İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:50 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    SƏRVƏT VƏ HƏYAT VASİTƏLƏRİ ALƏTDİR, MƏQSƏD DEYİLDİR
    Biz hamımız həyatı sevirik, ləzzətləri, təbii gözəllikləri, öz istəklərimizi və mallarımızı qiymətləndiririk, həyatımızın müxtəlif tələblərinə onların vasitəsilə parlaqlıq, səfa bəxş edirik və bəzən də onları əldə etmək üçün bir-birimizlə mübahisəyə qalxırıq.
    Lakin az adam tapılar ki, həyatın əsas və həqiqi məqsədini bu hay-küydə və qovğalarda tapır və onu əldə etməyə tələsir.
    Bəziləri belə hesab edirlər ki, əsl məqsəd yemək və zəngin cinsi ləzzət almaqdır. Kim ki, daha çox yeyir və şəhvətini daha yaxşı təmin edir, öz insani məqsədini kamilləşdirir. Buna görə, bu qism adamların şəxsiyyət və insaniyyət məqamını müəyyən miqdar yemək şeyləri və ya mənzillərinin dərin quyularına dolan çirkab suyununun–ifrazatın qədəri, fasiləsiz işləyən mədələrinin gəlirini-çıxarını hesab eləməyi əsas faktor saymaq və onların şəxsiyyətini bunlarla qiymətləndirmək lazımdır. Böyüklərin kəlamlarında deyildiyi kimi, "yaşamaq yemək üçündür, yemək yaşamaq üçün deyil”-deyə düşünürlər.
    Bir qism insanlar da qarışqa kimi, gecə-gündüz ora-bura qaçır, sərvəti sərvət üstünə yığır, var-dövlətinin sayını artırır, bəzən öz ictimai şəxsiyyətlərini, cismani və ruhi rahatlıqlarını pul-mal yolunda əldən verirlər. Belə şəxs muzdsuz iş görən hambaldır, nə xain və nə də oğru olan fəhlədir. Çalışır ki, özündən sonra gələnləri üçün ləzzət və xoş güzəran yolunu daha hamar eləsin; O, varislərinin (məhdud çərçivədə) həyatını təmin etmək üçün bilərəkdən və ya bilməyərəkdən öz əziyyətini və dostlarının rahatlığını daha üstün tutmuşdur.
    Əgər bir gün özünün və ya başqalarınınlvə həmin xətərin aradan qaldırılması mal verməklə bağlı olsa o, canını verməyə hazırdır, bir loğma çörəyini yox! Çünki, dinar və dirhəm onun üçün, bəlkə də məbuddur.
    Məgər bu o demək deyildirmi ki, öz topladıqlarını bir gün gərək başqaları üçün qoyasan və gedəsən? Elə isə necə də gözəldir ki, heç olmasa öz abrını və dinini bu yolda satmayasan? Yoxsa gərək o qədər əlləşəsən, vuruşasan ki, nəhayət, bədəninin şirəsi, qəlbinin qanı qurtarsın, başqalarını çörəyə, özünü isə qəbiristanlığın bir guşəsinə mümkün qədər tez çatdırasan, məzarının üstünə böyük bir daş qoysunlar ki, bir daha sənin kimi bir ziyanverici Allahın bu pak torpağını tutub həyat vasitələrini əsil məqsədlə qarışdırıb səhv etməsin!
    Bu məsələ ilə əlaqədar şəhidlərin sərvəri, azadlıqsevərlərin rəhbərinin dediklərinə və elədiklərinə bir nəzər salaq, özümüzü yenidən quraq, özümüzün və başqalarının abrını hifz etməkdə maldan və sərvətdən istifadə etmək ədəbini öyrənək.
    Mərvan Həkəm Peyğəmbər xanədanına yaxın olan şair Fərəzdəqi Mədinədən çıxartdı. Məhrumiyyətlərə düçar olan Fərəzdəq şəhidlərin seyyidinin hüzuruna gəldi. Həzrət Hüseyn (əleyhissalam) ona dörd yüz dinar bağışladı. Əxlaqi cəhətdən Fərəzdəqin çox da xoşagəlməz şair olduğunu İmam Hüseynə dedilər, amma Şəhidlərin sərvəri buyurdu: "Sənin ən yaxşı malın odur ki, onunla öz abrını qoruyursan.”(Kəşfül-ğəmmə”, 2-ci cild, səh.243; "Mənaqib”, 4-cü cild, səh. 65; "Biharul-ənvar”, 44-cü cild, səh.189)
    Üsamət ibni Zeyd Peyğəmbərin zamanında İslam qoşunlarının axırıncı sərkərdəsidir. O, hicrətin 58-ci ilinə qədər sağ idi.
    Üsamət ömrünün axırlarında 60 min dirhəm məbləğində ağır borca düşdü. Bu məbləğ o zaman İslam qanunlarına və xalqın hüquqlarına ehitram göstərən bir şəxs üçün bərk narahatedici bir şey idi.
    Cəsurların rəhbəri Hüseyn ibni Əli (əleyhissalam) Üsamətin xəstəliyindən xəbər tutdu və son günlərini yaşayan zaman ona baş çəkməyə getdi. Onu qəm-qüssə, narahatlıq dalğaları içində gördü və aralarında belə bir söhbət oldu:
    Hüseyn: Qardaş, nə üçün belə qəmginsən?
    Üsamət: Verəcəyim və borcum 60 min dirhəmdir.
    Hüseyn: Sənin borcların mənim öhdəmə!
    Üsamət: Mən qorxuram ki, dini vəzifəmi yerinə yetirməkdən qabaq öləm.
    Hüseyn: Mən sənin borclarını verməyincə sən ölməyəcəksən.
    Sonra əmr verdi ki, Üsamət ölməmişdən qabaq, onun bütün borclarını ödəsinlər.("Mənaqib”, 4-cü cild, səh.65)
    Şer və ədəb zövqünə malik olan bir ərəb həyat çətinlikləri ilə qarşılaşdı. Çünki, şer nə qədər ali olsa da, "gözəl şerdir”-deyirlər, "çörəkli şerdir”-demirlər. Hər halda qəmgin olan şair Peyğəmbərin şəhərinə üz tutdu, şəhərin ən kəramətli şəxsini soruşdu: ona Hüseyni göstərdirlər.
    Ərəb, şəhidlərin seyyidinin namaz qıldığı məscidə tərəf getdi, İmamı namaz qılan halda gördü və o Həzrətin mədhində bir şer yazdı ki, məzmunu budur:
    Sənin evinin qapısını döyən naümid qayıtmaz.
    Sən səxavətlisən və xalqın pənahısan.
    Əgər sənin əcdadların olmasaydı,
    Cəhənnəm bizim qərargahımız olardı.
    Həzrət, Qəmbərə buyurdu: "Gör Hicazdan gətirilən maldan bir şey qalıbmı?”
    Dedi: "Bəli, dörd min dinar qalıb.”
    İmam buyurdu: "Onu gətir, ona bizdən daha çox müstəhəq olan adam gəlmişdir!”
    Sonra bütün dinarları Yəmən parçasından olan paltarın içinə qoydu, qapının arasından ona verdi, şerlərin müqabilində isə verdiyi hədiyyənin azlığından üzr istədi və dedi: "Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı.”
    Ərəb dinarları və libası götürdü, ancaq ağladı.
    Hüseyn (ə): Məgər sənə verdiklərimi az hesab etdin?
    Ərəb: Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi necə rəvadır?!”("Mənaqib”, 4-cü cild. səh.65)
    Bu hərəkət sərvətdən və var-dövlətdən istifadə etmək üsuludur ki, İmam müxtəlif şəraitlərdə öz ardıcıllarına öyrədir: İnsanların abrını necə qorumaq, onların dərdinə necə çarə etmək və yaralarının üstünə necə məlhəm qoymaq lazımdır!
    İmam Hüseyn (əleyhissalam)-ın Mədinənin yaxınlığında "Əlhürrə” adlı bir torpaq sahəsi vardı. Onu əkib-biçirdi, ondan gəlir götürürdü. O, şərəfli ömrünün axırına qədər o torpağı əkmək-biçmək üçün gedirdi. (İbni Əsakir Dəməşqinin nəql etdiyi kimi.)("Şəhrül-Hüseyn” kitabı, səh.44”)
    Əbu Yusif Qazi demişdir: "Hüseyn ibni Əlinin torpaqları vardı ki, onun xəracını verirdi”("Xəraici-Əbu Yusif”, səh.35)və xəraca verilən torpaqların bir hissəsini almışdı.”(Yenə orada, səh.7)
    "Əqiq” məntəqəsində də onun əkin yeri vardı ki, ildə 8000 dinar gəlir verirdi; orada Həzrət üçün növbənöv evlər salmışdılar: ancaq onların da gəliri oxuduğunuz kimi ehtiyaclılara sərf edilirdi.
    Aşura gecəsi Məhəmməd ibni Bişr Həzərə beş qiymətli libas verdi ki, onları satıb Rey sərhədlərində əsir olan oğlunu azad etdirsin. O libasların qiymətini min dinar yazmışlar.
    Hər halda bu da azadlıqsevənlərin sərvərinin əxlaqı görüşlərindən biri idi ki, bəyan edildi.
    Ümid edirik ki, bu, bizim vəziyyətimizdə və düşüncəmizdə onun inqilab məktəbi kimi, bir dalğa yaratsın və bir yol göstərsin.
    HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT
    Əgər bir kəs şəhidlərin sərvəri, azadlıqsevənlərin rəhbəri Hüseyn ibni Əli (əleyhissalam)-ın heyrətəngiz ölümü və şəhadəti qarşılarkən göstərdiyi qəhrəmanlıqlarını, ibrətamiz və insanı həyəcana gətirən sözlərini nəzərinə gətirsə və ya o Həzrətin ruhi halətini, mənəvi və asimani cazibələrini xatırlasa, bəlkə də belə təsəvvür edər ki, bu böyük şəhidin dəyərli və qurucu məktəbində bu dünyaya və onun həzzlərinə əsla diqqət yetirilməmiş, Allaha və şəhidliyə olan eşqi onu hər şeydən ayırmış və pak ürəyində yarın düz qamətindən (Allahdan) başqa, özgə bir söz yoxdur və sevdiyini görmək istəyi hər şeyi yaddaşından silib aparmışdır.
    Tuba ağacının kölgəsi, hurilərin mehribanlığı və hovuzun kənarı,
    Səni görmək eşqi ilə yadımdan çıxdı.
    Lakin böyük şəxsiyyətlər, onların əsil məktəbi və dünya görüşü haqqında bu cür düşünmək həqiqətdən uzaqdır, çünki onlar bir tərəfli şəxslər olmamışlar və belə deyillər ki, Allaha bəslədikləri kamil məhəbbət onların həyati işlərinə, həyat yoldaşına və övladlarına olan məhəbbətlərinə mane olsun və ya al-verlə, ticarətlə məşğul olmaları onları Allah haqqında düşünməkdən ayırsın. Onlar bütün insani varlığı, fitri xüsusiyyətləri və təbii, pak istəkləri ilə, öz məqamında kamil bir diqqətə malikdirlər; Hətta ruhi, mənəvi və insani dəyərlərdə bunu zəruri sayırlar.
    Belə ki, Allaha ibadət, pərəstiş və heç nəyə ehtiyacı olmayan Pərvərdigarla raz-niyaz, münacat məqamında onları başqaları ilə müqayisə etmək olmaz; Eləcə də həyat, ailə və insani ləyaqət məsələlərində də onları başqaları ilə bir cərgədə və bir məqamda tutmaq olmaz.
    Namaza özünün sonsuz məhəbbətini izhar edən və onu özünün həqiqəti görən və haqq axtaran gözünün nuru sayan İslamın böyük Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) cinsi-lətifə (həyat yoldaşına) mehriban münasibəti və diqqəti də namazla bir sırada tutmuşdur.("Biharul-ənvar”, 100-cü cild, səh.218)
    Mənəvi yüksəlişində və asimani meracında onun cismi və canı o qədər yüksəklərə ucalır ki, Pərvərdigarın ən yaxın mələyi hərkət və tamaşa etməkdən qalır. Lakin, təbii və maddi həyatında, ailə məsələlərində də o, hamıdan ucada dayanır. Həsəni və Hüseyni dalına mindirir, bəzən minbərə çıxardır, dizləri üstə oturdurdu ki, indiyə qədər heç bir xətib və İmam belə bir işə cürət etməmiş və hətta xəyalına da gətirməmişdir; Ya oğlu İbrahimin ölüm müsibətinin təsiri altında elə sarsılır ki, mübarək gözlərindən yaş axıdır. Uzaqgörməyən, dardüşüncəli adamlar bunu ona irad tuturlar (ürəyi yanır, kədərlənir, gözlərinin yaşı da axır, amma Haqq rizasının xilafına bir söz demir), o isə bu hərəkətilə hamının cavabını verir.("Usdul-ğabə”, 1-ci cild, səh.38)
    Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) insaniyyətin bu böyük müəllimi özü yalnız birtərəfli həyat yaşamırdı, əksinə çalışırdı ki, ardıcılları da fikri sapıntılara düçar və birtərəfli fikrə malik olmasınlar və onun asimani təlimatları sui-təsir yaratmasın. İslam Peyğəmbərinin irfan və asimani məktəbi, onun cazibədar və cəlbedici təlimatları bəzən dostlarına elə dərin bir təsir buraxırdı ki, maddi aləmdən əl çəkirdilər. Bu, onları asimani (mələkuti) bir varlığa döndərirdi, yeməkdən, yatmaqdan, öz qadınları ilə yatıb-durmaqdan çəkindirirdi. Lakin bu zaman Həzrət onların dadına çatır, sapıntılardan çıxarır, fikri səhvlərini onlara xatırladırdı.
    Ümmi Sələmə-Peyğəmbərin fədakar və təcrübəli zövcəsi o Həzrətin hüzuruna getdi, bir çoxlarının guşənişinliyi və zöhdü barədə ona danışdı. İslamın ürəyiyanan Peyğəmbəri dərhal o adamların yanına getdi, onların səhvini, birtərəfli düşünmələrini aydınlaşdırdı və bunu məzəmmət etdi: "Siz zövcələrinizə məhəbbətdən, onlarla yatıb-durmaqdan əl çəkmisiniz?! Mən ki, sizin Peyğəmbərinizəm, öz zövcələrimlə yatıb-dururam, gündüzlər yeyirəm (daima oruc deyiləm), gecələr də bir qədər yatıram.”
    İslam Peyğəmbərinin bu bəyanatı bu ayənin gəlməsi ilə təsdiq olundu:
    "Allahın sizə halal buyurduğu pak şeyləri özünüzə haram etməyin, dinin hüdudlarına və qanunlarına təcavüz etməyin ki, Allah təcavüzkarları sevmir.”("Vəsailüş-şiə”, 14-cü cild, səh.9)
    Zahiri vəziyyətindən və hərəkətindən cinsi-lətifdən, evi-ailəni dolandırmaqdan qaçdığı məlum olan bir kişi şiələrin beşinci rəhbəri İmam Mühəmməd Baqir (ə)-ın yanına gəldi. İmam ondan soruşdu: "Ey kişi, arvadın var?”
    Dedi: "Yox!!”
    İmam Baqir (ə) insanın kamalını yalnız quru zahidlikdə görən bu tərk-dünya kişinin gözlədiyinin əksinə olaraq belə buyurdu:
    "Mən bəyənmirəm ki, bütün dünya və ondakı bütün şeylər mənim olsun, ancaq elə bir kecəni səhər edim ki, yanımda zövcəm olmasın. (Sonra o kişiyə bir miqdar pul verib buyurdu:) Get evlən.”(Vəsailüş-şiə”, 14-cü cild, səh.8)
    İlahi və böyük şəxslərin məktəbində qadınlara, ömür-gün yoldaşlarına və övladlara məhəbbət göstərməmək nəinki məzəmmət olunmuş, hətta onlara əlaqə və məhəbbət imanın üstünlüyünün meyarı və ölçüsü sayılmış, peyğəmbərlərin gözəl və bəyənilən səciyyələri kimi tanınmışdır.
    Bir rəvayətdə bizə gəlib çatmışdır:
    "Peyğəmbərlərin əxlaqından (biri də) öz qadınına məhəbbətdir.”(Yenə orada, səh.9)
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunmuşdur:
    "Bir şəxsin öz həyat yoldaşına məhəbbəti nə qədər çox olsa, onun imanı da o qədər çoxalar.”(Yenə orada, səh.11)
    Şəhidlərin Seyyidinin ailəyə məhəbbət və bağlılıq haqqında şerləri vardır ki, aşiqlərin şerləri içərisində onlara bənzərini az tapmaq olar.
    "Sənin canına and olsun, qızım Səkinənin və (həyat yoldaşım) Rübabın yaşadığı o evi sevirəm,
    Onların hər ikisini sevirəm və onların məhəbəti yolunda özümün bütün sərvətimdən keçirəm və heç bir məlamət eləyənin məni məzəmmət etməyə haqqı olmaz.
    Mən nə qədər ki, sağam, məlamət eləyənlər məni nə qədər məlamət etsələr də,
    Torpaq altında pünhan oluncaya və torpaq üstümü örtüncəyə qədər onlara (məlamət edənlərə) müti olmayacağam.”(Ədəbul-Hüseyn”, səh.18 (birinci çap))
    Və öz böyük babasından belə nəql edir:
    "Allah bəndəsinin imanı nə qədər çoxalsa, həyat yoldaşına məhəbbəti də bir o qədər çoxalar.”("Cəfəriyyat”, səh.90 (tərcüməsi, birinci çap))
    Nə çoxdur elə ailələr ki, kişilərin öz həyat yoldaşlarını sevməmələri və ya bir sıra həyati və evlilik məsələlərinə biganəliyi nəticəsində bir-birindən ayrılmış, yüzlər və minlərlə ailənin həyati bağları qırılmışdır.
    Əgər kamil tədqiqat aparılsa sübut olunar ki, ailə ixtilaflarının çoxunun meydana gəlməsinin mənbəyi qadının və ya kişinin yüngül münasibəti, səhlənkarlığıdır; Halbuki onların hər ikisinin vəzifəsi ömürlərinin axırına qədər islami hüquqlara və dinin əxlaq normalarına riayət etməkdən ibarətdir.
    Bir statistik sənəddə belə şərh edilmişdir:
    Ailəvi ixtilafların və qadınların öz ərlərindən nigaranlığının 16-%-i onların zahiri vəziyyəti və geyim tərzi ilə bağlıdır.
    22 % bunu göstərir ki, ər-arvadlıq əlaqələrində qadının istəklərinə ehtiram edilmir. Yalnız kişinin istəkləri mühüm sayılır və qadın gərək həmişə ona tabe olsun.
    Qadınlardan üçdə biri bildirmişlər ki, mənim ərimin məhəbbət hissləri barəsində dili laldır. Nəvaziş göstərməyi bilmir. Heç vaxt məni sevdiyini söyləmir.
    Oxucular, onların təcrübəsiz, islamın ictimai-ali təlimlərindən çox səthi məlumatı olan, bəlkə də özlərini (Allah göstərməsin) İmam Sadiq (əleyhissalam)-dan daha müqəddəs hesab edən bəziləri belə təsəvvür etməsinlər ki, bu statistik məlumat qərblilərin və qərbpərəslərin fikridir. Məcburam bəşər aləminin həqiqi rəhbərlərindən və səmavi məktəbin sınanmış müəllimlərindən söhbət açım ki, müqəddəs İslam dininin tarix boyunca insanların həyatının bütün sahələrinə diqqət yetirdiyini, hər yerdə və hər məsələ barəsində proqramı olduğunu və bu gün də müsəlmanların onları yerinə yetirdiklərini bilsinlər.
    Şəhadət məktəbinin təməlini qoyan, fəzilət aşiqlərinin ilkini olan, şəhidlərin seyyidi Həzrət İmam Hüseyn (əleyhissalam) atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan, Allah elçisinin belə dediyini rəvayət etmişdir:
    "Sizlərdən hər birinizin həyat yoldaşı sizin üçün bəzənib hazırlaşdığı kimi, siz də həyat yoldaşınız üçün bəzənib hazırlaşın.”("Əşəsiyyat”, səh.26)
    İslamda müstəhəbdir ki, ailənin böyüyü yemək işlərində də öz ailəsinin, həyat yoldaşının istəklərini nəzərə alsın. Hədisdə buyurulur:
    "Mömin şəxs yeməkdə zövcəsinin, əhl-əyalının istəyinə diqqət yetirir, ancaq münafiq öz istəyini mühüm sayır.”
    Öz şəhvətini ailənin istəklərindən üstün tutmaq təkcə yeməyə, çörəyə, suya və s. aid deyildir; hər işdə və şəri əməldə təkid olunur ki, həyat yoldaşının istəklərinə dərin diqqət yetirilsin.
    Biz və bütün xalq İmam Hüseyn (əleyhissalam)-ın yalnız feyzlə dolu şəhadət məktəbinə diqqət yetiririk, amma onun dəyərli təlimlərinin digər sahələrindən xəbərsizlik və ya az xəbərimiz var. Halbuki bu barədə də onun qurucu və ibrətli sözləri vardır.
    Öz böyük babasından rəvayət etmişdir:
    "Əgər bir kəs öz zövcəsi ilə yaxınlıq etmək istəyirsə, bu işdə tələsməməlidir və onu da tələsdirməməlidir.”("Cəfəriyyat” (tərcüməsi), səh.95)
    İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: "Möminin məşğuliyyəti üç şeydir:
    Öz həyat yoldaşından bəhrələnmək və ləzzət almaq, öz din qardaşları ilə zarafat etmək, xoş danışmaq və gecə yarısı Allaha ibadət etmək.”("Biharul-ənvar”, 100-cü cild, səh.120)
    Həzrət Musəbni Cəfər (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etmişdir ki, o Həzrət belə buyurmuşdur: "Allah biz Əhli-beytə bir çox xasiyyətlər və özünəməxsusluqlar bəxş etmişdir ki, öz zövcələrimizə əlaqə və məhəbbət o cümlədəndir.”(Yenə orada, səh.226)
    Nə yaxşı olardı ki, bu söhbəti heç vaxt yaddan çıxmayan bu cümlə ilə bitirim və bu sıradan müfəssəl bir hadisi oxuculara təqdim edim:
    Əqli-küll, külli-əql olan və varlığın sərvərin sonuncu Peyğəmbərdən belə rəvayət olunmuşdur:
    "Kişinin zövcəsinə dediyi: "səni sevirəm” sözü onun qəlbindən (yadından) əsla çıxmaz." ("Vəsailüş-şiə”, 14-cü cild, səh.10)
    İMAM HÜSEYN (Ə) MƏKTƏBİNDƏ ÖZ YERİNİ BİLMƏK
    Öz yerini və mövqeyini bilmək, iş, həyat, zaman və məkan şəraitinin bütün cəhətlərinə diqqət yetirmək insan əqlinin parlaqlığından və dünyagörüşünün kamilliyindəndir. Elə adamlar var ki, "əlif” deməmiş "yey” hərfinə qədər sayırlar. Lakin bəzən elə adamlar da tapılır ki, əgər gecəni səhərə qədər onlar üçün "Yusif və Züleyxa” dastanını danışsalar, axırda soruşacaqlar ki, Züleyxa kişi idi, ya qadın?
    Böyük elmi şəxsiyyət və mərcəyi-təqlidlərdən birinin görüşünə getmişdik. Görüşə gedənlər arasında bir kəs də vardı ki, özü fəzilət, elm, kəmal və tam mərcəiyyət sahibi idi. Birdən xidmətçilərdən biri otaqdan çölə çıxdı və elan etdi ki, ağa naxoşdur, görüş və ziyarət mümkün deyildir. Uzaqdan gəlmiş həmin böyük alim dərhal ayağa durdu və xidmətçiyə dedi: "Ağaya salam deyin, inşallah, başqa vaxt gələrik. Ağanın sağlamlığı daha mühümdür.”
    Hamının yaxşı tanıdığı bu adamın əxlaqı bizi ciddi surətdə təəccübləndirdi. Çünki, əgər desəydi ki, mən kiməm və hardan gəlmişəm, heç vaxt razı olmazdılar ki, o mərcəyi-təqlidi ziyarət etmədən geri dönsün. Amma o heç nə demədi və xidmətçi də onu tanımadı.
    Lakin bu böyük şəxsin vəzifəsini başqaları yerinə yetirdilər, iki ayaqlarını bir başmağa dirəyib dedilər ki, biz ağanı ziyarət etməyincə və onun mübarək əlini öpməyincə, buradan çölə çıxmayacağıq.
    Yəqin o alimin, yanına gəldiyi adama məhəbbəti çox böyük idi ki, belə edirdi. Amma onun səlamətliyinə və sağlamlığına diqqət də kamal və mərifət nişanəsi idi. Nəhayət, öz məqsədlərinə çatıb görüşdülər də. Ancaq bu, o qocaya nəyin bahasına başa gəldi, bunu onu müalicə edən həkimdən soruşmaq lazımdır.
    Doğrudan da, nə böyük bir nemətdir ki, bir müsəlman şəxs özünün dini rəhbərlərinin dəyərli təlimlərindən hər işdə və hər addımda, zaman və məkan şəraitində başqalarının mənafeyni, uğurunu nəzərdə tutsun, ziyarətlərdə, dəvətlərdə, görüşlərdə, söhbətlərdə və zarafatlarda həm uğurlarını başa düşsün, həm də zaman və məkan şəraitini nəzərdən qaçırmasın, hətta dostunun və özünün xatirinə əxlaqi və insani qaydaları ayaq altına salmasın.
    Gecələrin birində bir şəxsin qonaqlığında idim və islami meyarlarla məclisin aşağısını-yuxarısını nəzərdən keçirirdim. Dəvət olunanların rəftarını, ev sahibinin hərəkətini, yemək-içmək ədəbini, xülasə, hər şeyi islam meyarları ilə yoxlamaq istəyirdim. Birdən bir mənzərə gördüm ki, məramımı pozdu, fikrimi dəyişdirdi və elə bir səhnə yarandı ki, ona dözmək mənə, ev sahibinə və qonaqlara çətin idi.
    Dəvət olunanlardan biri qapıdan içəri girdi və səndəlinin üstündə əyləşdi; ancaq özü ilə gətirdiyi bir neçə uşağa yer olmadı. Uşaqlar siçan kimi bu bucaqdan o bucağa sıçrayır və ya dovşan kimi atılıb düşür, bəzən də yaşlarına uyğun olaraq, ədəbsizcəsinə burdan ora yüyürürdülər. Ev sahibi heç nə demirdi və qonaqların da üzündə xəcalət tərindən başqa bir şey müşahidə olunmurdu. Məclis şəhidlərin sərvərinin şərəfinə təşkil edilmişdi. Dəvətnamə də bir nəfərin–atanın adına idi, oğlanların yox!
    Bu zaman şəhidlərin sərvərinin əxlaqi məktəbindən bir nümunə yadıma düşdü. Necə gözəl və layiqli olardı ki, azad insanların sərvərini və cəsurların rəhbərini, onun insani, əxlaqi, qurucu təlimatları yönündən də tanıyaydıq, sözlərindən, şəhadətə səsləyən sözlər kimi həyatımızda istifadə edəydik və ya bu fikirləri öyrənmək şərəfinə də məclislər təşkil edəydik.
    Hər halda Hüseyn (əleyhissalam) öz əziz babasından belə rəvayət etmişdir:
    "Əgər sizi bir qonaqlığa dəvət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olur.”(Əşəsiyyat”, səh.165)
    ELMİ VƏ XÜSUSİ MÜSABİQƏLƏR
    Dünya çirkinliklər və gözəlliklərlə doludur. Belə ki, balı da var, neştəri də; tikanı da var, gül də yetirir. Əgər haqq aşkardır, göz qabağındadırsa, batil də çoxdur. Aydın gündüzü var ki, hər şeyi olduğu kimi göstərir; zülmətsiz və qaranlıqsız da deyildir ki, pərdə çəksin, çirkini və gözəli eyni şəkildə cilvələndirsin, bəzən batili haqqın yerinə qoysun. İnsan cəmiyyətində də bu çirkinliklər və gözəlliklər çoxdur.
    Bir qrup pak və şərafətli adamlar vardır ki, niyyətləri yaxşı, himmətləri ülvidir, mavi asimanın altında buqələmun kimi rəngdən-rəngə düşməkdən azaddırlar.
    Onların qarşısına hər nə çıxsa xoş olar
    Od içində olsa da, ləli-cəvahir olar.
    Dərdi də sındırarlar, dərmana da tərif deyərlər; xülasə, onlar Allah dostlarıdırlar.
    "Allahın övliyaları yalnız pəhrizkarlardır.”("Ənfal” surəsi, 35)
    "Agah olun ki, Allahın dostlarının heç bir qorxusu və kədəri yoxdur, o kəslər ki, iman gətirmişlər, həmişə təqva ilə və pis əməllərdən çəkinməklə yaşamışlar.”(Yunis” surəsi, 62-63)
    Bu qrup adamlar gülə bənzərlər ki, həmişə ətir saçarlar və ya bala bənzərlər ki, həmişə başqalarının ağzını şirin edər, ləzzət və təravət bəxş edərlər.
    Bu ətirli təbəqənin və təmiz dəstənin müqabilində elə adamlar da vardır ki, ağızlarını açmırlar, bir şey yazmırlar, bir söz demirlər və bir kəsdən bir söz soruşmurlar, yalnız danışıqlarında və rəftarlarının əsnasında şöhrət axtarırlar, daha yaxşı məqam, rəyasət və böyüklük dalınca qaçırlar, hətta yığıncaqlarda və məclislərdə də ağızlarına su alıb sakit otursalar belə, yenə bundan başqa bir şey istəmir, bundan özgə bir şey axtarmırlar.
    Bəzən öz işlərinə bəraət qazandırmaq və ovlarını (onlara inananları) inandırmaq üçün özlərindən bir fəlsəfə uydurur, dəlil gətirir və onu həqiqət hesab edirlər ki, günahlarını gizlətsinlər.
    Hər halda, belə adam öz vicdanı ilə elə həsbi-hal edir ki, onu qane salır. Fikirləşir ki, əgər belə və ya elə etməsə, öz elmini və üstünlüyünü yığıncaqlarda, məclislərdə büruzə verməsə, zəngin elmini və fəzilətini yazmaqla, deməklə böyük alimlərin ünvanına çatdırmasa, bəzi adamlar güman edərlər ki, o, cahil və nadandır, ya elmi bəhs və mübahisələrdə acizdir.
    Xalqı zəlalətə və əyri yollara salmaq və ya nadanlığın müqabilində susmaq özü böyük bir günahdır. Necə olursa olsun, xalqın pis fikirlərinin qarşısını almaq, geniş təbliğata başlamaq lazımdır, çox böyük ünvanları gözəl xətt və iri hərflərlə dörd səhifəlik, on səhifəlik kitabların cildlərinin arxasına yazmaq, bir səhifəlik, yarım səhifəlik elanların arxasına yazıb yaymaq, yığıncaqlarda da söz almaq, bəhs, mübahisə məclisini qızışdırmaq gərəkdir. Kənar kəsə söz demək möhləti və fürsəti verilməməlidir. Nə ustada, nə şagirdə, nə qocaya, nə cavana. Danışan bir olmalıdır və hər vasitə ilə olur-olsun başqalarının adını silmək lazımdır. Xülasə, o qədər danışmaq, "mənin” əsas sözünü, fikrini, şəxsi əqidəsini demək lazımdır ki, nəhayət, min "mən”dən keçsin, onun xəyalında xalq mənəvi həqiqət tərəfə üz tutsun və fəlsəfədən özünü dərk etmək, tanımaq üçün istifadə etsin. Lakin etiraf etmək lazımdır ki, bu yol xüsusi bir tordur, bu yol insanın qədim və təcrübəli düşməninə aid bir yoldur ki, ayrıca bir təbəqə üçün nəzərdə tutulmuşdur və bilik zinətləri ilə, müqəddəsliklə və paklıqla bəzənmişlər.
    Şeytan bu dəstəyə və təbəqəyə (daxil olmaq üçün) heç bir yol göstərmir, onları qumara, şəraba, oğurluğa, teatra, kinoya, dəniz sahilinə, çoxlarının aludə olduğu gecə gəzintilərinə çəkmir. Lakin fəzilət və elm, yüksək düşüncə sahibləri və başqalarından irəli olduqlarına görə, geniş və bəsit fəlsəfə yolunu onların üzünə açır. Artıq İslamın müqəddəs terminləri onları qane etmir. Vaxtilə dahi alim mərhum Kuleyniyə verilən "siqətül-islam” rütbəsi, vaxtilə Əllamə Hilli, Məclisi kimilərə verilən Höccətül-islam, Ayətullah və Ayətullahül-üzma kimi adlar onun üçün tənəli və kiçik görünür, tədqiqatçı, böyük islahatçı, əzəmətli mücahid kimi yeni bir istilah (ad) dalınca düşür ki, onu başqalarından fərqləndirsin, bəlkə Seyyid Mücahid, Seyyid Cəmaləddin Əsədabadi, İnqilabın böyük rəhbəri və İslam Cümhuriyyətinin banisi, mücahid, böyük İmam Xomeyni ilə bir cərgədə dayansın, bir xeyli adam da ətrafında toplaşsın. Əgər buna da nail olmasa, heç olmasa, böyük mücahidlər, ayətullahlar və ilahi şəxsiyyətlərin məqamını əldə etsin və xalq da elə güman eləsin ki, hər şeylərini Allah yolunda vermiş Əllamə Hilli və həqiqi mücahidlər onun kimi olmuşlar.
    Mənim fikrimcə, bizim zəmanəmizdə daha çox yayılmış və rəvac tapmış bu sözbazlıq, ad quraşdırmaq və yüksəkdən getmək halları nəzarət altına alınmasa, hüdud və rütbələrə riayət olunmasa, İslamın böyük elmi şəxsiyyətlərinin təhqir edilməsində mühüm rol oynayacaqdır. İşarə edildiyi kimi, bu cür quru fəlsəfəbazlıq elə bir yoldur ki, köhnə düşmən onu "fəlsəfə” adı ilə alimləri tələyə salmaq üçün seçmişdir. Bu yoldan qaçmaq lazımdır, onun davam etdirilməsinin qarşısı alınmalıdır. Bu barədə də şəhidlərin sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ın əxlaqi düşüncələr məktəbindən bir məsələni öyrənmək lazımdır. O buyurmuşdur:
    "Həqiqətən şeytan bir kişinin qulağına pıçıldayır və ona deyir: dini məsələlərdə adamlarla münazirə (mübahisə) et ki, sənin nadan və aciz olduğunu güman etməsinlər.”(Cameül-əxbar və bəlağətul-Hüseyn”, səh.134)
    Yenə də cəsurların sərvərindən rəvayət olunmuşdur ki, belə buyurmuşdur:
    "Elmdən sənə o qədər bəsdir ki, Allahın əzəmətindən qorxasan; nadanlıqdan (cəhalətdən) da o qədər bəsdir ki, öz elminlə qürurlanasan.”
    Əmirəl-möminin Əliyyibni Əbi Talib (əleyhissalam)-dan belə rəvayət olunmuşdur:
    "Adamların ən az axmağı o kəsdir ki, özünün ən ağıllı olduğunu güman edir.”("Əmali” (Şeyx Səduq), səh.35)
    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 978 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024