İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:18 AM
    İmam Zamanla görüşənlər
    Altmış Beşinci Görüş
    Ayətullah seyyid Təyyib Cəzayiri(Vergi.) deyir: Təhsillə əlaqədar İraqda yaşadığım illərdə, Kərbəlada olarkən (1364 h.q.) Hindistandan olan Əbu Sahib adlı e`tibarlı bir dostum mənə belə bir əhvalat danışdı:
    Dostlarımdan biri İmam Hüseyni (ə) ziyarət etmək üçün Hindistandan Kərbəlaya gəlmişdi. Gecə-gündüz hərəmdə dua edirdi ki, İmam Zamanla görüşsün. O, əmin idi ki, İmam Zaman həmişə cəddi İmam Hüseynin ziyarətinə gəlir. Bu fikirlərlə öz arzusunu orada olan tələbələrdən bə`zisinə bildirir və soruşur ki, mən İmam Zamanla görüşə bilərəmmi? Bu arzuya çatmağın yolu nədir? Tələbələrdən biri ona deyir: Əgər sən qırx gecə cümə axşamları hərəmdə ibadət və riyazətlə məşğul olsan, Allah qoysa öz istəyinə çatarsan. Çünki Allah-təala İmam Hüseynə şəhadətinin müqabilində üç şey lütf etmişdir:
    1. Onun qübbəsi altında edilən dua müstəcab olar.
    2. Onun türbətinə şəfa bəxş etmiş.
    3. İmamət məqamı (qiyamətə qədər) onun nəslinə mənsubdur.(Ayətullah Cəzayiri böyük mühəddis, alim Ne`mətullah Cəzayirinin nəslindən olub hal-hazırda elmi-dini fəaliyyətlə məşğuldur. O, on doqquz vasitə ilə cəddi İmam Musa bin Cəfərə (ə) çatır. Nəcəfdə Ayətullah Həkim, Xoyi, Şirazi, Şahrudi, Təbrizi kimi böyük mərcələrin "xaric” dərslərində iştirak etmişdir. 1374-cü ildə (h.q) Nəcəf-Əşrəfdə çap etdirdiyi "Əl-lümətul-satiə” adlı elmi işi ilə ictihad icazəsini almış və müxtəlif mövzularda altmışa yaxın kitabın müəllifidir.)
    Bu sözləri eşidən sonra o, qırx gecə cümə axşamları İmam Zamanı görmək ümidi ilə İmam Hüseynin hərəmində qalır. O, bütün gecəni rüku və səcdə halında ağlayıb-sızlamaqla ibadətə məşğul olur. Nəhayət, qırx gecə başa çatır, amma o öz hacətinə çatmır.
    Səhər açılanda o, narahat və qəmli halda hərəmdən çölə çıxır. Hərəmin həyətində dayanıb gözlərindən yaş axıda-axıda, başqasının diqqətini cəlb etməyəcək şəkildə öz-özü ilə danışmağa başlayır: "Mənə qırx gecə hərəmdə qalmağı təklif edən adam məni boş və bihudə bir işə vadar etdi. Ey kaş, o adam indi burada olardı, mənim bu halımı görərdi ki, vaxtım, malım necə zay olmuşdur! İndi mən öz ölkəmə necə qayıdacağam, nə pulum var, nə də halım.”
    O, bu sözləri zümzümə etdiyi halda yaxınlığında durmuş, əyninə iraqlılara məxsus libas geymiş, başını şal (ərəblərin başlarına saldıqları örtük) ilə örtmüş bir ərəb, sanki bu sözləri eşidib başa düşürmüş kimi, yaxına gəlib fəsih hind dilində ona dedi: Nə olub, filankəs? (onu öz adı ilə çağırır) Niyə belə qəmgin və pərişansan? O, tanımadığı ərəbin onu adı ilə çağırması və hind dilində danışmasından təəccüblənsə də, ona e`tina etmir. Fikirləşir ki, yəqin bu adam Kərbəla əhlidir, ola bilsin hindlilərlə çox oturub-durduğu üçün hind dilində yaxşı danışır. Buna görə də ona deyir:
    –Mənim işimin sənə nə dəxli var?
    –Haradan bilirsən ki, sənin işinin mənə dəxli yoxdur?
    –Çünki sənin mənim müşkülümü həll etməyə gücün çatmaz.
    –Sənin nə müşkülün var?
    –Mən mövlam Sahibəzzamanı görmək arzusunda idim. Uzaq Hindistan ölkəsindən qalxıb bu qədər yolu ziyarət üçün gəlmişəm. Burada olan ruhanilərdən biri mənə dedi ki, əgər qırx gecə cümə axşamları imam Hüseynin (ə) qübbəsi altında dua etsən, duan müstəcab olar. Mən əhli-əyalımı buraxıb qırx həftədir ki, burada qalmışam. Nə pulum var idisə, xərclənib qurtarıb.
    –Əhəmiyyət vermə və özün də nigaran olma. Sənin yol xərcin düzələcək və vətəninə də qayıdacaqsan.
    –Yol xərcinin düzəlməyinin, ya vətənə dönməyimin faydası nə olacaq? Nəticəsiz, əliboş geri dönməyin nə xeyri ki, məqsədimə çatmamışam. Mən bu qədər vaxtı burada ona görə qalmamışam ki, Allahdan pul, mal istəyim. Mən qırx gecəni ona görə oyaq qalmışdım ki, İmamı görüm. Mənim imamı görməkdən başqa heç bir niyyətim olmayıb. Sizcə bu mümkün olmayan bir arzudur?
    O, deyir: Sözlərim bu yerə çatanda həmin ərəbin üzündə təbəssüm aşkar oldu. Gülümsündüyü halda mənə dedi: İndi də öz imamının üzünü görə bilmədin? Dedim: Yox. Dedi: Artıq bundan yaxşı necə görə bilərsən? (Yə`ni sənin qarşında dayanmış şəxsi bundan yaxşı necə görmək olar? Sən hal-hazırda onun üzünə baxıb söhbət edirsən.) Bunu dediyi halda birdən qeyb oldu. Mən heyrət içində donub qaldım. Sağıma, soluma baxdım, kimsəni görmədim. Haçandan-haçana özümə gəldim. O, mənim dilimdə danışır, halımı bilirmiş, amma mən isə onu tanımamışam, onunla ədəbsiz danışmışam. Birdən məni ağlamaq tutdu. Görüşün bu qədər az olmasına təəssüf etdim. Onunla dikbaşlıqla danışmağıma bərk peşman oldum. Bir az keçmiş bir nəfər gəlib mənə pul verdi. Bu pul mənim yol xərclərimi yetərincə ödəyirdi. Allah-təala mənim bu haldan çıxarıb gözəl bir əhval-ruhiyyə ilə əvəz etdi.("Bihar”, c. 44, səh. 221, hədis 1; Tusi, "Əmali”, c. 1, səh. 324)
    Altmış Altıncı Görüş
    Hillədə Cəmaləddin Zuhdəri adında bir şəxs iflic olur. Qohum-əqrəbaları onu bir çox həkimlərə göstərsələr də, heç bir nəticə əldə edilmir. Müalicələr bir nəticə vermədikdə və hamı mə`yus olduqda, qərara gəlirlər ki, onu Hillədəki "İmam Zaman məqamı”na aparsınlar. Onlar belə də edirlər və İmam Zaman (ə) onun qarşısında zahir olub Allahın izni ilə ona şəfa verir. Mərhum Məclisi Əbdürrəhman Ommanidən nəql edərək deyir:
    Bu əhvalat camaat arasında yayıldıqda, mənimlə Cəmaləddin arasında sıx dostluq münasibətlərimiz olduğundan onun evinə gedib baş verənləri onun öz dilindən eşitdim. O, baş verənləri belə xatırladı:
    Mə`lum olduğu kimi, mənim iflic olduğumdan siz də xəbərsiz deyilsiniz. Nəhayət, qohum-əqrəbam məni İmam Zaman (ə)-ın məqamına apardılar. O gecə çox keçmədi ki, bir də gördüm Həzrət məqamın qapısından daxil oldu. Mən ona salam verdim. O da məhəbbətlə salamımın cavabını verib buyurdu: Qalx ayağa! Dedim: Ağa, bir ildir ki, yerimdən ayağa dura bilmirəm. Yenə buyurdu: Allahın iznilə qalx ayağa! Sonra qolumun altına girib mənə ayağa qalxmağa kömək etdi. Mən də, sanki heç bir xəstəlik yoxmuş kimi ayağa qalxdım. Elə bil ki, heç iflicə düçar olmamışdım. Bundan sona İmam Zaman (ə) bir göz qırpımında qeybə çəkildi. Camaat bu hadisədən xəbərdar olub başıma toplaşdılar və hərə bir tərəfdən təbərrük olaraq əyinimdəki paltarlarımı parça-parça edib apardılar.(Seyyid Təyyib Cəzayiri, "Axərin umide cəhan”, səh. 358-360.)
    Altmış Yeddinci Görüş
    Müəmmər ibn Şəmsin "Bürş” adlı bir kəndi var idi ki, onu seyyid və ələvilərə vəqf etmişdi. Onun orada İbn Xətib adlı şiə olan təqvalı vəkil və naibi, bir də Osman adlı təəssübkeş sünni qulluqçusu var idi. Bu iki nəfər Müəmmər ibn Şəms tərəfindən kəndin işləri ilə əlaqədar onlara tapşırılan vəzifələri yerinə yetirirdilər. Amma daim bu iki nəfərin arasında məzhəb məsələləri ilə bağlı çəkişmələr müşahidə olunurdı.
    Bir gün onlar yenə camaat arasında bir məsələ ətrafında mübahisə edirlər. İbn Xətib Osmana deyir: İndi ki, həqiqət mə`lum oldu və bu həqiqəti qəbul etmək istəmirsənsə, gəl belə bir iş görək, mən öz əlimə Həzrət Əlinin (ə), oğulları Həsən (ə) və Hüseynin (ə) və zövcəsi həzrət Zəhranın (ə) adlarını yazacağam, sən də öz əlinə Əbu Bəkrin, Ömərin və Osmanın adlarını yaz. Sonra camaat əllərimizi biri-birinə bağlayıb alovun içinə tutsunlar. Kimin əli yansa, haqsız, kiminki yanmasa, haqlıdır.
    Osman isə buna razı olmur. Camaat da Osmana gülərək onu masqara edirlər. Pəncərədən baş verənləri izləyən Osmanın anası bərk narahat olur və bacardığı qədər oradakı şiələri söyməyə, lə`nətləməyə və acı sözlər deməyə başlayır. O, bərk hiddətlənərək, elə hey onlara nalayiq sözlər deyirdi ki, birdən gözlərindən bərk ağrı tutur və hər ikisi kor olur. Onu müalicə üçün Hilləyə aparırlar. Həkimlər əllərindən gələni etsələr də, heç bir faydası olmur və daha kimsə onun gözlərinin açılacağına ümid etmir.
    Bir dəfə neçə nəfər şiə qadın onu yoluxmağa gedir və ona deyirlər: Sən şiələrə hörmətsizlik etdiyin üçün İmam Zaman (ə)-ın qəzəbinə gəlmisən. Bil ki, şiə olmayana qədər bu bəladan nicat tapmayacaqsan. Əgər şiə olsan, Allahın hökmən sənə şəfa verəcəyinə zaminik.
    O, şiələrə hörmətsizlik etdiyindən bərk peşman olur və şiəliyi qəbul edir. Hillənin təqvalı və pak qadınları cümə axşamı onu "İmam Zaman (ə)-ın məqamı”na aparırlar və özləri onu bayırda gözləyirlər. Gecənin bir aləmində, birdən onun fəryad səsləri eşidilir və görürlər ki, o qadın ağlaya-ağlaya çölə çıxıb belə deyir: Sahibəzzəman (ə) mənə mərhəmət göstərdi, şəfa tapdım!
    Artıq o, hər şeyi görürdü. Qadınlar sevincək, ondan İmam Zamanla (ə) necə görüşdüyünü soruşurlar. O, deyir: Siz məni "İmam Zaman (ə)-ın məqamı”na gətirdikdən sonra mən Həzrətdən imdad dilədim. Bir vaxt eşitdim ki, kimsə mənə deyir: Allah sənə şəfa verdi, qalx məqamdan çölə çıx və bu xoş xəbəri səni gözləyən qadınlara de. O an artıq hiss etdim ki, mən daha görürəm. Məqam nura qərq oldu və bir nəfərin qarşımda durduğunu gördüm. Ondan kim olduğunu soruşduqda, buyurdu: "Mən Sahibəzzəman Höccət ibn Həsənəm!” Yerimdən qalxıb ətəyindən yapışmaq istədikdə, bir göz qırpımında qeyb oldu.
    Bu əhvalat Hillə şəhərində baş verir və sonralar dillər əzbərinə çevrilir. O qadının oğlu Osman da bu əhvalatdan sonra şiə olur.
    Altmış Səkkizinci Görüş
    Əllamə Hillinin (Allah ondan razı olsun) zamanında bir sünni alim şiə məzhəbinin əleyhinə kitab yazaraq təşkil etdiyi ümumi və xüsusi məclislərdə onun vasitəsilə bir çoxlarını şiə məzhəbinə qarşı bədbin edir. Eləcə də bu kitabı kimsənin ixtiyarında qoymur ki, onun şübhələrinə cavab verə bilsinlər. Əllamə Hilli kimi böyük şəxsiyyət bir yolla həmin kitabı əldə etmək üçün bir şagird tək o şəxsin dərsində iştirak etməyi özünə vacib edir və beləcə onun e`timadını qazanır. O, Əllamə Hillinin kitaba belə böyük marağından çox sevinir və ona rədd cavabı verə bilməyib deyir: Mən kitabı yazarkən nəzr etmişəm ki, bir gecədən artıq onu kimsəyə verməyim.
    Əllamə Hilli çarəsiz qalıb bir gecəlik də olsa kitabdan istifadə etməyə razılığını bildirir və həmin gecə böyük həvəs və sevinclə kitabı üzündən köçürməyə başlayır. O istəyirdi ki, həmin gecə kitabdan mümkün qədər köçürüb fürsət yarandıqda, onlara cavab versin. Lakin gecə yarısı onu yuxu tutur. Elə həmin an möhtərəm bir qonaq onun otağına daxil olur və onunla söhbətə başlayır. Sonra ona deyir: Əllamə, sən yat, kitabın köçürülməsini mənə həvalə elə.
    Əllamə bir söz demədən itaət edir və dərin yuxuya dalır. Yuxudan oyandıqda, nurani qonağından əsər-əlamət görmür. Kitaba nəzər saldıqda isə onun başdan-ayağa köçürüldüyünü və sonda imza olaraq belə bir yazı görür: "Kətəbəhul-Huccə.” (Yazdı Allahın höccəti.)
    Altmış Doqquzuncu Görüş
    İmam Zamanla (ə) görüşləri nəql edən kitablarda Əli ibn Məhziyarın əhvalatı xüsusi diqqət mərkəzində olmuşdur. Əli ibn Məhziyarın qəbri Əhvaz şəhərindədir. Üzərində böyük günbəz olan bu məqbərə böyük ziyarətgaha çevrilmişdir. O özü həmin əhvalatı belə nəql edir:
    İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün hər il həcc mövsümü Məkkəyə gedərdim. Beləliklə, on doqquz dəfə Məkkəyə Kə`bə evinin ziyarətinə getdim. Hər dəfə nə qədər çalışsam da, Həzrətdən bir əsər-əlamət əldə edə bilmədim. Nəhayət, mə`yus olub bir daha Məkkəyə getməmək qərarına gəldim. Növbəti il dostlarım Məkkəyə həcc ziyarətinə getdikləri zaman mənə də səfərə hazırlaşmağı təklif etdilər. Onlara dedim: Bu il mənim bir sıra çətinliklərim var və daha getmək fikrim yoxdur. Həmin günün axşamı yuxuda kimsə mənə dedi: Bu il həcc ziyarətini tə`xirə salma, gəl. Allahın izni ilə məqsədinə çatacaqsan.
    Səhər yuxudan oyanıb ümidlə səfərə hazırlaşmağa başladım. Dostlarım məni gördükdə təəccüblənsələr də, onlara heç bir şey demədim. Nəhayət, gəlib Məkkəyə çatdıq. Həccin əməllərini tamamilə başa vurduq, amma bir xəbər çıxmadı. Bütün bu müddət ərzində hər dəfə Məscidül-Həramın bir guşəsinə çəkilib, elə hey fikirləşirdim. Hərdən öz-özümə deyirdim: Görəsən, yuxum doğru idi, yoxsa sadəcə olaraq xəyallara qapılmışdım?
    Bir gün yenə başımı aşağı salıb fikirlərə dalmışdım. Birdən bir nəfər əlini çiynimə qoyub mənə salam verdi və sonra haralı olduğumu soruşdu. Qarabuğdayı bir şəxs idi. Dedim: Əhvazlıyam. Soruşdu: İbn Xəsibi tanıyırsanmı? Dedim: Allah ona rəhmət eləsin, artıq dünyasını dəyişmişdir. Dedi: Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Yaxşı insan idi, camaata xeyli ehsan edərdi. Allah onun günahlarından keçsin.
    Sonra dedi: Əli ibn Məhziyarı tanıyırsanmı? Dedim: Bəli, özüməm. Dedi: Xoş gördük Məhziyar oğlu, sən çox zəhmət çəkmisən. Ağan İmam Zamanla (ə) görüşəcəyini sənə müjdə verirəm. Bu səfərində onun ziyarətinə nail olacaqsan. Get yoldaşlarınla vidalaş və sabah axşam da "Əbu Talib dərəsi”nə gəl. Mən orada səni gözləyəcəyəm və oradan səni İmam Zaman (ə)-ın yanına aparacağam.
    Hədsiz sevinclə yoldaşlarımın yanına qayıtdım və yol ləvazimatımı bir yerə yığıb onlarla vidalaşdım. Nəhayət, həmin gecə "Əli Talib dərəsi”nə getdim və gördüm ki, o şəxs orada məni gözləyir. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq. Sonra dəvələrə minib Ərəfat və Minanın dağlarını keçib Taif dağlarına çatdıq. Ora çatdıqda, bələdçim mənə dedi: Düş, gecə namazını qılaq.
    Mən dəvədən düşüb onunla birlikdə namaz qıldım və sonra yenə yolumuza davam etdik. Səhər açılana yaxın yenə dəvələrimizdən düşüb sübh namazını qıldıq. Artıq hava bir qədər işıqlanmışdı. O mənə dedi: O təpənin başında nə görürsən? Dedim: Bütün səhranı işıqlandıran bir xeymə görürəm. Dedi: Bəli, düzdür. Sənin arzu və istəyin oradadır. Sərvər və ağamızın yeri oradır.
    Bir qədər dayanıb, sonra dedi: Gəl gedək. Dedim: Bəs, dəvələri nə edək? Dedi: Onları azad burax, bura əmin-amanlıqdır.
    Onunla birlikdə xeyməyə tərəf getdim. Ora çatdıqda, mənə dedi: Sən hələ gözlə. Bunu deyib məndən əvvəl xeyməyə daxil oldu və bir neçə dəqiqədən sonra bayıra çıxıb dedi: Xoş halına! Həzrət sənə görüşə icazə verdi.
    Mən xeyməyə daxil oldum və orada qəlbləri məftun edən gözəl bir cavan gördüm. Onun kaman kimi qaşları, düz burnu və sağ yanağında bir xalı var idi.
    Məni görcək, böyük mehribanlıqla hal-əhval tutdu və sonra dedi: Atam mənimlə əhd-peyman bağlamışdır ki, şəhərlərdə mənzil qurmayam. Allah nə qədər istəsə, zalım və sitəmkarların şərindən qorunmaq üçün dağ və səhralarda məskən quracaq, onların hakimiyyətindən kənarda olacağam. Ta o vaxta qədər ki, Allah özü fərəc hasil etsin.
    Mən neçə gün İmam Zaman (ə)-ın xeyməsində qonaq qaldım və bu müddət ərzində onun elm və nurundan kifayət qədər bəhrələnə bildim. Nəhayət, vətənimə qayıtmaq istədikdə, ixtiyarımda olan əlli min dirhəmi "imam səhmi” olaraq Həzrətə təqdim etmək istədim. Qəbul etməyib buyurdu: Bundan narahat olma. Çünki, qarşıda səni uzun yol gözləyir və yol xərcin üçün sənə lazım olacaq.
    Bundan sonra İmam Zamanla (ə) vidalaşıb vətənə yola düşdüm.(Seyyid Təbərsi Nuri, "Kifayətül-Muvəhhidin”.)
    Yetmişinci Görüş
    Əllamə Nuri yazır: Yaxından tanıdığımız Şeyx Qasım adlı olduqca imanlı və e`tibarlı bir şəxs vardı. Hər il həcc mövsümü ziyarətə gedərdi. O, səfərlərin birində başına gələn bir əhvalatı belə nəql edir:
    Səfərlərin birində dincimi almaq üçün bir ağacın kölgəsinə çəkilib uzandım. Yorğunluqdan yuxu məni apardı və çox uzun çəkdi. Nə qədər yatdığımı bilmirəm, amma ayılanda gördüm ki, karvandan əsər-əlamət yoxdur. O zaman hansı səmtə gedəcəyimi tə`yin edə bilmədim. Seyyid ibn Tavusun "Əl-aman” kitabında deyildiyi kimi, üzümü bir səmtə tutub fəryad çəkdim: "Ya Əba Saleh!” Bu adı çağırmaqda məqsədim həmin kitabın göstərişinə müvafiq olaraq İmam Zamanı (ə) səsləmək idi. Mən haray çəkdiyim vaxt bir də gördüm ki, bədəvi ərəblərə məxsus libasda dəvəyə süvar olmuş bir nəfər mənə tərəf gəlir. Mənə çatıb dedi: Karvandan geri qalmısan? Dedim: Bəli. Buyurdu: Gəl tərkimə süvar ol, səni karvanına çatdırım. Mən qalxıb onun tərkinə oturdum. Dəvə astadan nərilti çəkib yola düzəldi. Bir saat keçməmişdi ki, karvana yetişdik. Karvana yaxınlaşanda həmin ərəb məni dəvədən endirib dedi: Get karvana qoşul. Dedim: Susuzluqdan yanıram, sizdə su varmı? O, dəvənin yəhərinin qayışına bağlanmış su cürəsini açıb mənə uzatdı. Suyu alıb içdim. Allaha and verirəm ki, mən ömrümdə o ləzzətdə və elə dadlı su içməmişdim. Xudahafizləşib öz karvanımıza qoşuldum. Qayıdıb geri baxanda, daha onu görmədim.
    Yetmiş Birinci Görüş
    Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi öz dövrünün böyük alimi, yüksək mə`nəvi məqam sahibi olmuşdur. O, həzrət Mehdi (ə) ilə görüşə nail olan kəslərdən biridir. Seyyid Məhəmməd Avi həm də Seyyid ibn Tavusun səmimi dostu olub. Seyyid ibn Tavus onu özünə qardaş seçmiş, müxtəlif yerlərdə Seyyid Məhəmməd Avidən söz düşərkən, ona "saleh qardaş” deyə müraciət etmişdir. Həmçinin "rical” alimləri onu mö`təbər sayıb tə`rifləmişlər. "Əməlül-amal” kitabında Seyyid Məhəmməd Avi haqqında deyilir: "Seyyid Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi (Ələvi Hüseyni) möhtərəm və mö`təbər alimlərdən olub atası Məhəmməddən və Seyyid ibn Tavusdan rəvayət nəql edir...”(Şeyx Səduq, "Kəmalud-Din”.)Tanınmış mühəddis Şeyx Abbas Qumi "Əl-Küna vəl-Əlqab” kitabında yazır: "Seyyid Məhəmməd Avi abid, zahid, saleh, məqamı ali, kamalı yetkin şəxs və Seyyid ibn Tavusun yaxın dostlarından olmuşdur. Seyyid ibn Tavus öz kitabında onu "saleh qardaş” ünvanı ilə yad etmişdir. Bə`zi istixarələrin sənədi ravilər silsiləsində ona gedib çatır...”("Əməlul-amal”, səh. 298; "Rical”, Ayətullah Xoyi, c. 2, səh. 162.) Seyyid ibn Tavus "Məcməüd-dəəvat” (dualar toplusu) kitabında yazır: "Dostum və qardaşım Məhəmməd ibn Avinin mənə xəbər verdiyi dualardan biri də "İbrət” duasıdır. O, bu dua haqqında qəribə əhvalat da nəql edir.”
    Şeyx Sə`dəddin Yusif Hilli, Məhəmməd Avidən nəql edərək deyir: Sultanın əmirlərindən birinin fərmanı ilə uzun müddət idi ki, həbsxanaya atılmışdım. Həbsdə günüm çox ağır keçirdi. Günlərin bir günü yuxuda İmam Zamanı (ə) gördüm. Çoxlu ağlayıb-sızlayandan sonra ərz etdim: Ey mövlam! Məni bu zalım dəstənin əlindən xilas etməyə şəfaətçi ol. Həzrət buyurdu: İbrət duasını oxu. Mən dedim: İbrət duası hansıdır? Dedi: Misbah kitabına baxsan, bu duanı orada taparsan. Bu an yuxudan qalxdım. Sübh namazını qılıb "Misbah” kitabını açdım. Kitabın arasında bir kağız var idi. Dua orada yazılmışdı. Həmin duanı, düz qırx dəfə oxudum.
    Məni həbsə saldıran əmirin iki arvadı vardı. Onlardan biri ağıllı və tədbirli qadın idi. O qadın əmirlə görüşəndə ona deyir: Əli (ə) övladlarından kimisə həbs etmisənmi? Əmir deyir: Niyə bunu soruşursan? Qadın deyir: Bir gecə yuxuda üzündən nur yağan bir şəxs gördüm. İki barmağı ilə mənim hülqumumdan yapışıb dedi: Sənin ərin mənim övladlarımdan birini tutub zindana salıbdır. Ona olmazın əziyyətlər verir. Dedim: Ey ağam, siz kimsiniz? Dedi: Mən Əli ibn Əbu Talibəm. Ərinə de ki, əgər onu azad etməsə, bilsin ki, evini başına uçuracağam!
    Onun bu yuxusu hər yerə yayılır və hətta sultanın qulağına çatır. Sultan deyir: Mənim bu məsələdən xəbərim yoxdur. Ona deyirlər ki, tutulmasına əmr etdiyiniz ələvi indi zindandadır. Deyir: Tez onu azad edin. Özünə də bir at bağışlayın və yolu da göstərin çıxıb getsin.("Əl-Küna vəl-Əlqab”, c. 2, səh. 9.)
    Category: İmam Zamanla görüşənlər | Views: 1029 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024