İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 17 » İnsanı tanımaq
    9:49 AM
    İnsanı tanımaq
    İRFAN MƏKTƏBİNƏ OLAN BƏZİ İRADLAR
    1. ƏQLİ TƏHQİRLƏR
    İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql çox təhqir edilib. İslam qəlbi qəbul etməsinə baxmayaraq, heç vaxt əqli təhqir etməyib. Eşq, riyazət və mənəvi seyrləri təsdiq edir və əql, fikir, deduksiya və məntiqi təhqir etməklə razılaşmır. İslam əql, fikir, dəlil və təfəkkürə çox hörmət bəsləyir. Buna görə də islamın müxtəlif dövrlərində, xüsusilə son dövrlərdə qəlb və əqlə birlikdə əhəmiyyət verən qruplar tapılıb. Şeyx Şəhabəddin Söhrəvərdi təqribən həmin yolla gedib. Sədrul-mütəəllihin Şirazi isə Qurana tabe olaraq əql və qəlb yolunun hər ikisini Söhrəvərdidən də çox möhtərəm saymağa çalışıb. Şirazi bəzi filosoflar kimi qəlb yolunu təhqir etməyib və həmçinin bəzi arif və sufilər kimi əqli alçatmaq yolunu tutmayıb, hər iki yola hörmətlə yanaşmaq istəyib. Deməli məlum oldu ki, irfanda və ya ən azı bəzi ariflərin sözlərində elm və əqlin təhqir olunması islam tərəfindən təsdiqlənməyib. Quranın kamil insanı əqli baxımdan da kamala çatmış insandır və əqli kamal onun kamilliyinin bir hissəsidir.
    2. TAM BATİNPƏRƏSTLİK
    İrfan məktəbində kamil insanın islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mənəvi riyazət, lütflə bağışlanan mənəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Quran da bu sifətləri bir yerdə cəmləyib. «[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...»
    (Tövbə-112).
    Bu ayənin «səcdə edənlər» ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur:
    «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
    (Fəth-29).
    Bu ayədə əvvəlcə onların cəmiyyətə meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib:«Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.» Yəni sən cəmiyyətmeyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yəni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. «Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.»
    Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam təlimlərinin güclü təsiri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq, bəzi vaxtlarda bu cür ifratlar yaranıb; yəni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.
    3. NƏFSİ ÖLDÜRMƏK
    Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də «nəfsi öldürmək»dir. İslam terminləri arasında «nəfsi öldürmək» kəlməsi yoxdur. Bir-iki yerdə «nəfsi öldürmək» ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərdə Nəhcül-bəlağədən gətirilən hissədədir. Bir də «ölməmişdən qabaq nəfsinizi öldürün» ifadəsi vardır. Adətən islami ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.
    Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yəni eqoist və xudpəsənd olmamaq barəsində elə danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.
    Söhbətin əvvəlində qeyd edildiyi kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox təsirlidir. Belə ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali insan barəsində daha çox danışmaq lazımdır. Toxunulan son nöqtə də onların zəif nöqtələrindən biri üçün idi. İnşallah gələn bəhslərdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət açacağam.
    QINAQ VƏ DANLAQ ÜSULU
    Bəzi sufilər arasında yayılmış, amma az-çox onların hamısına öz təsirini göstərmiş üsul və yollardan biri də «qınaq və danlaq üsulu» və ya «danlananlar üsulu» adlandırılan yoldur. Bu üsul nədir? Bu, riyakarlığın müqabil nöqtəsidir. Riyakar adamın batini pis olur, amma o, özünü yaxşı kimi göstərir. Qınaq və danlaq üsulu ilə gedən şəxs isə yaxşı adam olur, amma camaatın ona etiqad bəsləməməsi üçün özünü pis kimi göstərir. Məsələn, o, şərab içmir, amma özünü şərab içən adam kimi göstərir, zina etmir amma özünü zinakar kimi göstərir ki, camaat onu pozğun və zinakar adam kimi tanısın. Həmin şəxs, bütün işlərinin izahında deyir ki, onların hamısı nəfsin öldürülməsi və məhvi üçün görülür. Doğrudan da bu işlər nəfslə kəskin mübarizədir. Çünki nəfs ona etiqad bəslənilməsini və hörmət göstərilməsini istəyir. Amma şəxs bilə-bilə elə işlər görür ki, xalq ona inam göstərməsin. Bir də görürsən ki, oğru olmamasına baxmayaraq, özünü oğru kimi göstərir. Birinin malını götürüb elə yerə aparır ki, onu tutub döysünlər. Yaxud şərab içməməsinə baxmayaraq, özü ilə araq şüşəsi gəzdirir.
    Görəsən bu qism işlər islam məntiqinə uyğundurmu? Xeyr! İslam, möminin şərəfini əmanət hesab edir və onun ixtiyarının öz əlində olmadığını bildirir. Buna görə də, onun camaat içində şərəf, şöhrət və abır-həyasına xələl gətirən işlər görmək haqqı yoxdur. İslam deyir ki, nə riyakarlıq edərək özünü yaxşı adam kimi göstər və nə də yalandan özünü pis adam kimi qələmə ver! Bunların hər ikisi əməli yalan hesab olunur. Nə o yalanı və nə də bu yalanı de!
    İrfani ədəbiyyatda çox müqəddəs və mənəvi məna daşıyan mətləblərin xoşagəlməz kəlmələrlə bəyan edilməsinin və məsələlərin şahid, məşuq, şərab, ney və bu kimi ifadələrlə söylənilməsinin səbəblərindən biri də onların, özlərini olmadıqları kimi göstərmək istəkləri olub. Hətta Hafiz, özünün riyakar və ya qınaq üsulu ilə gedən olmasını inkar etməsinə baxmayaraq, onun şerlərində də bu mətləblərə çox rast gəlmək olar:
    Dela, dəlaləte xeyrət konəm be rahe necat
    Məkun be fesqe mobahoto zohd həm məfruş.
    Yəni: Ey qəlb, səni nicat yoluna aparan bir xeyir göstərim. (O budur ki,) nə günah işlərlə fəxr et və nə də zahidliklə öyünmə.
    Qınaq və danlaq üsulu, nəfslə sufiyanə mübarizə növüdür ki, islam bu üsulu qəbul etmir. Əlbəttə, bir daha diqqət etmək lazımdır ki, bu üsul bütün sufilər arasında mövcud olmayıb. Xacə Abdullah Ənsari kimi bir çox sufilər arasında şəriət qanunlarının qorunması və onlara riayət edilməsi çox güclü olub. Amma hər halda bu məsələlər bəzi sufilər arasında mövcud olub. Xorasan sufiləri arasında qınaq və danlaq üsulu ilə gedənlərin daha çox olduğu bildirilir. Bəli, bütün bunlara baxmayaraq islam, nəfslə cihad məsələsində bu üsulla ilə gedilməsinə icazə vermir.
    SUFİLİK VƏ HEYSİYYƏT
    Bəzən, sufi məktəbində nəfsi ram etmək, alçatmaq və onun əmr verməsinin qarşısını almaq üçün xoşagəlməz rəzil işlər görülür. Məsələn şəxs, öz heysiyyətini qorumaq imkanına malik olduğu yerdə bunu etmir. Bizim, «möminin izzət və heysiyyəti» adlandırdığımız şey, bəzi sufi məktəblərində tamamilə mənasızdır. Bu məktəblərin çoxunda, şeyx, öz müridinin ona xidməti üçün keçirilən mərasimində müridinə çox alçaq və rəzil işlər görmək əmr edir. Məsələn, həmin mürid nəfsini öldürmək üçün mütləq bir müddət təzək toplamalı, süpürgəçilik edərək zibil yığmaqla məşğul olmalı və bunlardan da aşağı işlər yerinə yetirməlidir. Amma islam bunlara icazə vermir.
    Sufi şeyxlərindən olan İbrahim Ədhəm deyir ki, mən ömrümdə heç vaxt, üç yerdə sevindiyim qədər şad olmamışam. Onlardan biri, mən məsciddən çölə atılarkən olub. Bir dəfə xəstələnmişdim və xəstəliyin ağırlığından məsciddən durub gedə bilmirdim. Məscidin xidmətçisi gəlib orada yatmış dilənçi və yoxsul adamları oyatdı. Mənə çatanda da tənə ilə «dur!» deyərək, mənə bir neçə təpik vurdu. Mən isə ayağa dura bilmirdim. Hamı getdi və mən tək qaldım. Xidmətçi gəlib ayağımdan yapışaraq məni leş kimi məsciddən çölə atdı. Mən həmin anda çox sevindim, çünki gördüm ki, nəfsim olduqca sınır, xar və zəlil olur.
    İkinci hadisə isə bir dəfə camaatla birlikdə gəmiyə mindiyim vaxt baş verib. Həmin gəmidə bir nəfər təlxək də var idi. Təlxək gəmidə olanların başlarını qatmaq üçün təlxəklik edir, nağıl danışır və camaatı güldürürdü. Təlxək birdən belə dedi: Bəli, bir dəfə filan yerdə kafirlərlə aparılan müharibəyə getmişdim, orada filan-filan işləri gördük. Orada murdar bir kafir var idi və mən gedib onun saqqalını tutaraq çəkdim. Təlxək necə deyərlər həmin sujeti camaata göstərmək üçün məclisə nəzər saldı və məndən rəzil adam tapmadığı üçün gəlib mənim saqqalımdan yapışaraq çəkdi və hamı güldü. Mən burada da, nəfsimin həddindən artıq alçaldığını görüb çox şad oldum.
    Üçüncü hadisə isə belə olub: – Bir dəfə qışda bir yerdə idim. Qaldığım yerdən çıxıb günün altına gəldim. Kürkümə baxanda, onda çoxlu bit olduğunu gördüm, bilmədim bit çox idi, yoxsa kürkün tükləri?! Bu da mənim çox sevindiyim vaxtlardan biri olub.
    Bəli, bunlar nəfslə mübarizə və cihaddır, amma islamın qəbul etmədiyi mübarizə və cihad! Ümumiyyətlə islam, insanın alçalması bahasına başa gələn nəfslə mübarizə formasını və təlxəyin camaatın güldürməsini, yəni bihudəliklə məşğul olmasını qətiyyən qəbul etmir. Təlxəkliyin özü bir pis iş, səni təhqir etməsi isə ikinci bir pis işdir. Nəfslə cihad edirəm deyə, təlxək gəlib adamın saqqalından yapışaraq o tərəfə bu tərəfə çəkməli və adam ona təslim olaraq bir söz deməməlidir?! Xeyr! İslam deyir ki, mömin əziz və möhtərəmdir və o, öz şərəf və heysiyyətini qorumalıdır. İslamın məntiqinə əsasən, İbrahim Ədhəmə, orada təlxəyin müqabilində dayanaraq «naqqallıq edərək həddini aşma! Rədd ol!» demək vacib idi.
    Başqa birisi isə belə deyir: – Bir axşam bir nəfər məni evinə iftara dəvət etdi. Onun qapısına gedəndə məni içəri buraxmadı. Sonra, bir axşam yenə də məni dəvət etdi, amma qapısına gedəndə yenə içəri buraxmadı. Bu hadisə bir neçə dəfə təkrar oldu. Axırda mənə belə dedi: Doğurdan da mən çox təəccüb edirəm; indiyə kimi səni üç dəfə evimə dəvət etmişəm və heç birin də içəri buraxmamışam. Amma səni çağıranda, sən yenə də gəlirsən. Sən nə qəribə adamsan?! Həmin şəxs deyir ki, mən onun cavabında belə dedim: İt də belədir, əgər iti on dəfə çağırsan və sonra qovsan, çağıranda yenə gələcək.
    Amma islam, insana nəfsini bu qədər alçaltmaq və təhqir etmək icazəsi vermir. Nə üçün? Bəli, məsələnin sirri elə buradadır.
    Biz islam maarifini seyr və ya mütaliə edəndə bəzən elə bir yerə çatırıq ki, nəfsdən söz düşəndə onunla mübarizə aparılması və öldürülməsinin zəruriliyi və pis işlərə əmr edən nəfsin filan cür olmasını görürük. Digər tərəfdən isə həmin qədər, bəlkə ondan da çox nəfsin izzəti, heysiyyət, onun möhtərəm və əziz olmasından söhbət edilməsi ilə rastlaşırıq. Möminin nəfsinin hörmətli və uca olmasından söz açılır. Hətta islam əxlaqının hamısı, insanın diqqətini onun nəfsinin əziz və şərəfli olmasına cəlb etməyə əsaslanır. Əxlaq elmində deyilir: öz nəfsinin şərəfini ləkələmə! Burada ortaya belə bir sual çıxır: – İslamın bir tərəfdən «nəfslə mübarizə apar» deməsi, digər bir tərəfdən isə «nəfsinin şərəfini ləkələməmək» göstərişi verməsi nə məna daşıyır? Məgər insanda biri ilə mübarizə aparılmalı, digəri isə möhtərəm sayılmalı olan iki nəfs vardırmı?
    Sualın cavabı budur ki, iki şəxsin olması mənasını verən iki nəfs mövcud deyil, nəfs birdir, amma həmin bir nəfsin həm ali və uca və həm də rəzil və aşağı dərəcələri vardır. Nəfs özünün ali dərəcəsində şərəflidir, amma rəzil dərəcəsində ayağını yorğanından artıq uzadaraq həddini aşanda, onun alçaq olmasını demək əvəzinə əmrlərinin qarşısını almalıyıq. Ariflərin dilində bu məsələyə lazımı diqqət yetirilməyib və buna görə də onlar nəfslə cihad və mübarizədən danışanda təkcə pis işlərə əmr edən nəfs deyil, şərəfli nəfslə də mübarizə və cihad edilməsini vurğulayıblar. Belə ki, onlar belə bir şeyin olmasına az diqqət yetiriblər.
    Category: İnsanı tanımaq | Views: 799 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024