İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 16 » İslam dünyagörüşü - Əbədi həyat
    5:29 AM
    İslam dünyagörüşü - Əbədi həyat
    İKİNCİ FƏSİL
    ÖLÜMÜN MAHİYYƏTİ
    ölüm nədir? ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?
    Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir.
    Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.
    Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa» və «istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər. Məsələn, «təvəffəytul malə» yəni «malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.»
    Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.
    1. Ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.
    2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır.
    3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur.
    Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.
    Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:
    (Mən ona öz ruhumda üfürdüm). (Hicr-29).
    İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.
    Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət verməyir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etməyir.
    Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir.
    Onlar «İsra» surəsinin 85-ci ayəsinə istinad edərək
    «[Ya Məhəmməd!] Səndən ruh [ruhun keyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: «Ruh Rəbbimin əmrindəndir».
    Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.
    Onlar bunu bilməlidirlər ki, nəzərdə tutduqları mətləb Quranın iyirmiyə yaxın digər ayələridir. Əlavə olaraq qeyd etmək lazımdır ki, ruh həmən ayənin bəzilərində yalnız (ruh) bəzilərində isə «ruhəna» – ruhumuz, «ruhul-qudus» – müqəddəs ruh, «ruhi» - ruhum, «ruhən minəmrina» – ruh bizim və sair) formalarda gəlmişdir. O cümlədən insan haqda deyilir:
    (Mən ona öz ruhumdan üfürdüm).
    Bütün bunlar bir daha bu həqiqəti sübuta yetirir ki, Quran «ruh» adlı müqəddəs bir varlığı insan və mələklərdən daha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar. «Hicr» surəsinin 21-ci və ruhu bəyan edən ayələrdən belə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır. İndi isə dünyasını dəyişdikdən sonra insanın başqa bir aləmə köçəcəyini bəyan edən on dörd ayədən üçünə işarə etmək istəyirik.
    (Mələklər öz nəfslərinə zülm edənlərin [Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin] canlarını alarkən [onlara] deyəcəklər. «Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzərində zəif [aciz] kəslər idik!». [Mələklər də onlara]: «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?»-deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!) (Nisa-97).
    Bu ayə fitnə-fəsad baş alıb getdiyi bir şəraitdə yaşayan kəslər barəsində nazil olmuşdur. Onlar özlərinə bəraət qazandırmaq üçün üzürxahlıq gətirərək deyirdilər: «Biz fitnə-fəsadın baş alıb getdiyi bir yerdə yaşayırdıq və əlimizdən heç bir şey gəlməzdi». Bir halda ki, yaşadıqları mühiti islah etməli, dəyişməli, bu iş mümkün olmadıqda isə oranı tərk etməli, mənəviyyatlarını qoruyub saxlamalı idilər. Dünyaları dəyişdirdikləri zaman mələklər ruhlarını təhvil alar və sonra onlardan sorğu-sual apararlar. Onlardan bu cavabı eşitdikdə onu əhəmiyyətsiz hesab edərlər çünki, islah apara bilməsəydilər də, heç olmasa oradan mühacirət edə bilərdilər. Mələklər onlara deyərlər: Düçar olduğunuz fəlakətlərin və günahların səbəbkarı siz özünüzsünüz və artıq üzürxahlıq yeri deyildir.
    Ayədən məlum olur ki, çarəsizlik üzündən zülm və fəsada boyun əyməyi, azad yaradılmış insan üçün üzr hesab etmək olmaz. Heç olmasa yaşadığı yeri tərk edib ictimai ədalətə riayət olunan digər məntəqələrə hicrət etməlidirlər.
    Göründüyü kimi, burada ölüm və fəna (təvəffa – təhvil almaq) mənasında işlədilmişdir. Bununla yanaşı ayədə mələklərin, insan dünyasını dəyişdikdən sonra onunla apardıqları sorğu-suala və dəlil gətirməsinin tələb olunmasına işarə edilmişdir. Təbii ki, əgər dünyasını dəyişdikdən sonra quru bir cəsədə çevrilib, müəyyən müddət keçdikdən sonra məhv olub aradan gedəcəkdirsə, onunla sorğu-sual aparmaq heç bir məna kəsb etməzdi. Demək insan dünyasını dəyişdikdən sonra axirət dünyasında başqa bir göz, qulaq, dil və sair bədən üzvləri ilə adi gözlə görünməyən mələklərlə təmasda olacaqdır.
    «[Axirətə inanmayanlar] dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?». Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir.
    [Ya Məhəmməd!] De ki: «Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.»
    (Səcdə 10-11).
    Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunmuşdur.
    Onlar deyərlər: öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik?
    Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. «Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız.
    O ki, qalıb çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etməyir».
    Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getməyirmi?
    Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmayır. Və belə olduğu bir halda bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmayır.
    «Allah [əcəli çatan şəxslərin] canlarını onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. Ölümünə hökm olunmuş şəxslərin canlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən bir müddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən] əlamətlər vardır.» (Zumər-42).
    Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonucu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarə olunmuşdur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda ruh bədəndən ayrılıb başqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığı zaman kiçik səfərdən qayıtdığını dərk etməyir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur.
    İşarə etdiyimiz bu üç ayədən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etməyir. Ölüm burada insanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı yuxu haqda da dəyərli məlumat verilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdən batinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdən biridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir.
    Category: İslam dünyagörüşü - Əbədi həyat | Views: 1007 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024