İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:22 AM
    İmam Zamanla görüşənlər
    Qırx Altıncı Görüş
    "Riyazül-Üləma” kitabında İbn Cünö`mani barədə deyilir: İmam Zamanla (ə) görüşən şəxslərdən biri də İbn Cünö`manidir. O deyir: Bir dəfə İmam Zamanla (ə) görüşümdə Həzrətdən soruşdum: Ey mənim sərvərim! Sizin həm Nö`maniyyədə yeriniz var, həm də Hillədə. Nə zaman Nö`maniyyədə və nə zaman Hillədə olursunuz? Buyurdu: Çərşənbə axşamı axşamlar və çərşənbə günləri Nö`maniyyədə, cümə axşamı axşamlar və cümə günləri isə Hillədə oluram. Amma Hillə camaatı mənim ziyarət məqamıma xass olan əməlləri yerinə yetirmirlər. Əgər hər kəs bu məqama xass əməlləri yerinə yetirsə, yə`ni mənə və mə`sum imamlara on iki dəfə salavat göndərib salam versə və iki rükət namaz qılıb Allah-təala ilə münacat etsə, Allah-təala onun hər diləyini qəbul edər.
    Dedim: Ey mənim sərvərim, namazda Allah-təala ilə necə münacat etməliyəm? Buyurdu: Namazda bu duanı söylə:
    «Allahummə, qəd uxizət-tə`dibu minni hətta məssəniyəz-zurru və əntə ərhəmur-rahimin. Və in kanə maqtərəftuhu minəz-zunubi, əstəhiqqu bihi əz`afə əz`afə ma əddəbtəni bihi və əntə həlimun zu ənat. Tə`fu ən kəsirin, yəsbiqu əfvukə və rəhmətukə əzabək.»
    İmam Zaman (ə) üç dəfə bu duanı təkrar etdi və mən də onu əzbərlədim.
    Mərhum Hacı Nuri deyir: Nö`maniyyə, İraqın Bağdadla Vasit arasında yerləşən şəhərlərindən biridir. Çox güman ki, "Qeybət” kitabının müəllifi Şeyx Nö`mani elə həmin şəhərdən olmuşdur.
    Qırx Yeddinci Görüş
    Mərhum Əllamə Məclisi (Allah ondan razı olsun) "Biharül-Ənvar” və mərhum Nuri "Nəcmus-Saqib” kitabında Hillədə Əbu Racih Həmmami ilə bağlı məşhur və bir çox inanılmış şəxslərdən nəql olunmuş bir əhvalat qeyd etmişlər. Əhvalatı zöhd və ibadətdə şöhrət qazanmış tədqiqatçı alim Şəmsəddin Məhəmməd ibn Qarun belə nəql edir:
    Bir vaxtlar Hilləyə şiələrlə müxalif olan nasibi Mərcan Səfir adlı şəxs hakim tə`yin olunmuşdu. Bir gün şiələrə kin bəsləyən bir qrup adam ona deyir ki, Əbu Racih adlı bir şiə səhabələrdən bə`zilərinə lə`nət deyir. Mərcan dərhal onu yanına çağırtdırır və əmr edir ki, onu tez şallaqlasınlar. Mə`murlar onu o qədər vururlar ki, az qalır həlak olsun. Çubuq və qamçı ilə bütün bədənini yaralayır və dişlərindən bir neçəsini də sındırırlar. Dilini bayıra çıxarıb simlə bağlayır, burnunu isə deşib ip keçirir və ipin ucundan tutub çəkə-çəkə Hillənin küçələrində onu dolandırırlar. Bir sözlə, ona o qədər əzab-əziyyət verirlər ki, verilən işkəncələrə dözə bilməyib özündən gedir. Mə`murlar onun vəziyyətini hakim Mərcana xəbər verdikdə, o qəddar insan Əbu Racihin öldürülməsini əmr edir. Camaat hakimə müraciət edərək deyirlər: Əbu Racih qoca və əldən düşmüş bir insandır. O, elə ağır vəziyyətdədir ki, siz onu öldürməsəniz də özü bu gecə dünyasını dəyişəcəkdir.
    Əbu Racihin övladları atalarının yarımcan bədənini evə aparırlar və sağ qalacağına əsla ümid etmirlər. Lakin həmin günün səhəri camaat onu yoluxmağa getdikdə ayaq üstə namaz qıldığının şahidi olurlar. Onun bədənində nə bir yara yeri var idi, nə də ağızında bir sınıq dişi. Camaat heyrətə gəlib ondan nə baş verdiyini soruşurlar. Əbu Racih deyir: Gecə yarısı ölümcül hala düşmüşdüm və ölüm mənim bir addımlığımda idi. Qəlbimdə Allahdan dadıma çatmasını və ağam İmam Zaman (ə)-dan mənə kömək etməsini dilədim. Otaq qaranlıq idi, bir də gördüm hər yer nura qərq oldu və İmam Zaman (ə) gözlərim önündə təcəlli etdi. O, mübarək əlini bədənimə çəkib buyurdu: «Get ailənin ehtiyaclarını tə`min etmək üçün işə başla. Və bil ki, Allah-təala sənə şəfa vermişdir.» İndi də gördüyünüz kimi tam sağlamam.
    Əhvalatı nəql edən Şeyx Şəmsəddin Məhəmməd ibn Qarun deyir: And olsun Allaha, daim Əbu Racihlə sıx əlaqədə olurdum və hər zaman onun hamamından istifadə edirdim. O arıq, sarışın, qozbel və zahirən yaraşıqsız bir şəxs idi. Camaat onun evinə getdiyi gün mən də onlarla birliklə idim. Amma həmin gündən e`tibarən o olduqca yaraşıqlı qiyafə almış, sağlam, gümrah və cüssəli bir şəxsə çevrilmişdi. Hətta ilk baxışda onu tanımadıq və sanki qarşımızdakı iyirmi yaşlı yaraşıqlı bir cavan idi. Ən təəccüblüsü isə bu ki, o, ömrünün sonunadək bu görünüşdə qalıb əsla dəyişilmədi.
    Bu əhvalat camaat arasında yayıldıqda, hakim onu öz yanına çağırır. O, Əbu Racihi dünən qanına qəltan, bu gün isə sağlam və iyirmi yaşlı yaraşıqlı cavan qiyafəsində gördükdə, çox qorxur və həmin gündən e`tibarən öz sarayında İmam Zaman (ə)-ın Hillədəki məqamına tərəf arxasını belə çevirməkdən çəkinir. Bu hadisədən sonra Hillə şiələrinə yaxşılıq edib məhəbbət göstərməyə çalışsa da, lakin çox keçməmiş Allahın qəzəbinə gələrək cəhənnəmə vasil olur.
    Qırx Səkkizinci Görüş
    Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında Mühyəddin Ərbilidən belə bir əhvalat nəql edir:
    Bir gün atamla birgə bir yerdə əyləşmişdik və yanımızda oturan başqa bir şəxs isə divara söykənib mürgüləyirdi. Birdən onun başındakı əmmamə sürüşüb düşdükdə, başında bir neçə qılınc yarasının izlərini gördüm. Atam ondan təəccüblə soruşdu: Bunlar nədir belə? Dedi: Siffeyn döyüşündə başıma dəyən zərbələrdir. Atam daha da təəccüblənərək dedi: Siffeyn döyüşü Əli (ə)-ın zamanında baş vermişdir, sən isə o zaman yox idin! Dedi: Bir neçə il bundan qabaq Misirə gedirdim. Yolda "Qərrə” qəbiləsindən bir nəfərlə tanış oldum və yol boyu biri-birimizlə müxtəlif mövzular barədə söhbətimiz düşdü. Söhbət əsnasında Siffeyn döyüşünə də toxunduq. O dedi: Əgər Siffeyn döyüşündə olsaydım, qılıncımı Əli və tərəfdarlarının qanı ilə sirab edərdim. Dedim: Əgər mən də o zaman olsaydım, qılıncımı Müaviyə və tərəfdarlarının qanı ilə sirab edərdim. Belə isə mən Əli (ə)-mın, sən isə Müaviyənin səhabələrindənsən. Haydı, gəl döyüşək!
    Bir sözlə, qılınclarımızı siyirib biri-birimizə zərbələr endirdik. Nəhayət, aldığım yaralardan huşumu itirib yerə yıxıldım. Bir azdan əlində nizə tutan bir şəxs məni silkələyib oyatdı. Gözümü açıb başım üzərində bir süvari gördüm. O, atdan düşüb mübarək əllərini bədənimdəki yaralara çəkdi və onlar dərhal sağaldı. Sonra buyurdu: Burda gözlə. Bunu deyib, dərhal gözdən itdi. Bir azdan sonra bir əlində həmin şəxsin başı, o biri əlində isə atının yüyəni ilə qayıtdı. Mənə buyurdu: Bu da düşməninin başı. Sən bizə kömək etdin, biz də sənə. Kim Allaha yardımçı olsa, Allah da ona yardım edər.
    Onun kim olduğunu soruşduqda, buyurdu: Mən Höccət ibn Həsən, İmam Zamanam. Bundan sonra kim səndən başındakı yaralar barədə soruşsa, ona de ki, Siffeyn döyüşündən qalıb.
    Qırx Doqquzuncu Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, o vaxtlar Qumda tələbələrindən biri ailə qurmaq istədikdə, oxuduğu mədrəsədə artıq ona otaq verilmirdi. O da təbii olaraq qalmaq üçün özünə bir ev kirayə etməli idi. Biz də o vaxt imkanımız olmadığından bizimlə qohumluğu olan yoldaşlarımdan biri ilə üç otaqlı bir mənzil kirayə etdik. Otaqlardan birini mütaliə, kitabxana və dostlarla görüş yeri, o biri iki otağı isə yataq və istirahət üçün ayırdıq.
    Bir gün kitabxana otağında oturub mütaliə edirdim. Birdən, ev sahibəsi qapını döyüb evə daxil oldu və həyat yoldaşıma bəhanə ilə yersiz iradlar tutdu və şikayətləndiyini bildirdi. Bu sözləri eşitcək, qəlbim qırıldı və elə həmin an dostumla birgə fədası olduğumuz İmam Zaman (ə)-a təvəssül etmək üçün Cəmkəran məscidinə yola düşdük. Gün batana yaxın idi və orada dua və münacatla məşğul idik. Birdən, özümdə vəsf edə bilmədiyim qeyri-adi bir halın yarandığını hiss etməyə başladım. Elə həmin an İmam Zaman (ə) mənə buyurdu: Evə qayıtdıqda, görəcəksən ki, sizin üçün ev alacağı şəxs qonaq otağında oturub sizi gözləyir.
    Mən eşitdiklərimi dostuma dedim və birbaşa evə qayıtdıq. Qapını açdıqda, gördük ki, qəbul otağının işığı yanır. Həyat yoldaşımdan soruşdum: Qonağımız var? Dedi: Bəli, filankəsdir (Tehranda al-verlə məşğul olan dostlarımdan birinin adını çəkdi. O, Quma gələrkən bizə də baş çəkərdi. Amma bizə ev alası qədər də dövlətli deyildi).
    Nə isə, görüşüb biri-birimizlə hal-əhval tutduq. Sonra şam süfrəsi açıldı. Şam yeməyini yeyib qurtardıqdan sonra qonağımız dedi: Eşitmişəm Qumda hazır qəbir yerləri satırlar. Mən gəlmişəm ki, qohumlardan birinə qəbir yeri alım. Dedim: Eybi yoxdur, düzələr. Bundan sonra aramıza bir müddət sükut çökdü.
    Mən həmin gecə İmam Zaman (ə)-a təvəssül edib dedim: Mə`lum olur ki, ömrümüzün sonudur və dostumuz da bizim üçün qəbir yeri almaq istəyir. Biz onunla dost-yoldaş olduğumuz üçün sözsüz ki, bizi özü dəfn edəcəkdir. Amma səhər yeməyi vaxtı gördük ki, onun fikri tamamilə dəyişilib. Yeməyini yeyib qurtardıqdan sonra dedi: İnsan harada dəfn olursa-olsun, fərqi yoxdur. Əsas odur ki, insanın əməli xeyirli olsun ki, bərzəx aləmində də narahatlıq keçirməsin. İndi istər qəbri üzərində tikili olsun, ya olmasın.
    Biz isə bir söz demədən onu dinləyirdik. Sonra dedi: Məncə, bu mənzil sizin üçün darısqaldır. Belə fikirləşdim ki, sizə Qumda heç olmasa dörd otaqlı bir ev alım. Onun iki otağı sizin, iki otağı isə Quma gəldiyimiz zaman mən və dostlarım qalmağı üçün. Mən dedim: Siz ev alın, amma biz orada qalmayacağıq.
    Belə bir cavabın əsas səbəbi isə bu idi ki, adətən Tehran əhalisindən bə`ziləri Qumda ev aldıqları zaman onu bir tələbəyə verərdilər ki, özləri və ya dostları gecə-gündüz Quma gəldikləri zaman onlara qulluq etsin. Bu isə demək olar ki, hər həftə təkrar olunurdu.
    Qonağımız dedi: Elə isə mənim üçün Qumda bir ev alın, nə vaxt daha yaxşısını tapsanız mənə xəbər verin. Sonra o, Tehrana qayıtdı.
    Bu əhvalatdan sonra mən neçə gün idi ki, özümü çox narahat hiss edirdim. Çünki, mənə ev və`d verilmişdi. İndi də ki, əvvəl qəbirdən danışılır, sonra isə ev əvəzinə bizi evə qulluqçu götürürlər. Bütün bunlara görə İmam Zaman (ə)-dan bərk gileyləndim. Bir gün yuxuda gördüm ki, başında araqçın, çiyininə əba atmış bir tacir bizimlə görüşüb deyir: Gəlin mənzilə baxın, əgər xoşunuza gəlsə sizin üçün alaq. Biz onunla altı otağı olan bir mənzilə getdik. Evin sütunlarından birində çat olsa da, mən onu bəyəndim və həmin şəxs evi qonağımızdan pulla alıb bizə verdi.
    Yuxadan ayılıb yuxuda gördüklərimi dostuma danışdım. O da belə yozdu ki, Allahın istəyi ilə ev-eşik sahibi olacağıq. Lakin həmin gün həmin Tehranlı qonağımızdan belə bir məktub aldıq. Filan ünvanda ev satılır, xahiş edirəm gedib baxasınız, əgər xoşunuza gəlsə ev sahibinə deyin mənə xəbər etsin və mən də gəlim evi alım.
    Biz də onun dediyi ünvana getdik və orada bizi dünən gecə yuxuda gördüyümüz şəxs qarşıladı. Hətta onun başında həmin araxçın çiyinində də həmin əba var idi. Dostuma dedim: Əgər bu ev mənim yuxuda gördüyüm həmin ev olarsa, onda deməli ev bizim üçün alınır.
    Həmin şəxs bizi evə də`vət etdi, baxıb gördüm ki, o mənim yuxuda gördüyüm altı otaqlı və sütunlarından birində çat olan həmin evdir. Amma ev sahibi evin qiymətini olduqca çox deyib bizimlə razılaşmadı. Bizi gətirən dəllal dedi: Bu ev onun dediyi qiymətə dəymir, gedək sizin üçün başqa bir ev tapaq. Dostuma yavaşca dedim: Bu evi biz alacağıq və o elə bizə də məxsus olacaqdır. Amma bunun necə olacağını bir Allah bilir.
    Həmin günün səhəri ev sahibi məni həzrət Mə`sumənin ziyarətgahının həyətində görüb dedi: Səhər açılandan sizi axtarıram. Həyat yoldaşım dünən gecə yuxuda görmüşdür ki, bir şəxs ona deyir: "Nə üçün onlarla razılaşmamısınız? Niyə onları qapıdan geri qaytarmısınız?” Xülasə, əgər evi almaq istəyirsinizsə, hər qiymətə sizinlə razılaşarıq.
    Bundan sonra mən Tehranlı dostumun sifariş göndərdiyi həmin şəxsin evinə gedib hər şeyi ona danışdım. O da dedi: Elə deyil, Tehranlı dostumuz evi sizin üçün almaq istəyir. Bunu deyib dəhal ona bir məktub göndərdi və o da bir neçə gündən sonra Quma gəlib həmin evi bizim üçün aldı. Amma əxlaqım buna yol vermədiyi üçün pulu ondan almaq istəmirdim. O, israr etdiyimi görüb dedi: Bunu bil ki, evin pulunu mən vermirəm. Onu verən şəxs nə sizi tanıyır, nə də ki, siz onu. Bunun üçün də kimsənin minnətini çəkməyəcəksiniz. Siz yalnız və yalnız İmam Zaman (ə)-a təşəkkür edin.
    Sonradan Cəmkəran məscidinə getdiyim zaman yenə də özümdə qeyri-adi hal hiss etməyə başladım. Həmin halda İmam Zamana (ə) üzümü tutub dedim: Bəs nə üçün elə birinci gecədə ev həmin şəxsin vasitəsilə alınmadı, əvvəl qəbir yerindən söz açıldı, bundan sonra başqa birisi üçün ev alınmaq qərarına gəlindi. Və nəhayət, iki aydan sonra verdiyiniz və`dəyə əməl edib bizə ev verdiniz?!
    Buyurdu: Əgər elə birinci gün verilsəydi qədrini bilməyəcək və bundan çox sevinəcəkdiniz.
    Əllinci Görüş
    Bu əhvalatı "Məfatihul-cinan” kitabından nəql edirik. Hacı Nuri deyir ki, bu əhvalatı mənə Rəşt sakini olan təqvalı, xeyirxah və əməlisaleh tacir seyyid Əhməd ibn seyyid Haşim ibn seyyid Həsən Musəvi Rəşti mənə nəql etmişdir. O, deyir:
    1280-ci hicri şəmsi ilində həcc ziyarəti məqsədilə Rəştdən Təbrizə gedib, məşhur Təbriz taciri Hacı Səfər Əlinin evində qonaq oldum. Orada mə`lum oldu ki, hələ ziyarət karvanı hazır deyil. Mən bundan çox narahat oldum və nə edəcəyimi fikirləşirdim. Bir də eşitdim ki, hacı Cabbar Cəludar Sədəhi İsfahani Trabzona getməyə hazırlaşır. Mən də ondan bir az mal kirayə edib onunla birlikdə yola düşdüm. Yolda axşamladığımız birinci gecədə hacı Molla Məhəmməd Baqir Təbrizi, (Təbrizli tacir) seyyid Hüseyn Təbrizi və hacı Əli adlı başqa üç nəfər şəxs də mənə qoşuldu. Səhər açıldıqda hamılıqla yola düşdük və nəhayət, Rum ərazilərinə gəlib çatdıq. Sonra oradan da Trabzona yola düşdük.
    Yolda istirahət etdiyimiz yerlərdən birində hacı Cabbar Cəludar bizə dedi: Qarşıda gecələməli olacağımız yer çox qorxuludur, xahiş edirəm ləngiməyin, tez hərəkət edib dəstəyə qoşulun (bundan əvvəlki yerlərdə də bə`zən biz dəstədən aralı düşürdük). Səhərə iki saat yarım və ya üç saat qalmış olardı. Biz də tez hərəkət edib dəstəyə qoşulduq. Təxminən, üç kilometr getmişdik ki, yolda güclü qar yağmağa başladı və hava qaraldı. Yoldaşlarım başlarını örtüb sür`ətlə hərəkət etməyə başladılar. Özümü onlara çatdırmağa çalışsam da bu mümkün olmadı. Beləliklə, onlar yollarına davam edib getdilər, mən isə tək qaldım. Son dərəcə narahat və iztirab içində yolun kənarında atdan düşüb yerə əyləşdim. Özümlə cəmi altı yüz tümən xərclik pulum var idi. Fikirləşib belə qərara gəldim ki, səhərə qədər elə burada qalaram. Çünki, qaldığım yerə yaxın idim, ən pis halda geri qayıdıb özüm ilə bir neçə bələdçi və cangüdən götürüb onların köməyi ilə dəstəyə çata bilərdim. Bu fikirdə idim ki, bir də gördüm yolun kənarındakı bağda bağbana oxşar bir şəxs əlindəki bel ilə ağaclara vurub onların qarını tökür. Məni görcək, yaxınlaşıb fars dilində dedi: Kimsən? Dedim: Yoldaşlarım gedib, mən isə burada tək qalmışam və üstəlik yolu da itirmişəm. Dedi: Yolu tapmaq istəyirsənsə, nafilə namazlarını qıl.
    Mən şam namazının nafiləsini qılmağa başladım. Namazları qılıb dua etdikdən sonra yenə yanıma gəlib dedi: Hələ getməmisən? Dedim: And olsun Allaha ki, yolu tanımıram. Dedi: "Camiə” ziyarətnaməsini oxu! Mən əsla "Camiə” ziyarətnaməsini əzbər bilmədiyim halda, birdən, onu səhvsiz əzbər oxumağa başladım. O, yenə də yanıma gəlib dedi: Sən hələ getməmisən? Qeyri-ixtiyari olaraq məni ağlamaq tutdu, bir təhər özümü saxlayıb dedim: Bəli burdayam, axı yolu tanımıram, necə gedim. Dedi: Onda "Aşura” ziyarətnaməsini oxu. "Aşura” ziyarətnaməsini də əzbər bilmədiyim halda yenə onu da əvvəldən axıra qədər həzin səslə əzbərdən oxumağa başladım. Ziyarətnaməni oxuyub qurtardıqdan sonra Peyğəmbər Əhli-beytinə zülm edənlərə yüz dəfə lə`nət, onların özlərinə isə yüz dəfə salam dedim. Bundan sonra "Əlqəmə” ziyarətnaməsini də oxudum. Mən duanı qurtarmışdım ki, yenə o gəlib dedi: Hələ də getməmisən?! Darıxma, mən indi səni dəstəyə çatdıraram. O, uzunqulağına oturdu və belini də çiyininə qoyub dedi: Sən də mənim tərkimə əyləş. Mən də onun arxasında əyləşib atın yüyənini çəkməyə başladım. Amma nə qədər çəkdimsə, at yerindən tərpənmədi. Buyurdu: Atının yüyənini mənə ver! Mən atın yüyənini ona verdim. O, beli sol çiyininə qoyub sağ əli ilə atımın yüyənindən yapışdı. Bundan sonra at dərhal yoluna davam etdi. Yolda əlini dizimin üstünə qoyub buyurdu: Siz nə üçün gecə nafilələrini qılmırsınız? Nafilə, nafilə, nafilə... (tə`kid üçün onu neçə dəfə təkrar etdi) Sonra buyurdu. Siz nə üçün Aşura ziyarətnaməsini oxumursunuz? Aşura, Aşura, Aşura... Sonra buyurdu: Bəs nə üçün Camiə ziyarətnaməsini oxumursunuz? Camiə, Camiə, Camiə... Bununla da hər üçünün son dərəcə əhəmiyyətli olduğuna tə`kid etdi. O, yolu dairəvi gedirdi və birdən mənə buyurdu: Onlar sənin yoldaşlarındır. Baxıb gördüm ki, onlar doğrudan da mənim yoldaşlarım idi. Dəstəmaz almaq üçün yolun kənarındakı çaya tərəf enmişdilər. Onların yanına getmək üçün tez uzunqulaqdan düşüb ata minmək istəsəm də, ata minə bilmədim. O, uzunqulaqdan düşüb mənə ata minməyə də kömək etdi. Atımın başını yoldaşlarıma tərəf yönəltmək istəyərkən, birdən öz-özümə dedim: Bu qədər yolu gəlib mənə kömək edən bu şəxs, görəsən, kim idi? Onun mənimlə fars dilində danışmağı məndə başqa bir sual da yaratdı. Çünki həmin məntəqədə yalnız türklər yaşayır və yolüstü hərdən məsihilərlə də rastlaşmışdıq. Onun mənə nafilə namazlarını qılmağı, "Aşura” və "Camiə” ziyarətnamələrini oxumağı tapşırması və o qədər ləngidikdən sonra çox qısa müddətdə məni yoldaşlarıma çatdırması bir az da məni həyəcanlandırdı. Bunları götür-qoy edib başa düşdüm ki, o şəxs İmam Zaman (ə) olmuşdur. Dönüb arxaya baxdıqda, artıq bir kimsədən əsər-əlamət yox idi.
    Əlli Birinci Görüş
    Hacı Nuri (Allah ona rəhmət etsin) deyir: Son dərəcə əməli saleh və təqva sahibi olan Şeyx Məhəmməd Tahir Nəcəfi Kufə məscidinin xidmətçisi olmuş və uzun müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Mən özüm də onu uzun illər idi ki, təqvalı və dindar bir şəxs kimi tanıyırdım. Uzun müddət zöhd və Kufə məscidində ibadətlə məşğul olan təqvalı bir alim mənə şeyx Məhəmməd Tahirin təqva və dindarlığını tə`rifləyərək ondan belə bir əhvalat nəql etdi:
    Keçən il Kufə məscidinə getmişdim. Onunla görüşüb hal-əhval tutdum. Mənə belə bir əhvalat danışdı: Neçə il əvvəl Nəcəf-Əşrəfin iki qəbiləsi arasında qarşıdurma yarandığından ziyarətçilər və elm adamlarının Kufə məscidinə gəlişi azaldı. Mənin evimin ehtiyacları da yalnız bu yolla tə`min olunduğu üçün maddi vəziyyətim həddindən artıq çətinləşdi. Neçə yetim uşağa da himayədarlıq etdiyimdən yaranmış şərait məni lap ağır vəziyyətə saldı.
    Bir cümə axşamı idi. Mənim nə pulum qalmışdı, nə də ki, pul qazanmağa taqətim. Yetimlər acından nalə edir, mən isə dərd çəkirdim. Təndir adı ilə tanınan "səfinə” məhəlli ilə "dəkkətül-qəza” arasında üzü qibləyə oturub düşdüyüm vəziyyətdən Allah-təalaya gileyləndim. Axırda dedim: İlahi! Nə olar, mən bu vəziyyətimə razıyam, amma heç ağam İmam Zaman (ə)-ın mübarək camalını da görmək mənə nəsib olmur. Əgər bunu mənə nəsib etsən, Səndən bundan artıq bir şey istəməyəcəyəm və ömrümün sonunadək yoxsulluğuma səbir edəcəyəm. Birdən, qeyri-ixtiyari olaraq ayağa qalxdım və özümə gələndə gördüm ki, bir əlimdə ağ səccadə var, o biri əlimdən isə üzündən nur yağan alicənab, vüqarlı bir cavan tutmuşdur. Onun əynində qaraya çalan nəfis paltar var idi. Bunun üçün də mən onu şahzadələrə oxşatdım. Lakin, gördüm ki, başında yaşıl əmmamə, yanında isə ağ paltarlı başqa bir şəxs vardır.
    Nəhayət, biz üç nəfər "dəkkətül-qəza”ya tərəf gedib mehraba yaxınlaşdıq. Ora çatdıqda, mənə dedi: Ey Tahir, səccadəni sər! Mən də səccadəni sərdim. O, olduqca ağ və parlaq idi, amma onun nədən hazırlandığını bilmədim. Mən səccadəni qibləyə tərəf açdım və o şəxs onun üstündə dayandı və təkbir (Allahu Əkbər) deyib namaz qılmağa başladı. Ondan ətrafa nur yayılırdı. Mən onda əzəmət və nurun hər an artdığını hiss edirdim. Tədricən, onun nuru o qədər çoxaldı ki, artıq üzünü görə bilmədim. Onunla gələn şəxs də dörd qarış fasilə ilə arxada dayanıb namaza başladı.
    Mən onlarla üzbəüz dayanıb fikirləşirdim ki, görəsən onlar kimdirlər? Namazı qılıb qurtardıqdan sonra birinci şəxsin arxasında namaz qılan şəxsi artıq görmədim. Amma birdən arxada namaz qılan şəxs görünməz oldu və gördüm ki, qarşıda namaz qılan şəxs isə hündürlüyü iki metir və yuxurısı taclı parlaq bir taxtın üzərində əyləşmiş və müqəddəs vücudu hər tərəfə işıq saçır. Vücudu o qədər parlaq idi ki, gözləri qamaşdırır və onu görmək olmurdu. Sonra üzünü mənə tutub dedi: Ey Tahir! Məni hansı hökmdara bənzətmişdin?! Dedim: Ey ağam! Siz hökmdarlar hökmdarı, bütün dünyanın ağasısınız. Siz onlardan deyilsiniz. Buyurdu: Ey Tahir! Öz arzuna çatdın. İndi de görüm, nə istəyirsən? Məgər biz hər gün sizin fikrinizdə deyilikmi? Bil ki, sizin gördüyünüz işlər və mövcud vəziyyətiniz barədə ardıcıl bizə xəbər verilir.
    Bundan sonra mənə dedi ki, maddi vəziyyətim yaxşılaşaraq yoxsulluqdan yaxa qurtaracağam. Elə bu vaxt tanıdığım və adını bildiyim günahkar bir nəfər həzrət Müslim (ə)-ın ziyarətgahının həyətindən çıxıb Kufə məscidinə daxil oldu. Bu an həzrətin mübarək simasında qəzəb nişanələri gördüm. O, üzünü həmin günahkar şəxsə tərəf tutub dedi: Ey! Hara qaça bilərsən? Məgər yer üzü bizə məxsus deyilmi? Məgər göylər bizə məxsus deyilmi? Bil ki, göydə və yer üzündə bizim hökmlərimiz icra olunmalıdır və sənin onlara tabe olmaqdan başqa çarən yoxdur.
    Sonra üzünü mənə tutub gülümsəyərək dedi: Ey Tahir! İstəyinə nail oldun. Bundan başqa nə istəyirsən? Onun heybəti məni o qədər tutmuşdu ki, hətta danışa belə bilmirdim. O, bir daha dediklərini təkrar etdi. Mən yenə də ağzımı açıb nə bir kəlmə deyə bildim, nə də ondan bir şey soruşa bildim. Mən o qədər sevinc hissi keçirirdim ki, bunu dillə demək olmur. Elə bu vaxt bir anda özümü məsciddə gördüm. Ətrafımda nə bir kimsə var idi, nə də ondan bir əsər-əlamət qalmamışdı. Bu vaxt gördüm ki, artıq gün yavaş-yavaş üfüqdən baş qaldırır.
    Şükür olsun Allaha, o vaxtdan bu günədək ruzim boldur və heç vaxt maddi çətinlik çəkmirəm.
    Category: İmam Zamanla görüşənlər | Views: 875 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024