İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:23 AM
    İmam Zamanla görüşənlər
    Otuz Birinci Görüş
    Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ustadlarından biri olmuşdur. Onun vasitəsiz olaraq İmam Zamanla (ə) görüşü, verdiyi hökmlərinin "böyük qeyb dövrü”ndə İmam (ə) tərəfindən təsdiq olunması şübhəsizdir. Ümumiyyətlə, böyük qeyb dövründə çox az müctəhidə rast gəlinir ki, İmam Zamanın (ə) xass ikram və ehtiramı ona nəsib olsun.
    İmam Zaman (ə)-ın bu böyük şəxsiyyətə və ümmətin rəhbərinə bəxş etdiyi kəramətlərdən biri də ona yazdığı məktublarıdır. Bu isə İmamın ona olan rəğbətini göstərir. Məktublardan biri "Əməlisaleh alimlərin zinəti” ləqəbini almış Şeyx Məhəmməd Kufi Şüştərinin vasitəsilə göndərilir. Məktubda deyilir:
    "Xalqın qulluğunda dur və hamının səninlə əlaqə saxlamasına şərait yarat. Evinin dəhlizini görüş üçün tə`yin et ki, onlar səninlə rahat ünsiyyətdə ola bilsinlər. Hər zaman camaatın xahiş və istəklərini yerinə yetirməyə çalış və bil ki, biz də sənə köməyimizi edəcəyik.”
    Otuz İkinci Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz İmam Zamanla (ə) görüşən hacı Şeyx Məhəmməd Kufi adlı bir şəxslə görüşdüm. O, bizə belə bir əhvalat nəql etdi:
    İraqla Hicaz arasında maşın işləmədiyi vaxt bir dəfə Məkkəyə getdim. Qayıdarkən dəstədən geri qalıb yolu itirdim. Yoluma davam edib bir bataqlığa düşdüm. Dəvəmin ayağları palçığa batdığından hərəkət edə bilmirdi. Mən də dəvənin üstündən düşə bilmirdim və dəvəni ölüm ayağında görüb uca səslə fəryad edərək İmam Zaman (ə)-ı köməyə çağırdım. «Ya Əba Salihil-Məhdi, ədrikni!» (Ey Əbu-Saleh Mehdi, dadıma çat!) Bunu bir neçə dəfə təkrar etdim və bir də gördüm ki, uzaqdan mənə tərəf bir süvari gəlir. Amma bataqlığa batmayıb onun üzəri ilə hərəkət edirdi. Süvari mənə yaxınlaşıb dəvənin qulağına dedi: Qapıya qədər. Dəvə dərhal ayaqlarını çıxarıb Kufəyə tərəf sür`ətlə hərəkət etməyə başladı. Üzümü ona tutub soruşdum: Sən kimsən? Buyurdu: Mən Mehdiyəm. Dedim: Daha sizi necə görə bilərəm? Buyurdu: Nə vaxt istəsən.
    Dəvə Kufə şəhərinin qapısına çatdıqda yerə oturdu. Mən də həmin kəlməni dəvənin qulağına təkrar etdim. Dedim: Sənə deyiblər qapıya qədər. O da dərhal yerindən qalxıb məni evimin qapısına qədər apardı, amma bu dəfə oturan kimi öldü.
    Hacı Şeyx Məhəmməd Kafi o qədər pak və təqvalı bir şəxsiyyət idi ki, insan onun həqiqətdən uzaq, hətta bircə kəlmə deməsinə ehtimal vermirdi. Sonra o sözlərinə davam edərək dedi: Bu əhvalatdan sonra iyirmi beş dəfə İmam Zamanla (ə) görüşə nail oldum.
    Mən bu görüşlərdən bə`zilərini mərhum hacı molla Ağacana nəql etdiyim zaman mənə dedi: Onlardan bə`ziləri mükaşifə halında olub. O, olduqca pak və təqvalı bir şəxs olduğu üçün elə bilmişdir ki, İmam Zamanla (ə) aşkarda görüşmüşdür.
    Otuz Üçüncü Görüş
    Mərhum şeyx Vərram "Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi:
    Bir dəfə Kufənin arxa nahiyəsində yerləşən Cö`fi adlanan qədim məsciddə idim. Gecə yarısı ibadətlə məşğul olduğum zaman üç nəfər içəri daxil oldu. Onlardan biri məscidin ortasına gəlib yerə oturdu və sonra əlini yerə çəkdi. Birdən, yerdən çeşmə tək su qaynamağa başladı. O, əvvəl dəstəmaz alıb, o biri iki nəfərə də dəstəmaz almağı əmr etdi. Onlar da dəstəmaz aldılar. Həmin şəxs qarşıda durub namaz qılmağa başladı, o iki nəfər də ona iqtida edərək namaza başladılar. Mən də ayağa qalxıb həmin şəxsə iqtida edərək namaz qılmağa başladım. Namazın salamını verib qurtardıqdan sonra quru torpaqdan su çıxdığından təəccüblənib sağ tərəfimdə oturan şəxsdən soruşdum: Bu şəxs kimdir? Dedi: O, İmam Həsən Əskəri (ə)-ın övladı İmam Zaman (ə) dır. Bunu eşitcək yerimdən qalxıb həmin şəxsə yaxınlaşdım və salam verib əlindən öpdüm. Sonra ondan soruşdum: Ey Peyğəmbər övladı! Seyyid şərif Ömər ibn Həmzə barədə nə deyə bilərsiniz? O, haqq yoldadırmı? Buyurdu: O, indi haqq yolda deyildir, amma haqqa hidayət olacaq və ömrünü dəyişməzdən əvvəl məni görəcəkdir.
    Əli ibn Cə`fər Mədaini deyir: Bu əhvalatı kimsəyə danışmadım və onun baş verməsindən uzun müddət keçdi. Beləliklə, Şərif Ömər ibn Həmzə vəfat etdi və mən onun İmam Zamanla (ə) görüşüb-görüşmədiyini bilmədim.
    Bir gün o zahid şəxs bu əhvalatı atama nəql edirdi, elə bu vaxt onlara yaxınlaşıb hər şeyi inkar edən şəxs kimi dedim: Məgər siz demədinizmi ki, o dünyasını dəyişməzdən əvvəl İmam Zaman (ə)-ı görəcək? Dedi: Sən hardan bilirsən ki, o İmam Zamanla (ə) görüşməmişdir?
    Bir müddət sonra məclislərdən birində Şərif Ömər ibn Həmzənin, Şərif Əbulmənaqib ləqəbi ilə tanınan oğlu ilə görüşdüm. O mənə dedi: Bir gün atam xəstə olduğu vaxt yanında oturmuşdum. Onun taqəti tamamilə qurtarmış rəngi də qaçmışdı. Gecənin sonuna yaxın evin bütün qapılarını bağlamağıma baxmayaraq, birdən gördüm ki, evə bir şəxs daxil olub. Lakin üzünün heybətindən onun haradan girdiyini soruşmağa cür`ət etmədim. O, atamın yanında oturub onunla yavaş-yavaş söhbət etməyə başladı. Atam isə onu dinləyə-dinləyə elə hey göz yaşları axıdırdı. Sonra isə o, qalxıb getdi. Gözümüzdən itdikdən sonra atam dedi: Məni oturdun. Biz də onu oturtduq. Atam gözlərini açıb dedi: Yanımda oturan həmin şəxs hara getdi? Dedim: Haradan gəlmişdisə oradanda çıxıb getdi. Dedi: Ardınca gedin və onu geri qaytarın. Baxıb gördük ki, qapılar yenə də bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Qayıdıb atama dedik ki, qapılar həmişəki kimi bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Dedi: O şəxs İmam Zaman (ə) idi. Bunu dedikdən sonra vəziyyəti daha da ağırlaşdı və bir neçə gündən sonra vəfat etdi.
    Otuz Dördüncü Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, bu əhvalatı Məşhəd sakini hacı Heydəri adlı e`tibarlı bir şəxsdən eşitmişəm. Bu əhvalat Şeyx Məhəmməd Razinin "Asarül-Höccə” kitabında da (səh. 80) qeyd olunub. Hacı Əli Heydəri buyurur:
    Mən bu əhvalatı Tehranda mərhum Ayətullah Həbibullah Rəştinin oğlu Şeyx İshaq Rəştidən eşitmişəm. Sonra Dəməşqə həzrət Zeynəb (ə)-ın ziyarətinə getdiyim vaxt bu əhvalatı Seyyid Möhsün Cəbəl Amulidən də eşitdim. O deyirdi ki, Şərif Əli Hicazda hakimiyyətdə olduğu dövrdə Məkkəyə getmişdim. Məndə belə bir hiss yaranmışdı ki, ziyarət vaxtı İmam Zamanla (ə) görüşəcəyəm. Bunun üçün də həccin əməllərini yerinə yetirdiyim zaman İmam Zaman (ə) barədə xeyli fikirə daldım. Amma həmin il mən bu şərrəfə nail ola bilmədim. Ziyarəti qurtardıqdan sonra vətənə qayıtmaq qərarına gəldim. Amma baxıb gördüm ki, Məkkə ilə Livanın arasında xeyli məsafə var. Bunun üçün də mən ən yaxşı yolu Məkkədə qalmaqda gördüm. Ümid edirdim ki, bəlkə növbəti Həcc mərasimində İmam Zaman (ə)-ı görə biləcəyəm. Beləliklə, həmin il Məkkədə qaldım. Lakin sonrakı, ondan sonrakı və beləcə, orada qaldığım beş və ya yeddi il ərzində İmam Zaman (ə)-ı görə bilmədim.
    Bu müddət ərzində Məkkə hakimi Şərif Əli ilə də tanış oldum və vaxtaşırı bir-birimizə get-gəl də edirdik. Şərif Əli Məkkə seyyidlərindən olub, yalnız dörd mə`sum imamı qəbul etdiyi üçün Zeydi məzhəbinə mənsub idi. Son illərdə aramızdakı səmimiyyət daha da güclənmişdi. Sonuncu ziyarət zamanı hiss etdim ki, deyəsən, bu il də İmam Zamanla (ə) görüşməyə müvəffəq olmayacağam. Narahatlığımı aradan qaldırmaq üçün Məkkənin ətrafındakı dağlardan birinə qalxdım. Dağın başına çatdıqda baxıb gördüm ki, dağın o biri tərəfi yaşıl çəmənlikdir. Öz-özümə dedim: Axı, nə üçün neçə il Məkkədə olsam da, bir dəfə də olsun bura gəzməyə gəlməmişəm? Çəmənliyin ortasına çatdıqda gördüm ki, orada bir çadır qurulmuş, onun içində də bir neçə nəfər oturmuşdur. Aralarında alim və alicənab şəxs kimi görünən birisi çadırın ortasında oturub, sanki yanındakılara dərs deyirdi. Ondan bu sözləri eşitdim: "Cəddəmiz Həzrət Zəhra (ə.s)-ın övladı və nəsilindən olanlar dünyalarını dəyişdikləri zaman onlara imamət və vilayət təlqin olunur və onların hər biri dünyalarını həqiqi və kamil imanla dəyişir.”
    Elə bu vaxt bir nəfər tələm-tələsik gəlib dedi: Şərif Əli ölüm ayağındadır, tez özünüzü çatdırın! Bu xəbəri eşitcək, dərhal Məkkəyə tərəf yola düşdüm və birbaşa Şərif Əlinin qəsrinə getdim. İçəri daxil olduqda, onu doğrudan da ölüm ayağında gördüm. Əhli-sünnə alim və qaziləri onun ətrafında oturub ona sünni məzhəbinə uyğun təlqin edirdilər. Amma o, bir kəlmə də olsun təkrar etmirdi. Oğlu da kənarda oturub bundan narahat idi. Birdən, gördüm ki, çadırın ortasında oturub dərs deyən həmin şəxs qəsrə daxil oldu və Şərifin yanına gəlib başı üzərində orturdu. Amma mə`lum idi ki, onu yalnız mən görürdüm. Çünki, yalnız mən ona nəzər salır, başqaları isə bundan tamamilə xəbərsiz idilər. Amma nədənsə, mən də ona nə salam verə bildim, nə də yerimdən tərpənə bildim.
    O, üzünü Şərifə tutub buyurdu: «Qul, əşhədu ən la ilahə illəllah.» "De ki, Allahdan başqa mə`bud yoxdur.” Şərif dedi: «Əşhədu ən la ilahə illəlalh.» "Şəhadət verirəm ki, Allahdan başqa mə`bud yoxdur.” Buyurdu: «Qul, əşhədu ənnə Muhəmmədən rəsulullah.» "De ki, şəhadət verirəm Məhəmməd Allahın peyğəmbəridir.” Şərif dedi: «Əşhədu ənnə Muhəmmədən rəsulullah.» "Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir.” Buyurdu: «Qul, əşhədu ənnə Əliyyən huccətullah.» "De ki, şəhadət verirəm Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” Şərif dedi: «Əşhədu ənnə Əliyyən huccətullah.» "Şəhadət verirəm ki, Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” O, bu minvalla mə`sum imamların adını çəkir, Şərif də onun ardınca bir-bir təkrar edirdi. Beləcə, fədası olduğumuz İmam Zaman (ə)-ın adına çatdıqda, buyurdu: «Ya Şərif, qul, əşhədu ənnəkə huccətullah.» "Ey şərif! De ki, şəhadət verirəm sən Allahın yer üzərindəki höccət və dəlilisən.” Şərif də dedi: "Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki höccət və dəlilisən.”
    Bu vaxt başa düşdüm ki, artıq ikinci dəfədir mən İmam Zaman (ə)-ı görməyə nail oluram. Amma təəssüflər olsun ki, mən o qədər gücümü itirmişdim ki, ona nə salam verə bildim, nə də ki, dil açıb məhəbbətimi izhar etməyə taqətim oldu.
    Mərhum Ayətullah Seyyid Möhsin Cəbəl Amuli 1371-ci hicri qəməri ilində Şamda (indiki Suriya) vəfat edir və vəsiyyətinə əsasən, Həzrət Zeynəb (ə)-ın ziyarətgahına gedən yol üstə dəfn olunur.
    Otuz Beşinci Görüş
    Böyük şiə alimi Seyyid Həsən ibn Həmzə şəhidlər ağası İmam Hüseyn (ə)-ın altıncı kötücəsi olmuşdur. O, belə bir əhvalat nəql edir:
    Əməlisaleh şiələrdən biri deyir ki, bir dəfə Allahın evini ziyarət etmək və həccin əməllərini yerinə yetirmək üçün səfərə çıxdım. Həmin il olduqca isti keçdiyindən bir çox namə`lum xəstəliklər yayılmışdı. Yolda karvandan ayrı düşüb geri qaldım. Aclıq və susuzluq məni taqətdən saldı və artıq yolumu davam etməyə gücüm də qalmadı. Halsızlıqdan üzü üstə yerə yıxılıb az qaldı ki, həlak olam. Birdən, qulağıma at kişnəməsinin səsi gəldi. Gözümü açdıqda qarşımda gözəl bir cavan gördüm. O, başım üzərində dayanıb əlində su ilə dolu bir qab tutmuşdu. Atdan düşüb suyu mənə verdi. Su o qədər soyuq və şirin idi ki, mən hələ o vaxta qədər eləsini içməmişdim. Ondan soruşdum: Sən kimsən ki, mənə belə bir qayğı göstərirsən? Dedi: Allahın bəndələri üzərinə tə`yin etdiyi höccət və dəlili; Mən o kəsəm ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra yenidən orada haqq-ədaləti bərqərar edəcəyəm. Mən Höccət ibn Həsən ibn Əli ibn Məhəmməd ibn Əli ibn Musa ibn Cə`fər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm. Onu tanıdıqda mənə dedi: İndi aç gözlərini. Gözümü açdıqda, özümü karvanla birlikdə gördüm və elə həmin an İmam Zaman (ə) gözlərim ödündən qeybə çəkildi.
    Hacı Nuri "Nəcmus-Saqib” kitabında bu əhvalatı nəql etdikdən sonra deyir: Həsən ibn Həmzə görkəmli şiə alimlərindən olmuş və onun tə`lif etdiyi əsərlərdən biri də "Qeybət” kitabıdır.
    Şeyx Tusi deyir: Seyyid Həsən ibn Həmzə böyük yazıçı, agah fiqh alimi, zirək zahid və bir çox gözəl səciyyələrə malik bir şəxsiyyətdir.
    Otuz Altıncı Görüş
    Əli ibn İsa Ərbili ( o, Hüseyni seyyidlərindən olub Baqi ibn Ətvə Ələvi tərəfindən e`tibarlı sayılır) belə bir əhvalat nəql edir:
    Atam "zeydi” məzhəbinə itaət edirdi. Bir dəfə o, həkimlərin heç cür əlac edə bilmədikdəri ağır xəstəliyə düçar oldu. O, on iki imamçı şiə məzhəbində olan mənim və digər oğullarının şiə məzhəbli olmamasından çox narahat idi. Biz ona şiəliyin haqq olduğuna dair müxtəlif dəlillər gətirib İmam Zaman (ə)-ın sağ olduğunu isbat etsək də, deyərdi: Əgər düz deyirsinizsə, onda deyin gəlib mənə şəfa versin və mən də sizin məzhəbinizi qəbul edim. O, elə hey bu sözləri təkrar edərdi: Həzrət Mehdi adlandırdığınız İmam Zaman gəlib mənə şəfa verməyincə mən sizin məzhəbinizin haqq olduğuna iman gətirməyəcəyəm.
    Günlərin bir günü işa (xiftən) namazından sonra qardaşlarımla birlikdə oturmuşduq ki, birdən atamız bizi səsləyib dedi: Tez olun gəlin, ağanız İmam Zaman (ə) buradadır. Biz tez otağa daxil olduq, amma orada kimsəni görmədik. Atam əli ilə otağın qapısına tərəf işarə edərək dedi: Onun ardınca qaçın və ağanızın hüzuruna yetişin. Çünki, o, elə indicə burada mənim yanımda idi. Biz də otaqdan bayıra çıxıb nə qədər o tərəf bu tərəfi axtardıqsa, kimsəni görmədik. Çarəsiz, atamın yanına qayıdıb ondan nə baş verdiyini soruşduq. Atam isə ağlaya-ağlaya dedi: Bir şəxs mənim yanıma gəlib dedi: Ey Ətvə! Mən də ondan kim olduğunu soruşdum. Buyurdu: Mən oğullarının sahibi, onların İmam Zamanıyam, gəlmişəm sənə şəfa verəm. Sonra əlini bədənimin ağrıyan yerinə qoydu və bədənimdəki ağrı birdəfəlik aradan getdi. Bədənimin tam sağaldığını görüb başa düşdüm ki, o, İmam Zaman, həzrət Höccət ibn Həsən (ə)-dır. Tez sizi çağırdım ki, onu ziyarət edə biləsiniz. Amma təəssüflər olsun ki, siz gəlməzdən əvvəl o otaqdan çıxıb getdi.
    Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında yazır: Əli ibn Hüseyn Ərbili deyir: Mən bu əhvalatı Ətvənin oğullarından başqa, digər şəxslərdən də eşitmişəm. Onlar deyirdilər ki, biz Ətvəni həm zeydi məzhəbinə qulluq edərkən xəstə halda, həm də on iki imamçı şiəliyi qəbul etdiyi sağlam vaxtda da görmüşük. Sonra Əli ibn İsa Ərbili əlavə edərək deyir: Ümumiyyətlə, camaat dəfələrlə Məkkə ilə Mədinə arasındakı yolda İmam Zamanla (ə) görüşə nail olmuşlar.
    Otuz Yeddinci Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, bir dəfə Məşhəddəki "Sahibəzzəman” məscidində əsr (ikindi) namazını qılıb qurtardıqdan sonra gördüm ki, təqva və imanına söz olmayan bir şəxs yanımda oturub dedi: Hacı ağa, bizim evimiz şəhərdən aralıdır. Beş nəfər bir otaqda qalırıq və özüm də ailəliyəm. İşığımız olmadığından axşamlar neft lampasını da söndürüb, şüşəsiz taxta qapımızı da bağlayırıq. Ona görə də gecələr qaranlıqdan göz-gözü görmür. Dünən hava çox soyuq idi və çarəsizlikdən hamımız bir yerə yığılıb yatmışdıq. Gecə yarısı yuxudan ayılıb gördüm ki, yaman susuzam. Fikirləşdim ki, əgər yerimdən dursam uşaqları taptalayacağam və hələ mə`lum deyil içməyə su tapacağam, ya yox.
    Amma mən belə əqidədəyəm ki, hər bir çətinlik gərək İmam Zamanla (ə) bölüşdürülsün. Bu səbəbdən də ilk öncə ona salam verib dedim: Ağa! Əgər bizim də işığımız olsaydı, biz də barmağımızı elektrik düyməsinin üstünə qoyub otağımızı işıqlandırar, gecənin bu vaxtı qaranlığında uşaqları ayaqlamazdıq. Əgər evimiz işıqlı olsaydı, rahat su tapıb susuzluğumu dəf edərdim. Nə qədər yaxşı olardı! Bir də gördüm fədası olduğumuz İmam Zaman (ə) qarşımda dayanıb mənə buyurdular: Al bu pulu, get "Sahibəzzəman” məscidinə və orada Seyyid Həsən Əbtəhiyə verib de ki, bu pulla evinə işıq çəksinlər. Elə bu vaxt yeddi yaşlı oğlum yuxudan oyanıb İmam Zaman (ə)-ın mənə pul verdiyini gördü. O, öz baxışı ilə gözləyirdi ki, ona da pul versin. İmam Zaman (ə) ona da otuz beş tümən pul verdi.
    O, bu əhvalatı o qədər inamla danışırdı ki, mən onun hətta bir kəlməsinə belə şübhə etmədim. Ona dedim: Hələ ki bu pullar sənə məxsusdur, icazə verirsənmi cibimə bərəkət üçün ondan on tümən götürüm və onun yerinə iyirmi beş tümən qoyub hələ üstəlik evinin işığını da çəkim? Dedi: Hacı ağa, ixtiyar sahibisiniz. Mən də puldan on tümən götürüb yerinə iyirmi beş tümən qoydum. O vaxtlar onun yaşadığı məhəlləyə işıq çəkdirmək çox çətin idi. Amma işıq idarəsinə müraciət edib bir az xahişdən sonra, tezliklə onun evinə işıq çəkdirə bildim. İşin xərcini hesabladıqda baxıb gördük ki, on tümən artıq qalmışdır. Mə`lum oldu ki, bu on tümən mənim əlavə olaraq verdiyim pul imiş.
    Otuz Səkkizinci Görüş
    Fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olub, elmi suallarına cavab alan şəxslərdən biri də böyük alim Müqəddəs Ərdəbili (vəfatı 993-cü hicri qəməri ili) olmuşdur. Bu böyük şəxsiyyət təqva və ibadətdə elə yüksək məqama çatmışdır ki, hər kəsi iman və təqvada misal çəkmək istəsələr, ona oxşadırlar. Mə`lum olduğu üzrə Müqəddəs Ərdəbili bə`zi məsələlərin həllində aciz qaldığı zaman mö`minlərin əmiri Əli (ə)-ın qəbri üstə gedər, suallarını ona verər və dərhal onlara cavab alardı. Doğrudan, heyrətlənməmək olmaz! İnsan din və imamətə inam və əqidədə bu qədər yüksələ bilsin. Zəmanəsinin tanınmış alimlərindən və Müqəddəs Ərdəbilinin həyat sirlərindən agah olan tələbələrindən biri öz xatirələrində deyir:
    Bir gün gecə yarısı mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahında gəzişirdim ki, birdən nurlu bir fəzada ziyarətgaha tərəf gələn cazibəli çöhrə gördüm. Ziyarətgahın bütün qapıları bağlı olsa da maraqla onu tə`qib etməyə başladım. Gördüm ki, ziyarətgahın qapılarına yaxınlaşdıqda, birdən qıfılları öz-özünə açıldı. Beləcə, o hansı qapıya yaxınlaşıb ona əl vururdusa, dərhal açılırdı. Nəhayət, vüqarla qəbirə yaxınlaşıb Əli (ə)-a salam verdi və salamının cavabını aldı. Sonra da adi halda söhbət etməyə başladı. Bir azdan sonra hərəmdən çıxıb, şəhərdən aralanaraq Kufə məscidinə üz tutdu. Mən isə daha maraqla onu tə`qib etməyə davam etdim. O, məscidə daxil olub sonra yenə şəhərə qayıtdı. Nəcəfin şəhər qapılarına çatdıqda, artıq səhər açılırdı və camaat yavaş-yavaş yuxudan oyanıb münacata hazırlaşırdılar. Birdən, məni asqırma tutdu və heç cür özümü saxlaya bilmədim. O şəxs tə`qib olunduğunu başa düşüb geri döndü və gördüm ki, o, ustadım Ayətullah Müqəddəs Ərdəbilidir.
    Salamlaşıb hal-əhval tutduqdan sonra dedim: Bütün gecəni – ziyarətgaha daxil olduğunuz andan bu vaxta qədər sizi izləyirdim. Xahiş edirəm deyin ki, ziyarətgahda və Kufə məscidinin mehrabında kiminlə söhbət edirdiniz? O, əvvəlcə mənimlə qəti söz kəsdi ki, özü dünyadan getməmiş bu sirri kimsəyə açmayacağam. Sonra buyurdu: Övladım! Bə`zən elə olur ki, qarşıma çıxan məsələlərin həlli mənim üçün olduqca çətin və mən onların qarşısında aciz qalıram. Belə vaxtlarda həzrət Əli ibn Əbu Talibin hüzuruna gəlib suallarımın cavabını ondan alıram. Lakin, dünən gecə həzrət Əli (ə) məni İmam Zaman (ə)-ın yanına göndərdi. Dedi ki, bu gecə nəvəm Kufə məscidində olacaq. O, sənin imamın Sahibəzzamandır. Onun yanına get və bu məsələni ondan öyrən. Mən də onun dediyi kimi, Kufə məscidinə gedib mehrabda İmam Zaman (ə)-dan sualımın cavabını aldım.
    Category: İmam Zamanla görüşənlər | Views: 969 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024