yaşayır. Onlardan biri təbiətin fitri hərəkəti nəticəsində doğulan həyat, ruh və «mən», digəri isə ictimai həyatdan doğan həyat, ruh və «mən»dən ibarətdir. İkinci də, fərdi «mən»in daxilində həll olur və insan üzərində, həm psixoloji, həm də ictimai qanunlar hakimlik edir. Nəhayət dördüncü nəzəriyyəyə görə, insan üzərində yalnız bir qanun və adət-ənənə – ictimai qanun və adətlər hakimlik edir.
    İslam alimləri arasında ilk dəfə olaraq fərdlərin qanun və adətlərindən fərqli olan və yalnız cəmiyyət üzərində hakim olan özünəməxsus qanun və adətlərdən söz açan və bununla da cəmiyyətə «şəxsiyyət», «təbiət» bəxş edən ilk alim Tunisli Əbdürrəhman ibni Xəldun olmuşdur. O, bu barədə özünün «Müqəddimə» adlı əsərində geniş bəhs etmişdir. Müasir alimlərdən isə, cəmiyyət həyatı üzərində hakim olan qanunları araşdıran «Monteskyü» (18-ci əsrin məşhur fransız alimi) olmuşdur. Reyman Aron, Monteskyü barəsində yazır:
    «Onun hədəfi tarixi dərk oluna biləcək hala salmaqdır. O, tarixi məlumatın mənasını dərk etməyə çalışır. Bəli, tarixi məlumat ona müxtəlif şəkildə, çox sayda adət-ənənə, fikir, qanun və ictimai qurum formasında çatdırılır. Çox güman ki, bu müxtəliflik araşdırmanın başlanmasına səbəb olub. Araşdırmanın sonunda gərək, bu müxtəlifliyi nizama sala biləcək bir qayda kəşf olunsun. Monteskyü də Maks Veber kimi, bir-biri ilə əlaqəsi olmayan məlumatlar vasitəsilə, ağılın dərk edə biləcəyi bir sistemə çatmaq istəyir. Bəli, bu ictimaiyyətçinin keçə biləcəyi yoldur.»(İctimaiyyətdə fikrin əsas mərhələləri kitabı, səh-26.)
    Qısa olaraq demək lazımdır ki, ictimaiyyətçi, müxtəlif ictimai hadisələr arasında bir uyğunluq kəşf edir. Hadisələrin müxtəlifliyi, son nəticədə hadisələrin vəhdətini təcəssüm etdirir.
    Oxşar ictimai hadisələrin oxşar səbəblərdən doğması haqqında romalıların böyüklüyü və süqutunun səbəblərinin araşdırılması kitabında belə yazılıb:
    «Dünyada təsadüf hökm sürmür. Bu məsələni, romalılardan soruşmaq olar. Çünki, nə qədər ki, onların hakimiyyət proqramları və hədəfləri var idi, müvəffəqiyyətlərlə üzləşirdilər. Elə ki, hədəflərini dəyişdilər, taleh onlardan üz döndərdi. Bütün dövlət sistemlərində, istər əxlaqi və istərsə də cismani səbəblər vardır ki, dövlətin yaranmasına, inkişafına, möhkəmlənməsinə və zəifləyib dağılmasına səbəb olur. Bütün baş verənlər bu səbəblərdən asılıdır və əgər təsadüfən bir müharibə – cüzi səbəb – dövlətin axırına çıxarsa, deməli hər hansısa bir külli səbəb mövcuddur və məhz bu səbəb dövlətin bir müharibə nəticəsində dağılmasına səbəb olur. Sözün qısası, işlərin ümumi gedişi baş verə biləcək kiçik hadisələrin yaranmasında böyük rol oynayır.»(İctimaiyyətdə fikrin əsas mərhələləri kitabı, səh-27.)
    Qurani-kərim, ümmət və cəmiyyətləri vahid toplu olduqları üçün adət-ənənə və qanuna sahib olduqlarını və onların bu şərait daxilində yaranıb dağılmalarını aydın şəkildə söyləyir. Müştərək taleyə malik olmaq, cəmiyyətin müəyyən adət və ənənələrə sahib olduğunu göstərir. Quran, Bəni-israil barəsində deyir:
    «Biz İsrail oğullarına Tövratda: «Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (və yaxud zülm) edəcəksiniz!» – deyə, bildirdik.»
    «Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü bəndələrimizi (Buxtunnəsəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib-dolaşır, sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular.»
    «(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.»
    «Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə, üzünüzü qara etmək (sizi xəcil etmək), məscidinizə birincə dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi məhv etmək üçün Fars və Rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar əvəzində sizi qətl edib, məbədinizi dağıdıb, yurdunuzu viran qoydular.)»
    «(Tövbə edəcəyiniz təqdirdə), ola bilsin ki Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yaramaz əməllərinizə) qayıtsanız, Biz də sizə yenidən cəza verərik. Biz, cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.» (İsra-4-8).
    Nəticə: Əgər siz yaramaz əməllərinizə qayıtsanız, Biz də sizə yenidən cəza verərik – cümləsi xitab olunanlar vahid bir ümmət olduğu üçün, cəmiyyətlər üzərində hakim olan qanunların ənənə halında olmasını aydınlaşdırır.
    Category: İslam dünyagörüşü - Cəmiyyət və tarix | Views: 927 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024