İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:26 AM
    İmam Zamanla görüşənlər
    Doqquzuncu Görüş
    Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında böyük arif Seyyid Bəhrul-Ülumun şagirdi Molla Zeynəlabidin Səlmasidən belə nəql edir:
    "Bir gün Seyyid Bəhrul-Ülumla birlikdə Samirrada İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdik. Biz bir neçə nəfər idik. Ziyarətgaha daxil olub birlikdə camaat namazı qılmaq istədik. İkinci rükətdə təşəhhüddən sonra üçüncü rükətə qalxmaq istərkən ona nəsə oldu və bir qədər dayandıqdan sonra ayağa qalxdı.
    Namazdan sonra onun nə üçün dayandığından təəccüblənsək də, kimsə ondan nə üçün namazın ortasında dayandığını soruşmağa cür`ət etmirdi. Evinə qayıtdıqdan sonra süfrə arxasında oturduq. Seyyidlərdən biri mənə işarə etdi ki, Seyyid Bəhrul-Ülumdan namaz əsnasında dayanmasının səbəbini soruşum. Dedim: Sən ona məndən daha yaxınsan. Seyyid Bəhrul-Ülum bizim pıçıltımızı başa düşüb dedi: Biri-birinizlə nə danışırsınız? Onunla aramız açıq olduğundan cür`ətə gəlib dedim: Sizin namazın ikinci rükətindən sonra nə üçün dayandığınızı bilmək istəyir. Buyurdu: Namaz qılarkən gördüm ki, fədası olduğum İmam Zaman (ə) ziyarətgaha daxil olub atasının ziyarətinə gəlir. Onu görcək, özümü itirdim və sizin dediyiniz həmin vaxt onun müqəddəs vücuduna nəzər salırdım, ta o vaxta qədər ki, ziyarətini bitirib ziyarətgahdan xaric oldu.”
    Onuncu Görüş
    "Cəfr”, "rəml” və kimya kimi elmlərə yiyələnən çox təqvalı arif mərhum Seyyid Məhəmməd Müşir (Məşhəddə yaşayırmış) deyir:
    "Günlərin bir günü "cəfr” vasitəsilə mənə mə`lum oldu ki, həzrət İmam Zaman (ə) hal-hazırda İmam Rzanın (ə)-ın hərəmindədir. Dərhal, evdən çıxıb İmam Rza (ə)-ın hərəminə getdim. İçəri daxil olduqda başa düşdüm ki, zərihin (qəbir) kənarında oturan üç nəfərdən biri İmam Zaman (ə)-dır. Dayanıb gözlədim ki, ziyarətlərini bitirib ayağa dursunlar və mən də ona yaxınlaşıb qəlbimdən keçənləri bildirim.
    Onlar bir qədər bir yerdə oldular və mən fikirləşdim ki, görəsən, onlardan hansı biri İmam Zaman (ə)-dır. Bu arada onlardan biri mənim diqqətimi özünə daha çox cəlb etdi və təxminən, əmin oldum ki, İmam Zaman (ə) onun özüdür. Təsadüfən, yanındakı iki nəfər şəxs ayağa qalxıb İmam Rza (ə)-ın qəbrinin baş tərəfinə getdilər. Diqqətimi cəlb edən və İmam Zaman (ə) olduğunu güman etdiyim həmin şəxs isə eləcə İmam Rza (ə)-ın qəbrinə tərəf əyləşib ziyarətnamə oxuyurdu. Onun halı olduqca yaxşı nəzərə çarpırdı. Elə mənim də halım çox yaxşı idi. Çünki, tək özüm fədası olduğum İmam Zaman (ə)-ı görə bilirdim.
    Amma bir neçə dəqiqədən sonra biri tələm-tələsik mənim İmam Zaman (ə) güman etdiyim şəxsə yaxınlaşıb dedi: Həzrət Mehdi (ə) getdi. O da tez yerindən qalxıb onun ardınca getdi. Başa düşdüm ki, mən onlardan birini İmam Zaman (ə) hesab etməkdə yanılmışam. Mən də tələm-tələsik onların ardınca getdim. Amma onlar o qədər də iti getmir və mənim qaçmağıma baxmayaraq tez bir zamanda məndən uzaqlaşıb gözdən itdilər. Bundan sonra bir daha onları görmədim. Mən Seyyid Müşirə dedim: Necə ola bilir ki, siz hər yerə düz gedir, amma belə bir əhəmiyyətli məsələdə, yə`ni İmam Zamanı (ə) üç nəfərin arasından seçməkdə səhvə yol vermisiniz? Buyurdu: Hər yerdə ixtiyar bizim əlimizdə deyildir. Həmin gün bir dərs olaraq mənə başa saldılar ki, böyük səhvə yol verirəm və fədası olduğum İmam Zaman (ə)-a cəfr, rəml və bu kimi şeylərlə çatmaq olmaz. Bunun üçün nəfsimizi təmizləməli və mə`nən güclənməliyik ki, o həzrəti görməyə ləyaqətimiz çatsın.”
    Mərhum Seyyid Müşir başqalarının malik olmadıqları yüksək mə`nəvi xüsusiyyətlərə malik idi. Onun saatı olmadığına baxmayaraq gecə yarısı nə vaxt onun qapısını döyüb saatı soruşsaydıq, vaxtı dəqiqəsinə qədər düz deyərdi.
    Günlərin bir günü o və bir neçə tanınmış alim Məşhədin yaxınlığındakı bağa də`vət olunurlar. Mərhum Ağaxan Zəncani namaz qılarkən, birdən, Seyyid Müşir dayandığı yerdən hərəkət edib ona iqtida etməyə başlayır. Namazını qılıb qurtardıqdan sonra ondan nə üçün belə tələsik Molla Ağaxana iqtida etdiyini soruşurlar. O deyir: Gördüm ki, Molla Ağaxan namazda İmam Zaman (ə)-a iqtida edir. Mən də ona qoşularaq İmam Zaman (ə)-a iqtida etdim.
    On Birinci Görüş
    Mərhum Hacı Nuri "Nəcmus-Saqib” və Əllamə Ərdəbili "Kəşful-ğummə”də Hillə əhalisi arasında belə bir əhvalatın nəql olunduğunu qeyd edirlər:
    "Hillənin yaxınlığındakı Hirqil kəndinin sakini İsmail ibn Həsən Hirqili belə bir əhvalat nəql edir: Cavan yaşlarımda hər bahar fəslində sağ budumda çiban əmələ gəlir və sonralar çirk edərək xeyli qan axır. Hər il bundan xeyli əziyyət çəkir, heç bir iş görə bilmərdim. Bir il həmin xəstəlikdən xeyli əziyyət çəkməli oldum. Bir gün Hilləyə Seyyid ibn Tavusun yanına getdim və ona əziyyət çəkdiyim xəstəlikdən gileyləndim. Seyyid Tavus Hillənin bütün tanınmış həkimlərini çağırıb həkimlər şurası təşkil etdi. Həkimlər məni müayinə etdikdən sonra dedilər: Çiban İsmayılın elə bir yerində çıxıb ki, əgər cərrahiyə əməliyyatı aparılsa çox güman ki, öləcəkdir. Bunun üçün də biz onu kəsməyə cür`ət etmirik.
    Cənab Seyyid Tavus üzünü mənə tutub dedi: Bu yaxınlarda Bağdada getmək fikirim var. Gəl mənimlə get ki, oranın həkimləri də səni müayinə etsinlər. Bəlkə onlar səni müalicə edə bildilər. Mən də onun təklifini qəbul edib bir neçə gündən sonra onunla birlikdə Bağdada yola düşdüm.
    Seyyid ibn Tavus Bağdadın da ən tanınmış həkimlərini bir yerə yığıb məni müayinə etdirdi. Onlar da Hillə həkimlərinin dediklərini təsdiq edib üzərimdə cərrahi əməliyyat aparmaqdan imtina etdilər.
    Bundan xeyli mə`yus oldum, deməli ömrümün sonunadək bu xəstəlikdən əziyyət çəkməli və ömrüm-günümü qara əskiyə bürüməli idim.
    Seyyid ibn Tavus namaz və sair ibadətlərə görə bu qədər mə`yus olduğumu güman edib buyurdu: Allah-təala sənin namazlarını həmin çirkli yaranla da qəbul edəcək. Əgər bu dərdə səbr etsən, Allah-təala sənə böyük mükafat verər. Tövsiyə edirəm mə`sum imamlara və İmam Zaman (ə)-a təvəssül edib, onlardan dərdinə şəfa diləyəsən.
    Dedim: Əgər belədirsə, onda Samirraya gedib orada mə`sum imamlara təvəssül etməklə İmam Zaman (ə)-dan dərdimə şəfa verməsini diləyəcəyəm. Beləliklə, səfər tədarükü görüb Samirraya tərəf hərəkət etdim. O şərəfli məkana çatdıqda ilk növbədə həzrət İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdim. Sonra isə İmam Zaman (ə)-ın qeybə çəkildiyi yerə gedib gecəni orada qaldım. Orada Allahın dərgahına xeyli ah-nalə edib, İmam Zaman (ə)-dan dadıma çatmağını istədim.
    Səhər Dəcləyə(Ayətullah Safi, "On suala cavab”.) tərəf getdim və onun kənarında yaramı yuyub pakladım. Orada ziyarət qüslü aldım və bir qab su götürüb yenidən mə`sum imamların hərəmini ziyarət etmək üçün geri qayıdırdım. Hələ şəhərə çatmamış, birdən, mənə tərəf gələn dörd nəfər atlı gördüm. Samirranın kənarında bir neçə seyyid yaşadığı üçün güman etdim ki, o dörd nəfər şəxs onlardır. Kənara çəkildim ki, ötüb keçsinlər. Amma mənim yanıma çatdıqda gördüm ki, iki cavanın belində qılınc, üçüncünün əlində nizə, dördüncünün də bir əlində siyirmə qılınc, o biri əlində isə nizə var. O, orta yaşlı bir cavan idi. Onlar birlikdə mənə yaxınlaşdılar. Həmin iki cavan onun sağ tərəfində, əlində nizə tutan qoca isə yolun ortasında dayanıb əlindəki nizənin başını yerə tərəf tutmuşdu. Qarşımda dayanıb mənə salam verdilər və mən də salamlarının cavabını verdim. Orta yaşlı şəxs məndən soruşdu: Sabah burdan gedəcəksənmi? Dedim: Bəli. Buyurdu: Qabağa gəl, yarana baxım. Öz-özümə dedim: Bunlar təharətə riayət etməyən çöl adamlarıdır, mən isə təzə qüsl almışam və paltarlarım da hələ tam qurumayıb, əlini paltarıma vurmasa yaxşıdır. Elə bu fikirdə idim ki, həmin şəxs əyilib məni özünə tərəf çəkdi və əlini yaramın üzərinə qoyub sıxdı. Mən bir qədər ağrı hiss etdim. Sonra əlini götürüb yenə də yəhərində oturdu.
    O qoca dedi: Qurtuldun, ey İsmayıl! Dedim: Sizsiniz qurtuluş tapan. Həm də təəccüb etdim ki, görəsən onlar mənim adımı haradan bilirlər? Qoca yenə dedi: Qurtuldun, canın qurtardı, bu İmam Zamandır! Bunu eşitcək ayağından yapışıb öpdüm və ardınca qaçmağa başladım. O isə üzünü mənə tutub buyurdu: Qayıt. Dedim: Mən heç vaxt səndən ayrılmaram. Yenə də üzünü mənə tutub dedi: Qayıtmağın məsləhətdir. Yenə də israrla dedim: Mən heç vaxt səndən ayrılmaram. Qoca dedi: İsmayıl! Utanmırsan! İmam Zaman (ə) sənə ikinci dəfə qayıt dedi, sən isə ona itaət etmirsən?! Dayandım, onlar bir neçə addım məndən uzaqlaşdılar. Fədası olduğum İmam Zaman (ə) bir daha dayanıb üzünü mənə tutaraq buyurdu: Bağdada çatdığın vaxt abbasi xəlifəsi Müstənsir səni yanana çağırıb hədiyyə verəcək. Sən isə hədiyyəni ondan qəbul etmə və övladım Rzaya(Dəclə çayı öz başlanğıcını Türkiyədən götürür və Bağdaddan ötüb keçərək Samirranın kənarından axır.)de ki, sənin barəndə Əli ibn Əvəzə məktub yazıb mənim tərəfimdən ona çatdırsın ki, sənə hər nə istəsən versin. Yerimdə dayanıb Həzrətin sözlərinə qulaq asırdım. İmam Zaman (ə)-ın sözləri başa çatdıqdan sonra atlılar birgə hərəkət edib gözdən itdilər.
    İmam Zaman (ə)-ın ayrılığı məni yandırır, Samirraya qayıda bilmirdim. Elə oradaca oturub göz yaşları axıtmağa başladım. Nəhayət, bir saatdan sonra ayağa qalxıb Samirraya tərəf hərəkət etməyə başladım. Məni görən şəhər əhalisindən bə`ziləri halımın nə üçün dəyişildiyini xəbər alırdı. Onlar məndən soruşurdular: Sənə nə olub? Kiminləsə dava etmisən? Mən isə deyirdim: Xeyr, amma siz deyin görüm o atlılar kimlər idi!...
    Onlar budumu açıb baxdılar, yaranın hətta yerinin qalmaması mənin özümü də təəccübləndirdi. Göz yaşları axıda-axıda dedim: Yara bəlkə o biri ayağımda idi. O biri ayağımı da açdım, amma onda da yaradan heç bir əsər-əlamət yox idi.
    Camaat İmam Zaman (ə)-ın bərəkəti ilə şəfa tapdığımı görüb məni hər tərəfdən əhatə etdilər və əynimdəki köynəyi təbərrük olaraq parça-parça etdilər. Əgər neçə nəfər mənə kömək etməsəydi, camaatın əl-ayağı altında həlak olacaqdım.
    Bu xəbər məntəqə nəzarətçisinin də qulağına çatdı. Yanıma gəlib hər şey barədə sorğu-sual etdi. Mən də verdiyi suallara bir-bir cavab verdim. Onun məqsədi əldə etdiyi mə`lumatı Bağdada yazmaq idi. Nəhayət, gecəni elə orada qaldım və səhər açıldıqda dostlarımdan bir neçəsi məni Bağdada yola saldı.
    O biri gün Bağdada çatdım. Gördüm ki, şəhər körpüsünün üstündə xeyli adam yığılıb. Onlar şəhərə daxil olmaq istəyən hər bir şəxsin ad və şəxsiyyətini soruşurlar. Sanki, kimisə gözləyirdilər. Məni də görüb adımı soruşdular. Tanıyan kimi üstümə tökülüb təzə geyindiyim paltarı əynimdə parça-parça etdilər. Camaat az qala məni həlak edəcəkdi ki, bu vaxt Seyyid Rəziyəddin ibn Tavus bir neçə nəfərlə köməyimə gəlib məni onların əlindən ala bildi. Sonradan mə`lum oldu ki, məntəqə nəzarətçisi Bağdada məktub göndərib onları mənin gəlişimdən xəbərdar etmişdir. Seyyid Rəziyyəddin ibn Tavus mənə dedi: Şəfa tapan şəxs sənsənmi? Dedim: Bəli. Atdan düşüb diqqətlə ayağıma baxdı. O, əvvəl ayağımdakı yaranı gördüyü üçün indi ondan heç bir əsər-əlamət görmədikdə, heyrətə gələrək ağlamağa başladı. O qədər ağladı ki, axırda özünü saxlaya bilməyib huşunu itirdi. Özünə gəldikdə mənə dedi: Xəlifənin vəziri sən gəlməzdən əvvəl məni yanına çağırıb dedi ki, eşitmişik Samirradan Allahın həzrət Mehdi (ə)-ın vasitəsilə şəfa verdiyi bir şəxs gəlir və həmin şəxs sənin tanışındır. Tez onun barədə bizə bir xəbər gətir.
    Bundan sonra Seyyid ibn Tavus məni Qum əhlindən olan vəzirin yanına aparıb dedi: Bu şəxs mənim yaxın dostlarımdan biridir. Vəzir üzünü mənə tutub dedi: Başına gələnləri nəql et. Mən də başıma gələnləri əvvəldən axıra kimi ona nəql etdim. Vəzir məni müayinə edən həkimləri bir yerə yığıb onlara dedi: Siz bu şəxsi tanıyırsınızmı? Onlar hamısı bir nəfər kimi dedilər: Bəli, onun sağ budunda bir yarası vardır. Vəzir onlardan soruşdu: Onun əlacı nədir? Dedilər: Əlacı yalnız cərrahi əməliyyata bağlıdır. Əgər bu işi görsək, çətin sağ qalar. Vəzir soruşdu: Belə fərz edək ki, bu işi gördünüz və o da sağ qaldı. Bəs, yarasının tam sağalması üçün nə qədər vaxt lazımdır? Dedilər: Ən azı iki ay. Lakin sağaldıqdan sonra yeri ağ qalıb orada tük bitməyəcək. Vəzir onlardan soruşdu: Onun yarasını gördüyünüz gündən nə qədər keçir? Dedilər: Onu on gün bundan qabaq müayinə etmişik. Vəzir dedi: İndi isə yaxın gəlin. Sonra ayağımı açıb onlara göstərdi. Həkimlər ayağımı görcək, heyrətə gəldilər. Məsihi olan həkimlərdən biri dedi: Allaha and olsun ki, bu həzrət Məsihin mö`cüzəsidir!
    Nəhayət, bu xəbər xəlifənin də qulağına çatdı. O, vəzirə göstəriş verdi ki, məni onun yanına aparsın. Vəzir də məni xəlifə Müstənsir-billahın yanına apardı. Xəlifə məni görcək, dedi: Başına gələn əhvalatı danış, görək. Mən də başıma gələnləri bir daha əvvəldən axıradək ona nəql etdim. Sonra xəlifə xidmətçisinə əmr etdi ki, mənə min dinarlıq bir kisə versin. Amma mən qəbul etmədim. Xəlifə nədən qorxduğumu soruşduqda, dedim: Mənə şəfa verən şəxsin özündən. Çünki o həzrət mənə əmr etdi ki, Müstənsirdən heç bir şey qəbul etmə. Xəlifə kədərlənib bir söz deyə bilmədi və xeyli göz yaşı axıtdı.”
    Bu hadisə bir çox kitablarda yazılmışdır. Burada diqqəti bir neçə məsələ cəlb edir:
    1. Fədası olduğum İmam Zaman (ə)-a təvəssül olunduğu zaman özü hər kəsin imdadına gəlir.
    2. İnsan bütün hallarda İmam Zaman (ə)-a müt`i olub onun əmrlərini yerinə yetirməlidir.
    3. İnsan, başqalarının var-dövlətini zülm və haqsızlıqla əldə edən şəxslərə əl uzatmamalı və onlardan heç bir şey qəbul etməməlidir.
    4. İmam Zaman (ə) Seyyid ibn Tavusu öz övladı adlandırır.
    On İkinci Görüş
    İlahi övliyalardan mərhum Hacı Şeyx Təqi Zərgəri barədə hörmətli zövcəsi belə deyir:
    "1348-ci hicri qəməri ilinin mübarək Ramazan ayının on altıncı gecəsi idi. Birdən Mirzə Təqi Zərgərinin münacat və ağlamaq səsini eşidib yuxudan oyandım. Otağa çox qəribə ətir iyi yayılmışdı. Ondan nə olduğunu soruşduqda buyurdu: Bilirsən nə olub? Fədası olduğum İmam Zaman (ə) təşrif gətirmişdi. Bir müddət yanımda oturdu, sonra durub getdi. İndi də onun ayrılığına ağlayıram. Dedim: Bəs nə üçün məni oyatmadın? Dedi: Ağa dedi, qoy yatsın. Dedim: Onunla söhbətiniz də oldumu? Dedi: Ağaya bir neçə sual da verdim və o bütün suallarıma cavab verdi. Dedim: Etdiyiniz söhbət barədə mənə də söylə. Dedi: Ağadan məmləkətin vəziyyəti barədə soruşdum. Buyurdu: Tezliklə şah gedəcək və zalım rejim süquta uğrayacaq, zühur da bu yaxında baş verəcəkdir. (Bir halda ki, həmin dövrlərdə kimsə Məhəmməd Rza kimi qüdrətli bir padşahın süquta uğrayacağını fikirindən belə keçirmirdi.) Sonra soruşdum: Bəs ağadan xəstəliyinə şəfa verməsini istəmədinmi? Dedi: Mən tezliklə dünyadan gedəcəyəm və bu iş hələ bir neçə ay kecikmişdir. Sonra mən bir şey soruşmadan sözlərinə davam edərək dedi: Həzrətdən onun hüzuruna necə çatmağın mümkün olduğunu soruşdum. Buyurdu: Mən hər zaman sizinləyəm, nə vaxt istəsəniz, məni görə bilərsiniz.
    Beləcə, gecəni başa vurduq. Amma o gündən sonra ömrünün sonunadək Mirzə Təqinin halı tamam başqa oldu.”
    Gördüyünüz kimi, Həzrət Mehdinin (ə) aşiqləri onunla necə əlaqə saxmışlar və o həzrət onlara bildirmişdir ki, onun müqəddəs vücudu hər zaman onlarla birgədir.
    Ey Sahibəzzaman! Can və ruhumuz sənə fəda olsun!
    On Üçüncü Görüş
    Bu məşhur əhvalat Qumda elm və fəzilət sahiblərindən nəql olunur. Qabaqlar Qumdan Cəmkərana gedən yol həzrət Əli ibn Cə`fər (ə)-ın ziyarətgahının yanından keçirdi. Ziyarətgahın ətrafında isə bir neçə ağac olduğundan bir qədər səfalı görünürdü. Bura həm də həzrət İmam Zaman (ə) aşiqlərinin görüş yeri idi. Əhvalat belədir:
    "Hər həftənin cümə axşamı səhər vaxtı mərhum Hacı Molla Ağaxanın dostları orada yığışar və birgə Cəmkəran məscidinə gedərdilər. Bir gün cümə axşamı səhər ora gələn ilk şəxs mərhum höccətül-İslam Mirzə Təqi Zərgəri Təbrizi olur. Tanışlarını gözləyən Mirzə Təqi bir anlıq daxilən mə`nəvi hissə qapılır. Birbaşa qərara gəlir ki, Cəmkəran məscidinə tək başına getsin. Bu hal onu o qədər özündən ayırır ki, hətta Cəmkəran məscidinin ziyarətindən Quma qayıdan bir dəstə tələbənin onunla qarşılaşdıqlarını belə hiss etmir.
    Dostları sonralar dəyirmanın yanına gəldikdə Mirzə Təqinin həmin gün gəlmədiyini güman edirlər. Cəmkəran məscidindən qayıdan tələbələrdən onu görüb-görmədiklərini soruşduqda hamı bir nəfər kimi deyir: Bəli, gördük. O, bir nəfər seyyidlə Cəmkəran məscidinə tərəf gedirdi və onların başı söhbətə o qədər qarışmışdı ki, hətta bizə diqqət belə yetirmədi.
    Dostları da birlikdə Cəmkəran məscidinə tərəf yola düşürlər. Məscidə daxil olduqda baxıb görürlər ki, Mirzə Təqi mehrabla üzbəüz özündən gedib yerə yıxılmışdır. Tez onu ayıldıb soruşurlar: Sənə nə olub, niyə yıxılmısan? Bəs yanındakı seyyid hanı?
    Mizə Təqi özünə gəldikdə deyir: Dəyirmana çatdıqda gördüm ki, özümü çox yaxşı hiss edirəm. Qorxdum ki, əgər qalsam, fikrim yayınacaqdır. Bunün üçün də qərara gəldim ki, Cəmkəran məscidinə təkbaşına gedim. O ki qaldı yanımdakına, mənimlə kimsə olmamışdır. Özüm içimdə İmam Zamanla (ə) söhbət və münacat etmişəm. Mehrabın qarşısına çatdıqda isə bir qəzəl söylədim. Birdən, mehrab tərəfdən səs gəldi və cavabımı verdi. Bundan sonra tab gətirməyib özümdən getdim.”
    Mə`lumdur ki, bütün yolu o, İmam Zamanla (ə) birgə olmuşdur. Həzrətin səsini eşidib tab gətirməyən kəs onun mübarək üzünü görməyə necə tab gətirə bilər?! Bunun görə də İmamı o an tanımayanlar Mirzə Təqinin bir nəfərlə birgə getdiyini görmüş, lakin, o özü yalnız İmam Zamanla (ə) daxilən münacatdan ləzzət almışdır.
    On Dördüncü Görüş
    Seyyid Həsən Əbtəhi deyir: Təxminən, 1342-ci hicri şəmsi ilində "fiqh” və "üsul” dərslərimi başa vurub Qur`anın "Barı, hər tayfadan bir dəstə (elm öyrənib, sonra da onu dindaşlarına öyrətmək üçün) hicrət etsin ki, öz diyarlarına qayıtdıqdan sonra (Allahın əzabı ilə) xalqı qorxutsun.”(Seyyid ibn Tavusun öz adı Rza olmuşdur.) – göstərişinə əsasən, Məşhəd camaatına xidmət etmək qərarına gəldim. O vaxt Məşhədin Səadətabad məhəlləsində Bəhailərə mənsub olan ən azı əlli ailə yaşayırdı. Orada Məşhədin və İranın sair şəhərlərinin xeyirxah camaatının köməyi ilə "İmam Zaman (ə)” adına məscid və dini mərasimlər keçirmək üçün bir salon tikildi. Şükür olsun Allaha ki, az müddət ərzində tikili kompleks fədası olduğum İmam Zamana (ə) təqdim olundu. Burada həmin məscidin, içindəki kitabxananın və salonun göstərdiyi fəaliyyət barədə söhbət açmaq istəmirəm. Lakin bunu qeyd etsək kifayətdir ki, on illik fəaliyyətdən sonra bəhailərin məhəlləsi mö`minlərin mərkəzinə çevrildi. Şah rejimində bütün İran ərazisində bir dənə də olsun İmam Zaman (ə) adına küçə və ya prospekt yox idi. Amma biz məscidlə üzbəüz həmin prospektə, yerləşdiyi meydana, məscid və salona İmam Zaman (ə)-ın adını verdik. Və get-gedə həmin məhəllədə bahai qalmadı. Hətta "Pepsi kola” adı ilə buraxılan və Məşhədin hər yerində satılan bəhailərə məxsus qazlı sular belə camaat tərəfindən baykot edilməyə başladı.
    Bir gün dost və həmkarlarım "Dini tənqid və müzakirələr” mərkəzində mənə xəbər verdilər ki, bir şikəst bəhai İmam Zaman meydanında "pepsi kola” satır. Biz də gedib ona öz e`tirazımızı bildirdik. Məhəllə dükançılarından biri narazı halda bizə mane oldu. Mən dostlardan işin nə yerdə qadığını soruşdum. Dedilər: Biz hər yolla onu oradan uzaqlaşdırmağa çalışsaq da, amma bir dükançı bizim qarşımızı kəsib bu işə icazə vermədi. Dedim: Eybi yoxdur, İmam Zaman (ə) yolunda nə qədər zəhmət çəksəniz, əvəzini görərsiniz.
    Ertəsi gün bir nəfər mənim yanıma gəlib dedi: Dünən gecə filan dükançının ürəyi infarkt keçirmiş və səhər özünə gəlmişdir. Amma hələ də həkim yanına getməmişdir. Buna baxmayaraq sizinlə görüşmək istəyir. Əgər mümkünsə, onun evinə gedin sizi görsün. O saat başa düşdük ki, o, dünən yoldaşlarıma e`tiraz edən və su satan bəhainin tərəfini saxlayan həmin şəxsdir. Dedim: çox yaxşı elə indi gedib onu görərəm. Tez paltarımı geyinib onun mənzilinə getdim. Evə daxil olduqda onun çox ağır vəziyyətdə yatağında uzandığını gördüm. O məni görcək dedi:
    Dünən gecə evə qayıdıb yeməyimi yedim, sonra yataq otağıma girdim. Sevinirdim ki, bu gün iflic bir nəfərə kömək edə bilmişəm. Birdən gördüm ki, fədası olduğum İmam Zaman (ə) təşrif gətirib məni (tənbih edərək) əli ilə vurdu və buyurdu: Əgər bu işdən, yə`ni düşmənimə kömək etməkdən peşman olmasan, məhv olacaq və əgər peşman olsan şəfa tapacaqsan. Bunu eşitcək, huşumu itirib yerə yıxıldım və bundan sonra nə baş verdiyini başa düşə bilmədim.
    Səhər özümə gəldikdə gördüyüm işdən tövbə etmək qərara gəldim. Bunun üçün də sizdən xahiş etdim ki, bizim evə gəlib tövbə etməyimin şahidi olasınız. Bilirəm ki, şəfa tapacağam və həkimə heç bir ehtiyacım yoxdur.
    Bu belə də oldu, həmin əhvalatdan sonra uzun müddət yaşadı və o xəstəlikdən heç bir əziyyət çəkmədi.
    Category: İmam Zamanla görüşənlər | Views: 1072 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024